Qürbətdə ölən şəhiddirmi?

1613. ibn Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Qürbət ölümü, şəhidlikdir."

-------------------------

İzahı:

Zəvaid növündən olan bu hədisi, Daraqutni, ibn Ömər (radiyallahu anh)'dan rəvayət etmişdir. Ordakı rəvayətin sənədində,

əl-Huzeyl, Əbdü'l-Əziz'dən ---> o da, Nafi'dən ---> o da, ibn Ömər (radiyallahu anh)'dan

rəvayət etmişdir.

İmam Sindi (əl-Hənəfi), hədis haqqında danışarkən, deyir:

~ İmam Cəlaləddin əs-Suyuti, belə deyir:

ibnu'l-Cevzi, bu hədisi, başqa bir yoldan Əbdü'l-Əziz'dən rəvayətlə, mövzu (uydurma) hədislər arasında zikr etmişsə də, bunda, isabət etməmişdir. Mən, "əl-Ləali'l-Məsnuə"də, bu hədis üçün, çox təriq sövq etdim (yəni, hədisi, çox təriqlərlə göstərdim).

~ əl-Hafiz ibn Həcər Asqalani də, "ət-Tərcih"də, belə deyir:

"ibn Macə'nin sənədi, zəifdir. Çünki, əl-Huzeyl'in hədisi, münkərdir." demişdir.

~ Daraqutni də, "əl-İləl"də, əl-Huzeyl'dən dolayı, sənəddəki ixtilafı zikr etmiş və əl-Huzeyl'in, Əbdü'l-Əziz vasitəsilə Nafi'dən və Nafi'nin də, ibn Ömər (radiyallahu anh)'dan olan sənədin, səhih olduğunu bildirmişdir.

Hədis, qürbət diyarında ölən bir möminin, axirət savabı cəhətindən şəhid olduğuna dəlalət edir.

-----------------------------

-----------------------------

1614. Abdullah b. Amr (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mədinədə doğulanlardan bir adam, Mədinədə vəfat etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun cənazə namazını qıldıqdan sonra:

"Kaşki, doğulduğu yerdən başqa bir yerdə ölsəydi." deyə buyurdu.

- Camaatdan bir adam: "Niyə, ey Allahın rəsulu?" deyə soruşdu.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Şübhəsiz ki, adam, doğulduğu yerdən başqa bir yerdə öldüyü vaxt, cənnətdə, onun üçün, doğulduğu yerdən əcəlinin kəsildiyi yerə qədər bir məsafə ölçülür." buyurdu.

--------------------------

İzahı:

Nəsai də bunu rəvayət etmişdir.

Hədis, qürbət diyarında ölməyin fəzilətinə dəlalət edir. Hədisin zahirinə görə, qürbətdə ölən adama, öldüyü yer ilə, doğulduğu yer arasındakı məsafə qədər cənnətdə yer verilər. Bu yer, qürbətdə öldüyü üçün verilir. Başqa yaxşı əməllərindən dolayı çox yer verilməsinə, bu hədis, mane deyildir.

İmam Sindi'nin bəyanına görə, bəzi alimlər:

"Bu hədis, qürbətdə ölən kimsənin qəbrinin bu qədər genişlədiləcəyinə dairdir." demişlərsə də, hədis, bu mənaya, çox da dəlalət etməz.

Mədinə'də ölməyin fəziləti haqqında hədislər var ikən, Mədinədə ölən adam üçün, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Kaş ki, doğulduğu yerdən başqa bir yerdə ölsə idi..." təmənnisindən məqsəd, Mədinə'də ölməməsini diləmək deyildir.

Sindi'nin dediyi kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in məqsədi, bu ola bilər:

"Kaş ki, bu adam, Mədinəyə hicrət etmiş bir yad elli olsaydı..."

Və ya, buna bənzər bir təmənni ola bilər.

Zatən hədisdəki ifadəyə diqqət edilərsə, qayənin:

Mədinədən başqa bir yerdə ölməsi deyil; doğulduğu yerdən başqa bir yerdə ölmək təmənnisi olduğu görülər.

(ibn Macə, "Sünən tərcümə və şərhi", "Cənazələr kitabı", 61-ci bab: "Qürbətdə ölən kimsə haqqında gələn hədislər babı")

Read 32 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR