Rəhman surəsi 1-ci ayətin təfsiri

Bu surənin Məkki (hicrətdən əvvəl nazil olan surə və ya ayətlər) və ya Mədəni (hicrətdən sonra nazil olan surə və ya ayətlər) olduğu xüsusunda, ixtilaf vardır. Cumhura (haşiyə) görə, bu surə, Məkki'dir. Bir qisim müfəssirə görə isə, Mədəni'dir. Bu görüşə görə, ayət, hicrətdən sonra Məkkə'də nazil olsa belə, yenə Mədəni'dir.

---------------------------

(Haşiyə:

Cumhur, kimdir?

https://suallarlaislam.com/m%C9%99qal.../cumhur-n%C9%99dir)

---------------------------

Bu əsrdə, Quranın mənəvi təfsiri olan "Risale-i Nur" külliyyatının "Şualar" adlı əsərində (11-ci Şua: "Meyvə risaləsi", 10-cu Məsələ, s. 210), Məkki və Mədəni surələrin bəlağat və i'caz (möcüzəlilik) cəhətlərində; və təfsil və icmal cəhətlərində bir-birindən ayrı olmasının hikmətləri, belə izah edilməkdədir:

"Mekke'de, birinci safta muhatap ve muarızları, Kureyş müşrikleri ve ümmîleri olduğundan, belâğatça kuvvetli bir üslûb-u âlî ve i'cazlı, muknî, kanaat verici bir icmal; ve tespit için tekrar lâzım geldiğinden, ekseriyetçe Mekkiye sûreleri erkân-ı imaniyeyi ve tevhidin mertebelerini gayet kuvvetli ve yüksek ve i'cazlı bir îcaz ile ifade ve tekrar ederek, mebde' ve meâdı, Allah'ı ve âhireti, değil yalnız bir sahifede, bir âyette, bir cümlede, bir kelimede, belki bazan bir harfte ve takdim, tehir ve târif ve tenkir ve hazf ve zikir gibi heyetlerde öyle kuvvetli ispat eder ki, ilm-i belâğatın dâhî imamları hayretle karşılamışlar...

Yəni:

Məkkə'də, (Quranın) birinci səfdə muxatab (xitab etdiyi) və muarızlar (müxaliflər)'i, Qureyş müşrikləri və ümmiləri olduğundan dolayı,

• bəlağatca qüvvətli ali bir üslub; və

• i'caz (möcüzə)'li, qənaət verici bir icmal; və

• təsbit (isbat etmək) üçün təkrar

lazım gəldiyindən, əksəriyyətlə, Məkki surələr, iman rüknlərini və tövhidin mərtəbələrini, çox qüvvətli və yüksək və i'cazlı (möcüzəli) bir icaz (az sözlə çox məna ifadə etmək) ilə ifadə və təkrar edərək,

məbdə (başlanğıc: Allah) və məad (son: axirət)'i, Allahı və axirəti,

~ deyil yalnız bir səhifədə, bir ayətdə, bir cümlədə, bir kəlimədə; bundan da əlavə,

~ bəzən bir hərfdə; və

~ təqdim - təxir; tərif - tənkir; və hazf - zikr kimi heyətlərdə,

elə qüvvətli isbat edir ki, bəlağat elminin dahi imamları, heyrətlə qarşılamışlardır.

-----------------------

İzahı:

Tövhid (Allahın, Zatında, sifətlərində, isimlərində, fellərində və hökmlərində birliyi) və haşr (axirət), Quranın 2 əsasıdır. Bu 2 əsas, Quranın hər səhifəsində yer almaqdadır. Hətta hər bir hərfdə, təqdim - təxir; tərif - tənkir; və hazf - zikr kimi bəlağat incəliklərində, tövhid və haşra diqqət çəkilməkdədir.

Məsələn, Fatihə surəsində, "Yalnız Sənə ibadət edirik." (Fatihə/5) deyilməkdədir. İbadət edən tək fərd ikən, cəm siğası istifadə edilməsi, yəni, "Yalnız Sənə ibadət edirəm." demək yerinə, "Yalnız Sənə ibadət edirik." deyilməsi, sadəcə bir hərf dəyişikliyi ilə, bizi, möhtəşəm bir məna zənginliyinə çatdırmaqdadır. (Haşiyə)

--------------------------

(Haşiyə:

http://erisale.com/#content.tr.4.752)

-------------------------

Bir də, haşrla bağlı bu ayətə baxaq:

إِنَّا نَحْنُ نُحْيِ الْمَوْتَى

"Şübhəsiz ki, ölüləri, Biz dirildirik." (Yasin/12)

Ayətdə, "ölüləri dirildirik" deyilməsi, Allahın diriltməsini ifadədə kifayət etdiyi halda, "Şübhəsiz ki, Biz..." mənalarını ifadə edən kəlimələrlə təkid edilmiş, məsələnin ciddiyyəti nəzərə verilmişdir.

Təqdim və tə'xir: iləri və ya geri alaraq, kəlimə və ya cümlələrin yerini dəyişdirməkdir. Məsələn, bu ayətə baxaq:

بَلِ اللّٰهَ فَاعْبُدْ وَكُنْ مِنَ الشَّاكِر۪ينَ

"Bəlilləhə fə'bud. Və kun minə'ş-şəkirin."

"Xeyr! Elə isə, sadəcə Allaha ibadət və şükr edənlərdən ol!" (Zumər/66)

Ərəbcə əsl mətndə, normal şərtlərdə, "Allah" ləfzinin feldən ("ibadət et" felindən) sonra gəlməsi lazım gəldiyi halda, təqdim edilmiş, yəni, kəlimə iləri çəkilmişdir. Bu da, təxsis (xas qılma) mənası ifadə edir. Yəni, "Sən, sadəcə Allaha ibadət et, başqasına deyil.)

Bir də, bu ayətə baxaq:

لِلّٰهِ مُلْكُ السَّمٰوَاتِ وَاْلاَرْضِ

"Lilləhi mulku's-səməvəti və'l-ardi."

"Göylərin və yerin mülkü, yalnız Allahındır." (Şura/49)

Ayətdə, "lilləhi" kəliməsinin iləri çəkilməsi, "Yalnız Allahındır, başqasının deyil." təkidi edilməkdədir.

Tə'rif və Tənkir:

~ Tə'rif: bir kəlimənin nə mənaya gəldiyini ifadə etmək;

~ Tənkir isə: mənasını söyləməməkdir.

Ərəb dilində, bu, hərf-u tərif deyilən əlif-lam ilə edilir. Əgər kəlimə başında əlif-lam varsa, o kəlimə, mərifə olur; yoxsa, nəkirə olur. Məsələn, "racul/kişi" dediyimizdə, hər hansı bir şəxs qəsd edilir. Ancaq, "ər-racul" dediyimizdə, müəyyən bir adam qəsd edilir. Bunun ingilis dilindəki qarşılığı, "the" artiklidir. Misal olaraq, bu 2 ayətə baxaq:

وَلَهَا عَرْشٌ عَظِيمٌ

"Onun, çox böyük bir arşı var." (Nəml/23);

"Allah, Özündən başqa heç bir ilah olmayandır. Böyük arşın Rəbbi'dir." (Nəml/26)

"Arş" kəliməsi, "taxt" mənasındadır. Birinci ayətdə, Səbə kraliçasının, böyük bir arşı (taxtı) olduğundan bəhs edilir. Ancaq burdakı "arş" kəliməsi, əlif-lam'sız gətirilmişdir.

İkinci ayətdə isə, əlif-lam ilə, böyük arşın Allaha aid olduğu nəzərə verilir.

İnsanların, insanlar içində bir səltənəti olur. Ancaq əsl səltənət, Allahındır. Çünki, görünüşdə səltənət sahibi olanlara hökm edən, Odur. O, Məliku'l-Mulk'dur, yəni Sultanlar Sultanıdır. Bu dünyada taxt və səltənət sahibləri olmaqla bərabər, onların taxt və səltənəti, qeyr-i müəyyəndir, varlığı da, yoxluğu da, eynidir. Əvvəli, yoxluq; sonrası, zavaldır. Allahın taxtı isə, əzəli və əbədidir.

Hazf və Zikr:

Hazf və Zikr, bir-birinə müqabil gələn 2 Məani elmi terminidir. Belə ki:

~ Hazf: söylənilməsi lazım gəlməyən sözün, ibarədə zikr edilməməsidir. Məsələn, birini yola salarkən, "gülə gülə..." deyirik. Bu, "gülə-gülə get" deməkdir. "Get" kəliməsinin hazfı, mənanın başa düşülməsinə mane olmadığından, hazf edilmişdir. Məsələn, ayətdə,

حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ

“Analarınız, sizə haram qılınmıştır.”(Nisa/23) buyurulur.

Bununla qəsd edilən, onlarla evlənməyin haram olmasıdır. Bildirilmək istənilən xüsus açıq olduğu cəhətlə, "nigah" ibarəsi, hazf edilmişdir.

~ Zikr isə: söylənilməsi lazım gələn sözün, ibarədə mövcud olmasıdır. Zikrə misal olaraq isə, bu ayətə baxa bilərik:

...لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَ ۖ لِلَّهِ ٱلْوَ‌ٰحِدِ ٱلْقَهَّارِ

"Bugün mülk, Kimindir? Vahid - Qahhar olan Allah'ın." (Ğafir/16)

Bir çox təfsirdə, bu İlahi xitabın, qiyamət qopduğunda reallaşacağı ifadə edilir. Artıq, dünyanın ömrü bitmiş, bütün səltənətlər sonlanmışdır. Haqq Taala, "Bu gün mülk, Kimindir?" deyə soruşduğunda, cavab verəcək kimsə qalmamışdır. Haqq Taala, Özü, "Vahid - Qahhar olan Allahın" buyurur.

"Bu gün mülk, Kimindir?" sualına, ayətdə, "Allahın" deyilməsi, cavab olaraq kifayət edərdi. Bununla kifayətlənilməyib, "Vahid-Qahhar" isimlərinin də zikr edilməsi, bəzi incəliklər ehtiva edir. Məsələn:

- O, Vahid'dir, birdir. Mülk və səltənətində, şəriki yoxdur.

- O, Qahhar'dır. Görünüşdə, mülk və səltənət sahibi olanların mülklərini əllərindən alar, səltənətlərinə son verər. Dünyada, bunu ard-arda edər, bundan dolayı, həm mülk və səltənət sahibləri, həm də onlara qibtə ilə baxanlar, o mülk və səltənəti, həqiqi zənn edərlər. Ancaq qiyamət qopduğunda, artıq kimsənin nə mülkü qalar, nə də səltənəti...

"...Amma, Medîne sûre ve âyetlerde, birinci safta muhatap ve muarızlar; Allah'ı tasdik eden Yahudi ve Nasârâ gibi ehl-i kitap olduğundan, mukteza-yı belâğat ve irşad ve mutabık-ı makam ve halin lüzumundan sade ve vâzıh ve tafsilli bir üslûpla ehl-i kitaba karşı dinin yüksek usûlünü ve imanın rükünlerini değil, belki medar-ı ihtilaf olan şeriatın ve ahkâmın ve teferruatın ve küllî kanunların menşeleri ve sebepleri olan cüz'iyatın beyanı lâzım geldiğinden, o Medîne sûre ve âyetlerde, ekseriyetçe tafsil ve izah ve sade üslûpla beyanat içinde, Kur'ân'a mahsus emsalsiz bir tarz-ı beyanla, birden o cüz'î teferruat hadisesi içinde yüksek, kuvvetli bir fezleke, bir hâtime, bir hüccet ve o cüz'î hadise-i şer'iyeyi küllîleştiren ve imtisâlini iman-ı billâh ile temin eden bir cümle-i tevhidiye ve esmâiye ve uhreviyeyi zikreder, o makamı nurlandırır, ulvîleştirir, küllîleştirir."

Yəni:

Amma, Mədinədə enən surə və ayətlərdə, birinci səfdə muxatab və muarizlər, Allahı təsdiq edən yəhudi və xristianlar kimi kitab əhli olduğundan, bəlağat və irşadın gərəyi olaraq və məqam və hala uyğunluğun lüzumundan dolayı, sadə, açıq və təfsilli bir üslubla kitab əhlinə qarşı, dinin yüksək üsulunu (əsaslarını) və imanın rüknlərini deyil, əksinə, ixtilaf səbəbi olan şəriətin, əhkamın (hökmlərin), təfərrüatın və külli qanunların mənşə və səbəbləri olan cüziyyatın bəyanı lazım gəldiyindən, o Mədinə surə və ayətlərdə, əksəriyyətlə, təfsil və izah və sadə üslubla bəyanlar içində, Qurana məxsus misilsiz bir bəyan tərzilə, birdən, o cüzi təfərrüat hadisəsi içində, yüksək, qüvvətli bir fəzləkə (öz, icmal), bir xatimə, bir hüccət və o cüzi şəri hadisəni külliləşdirən və imtisalını (tabe olunmasını) Allaha iman rüknü ilə təmin edən bir tövhiddən və Allahın isimlərindən və axirətə dair bir cümlədən bəhs açar, o məqamı nurlandırar, ülviləşdirər, külliləşdirər.

---------------------

---------------------

Surənin isimləri:

Bu surənin, "Rahmən""Arusu'l-Quran" (Quranın gəlini) olmaq üzərə 2 ismi/adı vardır. Lakin, "Rahmən" ismi, daha məşhurdur. Əli (radiyallahu anh)'dan nəql edilən bir rəvayətə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Rahmən surəsi haqqında, belə buyurmuşdur:

"Hər şeyin bir arus (gəlin)'i vardır. Quranın arusu isə, Rahmən surəsidir." (Beyhaqi, "Şuabu'l-İman", 2-ci cild, s. 489)

----------------------

----------------------

Surənin ayət sayı:

~ Kufə və Şam əhlinə görə - 78;

~ Hicaz'lılara görə - 77;

~ Basra'lılara görə isə - 76'dır.

----------------------

----------------------

Surənin fasilə hərfləri:

Ayətlərin sonundakı fasilə hərfləri, R-H-M-N kəliməsində mövcud olan R-M-N hərfləridir. Yəni, ayətlərin sonu, bu hərflərdən birilə xətm edilmişdir.

-----------------------

-----------------------

Surənin nüzul səbəbi:

Rahmən surəsinin nüzul səbəbi haqqında, 2 rəvayət vardır:

• Birincisi: əbu Hayyan'ın Muqatil'dən nəql etdiyi rəvayətə görə, "Rahmən (olan Allah)'a səcdə edin." (Furqan/60) ayəti nazil olduğu vaxt, "Rahmən, nədir? Biz, Onu tanımırıq." deyə, çirkin sözlər istifadə etmişdilər. Bunun üzərinə, bu surə nazil oldu və bu surə ilə, Özünə səcdə etmələri istənilən Rahmən, vəsf edildi.

• İkincisi: Yenə, müşriklərin, "Quranı, Ona, ancaq bir insan öyrədir." (Nəhl/103) şəklindəki ittihamlarına cavab olaraq, Rahmən surəsi enmişdir və Quranı, haşa, bir bəşərin deyil, Rahmən olan Allahın öyrətdiyi bildirildi.

---------------------

---------------------

Rahmən surəsinin, bir əvvəlki surə olan Qəmər surəsilə olan münasibəti:

Rahmən surəsi, Qəmər surəsilə Vaqiə surəsi arasında yer almaqdadır. Qəmər surəsinin son ayətinin son kəlimələri, Allahın "Məlik" və "Muqtədir" isimləridir. Bu 2 isim, Allahın "cəlal" sifətlərini göstərir. Rahmən surəsinin ilk kəliməsi və ilk ayəti isə, "Rahmən" ismidir. Bu isə, Allahın "camal" sifətini göstərir.

Demək, Qəmər surəsində, cəlal ifadə edən isimlərin təcəllisi, əsl; camal ifadə edən isimlərin təcəllisi isə, təbəi (dolaylı)'dır. Rahmən surəsində isə, camal ifadə edən isimlərin təcəllisi, əsl; cəlal ifadə edən isimlərin təcəllisi isə, təbəidir.

Qəmər surəsinin son kəlimələri, "Məlik" və "Muqtədir" isimlərlə xətm edilincə; Rahmən surəsi, "Məlik və Muqtədir olan Rahmən" ifadəsilə başlamış sayılır.

Demək, Quranı təlim edən Rahmən, inkar və üsyan edənlərə qarşı, izzətli və qüdrətli; iman və itaət edənlərə qarşı da, sonsuz rəhmət sahibi olan bir Sultan'dır.

Rahmən və Qamər surələrinin hər biri, bir möcüzə ilə başlamışdır. Ancaq, möcüzələrin mahiyyətləri, fərqlidir. Qəmər surəsinin baş qismindəki ayın ikiyə bölünməsi, maddi/hissi bir möcüzədir (haşiyə) və cəlal təcəllisidir. Rahmən surəsinin başında yer alan Quran möcüzəsi isə, mənəvi/əqli bir möcüzədir və camal təcəllisidir. Biri, izzət və əzəməti; digəri isə, şəfqət və mərhəməti göstərir.

------------------------------

------------------------------

(Haşiyə:

Möcüzə və qisimləri:

https://suallarlaislam.com/.../mocuz%C9%99-v%C9%99-qisiml...

------------------------------

Hər 2 surədə də, kafir və asilərdən bəhs edilmişdir. Ancaq,

~ Qəmər surəsində, şəxsən əhl-i küfr və üsyanın başına gələn İlahi əzabdan bəhs edilmiş və o cəlal ifadə edən isimlərin təcəlliləri, 4 dəfə,

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ

"Görəydin Mənim əzabım və qorxutmağım, necə oldu!" (Qəmər/16, 18, 21, 30) şəklində ifadə edilmişdir.

Əvvəlki qövmlərin həlak olmalarında, cəlal təcəlliləri görünərkən; peyğəmbər və onlara tabe olanlara gələn nicat da, camal təcəllisini göstərir.

Dolayısı ilə, Qəmər surəsində, cəlal içində camal təcəllisi görünür.

~ Rahmən surəsində isə, əhl-i küfr və üsyana xitabən, 31 dəfə təkrarlanan,

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

"Elə isə, Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" ayətlərində, əhl-i küfr və üsyan üçün bir təhdid ifadəsi olmaqla bərabər; bu ayətlər, əhl-i iman və itaət üçün də, şəfqət və mərhəməti ehtiva edir.

Dolayısı ilə, bu ayətdə də, cəlal içində camal təcəllisi görünür. Çünki, O camal sahibi Rahmən olan Allah, əhl-i küfr və üsyanı təhdid babında iləri sürdüyü bu və bənzəri ayətlərində, Allahın əzabına düçar edəcək fel, qövl və əhvaldan çəkinmələri üçün, möminləri əvvəlcədən tənbeh edir.

Dolayısı ilə, bu və bənzəri ayətlərdə, kafir və asilər haqqında, cəlal təcəllisi görünərkən; möminlər haqqında da, camal təcəllisi görünür.

Həm əhl-i iman və itaətin düşmənləri olan əhl-i küfr və üsyandan intiqamlarının alınması cəhətilə də, belə ayətlərdə, əhl-i küfr və üsyan haqqında, cəlal təcəllisi görünərkən; əhl-i iman və itaət haqqında da, camal təcəllisi görünür. O halda, hər kəsin, ayətdən alacağı bir nəsibi vardır.

Həm,

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

"Fəbiəyyi ələi Rabbikumə tukəzzibən?"

"Elə isə, Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" ayətində keçən "ələi / nemətlər" kəliməsilə, "Rəbb" ismi, sonsuz bir rəhmət və neməti; sonsuz bir rəhmət və nemət isə, Rahmən ismilə müsəmma (isimləndirilmiş, adlandırılmış) camal sahibi bir Zat'ı göstərir.

Dolayısı ilə, bu ayətdə keçən "tukəzzibən" kəliməsi, əhl-i küfr və üsyan haqqında təcəlli edən cəlalı göstərdiyi kimi; "ələi/nemətlər" kəliməsilə "Rəbb" ismi də, əhl-i iman və itaət haqqında təcəlli edən camalı göstərir.

Demək, bu və bənzəri ayətlərdə cəlal içində, camal; camal içində də, cəlal təcəllisi görünür.

---------------------------------------

---------------------------------------

Rahmən surəsinin, bir sonrakı surə olan Vaqiə surəsi ilə olan münasibəti:

Rahmən surəsi, dünyəvi və uxrəvi (axirətə aid) nemətlərdən bəhs etməkdədir. Bu surədə, ilk əvvəl, dünyəvi nemətlər zikr edilməkdə; daha sonra isə, uxrəvi nemətlər sayılmaqdadır.

Vaqiə surəsində isə, insanlar, "Muqarrəbun / Allaha daha yaxın olanlar", "ashabu'l-yəmin / əməl dəftərləri sağ tərəfindən verilənlər" və "ashabu'ş-şimal / əməl dəftərləri sol tərəfindən verilənlər" olmaq üzərə, 3 qismə ayrılmış və bu 3 qismə veriləcək mükafat və cəza zikr edilmişdir. Vaqiə surəsi, sanki, uxrəvi mükafat və cəza cəhətindən, Rahmən surəsinin davamı və təfsili mahiyyətindədir.

Rahmən surəsinin son ayəti,

تَبَـٰرَكَ ٱسْمُ رَبِّكَ ذِى ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ

"Təbarəkə'smu Rabbikə zi'l-cələli və'l-ikram."

"Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı, nə qədər mübarəkdir." ayətidir.

Bu ayətdə, Haqq Taala'nın cəlal və ikram sifətləri zikr edilməkdədir.

Vaqiə surəsində, həm ikram sifətinin təcəllisinə mazhar (bir şeyin zahir olduğu yer) olan cənnət əhlindən; həm də cəlal sifətinin təcəllisinə mazhar olan cəhənnəm əhlindən bəhs edilməkdədir.

Bəli, cəhənnəm, cəlal sifətinin bir təcəllisidir. Cənnət isə, bütün lətafət və gözəlliyilə, ikram sifətinin bir təcəllisidir.

---------------------------------

---------------------------------

Surənin muhtəvası:

Bu surədə, Allahın sonsuz rəhmətinin təcəllilərini izhar edən dünyəvi və uxrəvi nemətlərin varlığına diqqət çəkilmişdir. Başdan sona qədər Allahın rəhmət və nemətlərindən bəhs edən bu surə, "Rahmən" ismilə başlamışdır. Bütün bu rəhmət və nemətlərin, Allahın "Rahmən" isminin "xəzinə"sindən axıb gəldiyi ifadə edilmişdir. Bu surədə, hər nə qədər əzabdan bəhs edən ayətlər olsa belə; həm bu ayətlər, azdır; həm də əhl-i imanı ondan çəkindirməyi hədəf aldığı və əhl-i imanın intiqamının əhl-i küfr və üsyandan alındığını xəbər verdiyi üçün, həqiqətdə, yenə rəhmətdir.

Surənin ilk kəliməsi, "Rahmən" ismi olduğu kimi; son kəliməsi də, "zu'l-ikram / ikram sahibi"dir. Hər iki isim də, camal ifadə edir. Bu təvafuq (müvafiqlik), çox gözəl bir münasibəti göstərməkdədir. Çünki, Rahmən'in ən zahir/açıq mənası "lütf və ikram edən Rəbb" deməkdir.

Beləcə, surənin başı və sonu, muhtəvaya münasib kəlimələrlə zinətləndirilmişdir. Surənin başlanğıcı ilə sonu arasında, gözəl mənəvi bir münasibət təmin edilmişdir.

Beləcə, surədə sayılan dünyəvi və uxrəvi, maddi və mənəvi bütün nemətlərin, bir rəhmət əsəri olduğu göstərilmişdir.

Həm bir təvilə görə, son ayətdə keçən تَبَـٰرَكَ ٱسْمُ رَبِّكَ / təbarəkə'smu Rabbikə / Sənin Rəbbinin ismi, nə mübarəkdir." cümləsindəki "ism" kəliməsindən murad, "Rahmən"dir. Bu təvilə görə də, surənin başlanğıcı, Rahmən ismilə başlayıb, Rahmən ismilə xətm olunmaqdadır.

Rahmən surəsində, Quranın ən əsas mövzuları olan "tövhid, nübüvvət, haşr, ibadət və ədalət" mövzuları işlənmişdir.

Bu surə, dünya nemətlərilə, cənnət nemətlərinin müqayisəsidir.

Bu surə, bir isimlə başlayan tək surədir. Bu isim, "rəhmət və nemət sahibi" mənasında iki vəsfi ehtiva edən "Rahmən" ismidir. Rahmən ismi, eyni zamanda, "Rəzzaq" mənasındadır. Adı keçən 2 sifətdən "rəhmət" cəhəti, "Rahmən" isminə; "nemət" cəhəti isə, "Rəzzaq" isminə baxmaqdadır.

Surənin "Rahmən" ismilə başlamasının hikməti, budur:

Bu surə, həm dünya, həm də axirət nemətlərini saymaqdadır. Dünya və axirətdəki nemətlər isə, Haqq Taala'nın Rahmən ismindən axıb gələn cüzi "damla"lardır.

Surənin baş qismi, Rahmən ismilə başladığı kimi; sonu da,

تَبَـٰرَكَ ٱسْمُ رَبِّكَ ذِى ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ

"Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı, nə qədər mübarəkdir."

ayətilə bitir ki, "Rəbb" və "Zu'l-ikram" isimləri, "Rahmən" isminin mənasını ifadə edir.

-------------------------------------

-------------------------------------

ٱلرَّحْمَـٰنُ

"ər-Rahmən." (Rahmən/1)

Quranın möcüzəlilik cəhətini isbat edən bəzi üsul və üslublarla ayətin təfsiri:

• Birinci üslub: Bəyanı möcüzə olan Quran, təklifi və təkvini qanunlardan (haşiyə) bəhs edir. Bu surədə zikr edilən təklifi və təkvini qanunların cümləsi, "ər-Rahmən" ismindən gəldiyini ifadə edir.

Bəli, insanı yaradan və ona nitq və bəyanı təlim edən, Rahmən olduğu kimi; onu mükəlləf tutan da, Odur. Çünki, təkvini qanunlar, Kimindirsə; təklifi qanunlar da, Onundur.

Əgər "ər-Rahmən" kəliməsi, mübtəda; daha sonra gələn "alləmə'l-Quran / Quranı öyrətdi" fel cümləsi də, onun xəbəri olaraq qəbul edilərsə, bu halda, "ər-Rahmən, alləmə'l-Quran" ayətləri, təklifi ifadə edər. Çünki, Rahmən, Quranı təlim etmiş; Quranın təlimi isə, təklifi ifadə edər.

----------------------------------

(Haşiyə:

Təkvini və təklifi şəriət üçün bax:

https://suallarlaislam.com/.../s%C9%99ri%C9%99t-n%C9%99dir)

-----------------------------------

-----------------------------------

• İkinci üslub: Quran, kainata, kainat hesabına deyil; Allahın isimləri hesabına baxar və tövhidi dərs verər.

Bax, Quran, bu surədə zikr edilən "insanın yaradılması" (Rahmən/3) kimi əsərlərdən bəhs edərkən; onların mücərrəd mahiyyətlərindən deyil; onlarda təcəlli edən isimlər hesabına baxar. Xüsusilə, sübuti sifətlər və isimləri ehtiva edən "ər-Rahmən" ismilə, nəzərləri, əsərdən ismə çevirər. O əsərlərin və fellərin mənbəyinin, "ər-Rahmən" ismi olduğunu göstərər.

----------------------------------

----------------------------------

• Üçüncü üslub: Hikmətli Quran, bir çox ayətlərində, insanın möhtaclığını ona hiss etdirər və o möhtaclıq yarasını müalicə edəcək bir çarəni də göstərər.

Bax, Quran, sonsuz möhtaclıq və ehtiyac içində olan insana, bu surədə bir istimdad nöqtəsi göstərir ki; o da, Rəzzaq mənasında olan "ər-Rahmən" ismidir. Maddi və mənəvi bütün nemətlər, bu ismin xəzinəsindən axıb gəlməkdədir.

---------------------------------

---------------------------------

• Dördüncü üslub: Quranın bir üslubudur ki, bəzən, ilk əvvəl, ismi zikr edir. Sonra o ismə istinad edən felləri bəyan edir.

Bax bu surədə də, ilk əvvəl "Rahmən" ismini zikr etmiş; sonra o "Rahmən" ismini isbat edən və o isimdən gələn:

~ insanın yaradılması (Rahmən/3);

~ ona bəyanın öyrədilməsi (Rahmən/4)

~ günəş və ayın müəyyən bir hesabla hərəkəti (Rahmən/5);

~ bitki və ağacların səcdəsi (Rahmən/6)

~ göyün yüksəldilməsi (Rahmən/7)

~ mizanın qoyulması (Rahmən/7)

kimi felləri sərd etmiş və bu surədə bildirilən bütün fellərin mənbəyinin, "Rahmən" ismi olduğunu göstərmişdir.

-------------------------------

-------------------------------

• Beşinci üslub: Quranın, muhtəva cəhətindən 4 əsas ünsürü vardır. Bunlar:

1. Tövhid;

2. Haşr;

3. Nübüvvət;

4. İbadət və ədalət.

Hər bir surə, bəzən 1 tək ayət belə, bu 4 ünsürü dərs verməkdədir. "ər-Rahmən" ayəti, bu 4 ünsürü birdən dərs verməkdədir. Çünki,

1. "ər-Rahmən" ismi, Allahın xüsusi ismi olduğundan dolayı, Allahın, Zatında, sifətlərində, isimlərində, fellərində, hökmlərində bir olduğunu göstərir.

Müəllif, "İşaratu'l-İ'caz fi Məzənni'l-İcaz" adlı təfsirində (s. 16), belə deyir:

"Ve keza ٱلرَّحْمَـٰنِ dahi, Cenab-ı Hakkın ne ayn, ne de gayr olan sıfat-ı sebasına remizdir..."

Yəni:

"ər-Rahmən ismi, Allahın nə eynisi, nə də qeyrisi olan 7 sübuti sifətə rəmz (işarə)'dir."

"7 sübuti sifətin, nə Zatının eynisi, nə də qeyrisi olması", bu deməkdir:

Bu sifətlərin hər biri, Allahın künh-ü mahiyyətində mövcud olduğu üçün, qeyrisi deyildirlər. Eyni zamanda, bu sifətlərin hər biri, Zatının eynisi də deyildirlər. Çünki hər biri, Allahın o sifətini göstərirlər. Demək, 7 sübuti sifətin hər biri, bütün İlahi sifətləri ehtiva etmədiyi üçün, eynisi deyildirlər. Elə isə, bu sifətlər, nə Allahın Zatının eynisidirlər, nə də qeyrisi. Yəni bu sifətlər, Allahı xatirə gətirirlər; lakin sadəcə bir sifətini. Məsələn:

Allah Taala, mütləq qüdrət sahibidir. Qüdrət, Onun sübuti sifətidir. Bu sifət, Zatının eynisi deyildir. Çünki Allahın, qüdrətdən başqa sifətləri də vardır. Qüdrət isə, sadəcə Qadir'i göstərir; digər sifətlərini ifadə etmir. Elə isə, bu sifət, Allahın eynisi deyildir. Həm qeyrisi də deyildir. Çünki bu sifət, Onun mahiyyətinə daxildir. O halda, bütün sifətlərilə Allahı xatirimizə gətirən və "sıfat-ul eyniyyə" deyə isimləndirilən, sadəcə "Vücud" sifətidir.

Müəllif, belə davam edir:

"Rahmanın en zahir manası, Rezzak demektir. O da, bekayı vermekten ibarettir. Yani, beka ve devama sebebdir. Zira, rızka muhtac olan mevcudat, ancak rızık ile vücudunu devam ettirebilir, ayakta kalır. Beka ise, tekerrür-ü vücuddan ibarettir. Vücud ise, birincisi mümeyyize; ikincisi muhassısa (müracciha); üçüncüsü müessire olmak üzere "ilim, irade, kudret" sıfatlarını istilzam eder. Beka ve vücudda kalmak, ki, rızkın i'tasının (verilmesinin) semeresidir, onunla kaimdir. Bu beka-i vücud ise, örfen "basar, sem, kelam" gibi sıfatların, o Rezzakta sabit olmasını; yani, o Rezzak-ı Kerim'in hem görmek, hem işitmek, hem konuşmak gibi sıfatlarla muttasıf olmasını iktiza eder. Zira, Rezzak olan, merzuk taleb edemediği zaman, onun ihtiyacını görsün, yerine getirsin. Hem işitme sıfatına dahi malik olması lazımdır ki, muhtac merzuklar, ihtiyaclarını arz edip taleb ettikleri zaman, onların seslerini işitsin, arzularını ifa etsin. Hem kelam sıfatına dahi sahib olması lazımdır ki; vasıta bulunduğu takdirde, o vasıta ile konuşsun, kelamıyla da o muhtac merzukların imdadına koşsun, onlara meded versin.

İşte, bu altı sıfat-ı kemaliyye, bi'z-zarure, şübhesiz, yedinci sıfatı dahi istilzam eder ki; o da, hayattır. Demek, hayat, altı sıfat-ı sübutiyyeyi içine alan ve bu altı sıfat-ı sübutiyye kadar kuvvetli delilleri bulunan bir sıfat-ı İlahiyyedir. Çünki "ilim, irade, kudret, sem, basar, kelam" gibi sıfatlar, ancak zihayatta olur; diri olmayanda, bu sıfatlar bulunmaz."

Yəni:

Rahmən ismi, 7 sübuti sifətə belə işarət edir:

Rahmən'in ən zahir mənası, "Rəzzaq"dır. Yəni, "Bütün aləmin ruzisini verən Zat" deməkdir.

Ruzi, sadəcə yemək- içməkdən ibarət deyildir. Əlbəttə ki, ruzinin çox növləri vardır. Ruzi, çox geniş bir dairədir. Ən başda hava, su, torpaq və günəş olmaq üzərə 4 ünsür, Allahın iznilə mövcudatın ruzisini yetişdirməkdədir. Bu 4 ünsür, eyni zamanda, ən böyük ruzidir.

Bununla bərabər, "iman, islam, hidayət" nemətləri də, mənəvi bir ruzidirlər. Ustad Nursi, "Şualar" adlı risaləsində (7-ci Şua, s. 143), bu mövzunu belə izah etmişdir:

"İkinci Hakikat: Rahmâniyet hakikatidir

Yani, gözümüzle görüyoruz: Birisi var ki, bize,

• zemin yüzünü rahmetin binlerle hediyeleriyle doldurmuş, bir ziyafetgâh yapmış ve Rahmâniyetin yüz binlerle ayrı ayrı lezzetli taamları içinde dizilmiş bir sofra etmiş; ve

• zemin içini rahîmiyet ve hakîmiyetin binlerle kıymettar ihsanlarını câmi' bir mahzen yapmış; ve

• zemini, devr-i senevîsinde, bir ticaret gemisi hükmünde, her sene âlem-i gaybdan levazımat-ı insaniye ve hayatiyenin yüz bin çeşitlerinden en güzellerini içine alarak yüklenmiş bir nevi sefine veya şimendifer gibi ve her baharı ise, erzak ve elbisemizi taşıyan bir vagon hükmünde olarak bizlere gönderir, bizi gayet rahîmâne beslettirir; ve

• bütün o hediyelerden, o nimetlerden istifade etmemiz için bize de yüzlerle ve binlerle iştihalar, ihtiyaçlar, duygular, hissiyatlar, hisler vermiş.

Evet, Âyet-i Hasbiyeye dair olan Dördüncü Şuâda izah ve ispat edildiği gibi, bize

• öyle bir mide vermiş ki, hadsiz taamlardan lezzet alır; ve

• öyle bir hayat ihsan etmiş ki, duygularıyla, bir sofra-i nimet gibi, koca cismânî âlemde, hadsiz nimetlerinden istifade eder; ve

• öyle bir insaniyet bize lütfetmiş ki, akıl ve kalb gibi çok âletleriyle hem maddî, hem mânevî âlemin nihayetsiz hediyelerinden zevk alır; ve

• öyle bir İslâmiyet bize bildirmiş ki, âlem-i gayb ve âlem-i şehadetin nihayetsiz hazinelerinden nur alır;

• öyle bir iman hidâyet etmiş ki, dünya ve âhiret âlemlerinin hasra gelmez envârından ve hediyelerinden tenevvür edip müstefid eder.

Güya rahmet tarafından bu kâinat hadsiz antika ve acip ve kıymetli şeylerle tezyin edilmiş bir saraydır. Ve bütün o saraydaki hadsiz sandıkları ve menzilleri açacak anahtarlar insanın ellerine verilmiş ve bütün onlardan istifade ettirecek olan ihtiyaçlar, hissiyatlar insanın fıtratına verilmiş.

İşte böyle dünyayı ve âhireti ve her şeyi kaplamış bir rahmet..." 

Yəni:

(Kainatda müşahidə edilən) İkinci həqiqət: Rahməniyyət həqiqətidir.

Yəni, gözümüzlə görürük: Biri var ki, bizim üçün,

• yer üzünü, rəhmətin minlərlə hədiyyələrilə doldurmuş...(yer üzünü) bir ziyafətgah qılmış və yer üzünü, rahməniyyət'inin yüz minlərlə ayrı-ayrı ləzzətli təamları içində düzülmüş bir süfrə qılmış; və

• yerin içini, rahimiyyət və hakimiyyətin minlərlə qiymətli ehsanlarını cəm edən bir məhzən (depo) qılmış; və

• yeri, illik dövründə, bir ticarət gəmisi hökmündə, hər il, qeybdən insan və heyvana lazım olan şeylərin yüz min növlərindən ən gözəllərini içinə alaraq yüklənmiş bir növ gəmi və ya qatar; və hər baharı isə, ərzaq və paltarımızı daşıyan bir vaqon hökmündə olaraq, bizlərə göndərər. Bizi, rəhimanə (rəhmətini göstərəcək bir şəkildə) bəslətdirər; və

• bütün o hədiyyələrdən, o nemətlərdən istifadəmiz üçün, bizə də, yüzlərlə, minlərlə iştahlar, ehtiyaclar, hislər vermişdir.

Bəli, Al-i İmran/173'ə dair olan "Dördüncü Şua"da izah və isbat edildiyi kimi; bizə

• elə bir mədə vermişdir ki, hədsiz təamlardan ləzzət alar; və

• elə bir həyat ehsan etmişdir ki, hislərilə -bir nemət süfrəsi kimi- böyük cismani aləmdə, hədsiz nemətlərdən istifadə edər; və

• elə bir insaniyyət bizə lütf etmişdir ki, ağıl və qəlb kimi çox "alət"lərilə, həm maddi, həm mənəvi aləmin nəhayətsiz "hədiyyə"lərindən zövq alar; və

• elə bir İslamiyyət bizə bildirmişdir ki, qeyb və şəhadət aləmlərinin nəhayətsiz xəzinələrindən nur alar; və

• elə bir iman hidayət etmişdir ki, dünya və axirət aləmlərinin saya gəlməz nurlarından və hədiyyələrindən nurlanıb istifadə edər.

Sanki, bu kainat, rəhmət tərəfindən, hədsiz əntiqə və qeyr-i aid və qiymətli şeylərlə zinətlənmiş bir saraydır və bütün o saraydakı saysız-hesabsız sandıqları və mənzilləri açacaq açarlar, insanın əllərinə verilmiş və bütün onlardan istifadə etdirəcək olan ehtiyaclar, hissiyyatlar, insanın fitrətinə verilmişdir.

Bax beləcə dünyanı, axirəti və hər şeyi əhatə etmiş bir rəhmət...

Ruzi də, "bekaya sebeptir." Yəni, bir varlığın həyatını davam etdirməsi, ruziyə bağlıdır. Ruzi olmazsa, həyat olmaz; həyat olmazsa da, vücud olmaz. Demək, vücud, -yəni fərdin, həyatına davam etməsi- ruzi ilədir.

"Beka ise, tekerrür-ü vücuddan ibarettir." 

Yəni:

Davamlılıq isə, varlığın təkrarlanmasından ibarətdir.

Bu cümləni, belə bir misalla başa düşə bilərik:

Bizlər, yanan bir lampaya baxdığımızda, onu sanki daima yanır şəklində görürük. Halbuki belə deyildir. Lampa bir yanmaqda, bir sönməkdədir. Ancaq bu yanıb sönmək, o qədər qısa bir müddət içində olmaqdadır ki, lampanım söndüyü o qısa zaman dilimini, gözümüzlə görə bilməməkdə və lampanı davamlı yanır zənn etməkdəyik. Demək lampanın davamlılığı, işığının ona təkrar-təkrar verilməsindən ibarətdir.

Eynilə bunun kimi, həyat sahibləri üçün də, "beka, tekerrür-ü vücuddan ibarettir." Yəni, həyat sahiblərinin varlıqlarının davamı, hər saniyə onlara həyatın üflənməsinə və varlıqlarının bir sonrakı zaman diliminə daşınmasına bağlıdır. Bu üfləmə dayandığında, ölüm vaqe olur. Bu halda deyilə bilər ki:

"Beka", yəni həyatın davamı və ölümün olmaması, o varlığa ard-arda vücud və həyat verilməsinə bağlıdır.

Sual:

Mətndə keçən "الوجود vücud" kəliməsindən əvvəl, "إبداع ibdə" kəliməsi müqəddərdir. Kəlamın təqdiri mənası, belə olur:

و إبداع الوجود يستلزم صفة مُمَيّزة وصفة مُخَصّصَة و صفة مُؤَثّرَة

Yəni, "Vücudu yoxdan vermək, icat etmək isə, müməyyizə, muxassisa və müəssirə sifətlərini istilzam edər, gərəkdirər."

Sual:

"Bu 3 sifət nədir?"

Cavab:

العلم والإرادة والقدرة

Bu sifətlər, "elm, iradə və qüdrət"dir.

~ Sifət'ul-müməyyizə (təmyiz, ayırd edicilik sifəti) - elm sifətinə;

~ Sifət'ul-muxassisa (təxsis edicilik, xas qılıcılıq sifəti) - iradə sifətinə;

~ Sifət'ul-müəssirə (təsir edicilik sifəti) isə - qüdrət sifətinə

işarət edir. Çünki Allah Taala, bir şeyə vücud/varlıq verdiyi vaxt, yəni bir şeyi, elmi vücuddan xarici vücuda və ya elm dairəsindən qüdrət dairəsinə çıxardığı zaman, həm muhit (hər şeyi əhatə edən) bir elm; həm mütləq iradə; həm müəssir (təsir edən) qüdrət lazımdır ki, o şey, vücud/varlıq sahəsinə çıxsın.

Bəli, "elm" lazımdır ki, o şeyə bir proqram, müəyyən bir miqdar və bir şəkil təyin etsin, təqdir etsin.

Həm "iradə" lazımdır ki, çoxlu-çoxlu şəkillər və ehtimallar arasından, ona məxsus bir surət və şəkil tərcih etsin; ona xas fərqli əlamət ilə bir surət təxsis etmək surətilə onu, digər şəkillərlə qarışdırmasın.

Həm müəssir (təsir edən), nafiz (nüfuz edən) bir "qüdrət" lazımdır ki, onu vücuda gətirsin, xəlq etsin.

Demək, bu 3 sifət olmadan, bir şey vücuda gələ bilməz. O halda, vücudun verilməsi, bu 3 sifəti zəruri olaraq iqtiza edər.

Ruzinin verilməsi isə, o şeyin davamlılığını təmin edər. Ruzi kəsildiyi vaxt, o şey ölər. İnsanın bu dünyadan ən əvvəl kəsilən ruzisi, havadır. İnsan, havanı tənəffüs etməsə, ölər.

Demək, ruzinin verilməsi, varlığın davamına vəsilədir. Yəni, bir varlığın həyatını davam etdirməsi, ruziyə bağlıdır.

Davamlılıq isə, ruzinin verilməsinin səmərəsi, meyvəsidir. Bu da, səm (eşitmək), basar (görmək) və kəlam (danışmaq) kimi sifətlərin sübutunu (sabit olmasını) iqtiza edir, gərəkdirir. Çünki, ruzi verənin, mərzuqu (ruziləndiriləni) görməsi lazımdır ki, mərzuq olan məxluqatın harda olduğunu bilsin, münasib vaxtda ehtiyacını yerinə yetirsin. Çünki o mərzuq, ehtiyacını tələb etmə xüsusunda, bir qabiliyyətə sahib olmaya bilər; bacara bilməyə bilər; bu cəhətdən aciz qala bilər. Bax tam münasib bir vaxtda, ehtiyac anında, Basir (görən) və Rəzzaq (ruzi verən) bir Zat, o mərzuqun ehtiyacını görür, ruzisini onun imdadına göndərir.

Həm Rəzzaq olanın, möhtac olan o mərzuqun dərdini eşitməsi, fəryadını duyması lazımdır ki, ona yardım etsin. Əgər o Zat eşitməzsə, necə imdad edə bilər?!

Həm Rəzzaq olanın, kəlam sifətilə də müttəsif olması lazımdır ki, ehtiyac zamanında o möhtaclarla, ya vəhyən, ya da ilhamən danışıb anlaşsın.

Qısaca izahını verdiyimiz məzkur bu 6 sifət, yeddinci sifət olan "həyat" sifətini, zəruri olaraq istilzam edir, gərəkdirir. Çünki bu 6 sifətin mənbəi, həyat sifətidir. Həyat olmadan, bu 6 sifət ola bilməz. Müəllifimiz, "Şualar" adlı risaləsində (7-ci Şua, s. 125) bu mövzu ilə əlaqəli olaraq belə deyir:

"...o sıfatlar Zât-ı Zülcelâlin vücuduna delâlet ettikleri gibi, hayatın vücuduna ve tahakkukuna ve o Zâtın hayattar ve diri olduğuna dahi bedahetle delâlet ederler. Çünkü, bilmek, hayatın alâmeti; işitmek, dirilik emâresi; görmek, dirilere mahsus; irade, hayat ile olabilir; ihtiyarî iktidar, zîhayatlarda bulunur; tekellüm ise, bilen dirilerin işidir."

Yəni:

"...o sifətlər, cəlal sahibi Zat'ın varlığına dəlalət etdikləri kimi; həyatın varlığına və gerçək olmasına və o Zatın həyat sahibi və diri olduğuna da, açıq bir şəkildə dəlalət edirlər. Çünki:

1. Bilmək (elm sifəti), həyatın əlaməti;

2. Eşitmək (səm sifəti), dirilik əlaməti;

3. Görmək (basar sifəti), dirilərə məxsus;

4. İradə (sifəti), həyat ilə ola bilər;

5. İxtiyari iqtidar (qüdrət sifəti), həyat sahiblərində mövcuddur;

6. Təkəllüm (kəlam/danışmaq sifəti) isə, bilən dirilərin işidir."

 

2. Həm tövhid, nübüvvətsiz olmadığından, bu ayət, nübüvvət müəssisəsini də iqtiza edir (gərəkdirir). "Rahmən" ismindən gələn dünyəvi və uxrəvi, maddi və mənəvi sənət və nemətlərilə Özünü tanıtdırmaq və sevdirmək istəyən bir Zat, qullarından, Özünü, iman ilə tanımalarını; şükür və ibadətlə Özünü sevmələrini istəyəcəkdir. Əlbəttə, mardiyyat (razı olduğu şeylər)'i, qullarına təlim edəcək, onların üzlərini, səbəblərdən Müsəbbibu'l-əsbab (səbəblərə səbəb olan Allah)'a, kəsrətdən (çoxluqdan) birliyə çevirəcək peyğəmbərlərin varlığı, zəruridir.

3. Həm "Rahmən" ismi, "ədalət və ibadət"i də iqtiza edir. Çünki, Müəllifimiz Ustad Nursi'nin "İşaratu'l-İ'caz" (s. 14) adlı təfsirində dediyi kimi,

"Ve اَلرَّحْمٰنِ kelimesinde ise, adalet ve ihsanın nizamına telmih (gizli işaret) vardır."

Yəni:

Bu kəlimədə, ədalət və ehsanın nizamına gizli işarət vardır. Haqq Taala'nın ehsanı və inamı (nemətləndirməsi), ümuma şamildir, sadəcə mutilərə (itaət edənlərə) məxsus deyildir. Yəni o kərəm sahibi Rəzzaq, nə Özünə ibadət edənlərə çox; nə də asilərə az ruzi verir. Dolayısı ilə, bu 2 qrup insanı bir-birindən ayırmamaqdadır. Mömin olsun, kafir olsun, hər kəsin və hər tayfanın ruzisini verir. Bütün maddi və mənəvi, dünyəvi və uxrəvi (axirətə aid) ruzilər, Rahmən isminin xəzinəsindən axıb gəlir.

Mətndə keçən "ədalət" təbirindən murad, xüsusilə təkvini qanunlardakı ədalətdir, yəni fitri ədalətdir. Yəni mütləq ədalət sahibi olan Allah, dünyada ruzi cəhətində ədalətlə hökm edər. İstedad, izdirar (çarəsizlik halında), ehtiyac dililə kim nə istəmişdirsə, kərəm sahibi Rəzzaq, onun ehtiyacını verməkdə və heç kimi bir-birindən ayırmamaqdadır. İtaət edənə də, etməyənə də ruzi verir.

Bununla bərabər, neməti nemət edənin, ədalət; və nemətin davamlılığını təmin edənin də, nizam olduğunu söyləmək lazımdır. Əgər ədalət və nizam olmazsa, nemət, nemət olmaqdan çıxar.

Məsələn, bir milçəyə qartal qanadı vermək, ona yaxşılıq olmadığı kimi; bir qartala milçək qanadı vermək də, qartala yaxşılıq, ehsan deyildir. Ehsanın ehsan ola bilməsi, ədalətlə muamələyə; və nemətin nizamla davamına bağlıdır. Rahmən isminin təcəllisinin istehzaya dönməməsi də, buna bağlıdır. Bu səbəblə də, Rahmən ismi, nizam və ədalətə işarət edir.

Təklifi qanunlar cəhətilə, yəni Quranın əhkamı/hökmləri nöqtəsində də, əlbəttə o cəlal sahibi olan Allah, mütləq ədalət sahibidir. Quranda keçən bütün hökmlər, məhz ədalətdir. Ancaq insan növü haqqındakı ədalətin bu qismi, bu dünyada tamamilə görünməməkdə, təcəlli etməməkdədir.

Yəni bir qisim insanlar, bu əhkama iman və itaət etdikləri halda, bu dünyada tam mənası ilə mükafat görməməkdə; digər qismi isə, bu əhkama iman və itaət etmədikləri halda, bu dünyada tam mənası ilə cəza görməməkdədirlər. Elə isə, bu ədalət, ancaq axirət həyatında tam gerçəkləşəcəkdir.

İxtar (xatırlatma):

Ədalət, 2 qismə ayrılır:

• Birinci qisim: Müsbət ədalətdir.

• İkinci qisim: Mənfi ədalətdir.

• Müsbət ədalət: Hər haqq sahibinin haqqının verilməsi deməkdir. Yəni, istedad, ehtiyac və izdirar dililə kim nə istəmişdirsə, Haqq Taala vermişdir. Yerdə, göydə, bir sözlə hər yerdə, nizam, intizam, ədalət və mizan vardır. Aləmin bu nizam və mizanına nəzər salan, əlbəttə heç bir yerdə intizamsızlıq və mizansızlıq əsəri görməz. Bu cəhətdə, İlahi ədalət, bu dünyada tam təcəlli etmişdir.

• Mənfi ədalət: Haqsızları cəzalandırmaqdır. Məzlumun haqqını zalımdan almaqdır. Bu qisim ədalətin təcəllisi isə, xüsusilə insan aləmində, bu dünyada tam görünməməkdədir. Bəzən dünyada da əsərləri görülmüşdür. Məsələn, əvvəlki ümmətlərin başına gələn səmavi və ərzi bəlalar, müsibətlər kimi. Demək, insan, başı boş deyildir. Hər zaman bir "ədəb silləsi"nə məruzdur.

İlahi ədalət, böyük məhkəmə olan haşrda ən əzəmətli şəkildə tamamilə təcəlli edəcəkdir. Hər haqq sahibi, -insan olsun, cin olsun, heyvan olsun, başqa məxluqlar olsun- haqqını alacaq; hər zalım da, cəzasını çəkəcəkdir.

İxtar (xatırlatma):

Mətndə sadəcə "ədalət" təbiri istifadə edilmiş; "ibadət" təbiri istidadə edilməmişdir. Çünki ibadət əsası, ədalət əsası içinə daxildir. İbadət, qulların maddi və mənəvi haqlarına riayət etməklə bərabər, Allahın hüququnu da haqqı ilə ifadə etməkdən ibarətdir. Lakin burda məsələ, bunu ifadə etmək deyildir. Yəni burda, "Rahmən, ədalət və nizama dəlalət edər." cümləsindən məqsəd, rəhmətin bir qismini göstərməkdir. Yoxsa ədalətin hər 2 bəndini, bütün təfsilatı ilə dərs vermək və göstərmək murad deyildir.

Quran, bəzən ədaləti təfsilən izah edər. Bəzən də rəhmətin kainatdakı ədalət və nizamına baxan cəhətini mücməl olaraq nəzərə verər. Ta ki, zehin, sadəcə maddi ədalətə getməsin; kainatdakı ədaləti də görsün. İnsanın Allaha ibadət etməsi, "hüququllah"dır (Allahın hüququdur). Qulların hüququna riayət etməsi isə, "hüququ'l-ibad"dır (qulların hüququdur). İkisi də, ədalət təbirinə daxildir

4. Həm "Rahmən" ismi, haşrı da iqtiza edir. Çünki, bu qədər hədsiz şəfqət və mərhəmətilə məxluqatına, xüsusilə insanlara hədsiz ehsan və lütflər edən Rahmən olan Allah, əlbəttə, ölüm ilə sevdiyi qullarını yoxluğa məhkum etməz.

Axirət həyatına iman rüknü və əqli isbatı (rəhmət və kərəm felləri üzərindən)

https://suallarlaislam.com/.../axir%C9%99t-h%C9%99yatina...

Read 116 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR