Qurban haqqında məlumat verərsinizmi?
1. QURBANIN VAXTI:
Hənəfilərə görə: Qurbanın vaxtı Zül Hiccə ayının 10-u, 11-i, və 12-i dir.
Qurban kəsmə müddətini üç günlə məhdudlaşdırma bu dəlilərə əsaslanır. Ömər (رضي الله عنه) , Əli (رضي الله عنه) və İbn Abbas (رضي الله عنه)'dan rəvayət edilmişdir. Qurban kəsmə günləri üç gündür, ilk gün ən fəzilətlisidir. [1]
Eyni zamanda Abdullah İbn Ömər (رضي الله عنه) belə demişdir. Qurban günləri birinci qurban günündən sonra iki gündür.[2] Buna görə Hənəfilər, Maliki və Hənbəlilər qurban kəsmə müddətini üç gün olaraq qəbul edirlər. Bu səbəbdən üç məzhəbdə Qurban kəsmək vaxtı Zül Hiccə ayının 10-u gününün sübh namazının girməsi ilə başlayır, 12-i gününün məğrib namazının girməsi ilə bitir.
Ancaq İmam Şafeiyə (رضي الله عنه) görə isə, qurban kəsmə günləri dörd gündür və təşrik günlərin sonuna qədər davam edir. Bunun dəlili isə, İbn Hibbanın rəvayəti etdiyi bu rəvayətdir. Bütün təşriq günlərində qurban kəsilər.[3]
Qurbankəsmə vaxtı ilə əlaqədar müxtəlif hədislər rəvayət etmişdir. Bəra bin Azib (رضي الله عنه)'dən Rəsulullah ( ﷺ )'ın belə buyurduğu rəvayət edilmişdir.
Bizim bu günümüzdə ilk işimiz namaz qılmaq, sonra da qayıdıb qurbanınımızı kəsməkdir. Kim belə edərsə bizim sünnəmizə tabe olmuşdur. Hər kim bundan əvvəl qurbanını kəsərsə ,bu qurban ailəsinə verdiyi ətdən başqa bir şey olmaz. Bu hədis ərəfə günü gündüz və gecə yaxud bayramın ilk günü bayram namazı qılınan yerlərdə namazdan əvvəl kəsilər qurban heyvan qurban hokümündə də olmaz. Buna görə şəhərlərdə yaşayanlar qurbanlarını imam bayram namazını qıldırdıqdan sonra kəsərlər. İmam namaz qıldırmazsa həmin günün zəvalına[1] qədər gözləyərlər. Bundan sonra isə, kəsə bilərlər. Kənd və şəhər ətrafında yaşayanlar isə ilk günün sübh namazının girməsi ilə qurbanlarını kəsə bilərlər. Çünki kənddə yaşayanlara bayram namazı vacib deyil. Bu üzdən imamın namaz qıldırmasını gözləmələri də vacib deyil.
Əgər imam namazı ikinci günə saxlayarsa, həmin ikinci gün onun namaz qıldırmasını gözləmək şərt deyil. Əksinə, ikinci gün istənilən vaxtda qurban kəsilə bilər.
Burada nəzərə alınan kəsiləcək heyvanın olduğu yerdir. Misal üçün şəhərdə yaşayan birisi kənddə yaşayan birisinə vəkalət vermiş olarsa, kənddəki adam sübh namazının girməsi ilə onun qurbanını kəsə bilər. Hətta şəhərdə yaşayan birisi qurbanını tez kəsmək istərsə, bilərəkdən vəkaləti kənddə yaşayan birisinə verə bilər. Lakin kənddə yaşayan birisi şəhərli birisinə vəkalət verərsə, həmin adam qurbanı imam namazı qıldırdıqdan sonra kəsməlidir.
Qurbanı ilk gündə kəsmək daha yaxşıdır. Çünki ibadəti əda etməyə tələsmək bəyənilən əməllərdəndir.
Qurban günlərində olduğu kimi gecələri də qurban kəsmək caizdir. Lakin gecənin qaranlığı səbəbi ilə xəta etmə ehtimalı olarsa, gecə kəsmək tənzihən məkruhdur.
Əgər vaxt çıxıncaya qədər qurban kəsilməzsə, baxılar; Əgər şəxs zəngindirsə, qurban üçün heyvan almış olsa da, olmasa da heyvanın qiyməti qədər sədəqə çıxarar. Çünki zənginə qurban vacibdir.
Əgər şəxs kasıbdırsa, qurban kəsmək üçün aldığı heyvanı sədəqə verər. Çünki ona qurban əsli etibarı ilə vacib olmadığı üçün əlavə olaraq pul çıxarmasına da gərək qalmaz. Sadəcə əlində olanı, yəni heyvanı sədəqə verər.
---------------------------------------------------------------------------------------------------
2. QURBANIN BÖLÜŞDÜRÜLMƏSİ:
Qurban kəsilən heyvanın əti üç yerə bölünər. Bir qismi qurban kəsənin özünə və nəfəqəsi ilə mükəlləf olduğu kəslərə, bir qismi qohum-qonşulara və yaxınlara , bir qismi də imkanı olmayan yoxsullara paylanar.
Ətin yaxın çevrədəki yoxsullara paylanması müstəhəbdir. Lakin günümüzdəki kimi digər bölgələrdə daha çox ehtiyac sahibi olarsa, onlara göndərilməsi daha uyğundur.
Bir dəvəyə yaxud böyük baş heyvana ortaq olan yeddi nəfər əti bölüşdürərkən kiloya görə bölüşdürməlidilər.
----------------------------------------------------------------------------------------------------------------
3. QURBAN KƏSƏCƏK OLAN ŞƏXSİN ZÜL HİCCƏ AYININ İLK ON GÜNÜNDƏ SAÇ VƏ DIRNAQLARINI TUTMASI:
Hənəfilərə görə qurban kəsəcək birisinin Zül Hiccə ayının ilk on günündə saç və dırnaqlarından almasında problem yoxdur. Möminlərin anası Aişə -radiyAllahu anhə- belə deyir:
“Mən Allah Rəsulunun ( ﷺ ) qurbanlıq dəvələrinin boyunlarına asılması üçün əlamətləri əlimlə hörərdim. O da dəvələri (Məkkəyə) göndərər özü isə, Mədinədə qalardı. Bu müddət ərzində birisinin Kəbəyə çatacağı vaxta qədər (ehram xaricində) halal olaraq etdiyi hər bir şeyi edərdi”. [5]
Bu görüş həmçinin İmam Malik (رضي الله عنه)'dən, eləcə də Mədinə və Kufənin bir çox fəqihindən gəlmişdir.
---------------------------------------------------------------------------------------------------------------
Qaynaqlar:
[1]. Nəsbur-rayə,IV,213
[2]. Malik,Muvattə,Duhaya,12.
[3]. Əhməd bin Hənbəl,IV,82
[4]. Zöhr namazının giriş vaxtı.
[5]. Tahavi, Şərhu Məanil Əsar, 4181
- Osmanı xəlifə məqamına Ömərmi təyin etmişdir?
- Bayram günlərinin sabahında yemək yemək, caizdirmi?
- Təşriq təkbirləri (2)
- Şəvval orucu
- Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.- hədisinin şərhi
- "Şükr edən orucsuza, səbr edən nafilə oruclunun savabının misli vardır"- hədisinin şərhi
- İMAM ZÜFƏR BİN HÜZEYL (رحمة الله ضد) (Ö. 775)
- Osmanın Uhud və Bədr döyüşlərindən qaçması və ağac altında beyət etməməsi doğrudurmu?
- Osman Peyğəmbərin sürgün etdiyi Əl-Həkəmi vəzifəyə gətirmişdirmi?
- Allahın ən çox sevdiyi oruc hansıdır?