Rəhman surəsi 24-cü ayətin təfsiri

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizdə dağlar kimi yüksəldilmiş (düzəldilmiş) halda axıb gedən gəmilər, Onundur." (Rahmən/24)

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Bu ayətin, əvvəlki ayətlərlə olan münasibət yönü

Bəyanı möcüzə olan Quran, əvvəlki ayətlərdə (19, 20, 22) dənizlər və içlərindəki nemətləri xatırlatdıqdan sonra, bu ayətlə də, insanların ticarət və nəqliyyatları üçün ən mühim bir səbəb; və dənizlərdən istifadə edə bilmənin vasitəsi olan gəmilərdən bəhs etməkdədir. Dənizlərin içindəki inci və mərcan kimi olan mücövhərlər (cəvahiratla bəzədilmiş şeylər) və balıqlar, insanlara mənfəətli olduğu kimi (Nəhl/14; Fatir/12); dənizlərin üstü də, gəmilərin üzərində üzməsi etibarı ilə, insanlara mənfəətlidir.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Rahmən surəsi 24-cü ayətdə keçən bəzi kəlimələrin lüğəvi mənaları və təhlilləri

وَلَهُ - "Yalnız Onundur." deməkdir. Bu kəlimə, hasr (inhisar altına almaq, məhdudlaşdırmaq) ifadə edir. Yəni, gəmiləri inşa edənlər, zahirən insanlar olduğu üçün, ayət, bəşəri qəflətdən oyandıraraq,

"Bu gəmilərin əsl maliki və sahibi, siz deyilsiniz. O gəmilərin sahib və maliki, Rahmən (mərhəmətli olan) Allahdır. Rahmən olan Allah, bu gəmiləri düzəltmə qabiliyyətini sizə ehsan etdiyi kimi; o gəmilər üçün lazım olan ləvazimatları da, O ehsan etmişdir.

Həm gəmi düzəltmə sənətini ilk olaraq bir peyğəmbər vasitəsilə sizə təlim edən, yenə Odur. O gəmilərin üzməsi üçün lazım gələn su, hava, od kimi ünsürləri sizə musaxxar edən (boyun əydirən) də, Odur. Bu neməti və sənəti öz adınıza çıxaraq, qəflətə və nemətdə nankorluğa düşməyin." deyə ifadə edir. Bununla da, tövhidi isbat edib şirki rədd edir.

Quran-i Kərim, bu ayətdən əvvəl, şəxsən Allahın qüdrətilə meydana gələn əsərləri nəzərə verib tövhid isbat etmişdi. Bu ayətdə isə, gəmiləri zahirən inşa edən insanlar olduğu üçün, səbəbi, müsəbbəbin (nəticənin) icadından əzl etmək (uzaqlaşdırmaq) üçün, "لَهُ / yalnız Onundur." təbirini istifadə etdi.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Ayətdə keçən "ٱلْجَوَارِ / gəmilər" kəliməsi, "جاريَة / böyük gəmi" kəliməsinin cəm halıdır. Lüğət etibarı ilə "cariyə", "cərəyan edən, gəzən, hərəkət edən" mənasındadır. Qadın qullara da "cariyə" deyilir. Çünki onlar azad olmayıb, ağalarının əmrilə hərəkət və xidmət edərlər. Zövcələr, hər zaman ərlərinin əmrinə itaət etmədiklərindən, onlara "cariyə" deyilmir.

Bu ayət, gəmilər üçün "ٱلْفُلْكَ / fulk" və ya "ٱلسَّفِينَةِ / səfinə" təbirini istifadə etməyib -(hər 2 kəlimə də, "gəmi" deməkdir)-, "جاريَة / cariyə" kəliməsini istifadə etməklə, onların dənizlərdə cərəyan etməsindəki Rabbani (Allahın tərbiyəsindən keçmiş) sənəti; insana boyun əydirilməsindəki İlahi nemətləri göstərməkdədir. Ayət, o gəmilərin dənizdəki cərəyanını göstərərək, həqiqi Sani (sənətkar olan) və Münimi (nemət verən Allahı) bildirir.

Hikmətli Quran, bəzən bir hökmü bəyan edir. O hökm içində, müştaq (başqa bir kəlimədən meydana gəlmiş) bir kəliməni zikr edir. Kəlimənin meydana gəldiyi əsl kökün isə, hökmün illəti (əsas səbəbi) olduğunu ifadə edir.

Bax Quran,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizlərdə dağlar kimi yüksəldilmiş (düzəldilmiş), axıb gedən gəmilər də, Onundur." ayətilə, bir hökm bəyan edir. Yəni, gəmilər, Allahın mülküdür.

Ayətdəki "əl-cəvər / gəmilər" kəliməsi, "cariyə" kəliməsinin cəm halıdır. "Cariyə" kəliməsi isə, müştaq (başqa bir kəlimədən iştiqaq olunan, meydana gələn) bir kəlimədir. Bu "cariyə" kəliməsinin meydana gəldiyi əsl kök olan "cərəyan" kəliməsi isə, hökmün (gəmilərin, Allahın mülkü olması hökmünün) illətidir (əsas səbəbidir).

Demək, dənizlərdə gəmiləri cərəyan etdirən Kimdirsə, gəmilər də Onundur. Səbəblərin təsiri yoxdur. Bir gəmiyə sahib çıxa bilmək üçün, cərəyan felinə sahib çıxmaq lazım gəlir. Cərəyan felinə sahib çıxa bilmək üçün də, dənizlərə, küləklərə, atəşə, gəmi düzəldilməsində istifadə edilən ləvazimatlara da sahib çıxmaq lazımdır. Qısacası, bir gəminin sahibi Kimdirsə, bütün kainatın sahibi də, Odur.

Bəyanı möcüzə olan Quran, "əl-cəvar" təbirilə ifadə edir ki:

"Madam bu gəmilərin cərəyan etdirilməsi, ancaq ümum kainatı əlində tutan Zata məxsusdur. O halda, bu nemətin maliki, yalnız Allahdır. Sizə gəmi düzəltməyi təlim edən, öyrədən də, Odur."

Necə ki, ilk olaraq gəmi düzəltmək sənəti, Nuh (əleyhissəlam)'a, Allah Taala tərəfindən bir möcüzə əsəri olaraq öyrədilmiş və bu sənət, Onun əlilə bəşərə hədiyyə edilmişdir.

Bu əsrdə Quranın mənəvi təfsiri olan "Risale-i Nur" külliyyatının "Sözlər" adlı əsərində, peyğəmbərlərin, insanların mənəvi tərəqqilərində ustad və rəhbər olduqları kimi; maddi tərəqqilərində də ustad və rəhbər olduqları həqiqəti, belə izah edilməkdədir:

"Kur'ân-ı Hakîm, enbiyaları, insanın cemaatlerine terakkiyât-ı mâneviye cihetinde birer pişdar ve imam gönderdiği gibi, yine insanların terakkiyât-ı maddiye suretinde dahi, o enbiyanın herbirisinin eline bazı harikalar verip yine o insanlara birer ustabaşı ve üstad etmiştir; onlara mutlak olarak ittibâa emrediyor.

İşte, enbiyaların mânevî kemâlâtını bahsetmekle insanları onlardan istifadeye teşvik ettiği gibi, mu'cizatlarından bahis dahi, onların nazirelerine yetişmeye ve taklitlerini yapmaya bir teşviki işmam ediyor. Hattâ denilebilir ki, mânevî kemâlât gibi, maddî kemâlâtı ve harikaları dahi, en evvel mu'cize eli nev-i beşere hediye etmiştir. İşte, Hazret-i Nuh'un (aleyhisselâm) bir mu'cizesi olan sefine ve Hazret-i Yusuf'un (aleyhisselâm) bir mu'cizesi olan saati, en evvel beşere hediye eden, dest-i mu'cizedir. Bu hakikate lâtif bir işarettir ki, san'atkârların ekseri, herbir san'atta birer peygamberi pîr ittihaz ediyor. Meselâ gemiciler Hazret-i Nuh'u (aleyhisselâm), saatçiler Hazret-i Yusuf'u (aleyhisselâm), terziler Hazret-i İdris'i (aleyhisselâm)..." (20-ci Söz, 2-ci Məqam, s. 249-250)

Yəni:

"Allah, insanların:

~ mənəvi tərəqqisi üçün peyğəmbərləri insanlara bir rəhbər və imam olaraq göndərdiyi kimi;

~ maddi tərəqqiləri üçün də, o peyğəmbərlərin hər birinin əlinə bəzi xariqələr verib, onları insanlara bir usta başı və ustad qılmışdır.

Quran, onlara mütləq şəkildə tabe olunmasını (yəni sadəcə mənəvi cəhətdən tabe olmağı deyil, eyni zamanda maddi cəhətdən də tabe olmağı) əmr edir.

Bax hikmətli Quran, peyğəmbərlərin:

~ mənəvi kamal vəsflərindən bəhs edərək, insanları onlardan istifadəyə təşviq etdiyi kimi;

~ möcüzələrindən də bəhs edərək, bunların bənzərlərinə yetişməyə və təqlidlərini etməyə, üstü qapalı bir şəkildə təşviq edir.

Hətta deyilə bilər ki, mənəvi mükəmməlliklər kimi, maddi mükəmməllikləri və xariqələri də insanlığa ilk əvvəl, peyğəmbərlərin möcüzə əli hədiyyə etmişdir.

Bax:

~ Nuh (əleyhissəlam)'ın bir möcüzəsi olan gəmini;

~ Yusuf (əleyhissəlam)'ın bir möcüzəsi olan saatı,

insanlığa ilk hədiyyə edən, o möcüzə əlidir.

Bu həqiqətə lətif bir işarət olaraq, sənətkarların bir çoxu, öz sənətində, bir peyğəmbəri pir (mürşid) qəbul edir. Məsələn:

~ gəmiçilər - Nuh (əleyhissəlam)'ı;

~ saatçılar - Yusuf (əleyhissəlam)'ı;

~ dərzilər - İdris (əleyhissəlam)'ı..."

-------------------------------------------------------------------------------------------------------------------------------------------

"ٱلْمُنشَـَٔاتُ / əl-munşəat" kəliməsi, 2 mənaya gəlməkdədir:

• Birincisi: "Mərfuət / Yüksəldilmiş" mənasındadır.

Bu təqdirdə, murad: "gəmilərin özlərinin yüksək olması"dır.

Və yaxud, "yelkənləri açılan gəmi" deməkdir. Bu cəhətə görə, ayətin mənası belədir:

"Dənizdə axıb gedən və yelkənləri açıq dağlar kimi yüksək gəmilər, yalnız o Rahmən'indir."

• İkincisi: "Muhdəsat, məsnuat / düzəldilmiş və ya yaradılmış" mənasındadır.

Bu mənaya görə, gəmiləri düzəldəndən və ya yaradandan murad, həqiqi sənətkar olan Allahdır.

Bu təqdirdə, ٱلْمُنشَـَٔاتُ kəliməsinin mənası, "Allahın təqdir və təlimilə düzəldilmiş gəmilər" deməkdir.

Və yaxud murad, insanlıqdır ki, zahirən onların əllərilə düzəldilməkdədir.

Bununla bərabər, ayət ifadə edir ki: "Zahirən sizin əlinizlə düzəldilən bu gəmilərin həqiqi sənətkarı, Allahdır ki, gəmilər düzəltməyi, sizə O öyrətmişdir və o gəmiləri dənizlərdə cərəyan etdirən də, Odur."

----------------------------------------

"كَٱلْأَعْلَـٰمِ / kəl-ələm" kəliməsi isə, 2 mənadadır:

1. Ya, "dağlar kimi" deməkdir;

2. Ya da "bayraqlar kimi" mənasındadır.

Bu kəlimədə, qeybi bir ixbar (xəbər vermə) də vardır. Çünki Quran nazil olduğu vaxt, bu gün düzəldilən dağlar kimi böyük gəmilər yox idi. Bu kəlimə, gələcəkdə belə böyük gəmilərin düzəldiləcəyini və o gəmilərin dənizdə batmadan gedə biləcəyini bildirməklə, qeybdən xəbər verməkdədir.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Ayətin təfsiri:

Quran-i Kərim,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ ayətilə bildirir ki, Haqq Taala, gəmiləri insanlara təsxir edərək (boyun əydirərək), dənizlərdəki nemətlərindən istifadə etmə imkanı vermişdir.

Həm insanın, uzaq yerlərə zəhmətsiz çata bilməsini; və ağır yüklərini asanlıqla daşımasını təmin etmişdir. Ağırlıqları minlərlə ton olan yüklər, bu gəmilər vasitəsilə çox rahat bir surətdə daşına bilməkdədir.

Halbuki insanın, qəflət və ülfəti (alışqanlığı) səbəbilə, bəsit və adi gördüyü bu vəziyyət, ancaq bütün kainatı əlində tutan; və insanı və onun istedad və ehtiyaclarını bilən və ona mərhəmət edən bir Rahmən'in, dənizi, havanı və ümum kainatı təsxir edib insana hazırlamasının nəticəsidir.

Çünki bu nemətin bəşərə verilə bilməsi üçün, ilk əvvəl,

مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ

"O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu." (Rahmən/19) ayətində izah edildiyi üzərə:

~ dənizlərin hikmət və ədalətlə torpaq ünsürünün ətrafına döşənməsinin; və qurunu istila etmədən nizam və mizan ilə tədbir edilmələrinin; və

~ böyük çayların, qurunun içində cərəyanlarının və varidat və sərfiyyatlarının müvazənələrinin

təmin edilməsi lazımdır.

Sonra, gəmilərin hərəkəti üçün hava ünsürünün xəlq və idarə edilməsi; motorlu gəmilərin hərəkəti üçün də, atəş ünsürünün xəlq və idarə edilməsi lazımdır.

Və beləcə, başda su və hava ünsürü olmaq üzərə, 4 ünsürü əlində tuta bilməyən, bu neməti bəşərə verməyə qadir ola bilməz.

Quranın mənəvi təfsiri olan "Risale-i Nur"un "Sözlər" adlı əsərində, gəmilərin insan üçün nə qədər böyük bir nemət olduğu, belə ifadə edilməkdədir:

"...hem insanlara semere-i sa'ylerini mübadele edip her nevi medar-ı maişetini temin etmek için gemiyi insana musahhar etmiştir. Yani, denize, rüzgâra, ağaca öyle bir vaziyet vermiş ki, rüzgâr bir kamçı, gemi bir at, deniz onun ayağı altında bir çöl gibi durur. İnsanları gemi vasıtasıyla bütün zemine münasebettar etmekle beraber, ırmakları, büyük nehirleri insanın fıtrî birer vesait-i nakliyesi hükmünde teshir..." (25-ci Söz: "Mucizat-ı Kuraniye" risaləsi, 2-ci Şölə, 2-ci Nur, 6-cı Bəlağat nüqtəsi, s. 411)

Yəni:

"Allah, insanlara, səylərinin səmərələrini mübadilə edib hər növ məişət səbəbini təmin etmək üçün, gəmini insana boyun əydirmişdir. Yəni, (su üzərində səyahət edə bilməsi üçün), dənizə, küləyə və odunlara (atəşə) elə bir vəziyyət vermişdir ki,

~ külək - bir qamçı;

~ gəmi - bir at;

~ dəniz də - onun ayağı altında bir çöl kimi durmaqdadır.

Haqq Taala, insanları gəmi vasitəsilə yer üzünün hər tərəfilə münasibətdar etməklə (yəni yer üzünün hər tərəfində gəzdirməklə) bərabər; çayları da, insan üçün fitri bir nəql vasitəsi qılmışdır."

Həm gəmilərin cərəyanı, zərrələrdən ta günəşə qədər ümum mövcudatın hərəkət və cərəyanına bağlıdır. Çünki gəmiləri hərəkət etdirən təhrik feli, ümumidir, bütün kainatı əhatə etmişdir. O halda, zərrədən ulduzlara qədər ümum məxluqatı cərəyan etdirən Kimdirsə, gəmiləri təhrik edib dənizlərdə gəzdirən də, Odur.

Bu ayət, tövhidi isbat etdiyi kimi; dolaylı olaraq da, insanları, gəmilər düzəltməyə və ticarətlərini inkişaf etdirməyə də təşviq edir. İnsanın bir ruzisinin də, yerin altında və dənizin içində olduğuna işarət edir. Yəni, "Yerin daxili qisimlərinə və dənizlərin dibinə dalaraq, ruzinizi təmin edin." deyə təşviq edir.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Ayətdə, "fi'l-bəhri" kəliməsi, "dənizdə" mənası verir. Ayətdən başa düşülən, gəmilərin dəniz üstündə hərəkətidir. Halbuki, ayətdə keçən "fi / da, də, içində", zərfiyyəti də ifadə edir. Yəni, ayət, "dənizin içində" mənasını da verir. Bu da, gələcəkdə, dəniz altında üzən gəmilərin var olacağına işarətdir.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Həm ayət, gəmilərin və ünsürlərin, Haqq Taalaya itaətlərini göstərməklə, insanları Allahın əmrlərinə itaət etmələrini əmr edir; və üsyandan şiddətlə onları zəcr edir (çəkindirir). Yəni, ayət, sanki belə deyir:

"Gəmilər belə Allaha (Onun əmrlərinə) itaət edərkən, sizlər, o taxta parçalarından daha aşağı, daha adi olmamalısınız. Böyük ünsürlərin belə itaət etdiyi bir Zata üsyan etməkdən həzər etməlisiniz."

Həm bu ayət, insanlara sanki xitab belə xitab edir:

"Bu maddi gəmiləri sizə ehsan edən və əmin-amanlıq içində sizi sahilə çıxaran Zat kimdirsə; mənəvi bir gəmi hökmündə olan Quran vasitəsilə sizi salamat sahilə çıxaran da, Odur."

Bəli, Quran, bəşəri, salamat sahilə çıxaran bir gəmidir. Allah, bu ayətin işari mənası ilə sanki belə buyurur:

"Quran deyilən mənəvi gəmiyə minin, dünya və axirət dənizində, əmin-amanlıq içində seyr və səfər edərək, Daru's-Səlam sahilinə çıxın."

O gəmiyə minmək isə, əmrlərinə itaət; qadağalarından çəkinməkdir.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Ayətdə, ləfzi (sözə aid) bir lətafət daha vardır. Belə ki:

~ Haqq Taala,

وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا...

"(Ey Nuh!) Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt..." (Hud/37; Mu'minun/27) ayətinin ifadəsilə, Nuh (əleyhissəlam)'a gəmi düzəltməsini əmr etmişdir.

Ayətdəki "ٱلْفُلْكَ / gəmi" kəliməsi: "düzəldilməsi hələ bitməyən gəmi" mənasındadır.

~ Nuh (əleyhissəlam), gəmini düzəltməyi bitirincə,

فَأَنجَيْنَـٰهُ وَأَصْحَـٰبَ ٱلسَّفِينَةِ...

"Biz, onu və gəmidə olanları xilas etdik..." (Ənkəbut/15) ayətinin ifadəsilə, Allah Taala, inşa edilən bu gəmini, "ٱلسَّفِينَةِ / gəmi" deyə təsmiyə etdi (isimləndirdi, adlandırdı).

~ Nuh (əleyhissəlam)'ın düzəltdiyi gəmi dənizdə cərəyan etməyə başlayınca,

إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَـٰكُمْ فِى ٱلْجَارِيَةِ

"Su aşıb-daşdıqda, Biz, sizi üzən gəmidə daşıdıq." (Haqqa/11) ayətinin ifadəsilə, Haqq Taala, bu gəmini də, "ٱلْجَارِيَةِ / gəmi" deyə təsmiyə etdi.

Demək:

~ Düzəldilməsi hələ tamamlanmayan gəmiyə - "ٱلْفُلْكَ / fulk";

~ Düzəldilməsi bitən gəmiyə - "ٱلسَّفِينَةِ / səfinə";

~ Düzəldildikdən sonra dənizdə cərəyan edən gəmiyə isə - "ٱلْجَارِيَةِ / cariyə"

deyilir.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Quranın i'caz (möcüzəlilik) yönünü isbat edən bəzi üsul və üslublarla, ayətin təfsiri

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, ancaq Onundur."

• Birinci üslub: Şanı uca olan Quranın adətidir ki, bəzən təkvini qanunları, yəni kainatdakı fitri şəriət deyilən qanunları zikr edir, sonra o təkvini qanunlar üzərinə təklifi qanunları bina edir. Bəzən də, əvvəl təklifi qanunları zikr edir, sonra onu dəstəkləmək, qüvvətləndirmək üçün təkvini qanunlardan bəhs edir. Bu üslubla, "Kainatdakı fitri qanunlar Kimindirsə, şəri (şəriətə aid) qanunlar da, Onundur." deyə ifadə edir. Çünki qanun qoyma feli, birdir və kainatda, 2 iradə hakim ola bilməz.

Bu surədə də, ilk əvvəl təklif zikr edilmiş, daha sonra təkvin onun üzərinə bina edilmişdir. Belə ki:

ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ

"Rahmən olan Allah, Quranı təlim etdi." (Rahmən/1-2)

Bu 2 ayət, təklifi ifadə edir. Haqq Taala, bundan sonra təkvini, təklifə köməkçi olaraq verir. Surə, sonuna qədər bu minval üzərə davam edir. Bu üslubla, "ٱلرَّحْمَـٰنُ / ər-Rahmən" ayətinin mənasının nə demək olduğunu, təkvini qanunlarla isbat edib; təkvini, təklifə yardımçı olaraq göndərir. Surənin sonuna qədər olan təkvini ayətlər, başdakı ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ ayətlərinin ifadə etdiyi təklifin hüccət və dəlilləridir.

Bu cəhətlə baxsaq, deyə bilərik ki, ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ ayətləri, surənin hər bir ayətinin başında mənən gəlir və hər bir ayətə su kimi sirayət edir.

Allah Taala, ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ ayətlərində keçən "Rahmən" ismilə, bəşəri, Quranın bütün əmrlərinə qarşı mükəlləf tutur. Bundan sonra isə, təkvini qanunları izah edib göstərir.

Bax,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, ancaq Onundur." (Rahmən/24) ayətində də, dənizlərdə və onlar üzərində səyahət edən dağlar böyüklüyündəki gəmilərdə və onların cərəyanına səbəb olan külək və atəşdə mövcud olan təkvini (kainatdakı) qanunlar, təklifi (şəriətin gətirdiyi ixtiyari fellərimizə aid olan) qanular üzərinə bina edilmişdir.

Bu ünsürləri və gəmiləri, təkvini qanunlarına itaət etdirən Rahmən olan Allah, əlbəttə bəşəri də sahibsiz, öz başına buraxmayacaq; onları da təklifi qanunları ilə əmrinə itaət etdirəcəkdir.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

• İkinci üslub:

Bəyanı möcüzə olan Quran, imanın 2 rüknü olan tövhid və haşrı isbat edərkən, 2 dairəni daim ins və cinin nəzərinə ərz edir. Bunlardan biri, afaqi; digəri isə, ənfusi dairədir (haşiyə).

Bax Quran,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, ancaq Onundur." (Rahmən/24) ayətində də, afaqi dairə olan dənizlərdən və onlar üzərində cərəyan edən (axıb gedən) gəmilərdən bəhs etməklə, tövhid və haşrı isbat edir.

----------------------------------

(Haşiyə:

"Afaqi və Ənfusi dəlillər" nə deməkdir?

~ Afaqi: Ərəbcə "ufuq" kəliməsinin cəm halı olan "afaq"a nisbət şəkilçisi əlavə edilərək düzəldilmiş bir kəlimədir.

Bu terminlə, ümumiyyətlə, "xarici dünya ilə bağlı olan, fərdin şəxsi görüş və inanclarından müstəqil olaraq məqbulluğu mövcud olan, hər kəsin izləyib görə biləcəyi hallarla bağlı olan şey" qəsd edilmişdir.

~ Ənfusi: "Afaqi" termininin müqabili olan və subyektivin sinonimi olaraq istifadə edilən bu kəlimə isə, ərəbcə, "nəfs" kəliməsinin cəm halı olan "ənfus"a nisbət şəkilçisi əlavəsilə əldə edilmiş bir termin olub, "dəyəri və məqbulluğu insanın şəxsinə bağlı olan; başqalarınca izlənilib görülə bilməyən; ruhi və daxili hallarla bağlı" mənasına gəlir. Bu mənası ilə, "ənfusi", "insanın şəxsən özü ilə bağlı zehni və ya ruhi təcrübə və sezgiləri"dir.

Müsəlman elm və fikir adamları, obyektiv və subyektivə qarşılıq tapmaq üçün, "afaqi və ənfusi" kəlimələrini terminləşdirərkən, Qurandakı (Fussilət/53) "afaq və ənfus" kəlimələrinin bir-birinə müqabil məfhumlar olaraq bir arada istifadə edilmiş olmasından hərəkət etmişlərdir. Allah Taala, Fussilət/53 ayətində, belə buyurmaqdadır:

سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ...

"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm 'afaqda (kainatda), həm də onların nəfslərində (özlərində) mütləq göstərəcəyik."

İslam alimləri, başlanğıcdan etibarən, bəhs mövzusu ayətlə bağlı olaraq, bir-birindən az-çox fərqli izahlar vermişlərdir. Bu izahlar, ümumilikdə:

~ "Afaq"ın: "xarici aləm və maddə aləmi";

~ "Ənfus"un isə: "insanın daxili dünyası və ruh aləmi" olaraq başa düşülməsi gərəkdiyi nöqtəsində birləşməkdədir.

İlk dövrlərdən günümüzə qədər çatan bu dəyərləndirmələrin işığı altında,

~ "Afaqi ayətlər"in: təbii, müşahidəyə söykənən dəlillər, 5 hiss (görmək, eşitmək, dadmaq, toxunmaq, qoxulamaq) ilə əldə edilən müsbət elmlər;

~ "Ənfusi ayətlər"in isə: psixoloji və zehni dəlillər mənasına gəldiyini söyləmək, mümkündür.

İslam alimləri, elmi araşdırmalarda, "afaq və ənfus" kəlimələrinin yer aldığı ayətdən yola çıxaraq, metod fikrinə çatmağın mümkün olduğunu göstərmişlərdir. Buna görə, bir mövzunun elmi cəhətdən açıqlığa qovuşdurulması üçün iləri sürüləcək olan dəlillər:

~ ya 5 hislə ediləcək xarici aləmi müşahidə, yəni obyektiv metoda;

~ ya da qəlb yolu ilə, yəni sezgi ilə gerçəkləşdiriləcək daxili müşahidə metoduna

söykənməlidir. Necə ki, müsəlman elm adamları, Quranın bu baxış tərzinə uyğun olaraq Allahın varlığını isbat mövzusundakı dəlilləri, sonradan "afaqi və ənfusi" deyə adlandırılan 2 qismə ayırmışlardır.

~ Kəlam alimləri, daha çox "afaqi", yəni xarici aləm ilə bağlı olan (kosmoloji və ontoloji) dəlillərə daha çox ağırlıq verərkən;

~ Mutasavvıflar isə, "ənfusi", yəni insanın daxili dünyasına və ruh aləminə aid (psixoloji və əxlaqi) dəlilləri tərcih etmişlərdir.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

• Üçüncü üslub:

Quran-i Kərimin əksər muxatabı avam insanlar olduğu üçün, Quran, onların fəhmlərinə riayət etmişdir. Bu səbəblə, tövhid və haşr kimi yüksək həqiqətləri isbat edərkən, o həqiqətləri onların fəhminə yaxınlaşdırmaq üçün, onların ülfət etdikləri və hər kəscə məlum olan mövcudatı dəlil gətirir. Çünki dəlilin zahir olması və ümumun nəzərinə asan anlaşılması lazımdır. Əgər ortaya qoyacağımız dəlil anlaşılmaz olarsa, bu dəfə də, dəlilin anlaşılması üçün başqa bir dəlil gətirmə məcburiyyətində qalacağıq. Demək ki, istidlalda birinci şərt, dəlilin, nəticədən daha zahir və məlum olması lazımdır.

Bax,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, ancaq Ona məxsusdur." (Rahmən/24) ayətində,

~ dənizlər üzərində dağlar böyüklüyündəki gəmilərin çox asanlıqla hərəkət etmələri; və

~ insanları, iradə etdikləri məhəllə məşəqqət çəkmədən çatdırmaları; və

~ səylərinin səmərələrini mübadilə etmə vasitəsi olmaları

kimi faydalar, hər kəscə məlum olduğundan, hikmətli Quran, dənizlər və gəmiləri, tövhid və haşra dəlil olaraq gətirmişdir.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

• Dördüncü üslub:

Qurandakı bütün təmsillər və misallar, külli bir qanunun bir masadaqı, bir fərdi, bir ucu hökmündədir. O qanuna tabe olan bütün fərdlər, o külli qanunun içərisinə daxildir.

Şanı uca olan Allah,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, ancaq Ona məxsusdur." (Rahmən/24) ayətində, dağlar böyüklüyündə olan gəmilərin dənizlərdə cərəyan etdiklərini ifadə etməklə,

~ kainatda cərəyan halında olan hər bir mövcuda;

~ xüsusilə, fəza dənizində cərəyan edən səmavi cisimlərə (ulduzlara, planetlərə);

~ xüsusilə, həyat sahiblərinin yüz minlərlə növünü bütün ərzaq və ləvazimatı ilə içinə alıb fəza dənizində mükəmməl müvazinə (balans) və nizamla gəzən və günəş ətrafında səyahət edən möhtəşəm və musaxxar (boyun əydirilmiş) Rabbani (Allahın tərbiyəsindən keçmiş) bir gəmi olan yer kürəsinə; və

~ quruda cərəyan edən çaylara, nəzərləri cəlb edir.

Ayət sanki deyir ki, dənizlərdə gəmiləri cərəyan etdirən Kimdirsə, (yuxarıda saydığımız) bütün bu mövcudatı cərəyan etdirən də, eyni Kimsədir. Çünki, onların da hər biri, bu külli qanuna tabe olmuş fərdlərdir.

Demək, bu ayətdə, gəmilər, bir misal və nümunə olaraq zikr edilmiş; kainatdakı sair mövcudatın cərəyanı, insanın ağlına həvalə edilmişdir.

Gəmilərdə görünən bu cüzi cərəyan feli, külli bir qanunun bir masadaqı, bir fərdi, bir cüzü, bir ucu hökmündədir. O halda, dənizlərdə gəmiləri cərəyan etdirən Kimdirsə, bütün mövcudatı da cərəyan etdirən, eyni Kimsədir. Çünki, qanun, birdir.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

• Beşinci üslub:

Quranın adətidir ki, əvvəl, kainatdakı əsərləri nəzərə verir. Daha sonra, əsər arxasında Allahın fellərini isbat edir. O feldən ismə intiqal etdirir (keçirir, yəni bir məsələdən, digər bir xüsusu başa düşürük).

Bax Quran,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, ancaq Onundur." (Rahmən/24) ayətində də, gəmilərin dənizlərdə nizam ilə cərəyan etməsindən bəhs edir. Gəmilər, bir əsərdirlər. Bunlardan görünən cərəyan, bir feldir. Bu fel isə, Qadir (qüdrət sahibi), Hakim (hökm edən) və Rahim (rəhmət sahibi) isimlərilə müsəmma (isimlənən, adlanan) bir Zatın varlıq və birliyini isbat edir.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

• Altıncı üslub:

Quran, kainatı, axirətin tarlası; cənnət və cəhənnəmin bir nümunəsi olaraq göstərir, bununla haşr və axirəti isbat edir.

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, ancaq Onundur." (Rahmən/24) ayətində, dənizlər və dənizlərdə cərəyan edən gəmiləri nəzərə verir. Bu dünyadakı dənizlərin və gəmilərin, cənnətdə möminlərə ehsan ediləcək dənizlər və gəmilərin bir nümunəsi olduğunu xatırladır və cənnətdə olan əsl nemətlərə müştəri olmaları üçün, insanları və cinləri, tərğib və təşviq edir.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

• Yeddinci üslub:

Quranın bəhs etdiyi kövni şeylərdən hər biri, bir fənnin mövzusu olmaqla, Quran, o fənlərin təhsil və tətbiqinə təşviq edir.

Bax hikmətli Quranın,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, Onundur." (Rahmən/24) ayətində, gəmiçilik sənətinə təşviq vardır.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

• Səkkizinci üslub:

Quranın muhtəva cəhətindən 4 əsas ünsürü vardır:

~ Tövhid;

~ Haşr;

~ Nübüvvət;

~ Ədalət və ibadət.

Bəyanı möcüzə olan Quran, davamlı bir surətdə, bu 4 ünsürü dərs verməkdədir. Hər bir surə, bəzən bir tək ayət, bu 4 əsas ünsürü ehtiva etməkdədir.

Bax Quran,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, Onundur." (Rahmən/24) ayətində, Quranın məqsədlərindən olan "tövhid, haşr, nübüvvət, ibadət və ədalət"i dərs verməkdədir. Belə ki:

~ Dənizlərdə səyahət edən gəmilərin cərəyan etməsində, bir nizam və mizan görünməkdədir. Nizam və mizan isə, Hakim və Adil bir Zatın varlıq və birliyinə dəlalət edir.

~ Hakim və Adil olan bir Zatın hikmət və ədaləti, haşrı iqtiza edir (gərəkdirir). Çünki, əgər haşr olmazsa, hikmət, əbəsiyyətə; ədalət, zülmə inqilab edər.

✓ "Haşr gəlməzsə, hikmətin əbəsiyyətə çevrilməsi"nə dair qısa bir izah:

1-ci Başlıq: Bu aləmdə yaradılan hər varlıqda özünə məxsus bir qayə, bir məqsəd, bir fayda və bir nəticə izlənilməkdədir. Heç bir varlıqda bir əbəsiyyət, bir qayəsizlik, bir mənasızlıq və israf sayıla biləcək hər hansı bir şey yoxdur. Yəni, kainatda nəhayət dərəcədə bir hikmət vardır və hər fənn, bu hikmətin şahididir.

2-ci Başlıq: Ağılsız və şüursuz səbəblərin, bu qayələri və məqsədləri öz başlarına izləmələri və əşyanı bu şəkildə hikmətlə yaratması, mümkün deyildir. Bu hal isbat edir ki, pərdə arxasında hikmət sahibi (əl-Hakim olan) biri vardır və bu əşyanı hikmətlə icad edən, Odur.

3-cü Başlıq: Hikmətin hikmət ola bilməsi və israfa və əbəsiyyətə dönməməsi isə, ancaq axirət həyatının gəlməsilə mümkündür. Əgər axirət gəlməyəcəksə, bütün bu hikmət, israf və əbəsiyyətə dönəcəkdir.

Bunu fəhmə yaxınlaşdırmaq üçün bir misal zikr edəcəyik. Belə ki:

Məsələn, fərz edək ki, hər bir yarpağı 1000 manat dəyərində olan bir ağac düzəldirik və bu ağacı da, heyvanların və quşların yeməsinə icazə veririk. Əslində belə edərdikmi?

Əlbəttə etməzdik. Çünki əgər belə etmiş olsaydıq, bu ağaca bu qədər əhəmiyyət verib düzəltməzdik. Belə sənət əsəri olan bir ağacı düzəltməyimiz, hikmətimizi və sənətə olan düşgünlüyümüzü isbat etməkdədir. Belə bir sənəti heyvanlara yedirtmək isə, hikmətsizlikdir.

Demək ki, bizdəki hikmət və sənətə düşgünlük sifəti, belə hikmətsiz işə izn verməcəyəkdir.

Eynilə bu misal kimi, bir insan da, hər bir yarpağı (orqanları, hisləri) dəyəri ölçülə bilməyən bir ağac məsabəsindədir. Elə isə, hikmətini kainatda müşahidə etdiyimiz sonsuz hikmət sahibi (əl-Hakim olan) Allah, bu "insan ağacı"nın heyvanlara, quşlara yem olmasına, dirilməmək üzərə ölməsinə və çürüməsinə icazə verməyəcəkdir.

Və ya əgər axirət həyatını gətirməyəcək olsaydı, bu aləmi (aləmdəki hər şeyi), bu qədər hikmətlə yaratmaz və bu dərəcə əhəmiyyət verməzdi.

Demək ki, axirəti inkar etmək, müşahidə etdiyimiz hikmətli fəaliyyəti inkar etməklə mümkündür. Əgər müşahidə etdiyimiz bu hikmətli işləri qəbul ediriksə, axirətin varlığını da zəruri olaraq qəbul etməyimiz lazım gəlir. Eyni anda bu ikisini (yəni həm hikmətli fəaliyyəti, həm də əbəsiyyəti, yəni axirətin gəlməyəcəyini) bərabər qəbul etmək isə, həqiqətlərin zidlərinə inqilab etməsi deməkdir. Bu (hikmət sahibi olduğu halda, hikmətsiz iş görməsi) isə, muhaldır (imkansızdır).

✓ "Haşr gəlməzsə, ədalətin zülmə çevrilməsi"nə dair qısa bir izah:

1-ci Başlıq: Kainatda görünən ədalət

Ədalətin bir neçə mənası vardır. Belə ki:

• Ədalət: "Hər haqq sahibinə haqqını vermək" deməkdir. Ziddi, zülmdür.

Aləmi müşahidə etdiyimizdə görürük ki:

Bütün məxluqatın ərzaq və təchizatları, ən layiqli bir şəkildə verilir. Heç bir məxluq, unudulmur və qarışdırılmır. Bir milçəyə qartal qanadı verilmədiyi kimi; bir qartala da milçək qanadı taxılmır. Hər varlığın hansı cihazlara ehtiyacı varsa, o cihazlar ilə təchiz edilir. Bizlərin bəsit və həqir gördüyü məxluqların belə, hüququ bu cəhətdə mühafizə edilir.

Demək ki, hər bir varlığa həssas mizanlarla və məxsus ölçülərlə vücud vermək, surət geyindirmək, hər şeyi yerli-yerinə qoymaq, ən münasib cihazlarla təchiz etmək və hər haqq sahibinə qabiliyyəti nisbətində haqqını vermək, sonsuz bir ədalətlə iş görüldüyünü isbat edir.

Sözün özü: Hər məxluqa həyatının davamı üçün cihazlar veirlməsi, bu ədalətin nəticəsidir.

• Ədalətin bir digər yönü də budur: Aləmdəki balansın mühafizə edilərək, digər canlıların haqlarının qorunması, ədalətin bir təcəllisidir.

Məsələn, dəniz canlılarından biri olan xərçəng, 1 ildə 7 milyon yumurta yumurtlamaqdadır. Bu yumurtaların hamısı xərçəng olsaydı, dənizlər xərçənglərlə dolar və başqa balıqların yaşaması mümkün olmazdı. Bəzi əngəllərlə, xərçəngin çoxalmasının qarşısı alınmış və digər canlıların haqları qorunmuşdur. Bax bu, ədalətin bir təcəllisidir.

• Ədalətin bir digər yönü də: Məzlumların intiqamını zalımlardan almaqdır.

Ədalətin bu mənası ilə də, tarix səhifələri, zalımların pis aqibətləri ilə doludur. Fironlar, Nəmrudlar, Qarunlar kimi neçə-neçə zalımlara "əl-Adil" ismilə səmavi zərbələr endirilmiş və məzlumların haqları onlardan alınmışdır.

Ancaq üçüncü başlıqda da izah ediləcəyi kimi, dünya, bu ədalətin təcəllisinə haqqı ilə məhəl ola bilməməkdə və ədalətin bu təcəllisi, başqa bir aləmə ertələnməkdədir. Zatən "əl-Adil" ismilə axirətə qapı açarkən, ədalətin bu cəhətinin haqqı ilə bu dünyada görünməməsi, dəlil gətiriləcəkdir.

2-ci Başlıq: Bu ədalətin sahibi Kimdir?

İndi, biz siz inkar edənlərdən soruşuruq:

~ Bir milçəyin belə həyat haqqını mühafizə edərək, həyatının davamı üçün onu orqanlar, hislərlə təchiz edən Kimdir?

~ Bütün məxluqları hikmətli cihazlarla, orqanlarla, hislərlə təchiz edərək həyat haqlarını qoruyan Kimdir?

~ O orqanları ən uyğun yerlərə yerləşdirən Kimdir?

~ Onlara hikmətli vücudları və faydalı surətləri verən Kimdir?

~ Bu aləmdəki balansı mühafizə edən Kimdir?

~ Sözün özü: Göz önündəki bu ədalətin sahibi olan adil Zat, kimdir?

Əlbəttə ki, əgər insafınız ölməyibsə, "Allahdır!" deyəcəksiniz.

Biz, sizdən yenə soruşuruq:

~ Aləmdəki bu balansın təsadüfən meydana gəlməsi və minlərlə il təsadüfən davam etməsi, mümkündürmü?

~ Əgər mümkün deyilsə, kainatdakı bu heyrət oyandıran bu balansı Kim qurmuşdur?

~ Varlıqların kainatı istila etmə meylini dayandıran və onların aləmi istila etməsinə mane olan ədalət sahibi Kimdir?

Demək ki, bu aləmdə görünən qüsursuz balans, bu balansı quran Haqq Taala'nın varlığına və Onun, "əl-Adil" isminə, günəş kimi bir dəlildir.

3-cü Başlıq: "əl-Adil" isminin axirəti gərəkdirməsi

~ Heç mümkündürmü ki, belə ən kiçik bir məxluqun, ən kiçik bir haqqını mühafizə edib onun imdadına gələn bir ədalət, insan kimi (mənəvi cəhətdən) ən böyük bir məxluqun hüququnu mühafizə etməsin; və mühafizə etməməklə, ədalətini heçə endirsin?

Əlbəttə ki, mümkün deyildir!

O halda, madam ki, insanın hüququnu mühafizə edəcək və ədalətini heçə endirməyəcək, əlbəttə bunun üçün, böyük bir məhkəmə qurmalı və ədalət diyarını açmalıdır. Çünki bu fani dünyada, qısa bir həyat keçirən insan, o böyük ədalətin həqiqətinə mazhar (bir şeyin zahir olduğu yer, məhəll; ayna) ola bilməz və ola da bilməməkdədir. Bu fani və müvəqqəti dünya, əbəd üçün yaradılan insan xüsusunda, belə bir ədalətə mazhar olmaqdan çox uzaqdır. Gördüyümüz kimi, zalım, izzətində; məzlum isə, zillətindədir.

Halbuki, həqiqi ədalət istəyir ki, məzlumun haqqı, zalımdan alınsın və (maddəsi etibarı ilə) bu kiçik insan, kiçikliyi nisbətində deyil, əksinə, cinayətinin böyüklüyü, mahiyyətinin əhəmiyyəti və vəzifəsinin əzəməti nisbətində bir mükafat və cəza görsün. Bütün bunlar da, ancaq və ancaq axirətin gəlməsilə mümkündür.

Madam ki, dünya var və dünya içində bir ədalət var. Əlbəttə, dünyanın varlığı kimi, qəti olaraq axirət də vardır və bu gedişat, ora doğrudur.

Axirəti inkar etmək üçün, dünyada gördüyümüz ədaləti inkar etmək lazımdır. Əgər bu göz önündəki ədaləti inkar edə bilmirsənsə, axirəti də inkar edə bilməzsən. Yuxarıda dediyimiz kimi, həqiqətlərin ziddinə inqilab etməsinin imkansızlığı üzərində, bütün ağıl sahiblərinin ittifaqı vardır. Yəni, Allahın, həm ədalətli işlər görməsi; həm də axirəti gətirməməklə ədalətini zülmə çevirməsi, muhaldır/imkansızdır.

(Hikmət və ədalət fellərinin axirət həyatına dəlil olması, əziz Ustadımız Said Nursi'nin, axirət həyatının varlığını əqlən isbat etdiyi "Haşr Risaləsi"ndən iqtibas edilmişdir. İstəyənlər, əsərə müraciət edə bilərlər.)

~ Həm təkvini qanunlarla dənizləri və gəmiləri nizam altına alan bir Zat, əlbəttə cin və insi də təklifi qanunlarla nizam altına alacaq, Allahın və qulların hüquqlarını onlara təlim edəcəkdir.

~ Bu məqsəd üçün də, peyğəmbərləri təvzif edəcək (vəzifələndirəcək) və onların (yuxarıda saydığımız tövhid, haşr, ibadət kimi) iddialarını təsdiq üçün, onlara səmavi kitablar və səhifələr verəcək, o səmavi kitablarda keçən hökmləri cin və insə icra və tətbiq etdirməklə də, yer üzündə ədaləti təsis edəcəkdir.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

• Doqquzuncu üslub:

Bəyanı möcüzə olan Quran, Allahın varlıq və birliyini isbat edərkən, bir çox əqli dəlil sərd etməkdədir. Bunlardan biri də, "inayət" dəlilidir.

Bu dəlilin mövzusu, əşyadakı bütün fayda və hikmətlərdir. Gözün görməsi, qulağın eşitməsi, dilin dadması, burnun qoxlaması, bir ciyərin 400 ayrı hikmət və vəzifəsinin olması kimi, əşyadakı saysız fayda və hikmətlərin hamısı, bu dəlilin sahəsinə girirlər. Bu gün sistematik olan bütün fənn elmləri, bu dəlilin sahəsidir. Bu dəlillər, bütün səbəbləri və səbəblərdən hasil olan nəticələri, Allahın mərifətinə bir vasitə və pəncərə qılmaqdadır. Quranın bu metodu ilə kainata baxan bir adam üçün, kainat və içindəki hər şey, bir mərifət qapısı olur. Çünki əşyanın faydalı olması, faydanın necə hasil ola biləcəyini bilən bir elmi, geniş bir nəzəri göstərir. Yaradan Allahdan başqası (səbəblər, təbiət, təsadüf və s.)'dırsa, bu faydanın necə hasil olacağını bilməsi lazımdır. Bunun da imkansızlığı açıqdır. Bunun üçündür ki, Quranda tövhidin isbatı, əşya üzərindəki faydaların zikr edilməsilə gerçəkləşdirilmişdir.

Quran,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, ancaq Ona məxsusdur." (Rahmən/24) ayətində, bax bu "inayət" dəlilini zikr etməkdədir. Çünki gəmilər, kərim bir Zat tərəfindən insana musaxxar edilmiş (boyun əydirilmiş) və onun istifadəsinə verilmişdir.

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

• Onuncu üslub:

Quranın bir üslubu da budur ki, peyğəmbərlərin göndərilməsi və kitabların endirilməsi rüknlərini, tövhid və haşrı isbat üslubu içində dərs verir. Zahir etibarı ilə tövhid və haşrı isbat edərkən, eyni ayətlərlə, peyğəmbərlərin göndərilməsi və kitabların endirilməsi rüknlərini də isbat edir.

Bax Quran,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, Onundur." (Rahmən/24) ayətində, insanların səylərinin səmərələrini mübadilə edib hər növ məişətlərini təmin etmək və məqsud məhəllə asanca çata bilmək üçün, gəmidən faydalandıqlarını nəzərə verir.

~ Gəmilərin bu vəzifəni görə bilmələri üçün, dənizin, küləyin, atəşin və havanın təsxiri (boyun əydirilməsi) lazımdır. --->

~ Fel, failsiz ola bilməyəcəyi üçün, bu təsxir feli, Allahın varlığına dəlalət edir. --->

~ Madam ki, Allah, bu böyük neməti insanlığa hədiyyə etmişdir. Elə isə, bu nemətlərin şükrünü istəyəcəkdir. --->

~ Nemətlərə qarşı şükür vəzifəsini əda edənlərlə, bu vəzifədən uzaq duranları, hər şeyin ayrıldığı gün olan haşr sabahında, bir-birindən əlbəttə ki, ayıracaqdır. --->

Bu ayət, tövhid və haşrı beləcə isbat etdikdən sonra, dolayısı ilə peyğəmbərlərin göndərilməsi və kitabların endirilməsi rüknlərini də isbat etməkdədir. Çünki ayətdə keçən təsxir (boyun əydirmə) feli arxasında, isim və sifətləri dərs verib isbat etmək; və onun üzərinə haşrı bina etmək (qurmaq), ancaq bir peyğəmbərin təlimilə mümkündür. Bəşər isə, kitab və rəsul olmadan, bu həqiqəti başa düşə bilməz.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

• On birinci üslub:

Quranın bir üslubu da budur ki, insan, ülfət pərdəsini cırıb adiyyat (adət üzərə hər zaman baş verən işlər) altında mövcud olan qeyr-i adi qüdrət möcüzələrini görə bilmədiyi üçün, Quran, davamlı olaraq insanı bu qəflətindən oyandırıb adiyyat pərdəsi altındakı İlahi hikmətləri və Rabbani sənətləri ona göstərir.

Bax,

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ

"Dənizdə dağlar kimi yüksəldilmiş olduğu halda axıb gedən gəmilər, Onundur." (Rahmən/24) ayəti də, əksəriyyət etibarı ilə, bir vasitəyə mindiyi vaxt, Allahdan və axirətdən qafil olan, ancaq bir sıxıntı ilə qarşılaşınca Allahı xatırlayan, sıxıntı keçincə də, Allahı unudan (Yunus/22-23) insanı, bu qəflətindən oyandırıb, dənizi və gəmini, hətta bütün nəqliyyat vasitələrini insana rəhmətindən dolayı boyun əydirən bir Zatı xatırlatdırır. O Rahmən olan Allahın bu böyük nemətə qarşı insandan istədiyi isə, yalnız şükrdür.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

"Elə isə, Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" (Rahmən/25)

Ey insanlar və cinlər! Gəmilər vasitəsilə nail olduğunuz İlahi nemətlərimi inkar edirsiniz? Yoxsa bu İlahi neməti sizə dərs verən və bununla sizi şükrə dəvət edən Quranın, insanlıq üçün məhz rəhmət olduğunumu inkar edirsiniz?

Həm dağlar böyüklüyündəki gəmiləri dənizlərdə cərəyan etdirən və bununla sonsuz qüdrətini göstərən bir Zatımı təkzib edirsiniz?

Halbuki siz, aciz, zəif, yoxsul və cahil idiniz. Əgər

~ dənizi, havanı, atəşi sizin əmrinizə verməsəydi;

~ gəmilərin necə düzəldiləcəyini sizə təlim etməsəydi;

~ gəmi düzəldilməsində istifadə etdiyiniz ləvazimatları sizə ehsan etməsəydi,

dənizlərin üstündə gəmilərlə səyahət edə bilərdinizmi, hər yerə rahatlıqla çata bilərdinizmi? Əgər külək mötədil olmasaydı, gəmilər dənizlərdə yol ala bilərdimi?

Dənizlərdəki gəmilər, o Rahmən olan Allaha təkvinən itaət etdiyi halda, siz o taxtalardan dahamı aşağısınız? Sizə Quranı təlim edən və dənizlərdə üzən dağlar kimi gəmiləri sizə musaxxar edən (boyun əydirən), o Rahmən olan Allahdır. O halda, həm təkvini, həm təklifi qanunları, həm də Quranın bu təlimi və gəmi nemətini inkar və təkzib etməyin. Gəmilərdən ibrət alıb onlardan geri qalmamaq üçün, o Rahmən olan Allaha itaət edin. Şüurlu olan sizlər, itaət cəhətindən şüursuz olan gəmilərdən geri qalmamağınız lazımdır.

Read 15 times
In order to make a comment, please login or register