Quranın digər kitablardan köçürüldüyü iddiası

İlk əvvəl, dinsizlərin, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in Quran qissələrini, əvvəlcədən bildiyinə dair iddialarını ələ alaq. Belə ki:

Bunlar, "Quran qissələri, o dövrdə bilinirdi." deyərlərkən, əllərindəki tək dəlilləri, Quranda, müşriklərin etirazı olaraq keçən "əsatiru'l-əvvəlin", yəni "əvvəlki (nəsillər)'in əfsanələri" ifadəsidir.

Quran-i Kərim'də, onların bu böhtanları, 9 dəfə təkrar edilmişdir. Belə ki:

...هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ

"Həzə əsətiru'l-əvvəlin = Bu, əvvəlkilərin əfsanələridir." kəliməsi:

1. Qələm/15;

2. Mutaffifin/13;

3. Nəhl/24

4. Furqan/5;

5. Mu'minun/83;

6. Nəml/68;

7. Əhqaf/17-18;

8. Ənfal/31;

9. Ənam/25

ayələrində keçməkdədir.

Bu ayələr, 4 qrupda ələ alına bilər. Belə ki:

1. Bu ayələrin bir qismində, bu ifadə, müşriklərin ağzından, onları təsvir etmək üçün nəql edilmişdir. Bu tərz ayələrdə, bu sözü hansı kontekstdə söylədikləri, tam başa düşülmür.

Bu tərz ayələrin misalı, belə bir sözün söylənməsi kimidir: "Onlar, yoxsula kömək etmir; möminlərə də yalançı deyirlər."

Məsələn, bu ifadədə də, bu ittiham nəql edilmiş; ancaq hansı xüsusda möminləri yalana nisbət etdikləri, açıqlanmamışdır. Bu ayələr, "Müşriklər, belədirlər; Quran haqqında belə deyirlər." kimi, onları vəsf etməyə dairdir. Yəni, "Müşriklər, kimdirlər?" sualına, Quranın verdiyi cavab sifəti daşıyırlar.

Bu tərz ayələrdə, qissə konteksti yoxdur. Bunlar, belədir:

~ إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ

"Ayələrimiz ona oxunduğu zaman: 'Bu, keçmişdəkilərin əsatirlərindəndir!'– deyər." (Qələm/15)

~ إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ

"Ayələrimiz ona oxunduğu zaman: 'Bu, keçmişdəkilərin əfsanələridir!'– deyir." (Mutaffifin/13)

~ وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمْ ۙ قَالُوٓا۟ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ

"Onlardan: 'Rəbbiniz peyğəmbərinə nə nazil etmişdir?'– deyə soruşduqda, onlar: 'Bu, keçmişdəkilərin əfsanələridir!”– deyərlər." (Nəhl/24)

Bu 3 ayədən sonra, konteksti başa düşülən ayələr gəlməkdədir.

-----------------------

-----------------------

2. Bu 3 ayə kontekstində, onların "əvvəlkilərin əfsanələri" dediyi şeylərin, qissələr olmadığı; əksinə, qiyamət günü ilə bağlı mövzular olduğu, açıqca başa düşülməkdədir. Onların bu sözləri, "Zənginlik, ehtiyac azlığıdır." kimi əvvəldən bəri deyilən bir sözə, "əvvəlkilərin əfsanələri" deyilməsi kimidir. Bu 3 ayə, aşağıdakılardır:

~ لَقَدْ وُعِدْنَا نَحْنُ وَءَابَآؤُنَا هَـٰذَا مِن قَبْلُ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ

"Bu diriliş, həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil." (Mu'minun/83);

~ لَقَدْ وُعِدْنَا هَـٰذَا نَحْنُ وَءَابَآؤُنَا مِن قَبْلُ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ

"Bu diriliş, həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir." (Nəml/68)

~ وَٱلَّذِى قَالَ لِوَ‌ٰلِدَيْهِ أُفٍّ لَّكُمَآ أَتَعِدَانِنِىٓ أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ ٱلْقُرُونُ مِن قَبْلِى وَهُمَا يَسْتَغِيثَانِ ٱللَّهَ وَيْلَكَ ءَامِنْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ • أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا۟ خَـٰسِرِينَ

"Kimisi də ata-anasına: 'Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz məni qəbirdən çıxarılacağımlamı hədələyirsiniz?'– deyər. Onlar Allahdan yardım diləyərək: 'Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!'– deyərlər. O isə: 'Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!'– deyər. Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və insanlardan ibarət olan xalqlar haqqındakı Söz, onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar, ziyana uğrayanlardır." (Əhqaf/17-18)

Bu 3 ayədə də, onlar, təkrar dirildilmə mövzusuna, "əvvəlkilərin əfsanələri" demişlərdir.

--------------------------

--------------------------

3. Aşağıda gələcək olan 2 ayədə də, ayələrin muhtəvaları cəhətindən, onların, qiyamət və başqa xüsusları qəsd etmə ehtimalları, yüksəkdir. Belə ki:

~ وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا قَالُوا۟ قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هَـٰذَآ ۙ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ

"Ayələrimiz onlara oxunduğu zaman deyərlər: 'Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir." (Ənfal/31)

Bu ayədə, onlar, i'caz (Quranın möcüzə olmasına) etiraz edən bir mövqedədirlər. Ayəyə diqqət edilsə, müşriklər, Müsəlmanlarla belə hərarətli bir münazirədə, Quranın mislini gətirmək yerinə, ucuz bir variant ilə mövzunu dəyişdirməyi tərcih etmişdirlər.

Onların bu iddiaları, mübhəmdir. Diqqət edilsə, etirazlarının, qissələrlə bağlı olmadığı açıqca görünər. Möhtəməldir ki, ayə, qiyamət, axirət və başqa mövzuları qəsd etməkdədir. Bir sonrakı ayəyə baxdığımızda, ayə, onların etirazlarının əsasını göstərməsi cəhətindən, ironikdir. Belə ki:

وَإِذْ قَالُوا۟ ٱللَّهُمَّ إِن كَانَ هَـٰذَا هُوَ ٱلْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئْتِنَا بِعَذَابٍ أَلِيمٍ

"O zaman onlar: 'Ey Allah! Əgər bu, Sənin tərəfindən gəlmiş bir haqdırsa, onda, üstümüzə göydən daş yağdır və ya bizə, ağrılı-acılı bir əzab göndər' demişdilər." (Ənfal/32)

Bu gün də, kafirlər, Quranın möcüzə olmasına qarşı gəlməyə çalışarlarkən, ayədə zikr edilən dillə danışmaqdadırlar. Yəni, "Əgər siz Müsəlmanlar düz deyirsinizsə, Allah, başımıza niyə daş yağdırmır, niyə bizə əzab göndərmir?" və s. kimi -çoxca müşahidə etdiyimiz- sözlər danışmaqdadırlar.

Xülasə etsək, bu ayənin də, qissələrə (yəni, Quranda zikr edilən qissələr, Peyğəmbər tərəfindən, öz ətrafından sözlü və ya yazılı olaraq zikr edilənlərdən köçürülmüşdür iddiasına) işarət etmədiyini söyləmək, mümkündür.

~ وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ ۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًا ۚ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍ لَّا يُؤْمِنُوا۟ بِهَا ۚ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَـٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ

"Aralarında, Səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar, istənilən ayəni görsələr belə, yenə də, ona inanmazlar. Hətta Sənin yanına gəldikdə, Səninlə mübahisə edirlər. Kafir olanlar: 'Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir.'– deyərlər." (Ənam/25)

وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْـَٔوْنَ عَنْهُ ۖ وَإِن يُهْلِكُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

"Onlar, həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar, ancaq özlərini həlak edir və bunu hiss etmirlər." (Ənam/26)

Bu ayələrdə də, Quranın i'caz (möcüzə olmasına) eyni şəkildə etirazları görülməkdədir.

------------------------

------------------------

4. Çox qəti bir kontekst olmasa da, aşağıda gələcək olan ayələrin, qissələr haqqında olma ehtimalı vardır. Ayələr arası münasibətdən çox başa düşülməsə də, belə bir ehtimal hiss edilməkdədir. Bununla bərabər, gələcək ayələrin nüzul səbəbi olan hədislər, bu ayələrin, qissələrə dair bir etiraz kimi ələ alınmasına əlverişlidir. Bundan dolayı, bu ayələri, ayrıca ələ almağı uyğun gördük. Bu ayələr, aşağıdakılardır:

وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌ ۗ لِّسَانُ ٱلَّذِى يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِىٌّ وَهَـٰذَا لِسَانٌ عَرَبِىٌّ مُّبِينٌ

"Biz, onların: “Quranı, Ona, bir insan öyrədir!'– dediklərini bilirik. Onların istinad etdikləri şəxsin dili, əcnəbi dildir. Bu isə, açıq-aydın ərəb dilidir." (Nəhl/103)

Əslində, bu ayədə də, kontekstin, qissələrlə münasibəti, çox açıq deyildir. Müşriklərin "insan öyrətdi" şəklindəki iddialarının, Quranın nəzəri muhtəvasına dair bir iddia olması ehtimalı vardır. Ancaq, qissələrə dair bir etiraz olması da, mümkündür. Bu səbəbdən, bunu, burda ələ alırıq.

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّآ إِفْكٌ ٱفْتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيْهِ قَوْمٌ ءَاخَرُونَ ۖ فَقَدْ جَآءُو ظُلْمًا وَزُورًا • وَقَالُوٓا۟ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ٱكْتَتَبَهَا فَهِىَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةً وَأَصِيلًا • قُلْ أَنزَلَهُ ٱلَّذِى يَعْلَمُ ٱلسِّرَّ فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّهُۥ كَانَ غَفُورًا رَّحِيمًا

"Kafirlər: 'Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona, bu işdə, başqa adamlar da kömək etmişlər.'– dedilər. Beləcə, onlar, haqsızlığa və iftiraya yol verdilər. Onlar: 'Bu, keçmişdəkilərin nağıllarıdır. O, bunları, başqasına yazdırmışdır. Bunlar, səhər-axşam, Onun özünə oxunur.'– dedilər. De: 'Onu göylərdə və yerdə olan sirləri bilən Allah nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!" (Furqan/4-5-6)

Bu ayələrdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, rahib Bahira'dan din öyrənmədiyinə dair, dəlil də vardır. Əgər (bəzi zındıqların və ya xristiyanların iddia etdiyi kimi) rahib Bahira'dan öyrənmiş olsaydı, ayədə: "Bunlar, səhər-axşam, Onun özünə oxunur." buyurulmazdı. Çünki rahiblə qarşılaşması, uşaq ikən baş vermiş və bu görüş, dəfələrlə olmamışdır.

Bundan dolayı, müşriklər, öz iddialarını (yəni, Quranın, digər kitablardan köçürüldüyü iddiasını), Peyğəmbər dövründə yaşayan şəxslər üzərindən dilə gətirməkdədirlər.

Elə isə, səhər-axşam Ona Quran oxuyanlar kimlər idi?

Əksəriyyətin qəbul etdiyinə görə, bunlar, kitab əhlindən olan nökərlərdir. Adları:

~ Addas;

~ Yəsar; və

~ Cəbr'dir.

Surənin Məkki olduğunu da nəzərə alsaq, onların etirazları, daha çox, Quran qissələrinin muhtəvasına yönəlməkdədir. Quran qissələri, əksəriyyətlə, Məkki'dir (yəni, Məkkədə nazil olmuşdur). Hətta qissə ehtiva etməsi, o surənin Məkki olduğuna əlamət qəbul edilmişdir. Onları bu etiraza yönəldən şey, Quran, qissələr nəql edərkən, "Sən, bunları bilmirdin." şəklindəki vurğusudur. Onlar, kitab əhli olduqlarını bildikləri nökərlər üzərindən bu halın açıqlana biləcəyini düşünmüş olmalıdırlar. Bəs yaxşı, bu iddiaları, bir məna ifadə edirmi?

1. Bu nökərlər, müsəlmandırlar (yəni, daha sonra müsəlman olmuşdurlar). O halda, bu qurğu qəbul edildiyində, bu nökərlərin səmimi olmadıqları və insanları aldatmaq üçün sanki müsəlman imiş kimi davrandıqlarını da fərz etməyimiz lazım gələcək. Halbuki, bu da problemlidir. Çünki onlar, İslamı yox edə biləcək məlumata ilk gündən sahib ikən, niyə bununla, özlərinə dünyəvi mənfəətlər əldə etməmişdilər?

Belə bir qurğuda, bu insanların səmimi olmadıqlarını düşünmək lazım gəlir. Çünki onlar, doğruları bilməkdədirlər. Ancaq burda, belə bir problem üzə çıxır:

Bu insanlar, niyə əbu Bəkr, Ömər, əbu Ubeydə, Abdullah b. Məsud (radiyallahu anhum) kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in böyük səhabələri arasına girmədilər? Güc, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əlinə keçdiyində, niyə valiliklər, idarəçiliklər almadılar?! Əslində, onların adları belə, qəti deyildir. Addas, Yəsar və Cəbr isimləri, əksəriyyətə görədir. Ancaq, Yaiş, Harami oğullarının adı bilinməyən bir nökəri, Bəlam adında biri olduğu da deyilmişdir. Dinin yalan olduğunu bilmələrinə rəğmən, müsəlman kimi görünən şəxslərin, heç bir mərtəbə qazanmamaları, ya da onlara heç bir mərtəbə verilməməsi, necə başa düşülə bilər?! (Yəni, -haşa- dinimizin yalan olduğu açığa çıxmasın deyə, əslində, bu adamlar üçün, maddi faydalar təmin edilməli idi. Halbuki, bunların heç biri baş verməmişdir.)

2. Əgər bu nökərlər, kitab əhli xristiyan, ya da yəhudi olmaları səbəbilə qissələrə qaynaq ola bilirlərsə, Quran qissələri ilə Tövrat və İncildə (eyni mövzudakı) qissələr arasında uzlaşmazlıqlar necə açıqlanacaq? (İləridə, bu haqda geniş danışılacaqdır.) Onların, qissələri belə (yəni, Qurandakı kimi) nəql etmələri üçün, yəhudi və xristiyanların kitablarından nəql etməmələri lazım gəlir.

3. Məkkəlilərin etirazlarının altı dolu olsaydı, asanlıqla hərəkətə keçə bilərdilər. Halbuki, onlar da, boş danışdıqlarını bilirdilər. "Bir başqasına yazdırıb Özünə sabah-axşam oxunmaqdadır." ifadəsi, materiala işarət etməkdədir. Bu nökərlər, müşriklərin nökərləri idilər. Onlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə oturduqlarında, müşriklər, asanlıqla onların oturduqları yerlərə hücum edə və bu materialları ələ keçirə bilərdilər. Halbuki, belə bir məlumat yoxdur.

4. Həqiqətən belə bir hal olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu, 23 il boyunca, Öz xanımlarından və evinə mütəmadi girib-çıxan bir çox səhabədən, necə gizləyə bilərdi?! Bilindiyi üzərə, O, xalqın içərisində yaşıyırdı. Məsələn, Mədinəyə hicrət əsnasında, əbu Əyyub əl-Ənsari'nin evində, uzun müddət qonaq kimi yaşadığı bilinməkdədir. Bu dövrdə, vəhylər necə gəlirdi? Peyğəmbər (sallallahu aleyhi və səlləm), -haşa və kəlla- bu yalanla necə tutulmadı?! Tutulduğunu və digər səhabələrin, bu dinin belə bir qaynağa söykəndiyini düşünəcək olsaq, səhabələrin, din üçün etdikləri onlarla fədakarlıq, necə açıqlanacaqdır?!

5. İyirmi üç il müddətində, bir çox fərqli mühitdə nazil olan ayələr, necə bu şəkildə sabah-axşam, başqasından alına bilər?! Quranın üslubundan, bir çox ayənin, münfərid hadisələr arxasınca endiyini bilirik. Belə hallarda, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ayələri, başqasından necə ala bilər?!

6. Əgər -haşa və kəlla- Quran, kitab əhlindən 2 avam nökərin verdiyi məlumatlar ilə açıqlana biləcək bir mətn olsaydı, Məkkəlilər, "Quranın mislini gətirin!" meydan oxumasına, niyə qarşılıq verə bilmirdilər? Kitab əhlindən alim olanlara bu məsələni ərz edə və daha yaxşı bir mətn ortaya çıxara bilərdilər.

7. Quranın, o dövrdə bu qədər müvəffəq olması, adlarını belə əksəriyyətin ilk dəfə eşitdikləri bu şəxslərin hansı elmi təchizatı ilə açıqlana bilər? O günün xristiyan və yəhudi alimlərinin belə belə bir elmi təchizata sahib olmadıqlarını, iləridəki səhifələrdə göstərəcəyik. Ayrıca, belə elmi təchizata sahib şəxslərin, cəmiyyətdə heç diqqət çəkməmələrinin səbəbi də, zındıqlar tərəfindən açıqlanmalıdır.

Yazdığımız bu 7 maddədən 1-i belə, belə bir iddianı çürütməyə kifayət edir. Ayrıca, biz, bu hadisədən, bəzi əhəmiyyətli çıxarışlar da edə bilərik. Belə ki:

1. Müşriklər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, uşaqlığından bəri tanıyırdılar. Bəziləri, Onun əmisi dərəcəsində, yaxın qohumları idilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gətirdiyi kitabın, Onun elmi ilə açıqlana bilməyəcəyini, qövmündəki hər kəs bildiyi üçün, xarici qaynağa yönəlmək məcburiyyətində qalmışdılar. Onlar, "Muhamməd, bunları, əvvəlcədən də bilirdi. Danışdıqlarının, vəhylə əlaqəsi yoxdur." deyə bilərdilər. Ancaq onlar, kitab əhlindən nökərlər və başqa xarici qaynaqlar üzərindən xəbəri açıqlamağa çalışırdılar. Çünki, Quran mətninin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə açıqlana bilməyəcəyini, bilirdilər.

2. Xüsusilə də, qissələrə dair Qurandakı məlumatlar, Məkkədəki elmi səviyyə ilə də açıqlana biləcək deyildi. Elə olsaydı, etirazlarında, kitab əhli seçiminə ehtiyac qalmazdı. Elə isə, Məkkədə bu qissələrin bilinmədiyini və Məkkəlilərin, "Bu məlumatlara, ancaq kitab əhlindən biri vaqif ola bilər." deyə düşündüklərini çıxara bilərik.

Zındıqların digər gülməli iddialarından biri də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Vərəqə b. Nəvfəl'dən öyrəndiyi iddiasıdır. Bunlardan dəlil soruşduğunda, vəhyin başlanğıcı hədisinə işarət edirlər. Eyni hədisin sonunda, Vərəqə'nin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nübüvvət gəldikdən qısa bir müddət sonra vəfat etdiyi də keçir. Yenə bu hədisdə, Vərəqə'nin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, əvvəlki kitablarda gördüyü işarətlər səbəbilə iman etdiyi də deyilir. Elə isə, sual ortaya çıxır ki, niyə Vərəqə, Onun, danışdıqlarını başqa kitablardan götürdüyünü demir?! Əgər başqalarından götürübsə, Ona niyə iman edir?! Bu, çox cılız bir iddia olduğundan, bu haqda uzun danışmayacağıq. (haşiyə)

-----------------------------

(Haşiyə:

Hədisin mətni, budur:

Möminlərin anası Aişə (Allah Ondan razı olsun) rəvayət edir ki, Allahın elçisinə (Allahın Ona salavatı və salamı olsun) ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh ça­ğı­­nın ay­dınlığı kimi gerçək olmasın. Sonra onun qəl­binə tənha­lığa çəkilmək mey­li salındı. Peyğəmbər Hira dağındakı mağa­rada xəlvətə çəki­lib, ailəsinin ya­nı­na qa­yıdana­dək müəy­yən gecələri orada ibadət edərdi. (O özü ilə azuqə gö­tü­rüb xəl­­və­­tə çəki­lərdi). Sonra Xədicənin yanına qayı­dıb yenə bir o qə­dər müd­dət qal­maq üçün azuqə götürərdi. Nəhayət, Pey­ğəm­bər Hira dağın­dakı ma­ğa­rada olar­kən ona haqq nazil oldu. Mələk onun yanına gəlib: “Oxu!”– dedi. O isə: “Mən oxu­­ma­ğı bacarmıram!”– deyə cavab verdi.

(Peyğəmbər) dedi: “O zaman mələk məni tutub taqətim kəsilənə­dək sıxdı, son­ra da buraxıb: “Oxu!”– dedi. Mən də: “Oxumağı bacarmı­ram!”– dedim. O ikin­ci dəfə məni tutub nəfəsim kəsi­lənədək sıxdı, sonra da buraxıb: “Oxu!”– dedi. Mən isə: “Oxumağı bacarmı­ram!”– dedim. O üçüncü dəfə məni tutub nə­fə­sim kə­si­­lənədək sıxdı, sonra da buraxıb dedi: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin mü­qayisəsiz sə­xavətə ma­lik­dir. O, qələmlə yazmağı öy­rətdi. İnsana bilmə­diklərini öy­rətdi.” (əl-Ələq surəsi, 1-5)

(Bu hadisədən sonra) Peyğəmbər qorxudan ürəyi əsə-əsə hə­min ayə­lərlə ge­ri döndü. O, Xədicə bint Xuveylidin (Allah Ondan razı olsun) evinə daxil olub: “Üs­tümü örtün, üs­tü­mü ör­tün!”– dedi. Onun üstünü örtdülər. Nəhayət, qor­xu on­dan keçib getdi və Pey­­ğəm­bər başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: “Mən başıma bir iş gə­lə­cəyindən qorxdum.” Xədicə dedi: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüs­vay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəm­ləndirir, zəif­lə­rin yü­künü da­şıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda (in­san­­la­ra) yardım edirsən.”

Xədicə Peyğəmbəri əmisi oğlu Varaqa ibn Nofəl ibn Əsəd ibn Abdul-Uz­za­nın yanına gətirdi. O, cahiliyyət dövründə xristian olmuş bir adam idi və ib­ra­ni­cə yazmağı bacarır, İncildən Allahın dilədiyi qədər (bəzi şeylər) yazar­dı. O ar­tıq göz­ləri kor olmuş qoca bir kişi idi. Xədicə dedi: “Ey əmim oğlu! Qulaq as, gör qar­­daşın oğlu nə deyir!” Varaqa ondan: “Ey qardaşım oğlu! Sən nə görür­sən?”– de­yə so­ruşdu. Peyğəmbər də gördüyü şeyləri ona xəbər verdi. Varaqa ona dedi: “O gör­düyün, Allahın Musaya göndərdiyi sirrin sahibidir (Cəbraildir). Kaş dəvət edə­cəyin vaxt mən gənc olaydım! Kaş qövmün səni (yur­dun­dan) qovacağı za­man sağ olaydım!” Peyğəmbər soruşdu: “Məgər onlar məni qovacaqlar?” Va­ra­qa de­di: “Bəli! Sənin gətirdiyinin bən­zərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb ki, onun­­la düşmənçilik etmə­sinlər. Əgər həmin (dəvət edə­cə­yin) günə qədər ya­şa­sam, var gücümlə sənə kömək edəcəyəm.” Lakin çox keç­mə­­di ki, Varaqa vəfat et­di və bir müddət vəhy nazil olmadı. (Buxari, hədis no: 3, 3392, 4953, 4955, 4956, 4957, 6982)

----------------------

----------------------

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu qissələri, yazılı bir şəkildə öyrənməsi, mümkün idimi?

Peyğəmbər (sallallahu aleyhi və səlləm), qissələri "kopyalamış" olsaydı, hansı mətnləri oxumuş olmalı idi? Bununla bağlı müstəqil çalışmalar vardırmı? Bəli, var. "Corpus Coranicum" adlı bu çalışmada, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bütün Quranı yaza bilməsi üçün lazım olan əsərlərin sadəcə adlarının yazılı olduğu bir list, 24 səhifədən ibarətdir. İstəyən, orientalist (şərqşünas)'lara aid bu çalışmaya baxa bilər:

https://corpuscoranicum.de/kontexte/uebersicht

Bütün bu əsərləri də bir tərəfə qoyaq, sadəcə oxumuş olması lazım gələn müqəddəs sayılan kitablar və o kitabların Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə hansı dillərdə olduğu ilə bağlı list, belədir:

1. Tövrat və Məzmurlar (antik ibrani və kəldani dillərində). Ərəb dilinə ilk çevrilməsi, miladi 850-ci illərə aiddir.

2. İncil (antik yunan dilində). Ərəbcəyə ilk çevrilməsi, miladi 896-cı ilə aiddir.

3. Xristiyanların şifahi rəvayətləri (süryani dilində).

4. Adəm ilə Həvva'nın həyatı kitabı (qədim slavyan dilində)

5. Tomasın uşaqlıq incili (qipti dilində)

6. Ərəbcə uşaqlıq incili (qipti dilində)

7. Psevdo-Matta və s.

Bu əsərlərin hamısının ilk tərcümələri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sonradır.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o dövr, sadəcə sayılan əsərlərdən nəql edə bilməsi üçün, tam olaraq 6 dil bilməsi lazımdır. Bu, sadəcə, başqa kitablardan "kopyalaya bilmək" üçün lazım olan saydır.

Burda, başqa bir problem, Quranla Tövrat arasında, kəlimə-kəliməsinə bir ətf olmamasıdır. Əgər Quranı, Peyğəmbər (sallallahu aleyhi və səlləm) yazmış və yazılı materiallardan bəslənmiş olsaydı, İncil və Tövrat arasında olduğu kimi; Quran və Tövrat arasında da, kəlimə-kəliməsinə nəqllər tapardıq. Halbuki, belə bir nəql yoxdur.

-----------------------------

Tövrat və İncil haqqında məlumatlara sahib olmaqla, Quran qissələri yazıla bilərmi?

Bütün bu çətinliklər, orientalistləri, əvvəldən bəri, Quranı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in "sözlü, şifahi bir şəkildə kopyaladığı" iddiasına aparmışdır.

Daha əvvəlki dövrlərdə, qeyr-i Müsəlmanlar, Quran qissələrinin, sadəcə Tövrat və İncil'dən köçürülmək yolu ilə meydana gələ biləcəyini iddia edirdilər. Halbuki biz, belə bir "kopya" üçün, Tövrat və İncil'in kifayət etməyəcəyini və çox əsərdən xəbərdar olunması lazım gəldiyini, bir az əvvəl zikr etdik. Bu gün, bu, müdafiə edilməsi mümkün olmayan bir görüşdür. Bunlar, sadəcə elmi səviyyəsi aşağı bir qrup tərəfindən müdafiə edilə bilər.

Bununla bərabər, bu iddia, başqa bir qəribliyə də yol açır. O gün, ərəb coğrafiyasındakı yəhudilər, digər yəhudi bölgələrinə nisbətlə, elmi səviyyə cəhətindən, çox aşağıda qalırdılar.

Məşhur orientalistlərdən:

~ Montgomery VVatt, belə deyir:

"Mədinə yəhudilərinin dini və müqəddəs kitablar haqqında sahib olduqları məlumatlar, ehtimal ki, geniş deyildi." (VVatt, "Muhəmməd peyğəmbər və Dövlət adamı", s. 116)

~ Lapidus, belə deyir:

"Lakin Muhamməd, nə xristiyanlıqdan, nə də yəhudilikdən gəlmiş biri idi. Həm ilhamı, həm də Onun ifadə etdiyi dil, Özünə xas idi. Muhammədə, Allahın varlığı və iradəsi haqqında, şəxsi bilik lütf edilmişdi. O, vəhyi, nə yəhudi, nə də xristiyan ərəb monoteistlərindəki mənası ilə başa düşmüş olmamalı idi." (Lapidus, "İslam cəmiyyətləri tarixi", s. 59)

~ Pedersen, belə deyir: "Muhammədin, nə yəhudi və nə də xristiyan kitabları ilə, yaxından bir tanışlığı yox idi." (Pedersen, "İslam dünyasında Kitabın tarixi", s. 29)

O halda, bu iddia, təhsil səviyyəsi normal yəhudilərdən daha aşağı olan bir yəhudi qrupundan, təhsil səviyyəsi daha aşağı olan Birinin təqlid etməsi kimi olur. Belə olduğunda da ---> -haşa və kəlla- Quranda, olduqca pis bir təqlid məhsulu olan qissələrin nəql edilməsi gözlənilməlidir.

Quran, bütün tarixi hadisələr nəql edərkən və Peyğəmbərlərin həyatından danışarkən, Tövrat'dan olduqca ayrılmışdır. Tövrat ilə, tamamilə eyni, tək bir Peyğəmbər qissəsi belə, yoxdur. Qurandakı qissələrdən xəbərdar olanlar üçün, Tövratdan bəzi qissələrə toxunaq. Belə ki:

1. Təkvin, 9/20-23-də, belə deyilir:

"Nuh, əkinçi idi. İlk bağı, O əkdi. Şərab içib sərxoş oldu. Çadırı içində, çılpaq halda uzandı. Kənanın atası olan Ham (Nuhun oğullarından biri), atasının çılpaq olduğunu görüncə, çölə çıxıb 2 qardaşına, bu haqda danışdı. Sam ilə Yafət, bir libas götürüb çiyinlərinə atdılar. Geri-geri gedərək, çılpaq atalarını örtdülər."

2. Çıxış, 32/1-4'də, belə deyilir:

"Harun, 'Xanımlarınızın, oğullarınızın, qızlarınızın qulağındakı sırğaları çıxarıb, Mənə gətirin.' dedi. Hər kəs, qulağındakı sırğanı çıxarıb, Haruna gətirdi. Harun, qızılları topladı, oyma alətilə, buzov şəklində bir büt düzəltdi. Xalq: 'Ey İsraillilər, sizi Misirdən çıxaran tanrınız, budur.' dedi.

3. Təkvin, 27:10-30'da, belə deyilir:

Yaqub, Tövratda, atası İshaqı aldadır və bunun sayəsində müqəddəsləşir.

4. Təkvin, 19/30-38'də belə deyilir:

"Lut, Soar'da qalmaqdan qorxurdu. Bu səbəbdən, 2 qızı ilə şəhərdən ayrılaraq, dağa yerləşdi. Onlarla bərabər bir mağarada yaşamağa başladı. Böyük qızı, balaca qızına: 'Atamız, yaşlıdır.' dedi. 'Dünya adətlərinə uyğun bir şəkildə, burda, bizimlə yata biləcək bir kişi yoxdur. Gəl, atamıza şərab içirək, soyumuzu yaşatmaq üçün, Onunla yataq.' O gecə, atalarına şərab içirdilər. Böyük qız gedib atası ilə yatdı. Ancaq Lut, yatıb qalxdığının fərqində deyildi. Ertəsi gün, böyük qızı, balaca qızına: 'Dünən axşam, atam ilə yatdım.' dedi. 'Bu gecə də, Ona şərab içirək. Soyumuzu yaşatmaq üçün, sən də Onunla yat.' O gecə də, atalarına şərab içirdilər və kiçik qız, atası ilə yatdı. Ancaq Lut, yatıb qalxdığının fərqində deyildi. Beləcə, Lutun 2 qızı da, öz atalarından hamilə qaldılar. Böyük qız, bir oğlan uşağı doğdu. Ona, Moav adını verdi. Moav, bugünki Moavlıların atasıdır. Kiçik qızın da, bir oğlu oldu. Adını, Ben-Ammi qoydu. O da, bugünki Ammonluların atasıdır."

5. Krallar, 11/3-4'də, belə deyilir:

"Kral Süleymanın, Öz qızlarından 700 xanımı və 300 cariyəsi var idi. Xanımları, Onu, yolundan azdırdılar. Süleyman qocaldıqca, xanımları, Onu, başqa ilahların arxasınca getməyə məcbur etdilər. Beləcə, Süleyman, bütün ürəyini tanrısı Rəbbə söykəyən atası Davud kimi yaşamadı."

6. Krallar, 11/9-10'da, belə deyilir:

"İsrailin tanrısı Rəbb, özünə 2 dəfə görünüb, 'Başqa ilahlara ibadət etmə!' deməsinə qarşı, Süleyman, Rəbbin yolundan azdı və Onun əmrinə tabe olmadı."

7. Samuel, 11/2-5'də, belə deyilir:

"Bir axşam, Davud, yatağından qalxdı, sarayın damına çıxıb gəzməyə başladı. Damdan, yuyunan bir qadın gördü. Qadın, çox gözəl idi. Davud, onun kim olduğunu öyrənmək üçün, bir nəfər göndərdi. Adam, 'Qadın, Eliam'ın qızı Hitit'li Uriyanın xanımı Bat-Şeva'dır.' dedi. Davud, qadını gətirmələri üçün, ulaqlar göndərdi. Qadın, Davudun yanına gəldi. Davud, ay halından yeni təmizlənmiş olan qadınla yatdı. Sonra qadın, evinə qayıtdı. Hamilə qalan qadın, Davuda, 'Hamilə qaldım.' deyə xəbər göndərdi."

Onlar, daha sonra, Davudun, bu qadının ərini öldürməyə çalışdığını da söyləməkdədirlər. Belə ki:

Samuel, 11/16-18'də, belə deyilir:

"Məktubda, (Davud), belə yazdı: '(Qadının əri olan) Uriyanı, döyüşün ən şiddətli olduğu cəbhəyə yerləşdir və yanından çəkil ki, vurulub ölsün.' Beləcə, Yoav şəhərini mühasirə edərkən, Uriyanı, cəsur adamların olduğu yerlə yerləşdirdi. Şəhər xalqı çıxıb Yoavın əskərlərilə döyüşdü. Davudun əskərlərindən ölənlər oldu. Hititli Uriya da, ölənlər arasında idi."

Bu nümunələr, çoxaldıla bilər. Bu qissələrin Qurandakı şəkilləri isə, Allahın seçdiyi qullarını, onların belə çirkin, alçaq böhtanlarından təmizləməkdədir.

İndi, Quranın bu kitabı kopyaladığı və hətta onun pis bir təqlidi olduğu, necə fərz edilə bilər?! O halda, aşağıdakı nümunələrlə, məsələ, daha asan başa düşülə bilən hala gələcəkdir. Belə ki:

1. Eyyub (əleyhissəlam) qissəsi:

Tövrat'dakı qissə ("Eyyub kitabı", 2-ci bölmə), belədir:

"Başqa bir gün, İlahi varlıqlar, Rəbbin hüzuruna çıxmaq üçün gəldiklərində, şeytan da, Rəbbin hüzuruna çıxmaq üçün onlarla gəlmişdi.

- Rəbb, şeytana, 'Hardan gəlirsən?' dedi.

- Şeytan: 'Dünyada gəzib dolaşmaqdan.' deyə cavab verdi.

- Rəbb: 'Qulum Eyyuba baxıb düşündünmü?' dedi. 'Çünki, dünyada, Onun kimisi yoxdur. Qüsursuz, doğru bir adamdır. Tanrıdan qorxar, pislikdən çəkinər. Sənin vəsvəsələrin nəticəsində, Onu, boş yerə təhlükəyə atdım. Ancaq O, doğruluğunu, hələ də davam etdirir.' dedi.

- Şeytan: "Cana can.' deyə cavab verdi. 'İnsan, canı üçün, hər şeyini verər. Əlini uzat, Onun ətinə, sümüyünə toxun. Üzünə qarşı Səni söyəcəkdir.' deyə davam etdi.

- Rəbb: 'Yaxşı.' dedi. 'Onu, sənin əlinə buraxıram. Yalnız, canına toxunma.' dedi.

Beləcə, şeytan, Rəbbin hüzurundan ayrıldı. Eyyubun bədənində, təpədən dırnağa qədər çibanlar çıxardı. Eyyub, çibanlarını qaşımaq üçün bir saxsı parçası aldı. Kül içində oturmuşdu.

- Xanımı: 'Hələ doğruluğunu davam etdirirsənmi?' dedi. 'Tanrıya söy, öl.'

- Eyyub: 'Axmaq qadınlar kimi danışırsan.' dedi.

- Xanımı: 'Tanrıya söy, öl.' dedi.

- Eyyub: 'Axmaq qadınlar kimi danışırsan.' dedi. 'Necə olur ki, Tanrıdan gələn yaxşılığı qəbul edim, Ondan gələn pisliyi qəbul etməyim?!'

Bütün bunlara baxmayaraq, Eyyubun ağzından, günah sayıla biləcək bir söz çıxmadı."

Bura qədər danışılanlar, Eyyub (əleyhissəlam)'ın səbr timsalı olması ilə uyğundur. Ancaq Tövratdakı qissə ("Eyyub kitabı", 3-cü bölmə, 1-25), belə davam edir:

"Sonunda, Eyyub ağzını açdı və doğduğu günə lənət edib belə dedi:

Doğduğum gün, yox olsun. 'Bir oğul doğdu.' deyilən gecə, yox olsun! Qaranlığa bürünsün o gün. Uca Tanrı, onunla maraqlanmasın, üzərinə işıq doğmasın. Qaranlıq və ölüm kölgəsi sahib çıxsın o günə. Bulud çöksün üzərinə. İşığını, qaranlıq söndürsün. Tünd qaranlıq udsun o gecəni. Xədim olsun o gecə. Sevinc səsi eşidilməsin içində. Günləri lənətləyənlər, Livyatan'ı oyandırmağa hazır olanlar, o günü lənətləsin. Axşamının ulduzları qaralsın. Boş yerə aydınlığı gözləsin. Çünki, sıxıntı üzü görməməyim üçün, anamın rəhminin qapılarını üstümə bağlamadı.

Niyə doğarkən ölmədim?! Niyə rəhmdən çıxarkən, son nəfəsimi vermədim?! Niyə Məni, dizlər; əmə bilim deyə döşlər qarşıladı?! Çünki indi, rahat içində yatmış, yatıb dincəlmiş olardım. Tikdirdikləri şəhərlər indi viran olan dünya kralları və köməkçiləri, evlərini gümüşlə dolduran qızıl sahibi liderlərlə birlikdədirlər. Niyə düşmüş bir uşaq kimi, gün üzü görməmiş balalar kimi, torpağa dəfn edilmədim?! Orda, pislər fitnə çıxarır, yorğunlar rahatlayır. Məhbuslar, rahat içində yaşayır; işçilərin səsini eşitmirlər. Kiçik də, böyük də, ordadır. Nökər, ağasından azaddır.

Niyə çətinlik çəkənlərə, işıq; əzab içindəkilərə isə, həyat verilir?! Halbuki onlar, gəlməyən ölümü gözləyər, onu dəfinə kimi axtararlar. Məzara qovuşunca, sevincdən coşar, sevinc taparlar. Niyə həyat verilir hara gedəcəyini bilməyən insana, çevrəsini Tanrının hasarla əhatələdiyi insana?! Çünki iniltim, çörəkdən əvvəl gəlir, su kimi tökülməkdə fəryadım. Qorxduğum, çəkindiyim, başıma gəldi. Rahat, sükunət, yoxdur. Yalnız qarışıqlıq vardır."

İndi, -haşa və kəlla- Eyyub (əleyhissəlam), muharrəf (təhrif edilmiş) Tövratdakı qissəyə görə, şeytanın aşağıdakı sözünü dəstəkləmiş olmurmu?

"Şeytan: 'İnsan, canı üçün hər şeyi verər. Əlini uzat, onun ətinə, sümüyünə toxun. Üzünə qarşı söyəcəkdir."

Halbuki, Qurandakı qissəyə baxacaq olsaq, səbr qəhrəmanı olan Eyyub (əleyhissəlam)'ın davranışı, belə zikr edilir:

~ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلضُّرُّ وَأَنتَ أَرْحَمُ ٱلرَّ‌ٰحِمِينَ

"Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: 'Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən isə, rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya/83)

~ وَٱذْكُرْ عَبْدَنَآ أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلشَّيْطَـٰنُ بِنُصْبٍ وَعَذَابٍ • ٱرْكُضْ بِرِجْلِكَ ۖ هَـٰذَا مُغْتَسَلٌۢ بَارِدٌ وَشَرَابٌ • وَوَهَبْنَا لَهُۥٓ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنَّا وَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَـٰبِ

"Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: 'Şeytan mənə bəla və əzab toxundurmuşdur!' Biz ona dedik: 'Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!' Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, Ona, ailəsini yenidən və üstəlik bir o qədər də əlavə övlad bəxş etdik." (Sad/41-43)

İndi, bu 2 mətndə də, Eyyub (əleyhissəlam) adı keçir deyə, "İkinci mətn, birincidən kopyalanmışdır." deyilə bilərmi?!

Məsələn, 90-cı ildə baş verən 20 yanvar hadisəsi haqqında bir yazıçı, əsər qələmə alır. Daha sonra başqa biri də, bu haqda bir əsər yazır. Burda deyilə bilərmi ki, ikinci əsər, birincidən köçürülmüşdür? Nəticədə, hər ikisində də, özünə işarət edilən siyasi fiqurlar ortaqdır. Çünki, bu əsərlər, eyni dövrü qələmə almaqdadırlar.

Quran, Özündəki bu qissələri, sözlü, ya da yazılı olaraq yəhudilərdən almış olsa, Eyyub (əleyhissəlam)'a ətf etdikləri bu şikayətləri nəql etməsini də gözləməzdikmi?! Mövzunun ən diqqət çəkici yeri, məhz burasıdır. Halbuki Quran, mətn içi ziddiyyətlərdən Özünü qurtarmış; bununla bərabər, teoloji problemləri də, bunları zikr etməyərək aşmışdır.

Allah, əlbəttə ki, Öz peyğəmbərləri haqqında məlumat verəcək və Tövratdakı bəzi məlumatlar doğru olaraq qaldığı, təhrif edilmədiyi üçün, onlarla bəzi yerlər uyğun olacaq. Bununla bərabər, Quran, bəzi yerlərdə, həqiqətən Tövratdakı anormal olan detalları, nəql etmir. Məsələn:

~ Yaqub (əleyhissəlam)'ın, Allahla güləşməsi və Onu məğlub etməsi iddiası;

~ Lut (əleyhissəlam)'ın, Öz qızları ilə cinsi münasibətə girməsi iddiası;

~ Süleyman (əleyhissəlam)'ın, sehrbaz olması iddiası;

~ Harun (əleyhissəlam)'ın, İsrailin ibadət etdiyi qızıl buzovu düzəltdiyi iddiası;

~ Nuh (əleyhissəlam)'ın, içki içib lümlüt uzandığı iddiası;

~ Eyyub (əleyhissəlam)'ın, mütəmadi şikayət edən biri olması kimi iddialar,

Quranda yoxdur.

Quran, bütün qissələrdə, kitab əhlinin təhrif etdiyi əsərlərdəki ziddiyyətli nöqtələri düzəltmişdir. Bir növ hakim bir əl kimi, pozulan məlumatlara müdaxilə etmişdir. Onların, həm Uluhiyyət, həm də peyğəmbərlər haqqındakı mənfi nəqlləri, təshih edilmiş (düzəldilmiş)'dir. Həm də, istisnasız, demək olar ki, bütün Peyğəmbər qissələrində, belədir. Quran və Tövrat'dakı hər hansı bir qissəni qarşılaşdıraraq oxuyanlar, qissələr arasındakı ciddi fərqlilikləri görəcəklərdir.

Hekayə detallarında, Tövrat mətnlərində ziddiyyətə düşülən yerləri də, Quran, ya nəql etməmiş, ya da düzəldərək nəql etmişdir. Belə ki:

2. Yusuf (əleyhissəlam) qissəsi:

Yusif (əleyhissəlam) qissəsindəki bir neçə fərqliliyə işarət edək. Belə ki:

a. Tövrata görə, Yaqub (əleyhissəlam), Yusuf (əleyhissəlam)'ı, gördüyü yuxudan dolayı qınamışdır. Yuxusunda 11 ulduz, günəş və ayın, Özünə səcdə etdiyini (bunlar, 11 qardaş, ata və anasını təmsil etməkdədir) görən Yusuf (əleyhissəlam), sanki göstərilən yuxudan o məsul imiş kimi davranılmışdır.

Təkvin, 37:10'da, belə deyilir:

"Yusuf, Atası ilə qardaşlarına bu yuxusunu danışınca, Atası, Onu azarladı: 'Nə yuxudur bu?' dedi. 'Mən, anan, qardaşların gəlib Sənin qarşında yerəmi əyiləcəyik?' dedi.

Bu hadisə, əslində, Yaqub (əleyhissəlam)'ı, üstü örtülü bir şəkildə, bu növ Peyğəmbər yuxularının, Rabbani (Allahdan olan) məlumatlar olduğunu; və insanın, onların üzərində kontrolu olmadığını (və ya ümumi olaraq, yuxuların, insanlar tərəfindən kontrol edilmədiyini) bilməməklə ittiham etmək demək idi. Necə ki, "Nə yuxudur bu?" sözündən, bunu görməkdəyik.

Digər tərəfdən, Tövrat'da, Yaqub (əleyhissəlam), günəşin, Özünü; ayın isə, xanımını ifadə etdiyini başa düşmüş və yuxunun sadiq (doğru) olduğunun fərqinə vararaq, mənasını təxmin etmişdir. Bu da, Tövrat müəlliflərinin, bariz bir daxili ziddiyyətə düşdüklərinin göstəricisidir. "Mən, anan, qardaşların gəlib sənin qarşında yerəmi əyiləcəyik?" sözündən də, bu başa düşülməkdədir.

İndi isə, Qurandakı Yaqub (əleyhissəlam)'ın etirazına və sözlərinə baxaq. Belə ki:

قَالَ يَـٰبُنَىَّ لَا تَقْصُصْ رُءْيَاكَ عَلَىٰٓ إِخْوَتِكَ فَيَكِيدُوا۟ لَكَ كَيْدًا ۖ إِنَّ ٱلشَّيْطَـٰنَ لِلْإِنسَـٰنِ عَدُوٌّ مُّبِينٌ • وَكَذَ‌ٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكَ وَعَلَىٰٓ ءَالِ يَعْقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَ‌ٰهِيمَ وَإِسْحَـٰقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌ

"O dedi: 'Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin, Alim (bilən)'dir, Hakim (hikmətli)'dir." (Yusuf/5-6)

b. Qurana görə, qanlı köynəyi görüncə, Yaqub (əleyhissəlam)'ın etirazı, belədir:

وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍ كَذِبٍ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا ۖ فَصَبْرٌ جَمِيلٌ ۖ وَٱللَّهُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ

"Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: 'Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır." (Yusuf/18)

İndi isə, Tövratda (Təkvin, 37:33-35), Yaqub (əleyhissəlam)'ın sözlərinə baxın:

"Yaqub, köynəyi tanıdı. 'Bəli, bu, oğlumun köynəyidir.' dedi. 'Onu, yabanı bir heyvan yemiş olmalıdır. O, Yusufu, parçalamış olsa gərəkdir.' Yaqub, kədərdən paltarlarını cırdı, belinə çul sardı, oğlu üçün uzun müddət yas saxladı. Bütün oğulları, qızları, Ona təsəlli verməyə çalışsalar da, O, təsəlli tapmaq istəmədi. 'Oğlumun yanına, ölülər diyarına, yas tutaraq gedəcəm.' deyərək, oğlu üçün ağlamağa davam etdi."

Yusufun qardaşlarının oyununu Yaqubun başa düşdüyünü göstərən Quran qissəsilə; bu oyuna -haşa- aldandığını göstərən Tövrat qissəsi, bir-birindən necə kopyalanmış ola bilər?! İstər yazılı, istərsə də sözlü, Tövratı kopyalamış olsaydı, onun nəql etdiyi kimi nəql etməsi lazım gəlməzdimi?!

c. Daha da qəribə xüsus, budur:

11 ulduz, qardaşlarını; günəş, Atasını; ay isə, anasını ifadə etməkdə idi. Bunların səcdə etməsi, yuxunun əsas mövzusudur.

Tövratdakı qissə (Təkvin, 37/9-11), belədir:

"Yusuf, bir yuxu görüb, qardaşlarına danışdı. 'Eşidin, bir yuxu gördüm.' dedi. 'Günəş, ay və 11 ulduz, qarşımda əyildilər.' Yusuf, Atası və qardaşlarına bu yuxunu danışınca, Atası, Onu azarladı. 'Nə yuxudur bu?' dedi. 'Mən, anan, qardaşların gəlib qarşında yerəmi əyiləcəyik?' Qardaşları, Yusufu qısqanırdılar. Ancaq bu hadisə, Atasının ağlına ilişdi."

Problem budur ki, Tövrata görə, yuxu reallaşmasından əvvəl, Yusufun anası ölmüşdü.

Təkvin, 35/17-20'də, belə keçir:

"O, sancı çəkərkən, (doğumda ona kömək edən) qadın: 'Qorxma!' dedi. 'Bir oğlun daha doğulur.' Ancaq Rahəl, ölmək üzərə idi. Can verərkən, oğlunun adını Ben-Oni qoydu. Atası isə, uşağa, Benyamin adını verdi. Rahəl öldü və Əfrat -Beytlehem- yolunda dəfn edildi. Yaqub, Rahəl'in məzarına bir daş basdırdı. Bu məzar daşı, bu günə qədər qaldı."

Anası, Benyamini doğarkən vəfat etmişdi. Yuxunun reallaşdığı vaxtda isə, anası, yəni yuxudakı ay, yaşamırdı.

Bütün hekayənin əsas mətnini meydana gətirən "yuxunun, hekayənin sonunda doğrulanması" məsələsi də, Tövratda zikr edilməmişdir. Halbuki, Yusuf (əleyhissəlam)'ın yuxusuna görə, bu, reallaşmalı idi. Üstəlik, Tövrat, bu yuxunun, bəhsi keçən hadisəyə işarət etdiyini, Yaqubun ağzından zikr etmişdir. Yuxular, Yusuf qissəsində, əhəmiyyətli bir rol oynadığı və həyatının dönüş nöqtələrinə təsir etdiyi üçün, bu əskiklik, çox əhəmiyyətlidir.

Zatən yuxunun reallaşdığını zikr etsələrdi, yuxunun reallaşmasından əvvəl anasının öldüyü nəql edildiyi üçün, yenə bir ziddiyyət meydana gələcəkdi.

Halbuki Quran, həm anası ilə bağlı qissəni nəql etməyərək bu ziddiyyətə düşməmiş; həm də qissənin sonunda, yuxunun reallaşmasını zikr edərək, daha tutarlı və daha nöqsansız bir qissə ortaya qoymuşdu.

-------------------------------

3. Adəm (əleyhissəlam) qissəsi:

Tövrat'ın (Təkvin, 3/2-3) zikr etdiyinə görə, Tanrı'nın, qadağan meyvədən bəhs edərkən, belə dediyi nəql edilir:

"Ancaq Tanrı, 'Baxçanın ortasındakı ağacın meyvəsini yeməyin. Ona toxunmayın, yoxsa ölərsiniz.' dedi."

İlan cildində cənnətə girən şeytanın isə, (Təkvin, 3/4-5) belə dediyi nəql edilir:

"İlan: 'Qətiliklə ölməzsiniz.' dedi. 'Çünki, Tanrı bilir ki, o ağacın meyvəsini yediyinizdə, gözləriniz açılacaq, yaxşı ilə pisi bilərək, Tanrı kimi olacaqsınız."

Tövratın nəqli, belədir. Əslində, fərqində olmadan, şeytanı, doğru söyləyən; Tanrını isə, yalan danışan mövqeyinə qoymuşlardır. Çünki, bu qadağan meyvədən yeyənlər, ölməmişlərdir. Ayrıca, Adəm və Həvva, yaxşı və pisi bilmə xüsusiyyəti qazanmışlardır. Təkvin, 3/22'də, belə deyilir:

"Və Rəbb Allah dedi: 'Bax, adam, yaxşı və pisi bilməkdə, bizdən biri kimi oldu."

Baxın, Tövratdakı nəql, belədir. Halbuki, Quranda, qadağa zikr edilməmişdir. Ancaq, bunun (yəni, qadağan meyvəni yeməməyin) hikmətinə dair Adəmə açıqlama verilməmişdir. Yəni, şəxsən Allah qadağan etdiyi üçün bunu yemək qadağandır. O halda, edilməməsi lazımdır. Tövratdakı kimi, "ölməzsiniz" və başqa şəkillərdə bir qatqı ilə mətin ziddiyyəti yoxdur.

Allah (subhənəhu və taala), Öz əzəmətli kitabında, belə buyurur:

وَقُلْنَا يَـٰٓـَٔادَمُ ٱسْكُنْ أَنتَ وَزَوْجُكَ ٱلْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَـٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّـٰلِمِينَ

"Biz dedik: 'Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız." (Bəqərə/35)

وَلَقَدْ عَهِدْنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبْلُ فَنَسِىَ وَلَمْ نَجِدْ لَهُۥ عَزْمًا

"Biz, bundan əvvəl, Adəmlə də əhd bağlamışdıq. Lakin O, əhdi unutdu və Biz, onda əzm görmədik." (Taha/115)

Quranda, Tövratda olduğu kimi, şeytanın söylədikləri doğru çıxmamışdır. O, aldadıcı vədlərdən başqa bir şey söyləməmişdir. Bu sayədə, teologiya ilə mətn arasında, hər hansı bir ziddiyyət də baş verməmişdir.

فَوَسْوَسَ إِلَيْهِ ٱلشَّيْطَـٰنُ قَالَ يَـٰٓـَٔادَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَىٰ

"Şeytan ona vəsvəsə edib dedi: 'Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” (Taha/120)

فَوَسْوَسَ لَهُمَا ٱلشَّيْطَـٰنُ لِيُبْدِىَ لَهُمَا مَا وُۥرِىَ عَنْهُمَا مِن سَوْءَ‌ٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنْ هَـٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ ٱلْخَـٰلِدِينَ

"Şeytan, onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: 'Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz, mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız." (Əraf/20)

وَقَاسَمَهُمَآ إِنِّى لَكُمَا لَمِنَ ٱلنَّـٰصِحِينَ

"Üstəlik onlara: “Şübhəsiz ki, mən, sizin nəsihətçilərinizdənəm.'– deyə and içdi." (Əraf/21)

Hər 2 kitabda, teologiyada, şeytanın, aldadıcı və yalançı olduğu söylənərkən, Tövratda, şeytan doğru danışan; Tanrı isə, -haşa və kəlla- yalan danışan mövqeyinə düşmüşdür. Mətn ilə teologiya arasında, ziddiyyət yaranmışdır.

İndi, Quran, Tövratdan kopyalanmış pis bir kitab olsaydı, eyni xətanı nəql etməsini gözləmək lazım gəlməzdimi? Yoxsa Quran, onda təhrif edilən yerləri düzəldən hakim bir əl kimidirmi? Adəm (əleyhissəlam) qissəsindən davam edəcək olsaq:

Timotey, 2/13-14'də, belə keçir:

"Çünki, ilk əvvəl Adəm, sonra Həvva yaradıldı. Aldadılan da, Adəm deyildi. Qadın aldadılıb günah işlədi. Ancaq doğub qurtulacaqdır."

Tövratda, qadağan meyvə yemək günahı, qadına ətf edilmişdir. Doğum sancısı ilə, bu günahın bədəlini ödəməkdədir. Doğum sancısı, Tövrat qissəsində, bir cəza yerini almaqdadır.

Quranda isə, doğum, belə zikr edilir:

وَوَصَّيْنَا ٱلْإِنسَـٰنَ بِوَ‌ٰلِدَيْهِ حَمَلَتْهُ أُمُّهُۥ وَهْنًا عَلَىٰ وَهْنٍ وَفِصَـٰلُهُۥ فِى عَامَيْنِ أَنِ ٱشْكُرْ لِى وَلِوَ‌ٰلِدَيْكَ إِلَىَّ ٱلْمَصِيرُ • وَإِن جَـٰهَدَاكَ عَلَىٰٓ أَن تُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۖ وَصَاحِبْهُمَا فِى ٱلدُّنْيَا مَعْرُوفًا ۖ وَٱتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَىَّ ۚ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

"Biz, insana, ata-anasının qayğısına qalmağı əmr etdik. Anası, onu, bətnində, gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə, iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş, Mənədir. Əgər onlar, bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə, dönüşünüz Mənə olacaq; Mən də, nə etdikləriniz barədə sizə xəbər verəcəyəm."

Ayrıca, göstərdiyimiz üzərə, Tövratda, aldadılanın Həvva olduğu və Adəmi, onun azdırdığı hekayəsinə müxalif olaraq, Quran,

فَأَزَلَّهُمَا ٱلشَّيْطَـٰنُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ ۖ وَقُلْنَا ٱهْبِطُوا۟ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ وَلَكُمْ فِى ٱلْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَـٰعٌ إِلَىٰ حِينٍ

"Şeytan isə, o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: 'Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə, sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır." (Bəqərə/36)

Diqqət edin, Qurandakı qissədə, sadəcə Həvvanın şeytan tərəfindən deyil; eyni zamanda, Adəmin də şeytan tərəfindən aldadıldığı keçməkdədir.

-------------------------------

Xətaları düzəltməsi və ya nəql etməməsi:

Buna, bir neçə nümunə verək:

a. Tövratda (Təkvin, 2/2), yerin və göylərin yaradılışı ilə bağlı, bu ifadələr yer almaqdadır:

"7-ci günə gəlindiyində, Tanrı, görməkdə olduğu işləri bitirdi. Gördüyü işdən, o gün dincəldi."

Misirdən çıxış, 17/31'də, belə keçir:

"Çünki Mən, Rəbb, yeri-göyü, 6 gündə yaratdım. 7-ci gün, işə son verib dincəldim."

Halbuki, Quran, belə deyir:

وَلَقَدْ خَلَقْنَا ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِن لُّغُوبٍ

"Biz göyləri, yeri və onların arasında olanları, 6 gündə yaratdıq və Bizə, heç bir yorğunluq üz vermədi." (Qaf/38)

b. Göylərin dirəkləri xüsusunda, Tövratda ("Samuel", 2/8) belə keçir:

~ "Əmirlərlə bərabər oturtmaq üçün, izzət kürsüsünü miras etdirmək üçün, yoxsulu torpaqdan qaldırar, kasıbı gübrəlikdən yüksəldər. Çünki, yerin dirəkləri, Rəbbinindir və dünyanı, onların üzərinə qurdu."

~ Eyyub,8/1-6'da belə keçir:

"Eyyub, belə dedi: Bilirəm, həqiqətən elədir. Ancaq Tanrının qarşısında, insan, necə haqlı çıxa bilər? Biri Onunla mübahisə etmək istəsə, 1/1000 belə Ona cavab verə bilməz. Onun elmi, dərin; gücü, bənzərsizdir. Kim Ona qarşı gəlib yaşadı? O, dağları, yerindən oynadar, dağlar bunun fərqinə belə varmaz. Qəzəb ilə alt-üst edər onları. Dünyanı yerindən oynadar, dirəklərini titrədər."

~ Məzmurlar, 75/1-4'də, belə keçir:

"Müəyyən bir vaxtı tapınca, Mən, doğruluqla hökm edəcəm. Yer və onda oturanların hamısı, əridi. Onun dirəklərini, Mən gücləndirdim."

Əgər Quran, Tövratı kopyalamış olsaydı, bu xətanı alması lazım gələrdi. Halbuki, bir başa, bir ətflə, bu inancı rədd etmişdir. Ra'd surəsi 2-ci ayədə, belə deyilir:

ٱللَّهُ ٱلَّذِى رَفَعَ ٱلسَّمَـٰوَ‌ٰتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّ يَجْرِى لِأَجَلٍ مُّسَمًّى ۚ يُدَبِّرُ ٱلْأَمْرَ يُفَصِّلُ ٱلْءَايَـٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمْ تُوقِنُونَ

"Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən, Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız."

Nəticə:

Burda, sadəcə məhdud sayda nümunələr ilə, Quranın, Tövratdan köçürülməyəcəyini, başa düşmək istəyənin başa düşəcəyi sayda nümunə ilə göstərməyə çalışdıq. Belə bir mövzunun, kamil bir çalışma ilə ələ alınması, cildlər tutacaq bir əsər gərəkdirir. Biz, məqsədimizin hasil olduğu miqdarla kifayətlənirik.

O halda, Quran, bu problemli cəhətləri nəql etmədi və ya düzəldərək nəql etdi isə, Muhamməd (sallallahu aleyhi və səlləm), bu kitablardakı problemləri həll edəcək və bunları düzgün başa salacaq qissələr haqqındakı məlumatlara, necə çatdı? Əgər, zındıqlar, "Yəhudilərdən" deyə cavab versələr, "O halda, niyə xətaları nəql etmədi? O xətaları necə düzəltdi?" deyə soruşarıq. Nəticədə, yəhudilərdəki qissələr, nəql etdiyimiz mətnlərdəki kimi idi.

Zatən Quranın, sadəcə Tövrat və İncilə istinad edərək meydana gətirilə bilməyəcəyi, girişdə zikr etdiyimiz Corpus Corancium çalışması ilə, açıqca anlaşılmışdır. Burda, bir neçə qısa nümunə üzərində dayandıq.

-------------------------

-------------------------

İndi isə, daha yayğın bir iddia olan "şifahi/sözlü kopyalama" mövzusuna keçək.

Qurandakı qissələrin, sair müqəddəs kitablardan kopyalanaraq yazıldığı iddiasına, yazılı mətn üzərindən dəlil tapa bilməyən zındıqlar, bu dəfə, şifahi/sözlü rəvayətlərə sığınaraq: "O dövrdə, bu zikr edilənlər, şifahi/sözlü rəvayət şəklində, o coğrafiyada bilinmiş olmalıdır." demək məcburiyyətində qalmışlardır. Buna, bir nümunə verək:

Montgomery VVatt, "Muhamməd peyğəmbər və dövlət Adamı" adlı əsərində (s. 51-53), belə deyir:

"(Muhammədin), Müqəddəs kitablar, ya da digər adları ilə yəhudi və xristiyan kitablarını oxumuş olma ehtimalı, bir tərəfə buraxıla bilər...Qurandakı müqəddəs kitablara aid materialların tərtiblənmə şəkli, Muhammədin, müqəddəs kitabları oxumadığını, qətiləşdirir. Bununla bərabər, Onun, hər hansı başqa bir kitabı oxuma ehtimalı, mümkün deyildir...Bu məsələdə varılan nəticə, Muhammədin, İncildəki məfhumlar və fikirlər haqqında məlumatını, oxuyaraq, ya da müəyyən şəxslərlə danışaraq deyil; (zikr edilən bəzi qissələrdəki detalların fərqliliyindən də başa düşüləcəyi üzərə), Məkkənin intellektual mühitindən əldə etdikləridir."

Biz, o dövrdə, belə bir şifahi nəqlin olmadığını, asanlıqla göstərə bilərik. Hətta Quran qissələrinin qahir əksəriyyətinin nazil olduğu Məkkədə, bəsit bir qissə nəqlinin də var olmadığını düşünə bilərik. Burda, bunu nəql etdiyimiz lazımdır. Quran qissələrinin əksəriyyəti, Məkkədə nazil olmuşdur. Bu, İslam alimləri arasında, demək olar ki, ittifaqla qəbul edilmişdir. Hətta, bir surənin içərisində qissə olması, Məkki olma əlaməti sayılmışdır.

Onlar, bunu, bizim etdiyimiz kimi, debatlarda istifadə etmək üçün də söyləmiş deyillərdir. Çünki elə olsaydı, bu qəbullarını, bu tərz bir kontekstdə dəlil olaraq iləri sürmələri gözlənilərdi. Halbuki, belə olmamışdır. İslami mətnlər və İslam tarixi oxunarkən yaddan çıxarılmaması lazım gələn əhəmiyyətli bir nöqtə, ilk dövr İslam alimlərinin, müzəffər bir cəmiyyətdə yaşadıqlarıdır. Yəni, onlar: "Bunlar, nə deyərlər? Elə isə, qissələrə, Məkki deyək." kimi bir davranışdan, olduqca uzaqdırlar. Zatən, qalib bir dinin nümayəndəsidirlər. İlk əvvəl, öz görüşlərinə yönələrlər. Bu səbəbdən, qissələr, Məkkilik əlaməti qəbul edilmişdir. Bundan yola çıxaraq, bizim etdiyimiz kimi bir isbata, yönəlməmişlərdir. Halbuki, isbat üçün belə danışmış olsalardı, bunu, dəlil olaraq istifadə edərlərdi.

Həm Muhamməd (sallallahu aleyhi və səlləm), həm də qövmü, qissələri vəhydən əvvəl bilirdilərmi?

تِلْكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهَآ إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَآ أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَـٰذَا ۖ فَٱصْبِرْ ۖ إِنَّ ٱلْعَـٰقِبَةَ لِلْمُتَّقِينَ

"Bunlar, Sənə, vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl, onları nə Sən, nə də Sənin qövmün bilirdi. Səbir et! Şübhəsiz ki, gözəl aqibət, müttəqilərindir." (Hud/49)

Diqqət et! Bu ayə sadəcə Muhamməd (sallallahu aleyhi və səlləm)'in deyil; eyni zamanda, qövmünün də bu qissələri bilmədiyi xüsusunda, açıq bir dəlildir. Bir əvvəlki ayə, Nuh (əleyhissəlam)'dan; bir sonrakı ayə isə, Ad qövmündən bəhs etməkdədir. 2 qissə arası keçiddə, bu ifadə gəlmişdir. Məkkədə, nə şifahi, nə də yazılı olaraq, bu qissələr, bilinmirdi. Başqa heç bir dəlil olmasaydı belə, bu sözlərimizi isbata, bu dəlil kifayət edərdi.

Bir digər ayə, belədir:

نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ بِمَآ أَوْحَيْنَآ إِلَيْكَ هَـٰذَا ٱلْقُرْءَانَ وَإِن كُنتَ مِن قَبْلِهِۦ لَمِنَ ٱلْغَـٰفِلِينَ

"Biz, bu Quranı Sənə vəhy etməklə, Sənə ən gözəl hekayəti danışırıq. Halbuki, Sən, bundan əvvəl xəbərsiz olanlardan idin." (Yusuf/3)

ذَ‌ٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَـٰمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ

"Bunlar, qeyb xəbərlərindəndir ki, onu, Sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman, Sən, onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də, Sən, onların yanında deyildin." (Al-i İmran/44)

Bir digər ayə, belədir:

وَكَذَ‌ٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًا مِّنْ أَمْرِنَا ۚ مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَـٰبُ وَلَا ٱلْإِيمَـٰنُ وَلَـٰكِن جَعَلْنَـٰهُ نُورًا نَّهْدِى بِهِۦ مَن نَّشَآءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِىٓ إِلَىٰ صِرَ‌ٰطٍ مُّسْتَقِيمٍ

"Biz, sənə, Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən, kitab nədir, iman nədir bilmirdin. Lakin Biz, onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, Sən, onları doğru yola yönəldirsən." (Şura/52)

Qurandakı bu tərz ətflər, olduqca çoxdur. Daha əvvəl də dediyimiz kimi, bu məlumatlar doğru olmasaydı, həm müşriklərdən etirazlar gözləyərdik, həm də möminlərdən, "Quranda yalnış məlumatlar var." şəklində ayrılmalar görərdik. Halbuki, ikisi də baş verməmişdir.

Margoliouth, "Muhamməd və İslamın yüksəlişi" adlı əsərində (s. 130), belə deyir:

"Əgər Peyğəmbər, xristiyan və yəhudilərin kitablarında yazılan hekayələri nəql etmiş olsaydı, Onun rəqibləri, bunları, Özünə, bəzi adamların öyrətdiyini söyləyib, Ona öyrədən adamların adlarını zikr edə bilərdilər."

Furqan surəsi 4-5-6-cı ayələrdə, müşriklərin, "Kitab əhli nökərlərdən öyrənir." şəklindəki iddialarını çürüdərkən göstərdiyimiz kimi:

1. Məkkəlilər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gətirdiyi xəbərin, Onun elmi təchizatı ilə açıqlana bilməyəcəyini bilirdilər. Elə olsaydı, xarici qaynağa ətf etməyə ehtiyac duymazlardı.

2. Xüsusilə Qurandakı qissələr, Məkkənin elmi səviyyəsilə açıqlana biləcək deyildi. Elə olsaydı, etirazlarında, "kitab əhli nökərlər" seçiminə ehtiyac qalmazdı.

Hətta, məsələni, bir az daha iləri götürək:

Bilindiyi üzərə, İslam tarixində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sonra, Quran qissələrinin təfsirində, İsrailiyyat (haşiyə) deyilən məlumatlar istifadə edilmişdir. Məkkə coğrafiyasından çox daha geniş bir coğrafiyaya hakim olunduğu dövrlərdə, xristiyan və yəhudilərin nəqlləri, Quran qissələrini açıqlamaq üçün təfsir kitablarında yer almışdır. Bu qissələrin demək olar ki hamısı, həqiqətən çox ziddiyyətli və tarixi hadisələrə müxalifdir. Ka'b əl-Axbar, Vehb b. Münəbbih və Kəlbi kimi erkən dövrdə yaşamış və kitab əhlinin qaynaqlarından bəslənən mətnlər meydana gəlmişdir. Bəhsi edilən mətnlərin bu halı, əslində, bizə, -Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yaşadığı dövrün Məkkəsini də bir tərəfə qoyaq- Ondan 100 il sonrakı şimali Ərəbistan da daxil, bütün coğrafiyanın elmi səviyyəsini göstərməkdədir.

Əgər qissə nəqlləri, o coğrafiyanın elmi səviyyəsinda olsaydı, İsrailiyyat səviyyəsinə belə çatmazdı. Çünki, Quran nəqllərinin, həm daha dar bir coğrafiyada, həm də daha köhnə bir nəqldən bəslənmiş olması lazım gələrdi. Bu, İsrailiyyat səviyyəsinin belə altında qalmasını gərəkdirirdi.

-------------------------------

(Haşiyə:

İsrailiyyat nədir?

https://suallarlaislam.com/m%C9.../israiliyyat-n%C9%99dir)

---------------------------------

Ayrıca, Məkkədə, müşriklər, kitab biliyinə sahib olmadıqları üçün, yəhudilərə müraciət etmək məcburiyyətində qalırdılar.

~ Leone Caetani, "İslam tarixi" adlı əsərində (1-ci cild, s. 427), belə deyir:

"Yəhudilərin müqəddəs kitablarından sıx-sıx baş verən bəhslər, qureyşliləri, Nadir b. əl-Haris və Uqbə b. əbu Muayt nəzdində 2 nəfər göndərərək, Mədinədəki yəhudi hahamlarınının bu babda (yəni, bu mövzuda) fikirlərini almağa sövq etdi."

~ Maxime Rodinson, "Muhamməd" adlı əsərində (s. 195) belə deyir:

"Ən köhnə müqəddəs kitabın, Tövratın, sahibləri olduqları üçün, Muhamməd və dini haqqındakı hər şey, yəhudilərdən soruşulurdu. Doğruluq və müqəddəs düşüncəyə uyğunluq dərəcəsi haqqında şübhəyə düşülən hər mövzu, yəhudi alimlərinə ərz edilirdi."

O halda, biz, Məkkəlilərin belə bir məlumata sahib olmadıqlarını, bölgə yəhudilərindən daha aşağı elmi bir səviyyəyə sahib olduqlarını, rahatlıqla başa düşə bilərik. Halbuki, Quranın, o coğrafiyadakı aşağı səviyyəli yəhudiləri də bir tərəfə qoyun, bütün yəhudilərin elmi səviyyəsini aşdığını, yuxarıda göstərdik.

Ayrıca, "Quran, şifahi/sözlü nəql ilə köçürülmüşdür." iddiası əleyhinə, bir başa yazılı ətf kimi olan bir çox bölmə vardır. Qurandan sadəcə 1 misal verib mövzunu yekunlaşdıraq. Belə ki:

Firon haqqındakı mərsiyələri zikr edən Heroqlif mətnlərində, belə deyilir:

"The regions mourn for you, inasmuch as you are He vvho-avvakes-in-health / Heaven and earth vveep for you, inasmuch as you are greater than the gods"

Yəni:

Diyarlar, sənin üçün yas tutar, sən sihhətlə oyanan olduğun üçün / Tanrılardan daha böyük olduğun üçün göylər və yer, sənin üçün ağlayar. (http//:attalus.org/egypt/isis_nephthys.html)

Quranda, fironun aqibəti zikr edildikdən dərhal sonra, belə buyurulur:

فَمَا بَكَتْ عَلَيْهِمُ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ وَمَا كَانُوا۟ مُنظَرِينَ

"Nə göy, nə də yer, onlardan ötrü ağlamadı. Onlara, möhlət də verilmədi." (Duxan/29)

Haqqında danışdığımız mətnin tam adı, belədir: "The songs of İsis and Nephthys".

Antik Misirdə bilindiyi üzərə, ölən firon, Osiris olur. Yaşayan firon isə, Horus'dur. Mətn, ölən firona, yəni Osirisə mərsiyyədir. Yerinə keçən yeni firondan, yəni Horus'dan da bəhs edilməkdədir.

Burda, ağla gələn möhtəməl bir sual, belə olacaqdır: "Mərsiyyənin özünə edildiyi firon, Duxan/29 ayəsindəki firondurmu?"

Bu xüsusda bilinməsi lazım olan, budur:

Nəql edilən mətn, bir ritual mətnidir. Bir şəxsə oxunulan mərsiyyədən daha çox, hər ölən firon üçün oxunmaqdadır. Bu mənası ilə, Quran, bir başa, kəlimə-kəlimə, bir ətflə, ritual mətnlərinə cavab verməkdədir. Hətta cavab verməkdən də əlavə, onları, ironik bir üslubla pisləməkdədir. Çünki onlar, rituallarında, "Göylər və yer, sənin üçün ağlayacaq." deyərkən; Quran, "Fironu həlak etdik. Göylər və yer, onun üçün ağlamadı." buyurmaqdadır.

Bu mətn, 1798-ci ildə, Napoleon'un Misir səfəri əsnasında, Rozetta daşı tapılmadan əvvəl oxunula bilmirdi. Rozetta daşı üzərində 14 sərt heroqlif yazı, 32 sətr demotik yazı, 53 sətr də, antik yunan yazısı mövcuddur. Beləcə, Misir xalqı ilə Misir əsilzadələri və yunanlar, bu yazını, rahatlıqla oxuya bilmişdilər.

Bu mətnin yazılı olduğu dil, bu daş sayəsində həll edilə bilmişdir. Yəni, bu mətn, 19-cu əsrin başından əvvəl, oxuna bilmirdi. Bilinməyən bir dil və oxuna bilməyən bir əlifbadır. Antik Misir yazıları həll edilmədən əvvəl, arxeoloqlar, heroqliflərin, Misirin Tufandan əvvəlki yaşayışına dair şəkillər olduğunu düşünürlərdi. Bu ətf, Quranın parlaq möcüzələrindən biridir.

Əgər siz zındıqlar, bu mətni, müasirlərindən biri Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə öyrətmişdir deyirsinizsə, o öyrədən hər kimdirsə, onun, bir bəşər olmayacağını qəbul etmiş olursunuz. "Peyğəmbər (sallallahu aleyhi və səlləm) yazdı." deyirsinizsə, Onun, fövqə'l-bəşər olduğunu qəbul etmək məcburiyyətindəsiniz. Halbuki, Onun da iddia etdiyi kimi; Özünün yazmadığını və Allah tərəfindən vəhy edildiyini qəbul etmək, daha əqlidir.

Read 2 times
In order to make a comment, please login or register