Quranın adları

Quranın, bir çox adı vardır. Onlardan:

✓ Birincisi: "Kitab" adıdır.

 

Alimlər, "kitab"dan məqsədin Quran olduğu xüsusunda, ittifaq etmişlərdir.

Necə ki, Haqq Taala,

كِتَـٰبٌ أَنزَلْنَـٰهُ إِلَيْكَ...

Kitəbun ənzəlnəhu iləykə...

Yəni:

"(Bu) Sənə endirdiyimiz kitab..." (Sad/29) buyurmuşdur.

"Kitab" kəliməsi, Quran-i Kərim'də, bir çox mənaya gəlməkdədir. (Onlardan):

 

~ Birincisi: "fərz" (mənasındadır).

Necə ki,

...كُتِبَ عَلَيْكُمُ ٱلصِّيَامُ ...

...kutibə aleykumu's-siyəm...

Yəni:

"Sizin üzərinə, oruc yazıldı (yəni, fərz qılındı)." (Bəqərə/183); və

...كُتِبَ عَلَيْكُمُ ٱلْقِصَاصُ...

...kutibə aleykumu'l-qisas...

Yəni:

"Sizin üzərinizə, qisas yazıldı (yəni, fərz qılındı)." (Bəqərə/178); və

... إِنَّ ٱلصَّلَوٰةَ كَانَتْ عَلَى ٱلْمُؤْمِنِينَ كِتَـٰبًا مَّوْقُوتًا

...İnnə's-salətə kənət alə'l-mu'mininə kitəbən məvqutən.

Yəni:

"Şübhəsiz ki, namaz, möminlərə, müəyyən vaxtlarda yazılmışdır (yəni, fərz qılınmışdır)." (Nisa/103) buyurulmuşdur.

 

~ İkincisi: "hüccət və dəlil" (mənasındadır).

Necə ki,

فَأْتُوا۟ بِكِتَـٰبِكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ

Fə'tu bikitəbikum in kuntum sadiqin.

Yəni:

"Əgər doğru deyirsinizsə, kitabınızı (yəni, dəlilinizi) gətirin!" (Saffat/157) buyurulmuşdur.

 

~ Üçüncüsü: "vaxt, zaman, müddət" (mənasındadır).

Haqq Taala, belə buyurmaqdadır:

وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُومٌ

Və mə əhləknə min qaryətin illə vələhə kitəbun mə'lum.

Yəni:

"Həlak etdiyimiz hər diyarın, müəyyən bir müddəti vardır." (Hicr/4)

 

~ Dördüncüsü: "ağanın nökərilə yazılı əqd etməsi, mukatəbə" (mənasındadır).

...وَٱلَّذِينَ يَبْتَغُونَ ٱلْكِتَـٰبَ مِمَّا مَلَكَتْ أَيْمَـٰنُكُمْ...

...Vəlləzinə yəbtəğunə'l-kitəbə mimmə mələkət əymənukum...

Yəni:

"Əllərinizin sahib olduğu (nökərlərdən) mukatəbə istəyənlər." (Nur/33)

 

"Kitab" kəliməsinin iştiqaqı (yəni, özündən meydana gəldiyi söz):

~ bir şeyi bir araya gətirdiyində söyləmiş olduğun "kətəbtu'ş-şeyə" sözündən alınmadır.

~ Alay da, əskərlərin bir araya gəldiyi yer olduğu üçün, "kətibə" deyə adlandırılmışdır.

 

Kitaba "kitab" deyilməsinin səbəbi, onun, sanki,

~ "şübhə əskərləri"nə qarşı bir alay kimi yığılması; və ya

~ özündə bütün elmlərin toplanması; yaxud da

~ Allahın, mükəlləfiyyətlərdən qullarını kitabda məsul tutmasıdır.

---------------------------

---------------------------

✓ İkincisi: "Quran" adıdır.

 

Necə ki, Allah Taala:

قُل لَّئِنِ ٱجْتَمَعَتِ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَىٰٓ أَن يَأْتُوا۟ بِمِثْلِ هَـٰذَا ٱلْقُرْءَانِ...

"De: insanlar və cinlər, bu Quranın bir bənzərini meydana gətirmək üçün bir araya gəlsələr..." (İsra/88);

إِنَّا جَعَلْنَـٰهُ قُرْءَ‌ٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ

"Biz, Quranı, ərəbcə nazil etdik ki, onu anlayasınız." (Zuxruf/3);

شَهْرُ رَمَضَانَ ٱلَّذِىٓ أُنزِلَ فِيهِ ٱلْقُرْءَانُ...

"İçində Quran endirilmiş olan ramazan ayı..." (Bəqərə/185);

إِنَّ هَـٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ...

"Şübhəsiz ki, bu Quran, ən doğru yola yönəldir..." (İsra/9) buyurmuşdur.

 

Bu xüsusda, müfəssirlərin 2 görüşü vardır:

1. Birincisi:

ibn Abbas (radiyallahu anh)'ın görüşüdür. Buna görə,

"əl-xusran" "əl-xisərat" kəlimələrinin eyni mənaya gəlməsi kimi; "Quran" "Qiraət" kəlimələri də, eyni mənaya gəlir. Bunun dəlili isə, bu ayətdir:

فَإِذَا قَرَأْنَـٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ

Fəizə qara'nəhu, fəttəbi' quranəhu.

Yəni:

"Biz, onu oxuduğumuz zaman, Sən onun quranına tabe ol." (Qiyamət/18)

Yəni, "oxunuşuna", yəni, "Onu sənə oxuduğumuz zaman, onun oxunuşuna tabe ol." deməkdir.

 

2. İkincisi:

Qatadə'nin görüşüdür. Bu görüşə görə, "qara'tu'l-məə fi'l-havdi" yəni, "Quran" ləfzi, "suyu bir hovuzda topladığın vaxt" deməyindən ibarət olan bir məsdərdir.

Süfyan b. Uyeynə isə: "Quran:

~ hərflərinin bir araya gəlməsindən, kəlimələrinin;

~ kəlimələrinin bir araya gəlməsindən, ayələrinin;

~ ayələrinin bir araya gəlməsindən, surələrin; və

~ surələrin bir araya gəlməsindən də, Özünün;

Özünün meydana gəlməsindən sonra da,

~ əvvəlkilərin və sonrakıların elminin Quranda toplanmış olmasından

dolayı, "Quran" deyə adlandırılmışdır." demişdir.

 

Nəticə olaraq deyə bilərik ki, "Quran" ləfzinin iştiqaqı:

~ ya "tilavət" (yəni, oxumaq);

~ yaxud da "toplamaq" mənasında olan "cəmiyyət"

mənasındandır.

--------------------------

--------------------------

✓ Üçüncüsü: "Furqan" adıdır.

 

Haqq Taala,

تَبَارَكَ ٱلَّذِى نَزَّلَ ٱلْفُرْقَانَ عَلَىٰ عَبْدِهِۦ...

Təbərakəlləzi nəzzələ'l-Furqanə alə abdihi.

Yəni:

"Quluna, Furqanı endirən, nə ucadır." (Furqan/1);

...وَبَيِّنَـٰتٍ مِّنَ ٱلْهُدَىٰ وَٱلْفُرْقَانِ ۚ...

Və bəyyinətin minə'l-hudə və'l-furqan.

Yəni:

"İnsanlara doğru yolu göstərən, bu yolun və furqan'ın açıq-aydın dəlilləri..." (Bəqərə/185) buyurmuşdur.

Müfəssirlər, Furqan kəliməsinin təfsirində ixtilaf etmişlərdir. Buna görə, "Quranın nüzulu, 20 yarım ildə olmaq üzərə parça-parça olduğundan, 'furqan' deyə adlandırılmışdır." deyilmişdir. Bunun dəlili, Allahın bu ayətidir:

وَقُرْءَانًا فَرَقْنَـٰهُ لِتَقْرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَـٰهُ تَنزِيلًا

Və Quranən fəraqnəhu litəqraəhu alə'n-nəsi muksin və nəzəlnəhu tənzilən.

Yəni:

"Quranı insanlara aramla oxuyasan deyə, Biz, onu, hissələrə ayırıb tədriclə nazil etdik." (İsra/106)

Halbuki, digər kitablar, bir dəfədə endirilmişdir. Biz, bunun hikmətini, Furqan surəsindəki:

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ٱلْقُرْءَانُ جُمْلَةً وَ‌ٰحِدَةً ۚ كَذَ‌ٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَ...

Və qaləlləzinə kəfəru ləv lə nuzzilə aleyhi'l-Quranu cumlətən vəhidətən? Kəzəlikə linusəbbitə bihu fuadəkə...

"İnkar edənlər dedilər: Quran, Ona, bir dəfədə endirilməli deyildimi?' Biz, Onunla, Sənin qəlbini sağlamlaşdırmaq üçün, belə (parça-parça) endiririk." (Furqan/32) ayətinin təfsirində zikr etdik.

 

Yenə, Quran, haqq ilə batili; halal ilə haramı; mücməl ilə mübəyyəni; və möhkəm ilə muəvvəli ayırdığı üçün, "Furqan" olaraq adlandırılmışdır.

 

Bir görüşə görə, "Furqan": "qurtulmaq" mənasına gəlir.

Bu, İkrimə və Süddi'nin görüşüdür. Belə ki:

"İnsanlar, azğınlıqlarının qaranlıqlarında idilər. Quran ilə qurtuldular."

Necə ki, müfəssirlər, Haqq Taala'nın:

وَإِذْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ وَٱلْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ

"O zaman, Biz, Musaya, Kitab və (haqqı batildən ayıran) Furqanı verdik ki, bəlkə doğru yolla gedəsiniz." (Bəqərə/53) ayətini, bu mənaya həml etmişlərdir.

--------------------------

--------------------------

✓ Dördüncüsü: "Zikr, təzkira, zikra" adıdır.

 

"Zikr" adı xüsusunda, Allah,

وَهَـٰذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَـٰهُ...

Və həzə zikrun mubarəkun ənzəlnəhu.

Yəni:

"Bu, endirdiyimiz mübarək bir Zikrdir." (Ənbiya/50);

إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ...

İnnə nəhnu nəzzəlnə'z-Zikra.

Yəni:

"Şübhəsiz ki, Biz, Zikri endirdik." (Hicr/9);

وَإِنَّهُۥ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ...

Və innəhu ləzikrun ləkə və liqavmikə...

Yəni:

"Şübhəsiz ki, O, Sənin və qövmün üçün, bir Zikr'dir." (Zuxruf/44)

 

"Zikr"in mənası xüsusunda, 2 görüş vardır. (Onlardan):

~ Birincisi: Quran, Özü ilə qullarına öyüd-nəsihət verib əmr və təkliflərini özlərinə öyrətmiş olduğu Allahdan gələn bir zikrdir.

~ İkincisi: Quran, Özünə iman edən bir kimsə üçün, bir ad-san, şərəf və fəxr qaynağı; eyni zamanda, Muhamməd (sallallahu aleyhi və səlləm) və ümməti üçün, bir şərəfdir.

 

• "Təzkira" adına gəlincə, Haqq Taala,

وَإِنَّهُۥ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ

Və innəhu lətəzkiratun li'l-muttəqin.

Yəni:

"Həqiqətən, O (yəni, Quran), müttəqilər üçün bir nəsihətdir." (Haqqa/48) buyurmuşdur.

 

• "Zikra" adına gəlincə:

Bununla bağlı olaraq, Allah, belə buyurur:

وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ

Və zəkkir! Fə innə'z-zikra tənfəu'l-mu'minin.

Yəni:

"Sən xatırlat! Çünki xatırlatmaq, möminlərə fayda verir." (Zariyat/55)

------------------------

------------------------

✓ Beşincisi: "Tənzil" adıdır.

 

وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلْعَـٰلَمِينَ • نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ

Və innəhu lətənzilu Rabbi'l-aləmin. Nəzələ bihi'r-ruhu'l-əmin.

"Şübhəsiz O (yəni, Quran), əmin ruh (yəni, Cəbrail)'in endirmiş olduğu, aləmlərin Rəbbinin bir tənzili (endirməsi)'dir." (Şuəra/192-193)

----------------------

----------------------

✓ Altıncısı: "Hədis" adıdır.

 

ٱللَّهُ نَزَّلَ أَحْسَنَ ٱلْحَدِيثِ كِتَـٰبًا...

Allahu nəzzələ əhsənə'l-hədisi kitəbən...

Yəni:

"Allah, ən gözəl hədisi (yəni, sözü), bir kitab olaraq endirdi..." (Zumər/22)

Allah Taala, Quranı, bu ayətdə, "hədis" deyə adlandırdı. Çünki, Quranın sənə çatması, bir söz (hədis)'dir. Və yenə, Allah Taala, Quranı, danışılan şeyə, yəni, sözə bənzətmişdir. Çünki Allah, onunla mükəlləflərə xitab etmişdir.

-----------------------

-----------------------

✓ Yeddincisi: "Məvizə/öyüd-nəsihət" adıdır.

 

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ...

Yə əyyuhə'n-nəsu! Qad cəətkum məvizatun min Rabbikum.

Yəni:

"Ey insanlar! Şübhəsiz, Rəbbinizdən, sizə, bir məvizə, yəni, öyüd-nəsihət gəlmişdir." (Yunus/57)

Quran, həqiqətdə bir nəsihətdir. Çünki:

~ danışan, Allah;

~ onu götürən, Cəbrail;

~ imla edən də, Muhamməd (sallallahu aleyhi və səlləm)'dir.

O halda, onunla necə nəsihət edilməz?!

----------------------

----------------------

✓ Səkkizincisi: "Hökm, hikmət, Hakim və möhkəm" adlarıdır.

 

• "Hökm" adına dair, Allah, belə buyurmuşdur:

وَكَذَ‌ٰلِكَ أَنزَلْنَـٰهُ حُكْمًا عَرَبِيًّا...

Və kəzəlikə ənzəlnəhu hukmən arabiyyən.

Yəni:

"Beləcə, Biz, Onu, ərəbcə bir hökm olaraq endirdik." (Ra'd/37)

 

• "Hikmət" adı xüsusunda, Allah, belə buyurur:

حِكْمَةٌۢ بَـٰلِغَةٌ...

Hikmətun bəliğatun.

Yəni:

"Tam (mükəmməl, zirvəyə çatmış) bir hikmətdir." (Qəmər/5);

وَٱذْكُرْنَ مَا يُتْلَىٰ فِى بُيُوتِكُنَّ مِنْ ءَايَـٰتِ ٱللَّهِ وَٱلْحِكْمَةِ

Vəzkurnə mə yutlə fi buyutikunnə min əyətilləhi və'l-hikməti.

"Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın." (Əhzab/34)

 

• "Hakim" adına gəlincə, Allah, belə buyurur:

يسٓ • وَٱلْقُرْءَانِ ٱلْحَكِيمِ

Yasin. Və'l-Qurani'l-hakim.

Yəni:

"Yasin. And olsun hakim (hikmətli) Qurana."

 

• "Möhkəm" adına gəlincə, Allah Taala, belə buyurur:

...كِتَـٰبٌ أُحْكِمَتْ ءَايَـٰتُهُۥ...

Kitəbun uhkimət əyətuhu.

Yəni:

"(Bu), ayələri möhkəm qılınmış bir kitabdır." (Hud/1)

 

Alimlər, bu kəlimələrdəki "hikmət"in mənası xüsusunda, ixtilaf etmişlərdir. (Belə ki):

~ Xəlil, "hikmət" kəliməsinin, "sağlam qılmaq və ilzam (susdurmaq)" mənalarından götürüldüyünü söyləmişdir.

~ Muarric isə, bunun, "hakəmə, yəni, cilovun, heyvanın damaqlarını tutub itaətə məcbur edən qismi" ifadəsindən götürüldüyünü bildirmişdir. Çünki cilov, heyvanı zəbt etməkdədir. Hikmət də, bunun kimi, ağılsızlıqdan zəbt edir (uzaq tutur).

-------------------------

-------------------------

✓ Doqquzuncusu: "şəfa" adıdır.

 

Allah Taala, belə buyurur:

وَنُنَزِّلُ مِنَ ٱلْقُرْءَانِ مَا هُوَ شِفَآءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ...

Və nunəzzilu minə'l-Qurani mə huvə şifəun və rahmətun li'l-mu'minin.

Yəni:

"Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik..." (İsra/82)

...وَشِفَآءٌ لِّمَا فِى ٱلصُّدُورِ...

şifəun fi's-sudur.

Yəni:

"Qəlblərdə olan bir şəfa" (Yunus/57)

 

"Şəfa" kəliməsinin mənası haqqında, 2 görüş vardır:

1. Quran, xəstəliklərə bir şəfadır.

2. O, küfr xəstəliyinə bir şəfadır. Çünki, Haqq Taala, küfr və şübhəni, xəstəlik olaraq adlandırmış və "fi qulubihim məradun / onların qəlblərində xəstəlik vardır" (Bəqərə/10) buyurmuşdur. Qəlbdəki bütün şübhələr də, Quran ilə yox olmaqdadır. Bundan dolayı, Onun "şəfa" olaraq adlandırılması, yerindədir.

---------------------------

---------------------------

✓ Onuncusu: "huda""hadi" adlarıdır.

• "Huda" adı haqqında, Allah Taala, belə buyurur:

...هُدًى لِّلْمُتَّقِينَ

Hudən li'l-muttəqin.

Yəni:

"Müttəqilər üçün, hidayətdir." (Bəqərə/2);

...هُدًى لِّلنَّاسِ...

Hudən li'n-nəs.

Yəni:

"İnsanlar üçün hidayət." (Bəqərə/185);

...وَشِفَآءٌ لِّمَا فِى ٱلصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

Və şifəun limə fi's-suduri və hudən və rahmətun li'l-mu'minin.

Yəni:

"...qəlblərdə olana bir şəfa; möminlər üçün hidayət və mərhəmət..." (Yunus/57)

 

• "Hadi" adına gəlincə, Allah Taala, belə buyurur:

إِنَّ هَـٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ...

İnnə həzə'l-Quranə yəhdi lilləti hiyə əqvəmu.

Yəni:

"Şübhəsiz ki, bu Quran, ən doğru olan yola yönəldən'dir." (İsra/9);

Cinlər də,

...إِنَّا سَمِعْنَا قُرْءَانًا عَجَبًا • يَهْدِىٓ إِلَى ٱلرُّشْدِ...

İnnə səmi'nə Quranən əcəbən. Yəhdi ilə'r-ruşdi.

Yəni:

"Şübhəsiz ki, Biz, heyranlıq oyandıran bir Quran eşitdik. O, doğru yola hidayət edir." (Cin/1-2)

-----------------------

-----------------------

✓ On birincisi: "siratun mustəqimun" adıdır.

 

ibn Abbas, təfsirində, "siratun mustəqimun"un, "Quran" mənasında olduğunu söyləmiş və

وَأَنَّ هَـٰذَا صِرَ‌ٰطِى مُسْتَقِيمًا فَٱتَّبِعُوهُ...

Və ənnə həzə sirati mustəqimən fəttəbiuhu.

Yəni:

"Bu, Mənim sirat-ı müstəqim (doğru olan yolum)'dur. O halda, ona tabe olun." (Ənam/153) ayətini oxumuşdur.

-----------------------

-----------------------

✓ On ikincisi: "habl/ip" adıdır.

 

Haqq Taala,

وَٱعْتَصِمُوا۟ بِحَبْلِ ٱللَّهِ جَمِيعًا ...

Və'təsimu bi hablilləhi cəmian.

Yəni:

"Hamınız, Allahın ipindən möhkəm yapışın." (Al-i İmran/103) buyurmuşdur.

Təfsirdə, "hablullah/Allahın ipi"nin, "Quran" olduğu zikr edilməkdədir. Quran, bu ayədə, "habl" olaraq adlandırılmışdır. Çünki, dini xüsusda Qurandan tutan bir kimsə, eynilə bir ipdən tutan kimsənin, boğulub ölməkdən qurtulması kimi; Onunla, axirət və dünya əzabından qurtulmaqdadır.

Bundan dolayı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Quranı, "ismət/qorunma, qurtulma vəsiləsi" deyə adlandıraraq belə buyurmuşdur:

"Bu Quran, Özündən tutan kimsə üçün, bir ismət (qoruyan, qurtulma vəsiləsi)'dir." (Darimi, "Fədailu'l-Quran", 2/431) buyurmuşdur.

Çünki O Quran, insanları günah işləməkdən qoruyur (yəni, günah işləmək həvəsini zəiflədir).

----------------------

----------------------

✓ On üçüncüsü: "Rəhmət" adıdır.

 

وَنُنَزِّلُ مِنَ ٱلْقُرْءَانِ مَا هُوَ شِفَآءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ...

Və nunəzzilu minə'l-Qurani mə huvə şifəun və rahmətun li'l-mu'minin.

Yəni:

"Qurandan, möminlərə, şəfa və rəhmət olan (ayələr) endiririk." (İsra/82)

Cahilliklərdən və azğınlıqlardan qurtarmaqdan daha böyük rəhmət ola bilərmi?!

-----------------------

-----------------------

✓ On dördüncüsü: "Ruh" adıdır.

 

Haqq Taala, belə buyurmuşdur:

وَكَذَ‌ٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا...

Və kəzəlikə, əvhəynə ileykə ruhən min əmrinə.

Yəni:

"Beləcə, Biz, Sənə, əmrimizdən bir ruh (Quran)'ı vəhy etdik." (Şura/52);

يُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ بِٱلرُّوحِ مِنْ أَمْرِهِۦ...

Yunəzzilu'l-mələikətə bi'r-ruhi min əmrihi.

Yəni:

"Allah, mələkləri, əmrindən olan bir ruh ilə endirir." (Nəhl/2)

Allah Taala, Quranı, "ruh" deyə adlandırmışdır. Çünki Quran, ruhların həyat vəsiləsidir.

 

Bir başqa yerdə də, O, Cibrili "ruh" deyə adlandırmış,

...فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا...

Fə ərsəlnə ileyhə ruhənə.

"...Biz, ona (yəni, Məryəmə), ruhumuzu (yəni, Cəbraili) göndərdik..." (Məryəm/17) buyurmuş;

 

bir başqa yerdə də, İsa (əleyhissəlam)'ı, "ruh" deyə adlandırmışdır:

...أَلْقَىٰهَآ إِلَىٰ مَرْيَمَ وَرُوحٌ مِّنْهُ...

Əlqahə ilə Məryəmə və ruhun minhu.

Yəni:

"...O, kəliməni Məryəmə ilqa etdi. O, Allahdan bir ruhdur..." (Nisa/171)

---------------------

---------------------

✓ On beşincisi: "qasas/qissələr" adıdır.

نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ...

Nəhnu nəqussu əhsənə'l-qasasi.

Yəni:

"Biz, Sənə, qissələrin ən gözəlini danışırıq." (Yusuf/3)

Allah, Quranı, "qissə" deyə adlandırdı. Çünki, Qurana tabe olmaq lazımdır. Necə ki,

وَقَالَتْ لِأُخْتِهِۦ قُصِّيهِ

Və qalət li uxtihi qussihi.

Yəni:

"(Anası) Onun bacısına: 'Onu izlə, arxasınca get.' dedi." (Qasas/11)

Yəni, "ardınca get" buyurulmuşdur.

Və ya Quran,

إِنَّ هَـٰذَا لَهُوَ ٱلْقَصَصُ ٱلْحَقُّ...

İnnə həzə ləhuvə'l-qasasu'l-haqq.

Yəni:

"Şübhəsiz ki, Bu (yəni, Quran), həqiqi qissələrdir..." (Al-i İmran/62)

ayətinin də göstərdiyi kimi; keçmiş qövmlərin qissələrini də sərgilədiyi üçün, "Qasas" deyə adlandırılmışdır. (haşiyə)

-----------------------

(Haşiyə:

Lüğətdə, "bir kimsənin izilə, ardınca getmək; bir kimsəyə bir xəbər və ya sözü bildirmək" kimi mənalara gələn "qissə" kəliməsi, "bir kimsə, yaxud bir şeyə aid hadisələrin, addım-addım, nöqtəbənöqtə izlənilərək hekayə edilməsi və bu vəsfi daşıyan hekayə"ni ifadə edir.

Kəlimənin bu etimoloji mənası, qissə növündən olan hadisənin, addım-addım izlənəcək vəsfdə əhəmiyyətli və qeyr-i adi olması ilə, doğru və həqiqi olması vəsflərini ön plana çıxarır.

Qissənin hekayədən fərqi də, bu vəsfləri səbəbilədir. Çünki, əsl mənası "nəql" olan hekayə, həqiqi-xəyali; əhəmiyyətli-əhəmiyyətsiz başqalarına nəql edilib danışıla biləcək hər cür hadisəni əhatə edir. Quranda yer alan qissələr üçün hekayə kəliməsinin istifadə edilməməsi də, bu mənaya söykənir. Çünki Quran qissələri, ibrət alınacaq olan, tarixi həqiqət vəsfi daşıyan hadisələrdir.)

----------------------

----------------------

✓ On altıncısı: "Bəyan, Tibyan, Mubin" adlarıdır.

 

• "Bəyan" adı haqqında,

هَـٰذَا بَيَانٌ لِّلنَّاسِ...

Həzə bəyənun li'n-nəs.

Yəni:

"Bu, insanlar üçün bir bəyandır." (Al-i İmran/138)

 

• "Tibyan" adı haqqında,

...وَنَزَّلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ تِبْيَـٰنًا لِّكُلِّ شَىْءٍ...

Və nəzzəlnə aleykə'l-kitəbə tibyənən li kulli şeyin.

Yəni:

"Biz, Sənə, tibyan/hər şeyi açıqlayıcı olmaq üzərə Kitabı endirdik." (Nəhl/89)

 

• "Mubin" adı haqqında:

تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْمُبِينِ

Tilkə əyətu'l-kitəbi'l-mubin.

Yəni:

"Bunlar, mubin/açıq-aydın kitabın ayələridir." (Yusuf/1)

buyurulmuşdur.

-------------------------

-------------------------

✓ On yeddincisi: "Bəsair" adıdır.

 

...هَـٰذَا بَصَآئِرُ مِن رَّبِّكُمْ...

Həzə bəsairun min Rabbikum.

Yəni:

"Bu, Rəbbinizdən gələn bəsair'dir." (Əraf/203)

Yəni, Quran, özü ilə Haqqın görüldüyü gözlərdir. Quran, burda, "qurtuluş yolunu göstərən göz"ə bənzədilmişdir.

----------------------

----------------------

✓ On səkkizincisi: "Fasl" adıdır.

 

إِنَّهُۥ لَقَوْلٌ فَصْلٌ• وَمَا هُوَ بِٱلْهَزْلِ

İnnəhu ləqavlun faslun. Və mə huvə bi'l-hazl.

Yəni:

"O (Quran), fasl (haqq ilə batilin arasını ayıran) bir sözdür. O, mənasız bir söz deyildir." (Tariq/13-14)

 

Bu "fasl" kəliməsinin mənası xüsusunda, alimlər ixtilaf etmişlərdir.

~ Mənasının, "hökm etmək" olduğu deyilmişdir. Çünki, Haqq Taala, insanlar arasında, Onunla həqiqi bir şəkildə hökm edər.

~ Bəziləri də, bunun mənasının, "qiyamət günü, insanların arasını ayırıb bir qrupu, cənnətə; digər qrupu da, cəhənnəmə sövq edən" demək olduğunu söyləmişlərdir. Kim, dünyada Quranı özünə imam edərsə, Quran, onu, cənnətə aparar. Qurandan üz çevirəni də, O, cəhənnəmə aparar.

----------------------

----------------------

✓ On doqquzuncusu: "Nücum" adıdır.

 

فَلَآ أُقْسِمُ بِمَوَ‌ٰقِعِ ٱلنُّجُومِ

Fə lə uqsimu bimə vəqii'n-nücum.

Yəni:

"Ulduzların doğub-batdıqları yerlərə and olsun." (Vaqiə/75)

وَٱلنَّجْمِ إِذَا هَوَىٰ

Və'n-nəcmi izə həvə.

Yəni:

"Endiyi zaman, Qurana and olsun." (Nəcm/1)

(Haşiyə)

------------------------

(Haşiyə:

~ İmam Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" adlı təfsirində, Vaqiə surəsi 75-ci ayənin təfsirində deyir:

• ibn Abbas (radiyallahu anh) dedi:

Burda, "ulduzların doğub-batdıqları yerlər"dən məqsəd, "Quranın qisim-qisim endirilməsi"dir. Uca Allah, Quranı, ən üst səmadakı lövh-i məhfuzdan yazan mələklərə endirdi. Bu yazan mələklər də, Cəbrailə, 20 gecədə, qisim-qisim endirdilər. Cəbrail də, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə, 20 illik bir zaman zərfində, qisim-qisim endirdi. Cəbrail, Quranı, Muhamməd ümmətinə, hadisələrə görə endirirdi."

Bu açıqlamanı, əl-Mavərdi, ibn Abbas və əs-Süddi'dən nəql etmişdir.

• əl-Fərra da, ibn Məsud (radiyallahu anh) dedi:

"Ulduzların doğub-batdıqları yerlər"in: "Quranın möhkəm əmrləri" olduğunu söylədiyini rəvayət etməkdədir.

~ İmam Qurtubi, öz təfsirində, Nəcm surəsi 1-ci ayənin təfsirində, belə deyir:

Mücahid'dən nəql edildiyinə görə,

وَٱلنَّجْمِ إِذَا هَوَىٰ

"Və'n-nəcmi izə həvə." "Endiyi zaman Qurana and olsun." deməkdir. Çünki, Quran da, "nücum" halında, (yəni, qisim-qisim, parça-parça) enərdi.

əl-Fərra da, belə demişdir.

--------------------------

--------------------------

✓ İyirmincisi: "Məsani" adıdır.

 

...مَّثَانِىَ تَقْشَعِرُّ مِنْهُ جُلُودُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ...

Məsəniyə təqşəirru minhu culudulləzinə yəxşəvnə Rabbəhum.

Yəni:

"...Rəblərinə dərin hörmət göstərənlərin dərilərinin, Özündən ürpərdiyi məsani (təkrarlanan) ayələr..." (Zumər/23)

Qurana, "məsani" deyildi. Çünki Onda, qissələr və xəbərlər, təkrar edilməkdədir.

-------------------------

-------------------------

✓ İyirmi birincisi: "Nemət" adıdır.

 

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

Və əmmə bi ni'məti Rabbikə fəhəddis.

Yəni:

"Rəbbinin nemətinə gəlincə, ondan danış." (Duha/1)

ayətindəki "nemət" haqqında, ibn Abbas (radiyallahu anh), Onun, "Quran" olduğunu demişdir.

-------------------------

-------------------------

✓ İyirmi ikincisi: "Burhan" adıdır.

 

... قَدْ جَآءَكُم بُرْهَـٰنٌ مِّن رَّبِّكُمْ...

Qad cəəkum burhanun min Rabbikum.

Yəni:

"Şübhəsiz ki, sizə, Rəbbinizdən bir burhan (dəlil) gəlmişdir." (Nisa/174)

Quran, necə burhan olmasın?! Çünki, fasih kimsələr, Onun bir bənzərini söyləməkdən aciz qalmışlardır.

----------------------

----------------------

✓ İyirmi üçüncüsü: "Bəşir""Nəzir" adlarıdır.

 

Bu isimlər/adlarda, Quran ilə Peyğəmbərlər arasında bir müştərəklik vardır. Allah Taala,

~ Peyğəmbərlərin vəsfləri olaraq,

...رُّسُلًا مُّبَشِّرِينَ وَمُنذِرِينَ...

Rusulən mubəşşirinə və munzirin.

Yəni:

"...Müjdələyici və qorxuducu (və ya xəbərdarlıq edən) rəsullar/elçilər..." (Nisa/165)

Muhamməd (sallallahu aleyhi və səlləm)'in vəsfi olaraq,

إِنَّآ أَرْسَلْنَـٰكَ شَـٰهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا

İnnə ərsəlnəkə şəhidən və mubəşşiran və nəziran.

Yəni:

"Həqiqətən, Biz, səni, şahid, müjdəçi və xəbərdarlıq edən elçi kimi göndərmişik." (Fəth/8)

 

~ Quranın sifəti olaraq da, Fussilət surəsi 4-cü ayədə də,

بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ

Bəşiran və nəziran fəə'rida əksəruhum fəhum lə yəsməun.

Yəni:

"O (Quran), həm müjdə verən, həm də xəbərdar edəndir. Lakin onların çoxu, üz çevirib söz eşitməzlər." buyurmuşdur.

--------------

--------------

--------------

Burdan etibarən, Allah ilə Quran arasında müştərək olan adları zikr edəcəyik.

Quranın, əsmau'l-husna (Allahın gözəl isimləri/adları) ilə müştərək olan adları:

 

✓ İyirmi dördüncüsü: "Qayyim" adıdır.

 

قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا...

Qayyimən liyunzira bə'sən şədidən.

Yəni:

"Şiddətli əzaba qarşı qorxutmaq (və ya xəbərdarlıq etmək) üçün doğru bir (kitab olaraq)..." (Kəhf/2) buyurulmuşdur.

Din də, eyni şəkildə, doğrudur.

...ذَ‌ٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ ۚ...

Zəlikə'd-dinu'l-qayyim.

Yəni:

"...bu doğru din..." (Tövbə/36)

 

Allah Taala da, "əl-qayyum"dur.

 

ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ...

Allahu lə iləhə illə huvə'l-hayyu'l-qayyum.

Yəni:

"Allah, Özündən başqa ilah yoxdur. O, hayy (həyat sahibi) və qayyumdur." (Bəqərə/255)

Haqq Taala, bəyan və ifadə xüsusunda, Öz Zatı ilə qaim olduğu üçün, "qayyum" olaraq adlandırılmışdır.

-------------------

-------------------

✓ İyirmi beşincisi: "Muheymin" adıdır.

 

وَأَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلْكِتَـٰبِ وَمُهَيْمِنًا عَلَيْهِ...

Və ənzəlnə ileykə'l-kitəbə bi'l-haqqi musaddiqan limə bəynə yedeyhi minə'l-kitəbi və muheyminən aleyhi...

Yəni:

"Sənə, özündən əvvəlki kitabları təsdiq edən və muheymin (qoruyucu) olan kitabı, haqq olaraq endirdik." (Maidə/48)

"Muheymin" adı, "əmin" adından götürülmüşdür. Quran, -Ona sarılan, dünya və axirət zərərlərindən əmin-amanlıq içində olacağı üçün-, bu adla adlandırılmışdır.

"Muheymin" olan Allah Taala, "Muheymin" olan Quranı, Allahın məxluqatına qarşı Allahın əminləri olan Muhamməd ümməti üçün, əmin bir Peyğəmbərə göndərmişdir.

------------------------

------------------------

✓ İyirmi altıncısı: "Hadi" adıdır.

 

إِنَّ هَـٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ...

İnnə həzə'l-Quranə yəhdi lilləti hiyə əqvəmu.

Yəni:

"Şübhəsiz ki, bu Quran, ən doğru yola yönəldir." (İsra/9);

يَهْدِىٓ إِلَى ٱلرُّشْدِ...

Yəhdi ilə'r-ruşdi.

Yəni:

"O, doğru yola yönəldir." (Cinn/2)

 

Allah da, əl-Hadi'dir. Çünki, bir xəbərdə, Allah haqqında, "O, nur və hadidir." buyurulmuşdur.

--------------------

--------------------

✓ İyirmi yeddincisi: "Nur" adıdır.

 

ٱللَّهُ نُورُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ...

Allahu nuru's-səməvəti və'l-ard.

Yəni:

• "Allah, göylərin və yerin nurudur." (Nur/35)

 

• Quran haqqında da,

...وَٱتَّبَعُوا۟ ٱلنُّورَ ٱلَّذِىٓ أُنزِلَ مَعَهُۥٓ...

Və't-təbəu'n-nuralləzi unzilə məəhu.

Yəni:

"Onunla bərabər endirilən nura tabe oldular." (Əraf/157)

Yəni, "Qurana tabe oldular." buyurulmuşdur.

 

• Peyğəmbər (sallallahu aleyhi və səlləm) də,

...قَدْ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٌ وَكِتَـٰبٌ مُّبِينٌ

Qad cəəkum minəllahi nurun və kitəbun mubinun.

Yəni:

"Şübhəsiz ki, Allahdan bir nur və açıq bir kitab gəlmişdir." (Maidə/15)

ayətində, "nur" deyə adlandırılmışdır. Yəni, nur, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dir.

 

• Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dini də, nur olaraq adlandırılmışdır.

يُرِيدُونَ لِيُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَ‌ٰهِهِمْ...

Yuridunə liyutfiu nurallahi biəfvəhihim.

Yəni:

"Allahın nurunu, ağızları ilə söndürmək istəyirlər." (Saff/8)

 

• Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in açıqlaması da, "nur" deyə adlandırılmışdır:

أَفَمَن شَرَحَ ٱللَّهُ صَدْرَهُۥ لِلْإِسْلَـٰمِ فَهُوَ عَلَىٰ نُورٍ مِّن رَّبِّهِۦ...

Ə fə mən şərahəllahu sadrahu li'l-İsləmi fə huvə alə nurin min Rabbihi.

Yəni:

"Allahın, sinəsində İslam üçün bir inşirah verib (açıb) artıq Rəbbindən bir nur üzərə olan kimsə..." (Zümər/22)

 

• Tövrat da, "nur" deyə adlandırılmışdır.

إِنَّآ أَنزَلْنَا ٱلتَّوْرَىٰةَ فِيهَا هُدًى وَنُورٌ...

İnnə ənzəlnə't-Təvratə fihə hudən və nurun.

Yəni:

"Şübhəsiz ki, biz, Tövratı endirdik. Onda, bir hidayət və nur vardır." (Maidə/44)

 

• İncil də, "nur" deyə adlandırılmışdır.

وَءَاتَيْنَـٰهُ ٱلْإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ

Və ətəynəhu'l-İncilə fihi hudən və nurun.

Yəni:

"Biz, Ona, içində bir hidayət və nur olan İncili verdik." (Maidə/46)

 

• İman da, "nur" olaraq adlandırılmışdır.

...يَسْعَىٰ نُورُهُم بَيْنَ أَيْدِيهِمْ...

Yəsə nuruhum beynə əydihim.

Yəni:

"...Nurları, onların önündən qaçar..." (Hədid/12)

--------------------

--------------------

✓ İyirmi səkkizincisi: "Haqq" adıdır.

Allah Taala'nın isimləri/adları haqqında, (peyğəmbərlər göndərən, hər şeyə şahid və haqq olan) adları varid olmuşdur. Quran da, haqq'dır. Çünki, Allah Taala,

وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ

Və innəhu lə haqqul-yəqin.

"Sözsüz ki, o (yəni, Quran), yəqin olan bir haqqdır." (Haqqa/51) buyurmuşdur.

Allah, Quranı, "haqq" deyə adlandırdı. Çünki, haqq, batilin ziddidir. O halda, haqq, batili silib süpürər. Necə ki, Allah,

بَلْ نَقْذِفُ بِٱلْحَقِّ عَلَى ٱلْبَـٰطِلِ فَيَدْمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٌ...

Bəl nəqzifu bi'l-haqqi'l-bətili fəyədməğuhu fə izə huvə zəhiqun.

Yəni:

"Doğrusu, Biz, haqqı, batilin üzərinə atarıq; haqq, onu parça-parça edər. Bir anda, batilin yox olub getdiyini görərsiniz." (Ənbiya/18)

-----------------------

-----------------------

✓ İyirmi doqquzuncusu: "Əziz" adıdır.

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

Və innə Rabbəkə ləhuvə'l-Azizi'r-Rahim.

Yəni:

• "Şübhəsiz ki, Sənin Rəbbin, Əziz və Rəhimdir." (Şüəra/104)

 

• Quranın sifəti haqqında da,

...وَإِنَّهُۥ لَكِتَـٰبٌ عَزِيزٌ

Və innəhu ləkitəbun aziz.

Yəni:

"Şübhəsiz O (yəni, Quran), əziz bir kitabdır." (Fussilət/41) buyurmuşdur.

 

• Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, əzizdir. Çünki, Allah Taala,

لَقَدْ جَآءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ

Ləqad cəəkum Rasulun min ənfusikum əzizun.

Yəni:

"And olsun ki, sizə, özünüzdən əziz (Allah nəzdində qədri uca) bir rəsul gəlmişdir." (Tövbə/128) buyurmuşdur.

 

• Onun ümməti də, əzizdir. Çünki, Haqq Taala:

...وَلِلَّهِ ٱلْعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلْمُؤْمِنِينَ...

Və lilləhi'l-izzətu və lirasulihi və li'l-mu'minin.

Yəni:

"İzzət, ancaq Allaha, Onun rəsuluna və möminlərə aiddir." (Münafiqun/8) buyurmuşdur.

 

Əziz bir Kitabı, Əziz bir Ümmət üçün, Əziz bir Peyğəmbərə, Əziz olan Rəbb endirmişdir.

 

"Əziz"in, 2 mənası vardır:

1. "Qahir", yəni, "hökmran, güclü".

Quran da, belədir. Çünki O, düşmənlərini məğlub etmiş və Özünə qarşı gəlmək istəyənlərə də, qarşı dayanmışdır.

2. Misil və bənzərinin olmamasıdır. (haşiyə)

-----------------------

(Haşiyə:

Əziz isminin şərhi:

https://suallarlaislam.com/.../%C9%99ziz-isminin-s%C9%99rhi)

-------------------------

-------------------------

✓ Otuzuncusu: "Kərim" adıdır.

 

إِنَّهُۥ لَقُرْءَانٌ كَرِيمٌ • فِى كِتَـٰبٍ مَّكْنُونٍ

İnnəhu ləquranun kərim. Fi kitəbin məknun.

Yəni:

"Şübhəsiz O, kərim bir Qurandır. O, mühafizə edilən bir kitabdadır." (Vaqiə/77-78)

 

Haqq Taala, 7 şeyi "kərim" olaraq adlandırmış; onlara, "kərim" adını vermişdir. (Belə ki):

1. Allah:

يَـٰٓأَيُّهَا ٱلْإِنسَـٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلْكَرِيمِ

"Yə əyyuhə'l-insən! Mə ğarrakə biRabbikə'l-Kərim?"

Yəni:

"Ey insan! Səni, öz kərim Rəbbinə qarşı qoyan, nədir?" (İnfitar/6)

Çünki, Allahdan daha kərim olan bir başqası yoxdur.

 

2. Quran:

Allah, Quranı da, "kərim" deyə adlandırdı. Çünki, elm və hökm xüsusunda, Qurandan istifadə edildiyi qədər, heç bir kitabdan istifadə edilməz.

 

3. Musa (əleyhissəlam):

Allah, Musanı da "kərim" deyə adlandıraraq,

وَجَآءَهُمْ رَسُولٌ كَرِيمٌ

Və cəəhum Rasulun kərim.

Yəni:

"Onlara, kərim bir peyğəmbər gəldi." buyurdu. (Duxan/17)

 

4. Əməllərin mükafatı:

Yenə Allah, əməllərin mükafatını da, "kərim" deyə adlandırdı.

...فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ

Fə bəşşirhu bi məğfiratin və əcrin kərim.

Yəni:

"Və onu, bir məğfirət və kərim olan bir əcr ilə müjdələ." (Yasin/11)

 

5. Ərş:

Allah, ərşinə də, "kərim" demişdir.

لَآ إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْكَرِيمِ

Lə iləhə illə Huvə Rabbu'l-arşi'l-kərim.

Yəni:

"Ondan başqa ilah yoxdur. O, kərim ərşin Rəbbidir." (Mu'minun/116)

Çünki ərş, rəhmətin eniş yeridir.

 

6. Cəbrail:

Allah, Cibrili də,

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

İnnəhu ləqavlu rasulin kərim.

Yəni:

"Həqiqətən, o, kərim rəsulun sözüdür." (Təkvir/19) deyərək, "kərim" deyə adlandırmışdır. Burdakı "kərim", "əziz" mənasındadır.

 

7. Süleyman (əleyhissəlam)'ın məktubu:

Allah, Süleymanın məktubunu da, "kərim" deyə adlandırmış:

...إِنِّىٓ أُلْقِىَ إِلَىَّ كِتَـٰبٌ كَرِيمٌ

İnni ulqiyə iləyyə kitəbun kərim.

Yəni:

"Şübhəsiz ki, mənə, kərim bir məktub buraxıldı." (Nəml/29)

 

O halda, bu,

~ kərim olan bir Rəbbin;

~ kərim olan bir mələk ilə;

~ kərim olan bir ümmət üçün,

~ kərim bir peyğəmbərə

endirdiyi bir kitabdır. Əgər bu ümmət, o kitaba sarılarlarsa, kərim bir mküafata nail olmuş olarlar.

-------------------------

-------------------------

✓ Otuz birincisi: "Əzim" adıdır.

وَلَقَدْ ءَاتَيْنَـٰكَ سَبْعًا مِّنَ ٱلْمَثَانِى وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ

Və ləqad ətəynəkə səbən minə'l-məsəni və'l-Quranə'l-Azim.

Yəni:

• "Biz, Sənə, təkrarlanan 7 ayəni və əzim (əzəmətli) Quranı verdik." (Hicr/87)

 

• Allah, Özünü, "Əzim" deyə adlandıraraq,

...وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ

Və Huvə'l-Aliyyu'l-Azim.

Yəni:

"O, Aliyy (uca) və Azim (əzəmətli)'dir." (Bəqərə/255)

 

• Allah, ərşini də "əzim" deyə adlandıraraq,

...وَهُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ

Və Huvə Rabbu'l-arşi'l-azim.

Yəni:

"O (Allah), əzim ərşin Rəbbidir." (Tövbə/129) buyurmuşdur.

 

• Allah, kitabını da "əzim" deyə adlandıraraq,

...وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ

Və'l-Quranə'l-azim.

Yəni:

"...əzəmətli Quran." (Hicr/87) buyurmuşdur.

 

• Qiyamətini də, "əzim" deyə adlandıraraq,

لِيَوْمٍ عَظِيمٍ • يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَـٰلَمِينَ

Liyəvmin azim. Yəvmə yəqumu'n-nəsu li Rabbi'l-aləmin.

Yəni:

"Əzəmətli bir gündə (dirildiləcəklərdir). O gündə, insanlar, aləmlərin Rəbbinin hüzurunda dayanacaqlar." (Mutaffifin/5-6) buyurmuşdur.

 

• Zəlzələni də, "əzim" deyə adlandıraraq,

...إِنَّ زَلْزَلَةَ ٱلسَّاعَةِ شَىْءٌ عَظِيمٌ

İnnə zəlzələtə's-səəti şeyun azimun.

Yəni:

"Şübhəsiz, (qiyamət) saatının zəlzələsi, əzəmətli bir şeydir." (Həcc/1) buyurmuşdur.

 

• Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əxlaqını da, "əzim" deyə adlandıraraq,

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

Və innəkə, ləalə xuluqin azim.

Yəni:

"Həqiqətən Sən, əzəmətli bir əxlaq üzərindəsən." (Qaləm/4) buyurmuşdur.

 

• Elmi də, "əzim" deyə adlandıraraq,

...وَكَانَ فَضْلُ ٱللَّهِ عَلَيْكَ عَظِيمًا

Və kənə fadlullahi aleykə azimən.

Yəni:

"...Allahın sənə olan lütfü (yəni, Sənə verdiyi elm), əzəmətlidir." (Nisa/113) buyurmuşdur.

 

• Qadınların tələsini də, "əzim" deyə adlandıraraq,

...إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ

İnnə kəydəkunnə azimun.

Yəni:

"Şübhəsiz, sizin tələniz, əzəmətlidir." (Yusuf/28) buyurmuşdur.

 

• Fironun sehrbazlarının sehrini də, "əzim" deyə adlandıraraq,

...وَجَآءُو بِسِحْرٍ عَظِيمٍ

Və cəu bi sihrin azim.

Yəni:

"Onlar, əzəmətli bir sehr göstərdilər." (Əraf/116) buyurmuşdur.

 

• Savabın şəxsən özünü də, "əzim" deyə adlandıraraq,

...وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًۢا

Və adəllahulləzinə əmənu və amilu's-salihəti minhum məğfirətən və əcran azimən.

Yəni:

"Allah, onlardan iman gətirib yaxşı işlər görənlərə, bağışlanma və əzəmətli bir savab vəd etmişdir." (Fəth/29) buyurmuşdur.

 

• Münafiqlərin görəcəyi əzabı da, "əzim" deyə adlandıraraq,

...وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

Və ləhum azəbun azimun.

Yəni:

"Onlar üçün, əzəmətli bir əzab vardır." (Bəqərə/7) buyurmuşdur.

---------------------

---------------------

✓ Otuz ikincisi: "mübarək" adıdır.

وَهَـٰذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَـٰهُ...

Və həzə zikrun mubərakun ənzəlnəhu.

Yəni:

"Bu, endirdiyimiz mübarək bir zikrdir." (Ənbiya/50)

 

Allah, bir çox şeyi də, bu adla adlandırmışdır. Məsələn:

Musa (əleyhissəlam) ilə danışdığı yerə, "mübarək" adını vermişdir:

...فِى ٱلْبُقْعَةِ ٱلْمُبَـٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ...

...fi'l-buqati'l-mubərakəti minə'ş-şəcərati...

Yəni:

"...mübarək vadidə, ağacdan..." (Qasas/30)

 

• Yenə, təmin etdiyi faydalar çox olduğu üçün, "zeytun ağacı"nı da, "mübarək" deyə adlandıraraq,

...يُوقَدُ مِن شَجَرَةٍ مُّبَـٰرَكَةٍ زَيْتُونَةٍ...

Yuqadu min şəcəratin mubərakətin zeytunətin...

Yəni:

"Mübarək bir zeytun ağacından yandırılır." (Nur/35) buyurmuşdur.

 

• İsa (əleyhissəlam)'ı da, "mübarək" deyə adlandıraraq,

وَجَعَلَنِى مُبَارَكًا...

Və cəaləni mubərakən.

Yəni:

"Məni, mübarək qıldı." (Məryəm/31) buyurmuşdur.

 

• Yağışı da, içində olan faydalardan dolayı, "mübarək" deyə adlandıraraq,

وَنَزَّلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً مُّبَـٰرَكًا...

Və nəzzəlnə minə's-səməi məən mubərakən.

Yəni:

"Və göydən, mübarək bir su (yağış) endirdik." (Qaf/9) buyurmuşdur.

 

• Yenə, Haqq Taala, qədr gecəsini də "mübarək" deyə adlandıraraq,

إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةٍ مُّبَـٰرَكَةٍ...

İnnə ənzəlnəhu fi leylətin mubərakətin.

Yəni:

"Şübhəsiz, Biz, Onu (yəni, Quranı), mübarək bir gecədə endirdik." (Duxan/3) buyurmuşdur.

 

Buna görə, Quran:

~ mübarək bir mələyin;

~ mübarək bir gecədə;

~ mübarək bir ümmət üçün;

~ mübarək bir Peyğəmbərə endirdiyi;

~ mübarək bir zikrdir.

 

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

Read 106 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR