Rəhman 19-20-ci ayələrin təfsiri
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ • بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ
Məracə'l-bəhreyni yəltəqiyən. Bəynəhumə bərzəxun lə yəbğiyən.
Yəni:
"2 dənizi qovuşmaq üzərə buraxmışdır. (Belə ikən), aralarında bir bərzax (pərdə) vardır. Onu aşmazlar." (Rahmən/19-20)
-------------------------------
Quran, bu ayətdə keçən 2 dənizin nə olduğunu təyin etməmiş; mütləq buraxmışdır. Ta ki, məna, ümumi və külli olsun. Bəli, Quran, Allahın tərbiyə ediciliyindəki külli qanunları göstərər. Daha sonra da, o külli qanunların altındakı bütün cüziyyat və masadaqları (məna fərdlərini), o qanuna daxil edər. Bu qaydadan dolayı, bu ayətin külliyyətində, bir çox məna fərdləri mövcuddur. Bunlardan bəzilərini zikr edəcəyik:
• Birincisi: ayədəki "2 dəniz"dən məqsəd, biri, acı; digəri isə, şirin olan bol su mənbələridir. Acı olanlar, dənizlər və okeanlardır. Şirin olanlar isə, çaylar və göllərdir. (haşiyə)
------------------------------
(Haşiyə:
Ərəb dilində, "bahr" kəliməsi:
~ bol sulu yer;
~ okean;
~ dəniz;
~ göl; və
~ böyük çaylar
üçün istifadə edilmişdir. Məsələn, ərəblər:
~ Lut gölünə: "əl-Bahru'l-Meyyit" (ölü dəniz);
~ Nil çayına: "Bahr-u Misrin"
də deyirlər.)
--------------------------
• İkincisi: Yer üzündəki dənizlər ilə, o dənizlərin qovuşduqları okeanlar bir-birilərinə qovuşduqları halda, aralarında bir bərzax vardır; bir-birilərinin hədlərinə təcavüz etməzlər.
• Üçüncüsü: Yer altındakı sular ilə yer üstündəki sular, bir-birilərinə qovuşduqları halda, bir-birilərinə qarışmırlar. Allah, yer altında su kanalları yaratmış; yer üzündəki çaylar, o kanallara enir; təkrar ordan yer üzünə çıxırlar. Beləcə, sular, daim axıb getməkdədirlər.
• Dördüncüsü: Fənn ilə sabitdir ki, su, 2 hidrogen və 1 oksijendən meydana gəlir. Bu qazlardan biri, yandıran; digəri isə, yanan olduqları halda və su içində daim yan-yana olduqları halda, biri, digərinə zərər verməz; biri, digərinin hüdudlarına təcavüz etməz. Demək, aralarında mənəvi bir bərzax (pərdə) vardır.
• Beşincisi: Ayətdəki təsniyə, cəm mənasındadır. Bütün dənizlər murad edilmişdir. (haşiyə)
-----------------------
(Haşiyə:
Ərəb dilində, sözlər:
1. Müfrəd (tək halda);
2. Təsniyə (ikilik halda);
3. Cəm (2 və daha artıq)
halda olurlar.
Bəhr kəliməsi:
1. Müfrəd halda - bəhr;
2. Təsniyədə - bəhreyn;
3. Cəm halda - bihər, buhur, əbhər
şəklində olur.
Bu ayətdə, "bəhreyn/2 dəniz" şəklində ifadə edilən sözdən murad, mümkündür ki, cəm mənasında, yəni "bütün dənizlər" mənasında olsun.
-----------------------
Ayətin təfsiri:
✓ Birinci üslub:
Şanı uca olan Quranın adətidir ki, bəzən təkvini qanunları, yəni kainatdakı fitri şəriət deyilən (təbiətdəki) qanunları zikr edir, sonra o təkvini qanunlar üzərinə təklifi qanunları (insanların ixtiyari felləri üçün qoyulan qanunları, şəriəti) bina edir. Bəzən də, əvvəl təklifi qanunları zikr edir, sonra onu dəstəkləmək, qüvvətləndirmək üçün təkvini qanunlardan bəhs edir. Bu üslubla, "Kainatdakı fitri qanunlar Kimindirsə, şəri (şəriətə aid) qanunlar da, Onundur." deyə ifadə edir. Çünki qanun qoyma feli, birdir və kainatda, 2 iradə hakim ola bilməz.
Bu surədə də, ilk əvvəl təklif zikr edilmiş, daha sonra təkvin onun üzərinə bina edilmişdir. Belə ki:
ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ
"Rahmən olan Allah, Quranı təlim etdi." (Rahmən/1-2)
Bu 2 ayət, təklifi ifadə edir. Haqq Taala, bundan sonra təkvini, təklifə köməkçi olaraq verir. Surə, sonuna qədər bu minval üzərə davam edir. Bu üslubla, "ٱلرَّحْمَـٰنُ / ər-Rahmən" ayətinin mənasının nə demək olduğunu, təkvini qanunlarla isbat edib; təkvini, təklifə yardımçı olaraq göndərir. Surənin sonuna qədər olan təkvini ayətlər, başdakı
"ٱلرَّحْمَـٰنُ• عَلَّمَ ٱلْقُرْءَانَ / ər-Rahmən. Alləmə'l-Quran" ayətlərinin ifadə etdiyi təklifin hüccət və dəlilləridir.
Bu cəhətlə baxsaq, deyə bilərik ki, ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ ayətləri, surənin hər bir ayətinin başında mənən gəlir və hər bir ayətə su kimi sirayət edir.
Allah Taala, "ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ / ər-Rahmən. Alləmə'l-Quran" ayətlərində keçən "Rahmən" ismilə, bəşəri, Quranın bütün əmrlərinə qarşı mükəlləf tutur. Bundan sonra isə, təkvini qanunları izah edib göstərir.
Bax, bu ayələr də ifadə edir ki, dənizlərdəki təkvini qanunları Kim qoymuş və orda bu nizamı Kim qurmuşdursa; Quranı inzal edib bəşərə Onu təlim edın və Quranın əhkamı/hökmlərilə onu məsul tutan da, Odur.
Demək, təkvini və təkvini qanunlar, əsla bir-birilərindən ayrılmazlar. (haşiyə)
--------------------------
(Haşiyə:
Təkvini və Təklifi qanunlar:
https://suallarlaislam.com/.../s%C9%99ri%C9%99t-n%C9%99dir)
--------------------------
--------------------------
✓ İkinci üslub:
Quranın adətidir ki, ilk əvvəl, kainatdakı əsəri nəzərə verir. Daha sonra, əsərin arxasında, İlahi feli isbat edir. O feldən də, isimlərə (haşiyə-1) intiqal etdirir (keçirir).
Bax, bu ayədə də, 2 dəniz, bir əsərdirlər. Bu əsər üzərində, "məracə/buraxmaq" feli görünür. Fel failsiz ola bilməyəcəyindən, dənizlərin sularını bir-birinə qovuşmaq üzərə buraxdığı halda, birini, digərinin haqqına təcavüz etdirməyən bir Qadir (qüdrət sahibi Allahın, ki, bu işin görülməsi, qüdrətsiz mümkün deyildir) və Adil (ki, bu işin görülməsi, ölçüsüz mümkün deyildir) varlığının zəruri olmasına və vəhdətinə (birliyinə) dəlalət edir (çünki, 2 ilah olsaydı, aralarında çəkişmə, qaçılmaz olardı. haşiyə-2)
---------------------------
(Haşiyə-1:
• İsim nədir?
https://suallarlaislam.com/.../%C2%A0isim-mus%C9%99mma-v...
İsim təcəllisi nədir?
https://suallarlaislam.com/.../t%C9%99c%C9%99lli-n%C9%99dir
Haşiyə-2:
• Təmanu dəlili:
https://suallarlaislam.com/m%C9.../tovhidin-%C9%99qli-isbati)
---------------------------
---------------------------
✓ Üçüncü üslub:
Quranın muhtəva cəhətindən, 4 əsas ünsürü vardır. Bunlar:
1. Tövhid;
2. Haşr;
3. Nübüvvət; və
4. İbadət və ədalətdir.
Bəyanı möcüzə olan Quran, davamlı bir surətdə, bu 4 əsas ünsürü dərs verməkdədir. Hər bir surə, bəzən 1 tək ayət, bu 4 əsas ünsürü ehtiva etməkdədir.
Bu ayələrdə də, bu 4 ünsür bizə dərs verilməkdədir. Belə ki:
1. Tövhidin isbatı:
Hikmətli Quranın tövhidi isbat üçün dəlil gətirərkən:
~ bəzən, afaqi dairəni;
~ bəzən də, ənfusi dairəni
nəzərə verir.
Rahmən olan Allah, bu ayələrdə də, afaqi dairəni və bu dairədəki təsərrüfat və fəaliyyətini nəzərə vermiş və bununla, tövhidi isbat etmişdir.
Bu əsrdə, Quranın mənəvi təfsiri olan "Risale-i Nur"un "Şüalar" adlı əsərində (3-cü Şüa, s. 43-44), dənizlərin Allahın varlığının zəruri olmasına və Onun birliyinə necə dəlalət və şəhadət etdiyi, belə izah verilmişdir:
...bahirler, nehirler ve çeşmeler ve ırmaklar, Senin vücub-u vücuduna ve vahdetine bedahet derecesinde şehadet ederler.
Evet, bu dünyamızın menba-ı acâip buhar kazanları hükmünde olan denizlerde hiçbir mevcut, hattâ hiçbir katre su yoktur ki, vücuduyla, intizamıyla, menfaatiyle ve vaziyetiyle Hâlıkını bildirmesin.
Ve basit bir kumda ve basit bir suda rızıkları mükemmel bir surette verilen garip mahlûklardan ve hilkatleri gayet muntazam hayvanât-ı bahriyeden, hususan bir tanesi bir milyon yumurtacıklarıyla denizleri şenlendiren balıklardan hiçbirisi yoktur ki, hilkatiyle ve vazifesiyle ve idare ve iaşesiyle ve tedbir ve terbiyesiyle yaratanına işaret ve rezzâkına şehadet etmesin.
Hem denizde, kıymettar, hâsiyetli, ziynetli cevherlerden hiçbirisi yoktur ki, güzel hilkatiyle ve câzibedar fıtratıyla ve menfaatli hâsiyetiyle Seni tanımasın, bildirmesin.
arzı, toprağıyla beraber bu küre-i arzı kuşatan muhit denizlerini muallâkta durdurmak ve dökmeden ve dağıtmadan güneşin etrafında gezdirmek ve toprağı istilâ ettirmemek ve basit kumundan ve suyundan, mütenevvi ve muntazam hayvanâtını ve cevherlerini halk etmek ve erzak vesair umûrlarını küllî ve tam bir surette idare etmek ve tedbirlerini görmek ve yüzünde bulunmak lâzım gelen hadsiz cenazelerinden hiçbirisi bulunmamak noktalarından, Senin varlığına ve Vâcibü'l-Vücud olduğuna mevcudatı adedince işaretler ederek şehadet eder.
Ve Senin saltanat-ı rububiyetinin haşmetine ve herşeye muhit olan kudretinin azametine pek zâhir delâlet ettikleri gibi, göklerin fevkindeki gayet büyük ve muntazam yıldızlardan, tâ denizlerin dibinde bulunan gayet küçücük ve intizamla iaşe edilen balıklara kadar herşeye yetişen ve hükmeden rahmetinin ve hâkimiyetinin hadsiz genişliklerine delâlet ve intizâmâtıyla ve faideleriyle ve hikmetleriyle ve mizan ve mevzuniyetleriyle, Senin herşeye muhit ilmine ve herşeye şâmil hikmetine işaret ederler.
...İşte denizlerin böyle gayet harika bir tarzda arzın etrafında vaziyet-i acibesiyle bulunması ve denizlerin mahlûkatı dahi gayet muntazam idare ve terbiye edilmesi, bilbedahe gösterir ki, yalnız Senin kuvvetin ve kudretinle ve Senin irade ve tedbirinle, Senin mülkünde, Senin emrine musahhardırlar ve lisan-ı halleriyle Halıkını takdis edip Allahu Ekber derler.
Yəni:
Çaylar, dənizlər, bulaqlar, Sənin varlığının vacib olmasına və vəhdətinə, açıq bir şəkildə şəhadət edirlər.
Bəli, bu dünyamızın, qeyr-i adiliklər mənbəyi olan buxar qazanları hökmündə olan dənizlərdə:
~ heç bir mövcud, hətta heç bir qətrə su yoxdur ki, varlığı, intizamı, (özündəki) mənfəətlər və vəziyyətlərilə, Xaliq'ini (Yaradanını) bildirməsin. Və
~ bəsit bir qumda və bəsit bir suda ruziləri mükəmməl bir surətdə verilən qərib məxluqlardan və xilqətləri çox intizamlı dəniz heyvanlarından, xüsusilə bir dənəsi, bir milyon yumurtaları ilə dənizləri şənləndirən balıqlardan heç biri yoxdur ki, xilqəti, vəzifəsi, idarəsi, bəslənməsi, tədbir və tərbiyəsilə, Yaradanına işarət və Razzəq (ruzi verən Allah)'ına şəhadət etməsin. Həm,
~ dənizdə, qiymətli, xüsusiyyətli, zinətli cövhərlərdən heç biri yoxdur ki, gözəl xilqəti və cazibəli fitrəti və mənfəətli xüsusiyyətlərilə, Səni tanımasın, bildirməsin.
...
~Yeri torpağı ilə bərabər, bu yer kürəsini əhatə edən muhit (əhatə edici) dənizlərini boşluqda saxlamaq; və
~ Tökmədən, dağıtmadan, günəşin ətrafında gəzdirmək; və
~ Torpağı istila etdirməmək; və
~ Bəsit qumundan və suyundan, fərqli-fərqli və müntəzəm heyvanlarlarını və cövhərlərini xəlq etmək; və
~ Ərzaq və sair işlərini, külli və tam bir surətdə idarə etmək və tədbirlərini görmək;
~ (Dəniz və ya su mənbələri) üzərində (əslində) mövcud olması lazım gələn hədsiz cənazələrindən (yəni, ölü dəniz heyvanlarından) heç biri(nin) olmaması
cəhətilə (baxsaq), Sənin varlığına və varlığının zəruri olmasına, (dənizlər), mövcudları ədədincə işarətlər edərək, şəhadət edər. (Bununla bərabər), Sənin, rububiyyət səltənətinin ehtişamına (yəni, Allahın tərbiyə ediciliyi, sanki hər şeyi əhatə etməkdə, bir səltənət kimidir) və hər şeyi əhatə edən qüdrətinin əzəmətinə, çox zahir/açıq bir şəkildə dəlalət etdikləri kimi; göylərin fövqündəki çox böyük və intizamlı ulduzlardan ta dənizlərin dibindəki çox kiçik və intizamla bəslənən balıqlara qədər hər şeyə yetişən və hökm edən rəhmətinin və hakimiyyətinin hədsiz genişliklərinə dəlalət; və intizamları, faydaları, hikmətləri və mizan və ölçülü olmaqları ilə, Sənin hər şeyə muhit elminə və hər şeyə şamil hikmətinə işarət edərlər...
...Bax, dənizlərin, belə çox qeyr-i adi bir tərzdə, yerin ətrafında qeyr-i adi vəziyyət ilə mövcud olması; və dəniz məxluqlarının da çox intizamlı idarə və tərbiyə edilməsi, açıq bir şəkildə göstərir ki, yalnız Sənin qüvvət və qüdrətin; Sənin iradə və tədbirin ilə, Sənin mülkündə, Sənin əmrinə boyun əymişlərdir. Və hal dillərilə, (öz) Xaliq(lər)'ini təqdis edib "Allahu Əkbər/Allah, ən böyükdür" deyirlər.
------------------------
(Haşiyə:
"Afaqi və Ənfusi dəlillər" nə deməkdir?
~ Afaqi: Ərəbcə "ufuq" kəliməsinin cəm halı olan "afaq"a nisbət şəkilçisi əlavə edilərək düzəldilmiş bir kəlimədir.
Bu terminlə, ümumiyyətlə, "xarici dünya ilə bağlı olan, fərdin şəxsi görüş və inanclarından müstəqil olaraq məqbulluğu mövcud olan, hər kəsin izləyib görə biləcəyi hallarla bağlı olan şey" qəsd edilmişdir.
~ Ənfusi: "Afaqi" termininin müqabili olan və subyektivin sinonimi olaraq istifadə edilən bu kəlimə isə, ərəbcə, "nəfs" kəliməsinin cəm halı olan "ənfus"a nisbət şəkilçisi əlavəsilə əldə edilmiş bir termin olub, "dəyəri və məqbulluğu insanın şəxsinə bağlı olan; başqalarınca izlənilib görülə bilməyən; ruhi və daxili hallarla bağlı" mənasına gəlir. Bu mənası ilə, "ənfusi", "insanın şəxsən özü ilə bağlı zehni və ya ruhi təcrübə və sezgiləri"dir.
Müsəlman elm və fikir adamları, obyektiv və subyektivə qarşılıq tapmaq üçün, "afaqi və ənfusi" kəlimələrini terminləşdirərkən, Qurandakı (Fussilət/53) "afaq və ənfus" kəlimələrinin bir-birinə müqabil məfhumlar olaraq bir arada istifadə edilmiş olmasından hərəkət etmişlərdir. Allah Taala, Fussilət/53 ayətində, belə buyurmaqdadır:
سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ...
Sənurihim əyətinə fi'l-əfəqi və fi ənfusihim. Hətta yətəbəyyənə ləhum ənnəhu'l-haqq
"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm 'afaqda (kainatda), həm də onların nəfslərində (özlərində) mütləq göstərəcəyik."
İslam alimləri, başlanğıcdan etibarən, bəhs mövzusu ayətlə bağlı olaraq, bir-birindən az-çox fərqli izahlar vermişlərdir. Bu izahlar, ümumilikdə:
~ "Afaq"ın: "xarici aləm və maddə aləmi";
~ "Ənfus"un isə: "insanın daxili dünyası və ruh aləmi" olaraq başa düşülməsi gərəkdiyi nöqtəsində birləşməkdədir.
İlk dövrlərdən günümüzə qədər çatan bu dəyərləndirmələrin işığı altında,
~ "Afaqi ayətlər"in: təbii, müşahidəyə söykənən dəlillər, 5 hiss (görmək, eşitmək, dadmaq, toxunmaq, qoxulamaq) ilə əldə edilən müsbət elmlər;
~ "Ənfusi ayətlər"in isə: psixoloji və zehni dəlillər mənasına gəldiyini söyləmək, mümkündür.
İslam alimləri, elmi araşdırmalarda, "afaq və ənfus" kəlimələrinin yer aldığı ayətdən yola çıxaraq, metod fikrinə çatmağın mümkün olduğunu göstərmişlərdir. Buna görə, bir mövzunun elmi cəhətdən açıqlığa qovuşdurulması üçün iləri sürüləcək olan dəlillər:
~ ya 5 hislə ediləcək xarici aləmi müşahidə, yəni obyektiv metoda;
~ ya da qəlb yolu ilə, yəni sezgi ilə gerçəkləşdiriləcək daxili müşahidə metoduna
söykənməlidir. Necə ki, müsəlman elm adamları, Quranın bu baxış tərzinə uyğun olaraq Allahın varlığını isbat mövzusundakı dəlilləri, sonradan "afaqi və ənfusi" deyə adlandırılan 2 qismə ayırmışlardır.
~ Kəlam alimləri, daha çox "afaqi", yəni xarici aləm ilə bağlı olan (kosmoloji və ontoloji) dəlillərə daha çox ağırlıq verərkən;
~ Mutasavvıflar isə, "ənfusi", yəni insanın daxili dünyasına və ruh aləminə aid (psixoloji və əxlaqi) dəlilləri tərcih etmişlərdir.
------------------------
Yenə, "Şüalar" adlı əsərdə (7-ci Şüa: "əl-Ayətu'l-Kubra", s. 94-95), dənizlər üzərindən Allahın varlıq və birliyi, belə isbat olunur:
...Sonra, o mütefekkir yolcu...denizlerin ve büyük nehirlerin cezbekârâne cûş u huruşla zikirlerini ve hazin ve leziz seslerini işitir. Lisan-ı hâl ve lisan-ı kàl ile "Bize de bak, bizi de oku" derler. O da bakar, görür ki:
Hayattârâne mütemâdiyen çalkanan ve dağılmak ve dökülmek ve istilâ etmek fıtratında olan denizler, arzı kuşatıp, arz ile beraber gayet sür'atli bir surette bir senede yirmi beş bin senelik bir dairede koşturulduğu halde, ne dağılırlar, ne dökülürler ve ne de komşularındaki toprağa tecavüz ederler. Demek gayet kudretli ve azametli bir Zâtın emriyle ve kuvvetiyle dururlar, gezerler, muhafaza olurlar.
Sonra denizlerin içlerine bakar, görür ki: Gayet güzel ve ziynetli ve muntazam cevherlerinden başka, binlerce çeşit hayvanatın iaşe ve idareleri ve tevellüdat ve vefiyatları o kadar muntazamdır; basit bir kum ve acı bir sudan verilen erzakları ve tayinatları o kadar mükemmeldir ki, bilbedahe bir Kadîr-i Zülcelâlin, bir Rahîm-i Zülcemâlin idare ve iaşesiyle olduğunu ispat eder.
Sonra o misafir, nehirlere bakar, görür ki: Menfaatleri ve vazifeleri ve varidat ve sarfiyatları o kadar hakîmâne ve rahîmânedir; bilbedahe ispat eder ki, bütün ırmaklar, pınarlar, çaylar, büyük nehirler, bir Rahmân-ı Zülcelâli ve'l-İkramın hazine-i rahmetinden çıkıyorlar ve akıyorlar. Hattâ o kadar fevkalâde iddihar ve sarf ediliyorlar ki, "Dört nehir Cennetten geliyorlar" diye rivâyet edilmiş. Yani, zâhirî esbabın pek fevkinde olduklarından, mânevî bir cennetin hazinesinden ve yalnız gaybî ve tükenmez bir menbaın feyzinden akıyorlar demektir. Meselâ, Mısır'ın kumistanını bir cennete çeviren Nil-i mübarek, cenup tarafından, Cebel-i Kamer denilen bir dağdan, mütemadiyen küçük bir deniz gibi tükenmeden akıyor. Altı aydaki sarfiyatı dağ şeklinde toplansa ve buzlansa, o dağdan daha büyük olur. Halbuki o dağdan ona ayrılan yer ve mahzen, altı kısımdan bir kısım olmaz. Varidatı ise, o mıntıka-i hârrede pek az gelen ve susamış toprak çabuk yuttuğu için mahzene az giden yağmur, elbette o muvazene-i vâsiayı muhafaza edemediğinden, o Nil-i mübarek âdet-i arziye fevkinde bir gaybî cennetten çıkıyor diye rivayeti gayet manidar ve güzel bir hakikati ifade ediyor.
İşte, deniz ve nehirlerin denizler gibi hakikatlerinin ve şehadetlerinin binden birisini gördü. Ve umumu bil'icmâ denizlerin büyüklüğü nisbetinde bir kuvvetle Lâ ilâhe illâ Hû der ve bu şehadete denizler mahlûkatı adedince şahitler gösterir diye anladı.
Yəni:
"...sonra o mütəfəkkir yolçu...dənizlərin və böyük çayların (sanki) özündən keçmiş bir halda coşub daşaraq (etdikləri) zikirlərini və həzin və ləzzətli səslərini eşidir. Hal dili və dil ilə, 'Bizə də bax, bizi də oxu.' deyirlər. O da baxıb görər ki:
~ Canlı olaraq mütəmadiyyən çalxalanan və dağılmaq və tökülmək və istila etmək fitrətində olan dənizlər, yeri əhatə edib, yer ilə bərabər çox sürətli bir surətdə, 1 ildə, 25.000 illik bir dairədə (sanki) "qaçırdıldığı" halda, nə dağılır, nə tökülür, nə də qonşularındakı torpağa təcavüz edirlər. Demək, çox qüdrətli və əzəmətli bir Zat'ın əmri və qüvvətilə dayanır, gəzir, mühafizə edilirlər.
Sonra,
~ Dənizlərin içinə baxır və görür ki: Çox gözəl, zinətli və intizamlı cövhərlərindən başqa, minlər növ heyvanların bəslənmə, idarə, doğum və ölümləri, o qədər intizamlı; bəsit bir qum və acı bir sudan verilən ərzaqları və təyinatları, o qədər mükəmməldir ki, açıq bir şəkildə, cəlal və qüdrət, camal və rəhmət sahibi (olan bir Allah)'ın idarə və bəslətməsilə olduğunu isbat edir.
Sonra o yolçu,
~ Çaylara baxır, görür ki:
(Bu çayların) mənfəətləri, vəzifələri, varidat və sərfiyyatları, o qədər hikmətli və mərhəmətlidir ki, açıq bir şəkildə isbat edir ki, bütün bulaqlar, çaylar, böyük çaylar, cəlal və ikram sahibi bir Rahmən'in rəhmət xəzinəsindən çıxır və axırlar. Hətta o qədər fövqə'l-adi depolanıb sərf edilirlər ki, '4 çay, cənnətdən gəlir.' deyə rəvayət edilmişdir. Yəni, zahiri səbəblərin çox fövqündə olduqlarından, mənəvi bir cənnətin xəzinəsindən və yalnız qeybi və tükənməz bir mənbənin feyzindən axırlar, deməkdir. Məsələn: Misirin Böyük Səhra'sını cənnətə çevirən mübarək Nil çayı, cənub tərəfindən, 'Ay dağı' deyilən bir dağdan, mütəmadiyyən kiçik bir dəniz kimi, tükənmədən axmaqdadır.
• 6 aydakı sərfiyyatı dağ şəklində toplansa və buzlansa, o dağdan daha böyük olar. Halbuki o dağdan ona ayrılan yer və məhzən/depo, 6 qisimdən 1 qisim belə deyil.
• Varidatı isə, o isti ərazidə, çox az gələn və susamış torpaq çox tez udduğu üçün, depoya gedən yağış, əlbəttə o geniş müvazinə/balansı mühafizə/qoruya bilmədiyindən, o mübarək Nil çayı, yerin adətinin fövqündə, bir qeybi cənnətdən çıxır,
deyə, Peyğəmbərimizin rəvayəti, çox mənalı və gözəl bir həqiqəti ifadə edir.
Bax, dəniz və çayların dənizlər kimi həqiqətlərinin və şəhadətlərinin 1/1000-ini gördü. Və (bunların) ümumu, icma ilə, dənizlərin böyüklüyü nisbətində bir qüvvətlə, 'lə iləhə illə Hu/Ondan başqa ilah yoxdur' deyir və bu şəhadətə, dənizlər, (öz) məxluqları ədədincə şahidlər göstərir deyə başa düşdü. (haşiyə)
Bax, Quran, bu ayələr ilə, bir-birinə qovuşduqları halda, qarışmayan bu 2 dənizin halını və onların, Haqq Taala'ya itaətini nəzərə verib, bununla, Qadir (qüdrət sahibi) və Adil isimlərilə müsəmma olan bir Zat'ın varlığının vacib olduğunu və birliyini isbat etdi.
------------------------
(Haşiyə:
"4 çay, cənnətdəndir." hədisi:
https://suallarlaislam.com/.../4-cay-c%C9%99nn%C9%99td%C9...)
-------------------------
2. Haşrın isbatı:
Qadir və Adil isimləri isə, haşrı gərəkdirir. Çünki, 2 dənizin hüququnu mühafizə edən mütləq Adil olan Allah, məxluqatın ən şərəflisi olan insanın hüququnu mühafizə etməzmi?! Madam ki, bu dünyada bu hüququn mühafizəsi haqqı ilə görünmür; çünki, zalım, izzətində; məzlum isə, zillətində qalıb bu dünyadan köçüb gedirlər. Əlbəttə, o ədalətin haqqı ilə cərəyan edəcəyi bir aləm, olmalıdır. Demək, haşr, haqdır.
Dəyərli oxuyucu! 2 zidd şeyin cəmi, muhal/imkansızdır. Allahın, bir birinə qovuşduqları halda bu 2 dənizi qarışmağa qoymayaraq, onların haqlarına riayət etməsi, ədalətin göstəricisidir. Yəni, bu və bənzəri saysız-hesabsız iş, Onun "əl-Adil" olduğunu göstərməkdədir. İnsan qədər əhəmiyyətli olmayan varlıqların (məsələn bu 2 dənizin) hüquqlarını mühafizə edib; eyni anda insan kimi əhəmiyyətli varlığın başına gələn zülm və haqsızlıqlara Allahın göz yumması, görməməsi, mümkün deyildir. Çünki bütün bu hadisələr, eyni anda baş verməkdədir. Elə isə, 10 işindən 9-undakı ədalət, açıqca göründüyü; və 1-i başa düşülmədiyi təqdirdə, 9 işi ədalətli olanın ədaləti, sual altına alınmamalıdır. Ya deyəcəyik ki, bu 10-cuda da ədalət təcəlli edəcəkdir (çünki, biz, yuxarıda, 2 zidd şeyin cəminin mümkün olmamasını açıqlamışdıq); ya da 10-cu işdəki ədalətsizliyi əsas alıb, özündən əvvəlki 9 işdəki ədaləti də rədd edəcəyik. Bu isə, rədd edilməsi mümkün olmayacaq qədər, açıqdır.
Xülasə:
Madam ki, dünya var və dünya içində bir ədalət var. Əlbəttə, dünyanın varlığı kimi, qəti olaraq axirət də vardır və bu gedişat, ora doğrudur.
Axirəti inkar etmək üçün, dünyada gördüyümüz ədaləti inkar etmək lazımdır. Əgər bu göz önündəki ədaləti (məsələn, 2 dənizin bir-birini keçməməsini) inkar edə bilmiriksə, axirəti də inkar edə bilmərik. Elə isə, Allahın, həm ədalətli işlər görməsi; həm də axirəti gətirməməklə ədalətini zülmə çevirməsi, muhaldır/imkansızdır.
----------------------
3 və 4: Nübüvvət (peyğəmbərlik) və ədalətin isbatı:
Dağılmaq, tökülmək, istila etmək fitrətində olan dənizlər və çayları, təkvini qanunları ilə dağılmaqdan, tökülməkdən və torpağı istila etməkdən mühafizə edən bir Qadir və Adil Zat, əlbəttə, fitri olaraq (ağıl, qəzəb və şəhvət kimi) qüvvələrinə bir hədd qoyulmayan və hər vaxt, ifrat və təfritə düşə bilən insanı da, Öz təklifi qanunları ilə bir hədd altına alacaq və vasat (orta) mərtəbə olan ədalət və doğru yola onları çatdıracaqdır. Beləcə, dənizlərdə təkvini olaraq göstərdiyi ədalətini; insana da, təklifən göstərəcəkdir. Bu məqsədin reallaşması üçün də, səmavi kitablar göndərəcək və o kitablardakı İlahi təklifləri (yəni, mükəlləfiyyətləri), Peyğəmbərlər vasitəsilə, insana təbliğ edəcəkdir. Çünki bəşər, kainatda (burdakı məna ilə dənizlərdə) cərəyan ədalətli fəaliyyəti müşahidə edib burdan axirətə (yəni, iradə sahibi varlıqların mühakimə ediləcəyi, haqlarının veriləcəyi bir aləmə) istidlal etməsi, çox uzaq bir ehtimaldır. Dolayısı ilə, bu, kitablar və peyğəmbərlər vasitəsilə mümkündür.
------------------------
------------------------
✓ Dördüncü üslub:
Bəyanı möcüzə olan Quran, bir çox ayələrilə, kainatın sirrini həll və kəşf edir. Yəni, "Bu mövcudat, hardan gəlir, hara gedir və vəzifələri nələrdir?" deyə varid olan suallara, cavab verir.
Bu ayətdə də, bu 3 sual üzərinə düşündürür. Dənizlər və çaylar üzərində təfəkkür edən bir insan,
~ İlk əvvəl: "Mütəmadi cərəyan halında olan bu çaylar, hardan gəlirlər?" deyə düşünür. Daha sonra, bu dəniz və çayların, Allahın əzəli elmində və əzəli elminin bir ünvanı olan lövh-i məhfuzda elmi vücudları/varlıqlarının mövcud olduğunu; orda mövcud olan elmi proqram və fiziki şəkillərə görə Allahın qüdrəti tərəfindən özlərinə xaric vücud geyindirilib, bu dünyaya göndərildiklərini başa düşür. (Çünki, bir şey, yaradılarkən, ilk əvvəl, elmi varlığı, yəni, plan və proyekti yaradılır; daha sonra isə, o şey xarici aləmə çıxarılır. Məsələn, bir ustanın, bina tikməmişdən əvvəl, binanın varlığını, plan və proyektini, nəzərində şəkilləndirməsi kimi. Daha sonra isə, bu plan və proyekt, xarici aləmə çıxarılır, yəni, bina tikilir. Təsadüfən xarici aləmdə varlıq qazanmaq, bütün ağıl sahiblərinin ittifaqı ilə, qeyr-i mümkündür.)
~ İkincisi: "Bu dəniz və çayların vəzifələri, nələrdir?" deyə düşünür. Quranın təlimilə, dəniz və çayların,
• Rabbani (Allahın tərbiyəsindən keçmiş) bir məktub;
~ Subhani (bütün nöqsanlıqlardan münəzzəh olan Allahın isim və sifətlərinin təzahür, təcəlli etdiyi) aynalar; və
~ İlahi məmurlar (yəni, bir əmr və qanun altında hərəkət edən məmurlar)
olduqlarını başa düşür.
✓ Üçüncüsü: "Bu çaylar, dənizlər, niyə dayanmayıb gedirlər?" deyə düşünür. Yenə, Quranın təlimilə, bu çayların, qərar qılacağı bir yerə doğru axdığını; və bununla da, kainatda hər şeyin, qərar qılacağı yerə doğru axdığını başa düşür.
Demək, kainatın hikmətini təlim edən, Qurandır. Kainatın hikmətini öyrənmək üçün, Quranı eşitmək lazımdır.
-------------------------
-------------------------
✓ Beşinci üslub:
Quran, kainatdan bəhs edərkən, əşyanın Allaha və axirətə baxan və bu 2 üzə xidmət edən həqiqi fənlərə də təşviq edir.
Bax bu ayələrdə də, dənizlərlə bağlı fənləri öyrənməyə təşviq vardır.
------------------------
------------------------
✓ Altıncı üslub:
Hikmətli Quran, Allahın varlığının vacib və birliyini isbat edərkən, bir çox əqli dəlil sərd edir. Bunlardan
• biri: ixtira dəlilidir.
Bax bu ayələrdə bəyan edilən dənizlərin yoxdan var edilmələri, ixtira dəlilidir. Bu isə, sonradan var olmayan, varlığı əzəli olan bir İlahın varlıq və birliyini isbat edir.
Həm dənizlərdə,
• İnayət/fayda dəlili də mövcuddur.
Çünki, dənizlər, çaylar və bunların içindəki hədsiz nemətlərin insana boyun əydirilməsi və onlar üçün böyük bir nemət olması, açıq bir şəkildə, kərəm sahibi bir İlahın varlığını göstərir. (haşiyə)
-----------------------
(Haşiyə:
Tövhidin isbatında, fayda dəlili:
https://suallarlaislam.com/.../tovhidin-isbatinda-fayda-d...)
----------------------------
----------------------------
----------------------------
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
"Elə isə, Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" (Rahmən/21)
Yəni:
Ey cin və ins! Bu zikr edilən dənizlərin bir-birilərinə qarışmayıb, mükəmməl ədalət və hikmət ilə nizam və mizan içində tədbir və tərbiyələri kimi Allahın təkvini ayələri və nemətlərimi inkar edirsiniz?!
Yoxsa, bunları sizə təlim və bəyan edən Quranın təklifi ayələrini və Quranın təlim nemətinimi inkar edirsiniz?!
Əlbəttə, bu hər 2 neməti, inkar; və hər 2 ayəni də, təkzib edə bilməzsiniz!
O halda, bu təkvini və təklifi ayələrə (haşiyə) iman; və təkvini və təklifi nemətlərə şükr edin! Əgər etməzsəniz, bu, nemətlərə qarşı nankorluqdur.
--------------------------
(Haşiyə:
Ayə nə deməkdir? Qisimləri, hansılardır?
https://suallarlaislam.com/.../ay%C9%99-n%C9%99-dem%C9...)
---------------------------
---------------------------
Əlavələr:
Ayədə, "təğlib" vardır.
Təğlib nədir?
Təğlib'in:
✓ Lüğət mənası, "üstün tutmaq", "üstün etmək" deməkdir. Ərəb dili qrammatikasında isə, bir üslubdur və əsasən, "təsniyə" (ikilik halda) və cəmdə istifadə olunur.
✓ İstilahi (terminoloji) mənası isə: "təsniyə və cəmdə gələn bir sözü, digərindən üstün tutmaqla qrammatik xüsusiyyətləri üstün tutulan ismə görə müəyyənləşdirmək" deməkdir.
• Cəmdə:
1. Müzəkkər (kişi cinsindən gələn bir söz, sayca azlıq təşkil etməsinə baxmayaraq), müənnəsdən (qadın cinsində gələn bir sözdən);
2. Aqil (ağıllı) isim isə, qeyr-aqil isimdən
üstün tutulur və qrammatik xüsusiyyətlər, üstün tutulan sözə görə müəyyənləşdirilir.
~ Birinciyə misal:
وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَـٰهِلِيَّةِ ٱلْأُولَىٰ ۖ وَأَقِمْنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعْنَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذْهِبَ عَنكُمُ ٱلرِّجْسَ أَهْلَ ٱلْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
"Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir." (Əhzab/33)
Bildiyimiz kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əhl-i beytinə, həm qadınlar (Fatimə və Peyğəmbərin xanımları kimi), həm də kişilər (Əli və nəvələri Həsən və Hüseyn kimi) daxildirlər. Allah Taala, bu ayənin əvvəlini, qadınlara müraciətlə (fi buyutikunnə, yəni siz qadınlar, öz evlərinizdə) başlasa da, ayənin sonunda "ankum/sizdən" sözündə müzəkkər cəm damir (şəxs əvəzliyi) ilə bitirdi. Halbuki "əntunnə" şəklində gəlməli idi.
Quranda, Allahın iman gətirənlərə kişi cinsində xitab edərək, "yə əyyuhə'l-ləzinə əmənu/ey iman edənlər" deməsi də, təğlib üslubundadır.
~ İkinciyə misal:
وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٍ مِّن مَّآءٍ ۖ فَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ بَطْنِهِۦ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰٓ أَرْبَعٍ ۚ يَخْلُقُ ٱللَّهُ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
"Allah, hər bir canlını, sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir." (Nur/45)
Bu ayədə, "canlı" sözü, bütün məxluqlara şamil edilir. Bildiyimiz kimi, ərəb dilində, qeyr-i aqil isimlərin cəmi, qadın cinsinin qrammatik xüsusiyyətlərini kəsb edir. Ayədə isə, "minhum/onlardan" sözündəki damir (şəxs əvəzliyi), lll şəxsin cəmini bildirir.
-----------------------
• Təsniyədə (ikilik halda) isə:
1. Müzəkkər, müənnəsdən;
2. Daha şöhrətli və ya daha hörmətli olan, nisbətən az tanınandan və ya az hörmətli olandan;
3. Həcmcə böyük olan, kiçik olandan üstün tutulur
və müxtəlif formalarına baxmayaraq, təsniyə şəkilçisi olan "ənu", üstün tutulan sözə qoşulur və qrammatik qaydalar da, bu sözə görə müəyyənləşdirilir.
~ Birinciyə misal:
إِنَّ الشَّمس والقمَر آيَتَان مِن آيات الله، لا ينْخَسِفَانِ لموت أحد ولا لِحَيَاته، فَإِذا رَأَيتُم ذلك فَادْعُوا اللَّه وكَبِّرُوا ، وصَلُّوا وتَصَدَّقُوا.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Günəş və ay, Allahın ayələrindən 2 ayədir. Onlar, heç kimin ölümü və həyatı üçün, tutulmazlar. Siz, onları gördüyünüzdə, Allaha dua edib, təkbir gətirin, namaz qılın və sədəqə verin."
Bu hədisdəki "lə yənxəsifəni/tutulmazlar" feli, günəş və aya aiddir. Ərəb dilində, günəş, müənnəs; ay isə, müzəkkər bir isimdir. Bu fel isə, müzəkkərdə gəlmişdir. Buna səbəb, "təğlib" üslubudur.
Həmçinin, ata və anaya "əbəvən" deyilməsi də, bu səbəbdəndir. (Ərəb dilində, əb, ata; umm isə, ana deməkdir. Ata-ana bərabər zikr edildiyində, "əbəvən" sözündən də göründüyü kimi, əb kəliməsi üstün götürülmüş, umm isə zikr edilməmişdir.)
~ İkinciyə və üçüncüyə misal:
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ
"2 dənizi qovuşmaq üzərə buraxmışdır."
Bu ayə, həcmcə böyük olanın, kiçik olandan üstün tutulmasına misaldır. Burda, "dəniz" və "çay", bir kəlimə olaraq "bəhreyn" deyə keçməkdədir. Hərfi tərcümədə, "2 dəniz" deyə zikr edilməkdədir. Halbuki, "bəhr" kəliməsi, daha çox dəniz kəliməsi üçün istifadə edilməkdədir.
-----------------------
İmam Cəlaləddin Suyuti, "əl-itqan fi Ulumil-Quran" adlı əsərində, "Məcaz"ın qisimləri haqqında danışarkən, belə deyir:
s. "Təğlib" də, bu qəbildən (yəni, məcaz qəbilindən)dir.
Təğlib: "bir şeyə, başqasının hökmünü vermək"dir.
Bir rəvayətə görə, təğlib: "gələn 2 hökmdən 1-inin digərinə tərcihi"dir.
Təğlib ifadə edən kəlimənin 2 hökmdən 1-inin yerinə istifadə edilməsi, mənaca müxtəlif 2 kəlimənin, eyni mənada istifadə edilməsidir.
وَكَانَتْ مِنَ ٱلْقَـٰنِتِينَ...
Və kənət minə'l-qanitin.
Yəni:
"...O (Məryəm), itaət edənlərdən oldu." (Təhrim/12); və
إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَـٰبِرِينَ...
İllə imraətuhu kənət minə'l-ğabirin.
Yəni:
"...Yalnız, Onun (Lutun) xanımını (qurtarmadıq). O, geridə qalanlardan oldu." (Əraf/83)
ayələri, buna misaldır.
Bu ayələrdəki "qanitin/itaət edən kişilər" və "ğabirin/geridə qalan kişilər" kəlimələrinin əsli, "qanitət/itaət edən qadınlar" və "ğabirat/itaət edən qadınlar" olaraq gəlməsiydi. Ancaq, təğlib qaydasına görə, müənnəslik, müzəkkərlik içində mütaliə edilmişdir.
بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ...
Bəl, əntum qavmun təchəlun.
"...Yox, siz, cahil qövmsünüz." (Nəml/55)
ayəti də, bu qəbildəndir.
Ayədəki "təchəlun" feli, "əntum" damirinin "qavm" kəliməsinə təğlibindən dolayı, muxatab "ت/tə məftuhə"si ilə gəlmişdir. Halbuki, qaydaya görə, bu fel, "qavm" sözünün sifəti olduğundan, "yəchəlun" şəklində gəlməsi lazım idi. Lakin, məvsufun "əntum" damirinə xəbər olması, qeyb siğasından muxatab siğasına keçidi gözəlləşdirmişdir.
قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ
Qalə: "İzhəb. Fə mən təbiəkə, fə innə cəhənnəmə cəzəukum.
Yəni:
"(Allah) buyurdu: 'Get. Onlardan kim sənə (yəni, iblisə) tabe olarsa, cəzanız cəhənnəmdir." (İsra/63)
ayəti də, bu qəbildəndir. Ayədəki "mən təbiəkə / kim sənə tabe olarsa" ifadəsi, qaib damiri gərəkdirməsinə baxmayaraq (yəni, əslində, "mən təbiəhu / kim ona tabe olarsa" şəklində gəlməsi lazım gəldiyi halda), muxatab damirilə ("kə/sənə" şəklində) təğlib edilmişdir. Qaib məna, masiyyət və uqubət (cəzalar)'da muxataba tabe olmaqla, ləfzdə də muxataba tabe olmuşdur. Bu hal, ləfzin mənaya irtibatını gözəlləşdirən bir xüsusdur.
...وَلِلَّهِ يَسْجُدُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ
Və lilləhu yəscudu mə fi's-səməvəti və mə fi'l-ardi.
Yəni:
"Səmalarda və yerdə olanlar, Allaha səcdə edirlər..." (Nəhl/94)
ayətində, qeyri aqil (ağlı olmayan varlıqlar) təğlib edildiyindən, "ما/mə" ilə gəlmişdir.
Bir başqa ayədə (Ra'd/15'də) də, sahib olduğu şərəfdən dolayı, ağlın təğlibi səbəbilə "من/mən" hərfilə gəlmişdir.
لَنُخْرِجَنَّكَ يَـٰشُعَيْبُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَكَ مِن قَرْيَتِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۚ
"...(Ey Şuayb)! Ya mütləq Səni və Səninlə bərabər iman edənləri kəndimizdən çıxaracağıq; ya da Səni öldürəcəyik..." (Əraf/88)
ayətində, Şuayb (əleyhissəlam), təğlib hökmü ilə, "lə təudunnə" felinə daxil edilmişdir.
• فَسَجَدَ ٱلْمَلَـٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
...إِلَّآ إِبْلِيسَ
"Mələklərin hamısı, topluca səcdə etdilər. İblis xaric..." (Hicr/30-31)
ayələri də, bu qəbildəndir. Son ayədə, iblis, (Adəm) yaradıldığı vaxt mələklərdən biri olduğundan, istisna ədatı ilə, mələklərdən sayılmışdır. Təğlib yolu ilə, onlar arasına girmişdir.
...يَـٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ...
Yə ləytə, bəyni və bəynəkə bu'də'l-məşriqayni.
Yəni:
"...Kaş ki, mənimlə sənin aranda, 2 şərq arası məsafə olaydı..." (Zuxruf/38)
ayətindəki "məşriqayni/2 şərq" kəliməsi, "məşriq və məğrib (qərb)" mənasındadır.
Bu ayətin təfsirində, ibnu'ş-Şəcəri, 2 cəhətdən ən məşhuru olduğundan, "məşriq" kəliməsinin təğlib edildiyini söyləmişdir.
...مَرَجَ ٱلْبَحْرَيْن
Məracə'l-bəhreyni.
Yəni:
"2 dənizi buraxmışdır (qovuşmaq üzərə)." (Rahmən/19)
ayətindəki 2 dənizdən məqsəd: "şirin və duzlu 2 dəniz"dir. Halbuki, dəniz, duzlu suya verilən addır. Şirin suya nəzərən duzlu suya sahib dənizlərin çoxluğundan, ayədə təğlib edilmişdir.
...وَلِكُلٍّ دَرَجَـٰتٌ مِّمَّا عَمِلُوا۟
"Hər kəsin, etdiyi əməllərə görə dərəcələri vardır..." (Ənam/132)
ayətində, mömin və kafirin dərəcələri bəhs mövzusudur. "Dərəcələr", "ülvi məqamları”; "dərəkələr" isə, "süfli/aşağı məqamı" göstərir. Ayədəki dərəcə, möminin daha şərəfli olmasından dolayı, təğlib yolu ilə, hər 2 qisim üçün istifadə edilmişdir.
(Zərkəşi), "əl-Burhan" adlı əsərində (3/379) belə deyir:
"Təğlibin məcaz sənətindən sayılması, kəlimənin əsli mənasında istifadə edilməməsindən iləri gəlməkdədir. Məsələn, 'əl-qanitin' kəliməsi, bu vəsflə vəsfləndirilən cəm müzəkkər mənasındadır. Bu kəlimənin müzəkkər və müənnəs olaraq istifadə edilməsi, əsl mənasının xaricindədir. Digər kəlimələr də, bunun kimidir."
-----------------------
-----------------------
• Furqan surəsi 53-cü ayənin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/furqan-sur%C9%99si-53-cu-ay%...
• Nəml surəsi 61-ci ayənin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99ml-sur%C9%99si-61-ci-...
