Rəhman surəsi 4-cü ayətin təfsiri

                            عَلَّمَهُ ٱلْبَيَانَ

"(ər-Rahmən olan Allah), ona bəyanı öyrətdi."

-----------------------------------------------------

Rahmən surəsi 4-cü ayətin təfsiri:

Bu ayətin, əvvəlki ayətlərlə olan münasibəti

Bu ayətdən əvvəl gələn 2 və 3-cü ayətlərin, bu 4-cü ayətlə nəzminə (düzülüşünə) baxıldığında görülməkdədir ki, Quran-i Kərim, 2-ci ayət olan "Quranın təlim edilməsi (öyrədilməsi)" nemətindən sonra, 3 və 4-cü ayətlərdə "İnsanın yaradılması" "Ona bəyanın öyrədilməsi"ni nəzərə verməkdədir.

Demək ki, insanı Kim xəlq etmiş və ona bəyanı Kim vermişdirsə, Quranı da, O təlim etmişdir.

Həm insanı xəlq edən, ona ağıl və məntiqi, nitq və bəyanı verən Şəxs, əlbəttə onu, şəriətin əhkamı (hökmləri) ilə mükəlləf qılacaqdır. Çünki bəyanı təlim etmək, yəni Quranın mənasını insanlara öyrətmək, təklifi gərəkdirir.

Həm bu ayət bildirməkdədir ki, İlahi təklif, insanın xilqətinə və ağlına müvafiq bir tərzdə gəlmişdir. Hər 2 qanun, yəni şəriət və insan fitrətinin qanunları, bir-birinə müvafiq və bərabərdir.

İnsanın yaradılış nemətindən sonra ən böyük nemət, "bəyanın təlimi" nemətidir. İnsanı yaratdıqdan sonra ona bəyanı təlim edən, yəni: "ona, düşünmə, anlama və açıqlamaq qabiliyyətini ehsan edən", yenə Rahmən (mərhəmətli olan) Allahdır.

~ İnsanı orqan və hislərlə xəlq edən;

~ Onu sair heyvanlardan təmyiz edəcək (ayıracaq) ağıl, düşüncə və dil ilə təchiz edən; və

~ Ağıl, düşüncə və dildən hasil olan bəyanı, qiraəti (oxumağı), kitabəti (yazmağı) və fikrini bir başqasına ifadə etmə qabiliyyətini ona bəxş edən; və

~ Səmavi vəhyi və İlahi əhkamı təlim edən və o əhkamla (hökmlərlə) insanı təklif altına alan,

yenə O Rahmən olan Allahdır.

--------------------------------------------

Ayətdə keçən bəzi kəlimələrin lüğəvi mənaları

Bu ayətdə keçən "O" damir'inin (şəxs əvəzliyinin) mərci'i (yəni rücu etdiyi, döndüyü yer):

~ Ya insan növüdür;

~ Və ya insanın atası olan Adəm (əleyhissəlam)'dır;

~ Və ya ən kamil insan olan Muhamməd (sallallahu aleyhi və səlləm)'dir.

~ Əgər "insan" təbirindən murad olunan, "insan növü"dürsə, ayətin mənası, belə olur:

"Rahmən olan Allah, insan növünə, xeyir və şərri; hidayət və dəlalət yollarını; halal və haramı; qiraət və kitabəti öyrətdi."

Qısacası, "təklifi və təkvini olaraq, ona bəyanı öyrətdi." (haşiyə)

----------------------------------------------------------------------------------------------------------------------------------

(Haşiyə:

Ustad Said Nursi (rahmətullahi aleyh), "Məsnəvi-i Nuriyyə" adlı əsərində (bax: "Nöqtə" risaləsi, s. 217-218), belə deməkdədir:

"Şeriat-ı İlâhiye, ikidir:

~ Biri: Sıfat-ı kelâmdan gelen bir şeriattır ki, beşerin ef'âl-i ihtiyariyesini tanzim eder.

~ İkincisi: Sıfat-ı iradeden gelen ve 'evâmir-i tekviniye' tesmiye edilen şeriat-ı fıtriyedir ki, bütün kâinatta câri olan kavânin-i âdâtullahın muhassalasından ibarettir.

Evvelki şeriat, nasıl kavânîn-i akliyeden ibârettir; tabiat denilen ikinci şeriat dahi, mecmu-u kavânin-i itibariyeden ibarettir. Sıfat-ı kudretin hassası olan tesir ve icada mâlik değillerdir."

-----------------------------------

Mətnin izahı:

"Şeriat-ı İlâhiye, ikidir:

~ Biri: Sıfat-ı kelâmdan gelen bir şeriattır ki, beşerin ef'âl-i ihtiyariyesini tanzim eder..."

Allahın şəriəti, iki qismə ayrılır:

1. Kəlam sifətindən gələn şəriət, ki, bəşərin ixtiyari fellərini nizamlayır..."

Ustad Nursi (rahiməhullah), İlahi qanunları, 2 yöndən ələ almaqdadır.

~ Bunlardan birincisi, kəlam sifətindən gələn şəriətdir. Bu şəriət, Quranın hökmləridir və insanların ixtiyari fellərini, yəni öz iradələrilə tərcih etdikləri işləri nizamlayır. Bu şəriətdə, insanların yemə, içmə, danışma, eşitmə, ticarət və s. kimi fərdi və ictimai bütün mövzularda, Allahın razı olduğu tərz və şəkil ortaya qoyulmuşdur. Ancaq dünya imtahanının gərəyi olaraq, insanlar, bu əmrlərə tabe olub-olmamaqda sərbəst buraxılmışlardır.

Buna, digər adı ilə "təklifi şəriət" də deyilir.

"İkincisi: Sıfat-ı iradeden gelen ve 'evâmir-i tekviniye' tesmiye edilen şeriat-ı fıtriyedir ki, bütün kâinatta câri olan kavânin-i âdâtullahın muhassalasından ibarettir."

İkincisi: Allahın iradə sifətindən gələn və təkvini əmrlər deyə adlandırılan fitri şəriətdir ki, bütün kainatda cari olan adətullah/sünnətullah qanunlarının toplamından ibarətdir.

Bu qanunlar, kainatdakı bütün fəaliyyətlərin əsasıdır. İnsan bədənində, onun iradəsi xaricində cərəyan edən bütün fəaliyyətlər də, yenə bu ikinci şəriətə görə tənzim edilmişlərdir. Bunlarda, insan iradəsinin bir hökmü yoxdur, dolayısı ilə də, bu faəliyyətlər, insanın imtahanına mövzu ola bilməzlər. Bütün kainatda cari olan bu qanunlar, "adətullah" və ya "sünnətullah"dırlar (bax: Nisa/26; Əhzab/38; Fatir/43)

"Evvelki şeriat, nasıl kavânîn-i akliyeden ibârettir; tabiat denilen ikinci şeriat dahi, mecmu-u kavânin-i itibariyeden ibarettir. Sıfat-ı kudretin hassası olan tesir ve icada mâlik değillerdir."

Əvvəlki (yəni təklifi şəriət), necə ki, əqli qanunlardan ibarətdir; təbiət deyilən ikinci şəriət də, etibari qanunlar məcmuəsindən ibarətdir. Qüdrət sifətinin xüsusiyyəti olan təsir və icada malik deyillərdir.

Təbiət qanunları deyilən "təkvini əmrlər"in bütünü, etibaridirlər. Bu qanunları qoyan, İlahi iradə; tətbiq edən, yenə İlahi iradədir. Qanunların özlərində, bir təsir yoxdur, bir şey icad etməkdən də məhrumdurlar. Məsələn, insandakı beyin, mədə, qara ciyər və s. kimi bütün orqanların özlərinə məxsus çalışma qanunları vardır. Ancaq onları çalışdıran, bu qanunlar deyildir. Allahın iradə və qüdrətilə icra edilən bu fəaliyyətlərin son dərəcə nizamlı və intizamlı olması, bir qanun olaraq ortaya çıxmışdır. Lakin bunlar, Ustad Nursi'nin ifadə etdiyi kimi, qüdrət deyildirlər. Bütün orqanlarda iş görən qüvvət, o qanunları çalışdıran İlahi qüdrətdir.

İnsan, bu kainatın kiçik bir misalı olduğundan dolayı, bu həqiqət, daha geniş olaraq, bütün varlıq aləmi üçün də caridir. Təbiətdəki heç bir qanunun, icra gücü və səlahiyyəti yoxdur. Məsələn, dünyanın həm öz, həm günəş ətrafında dönməsi, bir qanundur. Ancaq dünyanı döndərən, bu qanun deyil, İlahi qüdrətdir. Dünyanın 23 yarım dərəcəlik bir meyillə dönməsi də bir qanundur, ancaq mövsümləri meydana gətirən, bu meyil deyil, dünyanı o meyildə yaradan qüdrətdir.

Dəyərli oxuyucu, insanların qeyr-i ixtiyari fellərini nizam və intizam altına alan bir Allah, heç mümkünmüdür ki, onun ixtiyari fellərini nizam və intizam altına almasın?! Bunun üçün, kitab və peyğəmbərlər göndərməsin?!

Xülasə:

Kainatda, 2 iradə hakim ola bilməz. Elə isə, Allah, bizim ixtiyari fellərimizdə də, tək hökm sahibidir. İnsanların ixtiyari fellərini tənzimləməyə çalışan bütün bəşəri idealogiyalar, batildir, mərduddur (rədd olunandır).

... إِنِ الْحُكْمُ إِلاَّ لِلّهِ...

"...Hökm, yalnız Allahındır." (Yusuf/40)

---------------------------------------------------------------------------------------------------------------------------------

Yəni, möhtac olduğu dini məsələləri və vəzifələrini təklifi olaraq ona göndərdiyi kimi; təkvini olaraq da, ona anlamaq və açıqlamaq qabiliyyətini verdi.

~ Əgər "insan" təbirindən məqsəd, "Adəm" (əleyhissəlam)'dırsa, ayətin mənası, belə olur:

"Rahmən olan Allah, Adəm (əleyhissəlam)'a, bütün lüğətləri, 1001 ismini, fən və sənətləri və hər şeyi açıqlamaq gücünü öyrətdi."

Əsrimizdə Quranın mənəvi təfsiri olan "Risale-i Nur" külliyyatının "Sözlər" adlı əsərində, bu həqiqət, belə izah edilməkdədir:

"Kur'ân-ı Hakîmde çok hâdisât-ı cüz'iye vardır ki, herbirisinin arkasında bir düstur-u küllî saklanmış ve bir kanun-u umumînin ucu olarak gösteriliyor. Nasıl ki, عَلَّمَ اٰدَمَ اْلاَسْمَۤاءَ كُلَّهَا Hazret-i Âdem'in melâikelere karşı kabiliyet-i hilâfet için bir mu'cizesi olan tâlim-i esmâdır ki, bir hadise-i cüz'iyedir. Şöyle bir düstur-u küllînin ucudur ki:

Nev-i beşere câmiiyet-i istidat cihetiyle tâlim olunan hadsiz ulûm ve kâinatın envâına muhit pek çok fünun ve Hâlıkın şuûnât ve evsâfına şâmil kesretli maarifin tâlimidir ki, nev-i beşere, değil yalnız melâikelere, belki semâvât ve arz ve dağlara karşı emanet-i kübrâyı haml dâvâsında bir rüçhaniyet vermiş..." (Said Nursi, "Sözlər", 20-ci Söz, 1-ci Məqam, 1-ci Nüqtə, s. 242)

Yəni:

Hikmətli Quranda, çox cüzi hadisələr vardır ki, hər birinin arxasında, külli düsturlar gizlənmiş və bu cüzi hadisələr, ümumi bir qanunun ucu olaraq göstərilməkdədir. Buna misal olaraq,

"Adəmə, bütün isimləri öyrətdi." (Bəqərə/31) ayətidir.

(Ayətdə bildirildiyi kimi) Adəmin mələklərə qarşı xilafət qabiliyyəti üçün bir möcüzəsi, Ona isimlərin təlimidir, ki, bu, cüzi bir hadisədir. Ancaq bu, belə bir külli düsturun ucudur ki:

İnsan növünə, istedadının cəm ediciliyi cəhətilə

~ təlim olunan hədsiz elmlər;

~ kainatın bütün növlərini əhatə edən bir çox fənlər; və

~ Xaliqin işləri və vəsflərinə şamil olan çoxlu biliklərin

təlimidir ki, insan növünə, deyil yalnız mələklərə, əksinə, səmalar, yer və dağlara qarşı əmanəti yüklənmək işində bir üstünlük qazandırmışdır.

~ Əgər "insan" təbirindən murad, Allah rəsulu Muhamməd (sallallahu aleyhi və səlləm)'dirsə, ayətin mənası, belə olur:

"Rahmən olan Allah, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə, əvvəlkilərin və sonrakıların elmini, halal və harama dair bütün hökmləri öyrətdi."

Ayətdə keçən "bəyan" kəliməsinin isə, 2 mənası vardır:

1. Nitq (danışmaq) qabiliyyəti.

Nitq qabiliyyəti isə, ağla istinad etməkdədir. Ağıl isə, 3 qisimdir:

a. Təbii ağıl (uşaq doğularkən, ona verilən ağıl);

b. Bilfel (fel halındakı) ağıl (subyektivlik və obyektivlik nəticəsində biliklərin zehndə tam şəkilləndiyi ağıl)

c. Təcrübi ağıl (zamana bağlı olaraq qazandığı ağıldır. Bu, eyni zamanda, fitri ağlın daha inkişaf etmiş şəklidir.)       

Dolayısı ilə, nitq də, 3 qisimdir:

a. Təbii nitq;

b. Bilfel (feli olan) nitq.

c.Təcrübi nitq;

Bu cəhətdən, Rahmən olan Allahın, insana bəyanı təlim etməsi, öyrətməsi, belə bir məna ifadə etməkdədir ki:

İnsan, həm öz məqsədini başa düşür, həm də başqasına bu məqsədini başa sala bilir. Felən danışdığı kimi, təcrübədən də istifadə edir. Əgər təcrübi ağıl kömək etməsə, fitri ağılın heç bir xeyri yoxdur. Tək başı ilə təkamül edə bilməz.

Heyvandakı səs isə, nitq deyildir. Çünki heyvan,

"İradəsilə hərəkət edən, həssaslıq sahibi və böyüyüb inkişaf edən bir cisim" deyə tərif edilməkdədir.

Bundan dolayı, 5 zahiri və 5 batini hiss, həm insanda, həm heyvanda vardır. İnsanda, bunlara əlavə olaraq bir də nitq vardır ki, o da, yuxarıda bəyan etdiyimiz kimi 3 növdür.

Demək, ayətdə keçən "bəyan" kəliməsinin bir mənası, "danışmaq"dır. Danışmaq isə, ağıl, düşüncə, başa düşmək və başa salmağa söykənən bir qabiliyyətdir. Bu vəsfindən dolayıdır ki, "İnsan, düşünən və danışan canlıdır." deyə tərif edilmişdir.

Bu təqdirdə, ayətin mənası, belə olur:

"Rahmən olan Allah, insana nitq və bəyanı öyrətdi. Yəni, ona, düşünmə, başa düşmək və başa salmaq qabiliyyətini ehsan etdi."

Bütün dillərin təvqifi olduğu, yəni, dillərin, Allahın təlimilə öyrənildiyi xüsusunda, bu ayətlə istidlal edilə (dəlil gətirilə) bilər.

İkincisi:

Yaxud da, bu ayətdə keçən "bəyan" kəliməsindən murad, Quran'dır. Çünki Quranın bir adı da, "əl-Bəyan"dır. Haqq Taala, Al-i İmran surəsi 138-ci ayətdə, belə buyurmaqdadır:

هَـٰذَا بَيَانٌ لِّلنَّاسِ...

"Bu (yəni Quran), insanlar üçün bir bəyan (açıqlama)'dır..."

Bu təqdirdə, ayətin mənası, belə olur:

"Rahmən olan Allah, insana, Quranın mənasını öyrətdi. Yəni, iman rükünlərini və İslam əsaslarını, haqq ilə batili, xeyir ilə şərri, halal ilə haramı, qısacası, möhtac olduğu təkvini və təklifi bütün məsələləri, ona təlim etdi."

---------------------------------------------------

Ayətin təfsiri

Haqq Taala, bu ayətdə, insana bəyanı (nitqi) təlim etdiyini bildirməkdədir. Bu təxsisin (xas qılmağın) səbəbi, ağıl nemətinin, sadəcə insanda olmasıdır. Cinlər və mələklərdə isə, şüur mövcuddur. Ağıl isə, şüurun daha çox inkişaf etmiş şəklidir. Bu səbəblə, cinlər və mələklər, insan qədər Quranın mənasını başa düşə bilməz. Quranın təlimindən nəsibləri, insana nisbətən daha azdır.

Sual:

Əgər,

ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ • خَلَقَ ٱلْإِنسَـٰنَ • عَلَّمَهُ ٱلْبَيَانَ ayətlərində keçən:

~ Quranın təlimi (Rahmən/2);

~ İnsanın yaradılışı (Rahmən/3);

~ Bəyanın öyrədilməsi (Rahmən/4)

felləri arasında, zaman etibarı ilə bir tərtib (yəni sıra) olsa, kəlamın təqdiri, belə olacaq:

~ (Rahmən olan Allah), insanı yaratdı (Rahmən/3);

~ (Rahmən olan Allah), ona bəyanı öyrətdi, yəni, ona düşünmə, başa düşmə və başqalarına başa salma qabiliyyəti verdi (Rahmən/4);

~ (Daha sonra) Quranı təlim etdi (Rahmən/2).

Bununla bərabər,

ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ

"Günəş və ay, müəyyən bir ölçü ilə hərəkət edirlər." (Rahmən/5) ayətindən etibarən, günəş və ayın təsxiri (boyun əydirilməsi) və digər kövni hadisələr də, Quranın nüzulundan əvvəldir.

O halda, Quranın təliminin ən əvvəl zikr edilməsinin hikməti, nədir?

Cavab:

Bunda, 2 cəhət vardır:

• Birinci cəhət:

Quranın təlimi, kainatın, xüsusilə insanın yaradılışının əsas səbəbi olduğu üçündür. Çünki kainat və insanın yaradılış qayəsi, ibadətdir. İbadətin şəklini tərif edən isə, Kitab və Sünnət'dir.

Madam ki, Quranın təlimi, kainat və insanın yaradılışının əsas məqsədidir. Həm madam ki, məqsəd, ən əvvəl düşünülür. Elə isə, Quranın təlimi, hər nə qədər insanın yaradılışından sonradırsa da, təsəvvür cəhətindən əvvəldir. Bunun üçündür ki, bu surədə ən əvvəl Quranın təlimi; daha sonra insanın yaradılması zikr edilmişdir.

Məsələn, bir usta, bir stol düzəltmək istədiyində, ən əvvəl, o stol üzərində kitabın oxunmasını düşünür və bu məqsədə müvafiq bir surətdə, bu stolu düzəldir. Bu düşüncə, stolun varlığından əvvəldir.

Eynilə bu misalda olduğu kimi, Rahmən olan Allah, hələ insanı yaratmadan əvvəl, insanın yaradılış qayəsini, Quranın təlimi olaraq bilmişdir. Bu məqsəddən dolayı, bu surənin başında, "Quranın təlimi", "insanın yaradılışı"ndən əvvəl zikr edilmişdir.

Bəli, Quranın təlimi və Muhamməd (sallallahu aleyhi və səlləm)'in risaləti, kainat və insanın yaradılışının əsas qayəsidir. O halda, deyilə bilər ki, Quranın təlimi, Muhamməd (sallallahu aleyhi və səlləm)'in risalətilə gerçəkləşmişdir. Bu şanlı Nəbi (sallallahu aleyhi və səlləm)'in risaləti vasitəsilə də, kainatın yaradılış qayəsi təbarüz etmişdir. Elə isə, deyilə bilər ki, Onun risaləti olmasaydı, kainat yaradılmazdı.

Bəzi alimlər, "لَوْلاَكَ لَوْلاَكَ لَمَا خَلَقْتُ اْلاَفْلاَكَ / Sən olmasaydın, Sən olmasaydın, fələkləri (kainatı) yaratmazdım." hədisinin, ləfz və mənasına diqqət etmədikləri üçün, bu qüdsi hədisi qəbul etməkdə çətinlik çəkməkdədirlər. Hədisdə keçən "كَ - Sən" muxatab damiri (şəxs əvəzliyi)'ndən murad, Allah rəsulu Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəxsiyyəti deyildir. Əksinə, bu damir, Onun "risalət"inə, yəni, Quran və Sünnət ilə gətirdiyi hidayət nurlarına baxmaqdadır. Onun risalətilə, bu aləmin, tövhidin şahidləri və axirətin dəlilləri olduğu üzə çıxmışdır. Əgər Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm), mövcudatın tövhid və axirət haqqındakı bu şəhadət və dəlalətini təlim etməsəydi, mövcudatın bu müəmması (yəni, kainatın nə üçün var olduğu) çözülə bilməzdi.

وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

"Mən, cinləri və insanları, ancaq Mənə ibadət etmək üçün yaratdım." (Zariyat/56)

Bu ayətin ifadəsilə, aləmin yaradılışından məqsəd, ibadətdir. İbadətin ən gözəl şəklini də, Quran tərif etmişdir. Quranın tərif etdiyi belə bir qulluğu da ən mükəmməl bir surətdə ifa edən, Allah rəsulu Muhamməd (sallallahu aleyhi və səlləm)'dir. Elə isə, deyilə bilər ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in risaləti olmasaydı, dünya da yaradılmazdı.

Haqq Taala, bu kainatı, Özünü tanıtdırmaq üçün yaratmışdır. Allahı tanımaq da, Allah rəsulu (sallallahu aleyhi və səlləm) vasitəsilə bizə təbliğ edilən vəhy ilə olmuşdur.

Demək, bu hədisi inkar edənlər, "كَ - Sən" əvəzliyindəki incəliyi dərk edə bilməmişlərdir. Hədisin qısaca mənası, belədir:

"Əgər Muhammədin risaləti olmasaydı, dünya yaradılmazdı."

• İkinci cəhət:

Burda Quranın təlimindən murad, insana olan təlimi deyil, mələklərə, xüsusilə də Cəbrail (əleyhissəlam)'a olan təlimidir. Əgər bu surətdə olsa, tərtibdə (sıralamada) bir müşkil yoxdur. Bu təqdirdə, ayətlərin mənası, belə olacaq:

"Rahmən olan Allah, insanları yaratmadan əvvəl, Quranı, mələklərə, xüsusilə Cəbrailə təlim etdi. Sonra insanı yaratdı və ona bəyanı öyrətdi."

Sual: "عَلَّمَهُ ٱلْبَيَانَ / Ona bəyanı öyrətdi." ayətində keçən "bəyan" təbirindən murad, Quran olduğu təqdirdə, bu ayətdən belə başa düşülür ki, Quranın mənası, mubindir, yəni açıqdır.

Həm "عَلَّمَ / Öyrətdi" feli də, Quranın mənasının insana öyrədildiyini ifadə edir. Bu isə, ancaq, insanın, Quranın mənasını başa düşə bilməsinə bağlıdır.

Halbuki, Quranda, mütəşabih ayətlər də vardır. Bu mütəşabihlərin mənasını isə, ancaq, elmdə rasix (dərinləşmiş) olanlar başa düşə bilərlər (bax: Al-i İmran/7).

Elə isə, bu, Quranın mubin olmasına və təlimdən məqsəd olan məfhumun asan anlaşılmasına müxalif deyildirmi?

Cavab:

Quran'ın ayətləri, ləfz və mənanın başa düşülməsi; və Allahın muradının nə olduğunu bilinməsi xüsusunda, "möhkəm" "mütəşabih" olmaq üzərə, 2 qismə ayrılır:

1. Möhkəm ayətlər: Ləfzi və mənası açıq; və dəlaləti zahir olduğu üçün, başa düşülməkdə çətinlik çəkilməyən və təvilə möhtac olmayan ayətlərdir. Şəriət terminologiyasında, "möhkəm", belə tərif edilmişdir:

"Təvil və nəsxə qabil olmayıb, müfəssərin (yəni, müfəssər ayətlərin) mənaya dəlalətindən daha qüvvətli bir tərzdə, özü ilə mənaya dəlalət edən ləfzdir."

Möhkəmin hökmü:

a. Qəti olaraq nəyə dəlalət edirsə, onunla əməl etmək, vacibdir;

b. Başqa bir mənanın ondan iradə edilmə ehtimalı yoxdur;

c. Nəsx, təvil və ibtalı qəbul etməz. (bax: "əl-Vəciz", s. 346-347)

 

2. Mütəşabih ayətlər isə: "Mənasını başa düşməkdə düşünməyə ehtiyac duyulan; və məqsud (qəsd olunan) mənaya dəlaləti zahir olmadığından, təvilə möhtac olan ayətlərdir."

Mütəşabih'in hökmü, bunların haqq; hər birinin İlahi kəlam olduğuna inanmaqla bərabər; bunların mənalarının qəti surətdə təyinini, Allahın elminə həvalə etməkdir.

Mütəşabih ayətlərin "ləfzinin mənası"nın açıq və başa düşülə bilən olduğu xüsusunda, sələf və xələf alimləri, ittifaq etmişlərdir. Ancaq, belə ayətlərdən "Allahın muradı"nın nə olduğu xüsusunda, sələf və xələf alimləri arasında, ixtilaf vardır.

Sələf alimləri demişlərdir ki, mütəşabih ayətlərdən nəyin murad olunduğunu, Allahdan başqa kimsə bilə bilməz. Bu səbəblə, onlar, mütəşabih ayətlərin əslinə və ondan İlahi muradın nədən ibarət olduğuna iman edib, elmini, Allah Taalaya təfvid (həvalə) etmiş; təvili ilə isə iştiğal etməmişlərdir.

Xələf alimləri isə demişlərdir ki, mütəşabih ayətlərin mənasını, elmdə rasix olanlar da bilə bilərlər. Bunların zamanında, mücəssimə kimi bir qisim dəlalət əhli meydana çıxıb öz arzularına görə əmələ və haqq etiqada və şəri qaydalara müxalif təvillərlə məşğul olaraq din işlərini qarışdırdıqlarından dolayı, bu alimlər, onların təvillərinə meydan verməmək və açmaq istədikləri fəsad qapılarını bağlamaq üzərə, şəriətə müvafiq bir surətdə təvilini vacib saydıqlarından dolayı, mütəşabih ayətlərin təvili ilə məşğul olmuşlardır.

Hər 2 qisim də, Al-i İmran surəsi 7-ci ayəti, öz görüşlərinə dəlil gətirmişlərdir.

~ Sələf alimləri, bu ayətdə keçən

...وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ...

"...Onun (mütəşabihlərin) təvilini, Allahdan başqa heç kəs bilməz..." cümləsinin sonunda vəqf etmiş;

~ Xələf alimləri isə,

...وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ وَٱلرَّ‌ٰسِخُونَ فِى ٱلْعِلْمِ... cümləsinin sonunda vəqf etmiş; "رَّ‌ٰسِخُونَ / rasix olanlar" kəliməsini, Allah ləfzinə ətf etmişlərdir. Bu halda, ayətin mənası, belə olur:

"...Onun (mütəşabihlərin) təvilini, Allah və elmdə rasix olanlardan başqası bilməz..."

Xülasə:

Bu ayətdə, 2 qiraət vardır:

• Birincisi, sələf məzhəbinə müvafiqdir. Çünki onlar, mütəşabihin əslinə iman, elmini Allah Taalaya təfvidlə iktifa etmiş (kifayətlənmiş)'lərdir.

• İkincisi, xələf məzhəbinə müvafiqdir. Çünki onlar, "Bəşərin islahı üçün nazil olan Quranda, mənası bilinməyən şey olmaz. Bundan dolayı, mütəşabihin mənasını, Allah Taala bildiyi kimi, elmdə rasix olan alimlər də bilirlər."

Bu qrup, mütəşabihin dini qaydalara müvafiq təvili ilə iştiğal etməklə, Quranı həva və həvəsinə uyğun təfsir etmək istəyənləri rədd edərlər.

Al-i İmran surəsinin bu ayətində keçən "təvil" kəliməsi, istilahda, "Quranın ayətlərini, möhtəməl olduğu fərqli mənalardan birinə çevirmək" deməkdir.

Təvil də, 2 qismə ayrılır:

~ Biri: "Səhih təvil"dir ki, qapalı olan bir ləfzi, haqlı bir səbəbə istinad edib, bir səbəb və dəlilə bağlı olan və möhkəm ayətlərə zidd düşməyən bir mənaya sövq etməkdir.

~ Digəri: "Fasid təvil"dir ki, bir ləfzə heç ehtimalı olmayan bir mənanı verməkdir və ya ehtimalı olan mənalar içində mötəbər olanı var ikən, mötəbər olmayan mənanı seçməkdir.

İndi, sələf və xələf alimlərinin mütəşabih ayətlərlə bağlı görüşlərini, bir neçə misal ilə izah edəcəyik. Məsələn:

...يَدُ ٱللَّهِ فَوْقَ أَيْدِيهِمْ ۚ...

"...Allahın əli, onların əlləri üstündədir..." (Fəth/10) ayəti, mütəşabih ayətdir. Hər nə qədər ayətdə keçən "yəd / əl" təbirinin lüğət mənası açıqdırsa da, bu təbirdən, Allahın muradının nə olduğu başa düşülmür.

~ Sələf alimləri, bu ayətdə keçən "yəd" təbirini, olduğu kimi qəbul edərlər. "Biz, buna iman edirik, ancaq həqiqətini bilmirik. Həqiqətini isə, ancaq Allah bilir." deyirlər.

~ Xələf alimləri isə, bidət və dəlalət əhli bu növ mütəşabihləri əhl-i sünnət əqidəsinə müxalif, öz həva və həvəslərinə görə təvil etdikləri üçün, əqidəyə müvafiq olaraq təvil etmək məcburiyyətində qalmışlardır. "Allahın əlindən murad, Allahın qüdrətidir. Bununla bərabər, o qüdrətin mahiyyəti, bizcə məchuldur. Çünki Allahın qüdrəti, bizim qüdrətimiz cinsindən deyildir." deyə ifadə etmişlərdir.

Belə bir təvil, yalnış başa düşülmələrə meydan verilməməsi üçündür. Zatən bəzi ləfzlər vardır ki, onların lüğəvi mənaları qəsd edilməz. Çünki onlar, dil cəhətindən, bəzi kinayələrdən ibarətdir. Necə ki, "Filankəs, bir milləti və ya bir ordunu, bir əlilə idarə edir." deyildiyində, bununla, onun iqtidarı və idarəsi qəsd edilir.

Ustad Said Nursi (rahmətullahi aleyh)'in "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" adlı təfsirində keçən mütəşabih ayətlər haqqındakı bəyanını, eynilə nəql edirik:

"Kur'ân-ı Kerim'de müteşabihat vardır" dedikleri birinci şüphelerine cevap:

Evet, Kur'ân-ı Kerim, umumî bir muallim ve bir mürşiddir. Halka-i dersinde oturan, nev-i beşerdir. Nev-i beşerin ekserisi avâmdır. Mürşidin nazarında ekall, eksere tâbidir. Yani, umumî irşadını ekallin hatırı için tahsis edemez. Maahaza, avâma yapılan konuşmalardan havas hisselerini alırlar. Aksi halde, avâm, yüksek konuşmaları anlayamadığından, mahrum kalır.

Ve keza, avâm-ı nâs, ülfet ettikleri üslûplardan ve ifadelerin çeşitlerinden ve daima hayallerinde bulunan elfaz, maâni ve ibarelerden fikirlerini ayıramadıklarından, çıplak hakikatleri ve akliyâtı fehmedemezler. Ancak, o yüksek hakaikin, onların ülfet ettikleri ifadelerle anlatılması lâzımdır. Fakat Kur'ân'ın böyle ifadelerinin hakikat olduğuna itikad etmemelidirler ki, cismiyet ve cihetiyet gibi muhal şeylere zâhip olmasınlar. Ancak o gibi ifadelere, hakaike geçmek için bir vesile nazarıyla bakılmalıdır.

Meselâ, Cenâb-ı Hakkın kâinatta olan tasarrufunun keyfiyeti, ancak bir sultanın taht-ı saltanatında yaptığı tasarrufla tasvir edilebilir. Buna binaendir ki,

اَلرَّحْمٰنُ عَلَى الْعَرْشِ اسْتَوٰى

âyetinde kinaye tarîki ihtiyar edilmiştir. Hissiyatı bu merkezde olan avâm-ı nâsa yapılan irşadlarda, belâgat ve irşadın iktizasınca, avâmın fehimlerine müraat, hissiyatına ihtiram, fikirlerine ve akıllarına göre yürümek lâzımdır. Nasıl ki bir çocukla konuşan, kendisini çocuklaştırır ve çocuklar gibi çat-pat ederek konuşur ki, çocuk anlayabilsin. Avâm-ı nâsın fehimlerine göre ifade edilen Kur'ân-ı Kerimin ince hakikatleri,

اَلتَّنَزُّلاَتُ اْلاِلهِيَّةُ اِلٰى عُقُولِ الْبَشَرِ

ile anılmaktadır. Yani, insanların fehimlerine göre Cenâb-ı Hakkın hitâbâtında yaptığı bu tenezzülât-ı İlâhiye, insanların zihinlerini hakaikten tenfir edip kaçırtmamak için İlâhî bir okşamadır. Bunun için, müteşabihat denilen Kur'ân-ı Kerimin üslûpları, hakikatlere geçmek için ve en derin incelikleri görmek için, avâm-ı nâsın gözüne bir dürbün veya numaralı birer gözlüktür.

Bu sırra binaendir ki, büleğa, büyük bir ölçüde ince hakikatleri tasavvur ve dağınık mânâları tasvir ve ifade için istiare ve teşbihlere müracaat ediyorlar.

Müteşabihat dahi ince ve müşkil istiarelerin bir kısmıdır. Zira müteşabihat, ince hakikatlere suretlerdir.

"Kur'ân'da müşkilât vardır." dedikleri birinci şüphenin ikinci kısmına cevap:

İşkâl dedikleri şey ya üslûbun pek yüksek ve muhtasar olmasıyla mânânın çok derin ve inceliğinden ileri gelir; Kur'ân'ın müşkilâtı, bu kabildendir. Veya ibarede karışık ve düğümlü noktaların bulunmasından neş'et eder; Kur'ân-ı Kerim, bu kısım müşkilâttan müberrâ ve münezzehtir.

Acaba cumhurun zihninden uzak ve pek derin hakikatleri kolay ve kısa bir suretle avâm-ı nâsın fehimlerine yakınlaştırmak, ayn-ı belâgat değil midir? Belâgat, mukteza-yı hali müraattan ibaret değil midir? ("İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" təfsiri, Bəqərə surəsi 23-24-cü ayətlərin təfsiri)

Yəni:

"Quran-i Kərim'də mütəşabihlər vardır." dedikləri birinci şübhələrinə cavab:

Bəli, Quran-i Kərim, ümumi bir müəllim və bir mürşiddir. Onun dərs xalqasında oturanlar, insanlardır. İnsanların əksəriyyəti isə, avamdır. Mürşidin nəzərində də, azlıq, çoxluğa tabedir. Yəni, mürşid, ümumi irşadını, azlığın xatiri üçün, (sırf onlara) təxsis etməz. Bununla bərabər, avamla söhbətindən, xaslar, öz hissələrini alarlar. Əks halda, avam, yüksək söhbətləri başa düşə bilmədiklərindən dolayı, məhrum qalarlar.

Və eynilə bu misalda olduğu kimi, avam insanlar,

~ ülfət etdikləri üslublardan; və

~ ifadələrin fərqliliklərindən; və

~ daim onların xəyallarında olan ləfzlər, mənalar və ibarələrdən

öz fikirlərini ayıra bilmədiklərindən dolayı, çılpaq həqiqətləri və əqli olan məsələləri fəhm edə bilməzlər.

Ancaq o yüksək həqiqətlərin, onların ülfət etdiləri ifadələrlə başa salınması lazımdır.

Lakin Quranın belə ifadələrinin həqiqət olduğuna (yəni, sözün, dildə hər hansı bir mənanı ifadə etmək üçün qoyulduğu mənaya) etiqad etməməlidirlər ki, cismiyyət və cəhətiyyət kimi muhal (imkansız) şeylərə zahib olmasınlar (yəni belə bir yola girməsinlər). Ancaq o kimi ifadələrə, həqiqətlərə keçmək üçün, bir vəsilə nəzərilə baxılmalıdır.

Məsələn, Haqq Taala'nın kainatda olan təsərrüfünün keyfiyyəti, ancaq bir sultanın, öz səltənət taxtında etdiyi təsərrüflə təsvir edilə bilər. Bundan dolayıdır ki,

اَلرَّحْمٰنُ عَلَى الْعَرْشِ اسْتَوٰى

"Ər-Rahmən olan Allah, ərşə istiva etdi." ayətində, kinayə təriqi (yolu) ixtiyar edilmişdir.

Hissiyyatı bu mərkəzdə olan avama edilən irşadlarda, bəlağat və irşadın gərəyi olaraq, avamın fəhminə riayət, hissiyyatına ehtiram, fikir və ağıllarına görə yerimək lazımdır. Necə ki, bir uşaqla danışan, özünü uşaqlaşdırır və uşaqlar kimi çat-pat edərək danışır ki, uşaq başa düşə bilsin.

Avam insanların fəhmlərinə görə ifadə edilən Quran-i Kərim'in incə həqiqətləri,

اَلتَّنَزُّلاَتُ اْلاِلهِيَّةُ اِلٰى عُقُولِ الْبَشَرِ ilə anılmaqdadır. Yəni, insanların fəhmlərinə görə Haqq Taala'nın xitablarında etdiyi bu tənəzzül (onların səviyyəsinə enmək), insanların zehnlərini həqiqətlərdən nifrət etdirib qaçırtmamaq üçün, İlahi bir oxşamadır. Bunun üçün, mütəşabih deyilən Quranın üslubları, həqiqətlərə keçmək və ən dərin incəlikləri görmək üçün, avam insanların gözünə bir durbin və ya bir eynək kimidir.

Bu sirdən dolayıdır ki, bəlağatçılar, böyük bir ölçüdə, incə həqiqətləri təsəvvür; və dağınıq mənaları təsvir və ifadə üçün, istiarə və təşbihlərə müraciət edirlər. Mütəşabihlər də, incə və müşkil istiarələrin bir qismidir. Çünki mütəşabihlər, incə həqiqətlərə surətlərdir.

"Quranda müşkilat vardır." dedikləri birinci şübhənin ikinci qisminə cavab:

İşkal dedikləri şey,

~ ya üslubun çox yüksək və muxtəsər olması ilə mənanın çox dərin və incəliyindən iləri gəlir, ki, Quranın müşkilləri, bu qəbildəndir;

~ və ya ibarədə qarışıq və düyünlənmiş nöqtələrin (incə mənaların) mövcud olmasından doğur, ki, Quran, bu qisim müşkillərdən bəri və münəzzəhdir.

Görəsən, cumhurun (əksəriyyətin) zehnindən uzaq və çox dərin həqiqətləri asan və qısa bir surətlə avam insanların fəhmlərinə yaxınlaşdırmaq, bəlağatın məhz özü deyildirmi?! Bəlağat, halın gərəyinə riayət etməkdən ibarət deyildirmi?"

Xülasə:

Quranda, Allahın muradının nə olduğu bilinməyən müşkil ayətlər vardır. Lakin ləfzin mənası anlaşılmayan heç bir ayət yoxdur. Mütəşabih olan ayətlərin də, ləfzlərinin mənaları açıqdır və başa düşülür. Lakin bu ayətlərdən Allahın qəsdi və muradı nə olduğunu, hər kəs bilə bilməz. Məsələn, "Əlif, Lam, Mim" (Bəqərə/1) ayəti, mütəşabih bir ayətdir. Bu ayətin də ləfzi başa düşülür. Çünki bu hərflər, heca hərflərindən bildiyimiz "əlif, lam və mim" hərflərinə dəlalət etməkdədirlər. Ancaq bu hərflərin zikr edilməsindəki muradın nə olduğunu, hər kəs başa düşə bilməz. Bu isə, Quranın "mubin/bəyan edən, açıqlayan" olmasına müxalif deyildir. Çünki ləfzin mənası başa düşülməkdədir.

-----------------------------

Quran, bəşərin möhtac olduğu hər şeyi bəyan etmişdir.

Qurana "əl-bəyan" ünvanını vermək işarət edir ki, Haqq Taala, Öz əzəmətli kitabında, insan oğlunun möhtac olduğu hər şeyi bəyan etmişdir. Bu əsrdə, Quranın mənəvi təfsiri olan "Risale-i Nur" külliyyatının "Sözlər" adlı əsərində, Quranın bu cəm ediciliyi (yəni, onların ehtiyaclarının hamısına cavab verməsi), belə izah edilmişdir:

"Âyât-ı Kur'âniye, emir ve nehiy, vaad ve vaîd, tergib ve terhib, zecir ve irşad, kasas ve emsal, ahkâm ve maarif-i İlâhiye ve ulûm-u kevniye ve kavânin ve şerâit-i hayat-ı şahsiye ve hayat-ı içtimaiye ve hayat-ı kalbiye ve hayat-ı mâneviye ve hayat-ı uhreviye gibi umum tabakat-ı kelâmiye ve maarif-i hakikiye ve hâcât-ı beşeriyeye delâlâtıyla, işârâtıyla câmi' olmakla beraber

خُذْ مَا شِئْتَ لِمَا شِئْتَ

yani, "İstediğin herşey için, Kur'ân'dan her ne istersen al" ifade ettiği mânâ, o derece doğruluğuyla makbul olmuş ki, ehl-i hakikat mabeyninde durub-u emsal sırasına geçmiştir. Âyât-ı Kur'âniyede öyle bir câmiiyet var ki, her derde deva, her hacete gıda olabilir. Evet, öyle olmak lâzım gelir. Çünkü, daima terakkiyatta kat'-ı merâtip eden bütün tabakat-ı ehl-i kemâlin rehber-i mutlakı, elbette şu hâsiyete mâlik olması elzemdir." (25-ci Söz: "Mucizat-ı Kuraniye", 1-ci Şölə, 2-ci Şua, 5-ci Ləma, 2-ci İşıq, s. 388)

Yəni:

Quranın ayətləri,

~ əmr və nəhy (qadağalar);

~ vaad (Allahın mükafat üçün söz verməsi) və vaid (Allahın cəza üçün söz verməsi);

~ tərğib (xeyrə təşviq etmək) və tərhib (şərdən çəkindirmək);

~ zəcr (çəkindirmək) və irşad (doğru yolu göstərmək);

~ qissələr və misallar;

~ hökmlər;

~ Allahı tanıma elmi;

~ Kövni (kainatla bağlı) və (kainatdakı) qanunlarla (bağlı) elmlər;

~ şəxsi, ictimai, qəlbi, mənəvi və uxrəvi (axirətə aid) həyat şərtləri

kimi ümum kəlam təbəqələrinə; həqiqi mərifətə; və bəşərin ehtiyaclarına həm dəlalət, həm işarəti cəm edici olmaqla bərabər,

خُذْ مَا شِئْتَ لِمَا شِئْتَ Yəni, "İstədiyin hər şey üçün, Qurandan hər nə istərsən al." deyə ifadə etdiyi məna, o dərəcə doğruluğu ilə məqbul olmuşdur ki, həqiqət əhli (Haqq Taala qatında doğru olana özünü nisbət edənlər, yəni əhl-i sünnət və'l-camaat) arasında, (hikmətli bir) məsəl sırasına girmişdir.

Quran ayətlərində elə bir cəm edicilik vardır ki, hər dərdə dəva; hər ehtiyaca bir qida ola bilər.

Bəli, elə də lazımdır. Çünki daim (mənəvi) tərəqqi yolunda olub mərtəbə qət edən bütün kamil insan təbəqələrinin mütləq rəhbərlərinin, əlbəttə bu xüsusiyyətə malik olması lazımdır.

-------------------------

Quranın nəzmində bir cəzalət vardır.

"Nəzm" kəliməsi: "İnci kimi qiymətli daşları düzmək, sözü bir-biri ardından söyləmək" kimi mənalara gəlməkdədir.

Termin olaraq isə: "Tutarlı dəlillər ortaya qoymaq üçün, məna cəhətindən münasib ləfzlərin, ağlın uyğun gördüyü tərzdə bir araya-gətirilməsi"dir.

"Cəzalət": "Ləfzin mətanətini; ağızdakı şirinliyi və qulağa verdiyi ləzzət"i ifadə etməkdədir.

Başqa bir tərifdə isə, "cəzalət":

~ Əgər ləfzə itlaq edilərsə - yumşağın ziddi;

~ Əgər digərlərinə itlaq edilərsə - azlıq

ifadə edir.

Burdan anlaşılan budur ki, cəzalət:

~ həm kəlamdakı mətanəti (yəni sağlamlığı, güclülüyü);

~ həm də dildəki şirinlik və qulağa xoş gəlməyi

ifadə etməkdədir.

Yəni, nəzmdən doğan məna bolluğu ilə, bəlağatdan hissəsi olanların zehnlərinə təzahür edən həşmət içində hasil olan şirinliklə, qəlblərin, Mutəkəllim (kəlam edən, danışan)'a məhəbbət duymasıdır.

Quranın nəzmindəki cəzalət, onu meydana gətirən surələrin ---> surələri meydana gətirən ayətlərin ---> ayətləri meydana gətirən cümlələrin ---> cümlələri meydana gətirən kəlimə və hərflərin düzülüşündəki ehtişamı ifadə edir.

Quranın i'cazının (möcüzə olmasının) əsası, nəzmilə bağlıdır. Yəni, hərflərinin, kəlimələrinin, surələrinin bir-birilə bütünlük ərz etməsi; onda yer alan hər şeyin, mövcud olduğu yerə tam uyğun yerləşdirilməsidir. Qurandakı hər kəlimə, binanın kərpicləri kimi, yerli-yerinə qoyulmuşdur.

İnsana baxdığımızda, hər əzasının ən ideal şəkildə olduğunu görürük. Məsələn, bədənin bütünlüyü içində, baş da olmalıdır ---> Başın bütünlügü içində, göz, qaş, qulaq olmalıdır. Gözün böyüklüyü, ədədi, görmə şəkli kimi cəhətləri ehmal edilməməlidir.

Haqq Taala, sənətində bu tərz bir nəzm, yəni düzülüş reallaşdırdığı kimi; kəlamı olan Quranda da, hər şeyi yerli-yerinə qoymuşdur. Bu zaviyədən baxdığımızda, Quranda, hər şeyin olması lazım gələn yerdə olduğunu görürük.

Bu Rahmən surəsinin baş qismində zikr edilən ayətlər arasında da, bu cəzalət mövcuddur. Belə ki:

✓ Birincisi:

ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ • خَلَقَ ٱلْإِنسَـٰنَ • عَلَّمَهُ ٱلْبَيَانَ

"Rahmən olan Allah. Quranı öyrətdi. İnsanı yaratdı. Ona bəyanı öyrətdi."

Bu ayətlərdə, "İnsanın yaradılması"nın (Rahmən/3), Quranın təlimi (Rahmən/2) və insana bəyanın, nitqin öyrədilməsi (Rahmən/4) arasında zikr edilməsi, insanın, yaradılış etibarı ilə "qəlb" (din), "ağıl" (düşüncə) kimi 2 nemətlə təchiz edilmiş, 2 yönlü varlıq olduğuna işarət etməkdədir.

Quranın təliminə diqqət çəkən ayət (Rahmən/2), insanın dinsiz yaşaya bilməyəcəyinə və dünyaya gəliş qayəsinin ibadət olduğuna dəlalət etməkdədir.

İnsana nitqin, bəyanın öyrədilməsi nemətinin bəxş edildiyini bildirən ayət (Rahmən/4) isə, ağıl və düşüncənin əhəmiyyətinə diqqət çəkməkdədir.

Demək, insan, qəlb və ağıldan məhrum olaraq yaşaya bilməz. Əgər bunlardan biri əskik olsa, kamil insan ola bilməz. Çünki kamil insan, qəlb ilə ağlı birləşdirən kimsədir. Digər bir təbir ilə desək, əqli və nəqli dəlilləri məzc edərək (birləşdirərək) həqiqətə vasil olandır.

✓ İkincisi:

ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ • خَلَقَ ٱلْإِنسَـٰنَ • عَلَّمَهُ ٱلْبَيَانَ

"Rahmən olan Allah. Quranı öyrətdi. İnsanı yaratdı. Ona bəyanı öyrətdi." ayətlərindəki cümlələrə diqqət edilsə, görülür ki, "عَلَّمَ / təlim etdi" (Rahmən/2), "خَلَقَ / yaratdı" (Rahmən/3), "عَلَّمَ / təlim etdi" (Rahmən/4) kəlimələri arasında, "və" mənası ifadə edən vav, yəni ətf hərfi yoxdur. Çünki burdaki məqsəd, nemətləri ta'dad (saymaq)'dır. Ərəb dili qrammatikasına görə, ta'dadda, "vav" hərfi gəlmir.

Bu 3 ayət arasında "vav" ətf hərfinin zikr edilməməsi işarət edir ki, bu 3 fel, yəni:

1. Quranın təlimi;

2. İnsanın yaradılması; və

3. Bəyanın, nitqin təlim edilməsi,

bir-birindən ayrılmaz bir bütündür, bir cümlədir. Çünki bu ayətlərdə, təklif və təkvin, bərabər işlənməkdədir. Təklif ilə təkvin isə, bir-birindən ayrılmaz bir bütündür.

Bəli,

~ Quranın təlim edilməsi, təklifdir.

~ İnsanın yaradılması və bəyanın öyrədilməsi isə, təkvindir.

İnsanı təkvini qanunlarla bu dərəcə intizamlı xəlq edən və ona ağıl və nitq qabiliyyəti verən cəlal sahibi Allah; əlbəttə o insanın ixtiyari fellərini də, təklifi qanunları ilə nizam-intizam altına alıb, yaradılışındakı məqsədi ona göstərəcək və onu, öz başına buraxmayacaqdır. Necə ki, uca olan Allah, Öz kitabında belə buyurmaqdadır:

أَيَحْسَبُ ٱلْإِنسَـٰنُ أَن يُتْرَكَ سُدًى

"Bəlkə insan, özbaşına qoyulacağınımı zənn edir?" (Qiyamət/36)

Əgər təklif olmazsa, insanın yaradılışı və ona ağıl və idrak verilməsi, əbəsiyyətə inqilab edər (çevrilər). Təkvin də həba olub gedər. Çünki təkvin, ancaq təkliflə qaimdir (ayaqda durmaqdadır).

Yuxarıda keçən 4 ayət arasında "vav" ətf hərfi zikr edilmədiyi halda,

ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ • وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ • وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ

"Günəş və ay, müəyyən bir ölçü ilə hərəkət edir. Və Otlar da, ağaclar da səcdə edir. Və Allah göyü ucaltdı və tərəzini qoydu." (Rahmən/5,6,7) ayətləri arasında isə, "vav" ətf hərfi zikr edilmişdir. Çünki bu ayətlərdə zikr edilən mövcudatın (günəş, ay; ot, ağac; göyün) hər birinə aid, bir vəsf zikr edilmişdir. Bunlar, Allahın varlıq və birliyinə dəlalət etmələrində müştərək olduqları üçün, ətf hərfi zikr edilmişdir.

Bu əsrdə Quranın mənəvi təfsiri olan "Risale-i Nur" külliyyatının "Məktubat" adlı əsərində, Rahmən surəsi 4-cü ayətin təfsiri sədədində belə deməkdədir:

"Sâni-i Zülcelâlin (cəlal sahibi sənətkar olan Allahın) âlem-i ekberdeki (böyük aləm olan kainatdakı) san'atı, o derece mânidardır (mənalıdır) ki, o san'at, bir kitap suretinde tezahür edip, kâinatı bir kitab-ı kebir (böyük bir kitab) hükmüne getirdiğinden, akl-ı beşer (insan ağlı), hakikî fenn-i hikmet (hikmət fənni) kütüphanesini ondan aldı ve ona göre yazdı. Ve o kitab-ı hikmet (hikmət kitabı), o derece hakikatle bağlı ve hakikatten medet alıyor ki, büyük Kitab-ı Mübînin bir nüshası olan Kur'ân-ı Hakîm (hikmətli Quran) şeklinde ilân edildi.

Hem nasıl ki, kâinattaki san'atı, kemâl-i intizamından (intizamın mükəmməlliyindən) kitap şekline girdi. İnsandaki sıbgatı (boyası) ve nakş-ı hikmeti (hikmət naxışı) dahi, hitap çiçeğini açtı. Yani, o san'at, o derece mânidar (mənalı) ve hassas ve güzeldir ki, makine-i zîhayattaki (həyat sahibi maşındakı) cihazatı (cihazları), fonoğraf gibi nutka geldi, söylettirdi.

Ve öyle bir ahsen-i takvim içinde bir sıbga-i Rabbâniye (Rabbani bir boya) vermiş ki, maddî, cismanî, câmid (cansız) kafada, mânevî, gaybî, hayattar (həyatlı, diri) olan beyan ve hitap çiçeği açıldı.

Ve insan kafasındaki kàbiliyet-i nutuk (nitq qabiliyyəti) ve beyana, o derece ulvî cihazat (cihazlar) ve istidat verdi ki, Sultan-ı Ezelîye muhatap olacak bir makamda inkişaf ettirdi, terakki verdi. Yani, fıtrat-ı insaniyedeki sıbga-i Rabbâniye (insan fitrətindəki Rabbani boya), hitab-ı İlâhî (İlahi xitab) çiçeğini açtı.

Hiç mümkün müdür ki, kitap derecesine gelen bütün mevcudattaki san'ata ve hitap makamına gelen insandaki sıbgaya (boyaya), Vâhid-i Ehadden başkası karışabilsin? Hâşâ!" (Said Nursi, "Məktubat", 20-ci Məktub, 2-ci Məqam, 4-cü Kəlimə, s. 223)

Ayətin təfsirinə davam etməmişdən əvvəl, bu mətni bir az açıqlayaq. Belə ki:

"Sâni-i Zülcelalin âlem-i ekberdeki sanatı o derece manidardır ki, o sanat bir kitap suretinde tezahür edip, kâinatı bir kitab-ı kebir hükmüne getirdiğinden, akl-ı beşer, hakiki fenn-i hikmet kütüphanesini ondan aldı ve ona göre yazdı..."

Bu cümlə, bizə, Ustad Nursi'nin, "yağışın rəhmət olması" ilə əlaqəli bu ifadəsini xatırlatmaqdadır. O, deyir:

"… Rahmet tecessüm ederek katreler suretinde hazine-i Rabbâniyeden (Rabbani xəzinədən) akıyor manasında olduğundan, yağmura 'rahmet' namı verilmiştir." (Şualar, "Yedinci Şua", s. 91)

Burda da, O, bir başqa təfəkkür və heyrət tablosunu nəzərə verməkdədir. Belə ki:

Böyük aləm olan kainatdakı hər şey, o qədər məna və hikmətlə doludur ki, kainatı, bir kitab hökmünə gətirmişdir.

Kiçik aləm olan insan isə, özünə ehsan edilən o yüksək istedadı ilə, bu aləmdəki böyük-kiçik hər varlığı təfəkkür etməkdə və ağlına görünən mənaları qələmə alaraq, fənni məqalələr, kitablar yazmaqdadır.

Kainatdakı hər şey, o qədər dərin mənalar daşıyır ki, bir insanın ağlı, bu kitabın tamamını incələməyə, araşdırmağa kifayət etmədiyindən, hər bir elm şöbəsi, kainat kitabının bir hərfini, bir kəliməsini, yaxud bir cümləsini əsas alaraq, onun daşıdığı mənaları və hikmətləri başa düşməyə çalışır. Buna görə də, Astronomiyadan anatomiyaya; hüceyrələrdən genlərə qədər hər sahədə araşdırmalar aparılmış və əsərlər ortaya qoymuşdur.

Ustad Nursi (rahmətullahi aleyh), bu elmi əsərlərin hamısına "hikmət fənni kitabxanası" deyir və başında da "həqiqi" qeydini qoyur. Onun, "Sözlər" adlı əsərində (12-ci söz) verdiyi misalı xatırlayaq. Bu mənadan uzaq olaraq aparılan araşdırmalar, Quranın Allah kəlamı olduğunu bilmədən ondakı hərflərin naxışları üzərində edilən çalışmalara bənzəyir ki, belə biri, kainat kitabı haqqında nə yazsa və nə söyləsə, həqiqətə nüfuz etmiş sayılmaz.

"Ve o kitab-ı hikmet (hikmət kitabı), o derece hakikatle bağlı ve hakikatten medet alıyor ki, büyük Kitab-ı Mübînin bir nüshası olan Kur'ân-ı Hakîm (hikmətli Quran) şeklinde ilân edildi."

Allah, kəlam sifətilə təcəlli edərək Quran ilə danışdığı kimi; qüdrət sifətilə təcəlli edərək də, kainat və içindəki əsərlərilə danışmışdır. Kainatdakı hər bir mövcud, Onun qüdrət kəlimələridir.

Ustad Nursi'nin bu cümlədən məqsədi:

Kainatın da, bir növ Quran kimi, Allahın Zatı, isim və sifətlərindən bəhs edən bir kitab hökmünü almasıdır.

~ "Hem nasıl ki, kâinattaki san'atı, kemâl-i intizamından (intizamının mükəmməlliyindən) kitap şekline girdi. İnsandaki sıbgatı (boyası) ve nakş-ı hikmeti (hikmət naxışları) dahi, hitap çiçeğini açtı. Yani, o san'at, o derece mânidar (mənalı) ve hassas ve güzeldir ki, makine-i zîhayattaki (həyat sahibi maşındakı, yəni insandakı) cihazatı (cihazları, yəni hislərini), fonoğraf gibi nutka geldi, söylettirdi."

Hər şeyin son dərəcə hikmətli və mükəmməl yaradılmış olması, kainatı, hər cəhəti ilə elm hayqıran bir kitab halına gətirmişdir. Ulduzlardan çiçəklərə; hüceyrələrdən genlərə qədər hər mövzuda yazılan elmi əsərlər, bunun ən açıq dəlilidir.

Kainat, bir kitab olunca, İlahi hikmət gərəyi, bu kitabın oxuyucuları da yaradılacaqdır və yaradılmışdır da. Bu vəzifəni mələklər hər sahədə yerinə yetirməklə bərabər, onların mərifətləri də, bir çox yöndən yetərsiz qalmaqda və bu boşluğu, insan növü doldurmaqdadır. Buna, sadəcə bir misal verək:

Bir meyvə ağacına müvəkkəl qılınan mələk, ondakı İlahi sənəti, mükəmməl gözəlliyi seyr və bu ağacın fitri ibadətini təmsil edər. Ancaq meyvələrin, ruzi olduqlarını bilə bilməz. Çünki mələklər, yemək yeməzlər. Meyvənin insan vücuduna nə kimi faydalar təmin etdiyini, ancaq insan bilmiş, bu mövzuda araşdırmalar aparmış və əsərlər ortaya qoymuşdur. Ustad Nursi bunu, "insanın xitab çiçəyi açması"na bənzətmişdir. Yəni insan, sanki bu mövzudakı elmini və ondan doğan heyrətini və heyranlığını xarici aləmə əks etdirmək üçün, danışmağa başlamışdır.

Mətndə keçən "fonoğraf", qrammafon deməkdir. Bu alətdə, daha əvvəl lentlərə yazılan səslər, eşidilən hala gətirilir. Ustad Nursi, burda, insandakı sənətin son dərəcə mənalı və gözəl olduğunu nəzərə verərək, insanın xitabını/danışmasını, o mükəmməlliyin elanı şəklində təsvir etmişdir. Yəni insan, o qədər məna doludur ki, qabına sığmayıb daşan bir su kimi, ondakı bu gözəlliklər və mənalar, onun dilindən, xitab, yəni danışmaq şəklində tökülməyə başlamışdır.

~ "Ve öyle bir ahsen-i takvim içinde bir sıbga-i Rabbâniye (Rabbani bir boya) vermiş ki, maddî, cismanî, câmid (cansız) kafada, mânevî, gaybî, hayattar (həyatlı, diri) olan beyan ve hitap çiçeği açıldı."

Tin surəsi 4-cü ayətdə, Allah subhənəhu və taala, belə buyurmaqdadır:

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍ

"Biz, insanı, əhsən-i təqvimdə yaratdıq."

"Əhsən-i təqvim" kəliməsi, "ən gözəl şəkil" deyə tərcümə edilməkdədir.

Ustad Said Nursi (rahmətullahi aleyh), bu ayətin təfsirini işlədiyi risaləsində (bax: Sözlər, 23-cü Söz), "əhsən-i təqvim" mövzusunu, 10 ayrı bəhs halında təfsir etmişdir. Bu risalədən başa düşdüyümüzə görə, "əhsən-i təqvim", insan ruhunun mükəmməlliyi, camiyyəti (cəm ediciliyi) və bütün ruhlardan üstünlüyüdür. Necə ki, "Haşr"ın əqli izahlarını verdiyi "10-cu Söz"ün "Bab-ı İnsaniyyet" (İnsanlıq babı) adlı yerində (bax: 11-ci Həqiqət, s. 84) göylərin, yerin və dağların yüklənə bilmədiyi əmanət yükünü insanın yüklənməsini, onun istedadına bağlamış və belə demişdir:

"Hem hiç kabil midir ki, Hâkim-i Bilhak, Rahîm-i Mutlak (mütləq rəhmət sahibi olan Allah), insana öyle bir istidat verip, yer ile gökler ve dağlar tahammülünden çekindiği emanet-i kübrâyı (böyük əmanəti) tahammül edip, yani küçücük, cüz'î ölçüleriyle, san'atçıklarıyla Hâlıkının (Yaradının) muhît (hər şeyi əhatə edən) sıfatlarını, küllî şuûnâtını, nihayetsiz tecelliyâtını ölçerek bilip..."

Nə göylərdə, nə yerdə, nə də onlardakı hər hansı bir varlıqda, bu istedad yoxdur. Misal olaraq, sadəcə qüdrət sifətini düşünək:

İnsandan başqa heç bir varlıqda, özünə ehsan edilən qüdrət sifətini bir müqayisə ünsürü olaraq istifadə etməklə, "Mən, necə qüdrətimlə bu daşı qaldırıramsa, Allah da bütün aləmləri, o sonsuz qüdrətilə sövq və idarə edir." demək istedadı yoxdur. Digər sifətləri də, buna qiyas edilsin.

Xülasə, insanın əhsən-i təqvimdə yaradılmış olması, insanda xitab və bəyan qabiliyyətinin açılmasına səbəb olmuşdur.

Mətndə verilən bu təməl məlumatlar yanında, mühim bir mövzuya da Ustad Nursi təmas etməkdədir. Belə ki:

Mənəvi və qeybi olan bu xitab və bəyan, "maddi cismani və cansız bir başda" təşəkkül etməkdədir. Bu, çox böyük bir qüdrət möcüzəsi, bir hikmət əsəridir.

~ "Ve insan kafasındaki kàbiliyet-i nutuk (nitq qabiliyyəti) ve beyana, o derece ulvî cihazat (cihazlar) ve istidat verdi ki, Sultan-ı Ezelîye muhatap olacak bir makamda inkişaf ettirdi, terakki verdi. Yani, fıtrat-ı insaniyedeki sıbga-i Rabbâniye (insan fitrətindəki Rabbani boya) (haşiyə), hitab-ı İlâhî (İlahi xitab) çiçeğini açtı."

Ustad Nursi (rahiməhullah)'ın, bir çox həqiqətin anlaşılmasına vəsilə olan "günəş və ayna" misalını, mövzumuza tətbiq edək. Belə ki:

Bir şüşə parçası, günəşə qarşı tutulduğunda, onunla işıqlanır, ancaq onun işığını əks etdirmə qabiliyyəti olmadığı üçün, günəşlə "danışa bilmir". Ancaq o şüşə, bir tərbiyədən keçirilərək ayna halına gətirildiyində, həm günəşin işığı ilə işıqlanır, həm də onun işığını əks etdirir. Beləcə, günəşlə bir cəhətdən əlaqə qurmuş, ona qovuşmuş, onunla danışmış olur.

Bax, ağıl nemətindən məhrum olan bütün canlı varlıqlar da, Allahın "əl-Muhyi/həyat verən" isminin təcəllisilə, həyat nuruna qovuşmuşlardır. Onlar, bu halları ilə, günəşin işığı ilə işıqlanan şüşə parçalarına bənzəyirlər. İnsan isə, sadəcə həyata qovuşmaqla qalmamış, özünə ağıl ehsan edilməsilə, Allahı bilmək, Onu sifətlərilə tanımaq imkanına qovuşmuşdur.

Ancaq bu qabiliyyət, bir çəyirdək məsabəsində ikən, iman və saleh əməl ilə, Allaha muxatab olma, yəni Ona iman etmə; əmrlərini qəbul etmə; Ona ibadət və dua etmə şərəfinə qovuşur. Allah, bu qulunu, muxatab alaraq ona xitab edər, onun "cənnətə layiq bir qiymət" alması üçün, nələr etməsi lazım gəldiyini bildirər. Qul da, bu xitaba, yenə xitabla qarşılıq verərək, "İyyəkə nə'budu və iyyəkə nəstəin/ Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik." deyər.

Beləcə, bir Rabbani boya ilə, yəni özünü Rəbb isminin tərbiyə etməsi sayəsində, İlahi bir boya ilə boyanmış, gözəlləşmiş, isim və sifət təcəllilərilə nurlanmış və özündə "xitab çiçəyi" açılmışdır.

"Hiç mümkün müdür ki, kitap derecesine gelen bütün mevcudattaki san'ata ve hitap makamına gelen insandaki sıbgaya (boyaya), Vâhid-i Ehadden başkası karışabilsin? Hâşâ!"

Elə isə, ey insan, heç mümkünmüdür ki,

1. Kitab dərəcəsinə gələn bütün mövcudatdakı sənətə; və

2. Xitab məqamına gələn insandakı bu boyaya

Vahid və Əhəd olan Allahdan başqası qarışa bilsin?! Əsla və əsla!

Xülasə:

Kainatı Kim belə mənalı yaratmışdırsa, ağıl sahibi insana bəyanı da O vermişdir!

------------------------

(Haşiyə:

Rabbani boya:

Allah azzə və cəllə, Bəqərə surəsi 138-ci ayətdə, belə buyurmaqdadır:

صِبْغَةَ اللّٰهِۚ وَمَنْ اَحْسَنُ مِنَ اللّٰهِ صِبْغَةًؗ...

"Allahın boyası (ilə boyandıq). Boya cəhətilə Ondan daha gözəl olan kim vardır?" (Bəqərə/138)

Ayətdə keçən "sibğatallah", "Allahın boyası" deməkdir. Təfsirlərdə, bu kəlimənin, "İslam; İslam boyası; həniflik; Allahın əzəli və əbədi dəyişməz dini; Nuh və Ondan sonrakı bütün peyğəmbərlərin bildirdikləri din; Allahın insan təbiətinə lütf etmiş olduğu təmiz fitrət; Allahın qanunu (sünnətullah); Allahın təmizləməsi" və s. kimi mənalar verilmişdir.

Müfəssirlərə görə, ayətdə, dolaylı olaraq, xristiyanların vaftiz işinin yalnışlığına da işarət edilmişdir. Çünki onlar, yeni doğulan uşaqları sarımtıl boyalı bir suya batıraraq, həqiqi xristiyanlığa qəbul etdiklərinə, yəni, onunla boyadıqlarına inanırlar.

Qurana görə isə, belə süni yollarla, simvolik tətbiqatlarla, həqiqi dindarlığa çatıla bilməz; həqiqi iman, belə boyalı suya girib çıxmaqla qazanıla bilməz.

Həqiqi iman, Allahın boyası ilə boyanaraq, Allahın, yaradılışda insanın təmiz fitrətinə aşıladığı haqq dinlə bəzənərək qazanılır. Allahın insanlığa verdiyi belə bir din ilə boyanmaqdan, belə bir fitrətlə yaradılmaqdan daha gözəl bir şey də, yoxdur.

Ayətin ifadəsinə görə, müsəlmana yaraşan da, özünə və ümumi olaraq insanlığa bu gözəllikləri bəxş etmiş olan Allaha, layiq olduğu şəkildə qulluq etməkdir; bu qulluğunu, bir təşəkkür ifadəsi olaraq dilə gətirməkdir. Bu şəkildə inanıb qulluq edən insan, Allahın haqq dini və ya tövhiq inancına uyğun olan fitrət boyası ilə boyanmış olub, bundan gözəl bir bəzənmə və təmizlənmə də, yoxdur.

-----------------------------

Quranın möcüzəlilik yönünü isbat edən bəzi üsul və üslublarla ayətin təfsiri:

✓ Birinci üslub:

Quran, bəzən bir ayətdə, həm təkvini, həm də təklifi qanunları bərabər işləyir.

Bu ayətdəki "bəyan" kəliməsindən murad:

~ ya "danışmaq"dır. Danışmaq isə, "ağıl, düşüncə, başa düşmə və başa salma"ğa söykənən bir qabiliyyətdir. Və bu, təkvini qanunlara bir misaldır.

~ ya da "Quran"dır. Quran isə, təklifi qanunları ehtiva etməkdədir.

Demək, təkvini cəhətdən insanı danışdıran Kimdirsə, təklifi olaraq onu məsul tutan da, Odur.

---------------------------------------------------------------------------------------------

✓ İkinci üslub:

İnsan, ülfət (alışqanlıq) pərdəsini cırıb, adiyyat (kainatda adət üzərə cərəyan edən şeylər)'də mövcud olan qüdrət möcüzəsini görə bilmədiyi üçün, Quran, davamlı olaraq, insanı bu qəflətindən oyandırıb, adiyyət pərdəsi altındakı İlahi hikmətləri və Rabbani sənətləri ona göstərir.

Bu ayətin ifadəsilə, insanın danışması, bir möcüzədir. Ancaq insan, bu nitq və bəyan üzərindəki ülfət pərdəsini cırıb, o adiyyat altında mövcud olan qüdrət möcüzəsini görə bilmədiyi üçün, Quran, bu ayətilə, insanı bu qəflətindən oyandırıb, adiyyət pərdəsi altındakı İlahi hikməti və Rabbani sənəti ona göstərir.

---------------------------------------------------------------------------------------

✓ Üçüncü üslub:

Quranın bir adətidir ki, əvvəl kainatdakı əsəri nəzərə verir. Daha sonra, əsər arxasındakı İlahi felləri isbat edir. O feldən də, Allahın isimlərinə intiqal etdirir (keçirir).

Bax bu ayətdə də, "bəyan", bir əsərdir. Quran, bu əsər üzərində "təlim" felini isbat edir. "Fel, failsiz ola bilməz." qaydasına görə, təlim feli, mütləq "Alim" olan bir Şəxs'ə dəlalət edir.

Demək, bəyan, alim bir Zat'ın təlimi ilədir.

--------------------------------------------------------------------------------------

✓ Dördüncü üslub:

Quranın bəhs etdiyi kövni işlərin hər biri, bir fənnin mövzusu olmaqla, Quran, o fənlərin təhsil və tətbiqinə əmr və təşviq edir.

Bax Quran, bu ayətilə, "Bədi və Bəyan" elmlərini (haşiyə) öyrənməyə təşviq edir.

--------------------------------

(Haşiyə:

• Bədi: bir ədəbiyyat termini olaraq, "ədəbi sənətlərlə, örtülü ifadənin, ləfz cəhətindən qüsursuz; məna cəhətindən məqul (əqlə uyğun); və eyni zamanda bir ahəngə sahib olmasının üsul və qaydalarını öyrənən bir elm" deməkdir.

• Bəyan: bir ədəbiyyat termini olaraq, "mənanı ifadədə ləfzi açıqlığa qovuşdurmaq üçün lazım gələn məharəti qazandıran; hiss və düşüncələri fərqli yollarla ifadə etmə üsul və qaydalarını öyrənən bir elm" deməkdir.

Bir dildə ifadə edilmək istənilən mənanı, bir-birindən fərqli açıqlıq və vəsflə ifadə edən ləfzlər vardır. Məsələn, bir kimsənin cəsur olduğu,

1. "O, cəsurdur."

2. "O, cəsarətdə şir kimidir."

3. "O, şir kimidir."

4. "O, şirdir."

sözlərilə ifadə edilə bilər.

Birincisi, digərlərindən daha açıq və hər kəsin açıqca başa düşə biləcəyi bir ifadə şəkli olmaqla bərabər, hamısından daha zəifdir.

Sonuncusu isə, hamısından qüvvətli, ancaq digərlərinə görə açıqlıq dərəcəsi ən az olanıdır.

Bəyan elmi, insana, fərqli söz və üsullarla, öz məramını yaxşı ifadə edə bilmə məharəti qazandırır. İfadələrdəki güc və açıqlıq dərəcəsi, təşbih, məcaz, istiarə və kinayə ilə dəyişir.

Dolayısı ilə, bəyan elminin mövzusunu da, bu ədəbi sənətlər və fərqli ifadə yolları təşkil edir.

----------------------------------------------------------------------------------------------

✓ Beşinci üslub:

Quranın bir üslubudur ki, Allahın sənət və nemətlərini zikr edər; daha sonra, insanı təfəkkür və şükrə, yəni iman və qulluğa dəvət edər.

Rahmən surəsinin bu ayəti də, insanın müməyyiz vəsfi olan "danışmaq" nemətini və ondakı sənət cəhətini nəzərə verir. Danışmaq isə, ağıl, düşüncə, başa düşmək və başa salmağa söykənən bir qabiliyyətdir.

O halda, bu nemətə və bu sənət əsərinə qarşı insanın vəzifəsi, şükürdür. Danışmağın şükrü isə, haqqı deməkdir.

--------------------------------------------------------------------------------------------

✓ Altıncı üslub:

Hikmətli Quran, səbəbləri, əşyanın icadından, yəni nəticədən əzl etmək (uzaqlaşdırmaq) üçün, nəticənin qayə və faydalarını zikr edir. Ta başa düşülsün ki, səbəblər, sadəcə zahiri bir pərdədir. Əşyanın icadında, yaradılmasında, həqiqi təsirləri yoxdur. Səbəblə nəticə arasında uzaq məsafə olduğunu göstərir. O uzaq məsafədə, Allahın isimləri, bir ulduz kimi tulu edir, doğur.

Bax bu ayətdə bəyan edilən "danışmaq" felinin gerçəkləşməsi üçün zahiri səbəb, havanın, hərflərin məxrəcinə toxunmasıdır. Halbuki, danışmaq felində elə sənətlər, hikmətlər və qayələr vardır ki, bu səbəblər altında, o sənət, o hikmət və o qayələrin reallaşması, mümkün deyildir.

Elə isə, o danışmaq feli, "Mutəkəllim" (danışan) ismilə müsəmma olan (adlanan) bir Şəxsin felidir. Bu qeyr-i adi fel, adi, cansız və şüursuz səbəblərin işi ola bilməz.

Bu əsrdə, Quranın mənəvi təfsiri olan "Risale-i Nur" külliyyatının "Sözlər" adlı əsərində, hər fel kimi, danışmaq felində də, səbəblərin təsiri olmadığı, belə izah edilmişdir:

"Esbab (səbəblər) içinde, bilbedâhe (ən açıq olan budur ki), en eşrefi (səbəblər içində ən şərəflisi) ve ihtiyarı en geniş ve tasarrufatı en vasi (ən geniş olan), insandır. İnsanın dahi en zâhir efal-i ihtiyariyesi (ixtiyari felleri) içinde en zahiri, ekl (yemək yemək) ve kelâm ve fikirdir. Yani yemek, söylemek, düşünmektir. Şu yemek, söylemek, düşünmek ise, gayet muntazam (çox intizamlı), acip, hikmetli birer silsiledir. O silsilenin yüz cüzünden (parçasından), insanın dest-i ihtiyarına (ixtiyar əlinə) verilen, ancak bir cüzüdür (parçadır). Meselâ:

• Yemekten, bedenin tagaddi-i hüceyrâtından (bədən hüceyrələrin gidalandırılmasından) tut, tâ semerâtın teşekkülüne (faydaların hasil olmasına) kadar olan silsile-i ef'al (fellər silsiləsi) içinde insanın dest-i ihtiyarına (insanın ixtiyar əlinə) verilen, yalnız ağızdaki dişlerin değirmenini tahrik edip onu çiğnemektir; ve

• Söylemek silsilesinden, yalnız mehâric-i huruf kalıplarına (hərflərin çıxış yerlərinə) havayı sokup çıkarmaktır. Halbuki, ağzında birtek kelime bir çekirdek gibi iken, bir ağaç hükmündedir; hava içinde milyonlar aynı kelime gibi meyveler verir, milyonlarla dinleyenlerin kulaklarına girer. Bu misali sünbüle, insandaki hayalin eli ancak yetişebilir. İhtiyarın kısacık eli nasıl yetişir?!

Madem esbab içinde en eşrefi (səbəblər içində ən şərəflisi) ve en ziyade ihtiyar sahibi olan insan, böyle hakiki icaddan eli bağlansa, sair cemddat (cansızların) ve behimat (heyvanlar) ve anâsır (ünsürlər) ve tabiat, nasıl hakiki mutasarrıf (təsərrüf edən) olabilirler?

Yalnız, o esbab birer (səbəblərin hər biri):

~ zarftır, ve

~ masnuat-ı Rabbaniyeye (Rəbbimizin sənətinə) birer kılıftırlar; ve

~ hedaya-yı Rahmâniyeye (Rahmən olan Allahın hədiyyələrinə) birer tablacıdırlar.

Elbette bir padişahın:

• hediyesinin kabı; veya

• hediyeye sarılan mendil; veyahut

• hediye eline verilip getiren nefer,

o padişahın saltanatına şerik olamazlar. Ve onları şerik tevehhüm (zənn) eden, saçma bir hezeyan eder.

Öyle de, esbab-ı zâhiriye ve vesait-i suriyenin (zahiri səbəb və vasitələrin), rububiyet-i İlahiyyeden (Allahın tərbiyə ediciliyindən) hiçbir cihette hisseleri olamaz, hizmet-i ubudiyetten (qulluqdan) başka nasipleri yoktur.” ("Sözlər", 32-ci Söz, 2-ci Məvqif, 1-ci məqsəd s. 591)

Ustad Nursi, digər bir risaləsində, bənzər bir mənada belə deyir:

“Ve keza, esbab-ı zahiriye pek basit, mahdud, fakir, camid, şuursuz, iradesiz ve kanunlar kısmı da itibari, mevhum şeylerdir.”

İlk əvvəl, mətndəki “esbab-ı zahiriye (zahiri, görünən səbəblər)” ifadəsini açıqlayaq:

~ Bal arısı səbəbdir, bal nəticə,

~ Çəyirdək səbəbdir, ağac nəticə,

~ Ağac səbəbdir, meyvə nəticə,

~ Toxum səbəbdir, çiçək nəticə,

~ Toyuq səbəbdir, yumurta nəticə,

~ Bulud səbəbdir, yağış nəticə,

~ İnək səbəbdir, süd nəticə,

~ İpək qurdu səbəbdir, barama nəticə...

Bunlar kimi, Allah Taala, hər nəticəni bir səbəblə yaratmaqdadır. Bu səbəblərə, “esbab-ı zahiri (zahiri), görünən səbəblər” deyilir. Bu səbəbləri göz görməkdə, hətta iman dərsini almayan şəxslər, nəticələri bu səbəblərdən bilməkdədirlər.

Ustad bu məqamda, səbəblərin, həqiqi fail olmadığını, onların sadəcə İlahi qüdrətin pərdələri olduğunu isbat edir. Bunun üçün də, ilk əvvəl, səbəblərin sifətlərini sayır. Səbəblər:

1. Bəsit,

2. Məhdud,

3. Cansız,

4. Şüursuz, və

5. İradəsizdirlər.

Səbəblərin qanunlar qismi də, etibari, mövhum (olmadığı halda var zənn edilən) şeylərdir. Məsələn, yerin cazibə qanunu, hərəkət qanunu, itələmə qanunu və s. kimi qanunlar, mövhum şeylərdir. Bunların xarici bir vücudları yoxdur.

Bu məqamda, sual budur:

“Belə bəsit, məhdud, yoxsul, cansız, şüursuz və iradəsiz olan səbəblər və yenə etibari və mövhum olan qanunlar, bu göz önündəki məxluqları yarada bilərlərmi?”

Ustad Nursi, bu suala belə cavab verir:

“Müsebbebatta bulunan harika nakışlar, ziynetler, garib ve acib sanatların o gibi kıymetsiz esbab ile katiyen münasebetleri yoktur.” ("Məsnəvi-i Nuriyyə", "Qətrə" risaləsi, s. 51)

İndi, səbəb ilə nəticəni qiyaslayaq:

~ Səbəb son dərəcə bəsit, müsəbbəb (nəticə) isə, son dərəcə naxışlı və sənətlidir,

~ Səbəb cansız, müsəbbəbin isə, həyatı vardır,

~ Səbəb cahil, müsəbbəbdə isə, elm əsəri görsənir,

~ Səbəb aciz, müsəbbəbdə isə, qüdrət əsəri görsənir,

~ Səbəbin iradəsi yoxdur, müsəbbəbdə isə, iradə əsəri görsənir,

~ Səbəb yoxsul, müsəbhbəbdə isə, zənginlik əsəri var,

~ Səbəb məhdud, müsəbbəbdə isə, əhatə ediciliyin əsəri görsənir. Bütün bunlar isbat edir ki:

Müsəbbəbləri, bu səbəblər yarada bilməz. Demək ki, səbəblər, sadəcə bir pərdədirlər. Həqiqi fail isə, Allah Taala dır.

Ustad Nursi, bu bəhsə belə nümunələr verir:

“Binaenaleyh mesela:

~ Bedenin hüceyratındaki (hüceyrələrindəki) nizamlı, intizamlı teşekkülatı - ekmek yemesine,

~ Ve kuvve-i hafızada (yaddaşında) yazılan gayr-ı mahdud (qeyr-i məhdud) muntazam (intizamlı) nakışları kulaktaki ve baştaki telâfife (beyindəki qırışlara),

~ Ve konuşmakta, tefekkürde, harflerin teşekkülatına ve suver-i zihniyenin husulüne (zehni surətlərin hasil olmasına), lisan (dil) ve zihnin hareketleri gibi esbaba (səbəblərə) isnadları, ahmakçasına bir hükümdür.

Ancak o gibi müsebbebat (nəticələr), gayr-ı mütenahi (sonsuz) bir kudret ile bir ilim ve bir iradeyi iktiza ediyorlar (gərəkdirməkdədirlər)."

Müəllif, mətndə 3 misala yer verir:

~ Hüceyrədəki nizamlı və intizamlı təşəkkül, hücrənin yemək yeməyinə isnad edilə bilməz. Yəni:

"Bu hücrə, vücuda girən yeməkləri yedi, sonra da bu şəkli aldı." deyilə bilməz. Hücrədəki mükəmməllik, yeməyi faillik məqamından uzaqlaşdırır.

~ İnsanın, bütün həyatında gördüyü və eşitdiyi hər şey, yaddaşında (hafizəsində) yazılmaqdadır. Bu yazı və yaddaşda saxlama fəaliyyətləri, beyindəki liflərə (qırışlara) isnad edilə bilməz. Yəni:

“Beynin quruluşu, bu məlumatları öz-özünə saxlayır.” deyilə bilməz. Məlumatların bir-birilə qarışdırılmadan saxlanılması, beyin qırışlarını faillik məqamından qovur.

~ Danışıqda, hərflərin çıxması, dilin hərəkətinə; və təfəkkür edərkən, zehnin, rəsmləri meydana gətirməsi, zehnin hərəkətinə isnad edilə bilməz.

Bunların səbəblərə isnadı, axmaqca bir hökmdür.

Xülasə, bütün bu işlərin hasil olması və nəticələrin yaradılması, sonsuz bir qüdrət ilə bir elm və iradəni gərəkdirirlər. Elə isə, səbəblər, nəticələri icad edə bilməz və, "Bunları mən yaratdım.” deyə bilməzlər.

-------------------------------------------------------------------------------------------------------

✓ Yeddinci üslub:

Bəyanı möcüzə olan Quran, bir çox ayətində, qeybi olan kövni həqiqətlərdən bəhs etməklə, Özünün Kəlamullah (Allah kəlamı) olduğunu isbat edir.

Bu ayət də, qeybdən xəbər verməkdir. Çünki insana nitq və bəyanın təlimi və bu təlimi Allahın etməsi, ümmi Nəbi (sallallahu aleyhi və səlləm)'ə nisbətlə, qeybdir. Ümmmi bir Adamın belə bir məsələni xəbər verməsi isə, möcüzədir. Demək, Quran, Kəlamullahdır. Muhamməd (sallallahu aleyhi və səlləm) də, Allahın rəsuludur.

-------------------------------------------------------------------------------------------------------

✓ Səkkizinci üslub:

Hikmətli Quranın bir üslubudur ki, tövhid və haşrı isbat üçün dəlil gətirərkən, bəzən əvvəl afaqi dairəni; sonra isə, ənfusi (haşiyə) dairəni nəzərə verir. Bəzən də, əvvəl ənfusi dairəni; sonra da afaqi dairəni nəzərə verir.

Bax Quran, bu ayətdə, Allahın varlığının vacibliyini və Onun birliyini isbat edən ənfusi dairədəki dəlillərdən "nitq və bəyanı" zikr etməkdədir. Daha sonra gələcək ayətlərdə isə, afaqi dairələri sərd etməkdədir.

-----------------------------------

(Haşiyə:

"Afaqi və Ənfusi dəlillər"

~ Afaqi: Ərəbcə "ufuq" kəliməsinin cəm halı olan "afaq"a nisbət şəkilçisi əlavə edilərək düzəldilmiş bir kəlimədir.

Bu terminlə, ümumiyyətlə, "xarici dünya ilə bağlı olan, fərdin şəxsi görüş və inanclarından müstəqil olaraq məqbulluğu mövcud olan, hər kəsin izləyib görə biləcəyi hallarla bağlı olan şey" qəsd edilmişdir.

~ Ənfusi: "Afaqi" termininin müqabili olan və subyektivin sinonimi olaraq istifadə edilən bu kəlimə isə, ərəbcə, "nəfs" kəliməsinin cəm halı olan "ənfus"a nisbət şəkilçisi əlavəsilə əldə edilmiş bir termin olub, "dəyəri və məqbulluğu insanın şəxsinə bağlı olan; başqalarınca izlənilib görülə bilməyən; ruhi və daxili hallarla bağlı" mənasına gəlir. Bu mənası ilə, "ənfusi", "insanın şəxsən özü ilə bağlı zehni və ya ruhi təcrübə və sezgiləri"dir.

Müsəlman elm və fikir adamları, obyektiv və subyektivə qarşılıq tapmaq üçün, "afaqi və ənfusi" kəlimələrini terminləşdirərkən, Qurandakı (Fussilət/53) "afaq və ənfus" kəlimələrinin bir-birinə müqabil məfhumlar olaraq bir arada istifadə edilmiş olmasından hərəkət etmişlərdir. Allah Taala, Fussilət/53 ayətində, belə buyurmaqdadır:

سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ...

"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm 'afaqda (kainatda), həm də onların nəfslərində (özlərində) mütləq göstərəcəyik."

İslam alimləri, başlanğıcdan etibarən, bəhs mövzusu ayətlə bağlı olaraq, bir-birindən az-çox fərqli izahlar vermişlərdir. Bu izahlar, ümumilikdə:

~ "Afaq"ın: "xarici aləm və maddə aləmi";

~ "Ənfus"un isə: "insanın daxili dünyası və ruh aləmi"

olaraq başa düşülməsi gərəkdiyi nöqtəsində birləşməkdədir.

İlk dövrlərdən günümüzə qədər çatan bu dəyərləndirmələrin işığı altında,

~ "Afaqi ayətlər"in: təbii, müşahidəyə söykənən dəlillər, 5 hiss (görmək, eşitmək, dadmaq, toxunmaq, qoxulamaq) ilə əldə edilən müsbət elmlər;

~ "Ənfusi ayətlər"in isə: psixoloji və zehni dəlillər

mənasına gəldiyini söyləmək, mümkündür.

İslam alimləri, elmi araşdırmalarda, "afaq və ənfus" kəlimələrinin yer aldığı ayətdən yola çıxaraq, metod fikrinə çatmağın mümkün olduğunu göstərmişlərdir. Buna görə, bir mövzunun elmi cəhətdən açıqlığa qovuşdurulması üçün iləri sürüləcək olan dəlillər:

~ ya 5 hislə ediləcək xarici aləmi müşahidə, yəni obyektiv metoda;

~ ya da qəlb yolu ilə, yəni sezgi ilə gerçəkləşdiriləcək daxili müşahidə (subyektiv) metoduna

söykənməlidir. Necə ki, müsəlman elm adamları, Quranın bu baxış tərzinə uyğun olaraq Allahın varlığını isbat mövzusundakı dəlilləri, sonradan "afaqi və ənfusi" deyə adlandırılan 2 qismə ayırmışlardır.

~ Kəlam alimləri, daha çox "afaqi", yəni xarici aləm ilə bağlı olan (kosmoloji və ontoloji) dəlillərə daha çox ağırlıq verərkən;

~ Mutasavvıflar (tasavvuf əhli, sufiyyə) isə, "ənfusi", yəni insanın daxili dünyasına və ruh aləminə aid (psixoloji və əxlaqi) dəlilləri tərcih etmişlərdir.

-----------------------------------

✓ Doqquzuncu üslub:

Quranın, muhtəva cəhətindən 4 əsas ünsürü vardır. Bunlar:

• Tövhid;

• Haşr;

• Nübüvvət; və

• Ədalət və ibadətdir.

Quran, davamlı bir surətdə, bu 4 təməl əsası dərs verməkdədir. Hər bir surə, bəzən bir tək ayət, bu 4 əsas ünsürü ehtiva etməkdədir.

Bax, Quran, bu ayətində də, Quranın məqsədlərindən olan "tövhid, haşr, nübüvvət, ibadət və ədalət" əsaslarını dərs verməkdədir. Belə ki:

~ İnsanın danışma feli, Mütəkəllim olan Allaha dəlalət edər. Çünki fel, failsiz olmaz. Danışıq felini insanın özü yaratmadığı haqqında, yuxarıda danışdıq. Demək ki, bu felin də sahibi, Allahdır.

~ O Mütəkəllim olan Allah, əlbəttə insan növü içində bir peyğəmbərlə danışacaqdır. Çünki Mütəkəllim ismi, risalətsiz olmaz.

~ Həm o peyğəmbərə, Özünün razı olduğu şeyləri bildirəcəkdir. Bu isə, təklifdir. Təklif isə, haşrı gərəkdirir. Çünki mükəlləf qıldığı şeylərə riayət edənlərlə etməyənlərin sonu, eyni ola bilməz. Demək, başqa bir diyar vardır. Əks halda, danışmaq; bir peyğəmbər göndərmək; insanları təklif altına almaq, əbəs iş olacaqdır. Allah isə, "əl-Hakim"dir, hikmət sahibidir, əbəs iş görməz. Həqiqətlərin ziddinə inqilab etməsi, muhal (imkansız)'dır. Yəni bir varlığın eyni anda, həm hikmət sahibi, həm də əbəs iş görə bilməsi, mümkün deyildir.

Ustad Said Nursi (rahiməhullah)'ın "Məktubat" adlı əsərində (19-cu Məktub: "Mucizat-ı Ahmediyye", s. 83-84), Mütəkəllim isminin risalət/peyğəmbərlik müəssisəsini, xüsusilə Muhamməd (sallallahu aleyhi və səlləm)'in risalətini necə iqtiza etdiyi (gərəkdirdiyi), belə izah edilməkdədir:

"Şu kâinatın Sahip ve Mutasarrıfı (kainatda təsərrüf edən Allah), elbette bilerek yapıyor ve hikmetle tasarruf ediyor ve her tarafı görerek tedvir (idarə) ediyor ve herşeyi bilerek, görerek terbiye ediyor ve herşeyde görünen hikmetleri, gayeleri, faideleri irade ederek tedvir (idarə) ediyor.

~ Madem yapan bilir, elbette bilen konuşur.

~ Madem konuşacak; elbette zîşuur (şüurlu) ve zîfikir (ağıllı) ve konuşmasını bilenlerle konuşacak.

~ Madem zîfikirle (ağıllılarla) konuşacak; elbette zîşuurun (şüurluların) içinde en cemiyetli ve şuuru küllî olan insan nev'iyle konuşacaktır.

~ Madem insan nev'iyle konuşacak; elbette insanlar içinde kàbil-i hitap (xitaba layiq olan) ve mükemmel insan olanlarla konuşacak.

~ Madem en mükemmel ve istidadı en yüksek ve ahlâkı ulvî (uca) ve nev-i beşere (insan növümə) muktedâ olacak (özünə tabe olunacaq) olanlarla konuşacaktır. Elbette, dost ve düşmanın ittifakıyla,

• en yüksek istidatta; ve

• en âli ahlâkta; ve

• nev-i beşerin (insanlığın) humsu (1/5-i) Ona iktidâ etmiş (tabe olmuş); ve

• nısf-ı arz (yerin yarısı), Onun hükm-ü mânevîsi (mənəvi hökmü) altına girmiş; ve

• istikbal (gələcək), Onun getirdiği nurun ziyasıyla bin üç yüz sene ışıklanmış; ve

• beşerin nuranî kısmı ve ehl-i imanı mütemadiyen günde beş defa Onunla tecdid-i biat edip (beətini yeniləyib) Ona dua-yı rahmet ve saadet (rəhmət və səadət duası) edip ona medih ve muhabbet etmiş

olan Muhammed aleyhissalâtü vesselâm ile konuşacak ve konuşmuş; ve resul yapacak ve yapmış; ve sair nev-i beşere (insanlara) rehber yapacak ve yapmıştır."

Bir digər əsərində ("Şualar", 11-ci Şua: "Meyvə risaləsi", 9-cu Məsələ, s. 203-204) isə, belə deyir:

"...Hiç akıl kabul eder mi ki,

Ulûhiyet ve mâbudiyetin tezahürü için bu kâinatı:

~ öyle bir mücessem kitab-ı Samedânî ki, her sahifesi bir kitap kadar; ve her satırı bir sahife kadar mânâları ifade eder; ve

~ öyle cismânî bir Kur'ân-ı Sübhânî ki, her bir âyet-i tekvîniyesi ve her bir kelimesi, hattâ her bir noktası, her bir harfi, birer mu'cize hükmündedir; ve

~ öyle muhteşem ve içi hadsiz âyâtla ve mânidar nakışlarla tezyin edilmiş bir mescid-i Rahmânîdir ki, her bir köşesinde bir tâife, bir nevi ibadet-i fıtriye ile iştigal eder

bir şekilde halk eden bir Allah, bir Mâbud-u bil'Hak,

• o kitab-ı kebîrin mânâlarını ders verecek üstadları; ve

• o Kur'ân-ı Samedânînin âyetlerini tefsir edecek müfessirleri,

elçi olarak göndermesin ve o mescid-i ekberde hadsiz tarzlarda ibadet edenlere, imamları tayin etmesin ve o üstadlara ve müfessirlere ve imamlara fermanları vermesin? Hâşâ, yüz bin hâşâ!

- Hem cemâl-i rahmetini ve hüsn-ü şefkatini ve kemâl-i rububiyetini zîşuurlara göstermek ve onları şükre ve hamde sevk etmek için, bu kâinatı öyle bir ziyafetgâh ve bir teşhirgâh ve öyle bir seyrangâh ki, hadsiz çeşit çeşit, leziz nimetler ve gayet antika, hadsiz harika san'atlar içinde dizilmiş bir tarzda halk eden bir Sâni-i Rahîm ve Kerîm, hiç mümkün müdür ve hiç akıl kabul eder mi ki, o ziyafetgâhtaki zîşuur mahlûklarla konuşmasın ve onlara, o nimetlere mukàbil elçileri vasıtasıyla vazife-i teşekküriyeyi ve tezahür-ü rahmetine ve sevdirmesine karşı vazife-i ubudiyeti bildirmesin. Hâşâ, binler hâşâ!

- Hem hiç mümkün müdür: Bir Sâni san'atını sever, beğendirmek ister, hattâ ağızların bin çeşit zevklerini nazara alması delâletiyle, takdir ve tahsinlerle karşılanmak arzu eder ve her bir san'atıyla kendini hem tanıttırmak, hem sevdirmek, hem bir çeşit mânevî cemâlini göstermek ister bir tarzda bu kâinatı antika san'atlarla süslendirdiği halde, kâinattaki zîhayatın kumandanları olan insanlara onların büyüklerinden bir kısmıyla konuşup elçi olarak göndermesin; güzel san'atları takdirsiz ve fevkalâde hüsn-ü esmâsı tahsinsiz ve tanıttırması ve sevdirmesi mukabelesiz kalsın? Hâşâ, yüz bin hâşâ!

- Hem bütün zîhayatın ihtiyacat-ı fıtriyeleri için dualarına ve hâl diliyle edilen bütün ilticalara ve arzulara vakti vaktine, kast ve ihtiyar ve iradeyi gösterir bir tarzda hadsiz in'âmlarıyla ve nihayetsiz ihsanatıyla fiilen ve halen sarih bir surette konuşan bir Mütekellim-i Alîm, hiç mümkün müdür, hiç akıl kabul eder mi, en cüz'î bir zîhayat ile fiilen ve halen konuşsun ve tam derdine derman yetiştiren ihsanıyla derdini dinlesin ve ihtiyacını görsün ve bilsin; ve bütün kâinatın en müntehap neticesi ve arzın halifesi ve ekser mahlûkat-ı arziyenin kumandanları olan insanların mânevî reisleriyle görüşmesin? Onlarla, belki her zîhayatla fiilen ve halen konuştuğu gibi, onlarla kavlen ve kelâmen konuşmasın ve onlara fermanları ve suhuf ve kitapları göndermesin? Hâşâ, hadsiz hâşâ!

Demek, iman-ı billâh, kat'iyetiyle ve hadsiz hüccetleriyle ve bikütübihî ve rusülihî, yani peygamberlere ve mukaddes kitaplara imanı ispat eder.

- Hem hiç bir cihet-i imkânı var mı ve hiç akıl kabul eder mi ki, bütün masnuatıyla kendini tanıttırana ve sevdirene ve teşekküratı fiilen ve halen isteyene mukàbil, kâinatı velveleye veren hakikat-i Kur'âniye ile Zülcelâl o San'atkârı ekmel bir tarzda tanıyıp ve tanıttırıp ve sevip ve sevdirip ve teşekkür edip ve ettirip ve Sübhânallah, Elhamdü lillâh, Allahu ekber'lerle küre-i arzı semâvâta işittirecek derecede konuşturup ve kara ve denizleri cezbeye getirecek bir vaziyetle, bin üç yüz sene zarfında nev-i beşerin kemiyeten beşten birisini ve keyfiyeten ve insaniyeten yarısını arkasına alıp o Hâlıkın bütün tezahürat-ı rububiyetine geniş ve küllî bir ubudiyetle mukabele eden ve bütün makàsıd-ı İlâhiyesine karşı Kur'ân'ın sûreleriyle kâinata ve asırlara bağıran, ders veren, dellâllık eden ve nev-i insanın şerefini ve kıymetini ve vazifesini gösteren ve bin mu'cizatıyla tasdik edilen Muhammed aleyhissalâtü vesselâm, en müntehap mahlûku ve en mükemmel elçisi ve en büyük resûlü olmasın? Hâşâ ve kellâ, yüz bin defa hâşâ!

Demek, Eşhedû en lâ ilâhe illâllah hakikati, bütün hüccetleriyle ve eşhedû enne Muhammede'r-Resulullah hakikatini ispat eder."

--------------------------

Mətnin izahı:

Bu mətndə, Ustad Nursi (rahiməhullah), Allahın "əl-Mütəkəllim" isminin və bu ismin qaynağı olan "Kəlam" sifətinin, peyğəmbərlərə iman rüknünü necə gərəkdirdiyini, 5 maddə halında isbat etdi. Belə ki:

"...Hiç akıl kabul eder mi ki,

1. Ulûhiyet ve mâbudiyetin tezahürü için bu kâinatı:

~ öyle bir mücessem kitab-ı Samedânî ki, her sahifesi bir kitap kadar; ve her satırı bir sahife kadar mânâları ifade eder; ve

~ öyle cismânî bir Kur'ân-ı Sübhânî ki, her bir âyet-i tekvîniyesi ve her bir kelimesi, hattâ her bir noktası, her bir harfi, birer mu'cize hükmündedir; ve

~ öyle muhteşem ve içi hadsiz âyâtla ve mânidar nakışlarla tezyin edilmiş bir mescid-i Rahmânîdir ki, her bir köşesinde bir tâife, bir nevi ibadet-i fıtriye ile iştigal eder

bir şekilde halk eden bir Allah, bir Mâbud-u bil'Hak,

• o kitab-ı kebîrin mânâlarını ders verecek üstadları; ve

• o Kur'ân-ı Samedânînin âyetlerini tefsir edecek müfessirleri,

elçi olarak göndermesin ve o mescid-i ekberde hadsiz tarzlarda ibadet edenlere, imamları tayin etmesin ve o üstadlara ve müfessirlere ve imamlara fermanları vermesin? Hâşâ, yüz bin hâşâ!"

Yəni,

Heç ağıl qəbul edərmi ki, Öz uluhiyyət və mə'budiyyətinin təzahür etməsi üçün, bu kainatı:

~ elə bir mücəssəm Samədani bir kitab ki, hər səhifəsi, bir kitab qədər; və hər sətiri, bir səhifə qədər mənalar ifadə edən; və

~ elə bir cismani Sübhani Quran ki, hər bir təkvini ayəti və hər bir kəliməsi, hətta hər bir nöqtəsi, hər bir hərfi bir möcüzə hökmündə qılan;

~ elə möhtəşəm və içi say-hesabı olmayan (təkvini) ayətlərlə və mənalı naxışlarla bəzədilmiş bir Rəhmani məscid ki, hər bir küncündə bir qrup, bir növ fitri ibadətlə məşğul olan

bir şəkildə xəlq edən haqqı ilə ibadətə layiq olan Allah...

Mətndə, Ustad Said Nursi, kainatı, 3 vəsflə zikr etdi. Belə ki, kainat:

a. Elə bir mücəssəm Samədani bir kitabdır ki, hər səhifəsi, bir kitab qədər; və hər sətiri, bir səhifə qədər mənalar ifadə edir.

Haqq Taala'nın isimlərindən biri də, "əs-Saməd"dir. Yəni bu isim, hər şeyin Allaha möhtac olduğunu; Allahın isə, heç bir şeyə möhtac olmadığını ifadə edir. Ehtiyac deyilincə isə, ilk əvvəl, yoxluqdan qurtulub varlıq aləminə gəlmək və bu aləmdə varlığını davam etdirmək başa düşülür. Bu mənası ilə, bu isim, bütün əşyalarda təcəlli etməkdədir. Allah, nə günəşə, nə aya, nə ulduzlara, nə dağlara və s. möhtac deyildir; onlar isə, varlıq meydanına çıxmaqda və varlıqlarını davam etdirməkdə, Allaha möhtacdırlar.

Bitkilər aləminə keçdiyimizdə, ehtiyac dairəsi genişlənir, "əs-Saməd" ismi də, daha iləri mənada təcəlli edir. Bir daş, sadəcə varlığının davamına möhtac olduğu halda; bir ağac, torpağa, havaya, suya, bahara, gecə və gündüzə, günəşə möhtacdır.

Heyvanlarda, ehtiyac dairəsi, bitkilərə nisbətlə daha da genişdir. Bir heyvan, bitkilərin möhtac olduğu bu şeylərin hamısına möhtac olmaqla bərabər, görməyə, eşitməyə, yeməyə, içməyə, hərəkət etməyə də möhtacdır.

İnsana ağıl verilməsilə, ehtiyac dairəsi daha da genişlənmiş və bu gün texnologiyanın çatdığı hər şey, insan ehtiyacının bir meyvəsi olaraq ortaya çıxmışdır.

Göz görməklə, qulaq eşitməklə, mədə qidalanmaqla tətmin olarkən, insan qəlbi, ancaq Allaha iman və Onu tanımaqla tətmin olur. İnsanın ehtiyac dairəsi, bu görünən aləmlə məhdudlaşmaz. İnsan qəlbi, Allaha, axirətə, digər iman və Quran həqiqətlərinə inanmağa da möhtacdır.

Beləliklə, biz, kainat və içindəki hər şeyin Allaha möhtac olduğunu, bu şəkildə başa düşmüş oluruq.

"Risale-i Nur" külliyyatında, kainat, mücəssəm, yəni sanki cisimləşmiş bir kitab kimi təsvir edilmişdir. Ki, bu kitab, Allahın "qüdrət qələmi" "elementlər mürəkkəbi" ilə yazılmış; hər səhifəsi bir kitab qədər; və hər sətiri bir səhifə qədər məna ifadə edən bir kitabdır. Bu kitab (yəni kainat) və onun kəlimələri (içindəki məxluqat), yazıla bilmələri (yəni, varlıq meydanına çıxa bilmək və varlıqlarını davam etdirmək) üçün, Allaha möhtacdırlar.

b. Bu kainat, elə bir cismani Sübhani kitabdır ki, hər bir təkvini ayəti və hər bir kəliməsi, hətta hər bir nöqtəsi, hər bir hərfi bir möcüzə hökmündədir.

Kainat və içindəkilər, qüsursuz yaradılışları ilə, hər cür qüsurdan münəzzəh olan Allahın, cismani kitabı olduğunu göstərməkdədirlər. Kainatın içindəki hər bir ayət, hər bir kəlimə, hər bir nöqtə, hər bir hərf, bir möcüzə hökmündədir. Yəni, subhan olan Allah, kitab (yəni kainat) və içindəki hər bir kəlimə, nöqtə, hərfi (yəni kainat içindəki məxluqatı) yaratmaqla, bütün hər kəsi aciz buraxmışdır. Bu yönü ilə kainat və içindəkilər, Allahın qüdrət möcüzələridir.

Bu kitabın səhifələri və sətirləri haqqında da, yenə Ustad Nursi, bir risaləsində ("Ləmalar", 30-cu Ləma, 3-cü Nüqtə, s. 324) belə deməkdədir:

"Bu kitab-ı kebirin bir sahifesi, zemin yüzüdür. O sahifede nebatat, hayvanat taifeleri adedince kitaplar, birbiri içinde, beraber, bir vakitte, yanlışsız, gayet mükemmel bir surette bahar mevsiminde yazıldığı gözle görünüyor. Bu sahifenin bir satırı bir bahçedir. O bahçede bulunan çiçekler, ağaçlar, nebatlar adedince manzum kasideler, beraber, birbiri içinde, yanlışsız yazıldığını gözümüzle görüyoruz. O satırın bir kelimesi çiçek açmış, meyve vermek üzere yaprağını vermiş bir ağaçtır. İşte bu kelime; muntazam, mevzun, süslü yaprak, çiçek ve meyveleri adedince Hakem-i Zülcelal'in medh-ü senasına dair manidar fıkralardır. Güya çiçek açmış her ağaç gibi o ağaç dahi Nakkaşı nın medihalarını teganni eden manzum bir kasidedir."

Yəni,

Bu böyük kainat kitabının bir səhifəsi, yer üzüdür. O səhifədə, bitki və heyvan növləri qədər kitablar, bir-biri içində, bərabər, bir vaxtda, yalnışsız, çox mükəmməl bir surətdə, bahar mövsümündə yazıldığı, gözlə görünür.

Bu səhifənin bir sətiri də, bir baxçadır. O baxçada mövcud olan çiçəklər, ağaclar, bitkilər ədədincə, "mənzum qəsidələr", bərabər, bir-biri içində, yalnışsız yazıldığını, gözümüzlə görürük.

O sətirin hərbir kəliməsi də, çiçək açmış, meyvə vermək üzərə yarpağını vermiş bir ağacdır. Bax bu kəlimə, intizamlı, vəznli, bəzəkli yarpaq, çiçək və meyvələri ədədincə, cəlal və sənətli yaradan Allahın tərifinə dair mənalı hekayələrdir. Sanki çiçək açmış hər ağac kimi, o ağac da, Nəqqaşı olan Allahının təriflərini oxuyan mənzum bir qəsidədir.

c. Kainat, möhtəşəm və içi say-hesabı olmayan (təkvini) ayətlərlə və mənalı naxışlarla bəzədilmiş bir Rəhmani məsciddir ki, hər bir küncündə bir qrup, bir növ fitri ibadətlə məşğuldur.

Hər bir varlığın fitri (yəni yaradılışından gələn) ibadəti, Allahın o varlığa yükləmiş olduğu vəzifədir. O vəzifəni yerinə yetirməklə, Allaha ibadət etmiş sayılır. Çünki öz vəzifəsini ifa etməklə, Allahın əmrinə riayət etmiş olur. Allahın əmrinə riayət etmək isə, ibadətdir. Məsələn, arının bal verməsi və s. kimi.

Bu cəhətlə baxıldığında, kainatda ibadət etməyən (ibadət və itaət halında olmayan) heç bir varlıq yoxdur. Necə ki, uca Allah, İsra surəsi 44-cü ayətdə, belə buyurmaqdadır:

تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَ‌ٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا

"Yeddi göy, yer və onlarda olanlar, Onu təsbih edirlər. Elə bir şey yoxdur ki, Ona həmd və Onu təsbih emtəsin. Lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır."

Hər şey ibadət halında olduğuna görə, kainat, bir məscid hökmünü alır.

Kainatı bir kitab şəklində yaradan haqqı ilə ibadətə layiq olan Allah, heç mümkünmüdür ki:

"...o kitab-ı kebîrin mânâlarını ders verecek üstadları; ve o Kur'ân-ı Samedânînin âyetlerini tefsir edecek müfessirleri, elçi olarak göndermesin..."

Bu böyük kitabın mənalarını dərs verəcək Ustadları, bu kitabın ayətlərini təfsir edəcək Müfəssirləri, elçi olaraq göndərməsin?!

Dəyərli oxuyucu, mənaları anlaşılmaz bir kitab, müəllimsiz olsa, mənasız kağız parçalarından ibarət qalmazmı?! Onu açıqlayacaq bir müəllimə ehtiyac yoxdurmu?!

Belə fərz edək ki, məktəb var, içində dərslik kitabları var, onu öyrənmək istəyən şagirdlər var. Ancaq bu kitabları açıqlayan, dərs verən müəllimlər yoxdur. Belə olduğu halda, məktəbin qurulması, əbəs olmazdımı?! Və ya məktəbi quran, mənaları başa düşmədiklərindən, bunları açıqlayan müəllim olmamasından dolayı, şagirdlərin qəzəbinə tuş gəlməzdimi?!

Eləcə də, kainat və içindəkilər, bir məna ifadə etməkdədirlər. Ancaq insan oğlu, bunu başa düşməkdən acizdir. Kainatı belə şəkildə yaradıb, ona ağıl qabiliyyəti verib, düşünəcəyi şeyləri də var edib, ancaq necə düşünməli olduqlarını öyrətməmək, insan ağlı üçün, əzabdan başqa bir şey deyildir. Yaradan isə, kainatdakı əsərlərindən də göründüyü kimi, rəhmət sahibidir. İnsana göz verib, görəcəyi şeyləri onun gözünə uyğun tərbiyə edən; qulaq verib, eşidəcəyi şeyləri onun qulağına uyğun tərbiyə edən Allah, heç mümkünmüdür ki, insan ağlını və düşünəcəyi şeyləri yaratsın, ancaq ona necə düşünmək lazım olduğunu öyrətməsin, onu əzab içərisində buraxsın?! Rəhməti, əsərlərilə sabit olan Allah, zülmdən münəzzəhdir və rəhmət həqiqətinin də ziddinə inqilab etməsi, muhaldır!

Demək ki, Allah, ağlımızın qidaları olan mənaları bizə öyrədəcək və bizi əzab içində buraxmayacaqdır. Bu da, peyğəmbərlik müəssisəsini gərəkdirməkdədir. Allah azzə və cəllə, bu həqiqəti (peyğəmbərin dünyaya göndərilməsini), Öz əzəmətli kitabında, belə təsvir etməkdədir:

وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا رَحْمَةً لِّلْعَـٰلَمِينَ

"Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik." (Ənbiya/107)

Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, bir hədisində, belə buyurur:

"Mən, ancaq Müəllim (təlim edən, öyrədən) olaraq göndərildim." (İbn Macə, "Sünən", hədis no: 229)

 

"...ve o mescid-i ekberde hadsiz tarzlarda ibadet edenlere, imamları tayin etmesin ve o üstadlara ve müfessirlere ve imamlara fermanları vermesin? Hâşâ, yüz bin hâşâ!"

Yəni:

O böyük məsciddə (yəni kainatda), hədsiz, saysız-hesabsız tərzlərdə ibadət edənlərə, imamları təyin etməsin və o Ustadlara və müfəssirlərə və imamlara, fərmanlarını göndərməsin? Haşa (əsla) və yüz min dəfə haşa!

Yuxarıda danışdığımız kimi, kainat, bir cəhətlə də, böyük bir məsciddir. Və onun içindəkilər isə, sacidlərdir (səcdə edənlərdir).

Məscid var, içində səcdə edənlər var, ancaq məscidin imamı yoxdur. Belə olması, heç mümkün ola bilərmi?!

Demək ki, bunları təlim edəcək peyğəmbərlər göndəriləcəkdir. Və göndərilmişlər də...

2. "Hem cemâl-i rahmetini ve hüsn-ü şefkatini ve kemâl-i rububiyetini zîşuurlara göstermek ve onları şükre ve hamde sevk etmek için, bu kâinatı öyle bir ziyafetgâh ve bir teşhirgâh ve öyle bir seyrangâh ki, hadsiz çeşit çeşit, leziz nimetler ve gayet antika, hadsiz harika san'atlar içinde dizilmiş bir tarzda halk eden bir Sâni-i Rahîm ve Kerîm, hiç mümkün müdür ve hiç akıl kabul eder mi ki, o ziyafetgâhtaki zîşuur mahlûklarla konuşmasın ve onlara, o nimetlere mukàbil elçileri vasıtasıyla vazife-i teşekküriyeyi ve tezahür-ü rahmetine ve sevdirmesine karşı vazife-i ubudiyeti bildirmesin. Hâşâ, binler hâşâ!"

Yəni:

Həm rəhmətindəki gözəlliyi; və şəfqətindəki hüsnü; və tərbiyə ediciliyindəki mükəmməlliyi, şüur sahiblərinə göstərmək və onları şükrə və həmdə (tərifə) sövq etmək üçün, bu kainatı -ki:

~ elə bir ziyafətgah;

~ elə bir təşhirgah (sərgi salonu); və

~ elə bir seyrangah (seyr yeri)'dir ki-,

içində hədsiz sayda fərqli-fərqli, ləziz nemətlər və əntiqə və qeyri adi sənətlər düzülmüş bir tərzdə xəlq edən rəhmət və kərəm sahibi səntəkar olan Allah, heç mümkünmüdür və heç ağıl qəbul edərmi ki, o ziyafətgahdakı şüur sahibi məxluqlarla danışmasın; və onlara, o nemətlərə müqabil olaraq elçiləri vasitəsilə təşəkkür vəzifəsini və rəhmətinin təzahürünə və Özünü sevdirməsinə qarşı, qulluq vəzifələrini bildirməsin?!

Haşa, min dəfə haşa!

3. "Bir Sâni san'atını sever, beğendirmek ister, hattâ ağızların bin çeşit zevklerini nazara alması delâletiyle, takdir ve tahsinlerle karşılanmak arzu eder ve her bir san'atıyla kendini hem tanıttırmak, hem sevdirmek, hem bir çeşit mânevî cemâlini göstermek ister bir tarzda bu kâinatı antika san'atlarla süslendirdiği halde, kâinattaki zîhayatın kumandanları olan insanlara onların büyüklerinden bir kısmıyla konuşup elçi olarak göndermesin; güzel san'atları takdirsiz ve fevkalâde hüsn-ü esmâsı tahsinsiz ve tanıttırması ve sevdirmesi mukabelesiz kalsın? Hâşâ, yüz bin hâşâ!"

Yəni:

Bir Sənətkar,

~ Öz sənətini sevər,

~ Bəyəndirmək istər,

~ -hətta ağızların min cür zövqlərini nəzərə almasının buna (Allahın, Öz sənətini sevdiyinə və bunu bəyəndirmək istəməsinə) dəlalət etməsilə-, təqdir və təhsinlərlə (bunları gözəl görmələrlə) qarşılanmaq arzu edər; və

~ Hər bir sənətilə Özünü həm tanıtdırmaq, həm sevdirmək, həm bir növ mənəvi camalını göstərmək istər

bir tərzdə bu kainatı belə əntiqə sənətlərilə bəzədiyi halda, kainatdakı həyat sahiblərinin komandirləri olan insanlara, onların böyüklərindən bir qismilə danışıb elçi olaraq göndərməsin?!

~ Gözəl sənətləri, təqdir edilmədən; və

~ İsimlərindəki fövqə'l-adi gözəllik görülmədən; və

~ Özünü tanıtdırması və sevdirməsi, qarşılıq görmədən qalsın?! Haşa, yüz min dəfə haşa!

4. "Hem bütün zîhayatın ihtiyacat-ı fıtriyeleri için dualarına ve hâl diliyle edilen bütün ilticalara ve arzulara vakti vaktine, kast ve ihtiyar ve iradeyi gösterir bir tarzda hadsiz in'âmlarıyla ve nihayetsiz ihsanatıyla fiilen ve halen sarih bir surette konuşan bir Mütekellim-i Alîm, hiç mümkün müdür, hiç akıl kabul eder mi, en cüz'î bir zîhayat ile fiilen ve halen konuşsun ve tam derdine derman yetiştiren ihsanıyla derdini dinlesin ve ihtiyacını görsün ve bilsin; ve bütün kâinatın en müntehap neticesi ve arzın halifesi ve ekser mahlûkat-ı arziyenin kumandanları olan insanların mânevî reisleriyle görüşmesin? Onlarla, belki her zîhayatla fiilen ve halen konuştuğu gibi, onlarla kavlen ve kelâmen konuşmasın ve onlara fermanları ve suhuf ve kitapları göndermesin? Hâşâ, hadsiz hâşâ!"

Yəni:

~ Həm bütün həyat sahiblərinin fitri ehtiyacları üçün onların dualarına; və

~ Hal dililə edilən bütün ilticalarına (sığınmalarına) və arzularına

vaxtı-vaxtında, qəsd və ixtiyar və iradəsini göstərən bir tərzdə hədsiz nemətləndirməsilə və sonsuz ehsanları ilə fel və hal olaraq açıq bir surətdə danışan Alim və Mütəkəllim olan Allah,

heç mümkünmüdür, heç ağıl qəbul edərmi ki, ən cüzi bir həyat sahibi ilə fel və hal olaraq danışsın; və onun dərdinə ehsanı ilə tam dərman yetişdirsin; və ehtiyacını görsün və bilsin; və bütün kainatın ən seçkin nəticəsi və yerin xəlifəsi və yerin əksər məxluqatının komandirləri olan insanların mənəvi rəislərilə görüşməsin?! Onlarla (yəni peyğəmbərlərlə), hətta hər həyat sahibilə fel və hal olaraq danışdığı kimi;

~ Peyğəmbərlərilə söz və kəlam olaraq danışmasın və Onlara fərmanları və səhifə və kitabları göndərməsin?! Haşa və haşa!

"Demek, iman-ı billâh, kat'iyetiyle ve hadsiz hüccetleriyle ve bikütübihî ve rusülihî, yani peygamberlere ve mukaddes kitaplara imanı ispat eder."​

Demək, Allaha iman rüknü, öz qətiyyəti və hədsiz hüccətlərilə, peyğəmbər və kitablara iman rüknünü də isbat edir.

Mətni izah etmədən əvvəl, dua və onun qisimləri haqqında qısaca danışaq. Belə ki:

Dua kəliməsi, "çağırmaq, səslənmək, kömək tələb etmək" mənasındakı "də'vət" "də'və" kəlimələri kimi məsdər olub, "kiçikdən böyüyə, aşağıdan yuxarıya vaqe olan tələb və niyaz" mənasında isim olaraq istifadə edilir.

Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh), "Risale-i Nur" külliyyatında, duanı, aşağıdakı qisimlərə bölmüşdür:

a. İstedad (qabiliyyət) dililə edilən dua:

Bütün bitki və heyvanların, özlərinə görə bir istedadı, qabiliyyəti və potensialı vardır. Bu qabiliyyətlərin ortaya çıxması üçün etdikləri duaya, "istedad dililə edilən dua" deyilir.

Məsələn, bir alma çəyirdəyində, ağac olub meyvə vermə qabiliyyəti vardır. Bu qabiliyyətin ortaya çıxıb ağac olması üçün, o çəyirdək, istedad dililə, sanki belə deməkdədir:

"Ey Rəbbim! Mən, alma ağacı olub, budaqlar, yarpaqlar, çiçəklər və meyvələr verərək, Sənin bir çox ismini öz üzərimdə göstərmək istəyirəm."

Allah da, onun bu istedad dililə etmiş olduğu duasını qəbul edib ehtiyacı olan suyu, havanı, günəş və torpağı göndərib onu bir alma ağacına çevirir.

b. Fitri (yəni yaradılışdan gələn ehtiyac) dililə edilən dua:

Bütün canlıların, həyatlarının davamı üçün zəruri olan və öz gücləri ilə əldə edə bilmədikləri ehtiyaclarını uyğun vaxtda verməsi üçün Haqq Taalaya etdikləri dualardır.

Məsələn, bir arı, həyatının davamı üçün, çiçək, su və hava kimi şeylərə möhtacdır. Onun susama və acması kimi fitri ehtiyacları, bir dua hökmünə keçmişdir. Və bütün dualara cavab verən Allah da, onun bu ehtiyaclarını ən gözəl bir şəkildə qarşılamaqdadır.

c. İzdirar (çarəsizlik) dililə edilən dua

Çətində qalmış şəxslərin etmiş olduğu duadır. Buna, darda qalan heyvanların duası da, daxildir.

d. İnsanların etdiyi dualar.

Bunlar da, 2 qisimdir:

d.1. Hali və feli dualar

Bu dualar, insanın özünə düşən vəzifəni edərək çalışması və tədbir almasıdır. Nəticəni səbəblərdən deyil, Allahdan gözləməsidir.

Məsələn, necə ki, bir əsgərin general olması üçün çalışması, onun feli duasıdır. Onun, general olmaq üçün mərtəbələr keçməsi, ali baş komandan fellərilə general rütbəsi istəməsi deməkdir.

Elə də, bir əkinçinin tarlada məhsul əldə etmək üçün çalışması, fellərilə Allahdan məhsul istəməsi deməkdir. Çünki məhsulun hasil olması üçün 10 işdən 9-u, öz iqtidarı xaricindədir. O məhsul əldə etmə şərtlərindən sadəcə 1-ni yerinə yetirməklə, dünyanı döndürüb baharı gətirən Allahdan, sanki fellərilə bunu istəməkdədir.

d.2. Qəlb və dil ilə edilən dua

İnsanın əli çatmadığı və öz gücü ilə əldə edə bilmədiyi arzularını, Allahdan istəməsidir.

Məsələn, insanın qəlbində, daimi yaşamaq arzusu vardır. Bu arzusu üçün, Allaha yalvarır və deyir:

"Ey Rəbbim! Öldükdən sonra məni və sevdiklərimi təkrar dirild və bizə əbədi bir həyat ehsan et!"

Bu dua, insanın ən şiddətli duası və arzusudur.

Yuxarıda Allahın, ən kiçik həyat sahiblərinin belə dualarını qəbul etdiyi (yəni, cavab verdiyi) haqqında danışdıq. Elə isə, heç mümkünmüdür ki, ən çox qiymət verdiyi və sevdiyi məxluqu olan insanın bu duasını qəbul etməsin?!

Mətnin izahına qayıdaq:

Allahın fellərilə danışdığı haqqında yuxarıda bəhs etdik. Fellərilə yaratdıqlarına cavab verən Allah, kəlamı ilə niyə danışmasın?!

Demək ki, insanın maddi ehtiyaclarını verməklə felən danışan Allah; onların mənəvi ehtiyacları olan mənaları açıqlamaq üçün, kəlamı ilə danışacaqdır. Bu da, nübüvvət (peyğəmbərlik) müəssisəsini gərəkdirir.

5. "Hem hiç bir cihet-i imkânı var mı ve hiç akıl kabul eder mi ki, bütün masnuatıyla kendini tanıttırana ve sevdirene ve teşekküratı fiilen ve halen isteyene mukàbil, kâinatı velveleye veren hakikat-i Kur'âniye ile Zülcelâl o San'atkârı ekmel bir tarzda tanıyıp ve tanıttırıp ve sevip ve sevdirip ve teşekkür edip ve ettirip ve Sübhânallah, Elhamdü lillâh, Allahu ekber'lerle küre-i arzı semâvâta işittirecek derecede konuşturup ve kara ve denizleri cezbeye getirecek bir vaziyetle, bin üç yüz sene zarfında nev-i beşerin kemiyeten beşten birisini ve keyfiyeten ve insaniyeten yarısını arkasına alıp o Hâlıkın bütün tezahürat-ı rububiyetine geniş ve küllî bir ubudiyetle mukabele eden ve bütün makàsıd-ı İlâhiyesine karşı Kur'ân'ın sûreleriyle kâinata ve asırlara bağıran, ders veren, dellâllık eden ve nev-i insanın şerefini ve kıymetini ve vazifesini gösteren ve bin mu'cizatıyla tasdik edilen Muhammed aleyhissalâtü vesselâm, en müntehap mahlûku ve en mükemmel elçisi ve en büyük resûlü olmasın? Hâşâ ve kellâ, yüz bin defa hâşâ!"

Yəni:

Həm heç imkan cəhəti vardırmı və heç ağıl qəbul edərmi ki, bütün sənət əsərlərilə Özünü tanıtdırana; və sevdirənə; və təşəkkürləri fel və hal olaraq istəyənə müqabil,

~ kainatı vəlvələyə verən Quran həqiqətləri ilə, cəlal sahibi Sənətkarı ən mükəmməl bir tərzdə, tanıyan və tanıtdıran; sevən və sevdirən; təşəkkür edən və etdirən;

~ subhanallah, əlhəmdulilləh, Allah əkbər kəlimələrilə, yeri, göylərə eşitdirəcək bir şəkildə danışdıran;

~ qurunu və dənizləri cəzbəyə gətirəcək bir vəziyyətlə, 1300 il zərfində, insanlığın kəmiyyətən 1/5-ni; keyfiyyətən və insaniyyətən yarısını arxasına alıb o Xaliqin kainatdakı tərbiyyə ediciliyinin təzahürlərinə geniş və külli bir qulluqla qarşılıq verən;

~ Allahın bütün məqsədlərinə qarşı, Quranın surələrilə kainata və əsrlərə bağıran, dərs verən, dəllallıq edən (eşitdirən);

~ insanlığın şərəfini və qiymətini və vəzifəsini göstərən; və

~ min möcüzəsilə təsdiq edilən

Muhamməd (sallallahu aleyhi və səlləm), Onun ən seçkin məxluqu, ən mükəmməl elçisi, ən böyük rəsulu olmasın?! Haşa və kəlla, yüz min dəfə haşa!

"Demek, Eşhedû en lâ ilâhe illâllah hakikati, bütün hüccetleriyle ve eşhedû enne Muhammede'r-Resulullah hakikatini ispat eder."

Yəni:

Demək ki, tövhid həqiqəti, bütün hüccətlərilə, nübüvvət həqiqətini isbat edir.

----------------------------------------------------------------------------------------------------------------------------------

✓ Onuncu üslub:

Bəyanı möcüzə olan Quran, Allahın varlıq və birliyini isbat edərkən, bir çox əqli dəlil sərd etməkdədir. Bunlardan biri də, "ixtira dəlili"dir (haşiyə).

Bax bu ayətdə ifadə edilən "nitq və bəyan", ixtira dəlilinə dəlalət edir. İnsan, danışmaq nədir bilməzdi. Sonradan ona danışmaq nemətinin təlim edilməsi, Allahın varlıq və birliyini isbat edən dəlillərdəndir.

---------------------------------------

(Haşiyə:

İxtira dəlili:

Ustad Said Nursi (rahmətullahi aleyh), "Məsnəvi-i Nuriyyə" adlı əsərində (bax: "Nöqtə" risaləsi, s. 220), belə deyir:

"Tarîk-i Kur'ânî, iki nevidir:

...İkinci delil-i Kur'ânî: Delil-i ihtirâdır. Hülâsası:

Mahlûkatın her nevine, her ferdine ve o nev'e ve o ferde mürettep olan âsâr-ı mahsusasını müntiç ve istidad-ı kemâline münasip bir vücudun verilmesidir. Hiçbir nevi müteselsil-i ezelî değildir. İmkân bırakmaz. İnkılâb-ı hakikat olmaz. Mutavassıt nev'in silsilesi devam etmez. Tahavvül-ü esnaf, inkılâb-ı hakaikin gayrısıdır. Madde dedikleri şey, suret-i mütegayyire, hem harekât-ı mütehavvile-i hâdiseden tecerrüd etmediğinden, hudûsu muhakkaktır. Kuvvet ve suretler, a'râziyetleri cihetiyle, envâdaki mübâyenet-i cevheriyeyi teşkil edemez. A'râz, cevher olamaz.

Demek, envâının fasîleleri ve umum a'râzının havâss-ı mümeyyizeleri, bizzarure, adem-i sırftan muhteradırlar. Silsilede tenâsül, şerait-i âdiye-i itibariyedendir.

Feyâ acaba! Vâcibü'l-Vücudun lâzime-i zaruriye-i beyyinesi olan ezeliyeti zihinlerine sığıştıramayan, nasıl oluyor da, herbir cihetten ezeliyete münâfi olan maddenin ezeliyetini zihinlerine sığıştırabilirler?

Hem dest-i tasarruf-u kudrete karşı mukavemet edemeyen koca kâinat, nasıl oldu da küçücük ve nâzik zerratların (öyle dehşetli salâbet bulmuş ki) kudret-i ezeliyenin yed-i îdamına karşı dayanıyor?

Hem nasıl oluyor ki, kudret-i ezeliyenin hassası olan ibdâ ve icadı, hiçbir münasebet-i mâkule olmadan, en âciz ve en bîçâre esbaba isnad ediliyor?

İşte, Kur'ân-ı Kerim, şu delili, halk ve icaddan bahseden âyâtı ile, ezhanda tanzim ediyor. Müessir-i hakikî, yalnız Allah'tır. Tesir-i hakikî, esbabda yoktur. Esbab, izzet ve azamet-i kudretin perdesidir—tâ ki, aklın nazar-ı zahirîsinde, dest-i kudret, umur-u hasîse ile mübaşir görünmesin..."

-----------------------------------------------------------------------------------------------------------

Mətnin izahı:

"Tarîk-i Kur'ânî, iki nevidir. İkinci delil-i Kur'ânî: Delil-i ihtirâdır..."

Yəni:

Quran yolu, ikidir. Bunlardan ikincisi, "ixtira dəlili"dir.

İnsanı "kamillik ərşi"nə (yəni kamillikdə zirvəyə) yüksəldən Quran, 2 əsas üzərinə gedir. Bunlardan ikincisi- İxtira dəlilidir.

İxtira: "icad etmək, modelsiz, heç bir şeyi təqlid etmədən, ilk dəfə yaratmaq" deməkdir. Yəni, günəş, bir başqa günəşdən; dəniz, bir başqa dənizdən; və insan, bir başqa insandan təqlid edilərək yaradılmış deyildir. Hamısı, ilk dəfə və ən mükəmməl şəklilə icad edilmişlərdir.

"Hülâsası: Mahlûkatın her nevine, her ferdine ve o nev'e ve o ferde mürettep olan âsâr-ı mahsusasını müntiç ve istidad-ı kemâline münasip bir vücudun verilmesidir..."

Xülasəsi budur ki:

~ Məxluqatın hər növ və hər fərdinə; və

~ o növ və fərdə düzülmüş olan xüsusi əsərləri nəticə verəcək və kamilləşmə qabiliyyətinə

münasib bir vücudun verilməsidir.

Məxluqatın hər növünə və hər fərdinə elə bir vücud verilmişdir ki, onun yaradılış qayəsinə ən gözəl şəkildə xidmət etsin; və o şey, öz istedadına uyğun bir kamilliyə çata bilsin.

"Xüsusi əsərlər" isə: "hər varlığın ortaya qoyduğu nəticələr"ə deyilir. O varlığa ehsan edilən vücud, bu nəticələri verəcək şəkildə planlanmış və yaradılmışdır. Hər varlıq, bu həqiqəti elan etməkdədir. Məsələn, biz, ən yaxın olan öz varlığımıza baxaq:

İnsanın gözü, bu aləmdəki əşyanı görmək üçün, lazımi bütün özəlliklərlə təchiz edildiyi kimi; dili, bütün dadları təftiş edə biləcək; ağlı, bu əşyadakı möcüzə sənətləri incələyib heyran olacaq bir qabiliyyətdə yaradılmışdır. Qəlbi, imana, məhəbbətə, şəfqətə, heyrətə ən uyğun şəkildədir. Əli, dua etməyə; alnı, səcdəyə qapanmağa münasibdir.

Yerin xəlifəsi olan insana, yaradılış qayəsinə ən uyğun bir vücud verilməsi həqiqəti, onun əmrinə verilən, istifadə və təfəkkürünə ərz edilən bütün canlı növləri üçün də, caridir. Məsələn:

~ qoyun, süd verməyə;

~ at, yük daşımağa;

~ arı, bal düzəltməyə

ən uyğun bir vücuda sahibdir.

~ Şir, nə üçün yaradılmışdırsa, bədəni də ona uyğun şəkildədir.

~ Balıq, üzməyə;

~ Quş isə, uçmağa ən uyğun bir yaradılışa sahibdir.

Bax bütün bu xüsusiyyətlər, hər növün bütün fərdlərinə, sonsuz bir elm və hikmətlə, yenə sonsuz bir rəhmət və inayətlə verilmişlərdir.

Belə mükəmməl yaradılış, nə bu məxluqların öz hünərləridir; nə də içində yaşadıqları təbiət şərtlərinin bir əsəridir. Çünki eyni təbiətdən, eyni kainatdan, bir-birindən mahiyyətcə fərqli milyonlarla növ heyvan və bitkinin yaradılması göstərir ki, bunlar, təbii olaraq deyil, Allahın iradə və yaratması ilə bu mükəmməl hallarına qovuşmuşlardır.

Torpaq və su, müstəqil varlıqlardır. Bunlardan bir çiçəyin meydana gəlməsi, bu şeyin həqiqətinin başqa bir şeyə inqilab etməsi deyildir. Yəni, torpağın və suyun həqiqətləri dəyişərək, çiçəyə inqilab etmiş deyildir. Bunlar, öz həqiqətlərini yenə qorumaqla birlikdə, Allah onlara, çiçəyin yaradılmasında vəzifə vermişdir. Necə ki, çiçək solub quruduğunda və torpağa inqilab etdiyində, bu 2 ünsürün həqiqətləri, yenə davam edir.

"Risale-i Nur" külliyyatında izah edildiyi kimi, Allahın, həm "ibda", həm də "inşa" surətində yaratması vardır.

~ Ruhumuzun yaradılması, "ibda" ilədir, yəni, yoxdan yaradılmışdır.

~ Bədənimizin yaradılması isə, "inşa" yolu ilədir. Bir çox elementlər, bu bədəndə vəzifə almış və təhəvvül edərək (dəyişərək), yeni bir şey olmuşlardır. Necə ki, bədən dağıldığında, yenə hər element, öz mahiyyətilə varlığını davam etdirir.

Ancaq ruhda, təhəvvül düşünülə bilməz. Ruh, bir başqa ruhun dəyişməsilə meydana gəlmiş deyildir. Bir-başa yaradılmışdır. Bədənlər, ruhların evləridir. Ruhların həqiqəti dəyişmədiyinə görə, fərqli bədənlər, bir-birindən yaradılmış ola bilməzlər. Hər bədən, onda vəzifə görəcək ruha xidmət etmək üzərə, müstəqil olaraq yaradılmışdır.

"Hiçbir nevi müteselsil-i ezelî değildir..."

"Təsəlsül": "bu gündən keçmiş zamana, silsilə halında uzanmaq" deməkdir. Bir insan, ana və atasından dünyaya gəldiyi kimi; onlar da, öz ata və analarından dünyaya gəlmişxdirlər. Bu hal, ilk insana qədər uzanır və orda da dayanır. Bir ilk insanın var olması göstərir ki, insan növü, əzəli deyildir, Allahın yaratması ilə, sonradan var olmuşdur. Digər insanlar, o ilk insan və onun zövcəsindən çoxalmışlardır.

"İmkân bırakmaz.” ifadəsilə də, bunun isbatı verilmiş olur. Hər növ canlının varlığı, mümkündür, imkan dairəsindədir. İmkan, "varlıq meydanına çıxma və ya yoxluqda qalma tərəfləri bərabər olan" deməkdir. Mümkin varlıqlar, ancaq vacib olan (varlığı bir başqasının varlığına bağlı olmayan, varlığı Öz zatından olan) Allahın iradəsilə, yoxluqda qalmaqdan qurtulub, varlıq dairəsinə çıxmışlardır.

O halda, mümkin olan şey, əzəli ola bilməz.

"İnkılâb-ı hakikat olmaz.”

Həqiqət, dəyişməz. Dəyişən, həqiqət deyil, surətlərdir.

"Risale-i Nur" külliyyatında, əşyanın həqiqətinin, Allahın isimlərinə bağlı olduğu zikr edilir. İsimlər isə, sabitdirlər, dəyişməzlər; dəyişən, o isimlərin təcəlliləridir. Məsələn, Allah, "ər-Rəzzaq"dır. Bu ruzi vericilik həqiqəti, dəyişməz, bir başqa həqiqətə inqilab etməz. Yəni, bu isim, başqa bir ismə çevrilməz.

Hər canlı növündə təcəlli edən isim, digərindən fərqlidir. Bu isimlər bir-birinə çevrilmədikləri kimi; təcəllilər də, bir-birinə çevrilməzlər. Hər biri, öz həqiqətilə, varlığını nəsildən-nəslə davam etdirir.

“Mutavassıt nev’in silsilesi, devam etmez.”

Ara keçid növü, yəni 2 ayrı növdən doğan şeyin silsiləsi, davam etməz.

Bunun ən gözəl misalı, qatırlardır. At, ayrı bir növ; eşşək, ayrı bir növdür. Onlardan meydana gələn qatırın isə, nəsli yoxdur. Bir dəfə meydana gəlir və daha çoxalmır.

Demək ki, hər növ, müstəqil olaraq yaradılmışdır. Bir növ, başqa bir növdən meydana gəlməmişdir. Gəlsə idi, bu yeni növün də nəslinin davam etməsi lazım gələrdi.

“Tahavvül-ü esnâf, inkılâb-ı hakaikin gayrısıdır.”

Siniflərin dəyişməsi, həqiqətlərin ziddinə çevrilməsindən başqadır.

Sinif dəyişikliyi, bir həqiqətin fərqli siniflərdəki dəyişməsi olaraq düşünülə bilər. Məsələn, bir almadan aşılama yolu ilə fərqli cins almaların əldə edilməsi, həqiqətlərin ziddinə çevrilməsi deyildir. Bütün o cinslərin həqiqəti, yenə eynidir. Eynilə bunun kimi, insanların fərqli irqləri də, insanın həqiqətinin dəyişməsi olaraq görülə bilməz, çünki, hamısının mahiyyəti, həqiqəti, insandır.

"Madde dedikleri şey, suret-i mütegayyire, hem harekât-ı mütehavvile-i hâdiseden tecerrüd etmediğinden, hudûsu muhakkaktır."

Maddə dedikləri şey:

~ dəyişən surətlərdən;

~ həm sonradan var olan dəyişən hərəkətlərdən

təcərrüd edə, sıyrıla bilmədiyindən dolayı, maddənin hudusu (haadis olması, yəni, sonradan yaradılmış olması), şübhəsizdir.

Bu cümlədə, maddənin əzəli ola bilməyəcəyinin isbatı verilməkdədir. Ustad Nursi, burda, maddədəki 2 mühim dəyişikliyə diqqət çəkir:

1. Surətinin dəyişməsi;

2. Hərəkətinin dəyişməsi.

Maddə, bir şəkildən başqa bir şəklə girdiyində; yaxud bir məkandan başqa bir məkana keçdiyində, bu dəyişikliklərin hudusu, yəni sonradan meydana gəlmiş olması, maddənin də hudusunu göstərir. Əzəli olanda isə, dəyişiklik düşünülə bilməz.

Məxluqatın özləri haadis olduqları kimi; sifətləri, xüsusiyyətləri, hərəkət və sükunları da, hadisdir, sonradan olmuşlardır. Əzəli olan Allahın zatı da, əzəlidir, sifətləri də. Maddənin sifətlərindəki bu dəyişikliklər, isbat edir ki, maddə, məxluqdur, hadisdir, əzəli ola bilməz.

Dəyişmək, yeni sifət qazanmaq deməkdir. Qazanılan bu yeni sifət hadis olunca, maddənin özü də hadis olmuş olur, sonradan olan isə, əzəli ola bilməz.

Məsələn, müasir üsullarla meyvə və tərəvəz üzərində, dəyişikliklər edilir. Ancaq bu dəyişiklik, meyvə-tərəvəzin mahiyyətini dəyişmir. Tam əksinə, meyvənin mahiyyətində olan hər hansı bir fərqliliyin meydana çıxmasına səbəb olur.

Dolayısı ilə, cinslərdə meydana gələn bu cür dəyişikliklər, təkamül nəzəriyyəsinə dəlil göstərilə bilməz. Çünki bu nəzəriyyədə iddia olunan şey, həqiqətlərin ziddinə çevrilməsidir. Mahiyyətin, tam dəyişməsidir. Balığın meymuna çevrilməsi kimi. Belə bir dəyişiklik isə, kainatda mümkün olmadığı kimi, vaqe də deyildir.

Mütləq kamil olan bir şeydə isə, dəyişiklik və hərəkət ola bilməz. Dəyişmə və hərəkət, ancaq əskik və qüsurlu və hadis, yəni sonradan meydana çıxan şeylərdə baş verir. Çünki sonsuz kamalda olan bir Zatın, çıxacağı və ya çatacağı bir kamal mərtəbə yoxdur ki, ona doğru hərəkət edib, dəyişərək təkamül etsin. Bu səbəblə, Allah, mütləq kamalda olduğu üçün, Onun zat və sifətlərində, bir dəyişiklik olmaz. Ancaq sonradan meydana çıxmış və mütləq kamalda olmayan şeylərdə, daha üst bir mərtəbə və kamal nöqtə olacağı üçün, mütəmadi bir dəyişmə və hərəkət mövcud olur.

Demək, hərəkət və dəyişmə, bir şeyin üstündə, o şeyin sonradan və heçdən yaradıldığına dair bir əlamət və nişanədir.

"Kuvvet ve suretler, a'râziyetleri cihetiyle, envâdaki mübâyenet-i cevheriyeyi teşkil edemez. A'râz, cevher olamaz."

Qüvvə və surətlər, araz olmaları cəhətilə, növlərdəki cövhəri (cövhərə aid) fərqlilikləri təşkil edə bilməzlər. Araz, cövhər ola bilməz.

Maddənin 2 təməl rüknü vardır:

1. Cövhər;

2. Araz

~ Cövhər: "bir şeyin özü, əsası" deməkdir.

~ Araz isə: "Sonradan olan, zati olmayan" deməkdir.

Qüvvə və surətlər, bir varlığa sonradan verildikləri və bunlarda dəyişmə ola bildiyi üçün, bunlar, əşyanın əsası və təməli ola bilməzlər.

Əşyanın əsası, cövhər dediyimiz özdür və əşyanın həqiqətini, o öz ifadə edir. Bu özdə, dəyişmə olmur. Növləri bir-birindən ayıran da, bu özlərdir, bu genetikadır və bunlar, yoxdan yaradılmışlardır.

Araz, cövhər ilə qaim olan (ayaqda duran, var olan), özü ilə qaim olmayan hal və keyfiyyətlərdir. Ruh, cövhərdir; araz isə, onun sifətidir. İnsanın bədəni, ruh ilə qaimdir. Araz, heç bir zaman, cövhərin yerini tuta bilməz. Arazlar, cövhərlər üstündə var olurlar. Fundament ilə bina kimi.

İnsanın, bir cövhər, bir də araz cəhəti olduğu kimi; növlərin də, cövhər və arazları vardır. Məsələn, bitkilər, bir növdür. Bu növdə baş verən qanun və surətlər isə, arazdır. Bitkilərin ümumi mənasını təmsil edən isə, onun cövhəri, yəni bir növ ruhudur. Bu səbəbdən, təbiətçilərin iddia etdiyi kimi, kainatda baş verən şeylər, qanunların və səbəblərin əsəri deyildir.

Araz, əşyadakı yaş-quru, sərt-yumşaq, qalın-incə, ağ-qara kimi dəyişən və sabit olmayan bütün vəsflərdir.

Qüvvə və surətlər də, araz sinfindən olunca, hər hansı bir növ və cövhəri təşkil etməsi, imkansızdır.

Ustad Nursi'nin burda ifadə etmək istədiyi xüsus, cövhər və arazların, yaratma və ixtira kimi sifətlərdən məhrum olduğudur.

Qüvvə, Allahın iradə sifətindən gələn və əşyanı tənzim edən qanunlardır. Suyun qaldırma qüvvəsi, yerin cazibə qüvvəsi kimi. Bu qüvvələr, cövhərlə qaim olduğu üçün, öz başlarına varlığı olmayan arazlar və keyfiyyətlərdir. Məsələn, su olmasa, suyun qaldırma qüvvəsi də olmaz.

Surətlər isə, cövhərin varlığı ilə davam edən şəkillərdir. Dəyişgən və qərarsızdırlar. Məsələn, almanın surəti, araz deyil cövhər olsa idi, əsla dəyişməyə və başqalaşmağa məruz qalmazdı.

Bir şeyin həm əzəli, həm də hadis olması; ya da özü əzəli ikən sifətlərinin hadis olması, əqlən mümkün olmayacağı üçün, cövhər və onun üzərinə qurulan arazlar, cövhərin də sonradan meydana çıxarıldığını, yəni hadis olduğunu, qəti bir şəkildə isbat edir. Yəni, cövhərin hudusu (hadis olması), arazların hadis olması ilə sabitdir.

"Demek, envâının fasîleleri ve umum a'râzının havâss-ı mümeyyizeleri, bizzarure adem-i sırftan muhteradırlar..."

Demək, növlərinin fəsilələri (quruluşca oxşar, mənşəcə bir-birinə yaxın bir neçə heyvan və ya bitki cinsinin əmələ gətirdiyi qrupları) və ümum arazının ayırıcı xüsusiyyətləri, zəruri olaraq, sırf yoxdan yaradılmışlardır.

Burda, növlərin fərqli olmaları, genetik şifrələrin fərqliliyilə izah edilir. Genlər, mövcuddurlar, ancaq şifrələr və onlardakı düzülüşlərin təqdir edilməsi, tamamilə İlahi iradə ilədir. O düzülüş, bir səbəbə bağlana bilməz, yəni genlərin düzülüş planı, mövcud bir varlıq deyildir. Bu, bədənlər üçündür. Bilindiyi kimi, bədənlər, ruhların evləri hökmündədirlər.

Bir növü digərindən ayıran əsl səbəb, ruhlarının fərqli olmasıdır. Bu fərqlilik üçün maddi bir səbəb göstərmək, mümkün deyildir. Hər növün ruhu və fərqli xüsusiyyətləri, səbəbsiz olaraq, İlahi təqdir və iradə ilə yaradılmışdır. Bu hökm, bir növün fərdləri arasındakı fərqlilik üçün də caridir.

Bir insanı digər insanlardan fərqli qılan, yəni birinə İbrahim, digərinə Yusif dedirən səbəb, onları təşkil edən maddə və atomlar deyildir. O atomlarla toxunan 2 simadan birini digərindən fərqli qılan surətlər, yoxdan yaradılmışlardır.

Yəni, o surətlər, daha əvvəlki insanlarda olmadıqları kimi, başqa məxluqlarda da yox idi. Hər 2 surət də, yenidən və yoxdan var edildilər. Dolayısı ilə, bir şeyi digərindən fərqli qılan "havass-ı mümeyyizeler/ayırıcı xüsusiyyətlər", bir şeydən və ya bir şeylərdən deyil, doğrudan İlahi iradə ilə yaradılmaqdadır.

"Silsilede tenâsül, şerait-i âdiye-i îtibariyedendir.”

Silsilədəki törəmə, çoxalma, etibari adi şərtlərdəndir.

Hər ruh, bütün xüsusiyyətlərilə, Allahın elmində təqdir edilmiş, sonra bu ruhlara bədən geyindirilmişdir. Bədənlərdən, tənasül (çoxalma) qanunu ilə yeni bədənlər yaradılmaqda və beləcə, o canlının nəsli davam etməkdədir. Mühim olan, hər növün ilk fərdinin yoxdan yaradılmış olmasıdır. Daha sonra gələnlərə izafə etdiyimiz ata, baba, nəvə, oğul kimi məfhumlar, etibaridirlər və bunların hamısı, bədənlərlə bağlıdır. Yəni, bir bədən, bir əvvəlki bədəndən tənasül qanunu ilə yaradıldığında, əvvəlkinə ata, ana, sonrakına uşaq deyirik. Bu etibari məfhumların, ruhlarla münasibəti yoxdur, yəni, oğulun ruhu, atanın ruhundan gəlmiş deyildir.

Dolayısı ilə, bu etibari məfhumlar da, cövhər ola bilməzlər.

"Feyâ acaba! Vâcibü'l-Vücudun lâzime-i zaruriye-i beyyinesi olan ezeliyeti zihinlerine sığıştıramayan, nasıl oluyor da, herbir cihetten ezeliyete münâfi olan maddenin ezeliyetini zihinlerine sığıştırabilirler?"

Heyrət vericidir! Varlığı zəruri olan Allahın, açıq zəruri lazımı olan əzəliyyəti zehnlərinə sığışdıra bilməyənlər, necə olur ki, hər bir cəhətdən əzəliyyətə zidd olan maddənin əzəliyyətini zehnlərinə sığışdıra bilirlər?!

Allah, Vacibu'l-Vücud'dur, varlığı Zatındandır, əzəlidir, əbədidir. Onun yaratması ilə varlıq sahəsinə çıxan hər şey, hadisdir və fanidir, əzəli ola bilməz. Həqiqət bu ikən, Allahın əzəliyyətini ağıllarına sığışdıra bilməyənlər, necə olur ki, Onun yaratdığı varlıqlara və onların təməli olan maddəyə əzəliyyət verə bilirlər?! Halbuki, maddi varlıqların sonradan olmaları və vəzifələrinin sonlanması ilə varlıq sahələrindən silinmələri göstərir ki, onların düzəldikləri maddə də, o varlıqlar kimi sonradan olmuşdur, əzəli deyildir.

Yarpaqların və meyvələrin sonradan çıxmaları, ağacın da sonradan yaradıldığını göstərdiyi kimi; maddi varlıqların yaradılmaları və ölmələri də, maddənin məxluq və fane olduğunu açıqca elan edirlər.

"Hem dest-i tasarruf-u kudrete karşı mukavemet edemeyen koca kâinat, nasıl oldu da küçücük ve nâzik zerratların (öyle dehşetli salâbet bulmuş ki) Kudret-i Ezeliyenin yed-i îdamına karşı dayanıyor?”

Həm böyük kainat, Allah'ın hər şeyi istədiyi kimi istifadə edən və idarə edən qüdrəti əlinə qarşı müqavimət göstərə bilmədiyi halda, necə oldu ki, qüdrətin hər şeyi yox edə bilən əlinə qarşı kiçik və nazik zərrələr dayana bildi?!

Hər məxluqun var olması və varlığını davam etdirməsi, İlahi iradə və qüdrətlədir. Allah, nəyi, nə vaxt, nə mahiyyətdə, nə surətdə və nə böyüklükdə yaratmağı diləmişdirsə, elə də yaratmış və bu iradəyə heç bir məxluq qarşı qoya bilməmişdir. Dilədiyini canlı, dilədiyini cansız yaratmış; dilədiyini yer üzünə xəlifə qılmış, dilədiyini o xəlifənin əmrinə vermişdir. Bütün maddə aləmi, İlahi qüdrətin məhkumu olaraq əmr dairəsində vəzifəsini yerinə yetirərkən, bu varlıqların təməl əsası olan atomlar, necə olur ki, Allahın təsərrüfündən xaric qala bilirlər?! Onun yaratması ilə var olduqları halda, Onun yox etməsinə qarşı necə dayana bilirlər?!

“Hem nasıl oluyor ki, Kudret-i Ezeliyenin hassası olan ibda’ ve îcadı, hiçbir münâsebet-i mâkule olmadan en âciz ve en bîçâre esbaba isnad ediliyor?”

Həm necə olur ki, əzəli Qüdrətin xüsusiyyəti olan ibda və icad, heç bir əqli münasibət olmadan, ən aciz və ən çarəsiz səbəblərə isnad edilir?!

Yoxdan yaratmaq və icad etmək, ancaq əzəli qüdrətin xüsusiyyətidir, yəni, o qüdrətə məxsusdur. Əşyanın meydana gəlməsində vəzifə görən bütün səbəblər, məxluqdurlar, özləri kimi qüvvətləri də məhduddur. Hamısı aciz, hamısı çarəsizdirlər. Məsələn, torpaq da, su da, günəş də, bir çiçəyi yaratmaqdan acizdirlər. Öz varlıqlarından belə xəbərdar olmayan, çiçəyi tanımayan, ayrıca onu yaratmağa tək başlarına güc çatdıra bilməyəcəkləri üçün, bir-birilərindən kömək almağa möhtac olan bu iradəsiz və qüdrətsiz varlıqların bir çiçəyi yaratmaları, mümkün deyildir. Bütün səbəblər, bu şəkildə düşünüldüyündə, ibda və icadın, ancaq qüdrəti sonsuz, iradəsi mütləq, elmi hər şeyi əhatə edən Allaha məxsus olduğu dərhal başa düşülür.

“İşte Kur’ân-ı Kerîm, şu delili, halk ve îcaddan bahseden âyâtı ile ezhanda tanzim ediyor. Müessir-i hakikî yalnız Allah’tır. Tesir-i hakikî esbabda yoktur.”

Bax Quran-i Kərim, bu ixtira dəlilini, xəlq və icaddan bəhs edən ayətləri ilə zehnlərdə tənzim edir. Həqiqi təsir sahibi, yalnız Allahdır. Səbəblərdə, həqiqi təsir yoxdur.

----------------------------------------------------------------------------------------------------

✓ On birinci üslub:

Quranın digər bir təfsir üslubu da budur ki, Quran, bəzən, Rəbbimizin külli dairələrdəki təsərrüfatını zikr edir. Sonra o külli dairələrdəki kəsrət içində ağlı boğmamaq üçün, dərhal ardından cüziyyatdan və sonra da cüziyyatın cüzi əhvalından bəhs açır. Çünki Allahın isim və sifətlərindəki gözəllik və mükəmməlliklər, o cüziyyatın cüzi əhvalında təmərküz edir, toplanır.

Bax Quran, "İnsanı yaratdı." ayətilə, külli bir dairə olan "insanın yaradılması"ndan bəhs edərkən, daha sonra gələn "Bəyanı öyrətdi." ayətilə də, dərhal nəzərləri insanın "nitq və bəyanı"na çevirir. Beləcə, külli dairədəki əhvaldan (insanın bütün fellərindən), cüzi dairədəki əhvala (nitq və bəyana) intiqal etdirir (keçirir). Ta ki, o külli dairədə təfəkkür edərkən, ağıl boğulmasın.

-------------------------------------------------------------------------------------------------

✓ On ikinci üslub:

Quranın üslubundandır ki, bir əsəri nəzərə verir. O əsərdə bütün əsərləri isbat edir.

Bax, "Bəyanı təlim etdi." ayətində, "bəyan", bir əsərdir. O əsər içində, bütün əsərlərin isbatı vardır. Çünki bir əsər kimindirsə, bütün əsərlər də onundur. Hər bir əsər, bütün əsərləri, öz müəssirinin (təsir sahibinin) əsərləri olduğunu göstərir. Çünki insanın danışması, hava ünsürünə bağlıdır (yəni, hava olmasa, insan danışa bilməz). Hava ünsürü Kimindirsə, havanın bərabər çalışdığı digər ünsürlər də, Onundur. Eynilə, o ünsürlərin cərəyan etdiyi və çalışdığı kürə və səma aləmi də, Onundur.

Elə isə, bir insanın danışığına sahib çıxa bilmək üçün, bütün danışıqlara (haşiyə) və o danışıqların var ola bilmələri üçün gərəkli olan səbəblərə, səmalara və yerə, dolayısı ilə, bütün kainata sahib çıxmaq lazımdır.

Demək, kainat, Kimindirsə, insanın danışması da, Onundur. Kainatda, şirkə yer yoxdur.

------------------------------

(Haşiyə:

Burda, kafirlərin etiraz etdikləri Quranda yer alan bəzi ayətlərə də toxunmaq istəyirik. Quranda, Süleyman (əleyhissəlam)'ın Hüdhüd quşu ilə, qarışqa ilə; Musa (əleyhissəlam)'ın ağac ilə danışmasına yer verilmişdir. Mülhidlərin buraxdıqları şübhə budur ki, bir heyvan və ya bir ağac, necə danışa bilər?

Dəyərli oxuyucu, biz, yuxarıda, insana bəyanı öyrədənin Allah azzə və cəllə olduğunu isbat etdik. Allah, cansız bir nütfəyə (yəni insana) danışıq qabiliyyəti verə bildiyi halda, heyvanlara və ya ağaclara da möcüzə olsun deyə müvəqqəti, anlıq bir danışıq qabiliyyəti verməsi, niyə ağıldan uzaq görülməlidir?! Zatən bu danışıq felimizdə təsərrüf edən, bizdən başqasıdır. Elə isə, başqa bir cansız varlığın bu danışıq feli də, Ona məxsus olacaqdır. Dolayısı ilə, bu məsələ, ağıldan uzaq görülməməlidir.

İkincisi də, ayətdə, o kəlamın keyfiyyəti haqqında danışılmamışdır. Yəni, bu söhbət, hərf və səslərdən meydana gələn bir kəlam idimi, yoxsa hal ilə bir danışıq idimi, ondan, ayətdə bəhs açılmamışdır. Ağacın və ya bir heyvanın qarşısında, Süleymanın və Musanın hər hansı bir mənanı başa düşməsi də, yəni onlarda bu biliyin (Allahın bildirmək istədiyi xüsusun) hasil olması da, bir növ danışıqdır. Yəni, onlarda bu mənanı yaradan, yenə Allahdır. Buna, imamımız əbu Həmid əl-Ğazzali'nin verdiyi bu misalı zikr edək. Belə ki, O, "İhya'u-Ulumi'd-din" əsərində deyir:

"...Bir atanın, hələ doğulmamış uşağı ilə bağlı olaraq, doğulub böyüdüyündə, özünə təhsil verdirəcəyini düşünməsini, belə bir arzu daşımasını, uşaq da doğulub, təhsil yaşına çatdığında, Allahın, atanın qəlbindəkilərə uyğun düşən bir elmi/biliyi/məlumatı, özündə (uşaqda) yaradıb, atası ilə qaim olan və özünün (uşağın) yetişməsinə/çatmasına doğru davam edən bu istəklə məmur qılınacağını əqlə uyğun görən kimsə, Allahın (ağacdan ifadə etdiyi):

إِنِّىٓ أَنَا۠ رَبُّكَ فَٱخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى

"Həqiqətən, Mən, sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən, müqəddəs Tuva vadisindəsən!" (Taha/12)

sözlərinin dəlalət etdiyi istəyinin də, Allahın zatı ilə qaim olub, Musa peyğəmbərin yaradılmasından sonra bu istəyi başa düşə biləcək bir biliyin özündə yaradıldığını, bu əmrə muxatab olub Allahın qədim olan kəlamını dinlədiyini də, əqlə uyğun görməlidir..."

3. Daha çətin olan bəyanı öyrədə bilən Allah, digər varlıqların daha aşağı olan kəlamlarını da yarada bilər.

-------------------------------------

✓ On üçüncü üslub:

Qurandakı bütün təmsillər və misallar, külli bir qanun bir masadaqı, bir fərdi, bir cüzü, bir ucu hökmündədir. O qanuna uyğun bütün fərdlər, o külli qanunun içərisinə daxil olur.

Bax, "Ona bəyanı öyrətdi." ayətində keçən "təlim" felində, külli bir qanunun ucu görünür. O cüzi bəyan feli, külli bir qanunun bir masadaqı, bir fərdi, bir cüzü, bir ucu hökmündədir. O halda, insana nitqi təlim edən Kimdirsə, Adəm (əleyhissəlam)'dan qiyamətə qədər bütün insanlara elm və fənləri təlim edən, bütün mövcudata möhtac olduqları şeyləri öyrədən də, Odur. Çünki, təlim qanunu, birdir.

------------------------------

Ayətdə yer alan incə bir məna:

Bu surədə, insanın yaradılışından bəhs edilərkən, "فطر/fətara/yaratdı" feli yerində, "خلق/xaləqa/yaratdı" feli zikr edildi. "Xaləqa" feli isə, insanın bir maddədən tədrici olaraq inşa edildiyini ifadə edir.

"Xaləqa" kəliməsi, insanın yaradılışındakı tədriciliyə baxdığı kimi; Quranın və bəyanın (nitqin) təlimini ifadə edən "alləmə/öyrətdi" feli də, tədricilik ifadə edir. Belə ki:

~ Rahmən surəsi 2-ci ayətdəki "Alləmə/öyrətdi" feli, vəhyin tədriciliyini, yəni, bir anda toplu olaraq nazil olmayıb, 23 il zərfində parça-parça nazil olduğunu ifadə edir;

~ Rahmən surəsi 4-cü ayətdə yer alan "Alləmə/öyrətdi" feli isə, nitq və bəyanın bir anda olmayıb, yavaş-yavaş öyrənildiyinə və elmin, zamanla təhsil edildiyinə işarət etməkdədir.

Çünki, təlim kəliməsi, təfil vəznindədir. Təfil vəzni isə, ərəb dili qrammatikasında, təkrar ifadə edir. Təkrar isə, tədriciliyi (yəni, yavaş-yavaş öyrətməyi) ifadə edir.

Dəyərli oxuyucu, diqqət et və insafla bax:

Ömrü çətinliklərlə keçmiş, min cür bəla və müsibətlərlə qarşılaşmış bir İnsanın (sallallahu aleyhi və səlləm)'ın, bu qədər incəliyi düşünə biləcəyi, ağıl daxilindədirmi?! Əlbəttə ki, deyildir.

Demək ki, Quran, bir bəşər düzməcəsi deyildir. Onu danışan, kəlam sifətilə məvsuf olan Allah subhənəhu və taala'dır.

lmayıb, yavaş-yavaş öyrənildiyinə və elmin, zamanla təhsil edildiyinə işarət etməkdədir.

Çünki, təlim kəliməsi, təfil vəznindədir. Təfil vəzni isə, ərəb dili qrammatikasında, təkrar ifadə edir. Təkrar isə, tədriciliyi (yəni, yavaş-yavaş öyrətməyi) ifadə edir.

Dəyərli oxuyucu, diqqət et və insafla bax:

Ömrü çətinliklərlə keçmiş, min cür bəla və müsibətlərlə qarşılaşmış bir İnsanın (sallallahu aleyhi və səlləm)'ın, bu qədər incəliyi düşünə biləcəyi, ağıl daxilindədirmi?! Əlbəttə ki, deyildir.

Demək ki, Quran, bir bəşər düzməcəsi deyildir. Onu danışan, kəlam sifətilə məvsuf olan Allah subhənəhu və taala'dır.

 

Read 75 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR