Quranın dəlil olması
Quran, Nəbi (sallallahu aleyhi və səlləm)'ə nazil olan bir kitabdır. İlk olaraq enən ayələri, bunlardır:
• ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ
• خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ
• ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ
• ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ
عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ
"Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Qələmlə (yazmağı) öyrədən; insana bilmədiyini öyrədən Rəbbin, ən böyük kərəmin sahibidir." (Ələq/1-5)
Bax bu başlanğıc, Quran elminə çağıran və sərlövhəsi elm olan bir kitab olduğuna; Onun gətirdiyi şeyin ancaq elmlə ayaqda qalacağına; və insanın, bilmədiyini öyrənməsi gərəkdiyinə işarətdir.
Quranın son enən ayəsi də, budur:
...ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَـٰمَ دِينًا...
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." (Maidə/3)
Bu ayətin nüzulu da, İslamın kamala çatdığını göstərməkdədir.
Quran, 23 ildə, parça-parça endirilmişdir. Bu müddət, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, peyğəmbərliyini təbliğ etdiyi illərdir. Quranın bir qismi, Məkkə'də; bir qismi də, Mədinə'də nazil olmuşdur.
✓ Məkkə'də nazil olan ayə və surələr, demək olar ki, İslam əqidəsini açıqlamaqdadır, ki, o da:
~ Tövhidə;
~ mələklərə;
~ peyğəmbərlərə;
~ kitablara; və
~ axirət gününə
imandır.
Bu qismində, Quran, müşriklərlə bərabər azğınlıq edənlərin aqibətlərini açıqlayır; insanları, atalarından qalan küfr boyunduruğundan qurtuluşa çağırır; və belə buyurur:
وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ بَلْ نَتَّبِعُ مَآ أَلْفَيْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۗ أَوَلَوْ كَانَ ءَابَآؤُهُمْ لَا يَعْقِلُونَ شَيْـًٔا وَلَا يَهْتَدُونَ
"Onlara: 'Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!'– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?" (Bəqərə/170)
✓ Mədinə'də nazil olan ayə və surələrdə isə:
~ bir çox fiqhi əsaslar;
~ ailə və dövlətin tənzimi;
~ müsəlmanların, həm özlərilə, həm də digər insanlarla olan münasibətləri;
~ muahədə (qarşılıqlı razılaşmalar);
~ sülh və döyüş halları
açıqlanmaqdadır.
Hökmlərlə bağlı olan ayələrin, daha çox Mədinə'də enməsinin səbəbi, budur:
Bu dövrdə, müstəqil, tam bir hökmranlığa sahib və Quranın hökmlərini tətbiq edə biləcək İslam dövləti, təşəkkül etmişdi. Hicrətdən əvvəl isə, müsəlmanlar, yer üzündə zəif olduğundan, bu hökmlərin, əməli bir faydası yox idi. Məkkədə hökmranlıq, o sırada, müşriklərin əllərində idi. Dolayısı ilə, İslam dövlətini tənzim etməyin bir praktik yönü mövcud deyildi. Bu xüsus, ancaq, hicrətdən sonra ortaya çıxdığı üçün, hökm ifadə edən ayələr də, bu dövrdə nazil olmuşdur.
"Quran, nə üçün parça-parça nazil olmuş; bir dəfədə nazil olmamışdır?" deyə, bir sual ağla gələ bilər. Müşriklər, bu sualı, öyrənmək üçün deyil; qəribsəyici bir dillə ortaya atmışdılar. Quran, bunun haqqında belə xəbər verir:
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ٱلْقُرْءَانُ جُمْلَةً وَٰحِدَةً ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَ ۖ وَرَتَّلْنَـٰهُ تَرْتِيلًا
"Kafirlər dedilər: 'Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?' Biz onu sənin qəlbini yerləşdirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə oxuduq." (Furqan/32)
İləri sürülən etiraz və cavabı, bu ayədən başa düşmüş oluruq. Bizim üçün bu etiraz, əhəmiyyətli deyildir; insanı düşünməyə sövq edən cavabdır. Bu cavabda, 2 xüsus bildirilməkdədir:
1. Quranın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəlbinə yerləşdirilməsi;
2. Quranın, ən gözəl şəkildə ayəbəayə oxunması.
Demək ki, Quranın parça-parça endirilişinin səbəbi, bu ikisidir.
İndi, bu 2 şey üzərində, qısaca duraq:
1. Quranı qəlbə yerləşdirməyin mənası:
Ona qarşı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'də ruhi bir ünsiyyət meydana gətirərək, Onun məna və hökmlərini, həm Peyğəmbərin, həm də insanların ruhlarına nəqş etmək; onlara, bu məna və hökmləri fəhm etmə yollarını göstərməkdir.
Quranın parça-parça endirilməsi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'də, ruhi bir ünsiyyət meydana gətirmişdir. Yəni, bu sayədə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), peyğəmbərliyi boyunca, Allah ilə, daim münasibət içində olmuş; Rəbbi ilə, mütəmadi olaraq bir ünsiyyət qurma hissi içində yaşamış və Ona yaxınlığı, ünsiyyəti artmışdır.
Quran, topdan bir dəfədə ensəydi, xüsusilə müşriklərin inad və etiraz etdikləri, İslama qarşı israrlı bir şəkildə inad etdikləri müddət içində, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə bir ruhi bir dəstəkdən məhrum qalacaqdı.
Quranın məna və hökmlərinin təsbiti, qəlblərə yerləşdirilməsi işinə gəlincə:
Onun, ehtiyac duyulduqca enməsi, məna və hökmlərini açıqlamada, köməkçi olmuşdur. Belə ki:
Bəzi hadisələr meydana gəlirdi. Bunların hökmlərini açıqlamaq üzərə, bəzi ayələr nazil olurdu. Və beləcə, hökm, tam ehtiyac anında bildirilmiş olurdu. Dolayısı ilə, hadisələr, Quranın bildirdiyi hökmün bəzi məqsədlərini ortaya qoymuş olur ki, bu da, Quranın başa düşülməsi üçün bir yardım təşkil edirdi. Ayələrin eniş səbəbləri, Quranın mənalarını başa düşmək və ehtiva etdiyi hökmlərin məqsədlərini qavramaq üçün bizə, hələ də işıq tutmaqdadır. İnsan, nüzul səbəblərini oxuyarkən, özünü, Quranın endiyi atmosfer içində yaşayır kimi hiss etməkdədir.
2. İndi, Quranın parça-parça enməsinin ikinci hikmətini təşkil edən tərtil (ayəbəayə oxumaq) işinə gələk. Bunun əsası, budur:
Quran, oxumaq-yazmaq bilməyən bir topluluq içində nazil olmuşdur. Allah da, Onun, qiyamətə qədər eynilə qalması üçün, qəlblərdə saxlanmasını iradə etmişdir. Bax, Quranın parça-parça enişi, həm Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, həm də səhabələrin, Onu əzbərləməsini asanlaşdırmış və təmin etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Özünə nazil olan ayələri əzbərləmək üçün, həssaslıq göstərir və Cəbrayıl (əleyhissəlam), vəhy gətirərkən, dərhal dilini hərəkət etdirməyə başlardı. Bu səbəblə, Allah Taala, ona, belə xitab etmişdi:
• لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ
• إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ
• فَإِذَا قَرَأْنَـٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ
• ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ
"Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir." (Qiyamə/16-19)
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Quranın enər-enməz yazılmasını əmr edərdi. Nəhayət, Quranın nüzulu tamamlanınca, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, Cəbrailin Özünə oxuduğu şəkil üzərə tərtib etmişdir.
Quran, belə parçalar halında enməsəydi, heç bir səhabə, Onu, nazil olduğu günlərdə əzbərləyə bilməyəcəkdi. Çünki, səhabələr, özlərini, tamamilə bu işə vermiş deyillərdi. Əksinə, ticarətləri, işləri, döyüş və döyüş hazırlıqları ilə də məşğul idilər.
Musa (əleyhissəlam)'a göndərilən "10 lövhə" kimi, Quran da 1 dəfədə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə endirilmiş olsaydı, ilk əvvəl, onu yazdıracaq bir katib tapa bilməzdi. Çünki, o günki müsəlmanlar, oxumaq-yazmaq bilmirdilər və özünü sırf bu işə vermiş kimsə də, yox idi. Oxuma-yazma bilməyən bəzi kimsələr varsa da, bunlar, ancaq, kiçik işlərini idarə edəcək qədər bilirdilər. Halbuki, yunanlar, romalılar və farslar kimi digər millətlər, belə deyildilər.
Quran, ayəbəayə endiyi üçün, həm asanca əzbərlənilir; həm də yazılırdı. Bir başa Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən öyrənilib əzbərlənməsi, Quranın, eynilə Peyğəmbərin oxuduğu tərtil üzərinə oxunmasını da təmin edirdi. Daha sonra, Quran, bu oxuması ilə, kəlimələrilə olduğu kimi; gələcək nəsillərə keçmiş və təvatür yolu ilə günümüzə qədər gəlmişdir. Demək ki, Quran, sırf kəlimələrilə deyil; eyni zamanda, oxunuş tərzilə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, qəti bir şəkildə və mütəvatir olaraq bizə çatmışdır. Heç bir dəyişikliyə məruz qalmamışdır. Bu səbəblədir ki, alimlər, "Quranın oxunuşu, tabe olunması lazım gələn bir sünnətdir." demişlərdir.
Bax bunu asanlaşdıran, Quranın parçalar halında enmiş olmasıdır. Müşriklərin bu yoldakı etirazlarını rədd edərkən, Allah Taala da:
"Biz onu sənin qəlbini yerləşdirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə oxuduq." buyurmuşdur.
------------------------------------
Quranın təvatür (yolu ilə gəlmə)'si:
Nəsildən nəsilə təvatür yolu ilə gələn Quranı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), tamamilə əzbərləmiş və bu dünyadan köçmədən əvvəl, Cəbrail (əleyhissəlam)'a oxumuşdur.
Səhabələr (radiyallahu anhum) da, Onu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən öyrəndikləri kimi əzbərləmiş; onlardan sonra gələn tabiun (səhabəni görənlər) də, eyni şəkildə əzbərləyərək, bu əmanəti, gələcək nəsillərə ötürmüşlərdir. Bununla bərabər, Quran, səhabələr dövründə, mushaflar halında yazılmışdı. Bu mushafları, səhabələrdən götürmüş olan tabiun, onlarla kifayətlənməmiş; eyni zamanda, Quranı əzbərləmə işinə də əhəmiyyət vermişlərdi. Səhabə və taibundan günümüzə qədər, bu İlahi kitabı əzbərləyən və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in tərtilinə görə oxuyan insanlar vardır. Bu da, Allah Taala'nın,
إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ
"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq." (Hicr/9) ayətinin gerçəkləşdiyini göstərir.
Quranın təvatür yolu ilə gəlməsi, Ona, qəti bir sənəd vəsfi qazandırmışdır. Sənəd cəhətindən təvatürə söykənən bir şey üzərində isə, şübhə edilə bilməz. Quran qiraətləri (oxunuş tərzləri) də, təvatürə söykənməkdədir. Mütəvatir (yalan üzərində) birləşmələri mümkün olmayan bir topluluğun verdiyi xəbər) olmayan, yəni, şazz olan qiraətlərə, əhəmiyyət verilməz. Hərçənd bu qiraətlərin, mütəvatir qiraətlərdən fərqli olması, Quranın əsl mətnində fərq olduğu mənasına gəlməz. Bu fərqlər, sadəcə oxunuş şəklilə bağlıdır. Alimlər, təvatür yolu ilə gəlməyən şeyi, Qurandan saymamışlardır.
Allah Taala, Quranı bu şəkildə mütəvatir olaraq qorumaqla, İslam fiqhinin əsas sütununu mühafizə etmişdir. Hər mövzuda, İslamın ölçüsü, bu Kitabdır. Bir şeyin İslamdan sayılıb-sayılmayacağı, bununla ölçülür.
------------------------------
Quranın i'cazı (möcüzəliliyi):
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ən böyük möcüzəsi, Qurandır. Bu isə, mənəvi bir möcüzədir. Quran, anadan kor doğulanları və cüzzam xəstəliyinə tutulanları sağaltma; və ya əsanın, yeriyən ilan halına gəlməsi kimi hisslərə xitab edən və meydana gəldikdən sonra sonlanan möcüzələr növündən maddi bir möcüzə deyildir (haşiyə).
------------------------
(Haşiyə:
Möcüzələrin qisimləri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mocuz%C9%99-v%C9%99-qisiml%C...
------------------------
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Quranı tanımayanlara, özlərinin də belə bir kitab meydana gətirmələrini söyləmiş; onlar isə, bundan aciz qalmışlardır. Uydurma 10 surə gətirmələri üçün meydan oxumuş; yenə, aciz qalmışlardır. Uydurma 1 tək surə gətirmələrini istəmiş, buna da gücləri çatmamışdır.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ən böyük möcüzəsi, belə mənəvi bir möcüzədir. Özündən əvvəlki peyğəmbərlərin möcüzələri kimi, hissi deyildir. Bu hal, İslam dininin, qiyamətə qədər əbədi olması ilə ahəng içindədir. Çünki, hissi hadisələr, bir dəfə meydana gəlir və onları, ancaq müəyyən kimsələr görə bilir. Bütün insanlar görə bilməz və onlar, gələcək nəsillərə şamil olmaz. Sadəcə rəvayətə bağlı bir xəbər olaraq qalar. Mənəvi möcüzə isə, əbədi olaraq, qiyamətə qədər Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in burhanı (dəlili) olmasını və i'cazını qoruyur. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in şəriəti, bütün aləmlərə şamil və qiyamətə qədər əbədi olduğuna görə, onu dəstəkləyən və həqiqi peyğəmbər olmasını doğruyalan möcüzənin də, qiyamətə qədər əbədi olması, müvəqqəti olmaması lazımdır. Quranın i'caz yönlərini incəkəyəcək olarsaq, Onun, hər zaman insanlara xitab edən İlahi bir kitab olduğunu görərik.
----------------------------
İ'caz cəhətləri:
Ərəblərə nisbətlə Quranın möcüzə olması, şübhə götürməz bir həqiqətdir. Onlar, Quranın bir bənzərini ortaya qoya bilməmiş; əsasən, belə bir şey edəcəklərini, iddia belə etməmişlərdir. Onlardan biri, Quranın ucalığı qarşısında, belə demələridir:
"Vallahi, məndən yaxşı şeir biləniniz və məndən üstün qəsidə yazanınız, yoxdur. Vallahi, O, bunlardan heç birinə bənzəmir. Vallahi, Onun sözlərində, bir şirinlik və gözəllik vardır. Budaqları, bərəkətli; kökü isə, qüvvətlidir. O, altındakıları əzməkdədir."
Müşriklər, Quranın, dinləyicilər üzərindəki bu güclü və dərin təsirini bilib gördükləri üçün, bir-birinə, Ona qulaq asmamağı tövsiyyə edirdilər. Bunu, Allah Taala, Quranda, belə xəbər verməkdədir:
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَسْمَعُوا۟ لِهَـٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْا۟ فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ
"Kafirlər: 'Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz'– dedilər." (Fussilət/26)
Bundan başa düşülür ki, Quranın i'cazı, özündədir, xaricdən gəlmir. "Brahmanların vəda ilahiləri şəklində Quranın bir bənzərini gətirməyə insanların gücləri çatardı. Ancaq, onlara, Allah mane olduğu üçün bunu edə bilməmişlərdir." də deyə bilmirik.
Ən köhnə çağlardan bəri, alimlər, Quranın i'caz yönləri üzərində dayanmışlardır. Əsasən i'caz, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə gerçəkləşmişdir. Çünki, Quranın bir bənzərini gətirmələri üçün meydan oxunduğu halda, müxalif olanlar, bunu edə bilməmişdilər. Digər tərəfdən, Quranın məziyyət və xüsusiyyətlərini göstərmək üçün i'caz cəhətlərini bildirmək də, gözəl bir şeydir. Bilinməlidir ki, Quranın i'cazı, izafi bir şey deyildir. Öz-özündən gəlir; xaricdən deyil. Quran, sırf ərəblər üçün deyil; bütün insanlar üçün bir möcüzədir. Çünki, Allahın xitabı, bütün insanları ehtiva etməkdədir. Quranda,
"Səni, ancaq aləmlərə rəhmət olaraq göndərdik." (Ənbiya/107) buyurulmuşdur.
Quranın bütün aləmlərə şamil olması, i'cazınınbda hər şeyə şamil olmasını gərəkdirməkdədir.
Alimlər tərəfindən bildirilən bu 4 i'caz yönünə, burda işarət etmək istəyirik:
1. Quranın bəlağatı:
Quran, bəlağat (haşiyə) cəhətindən, elə yüksək bir dərəcədədir ki, ərəb dilində, bunun misli görülməmişdir. Ərəbcə ifadələri bütün zövq və incəliyi ilə başa düşənlər, ən bəliğ şeir və ifadələrlə, Quran arasında qarşılaşdırma etdiklərində, bu həqiqəti görmüş və Quranın, bəlağat cəhətindəki bənzərsizliyini etiraf etmişlərdir.
-------------------------
(Haşiyə:
Bəlağat nədir?
Bəlağat: Xitab etdiyi kimsələrə görə, tam yerində, düzgün və həqiqətli, gözəl söz söyləmək sənətidir. Yəni hal və məqamın gərəyinə uyğun, bir sözlə, muxatab kimsənin halına uyğun söz söyləməkdir. )
--------------------------
Quranın kəlimələrində elə bir cəzalət (axıcılıq) vardır ki, ərəb dilində, Onun bir bənzəri yoxdur. Quranln parlaq üslubu, bəzən elə şiddətlənir ki, Onun qarşısında, insanın tükləri ürpərir. Bu ayələr, bunlara misal olaraq verilə bilər:
• يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ ٱلسَّاعَةِ شَىْءٌ عَظِيمٌ
يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّآ أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَـٰرَىٰ وَمَا هُم بِسُكَـٰرَىٰ وَلَـٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٌ
"Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir." (Həcc/1-2)
Bəzən də, Quran'ın bu üslubu elə yumşaqlaşır ki, insanın ruhuna şirin bir su kimi axır.
Belə axıcı kəlimələri və üstün üslubu ilə bərabər, Quranın nəzmi də, son dərəcə sağlam və güclüdür. Bəli, Quranın nəzmi, nə vəzn və qafiyəsi olan bir şeirdir; nə səci'li bir nəsr, nə də sərbəst bir şeir və ya nəsrdir. Quranın nəzmi, ancaq, özünə xas bir şəkilə sahibdir.
Qureyşli'lər, son dərəcə Quranın təsirində qaldıqları halda, bu təsirin hardan gəldiyini başa düşə bilmirdilər. "Bu, bir sehrdir." deyirdilər. Halbuki, O, bir sehr deyildi. Muslim'in "Səhih"ində, belə rəvayət edilir:
"əbu Zərr əl-Ğifari'yə, qardaşı Uneys, belə dedi: 'Məkkədə, Sənin dinində olan bir adama rast gəldim. O, Muhammədi, Allahın göndərdiyinə inanırdı. Ondan: 'Onun haqqında, insanlar nə deyirlər?' deyə soruşdum. O: 'Şairdir, kahindir, sehrbazdır deyirlər.' deyə cavab verdi.' Bunun üzərinə, bir şair olan Uneys, belə dedi: 'Kahinlərin sözlərini eşitdim. Onun söylədikləri, kahinlərin sözlərinə əsla bənzəməz. Onları, şairlərin sözlərinə vurdum və gördüm ki, kimsə, bunlara şeir deyə bilməz. Vallahi, O, doğrudur. Digərləri isə, yalançıdırlar." ("Fədailu's-Səhabə", 132)
2. Quranın, keçmişə dair xəbər verməsi:
Quranın, ad, səmud, Lut, Nuh və İbrahim (əleyhimussəlam) ilə qövmlərinə aid xəbərlər verməsidir. Yenə, Musa (əleyhissəlam) ilə fironun qissələrini bildirdiyi kimi; Məryəmi, İsa və doğumunu, Yəhya və doğumunu, həqiqətə uyğun olaraq xəbər verməkdədir. Bax bütün bunlar, ümmi (oxuma-yazması olmayan), bir müəllimdən dərs almayan, hər hansı bir kitab oxumayan bir Şəxsin dililə xəbər verilməkdədir. Üstəlik, Onun ətrafı da, elm və səmavi kitab əhlinin çevrəsi deyildi ki, “Bu bilikləri, onlardan öyrənirdi.” deyilsin...O halda, ümmi bir Peyğəmbərə endirilən Quranın belə bir tarixi həqiqətləri olduğu kimi bildirməsi, onun, Allah qatından gəldiyinə dəlildir. Bu etibarla, Haqq Taala,
وَمَا كُنتَ تَتْلُوا۟ مِن قَبْلِهِۦ مِن كِتَـٰبٍ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَ ۖ إِذًا لَّٱرْتَابَ ٱلْمُبْطِلُونَ
"Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər." (Ənkəbut/48) buyurmuşdur.
Quranın bildirdikləri qarşısında heyrətə düşən münkir (inkar edən)'lər, böhtan atmağa başlamış və "Bunları, Ona, bir insan öyrədir." deyə iddia etmişdilər. Bu iddialarını isbat üçün də, Məkkədə, ancaq, bizansdan gəlmiş, doğru-dürüst ərəbcə bilməyən və tarixi hadisələrdən xəbərsiz olan bir gənci göstərmişdilər. Bundan dolayı, Allah Taala:
وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌ ۗ لِّسَانُ ٱلَّذِى يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِىٌّ وَهَـٰذَا لِسَانٌ عَرَبِىٌّ مُّبِينٌ
"Biz onların: 'Quranı ona bir insan öyrədir!'– dediklərini bilirik. Onların istinad etdikləri şəxsin dili, əcəm (əcnəbi) dildir. Bu isə, açıq-aydın ərəb dilidir." (Nəhl/103) buyuraraq, onları rədd etmişdir.
3. Quranın, gələcək (hadisə)'lər haqqında xəbər verməsi:
Quranın gələcəyə aid xəbər verdiyi şeylər, eynilə meydana çıxmışdır. Məsələn:
~ Romalıları (yəni, bizanslıları) birinci dəfə məğlub etdikləri halda, farsların sonra məğlub olacaqları, Quranda, əvvəlcədən bildirilmiş və zaman da, onu təsdiq etmişdir. Bu xüsusdakı ayələr, bunlardır:
• الٓمٓ
• غُلِبَتِ ٱلرُّومُ
• فِىٓ أَدْنَى ٱلْأَرْضِ وَهُم مِّنۢ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ
• فِى بِضْعِ سِنِينَ ۗ لِلَّهِ ٱلْأَمْرُ مِن قَبْلُ وَمِنۢ بَعْدُ ۚ وَيَوْمَئِذٍ يَفْرَحُ ٱلْمُؤْمِنُون
• بِنَصْرِ ٱللَّهِ ۚ يَنصُرُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
"Əlif. Ləm. Mim. Rumlular məğlub edildilər; ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar; bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər; Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir." (Rum/1-5)
~ Böyük Bədr döyüşündən əvvəl, Allah, möminlərə zəfər vəd etmiş və belə buyurmuşdur:
وَإِذْ يَعِدُكُمُ ٱللَّهُ إِحْدَى ٱلطَّآئِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ ٱلشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦ وَيَقْطَعَ دَابِرَ ٱلْكَـٰفِرِينَ
"O vaxt Allah sizə, iki dəstədən birinin (karvanın və yaxud kafirlərin qoşununun) sizin olduğunu vəd edirdi. Siz silahsız dəstənin sizin olmasını arzulayırdınız. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi." (Ənfal/7)
Bax, Allahın vəd etdiyi bu zəfər, gerçəkləşmişdir.
~ Yenə Allah, Quranda, müsəlmanlara, Məscidu'l-Haram'a girəcəklərini vəd etmiş və belə buyurmuşdur:
لَّقَدْ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءْيَا بِٱلْحَقِّ ۖ لَتَدْخُلُنَّ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا۟ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتْحًا قَرِيبًا
"Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, bəziləriniz də saçlarını qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir." (Fəth/27)
Bu İlahi söz də, eynilə reallaşmışdır.
~ Yenə, Allah Taala, Quranda, müsəlmanları yer üzünə hakim qılacağını vəd etmiş və belə buyurmuşdur:
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِى ٱلْأَرْضِ كَمَا ٱسْتَخْلَفَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ ٱلَّذِى ٱرْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعْدِ خَوْفِهِمْ أَمْنًا
"Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir." (Nur/55)
Bəli, bu İlahi söz də gerçəkləşmiş və müsəlmanlar, hələ Peyğəmbər (sallallahu aleyhi və səlləm) həyatda ikən, şəhərli və köçərilərlə birlikdə, bütün Ərəb yarımadasını, itaətləri altında almışlardır. Özündən dərhal sonra, səhabələri, İran imperiyasını məğlub edib ortadan qaldırmış və Bizans üzərinə gedərək Suriya və Misir kimi ölkələri ələ keçirmişlərdir.
Bax Quranın, gələcəyə aid vermiş olduğu bu həqiqi xəbərlər, onun, Allah qatından gəlməsinin və İlahi bir kəlam olduğunun dəlilidir.
--------------------------------
4. Quranın, bir çox həqiqətləri ehtiva etməsi:
Quran, bəzi (elmi) həqiqətləri də ehtiva edir ki, oxuma-yazma bilməyən, hər hansı bir elmi məkana və ya mədəniyyətə sahib olmayan bir diyarda yetişən ümmi bir İnsanın bütün bunları bildirməsi, imkansızdır. Məsələn:
~ Yer, göy və bütün canlıların yaradılışı haqqında, Quran, belə buyurur:
أَوَلَمْ يَرَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَـٰهُمَا ۖ وَجَعَلْنَا مِنَ ٱلْمَآءِ كُلَّ شَىْءٍ حَىٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ
"Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?" (Ənbiya/30)
İnsanın yaradılışını da, Quran belə xəbər verir:
• وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن سُلَـٰلَةٍ مِّن طِينٍ
• ثُمَّ جَعَلْنَـٰهُ نُطْفَةً فِى قَرَارٍ مَّكِينٍ
• ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَـٰمًا فَكَسَوْنَا ٱلْعِظَـٰمَ لَحْمًا ثُمَّ أَنشَأْنَـٰهُ خَلْقًا ءَاخَرَ ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَـٰلِقِينَ
• ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ
• ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ تُبْعَثُونَ
"Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz. Sonra da Qiyamət günü dirildiləcəksiniz." (Mu'minun/12-16)
Quranda, bunlara bənzər bir çox kövni (yaradılışla bağlı) ayələr vardır.
Kitab oxumağı bilməyən və yanında heç bir elmi əsər mövcud olmayan Muhamməd (sallallahu aleyhi və səlləm'in, bunları insanlardan öyrənmiş olması, imkan daxilindədirmi?! Məkkə şəhərinin xaricinə, gəncliyində, sadəcə əmisilə 2 dəfə çıxmış olan bir İnsan, bunları kimdən öyrənmişdir?! Üstəlik, Şam'a ilk getməsində, 12 yaşında idi. İkinci gedişində isə, 25 yaşlarında olub ticari bir məqsədlə bura gəlib-qayıtmışdı. Buna baxmayaraq, O, Quran sayəsində, belə (elmi) həqiqətləri elan etmişdi. Bu günki müsbət elm də, onları, inkar etmək belə bir tərəfə, doğrulamaqdadır. Bax bunlar göstərir ki, Quran, kainatı yaradan uca Allah tərəfindən göndərilmişdir.
Bu saydıqlarımız, Quranın bəzi i'caz cəhətləridir. Bu İlahi kitabın başqa bir i'caz tərəfi daha vardır ki, alimlər, onun üzərində çox dayanmazlar. O da, Quranın ehtiva etdiyi şəriət (qanunlar)'dır.
Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" adlı təfsirində, buna işarət edib keçir:
"Quranın i'cazlarından biri də, haram, halal və sair hökmlər kimi, insanların ayaqda durmalarını təmin edən elmdir." (1-ci cild, s. 75)
Qurtubi, bununla, şər'i hökmlərə işarət etməkdədir ki, bu hökmlər, ailəvi və bəşəri münasibətləri nizamlamaqda olub Quranın i'cazlarındandır. Ancaq, bu i'caz üzərində bir az dayanmaq lazımdır. Belə ki:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), toplumu nizamlayan bir qanunu, təamülü və ailə nizamı olmayan bir millət içində peyğəmbərlik vəzifəsinə başlamışdır. Bu millətə hakim olan nizam, təqlid və cahiliyyə adətlərindən ibarət idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə, fərdlər, ailə və dövlətlər arasındakı münasibətləri nizamlayan qanunlar gətirdi. Bu qanunlar, övlad və ata arasındakı münasibətlərdən başlayıb, hər kəsin digərinə qarşı olan bütün haqqlarına varıncaya qədər, hamısını tənzim etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Quran ilə təbliğ etdiyi hüququn dəyərini başa düşmək üçün, onu, köhnə dövrün ən məşhur hüquqi sənədləri olan roma qanunları ilə qarşılaşdırmaq lazımdır. Ümmi bir Nəfərin, Allah qatından gətirdiyi və Özünün, həqiqi peyğəmbər olduğunu göstərən Quranın əzəməti, bax belə bir qaşrılaşdırma sayəsində ortaya çıxar.
Belə bir qarşılaşdırma, bizi, qanun qoyma sahəsində, bəzi həqiqətlərə çatdırmış olur ki, bunlar, roma hüququnda və ondan sonrakı yüz illiklərdə bilinməməkdə olub, ancaq, son yüz illikdə kəşf edilmişdir. Məsələn:
~ Quran, irq və cinslər arasındakı fərqi, ortadan qaldırmışdır. Ərəbi, əcəmə; əcəmi də, başqasına üstün qılmamışdır.
~ Qurana görə, rəşid olan kimsə, qadın olsun, kişi olsun, tam azadlığa sahibdir.
~ Quran, borcu olanlara, asanlıq göstərilməsini əmr etmişdir.
~ Quran, nökərlərə yaxşı davranmağı əmr etmiş; nökərlik yollarını daraltmış; nökərin azad edilmə imkanlarını çoxaltmış; və insanın, nökər olmasını, istisnai bir şey olaraq qəbul etmişdir. Bu etibarla, Quranda, yalnız nökər azad edilməsindən bəhs edilir.
~ İslam, qadına haqq və azadlığını tam bir şəkildə vermişdir. İslama görə, qadının mal və mülk ayrılığı, əsas qəbul edilmişdir. (Halbuki, roma hüququna görə, qadın evlənmədən əvvəl, atasının; evləndikdən sonra da, ərinin nökəri məsabəsindədir. Hətta bunlar üçün, qadını öldürməyin, bir cəzası belə yoxdur. İslamın qadına tanıdığı şəxsiyyəti, haqqı və azadlığı, Avropa belə tanımamaqdadır.)
~ İslamın qoymuş olduğu miras əsasları da, son dərəcə üstündür. Bunu, avropalı hüquqşünaslar da etiraf etməkdədirlər.
Bax, bütün bunları, oxuma-yazma bilməyən, bu cür hökmlərin, əvvəlki qanunlarda var olub-olmadığından xəbərsiz olan bir Peyğəmbər ortaya qoymuşdur. 13 əsrlik təcrübələrin nəticəsi olduğu, Afina və Sparta qanunlarından, Platonun Cumhuriyyətindən və Aristotelin Politikasından faydalandığı halda, Roma hüququnun, İslam hüququndan çox əskik olduğu nəzərə alınarsa, Quranın üstünlüyü, nə ilə açıqlanacaqdır?! Hər halda, burda, Quranın, Allah qatından göndərildiyini və Muhamməd (sallallahu aleyhi və səlləm)'in ən böyük möcüzəsi olduğunu qəbul etmək lazım gələcəkdir. Qəti dəlil və sağlam şahidlər qarşısında, bu həqiqəti necə inkar edə bilərik?!
Bu səbəblə deyirik ki, Quran hüququ, Onun i'caz yönlərinin ən güclüsü olub, qiyamətə qədər Quranın i'cazını göstərəcəkdir. Bu i'caz qarşısında, ərəb də, ərəb olmayan da, bərabərdir. Quran dilini bilən də, bilməyən də, eynidir. Quran, bütün toplumların dərdlərinə şəfadır. Necə ki, uca Allah da, bu xüsusda, belə buyurur:
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَآءٌ لِّمَا فِى ٱلصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ
"Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir." (Yunus/57)
-----------------------------------
Quran, ləfz və məna etibarı ilə Qurandır:
Quran, həm ləfz, həm də məna etibarı ilə Qurandır və ərəbcə nazil olmuşdur. Allah Taala, belə buyurur:
إِنَّآ أَنزَلْنَـٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ
"Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz." (Yusuf/2);
كِتَـٰبٌ فُصِّلَتْ ءَايَـٰتُهُۥ قُرْءَانًا عَرَبِيًّا لِّقَوْمٍ يَعْلَمُونَ
"Ayələri Quran olaraq ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır." (Fussilət/3)
Bu etibarla, Onun tərcüməsinə, Quran adı verilə bilməz. Bəzi müəlliflər, başqa bir dilə tərcümə edilsə belə, yenə Ona "Quran" adı verilə biləcəyini iləri sürmüş və bu görüşləri üçün, əbu Hənifə'nin, "Ərəbcə bilsə belə, Quranı farsca tərcüməsindən oxuyan kimsənin namazı, səhih olar." sözünü dəlil gətirmişlərdir. Halbuki, Hənəfi fəqihlərinin əksəriyyəti, ərəbcə bilsə belə, bu dil ilə oxumağa dili yatmayan kimsələr üçün əbu Hənifə'nin belə bir ruxsat verdiyini iləri sürmüşlərdir. Əsasən, səhih rəvayətə görə, əbu Hənifə, bu görüşündən dönmüşdür. Bunu rəvayət edən isə, Nuh b. Məryəm'dir. Alimlər də, bu rəvayəti tərcih etmişlərdir. Bir cəhətdən baxıldığında, əbu Hənifə dövründə, belə lazım idi. O, hicri 80-150-ci illərdə yaşamışdı. Ərəb olmayanların İslam dininə yeni girdiyini və Qurana dillərinin oturmadığını görərək, belə bir ruxsat vermişdi. Bu ruxsatın, bidət olaraq edilməməsini, ehtiyac qarşısında buna baş vurulmasını şərt qoşduğu da söylənilmişdir.
Quranı bəlağatı ilə eynilə tərcümə etmək, imkansızdır. Bunu, ibn Quteybə, ta hicri 3-cü yüz illikdə söyləmişdir. Eyni fikri mənimsəyən Şatibi də, Quranın, icmal olaraq tərcümə edilə biləcəyini; istiarə və işarətlərindən başa düşülən bəliğ mənaların, bir dildən başqa bir dilə tərcüməsi mümkün olmadığını söyləmişdir
Burda, belə deyilə bilər:
"Madam ki, mövcud Quran tərcümələri sihhətli deyildir. O halda, bunlar, necə təshih ediləcəkdir? Qurandakı əmr və nəhylər, insanlara hansı yolla bildiriləcəkdir? Avropa və Amerikadakı alimlər, Quranı incələmək istəyirlər. Onları, Quranın nurundan uzaq tutmaq, doğrudurmu? Quranın, bütün millətlərcə oxunub başa düşülməsi, İslama bir dəvət və Ona imana bir təşviq deyildirmi?"
Bizə görə, bu işi həll etmək üçün, ilk əvvəl, Quranın bir təfsirini yazmaq, sonra da təfsiri, xarici dillərə tərcümə etmək lazımdır.
Quran, ərəbcədir:
Bir az əvvəl, Quranın, həm ləfz, həm də məna etibarı ilə vəhy edildiyinə və ərəb dilində endirildiyinə işarət etdik. Lakin, Quranda, ərəbcə olmayan bəzi kəlimələr vardır. Ancaq bunlar, ərəbləşmiş sözlərdir. Əlbəttə, hər dildə, belə, başqa dillərdən alınmış kəlimələr mövcuddur. Hər millət, qarşılaşdığı yeni şeylər üçün, xarici kəlimələrdən faydalanıb bu kəlimələri, öz dilinin qəlibinə salır.
Şafi, "ər-Risalə" adlı əsərində, Quranın ərəbcə olmasını və buna, bu 2 şeyin istinad etdiyini söyləyir:
1. Ərəbcəni, üslub və incəliklərilə bilməyən kimsə, Quranın mənalarını bilməz. İnsan, ümum və xüsus ifadə edən ləfzləri və bunların dəlalətlərini; mücməl, müştərək və müfəssəl ləfzləri bilməlidir ki, Qurandan fiqhi hökmlər çıxarmaq imkanı olsun.
2. Hər müsəlman, dini vəzifələrini edəcək və Quranı oxuyacaq qədər ərəbcə bilməlidir.
İmam Şafi, birinci xüsus üçün belə deyir:
"Bildirdiyim xüsusa, Quranın başqa bir dil ilə deyil; ərəbcə ilə enmiş olması ilə başladım. Çünki, ərəb dilini dərin bilməyən, bu kitabı başa düşməz. Ərəb dilini bilən də, bu dili bilməyənlərin qarşılaşdığı şübhələrdən qurtular."
İkinci xüsus üçün, Şafi, belə deyir:
"Hər müsəlmanın, şəhadət kəliməsini və Allahın kitabını oxuyacaq, zikr, təkbir, təsbih və bənzlərini söyləyəcək qədər ərəbcə bilməsi lazımdır." ("ər-Risalə", s. 49)
----------------------------------
Quranın bəyanı:
Quran, İslam dininin ilk mərci (rücu edilən yeri)'dir. Onda, külli qaydalar və bunların bir çox təfsilatı vardır. Bu etibarla,
~ Abdullah b. Ömər, belə demişdir: "Quranı cəm (hifz) edən kimsə, böyük bir şeyə sahib və peyğəmbərlik sifətini əldə etmiş deməkdir. Bu qədər var ki, ona, vəhy gəlməz."
~ ibn Hazm da: "Fiqhin bütün bablarının əsasları, kitab və sünnətdə vardır." demişdir.
~ Allah (azzə və cəllə) də: "Biz, kitabda, heç bir şeyi əskik buraxmadıq." (Ənam/38) buyurmuşdur.
Yəni, hər şeyin hökmü, Quranda mövcuddur. Quranın bəyanı, əksəriyyətlə külli olub təfsilatlı olanları, azdır.
Qurandakı hökmləri, bəyan cəhətindən, 3 qisimdə xülasə etmək mümkündür:
1. Tam olaraq bəyan edilən hökmlər:
Sünnət isə, bunların tətbiqini açıqlayır.
"Sizdən kim ramazan hilalına şahid olarsa, oruc tutsun." (Bəqərə/185) ayətilə; qazf hədfini (zina böhtanı cəzasını) bildirən bu ayəti, burda misal olaraq zikr edə bilərik:
وَٱلَّذِينَ يَرْمُونَ ٱلْمُحْصَنَـٰتِ ثُمَّ لَمْ يَأْتُوا۟ بِأَرْبَعَةِ شُهَدَآءَ فَٱجْلِدُوهُمْ ثَمَـٰنِينَ جَلْدَةً وَلَا تَقْبَلُوا۟ لَهُمْ شَهَـٰدَةً أَبَدًا ۚ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْفَـٰسِقُونَ
"İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir." (Nur/4)
Yenə, lian ayəti də, belədir.
2. Mücməl olaraq bəyan edilən hökmlər:
Bunları, tam olaraq, sünnət açıqlamaqdadır. Məsələn, Quranda, zəkat əmr edilmişdir. Nisab və miqdarını isə, sünnət açıqlamışdır.
Mənası başa düşülməyən bəzi kəlimələri də, (yenə), sünnət açıqlamışdır.
3. Quranın ibarə və ya işarətlə bəyan etdiyi hökmlər:
Bunların qalan qismini, sünnət tamamlamaqdadır. Məsələn, Quran, zina edən cariyələrin cəzası haqqında, belə buyurur:
...فَإِذَآ أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَـٰحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى ٱلْمُحْصَنَـٰتِ مِنَ ٱلْعَذَابِ...
"Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər." (Nisa/25)
Bu ayədə, nökərlərin cəzasının da, azadlara verilən cəzanın yarısı qədər olduğuna bir işarət vardır. Bu, İslami bir qayda olub sünnət tərəfindən açıqlanmış; bəzi hüquq və cəzaya aid sahələrdə, beləcə tətbiq edilmişdir.
Burda bildirməliyik ki, alimlər, Qurandakı bəyanın, bir çox mövzularda mücməl olmasını və bəzi ayələrin, sünnət tərəfindən açıqlanması gərəkdiyini nəzərə alaraq, Quran kəlimələrinin, dəlalət cəhətindən, bəzən qəti, bəzən də zənni olduğunu qəbul etmişlərdir. Məsələn:
...وَٱلْمُطَلَّقَـٰتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلَـٰثَةَ قُرُوٓء
Və'l-mutalləqatu yətərabbəsnə biənfusihinnə sələsətə qurui .
"Boşanmış qadınlar, 3 qur gözləyərlər." (Bəqərə/228)
Ayədəki "quruin" sözü, həm heyz, həm də ay halı arasındakı təmizlik müddəti mənasına gəlir.
Dolayısı ilə, bəzi fəqihlər, bu kəlimənin, ay halı mənasına gəldiyini; bəziləri də, 2 ayhalı arasındakı təmizlik müddəti mənasına gəldiyini tərcih etmişlərdir. Şübhəsizdir ki, qur sözü, həm heyz, həm də 2 ay halı arasındakı təmizlik müddəti mənasına gəlir. Əlbəttə, qur sözünün bu 2 mənadan birinə dəlaləti, zənnidir. Əgər belə olmasaydı, ixtilaf çıxmazdı.
Yenə, and kəffarətlərilə bağlı olan bu ayə də, belədir:
...لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَـٰنِكُمْ
Lə yuaxizukumullahu bi'l-ləğvi fi əymənikum...
Yəni:
"Allah sizi ləğv olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun." (Maidə/89)
Bu ayədəki "ləğv" sözünün mənası üzərində, fəqihlər ixtilaf etmişlərdir. Bəziləri, bunu, zənn üzərinə edilən və ortaya əksi çıxan (yəni, həqiqətlə üst-üstə düşməyən) and deyə tərif etmişlərdir, ki, Hənəfilər, bu görüşdədirlər. Bəziləri də, onu, sözü qüvvətləndirmək qəsdi olmadan təsadüfi edilən and deyə açıqlamışlardır ki, insan, söz arasında, "Vallahi yox", "Bəli, vallahi." kimi fərqində olmadan belə andlar edir.
Görülür ki, ləğv sözünün dəlalət etdiyi məna, zənnidir. Bilə-bilə yalan yerə içilən and üzərində də ixtilaf vardır. Andın kəffarəti olan 3 günlük oruc, ard-ardamı, yoxsa aralıqlarlamı tutulacaqdır? Bu xüsusda da ixtilaf edilmişdir.
Buna görə, Quranın ləfzlərinin dəlaləti qəti və zənni olanları vardır. Dəlaləti zənni olan ləfzləri, bəzən sünnət açıqlayar və ona qətiyyət qazandırar. Əslində, bütün Quran, sənəd cəhətindən qətidir. Çünki, təvatür yolu ilə gəlmişdir. Bu xüsusda, şübhəyə yer yoxdur. Ancaq, burdakı zənnilik, dəlalət etdiyi məna ilə bağlıdır.
Quran, şər'i hökmləri fərqli siğa (forma)'larla açıqlamaqdadır. Çünki, O, bir qanunnamə deyil; öyüd-nəsihət və din kitabı olub, hikmətli bir üsluba sahibdir. Dolayısı ilə, hökmlərə dəlalət yönündən üslubu (yəni, bəyan şəkli), dəyişməkdədir.
---------------------------------
Qurandakı hökmlər:
~ Bəzən, əmr siğası ilə açıqlanır. Məsələn,
"Şahidliyi, Allah üçün, doğru edin." (Talaq/2) ayəti, belədir.
~ Bəzən, nəhy siğası ilə bildirilir. Məsələn:
"Allahın haram qıldığı canı, haqsız yerə öldürməyin." (İsra/33) ayəti kimi.
~ Bəzən, işin edilməsinin, fərz qılındığı bəyan edilir. Məsələn:
"Öldürülənlər haqqında, sizə qisas fərz qılındı." (Bəqərə/178) buyurulmuşdur.
~ Bəzən, nəhy edilən işdə, bir xeyir olmadığı bildirilir. Məsələn:
"Evlərə, arxalarından girməyiniz, yaxşı deyildir. Yaxşı kimsə, pisliklərdən çəkinən kimsədir." (Bəqərə/189) ayəti, belədir.
~ Bəzən də, işin nəticəsində, savab və ya cəza olduğu açıqlanır. Məsələn:
"Bunlar, Allahın sərhədləridir. Allaha və peyğəmbərinə itaət edənləri, O, altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar, orda, daimi qalacaqlardır. Bax böyük qurtuluş, budur. Allaha və peyğəmbərinə üsyan edən və həddlərini aşanları da, əbədi olaraq qalacaqları cəhənnəmə daxil edəcəkdir. Onlar üçün, alçaldıcı bir əzab vardır." (Nisa/13-14) ayələri kimi.
Qurandan hökmlər çıxaran bir müctəhid, bunları nəzərə almalıdır. Bununla bərabər, təriflənən və ya savab vəd edilən hər işi etmək, mətlubdur. Qınanan və ya əzab vəd edilən hər işi etmək də, nəhy edilmişdir. Təriflənməyən və ya qınanmayan, əzab və ya savab vəd edilməyən hər iş də, mübahdır.
----------------------------
Quranın ehtiva etdiyi hökmlər:
"Quran, şər'i hökmləri, icmal olaraq bəyan etməkdədir. Sünnət də, bunları açıqlayır." demişdik. Allah Taala da, "Peyğəmbərə itaət edən, Allaha itaət etmiş olar." (Nisa/80) buyurmuşdur. Buna görə, sünnət də, Qurana bağlıdır və şər'i hökmlər, bu ikisi sayəsində tamamilə açıqlanmışdır. Burda, qısaca, Quranın ehtiva etdiyi hökmlərə baxacağıq. Bu hökmlər, bir çox qisimlərə ayrılır. (Belə ki):
1. İbadətlər:
Quran, bütün fərzləri, icmal olaraq əmr etmişdir:
Namaz, oruc, həcc, zəkat və digər bütün sədəqələri əmr etmişdir.
~ Lakin, namazı əmr etmiş; vaxt və rüknlərini açıqlamamış; bunların izahını, sünnətə buraxmışdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bunları tam olaraq izah etmiş və:
"Mən, necə namaz qılıramsa; siz də, elə qılın." (Buxari, "Azan", 18) buyurmuşdur.
~ Həcc də, belə icmal olaraq əmr edilmiş və onun necə ifa ediləcəyi, sünnət tərəfindən açıqlanmışdır. Bu məqsədlə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Həcc ilə bağlı ibadətlərinizi, Məndən öyrənin." ("Müsnəd", 3-cü cild, s. 318, 366) buyurmuşdur.
~ Yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), zəkat təhsil edən məmurlara yazdığı məktublarla, zəkatın izahını, əməli olaraq etmişdir.
"Nə üçün Quran, ibadətləri belə icmal olaraq bəyan etmiş və bunları, ümumiyyətlə sünnət açıqlamışdır?"
Bu sualın cavabı, budur:
İbadətlər, dinin özünü təşkil etməkdədir. Fərdlərin əxlaqı və ictimai yardımlaşmanın əsası, onlardır. Dolayısı ilə, onları açıqlamada, Quran və sünnət, bu mövzuda qiyas və şəxsi açıqlamalar azalsın deyə, bir-birini dəstəkləmişdir. Beləcə, ibadətlərin əsli, Quranla; təfsilatı da, müsəlmanların üzərində icma etdikləri əməli və mütəvatir sünnətlə sabit olmuşdur. İbadətlərlə bağlı əhəd xəbərlər çox az olub, onların əsaslarına aid deyildirlər. Bu etibarla, fəqihlər, ibadətlər mövzusunda çox ixtilafa düşməzlər. Bu mövzudakı ixtilaflar, daha çox şəkil və əfdal olma cəhətindəndir. Fərz və rüknlər üzərində deyildir.
2. Kəffarətlər:
Bunlar, məna cəhətindən ibadətlərə yaxındır. Çünki, bəzi günahların əfvi, bunlarla təmin edilməkdədir. Quranda keçən kəffarətləri, belə sıralamaq, mümkündür:
a. Zihar kəffarəti:
Bu, insanın, boşanmaq qəsdilə, xanımına, "Sən, anam kimisən." və ya "Sənin arxan, anamın arxası kimidir." və s. deməsinin əfvi və onunla təkrar münasibət qurması üçün əmr edilmişdir. Zihar kəffarəti, bir nökər azad etməkdir. Buna gücü çatmayan üçün, ard-arda 2 ay oruc tutmaqdır. Buna da gücü çatmayan kimsə üçün, 60 kasıbı doyurmaqdır. (bax: Mücadilə/1-4)
b. And kəffarəti:
Bu da, yuxarıda işarət etdiyimiz kimi, 10 kasıbı doyurmaq və ya geyindirmək, ya da bir nökər azad etmək və bunlara gücü çatmayan mükəlləf üçün də, 3 günlük oruc tutmaqdır. (Maidə/89)
c. Xəta ilə bir mömini öldürmək kəffarəti:
Yalnışlıqla bir mömini öldürən kimsəyə, diyət vermək vacibdir. Bununla bərabər, bir də kəffarət lazım gəlir ki, bu da, mömin bir nökər azad etmək; gücü çatmazsa, ard-arda 2 ay oruc tutmaqdır. (Nisa/92)
Bunda, ictimai bir fayda və nəfsi bir tərbiyə vardır. Quran, diyətlə, ölənin ailəsinin; bir nökəri azad etməklə də, cəmiyyətin təsəllisini təmin etməkdədir. Çünki, bir insanı öldürmək, cəmiyyətin bir fərdini əskiltməkdir. O halda, bu günahı işləyən kimsənin, bir nökər azadı ilə cəmiyyətə yeni bir fərd qazandırması lazımdır. Çünki nökər, bir cəhətdən, ölü məsabəsində olub, azadlığa qovuşunca, sanki dirilməkdədir. Demək olur ki, nökərlik, ölüm; azadlıq da, həyatdır.
3. Muamələt (qarşılıqlı davranışlar):
a. Maliyyə muamələlərinin adil və mübah olan əsaslarını, Allah (subhənəhu və taala), Quranda bəyan etmişdir. Quran, maliyyə muamələlərindəki ibahənin 2 əsasını, 1 ayədə bildirmişdir. Bu əsaslardan:
• Birincisi: xalqın mallarını haqsız yerə yeməyin qadağan edilməsi;
• İkincisi də: qarşılıqlı razılaşmadır.
Bu xüsusda, Allah Taala, belə buyurur:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَـٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَـٰرَةً عَن تَرَاضٍ مِّنكُمْ
"Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin." (Nisa/29)
Bu ayədəki "qarşılıqlı razılıqla aparılan ticarət ilə" ifadəsi, alış-satış işində, kar və zərərin möhtəməl və mübah olduğuna işarətdir. Hər hansı bir zərər ehtimalı olmadan əldə edilən qazanc, ticarət deyildir. Dolayısı ilə, faiz, haramdır. Bu mövzuda, Quran, çox şiddətli bir dillə, belə buyurur:
"Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz. Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar. Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir." (Bəqərə/275-280)
Rüşvət də, haqsız yerə xalqın malını yeməkdir. Quran, bunu da nəhy etmiş və belə buyurmuşdur:
"Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın." (Bəqərə/188)
b. Məşru yoldan malın artmasına səbəb olan bütün təsərrüflər, mübah qılınmışdır. Bu da, qarşılıqlı razılığa söykənən ticarətin sərbəst olmasını göstərir. Quran, əhəmiyyətli əqdləri tənzim üçün, 2 şey istəməkdədir:
I. Şahid tutmaq:
Quranda, "Alış-veriş etdiyinizdə, şahid tutun. Katibə də, şahidə də zərər verilməsin." (Bəqərə/282) buyurulmuşdur.
Il. Borcları və vədəli satış qiymətlərini yazmaq:
Beləcə, iləridə ortaya çıxması möhtəməl olan anlaşılmazlıqlar, əngəllənmiş olar. Alış-veriş edənlər səfəridirlərsə, girov almaları əmr edilmişdir. Bu surətlə də, hər hansı bir haqqın zay olmasına qarşı, tədbir alınmış olar. Bütün bunlar, mudayənə ayəsində (Bəqərə/282) açıqlanmışdır.
Zahirilər, bu əmrlərə görə, hər alış-verişdə, şahid tutulmasını; hər cür borc və vədəli satış qiymətləri üçün sənəd yazılmasını, vacib olaraq qəbul edirlər.
Alış-satışlarda şahid tutmaq, əqdlərə tam olaraq bağlı qalmaq üçündür. Çünki, əqdlərə bağlı qalınmasını bildirən əmrlər, ancaq bu surətlə gerçəkləşdirilmiş olur.
c. Quranda, maliyyə təamülünü tənzim edən nass'lar, külli və ümumi mahiyyətdədir. Maliyyə muamələlərinin çoxu, sünnətdə açıqlanmışdır. Lakin bunlar, ibadətə nisbətlə, çox sayılmaz. Kitab və sünnətdə, haqqında əmr və ya nəhy olmayan işlərdə, əsl olan ibahədir. Bu da, bu ayələrlə sabitdir:
~ "Yer üzündə olanların hamısını sizə görə xəlq edən, Odur." (Bəqərə/29);
~ "Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin." (Maidə/87)
--------------------------------
4. Ailə hökmləri:
Quranın ailəyə dair olan hökmləri, digər mövzulara aid olan hökmlərdən daha təfsilatlıdır. Quran, evlənmə hökmlərini və nikahı caiz olmayan qadınları, geniş bir şəkildə açıqlamışdır. Boşanma hökmlərini, iddət və hökmlərini, olduqca müfəssəl olaraq bəyan etmişdir. Yenə, mirasdakı hissə nisbətlərini, açıq-açıq bildirmişdir. Sünnət də, Quranın ailəni tənzim edən hökmlərini tamamlamışdır. Elə ki, bunlardan kitab və sünnətə istinad etməyən bir hökm tapmaq, imkansız kimidir. Ayələri incələdiyimizdə, Quranda, ailə hüququ qədər geniş bir şəkildə açıqlanmış başqa hökmlər, tapa bilmirik.
Quranın ailə hüququna bu dərəcə əhəmiyyət verməsi, cəmiyyətin təməlini təşkil edən ailənin sağlam olmasını və islahını təmin üçün olsa gərəkdir...
----------------------------
5. Cəza və zəcr (çəkindərmə) hökmləri:
a. Quran, cəzalarla bağlı hökmləri, günahkarlara veriləcək cəzanın ümumi əsasını açıqlamışdır. O da, cərimə və cəza arasındakı bərabərliyə dayanan qisasdır. Öldürmədə, əzanı yox etmədə və yaralamada, qisas əmr edilmişdir. Beləcə, cəza, (əməlin) cinsindən təyin edilmiş və bərabərlik təmin edilmişdir.
Qisas, 2 qismə ayrılır:
I. Surət və məna cəhətindən qisas: Bu, cəza üçün, eyni cinsdən bir cəza tətbiq etməkdir.
Il. Mənəvi qisas: Bu da, diyətdir.
b. Fərdlərə qarşı işlənilən cərimə cəzası olan qisasdır. İctimai hüquqa qarşı və ya Allah haqqlarına (hüququllaha) qarşı işlənilən cərimələr üçün veriləcək ağır cəzalar, Quranda bildirilmiş və xəfif cəzalar, hakimlərin təqdirinə tərk edilmişdir. Bu da, hüquq düşüncəsinin çatmış olduğu, yüksək bir nəticədir. Allah haqqlarına qarşı işlənən cərimələrə verilən cəzalara, "hədd" deyilir. Quran, zinanın, oğurluğun, yol kəsməyin və qazf (zina böhtanı atmağ)'ın həddinu açıqlamışdır.
c. Quran, təyin etdiyi cəzalarda, 4 xüsusu nəzərə almışdır:
c.1. Can, ağıl, din, mal və nəsli qorumaq.
Bunun üçündür ki, Quran, qisasda həyat olduğunu söyləməkdədir:
"Ey ağıl sahibləri! Qisasda, sizin üçün həyat vardır." (Bəqərə/179)
c.2. Məcni aleyh (əleyhinə cinayət işlənən) şəxsin, qəzəbini sakitləşdirmək:
Çünki, məcni aleyh, yaralı olub onun müalicəsinə baxmaq lazımdır. Bu səbəblədir ki, Quran, qətl edilənin vəlisinə bir haqq tanımaqda və belə buyurmaqdadır:
...وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِۦ سُلْطَـٰنًا فَلَا يُسْرِف فِّى ٱلْقَتْلِ ۖ إِنَّهُۥ كَانَ مَنصُورًا
"Kim haqsız yerə öldürülmüşsə, artıq onun vəlisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur." (İsra/33)
Bax bu, ictimai bir dərdin müalicə metodudur. Müasir cəza hüququ, buna hələ yönəlməmişdir. Məcni aleyh'in qəzəbini nəzərə almamaq, cinayətin ard-arda davam edib getməsinə səbəb olur. Məcni aleyh, qəzəbini, buna qarşılıq gələ biləcək bir cinayət işləməklə sakitləşdirmə cəhətinə gedər və ya vəliləri bu işə baş vurarsa, qan güdmək və ya verilən cəzanın azlığı səbəbindən qisas alma işi davam edib gedər.
c.3. Məcni aleyh'ə və ya ailəsinə bir şey vermək:
Hər hansı bir səbəbdən qisas tam olaraq yerinə yetirilmədiyi vaxt buna müraciət edilir.
c.4. Cəzanı, şəxsiyyətə tabe qılmaq:
Yəni, böyük şəxsin cəzası, ağır; kiçik şəxsin cəzası da, xəfif olmalıdır. Buna görə, Quran, nökərə, azad insana verilən cəzanın yarısı qədər bir cəza təyin ediləcəyinə işarət etmiş və belə buyurmuşdur:
"...Əgər (cariyələr), ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər..." (Nisa/25)
-----------------------------
6. Hakim və məhkum arasındakı əlaqə:
Quran, hakim (yəni, idarə edən) ilə məhkum (idarə edilən) arasındakı münasibətləri tənzimləyən bəzi qaydalar qoymuşdur. Bunları, 5 əsasda toplamaq, mümkündür:
a. Ədalət:
Bir çox ayədə keçən bu əsas haqqında, Quran, belə buyurur:
إِنَّ ٱللَّهَ يَأْمُرُكُمْ أَن تُؤَدُّوا۟ ٱلْأَمَـٰنَـٰتِ إِلَىٰٓ أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ ٱلنَّاسِ أَن تَحْكُمُوا۟ بِٱلْعَدْلِ
"Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir..." (Nisa/58)
Bu ayə də, bu əsasın əhəmiyyətini bildirməkdədir:
إِنَّ ٱللَّهَ يَأْمُرُ بِٱلْعَدْلِ وَٱلْإِحْسَـٰنِ وَإِيتَآئِ ذِى ٱلْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ وَٱلْبَغْىِ
"Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir..." (Nəhl/90)
Quran ədaləti, idarə edən ilə, idarə edilənin; hökmdar ilə vətəndaşın; və nəhayət, bütün xalqın, bir-birinə qarşı ədalətli davranması əsasına söykənir. Dolayısı ilə, varlı və əsilzadə, cəzadan qurtula bilməz. Yenə, hakim və idarəçi də bir günah işlədiyi vaxt, vətəndaşlar kimi, eyni cəzaya tabe tutulur. İdarəçilər də, eynilə xalqın sahib olduğu haqq və vəzifələrə sahibdirlər. Onların üstündə, hər hansı bir haqqa sahib olmadıqları kimi; müqəddəs şəxslər də deyildirlər.
Quran ədaləti, yeni ifadəsilə "ictimai ədalət" deyilən şeyin gerçəkləşməsini istəyir. Bu da, hər kəsin, yaşamaq imkanlarına sahib olmasıdır. Buna görə, güclülər, zəifləri qoruyacaq; varlılar, kasıbları doyuracaqlardır. Bu xüsuslarda, bir çox ayə vardır.
Quran ədalətinə görə, hər insan, öz güc və səyini sərf etmə fürsətini tapacaqdır. Çalışmayan, tənbəlliyinin cəzasını çəkəcəkdir. Çünki, göydən, qızıl və gümüş yağmaz.
Quran ədaləti, iş və qazanc cəhətindən, mütləq bir bərabərliyi gərəkdirir. Çalışan hər kəs, əməyinin qarşılığını əskiksiz olaraq əldə edəcəkdir.
• فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُۥ
وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ
"Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır." (Zilzal/7-8)
b. Şura:
Quran, şuranı əmr edir və belə buyurur:
...وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ...
"Onların öz aralarında, işləri, şura ilədir." (Şura/38)
Digər bir ayədə, belə buyurulur:
...وَشَاوِرْهُمْ فِى ٱلْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ...
"...görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et!" (Al-i İmran/159)
Quran, şura və ədalətin vasitələrini açıqlamamış; bunları, insanların təqdirinə buraxmışdır. Ta ki, onlar, məqsədlərinə çatmaq üçün, ən yaxşı vasitələrə baş vursunlar. Çünki, bu vasitələr, cəmiyyətlərə, insanların hallarına və əsrlərə görə dəyişir.
c. İslah və müsəlmanların maslahatı:
İdarə edən ilə idarə edilənlər arasındakı münasibət, bu əsaslara söykənəcəkdir. Quran, yaxşı idarəçilə pis idarəçinin vəsflərini bildirmişdir. Məsələn, pis idarəçi haqqında:
.وَمِنَ ٱلنَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُۥ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَيُشْهِدُ ٱللَّهَ عَلَىٰ مَا فِى قَلْبِهِۦ وَهُوَ أَلَدُّ ٱلْخِصَامِ
• وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِى ٱلْأَرْضِ لِيُفْسِدَ فِيهَا وَيُهْلِكَ ٱلْحَرْثَ وَٱلنَّسْلَ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلْفَسَادَ
• وَإِذَا قِيلَ لَهُ ٱتَّقِ ٱللَّهَ أَخَذَتْهُ ٱلْعِزَّةُ بِٱلْإِثْمِ ۚ فَحَسْبُهُۥ جَهَنَّمُ ۚ وَلَبِئْسَ ٱلْمِهَادُ
"İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir. O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!" (Bəqərə/204-205-206)
d. Yardımlaşma:
İdarə edən ilə idarə edilən və bütün möminlər, bir-birilərilə yardımlaşacaqdır. Quranda,
...وَتَعَاوَنُوا۟ عَلَى ٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا۟ عَلَى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ...
"Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın." (Maidə/2) buyurulur.
Quran, möminlər arasında, sülh, sevgi və qardaşlığı əmr edir və:
...فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ ۖ ...
"Allahdan qorxun və aranızdakı münasibətləri düzəldin." (Ənfal/1) buyurur.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Allahım! Ümmətimin başına keçən və onlarla asanlıqla davranan kimsəyə, Sən də asanlıq göstər. Ümmətimin başına keçib onlara məşəqqət verən kimsəyə, Sən də məşəqqət ver." (Muslim, "İmarə", 19)
Başqa bir hədisdə, "Mərhəmət, ancaq zalım kimsənin qəlbindən çəkilib alınar." (Tirmizi, "Birr", 16) buyurmuşdur.
e. Himayə:
Cəmiyyəti, mal, can, din və namusu hər cür pislikdən qorumaq lazımdır. İslama görə, bu da, hədd cəzalarını tətbiq etmək, zalımdan məzlumun haqqını almaq və Quranın təyin etdiyi digər cəzaları tətbiq etməklə gerçəkləşir.
--------------------------------
7. Müsəlmanların, qeyr-i müsəlmanlarla muamələləri:
Quran, bütün insan oğullarını, cins və milliyyətlərinə baxmadan, hörmətə layiq görür və belə buyurur:
وَلَقَدْ كَرَّمْنَا بَنِىٓ ءَادَمَ وَحَمَلْنَـٰهُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ وَفَضَّلْنَـٰهُمْ عَلَىٰ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا
"Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik." (İsra/70)
Yenə, Quran, insan oğullarını, fitrətləri gərəyi, haqq vəzifələrdə bərabər qılmış və belə buyurmuşdur:
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقْنَـٰكُم مِّن ذَكَرٍ وَأُنثَىٰ وَجَعَلْنَـٰكُمْ شُعُوبًا وَقَبَآئِلَ لِتَعَارَفُوٓا۟ ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ ٱللَّهِ أَتْقَىٰكُمْ
"Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır." (Hucurat/13)
Bu yüksək ruhla, Quran, irq və rəngi nə olursa olsun, insan haqlarına hörmət etməyi əmr etmişdir.
Quran, qeyr-i müsəlmanları, 3 qismə ayırır:
a. Zimmi və muahədlər (razılaşmaları olanlar);
b. Mustə'minlər (İslam diyarında icazə ilə oturan yad elli tacirlər və bənzərləri);
c. Muhariblər (hərbilər, özlərilə döyüşülə biləcək qeyr-i müsəlmanlar).
Quran, zimmilərə, eynilə müsəlmanlara davranıldığı kimi davranılmasını əmr edir və belə buyurur:
وَأَوْفُوا۟ بِعَهْدِ ٱللَّهِ إِذَا عَـٰهَدتُّمْ وَلَا تَنقُضُوا۟ ٱلْأَيْمَـٰنَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ ٱللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ
"Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir." (Nəhl/91)
Mustəminlər, İslam diyarlarında, icazə ilə oturan yad elli tacirlər və bənzəri kimsələrdir. Bunlar, zimmi və muahədlər kimi İslam idarəsi altına girməmişlərdir. Bunlarla, müəyyən bir müddət üçün razılaşma edilib sözlərində durduqları müddətcə, qanları və malları, haramdır, qorunur.
Zimmi, muahəd və mustə'minlərin xaricində qalan kimsələrə, fəqihlər, "harbi=muharib" adını verirlər. Quran, bunlar üçün də, tabe olunması lazım gələn bəzi haqqlar tanımışdır. Bu haqları, 5 maddə halında xülasə edə bilərik:
I. Döyüş zamanı da, sülh zamanı da, insan şəxsiyyətinə hörmət ediləcəkdir. Quran, döyüşdə, düşmən tərəfində olan kimsələrin qulaq və burun kimi üzvlərini kəsməyi qadağan etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, "Qulaq və burun kəsərək intiqam almaqdan çəkinin." (Buxari, "Məzalim", 30) buyurmuşdur. Quranda, əsirlərə ehsan etmək, onları doyurmaq, bir məziyyət olaraq qəbul edilmiş və belə buyurulmuşdur:
وَيُطْعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا
"Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər." (İnsan/8)
Il. İnsan olması cəhətindən, bütün bəşəriyyət, bir-birinin qardaşıdır. Quran, bu xüsusu açıqca bildirir və belə buyurur:
كَانَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّۦنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ لِيَحْكُمَ بَيْنَ ٱلنَّاسِ فِيمَا ٱخْتَلَفُوا۟ فِيهِ ۚ وَمَا ٱخْتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَـٰتُ بَغْيًۢا بَيْنَهُمْ ۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ لِمَا ٱخْتَلَفُوا۟ فِيهِ مِنَ ٱلْحَقِّ بِإِذْنِهِۦ ۗ وَٱللَّهُ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
"İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər." (Bəqərə/213)
Bu insan qardaşlığı əsasına görə, döyüşdə sadəcə felən döyüşənlər və ya döyüş üçün plan hazırlayanlar öldürülər; bütün xalq, qılıncdan keçirilməz. Döyüş, yalnız fasid idarəçilərin təzyiqini dəf etmək üçün məşru qılınmışdır. Bu etibarla, uca Allah:
...وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّفَسَدَتِ ٱلْأَرْضُ...
"...Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı..." (Bəqərə/251) buyurmuşdur.
Yalnız müdafiə və zülmə qarşı gəlmək məqsədilə döyüşə icazə verilmiş və belə buyurulmuşdur:
أُذِنَ لِلَّذِينَ يُقَـٰتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا۟ ۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ
• ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَـٰرِهِم بِغَيْرِ حَقٍّ إِلَّآ أَن يَقُولُوا۟ رَبُّنَا ٱللَّهُ ۗ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَٰمِعُ وَبِيَعٌ وَصَلَوَٰتٌ وَمَسَـٰجِدُ يُذْكَرُ فِيهَا ٱسْمُ ٱللَّهِ كَثِيرًا ۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ
"Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir. Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir." (Həcc/39-40)
Bu insan qardaşlığı səbəbilə, Quran, qeyr-i müsəlmanlara yaxşılıq etməyə mane olmaz və belə buyurar:
لَّا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمْ يُقَـٰتِلُوكُمْ فِى ٱلدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَـٰرِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوٓا۟ إِلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ
• إِنَّمَا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ قَـٰتَلُوكُمْ فِى ٱلدِّينِ وَأَخْرَجُوكُم مِّن دِيَـٰرِكُمْ وَظَـٰهَرُوا۟ عَلَىٰٓ إِخْرَاجِكُمْ أَن تَوَلَّوْهُمْ ۚ وَمَن يَتَوَلَّهُمْ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
"Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır." (Mumtəhinə/8-9)
Ill. Quran, qeyr-i müsəlmanlara qarşı, döyüş halında olsalar belə, ədalətli davranmağı əmr edir. Çünki, ədalət, hər kəsin haqqı olub bunda, dost da, düşmən də, bərabərdir. Bu mövzuda, Quran, belə buyurur:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ عَلَىٰٓ أَلَّا تَعْدِلُوا۟ ۚ ٱعْدِلُوا۟ هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır." (Maidə/8)
IV. Döyüş meydanında, qeyr-i müsəlmanlara mislilə qarşılıq vermək lazımdır. İfrata varmaq, caiz deyildir. Bu ayələr, bu əsasları açıqlamaqdadır:
فَمَنِ ٱعْتَدَىٰ عَلَيْكُمْ فَٱعْتَدُوا۟ عَلَيْهِ بِمِثْلِ مَا ٱعْتَدَىٰ عَلَيْكُمْ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ
"Haram ay haram aya görədir. Haram olanları pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir." (Bəqərə/194);
وَقَـٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يُقَـٰتِلُونَكُمْ وَلَا تَعْتَدُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ
"Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir." (Bəqərə/190)
Görürük ki, müsəlmanlar, döyüşdə, 2 şeyə bağlı qalmaqla əmr olunmuşlardır:
a. Düşmənə mislilə qarşılıq verərək onların təcavüzlərini dəf etmək;
b. Təqva və fəzilətdən ayrılmamaq.
Düşmən, irz və namusa qarşı pislik etsələr belə, müsəlmanlar, ədəbli hərəkət edəcəklərdir. Çünki, ədəbsizlik, təqvaya müxalifdir.
V. Düşmən, xəyanət etmədikcə (yəni, əhdini pozmadıqca) və xəyanət etdiyinə dair bir əlamət olmadıqca, əhdə vəfa göstəriləcəkdir. Düşmənin əhdini pozduğuna dair bir işarət görərsə, müsəlmanlar da əhdlərini pozacaqlardır. Bu xüsusda, Quran, belə buyurur:
وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةً فَٱنۢبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَآءٍ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْخَآئِنِينَ
"Əgər bir qövmün əhdi pozacağı ilə xəyanət etməsindən qorxsan, Sən də onlara onu pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevmir." (Ənfal/58)
Xəyanət əlamətləri və ya şübhəsi ortaya çıxmazsa, əhdə vəfa göstərmək lazımdır. Səbəbsiz yerə əhdi pozmaq, doğru olmaz. Bu etibarla, Quran, belə buyurur:
وَأَوْفُوا۟ بِعَهْدِ ٱللَّهِ إِذَا عَـٰهَدتُّمْ وَلَا تَنقُضُوا۟ ٱلْأَيْمَـٰنَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ ٱللَّهَ عَلَيْكُمْ كَفِيلًا ۚ إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ
• وَلَا تَكُونُوا۟ كَٱلَّتِى نَقَضَتْ غَزْلَهَا مِنۢ بَعْدِ قُوَّةٍ أَنكَـٰثًا تَتَّخِذُونَ أَيْمَـٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِىَ أَرْبَىٰ مِنْ أُمَّةٍ ۚ إِنَّمَا يَبْلُوكُمُ ٱللَّهُ بِهِۦ ۚ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ
• وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَٰحِدَةً وَلَـٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَلَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ
• وَلَا تَتَّخِذُوٓا۟ أَيْمَـٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌۢ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا۟ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ ٱللَّهِ ۖ وَلَكُمْ عَذَابٌ عَظِيمٌ
• وَلَا تَشْتَرُوا۟ بِعَهْدِ ٱللَّهِ ثَمَنًا قَلِيلًا ۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
"Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir. İpliyini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan sayca və malca daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız. Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və insanları Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar. Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allah yanında olan savab sizin üçün daha xeyirlidir." (Nəhl/91-95)
Bax bu uca hökmlər, hikmətli Zikr'in nurundan süzülüb gələn bəzi işıqlar olub, insanın yaradılışına, tamamilə uyğundur. Bu hökmləri, Allah Taala, Quranda, bəşərin fitrəti olaraq vəsf edir və belə buyurur:
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ ٱللَّهِ ٱلَّتِى فَطَرَ ٱلنَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ ٱللَّهِ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
"Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir." (Rum/30)
(əbu Zəhra, "Usulu'l-Fiqh")
