Rəhman və Rəhim eyni mənalıdırmı?
Əşya, 4 qisimdir:
1. Həm faydalı, həm zəruri olan;
2. Faydalı olub zəruri olmayan;
3. Zəruri olub faydalı olmayan;
4. Nə faydalı, nə də zəruri olan.
----------------------------------------
• Birinci qisim: Həm faydalı, həm də zəruri olan qisimdir.
Bu,
~ ya sadəcə bu dünyada belə olur. Məsələn, nəfəs kimi. Çünki, bu nəfəs bir an kəsilərsə, ölüm gerçəkləşər;
~ yaxud da, axirətə dair olar ki, bu da, mərifətullah (Allahı tanımaq)'dır. Çünki, mərifətullah bir an qəlbdən çıxsa, qəlb, ölər və əbədi əzaba haqq qazanmış olar.
• İkinci qisim: Faydalı olub zəruri olmayan qisimdir. Bu, dünya xüsusundakı mal; axirət xüsusunda da digər bilik və elmlər kimidir.
• Üçüncü qisim: Zəruri olub faydalı olmayan qisimdir. Bu, dünya xüsusunda, labüd (özündən qaçıla bilməyən) zərərlərdir. Məsələn, xəstəliklər, ölüm, kasıblıq və qocalıq kimi. Axirət xüsusunda, bu qismin bir naziri (bənzəri) yoxdur. Çünki, axirətin faydalarına müqabil olaraq, zərərləri yoxdur.
• Dördüncü qisim: Nə faydalı, nə də zəruri olan qisim. Bu, dünya xüsusunda, kasıblıq; axirət xüsusunda da, əzab kimidir.
Sən, bu xüsusu yaxşıca fəhm etdiyin vaxt, biz, deyirik ki:
Nəfəs, dünya xüsusunda, faydalı və zəruri olduğundan, insandan bir an kəsilsə, insanın o anda öləcəyindən bəhs etmişdik. Mərifətullah da, axirət xüsusunda zəruri olan bir işdir. Əgər o, qəlbdən bir an ayrılsa, qəlb, qətiliklə ölər. Ancaq, bədənin ölümü, qəlbin ölümündən daha asandır. Çünki, birinci ölümdə, sadəcə bir saat ağrı olur. Ancaq ikinci ölümdə, ağrılar, əbədiyyən davam edər. Eyni şəkildə, tənəffüsdə də, 2 hal bəhs mövzusudur:
1. Birincisi: Təmiz və gözəl havanın, içə çəkilib; qəlbin balansının və sihhətinin davamını təmin etməkdir.
2. İkincisi isə: Kirlənən, isti və yandırıcı havanı, çölə çıxarmaqdır.
Eyni şəkildə, təfəkkürün də, 2 halı mövcuddur:
1. Birincisi: Əqli və nəqli dəlillərin "şirin küləkləri"ni qəlbə çatdırıb qəlbdəki mərifət və iman balansının davamını təmin etməkdir.
2. İkincisi: Şübhələrdən doğan fəsada uğramış havanı, içimizdən çıxarıb atmaqdır. Bu, ancaq, bu hiss edilən şeylərin bir sonunun olub axirət aləminin başlaması ilə tükənəcəklərini bilməklə olur. Bütün bu hallara vaqif olan kimsə, bəlalardan əmin və nəhayəti olmayan xeyir və sevinclərə çatmış olar.
Əldə etdiyin hər şeyin, Allahın rəhmət dəryalarından bir damla və ehsan nurlarından bir zərrə olduğunu bilməyin surətilə, ağlına, bu 2 şeyin kamalı doğar. Beləcə, Haqq Taala'nın, "Rahmən" və "Rahim" olduğu biliyi, qəlbinə doğmuş olar.
Bu mənanı ətraflıca bilmək istəyirsənsə, bil ki, sən, nəfs və bədəndən; ruh və cəsəddən meydana gəlmiş bir cövhərsən.
~ Nəfsinə gəlincə: Onun, başlanğıcda, cahil olaraq yaradıldığında, şübhə yoxdur. Necə ki, Allah Taala,
وَٱللَّهُ أَخْرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَـٰتِكُمْ لَا تَعْلَمُونَ شَيْـًٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۙ لَعَلَّكُمْ تَشْكُرُونَ
"Allah, sizi, analarınızın bətnindən, heç nə anlamadığınız bir halda çıxartdı, sizə, qulaqlar, gözlər və qəlblər verdi ki, bəlkə şükür edəsiniz." (Nəhl/78) buyurmuşdur.
Bundan sonra, sən, hiss edən, hərəkətə keçirən, idrak edən və düşünən qüvvələrin mərtəbələrini bir təfəkkür et və əqli mövzuların mərtəbələrilə, fərqli yönlərini düşün. Bil ki, bunların, qətiliklə, bir sərhədi yoxdur. Əgər ağıllı bir insan, "məqulat" (ağılla bilinən şeylər)'in biliyini qazanmağa başlasa; və bu mövzuda şimşək surətilə ilərləsə; bu hərəkətindən də, heç ölmədən sonsuza qədər davam etsə; əldə edəcəyi bilik və elmlər, yenə sonlu; hələ öyrənə bilmədiyi və çata bilmədiyi biliklər isə, sonsuz, nəhayətsiz olacaqdır. Sonsuzun yanında, sonlu; çoxun yanında, az kimidir. Buna görə, ona, Allah Taala'nın bu ayətində bildirmiş olduğu həqiqət təcəlli edər:
...وَمَآ أُوتِيتُم مِّنَ ٱلْعِلْمِ إِلَّا قَلِيلًا
"...Sizə yalnız az bir bilik verilmişdir." (İsra/85)
Bu, haqdır, doğrudur.
~ Bədəninə gəlincə: Bil ki, o, 4 ünsürdən meydana gələn bir cövhərdir. Bədənin necə meydana gəldiyini və anatomiyasını düşün; hər üzvdəki və bədənin hər cüzündəki faydaları və dəyərli funksiyaları, yaxşıca fəhm et. Bax, o vaxt, Haqq Taala'nın:
وَإِن تَعُدُّوا۟ نِعْمَةَ ٱللَّهِ لَا تُحْصُوهَآ...
"Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz..." (Nəhl/18) ayətinin haqq olduğunu, başa düşərsən.
O vaxt da, Allahın, səni yaradıb doğruya çatdırmasındakı rəhmətinin mükəmməlliyinin əzəmətlərindən biri, sən tərəfdən müşahidə edilər; o onda, "ər-Rahmən", "ər-Rahim" sözünün mənasını, bir parça başa düşmüş olarsan.
Əgər, "Allahdan başqasının mərhəməti vardırmı, yoxsa yoxdurmu?" deyə soruşularsa, belə deyərik:
Doğrusu budur ki, rəhmət, ancaq Allaha aiddir. Həm, sonra, Allahdan başqasının mərhəmətli olacağı düşünülsə belə, Allahın rəhməti, başqalarının mərhəmətindən daha mükəmməldir. Burda, 2 məqam vardır. (Belə ki):
~ Birinci məqam: rəhmətin, yalnız Allaha aid olduğunun izahı xüsusundadır.
Biz deyirik ki, bir çox şey də, buna dəlalət etməkdədir. (Belə ki):
I - Birincisi: Comərdlik, qarşılıqsız olaraq və lazım gəldiyi qədər verməkdir. Allah xaricindəki hər kəs, bir qarşılıq almaq üzərə verər. Bu qədər var ki, qarşılıqlar da, çox müxtəlifdir. Bunlardan:
~ Bir qismi, maddidir. Məsələn, bir parça bez almaq üçün, bir dinar vermək kimi...
~ Bir qismi də, mənəvidir, ki, bunlar da, öz içlərində qisimlərə ayrılırlar. (Belə ki):
a. Birincisi: xidmət qarşılığında mal verməkdir.
b. İkincisi: yardım qarşılığında mal verməkdir.
c. Üçüncüsü: təriflənmək üçün mal verməkdir.
d. Dördüncüsü: çox savab qazanmaq üçün mal verməkdir.
e. Beşincisi: qəlbdən mal sevgisini silmək üçün mal verməkdir.
f. Altıncısı: insani olan mərhəmət hissini tətmin etmək üçün mal verməkdir.
Bütün bu qisimlər, mənəvi qarşılıqlardır.
Xülasə, hər verən, ancaq, verdiyi bu şey vasitəsilə, kamal növlərindən birinə çatmaq üçün verir. Bu da, həqiqətdə, bir qarşılıq umaraq vermək mənasına gəlir. Dolayısı ilə, comərdlik, lütf və ehsan olmamış olur. Ancaq Haqq Taala, Zatı gərəyi kamildir. Dolayısı ilə, kamal əldə etmək üçün verməsi, imkansızdır. Mütləq mənada comərd və rəhim olan, ancaq, Allah Taala olmuş olur.
Il - İkincisi: Allah Taala xaricində hər varlıq, zatı gərəyi mümkün (varlığı və yoxluğu bərabər, yəni, varlıq meydanına çıxması da, yoxluqda qalması da, imkan daxilində)'dir. Zatı gərəyi mümkün olan da, ancaq, Zatı gərəyi Vacibu'l-Vücud (varlığı zəruri olan Allah)'ın yaratması ilə var olur. O halda, Allahdan başqalarından meydana gələn hər rəhmət, o varlıqda, Allahın yaratması ilə meydana gəlmişdir. Bundan dolayı, həqiqətdə rəhim olan, Allah Taala'dır.
III - Üçüncüsü: İnsanın bir şey etməsi də, etməməsi də, mümkündür. Beləcə, etməsini, etməməyə tərcih etmək, qəlbdə, qəti bir səbəbin meydana gəlməsinin xaricində, imkansızdır. Bu səbəb, qəlbdə meydana gəlmədiyində, ondan mərhəmətin meydana gəlməsi də, imkansız olur. Ancaq, o səbəb qəlbdə meydana gəlincə, rəhmətin ondan meydana gəlməsi, zəruri olur. Buna görə də, həqiqi mənada rəhim, qəlbdə bu səbəbi var edən Zat olur. Bu Zat da, ancaq, Allah'dır. O halda, həqiqi mənada mərhəmətli olan yeganə varlıq, Allah olmuş olur.
IV - Dördüncüsü: Fərz et ki, filan kəs, yeməsi üçün, birinə buğda verir. Lakin, o kimsənin, bunu həzm edəcək mədəsi olmazsa, bu buğda ilə güdülən fayda, əldə edilmiş olmaz. Yenə fərz et ki, filan kimsə, bir baxça hədiyyə edir. Gözdə görmə qüvvəsi olmadığı müddətcə, bu baxçadan düşünülən, güdülən fayda, təmin edilmiş olmaz. Halbuki, doğru olanı, bu buğda və o baxçanı yaradan və onlardan istifadəni mümkün qılan, onları, hər cür afət və bəlalardan qoruyaraq, onlardan istifadənin meydana gəlməsini təmin edən, ancaq Allah'dır. Bundan dolayı da, həqiqi mənada nemət verən və mərhəmətli olan, Allah Taala'dır demək, vacib olur.
İkinci məqam: Allahdan başqalarının da mərhəmətli ola biləcəyini fərz etsək belə, Allahın rəhmətinin daha mükəmməl və daha geniş olduğunu bəyan haqqındadır. (Haşiyə)
------------------------
(Haşiyə:
İmam, burda, eyni zamanda, mötəziləyə də cavab verməkdədir. Onlara görə, insan, öz fellərini, şəxsən özü, iradə və gücü ilə edir. Çünki, insanı, fellərini öz iradə və gücü ilə edəcək şəkildə yaradan Allah, ona, hər hansı bir müdaxilə etməz.
Mötəzilə alimlərinin əksəriyyətinə görə, insanın şəxsən özü, ixtiyari felləri mövcud olduğunu və istədiyi felləri reallaşdıra bildiyini, təcrübə yolu ilə bilir. Bundan dolayı, ona aid fellərin özü tərəfindənmi, yoxsa Allah tərəfindənmi yaradıldığını nass'lara istinad edərək isbat etməyə çalışmaq, isabətli deyildir.
Bununla bərabər, bəzi ayətlərdə, fellər, Allaha deyil, insana nisbət edilmiş; hər kəsin etdiyi pisliklərin, öz əleyhində olacağı; Allahın insanlara zülm etmədiyi; axirətdə görəcəkləri cəza və ya mükafatın, işlədikləri fellərin qarşılığı olduğu, açıqca bildirilmişdir.
Yenə, Quranda, Allahın, "أَحْسَنَ ٱلْخَـٰلِقِينَ / əhsənu'l-xaliqin / yaradanların ən gözəli" (Saffat/125) olduğu bildirilərək, yaradıcılığın, Allahdan başqasına da nisbət edilə biləcəyinə işarət edilmişdir. Bu da, insana aid fellərin, özü tərəfindən yaradıldığını qəbul etməkdə, dini cəhətdən bir beis olmadığını göstərir. (Qadı Abdu'l-Cabbar, "Mütəşabihu'l-Quran", s. 515, 781-782)
Bununla bərabər, Quranda, "أَرْحَمُ ٱلرَّٰحِمِينَ / ərhəmu'r-rahimin / rəhimlilərin ən rəhimlisi" (Yusuf/64); "خَيْرُ ٱلْفَـٰصِلِينَ / xayru'l-fəsilin / ayırd edənlərin ən yaxşısı" (Ənam/57) ayətləri də yer almaqdadır.
------------------------
Bunun, bir çox cəhətdən izahı verilə bilər. (Belə ki):
a. Birincisi: Nemət vermək, nemət verənin məqamının ucalığını; və nemətə mazhar (bir şeyin zahir olduğu yer, yəni, özünə nemət verilən məxluqlar)'ın, ona görə kiçik mövqedə olmasını lüzumlu qılır. İnsanın, Allaha borclu olması, hər hansı bir məxluqa borclu olmasından, əlbəttə daha layiqdir.
b. İkincisi: Allah, sənə bir nemət verdiyində, buna qarşılıq, səndən, sayəsində başqa bir nemətə çatacağın bir əməl istəyir. Sanki Allah Taala, sənə, özün üçün, əbədi səadəti qazanmanı əmr edir. Ancaq, Allahdan başqası, sənə bir nemət versə, özünə xidmət etməni və onun qayəsinin meydana gəlməsi üçün çalışmağını əmr edir. Şübhəsiz ki, birinci hal, daha yaxşıdır.
c. Üçüncüsü: Özünə nemət verilən, nemət verənin qulu, nökəri kimi olur. Allaha qul olmaq isə, Allahdan başqasına qul olmaqdan daha əvladır.
d. Dördüncüsü: Sultan, sənə, bir lütf etdiyində, sənin halını, yaxşı bilməz. Bundan dolayı, onun ehsanına ehtiyacın yox ikən, sənə nemət verər; buna möhtac olduğun vaxt isə, yardımını səndən kəsər. Eyni şəkildə, o sultan, hər zaman və hər istəniləni sənə verməyə, qadir də deyildir. Lakin, Allah, hər şeyi bilir və mümkün olan hər şeyə də qadirdir. Bir ehtiyacın ortaya çıxsa, onu bilər. Ondan bir şey istəsən, onu yaratmağa qadirdir. Bundan dolayı, belə olan, daha üstündür.
e. Beşincisi: Nemət vermək, minnət (təşəkkür)'ü gərəkdirir. Allaha qarşı minnət (təşəkkür) etməyə razı olmaq, insanlara qarşı minnət (təşəkkür) etməyə razı olmaqdan daha üstündür.
Bura qədər danışdıqlarımızdan, həqiqi Rahmən və Rahim olanın, Allah Taala olduğu; başqa mərhəmətli varlıqların olduğunu fərz etsək belə, Allahın rəhmətinin, daha mükəmməl, daha üstün, daha uca və daha geniş olduğu, sabit olmuş olur. Allah, ən doğru biləndir...
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, Müqəddimə)
----------------------
Bu fəsil, "ər'-Rahməni'r-Rahim"in təfsiri haqqındadır. Bu mövzuda, bir çox faydalar vardır. (Belə ki):
• Birinci fayda:
~ "Rahmən", "qullardan bir bənzərinin çıxması təsəvvür oluna bilməyən nemətlər verən" deməkdir.
~ "Rahim" isə, "qullardan bir bənzərinin çıxması düşünülə bilən şeylərlə nemət verən" deməkdir.
İbrahim b. Ədhəm'in, belə dediyi rəvayət edilir:
"Bir yerə qonaq oldum. Sonra süfrə gətirildi. Birdən, bir qarğa, süfrəyə qonub, çörəyi götürüb qaçdı. Heyrətlə onu izləməyə başladım. O, bir təpəyə qondu. Birdən, iki əli bağlı bir adam gördüm. Qarğa, çörəyi, o adamın üzərinə atdı."
Zünnün əl-Misri'nin, belə dediyi rəvayət edilir:
"Evdə idim. Birdən, qəlbimdə bir vəlvələ qopdu. Elə ki, özümə hakim ola bilməyəcək bir hala gəldim. Bunun üzərinə, evdən çıxdım və Nil kənarına çatdım. Birdən, qaçmaqda olan qüvvətli bir əqrəb gördüm və dərhal onu izləməyə başladım. Sonra, əqrəb, çayın tam sahilinə varınca, orda, tam kənarda dayanmaqda olan bir qurbağa gördüm. Birdən, əqrəb, qurbağanın üstünə tullanınca, qurbağa üzməyə başladı. Bunun üzərinə, bir qayığa minərək, qurbağanı izləməyə başladım. Qurbağa, Nil'in kənarına çatmışdı. Sahilə varınca, əqrəb, qurbağanın üstündən düşdü və qaçmağa başladı. Mən də, onu izlədim. Birdən, ağacın altında yatmaqda olan bir gənc və ona doğru gəlməkdə olan bir ilan gördüm. İlan, bu gəncə yaxınlaşınca, əqrəb də, ilana çatmışdı. Birdən, əqrəb, ilanın üstünə tullandı və ilanı sancdı. İlan da, əqrəbi sancdı. Bunun üzərinə, ikisi də öldü. O adam da, onlardan qurtuldu."
Başa düşüldüyünə görə, bir qarğa balası, yumurtasının qabığını qıraraq çıxdığı vaxt, heç bir tükü olmadığı üçün, bir ət parçasına bənzəyir. Bu səbəblə, ana qarğa, ondan qaçır və tərbiyyəsilə də, məşğul olmur. Sonra, bir ət parçasına bənzədiyi üçün, bu bala qarğanın başına, milçəklər toplaşır. Milçəklər balanın yanına çatdığı vaxt, milçəkləri udur və onunla bəslənir. Bu hal, güclənincəyə, tükləri böyüyüncəyə və tükləri altında əti gizlənincəyə qədər, davam edir. O vaxt, anası da, ona qayıdır. Bu səbəblə, ərəblərin duasında, bu ifadə keçməkdədir:
'Ey qarğa balasını yuvasında bəsləyən Allahım!"
Bu misallarla, Allahın lütfünün, ümumi; ehsanının, yayğın; və rəhmətinin geniş olduğu ortaya çıxmış olur.
Hadisələr, 2 qismə ayrılır:
1. Rəhmət olmadığı halda, rəhmət zənn edilən, lakin həqiqətdə bir əzab və bəla olan hadisələr; və
2. Həqiqətdə bir lütf, ehsan və rəhmət olduğu halda, bir əzab və cəza olduğu zənn edilən hadisələr.
~ Birinci qismə, bu misalı verə bilərik: Ata, uşağına ehmalkar davranıb, istədiyini edəcək şəkildə onu tərbiyə etməz, öyrənməyə təşviq etməzsə...Bax bu hal, zahirdə, bir mərhəmət; həqiqətdə isə, bir cəzadır.
~ İkinci qismin misalı isə, uşağını məktəbə həbs edib, onu təhsil almağa məcbur edən ata kimidir. Bu, zahirdə, bir cəza zənn edilsə də; həqiqətdə, bir rəhmət və mərhəmətdir.
İnsan da belədir. Bir insanın əlində, qanqren xəstəliyi olsa...Bu adamın əli kəsilsə, bu, görünüşdə, bir əzab; həqiqətdə isə, bir rəhmətdir. Bundan dolayı, ağlı az olanlar, işlərin zahirinə aldanar; həqiqi ağıllılar isə, işin əslinə və hikmətinə baxarlar.
Bunu yaxşıca fəhm etdiyində, aləmdə mövcud olan əzab, bəla, ağrı və bütün məşəqqətlər, hər nə qədər zahirdə belə olsalar da, onların bir hikmət və rəhmət olduğunu başa düşərsən. Bunun özü, hikmət mövzusunda söylənilən bu sözdür: Kiçik bir şərdən dolayı çox xeyirləri tərk etmək, böyük şərdir. Buna görə, təklif (Allahın, qulları mükəlləf tutması)'ndan məqsədin, ruhları, bədənə aid maraqlardan təmizləmək olduğunu başa düşərsən. Necə ki, Haqq Taala,
إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ...
"Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız..." (İsra/7) buyurmuşdur.
Atəşin yaradılmasından məqsəd, pis olanları, yaxşıların əməllərinə çevirmək; və o pisləri, dünyadan, axirət yurduna çəkməkdir. Necə ki, Haqq Taala,
فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ...
"Allaha tərəf qaçın..." (Zariyat/50) buyurmuşdur.
Bu mövzunun ən açıq misalı, Musa və Xızır'ın qissəsidir. Çünki, Musa (əleyhissəlam), hadisələrin zahirinə görə hökm verir; beləcə də, Xızırın,
~ gəmini deşməsini;
~ uşağı öldürməsini;
~ yıxılmaq üzərə olan divarı təmir etməsini
qərib görürdü. Xızır (əleyhissəlam) isə, hökmləri, həqiqətlərinə və iç üzlərinə bina edir və belə deyirdi:
أَمَّا ٱلسَّفِينَةُ فَكَانَتْ لِمَسَـٰكِينَ يَعْمَلُونَ فِى ٱلْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَآءَهُم مَّلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا • وَأَمَّا ٱلْغُلَـٰمُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَآ أَن يُرْهِقَهُمَا طُغْيَـٰنًا وَكُفْرًا • فَأَرَدْنَآ أَن يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِّنْهُ زَكَوٰةً وَأَقْرَبَ رُحْمًا • وَأَمَّا ٱلْجِدَارُ فَكَانَ لِغُلَـٰمَيْنِ يَتِيمَيْنِ فِى ٱلْمَدِينَةِ وَكَانَ تَحْتَهُۥ كَنزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَـٰلِحًا فَأَرَادَ رَبُّكَ أَن يَبْلُغَآ أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةً مِّن رَّبِّكَ ۚ وَمَا فَعَلْتُهُۥ عَنْ أَمْرِى ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًا
"Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə, hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.
Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin.
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!” (Kəhf/79-82)
Bu qissə ilə, hadisələrin həqiqətinə vaqif olan əl-Hakim'in, işini, zahirə görə deyil, həqiqətə görə bina etdiyi, başa düşülmüş olur.
Əgər təbiətinin xoşuna gəlməyən, ağlının nifrət etdiyi bir şey görsən, onun altında, neçə-neçə gizli sirlər, neçə-neçə çatılmaz, yerli-yerində olan hökmlər mövcud olduğunu; və Onun hikmət və rəhmətinin, bunu gərəkdirdiyini, yaxşı bil! Bax o vaxt, "ər'Rahməni'r-Rahim" sözünün sirr dəryasından bir iz, sənə təcəlli edəcəkdir.
• İkinci fayda: "ər-Rahmən" ləfzi, Allaha xas bir isimdir. "ər-Rahim" isə, həm Ona, həm də başqalarına itlaq edilə (verilə) bilər.
Əgər, "Buna görə, ər-Rahmən'in ifadə etdiyi məna, daha böyükdür. O halda, böyük olanı zikr etdikdən sonra, niyə kiçik olanı zikr etmişdir?" deyə soruşularsa, belə cavab verərik:
Çünki, böyük olandan, əhəmiyyətsiz və bəsit şeylər istənilməz.
Deyildiyinə görə, bir gün biri, bir böyüyün yanına gedərək, "Kiçik bir şeydən ötürü, sənin yanına gəldim." deyir. O da, bunun üzərinə, "Əhəmiyyətsiz şeylər üçün, əhəmiyyətsiz bir adam axtar." deyə cavab verir.
Buna görə, Haqq Taala, sanki belə demiş olur:
"Əgər 'Rahmən' ləfzini zikr etməklə kifayətlənsəydim, Məndən utanar və Məndən bəsit şeylər istəməyin, imkansız olardı. Sən, Mənim, 'Rahmən' olduğumu bildiyin üçün, Məndən, böyük şeylər istəyərsən; ancaq, Mən, eyni zamanda, 'Rahim'əm. O halda, Məndən, ayaqqabının bağını və qazanının duzunu da istə!"
Necə ki, Haqq Taala, Musa (əleyhissəlam)'a, belə buyurmuşdur:
"Ey Musa! Məndən, qazanının duzunu və qoyununun yemini belə istə!"
• Üçüncü fayda: Haqq Taala, Özünü, "ər-Rahmən" və "ər-Rahim" olaraq vəsf etdi. Sonra O, Məryəmə,
...وَرَحْمَةً مِّنَّا ۚ وَكَانَ أَمْرًا مَّقْضِيًّا
"...Bizdən, bir rəhmət olaraq...Və iş, bitirildi." (Məryəm/21) buyuraraq, tək 1 rəhmət verdi.
Bax, bu tək rəhmət də, kafirlərin və facirlərin, Onun, eyibləmələrindən qurtulmasına səbəb oldu.
Sonra, biz, Allahı, hər gün, 34 dəfə, "Rahmən" və "Rahim" olaraq vəsf edirik. Bu, belədir. Çünki, namazlar, (Şafii'lərə görə) 17 rükətdir. "Rahmən" və "Rahim" ləfzləri, bismillahda və fatihədə olmaq üzərə, hər rükətdə, 2 dəfə təkrar edilir.
Tək 1 rəhmətin zikri, Məryəm'in pisliklərdən qurtulmasına səbəb olunca; ömür boyu bu qədər çox rəhməti zikr etmək, müsəlmanların cəhənnəmdən rəzil-rüsvay olmaqdan və həlak olmaqdan qurtuluşlarına səbəb olmazmı?!
• Dördüncü fayda: Allah Taala, "Rahmən"dir. Çünki O, qulun taqət gətirə bilməyəcəyi şeyləri yaradır. O, Rahim'dir. Çünki O, qulun, bənzərinə güc çatdıra bilməyəcəyi şeyi edir. Bu səbəblə, sanki, Haqq Taala, belə buyurmaqdadır:
"Mən, Rahmən'əm. Çünki, sən, Mənə atılmış bir məni (nütfə) təslim etdin. Mən də, onu, sənə, gözəl bir şəkildə təslim edirəm. Necə ki, O,
...وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ...
'Sizi şəkilləndirdi və şəkillərinizi də, nə gözəl qıldı...' (Ğafir/64) buyurmuşdur.
Mən, Rahim'əm. Çünki, sən, Mənə, əskik itaət gətirdin. Mən də, sənə, xalis bir cənnət verdim."
• Beşinci fayda: Deyildiyinə görə, bir gənc, ölmək üzərə ikən, kəlime-i şəhadət gətirə bilmirdi. Bunun üzərinə, yanında olanlar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, hadisəni xəbər verdilər. Allah rəsulu (sallallahu aleyhi və səlləm), gəncin yanına gələrək, ona, kəlime-i şəhadəti təlkin etməyə başladı. O gənc, hərəkət edir, sağa-sola dönür, ancaq heç cür, dilini tərpədə bilmirdi. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə soruşdu:
"Bu, namaz qılmırdımı? Oruc tutmurdumu? Zəkat vermirdimi?"
- Orda olanlar: "Xeyr, ey Allahın rəsulu! Bunların hamısını edərdi." dedilər.
- Allah rəsulu: "Valideynlərinə asi (üsyankar) olurdumu?" deyə soruşduğunda,
- Orda olanlar: "Bəli, ey Allahın rəsulu, valideynlərinə asi olardı." dedilər.
- Allah rəsulu: "Elə isə, anasını gətirin bura." deyə buyurdu.
Bunun üzərinə, yaşlı və gözləri çəp olan bir qadın gəldi.
- Allah rəsulu: "Onu bağışlayarsanmı? Kaş onu bağışlasan." deyə soruşdu.
- Qadın: "Xeyr! Onu bağışlamayacam. Çünki, o məni vuraraq, gözlərimi bu hala saldı." dedi.
- Bunun üzərinə, Allah rəsulu: "Odun və atəş gətirin." deyə buyurdu.
- Qadın: "Atəş nə üçün lazımdır?" deyə soruşdu.
- Peyğəmbər: "Onu, sənə etdiyinin qarşılığı olaraq, gözünün qarşısında yandıracam." deyə cavab verdi.
- Bunun üzərinə, qadın: "Bağışladım, bağışladım." dedi.
"Atəş üçünmü, onu 9 ay daşıdım; atəş üçünmü, onu 2 il əmizdirdim? Hardadır bəs analıq mərhəməti?!"
Bunun üzərinə, gəncin dili açıldı və kəlime-i şəhadət gətirdi.
Burdakı incəlik, budur:
Bu qadın, rahmanə olmadığı halda, sadəcə rahimədir (yəni, bu vəsf, onda mövcud idi). Rəhmətin bu qədərilə, qadın, oğlunun atəşdə yandırılmasına icazə vermədi. O halda, qullarına kömək etdiyi halda, Özünə qarşı işlədikləri günahlardan zərər görməyən Rahmən və Rahim olan Zat, təxminən 70 il kəlime-i şəhadəti söyləməyə davam edən kimsənin atəşdə yanmasına, necə icazə verər?!
• Altıncı fayda: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, (qövmü tərəfindən döyülərək) rəbaiyyə (köpək dişlər ilə qabaq dişlər arasındakı diş)'i qırıldığı vaxt, belə buyurduğu məşhurdur:
"Allahım! Qövmümü hidayət et. Çünki onlar, bilmirlər."
Bundan, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, qiyamət günü də, "Mənim ümmətim, Mənim ümmətim!" deyəcəyi, başa düşülmüş olur. Bu da, həm dünya, həm də axirət xüsusunda, Ondan meydana gəlmiş böyük bir lütfdür. Bu lütf və ehsan, Peyğəmbər bir rəhmət olduğu üçün, Onda meydana gəlmişdir. Necə ki, Haqq Taala,
وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا رَحْمَةً لِّلْعَـٰلَمِينَ
"Səni də, aləmlərə, ancaq bir rəhmət olaraq göndərdik." (Ənbiya/107) buyurmuşdur.
Tək bir rəhmətin təsiri, bu dərəcəyə çatarsa, Rahmən və Rahim olan Zatın kərəmi, necə olar?!
Və yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğu rəvayət edilir:
"Allahım! Ümmətimin hesabını, Mənim qarşımda gör."
Sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm), 2 dirhəm borclu olaraq öldüyü və ilk (böhtan) atmaq səbəbilə, Aişə'nin evindən çıxmasına səbəb olduğu üçün, bir ölünün cənazə namazını qılmadı. Bunun üzərinə, Haqq Taala, sanki, Ona, belə buyurmuşdur:
"Sənin, bir tək mərhəmətin vardır. O da,
وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا رَحْمَةً لِّلْعَـٰلَمِينَ
"Səni də, aləmlərə, ancaq bir rəhmət olaraq göndərdik." (Ənbiya/107) sözüdür.
Tək bir mərhəmət, məxluqat aləmini islah etməyə kifayət etməz. Məni, qulumla tək burax. Məni, ümmətinlə tək burax. Çünki Mən, Rahmən və Rahim'əm. Mənim rəhmətimin sonu yoxdur. Onların günahları isə, məhdud və sayılıdır. Sərhədsiz olanın yanında, məhdud olan, yox olar. Bütün məxluqatın günahlarının, Mənim rəhmət dəryamda yox olacağında, şübhə yoxdur. Çünki Mən, Rahmən və Rahiməm.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, Fatihə/3 təfsiri)
------------------------------------
Yenə imam Razi (rahmətullahi aleyh), Rahmən surəsi 1-ci ayətin təfsirində, deyir:
• Üçüncü bəhs: Allah Taala'nın,
~ biri, əvvəlcədən;
~ digəri isə, sonradan
olmaq üzərə, 2 rəhməti vardır.
~ Əvvəl olanı: sayəsində, məxluqatı yaratdığı rəhməti;
~ Sonra olanı isə: yaratdıqdan sonra, məxluqata, ruzi, ağıl, zəka və s. şeyləri verdiyi rəhmətidir...
Bundan dolayı, Allah Taala,
~ əvvəlki rəhməti nəzərə alındığında - "Rahmən";
~ sonrakı rəhməti nəzərə alındığında isə - "Rahim"dir.
Bax bundan dolayı, "Yə Rahmənə'd-Dünya və yə Rahimə'l-Əxira/ ey dünyanın Rahməni və ey axirətin Rahimi" deyilir.
O halda, Allah Taala,
~ ilk əvvəl, rəhmətilə məxluqatı yaratdığı üçün - "Rahmən"dir. Bundan dolayı, bu rəhmət, başqa heç kimdə olmadığına və heç kim, heç kimi yaratmadığına görə, Ondan başqasına "Rahmən" deyilməsi, caiz deyildir. Ancaq
~ Allahın saleh qulları, insanın taqətinə görə, Allahın bəzi əxlaqı ilə əxlaqlanıb, məsələn, acları doyurub, çılpaqları geyindirdiyində, sayəsində belə doyurma və yardımlaşmanın meydana gəldiyi İlahi rəhmətdən, o saleh qullarda bəzi şeylər mövcud olduğunda, bunlara da, "rahim" deyilir.
(Not:
"Məfatihu'l-Ğeyb"dən verdiyimiz nəqllər, burda bitir.)
-----------------------
-----------------------
"Rəhmət", dildə, "lütf və ehsan gərəkdirən qəlb incəliyi və şəfqət"dir. Bu, mizac (insan təbiəti)'nin tabe olduğu keyfiyyətlərdən olub, Allah, ondan münəzzəhdir. Onun üçün istifadə edilməsi isə, qullarına nemət verməsini ifadə edən bir məcazdır. Necə ki, qəzəb də, belədir. Çünki qəzəb, dildə, "nəfsin, intiqam istədiyində qaynayıb coşması və həyəcanlanması"dır. Dolayısı ilə, uca Allaha isnad edildiyində, onunla, "son" və "qayə" qəsd edilməkdədir.
• Mühəqqiqlərdən biri də, belə demişdir:
Rəhmət, Zat sifətlərindən olub, "yaxşılığı çatdırma və pisliyi dəf etmək" deməkdir. Buna görə, Allah Taala, iradəsi əzəli olduğu üçün, "Rahmən" və "Rahim"dir. Bunun mənası, Allah Taalanın, mömin qullarına, əbədi olaraq nemət verəcəyini, əzəldən iradə etməsidir.
• Digərləri isə, belə demişlərdir:
Rəhmət, feli sifətlərdəndir. Buna görə, rəhmət, "yaxşılığı çatdırmaq və pisliyi dəf etmək"dir. Rəhmət sifətinin Allah Taala'ya nisbət edilməsi, Allahın, qulaq layiq olmadığı bir mükafat (savab) verməsi və haqqı olduğu cəzanı da, ondan uzaqlaşdırmasından ibarətdir.
• Rəhmətin, "cəzaya layiq olan şəxsin cəzasının tərk edilməsi" olduğu da deyilmişdir.
• İmam Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb"də, belə deyir:
"Rəhmət, ancaq Allah Taala haqqında bəhs mövzusudur. Çünki, cud/comərdlik, bir məqsəd olmadan, ehtiyac duyulan şeyin verilməsidir. Halbuki, Allah xaricindəki hər kəs, qarşılığını almaq üzərə bir şey verməkdədir. Bununla bərabər, qarşılığın qisimləri vardır. (Belə ki):
a. Cismani qarşılıq. Bir dinar verib, pambıqlı bir qumaş almaq kimi;
b. Ruhani qarşılıq. Bu da, bir neçə qisimdir. (Belə ki):
1. Xidmət əldə etmək üçün mal verməkdir.
2. Tərif əldə etmək üçün mal verməkdir.
3. Yardım əldə etmək üçün mal verməkdir.
4. Çoxca savab gözləyərək mal verməkdir.
5. İnsanın, öz həmcinsinə qarşı hiss etdiyi şəfqəti qəlbindən atmaq üçün mal verməkdir.
6. Qəlbdəki mal sevgisini ortadan qaldırmaq üçün verməkdir.
Dolayısı ilə, bir şey verən hər kəs, kamal (mərtəbə)'yə çatmaq məqsədilə verməkdədir. Bu səbəblə, bəhsi keçən "vermək", həqiqətdə, alış-verişdir.
Allah Taala'ya gəlincə, O, Özündə kamildir və bu səbəblə, kamal (mərtəbə)'yə çatmaq məqsədilə verməsi, imkansızdır."
Bilməlisən ki, "Rahmən" və "Rahim" arasındakı fərq,
~ "Rahmən"in, ümumi sifətli xüsusi isim ikən;
~ "Rahim"in, xüsusi sifətli ümumi isim
olmasıdır.
1. "Rahmən"
~ ləfzindəki xüsusiyyət, onun, Allah Taala xaricindəkilərə isim olaraq verilməsinin caiz olmaması mənasındadır.
~ mənasının ümumiyyəti isə, yaratma, ruzi, fayda və dəf yolu ilə bütün mövcudatı əhatə etməsi yönündəndir.
2. "Rahim"
~ ləfzindəki ümumiyyət, məxluqların, onunla isimləndirilməsində/adlandırılmasında ortaq olması yönündəndir.
~ mənasının xüsusi olmasının səbəbi isə, onun, bütün möminlərə məxsus bir lütf və tövfiq/yardıma raci olması/qayıtmasıdır.
"Rahmən"də, rəhmət mənası cəhətindən, "Rahim"də olmayan bir mübaliğə vardır. Bu,
a. "Ey dünya və axirətin Rahməni; və ey dünyanın Rahimi!" rəvayətində keçdiyi kimi; ya
b. "Rahmən"in, hər 2 aləmi də əhatə etməsi; və "Rahim"in, dünyaya xas qılınması səbəbilədir; ya da
c. "Ey dünyanın Rahməni və ey axirətin Rahimi!" rəvayətində keçdiyi üzərə, rəhmət edilən kimsələrin çoxluğu və ya azlığı etibarı ilədir. Çünki, dünya rəhməti, mömin və kafiri də əhatə etdiyi halda; axirət rəhməti, yalnız möminlərə xasdır; yaxud da
d. Nemətlərin əzəməti və qüsursuzluğu etibarı ilədir ki, "Rahmən" ilə, rəhmətin bir yöndən çox olması qəsd edilir. "Ey dünya və axirətin Rahməni və ey axirətin Rahimi!" sözləri də, bu mənaya həml edilir. Buna görə, "Rahmən" ilə qəsd edilən şey, qulların güc çatdıra biləcəklərinin çox fövqündə olan uxrəvi/axirətə aid səadətlə əlaqəli bir rəhmət növüdür. "Rahmən", qullarına qarşı,
~ ilk olaraq, yaratmaq;
~ ikinci olaraq, hidayət vermək;
~ üçüncü olaraq, axirətdə xoşbəxt etmək; və
~ dördüncü olaraq, Kərim'in üzünə nəzər etmə (yəni, cənnətdə Allahın Zatını görmək) nemətini vermək
surətilə mərhəmətlidir.
Müfəssirlərin, bu ikisi arasındakı fərq haqqındakı qövlləri, çoxdur.
(Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum" əsərindən nəql, müxtəsər bir şəkildə)
----------------------
----------------------
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in mövzumuz haqqındakı bəyanları:
I. İlk əvvəl, onu qeyd etmək lazımdır ki, sonsuz kamalda olan bir camal; və sonsuz camalda olan bir kamalın, əlbəttə, özünü görmək və göstərmək, təşhir etmək/sərgiləmək istəməsi, əsaslı bir qaydadır.
Bu həqiqət gərəyincə, Allah Taala, sonsuz camal və kamalını, "mövcudat aynaları"nda Şəxsən seyr etmək, sonsuz isim və sifətlərini təcəlli etdirmək istəmiş və bu aləmi yaratmağı iradə etmişdir.
Allahın gözəl isimlərindən biri də, "ər-Rahmən", yəni, "mərhəmətli"dir. Bu isim də, "mövcudat aynaları"nda özünü göstərmək istəmiş; və rəhmətə möhtac olan varlıqları yaratmışdır.
II. Bu ismin kainatdakı təcəllilərinə misallar:
Belə ki, Müəllifimiz, bir risaləsində ("Şüalar", 15-ci Şüa: "əl-Hüccətü'z-Zəhra" risaləsi, Fatihə təfsiri, s. 536-537), belə deyir:
1. "Evet, kâinatta hadsiz rahmetin mevcudiyeti ve hakikatı, aynen güneşin ziyası gibi görünür. Ve ziyanın güneşe kat'î şehadeti misillü, bu geniş rahmet dahi, perde arkasında bir Rahmân-ı Rahîme şehadet eder. Evet, rahmetin bir ehemmiyetli kısmı rızıktır ki, Rahmân'a "Rezzâk" mânâsı verilir. Rızık ise, o derece zâhir bir tarzda bir Rezzâk-ı Rahîmi gösterir ki, zerre kadar şuuru bulunan, tasdike mecbur olur.
Meselâ,
~ bütün zîhayatın, hususan âcizlerin ve bilhassa yavruların, bütün zeminde ve fezada ihtiyar ve iktidarlarının haricinde, gayet harika bir tarzda hiçten ve mütemasil çekirdeklerden ve su katrelerinden ve toprak habbeciklerinden yetiştiriyor.
~ Hattâ ağacın başındaki yuvada kanatsız, zayıf kuşçuklara annelerini emirber nefer gibi gezdirir, rızıklarını getirttirir.
~ Ve aç bir arslanı yavrusuna musahhar eder, elde ettiği bir eti yemeyip yavrusuna yedirir.
~ Ve sair hayvanatın ve insanın yavrularına memeler musluğundan âb-ı kevser gibi hoş, mugaddî, sâfî, halis, beyaz sütleri kırmızı kan ve mülevves fışkı içinden bulaşmadan, bulandırmadan imdatlarına gönderir,
~ validelerinin şefkatlerini yardımcı verir.
~ Ve bir nevi rızık isteyen umum ağaçlara, münasip rızıklarını onlara pek harika bir tarzda koşturduğu gibi,
~ bir nevi maddî ve mânevî rızık isteyen insanın duygularına, akıl, kalb, ruhlarına dahi pek geniş bir sofra-i erzak onlara ihsan ediliyor.
Güya kâinat, gül çiçeğinin yaprakları ve mısır sümbülünün gömlekleri gibi birbiri içinde sarılı, yüz binler ayrı ayrı, çeşit çeşit sofralardır ki, o sofralar adedince ve onlardaki taamlar ve nimetler miktarınca dillerle ve ayrı ayrı, küllî ve cüz'î lisanlarla bir Rahmân-ı Rezzâkı, bir Rahîm-i Kerîmi bütün bütün kör olmayana gösterir.
Yəni:
Bəli, kainatda, hədsiz rəhmətin mövcudluğu və həqiqəti, eynilə günəşin ziyası kimi görünməkdədir. Və ziyanın, günəşə qəti şəhadət etməsi kimi, bu geniş rəhmət də, pərdə arxasında, bir Rahmən və Rahimə şəhadət edər.
Bəli, rəhmətin bir əhəmiyyətli qismi, ruzidir ki, Rahmən'ə, 'Rəzzaq/ruzi verən' mənası verilir. Ruzi isə, o dərəcə zahir bir tərzdə bir Rəzzaq və Rahim olanı göstərir ki, zərrə qədər şüuru olan, təsdiqə məcbur qalır.
Məsələn,
~ bütün həyat sahiblərinin, xüsusilə acizlərin və xüsusilə balaların, yerin hamısında və fəzada, ixtiyar və iqtidarlarının xaricində, çox qeyr-i adi bir tərzdə, heçdən və bir-birinə bənzəyən çəyirdəklərın və su qətrələrindən və torpaq parçalarından yetişdirir;
~ hətta, ağacın başındakı yuvada, qanadsız, zəif quşlara, analarını, əmrə hazır bir əsgər kimi gəzdirir, ruzilərini gətizdirir; və
~ ac bir şiri, balasına boyun əydirir, əldə etdiyi bir əti yeməyib, balasını yedizdirir; və
~ sair heyvanların və insanın balalarına, "məmələr lüləyi"ndən, kövsər suyu kimi xoş, qidalı, saf, xalis, ağ südü, qırmızı qan və kirli artıqlar içindən, bulaşmadan, bulandırmadan imdadlarına göndərir;
~ analarının şəfqətlərini, onlara köməkçi olaraq verir; və
~ bir növ ruzi istəyən ümum ağaclara, münasib ruzilərini, onlara, çox qeyr-i adi bir tərzdə (onların arxasınca) "qaçırdığı" kimi;
~ bir növ maddi və mənəvi ruzi istəyən insanın hislərinə, ağıl, qəlb, ruhuna da, çox geniş bir "ərzaq süfrəsi" ehsan edilir.
Güya, kainat, gül çiçəyinin yarpaqları və qarğıdalı sünbülünün paltarları kimi, bir-biri içində sarılmış, yüz minlər ayrı-ayrı növbənöv süfrələrdir ki, o süfrələr ədədincə və onlardakı təamlar və nemətlər miqdarınca dillərlə və ayrı-ayrı, külli və cüzi dillərlə, bir Rahmən və Rəzzaq'ı, bir Rahim və Kərim'i, bütün-bütün kor olmayana göstərir.
----------------------------------
2. "İkinci Hakikat: Rahmâniyet hakikatidir
Yani, gözümüzle görüyoruz: Birisi var ki, bize,
• zemin yüzünü rahmetin binlerle hediyeleriyle doldurmuş, bir ziyafetgâh yapmış ve Rahmâniyetin yüz binlerle ayrı ayrı lezzetli taamları içinde dizilmiş bir sofra etmiş; ve
• zemin içini rahîmiyet ve hakîmiyetin binlerle kıymettar ihsanlarını câmi' bir mahzen yapmış; ve
• zemini, devr-i senevîsinde, bir ticaret gemisi hükmünde, her sene âlem-i gaybdan levazımat-ı insaniye ve hayatiyenin yüz bin çeşitlerinden en güzellerini içine alarak yüklenmiş bir nevi sefine veya şimendifer gibi ve her baharı ise, erzak ve elbisemizi taşıyan bir vagon hükmünde olarak bizlere gönderir, bizi gayet rahîmâne beslettirir; ve
• bütün o hediyelerden, o nimetlerden istifade etmemiz için bize de yüzlerle ve binlerle iştihalar, ihtiyaçlar, duygular, hissiyatlar, hisler vermiş.
Evet, Âyet-i Hasbiyeye dair olan Dördüncü Şuâda izah ve ispat edildiği gibi, bize
• öyle bir mide vermiş ki, hadsiz taamlardan lezzet alır; ve
• öyle bir hayat ihsan etmiş ki, duygularıyla, bir sofra-i nimet gibi, koca cismânî âlemde, hadsiz nimetlerinden istifade eder; ve
• öyle bir insaniyet bize lütfetmiş ki, akıl ve kalb gibi çok âletleriyle hem maddî, hem mânevî âlemin nihayetsiz hediyelerinden zevk alır; ve
• öyle bir İslâmiyet bize bildirmiş ki, âlem-i gayb ve âlem-i şehadetin nihayetsiz hazinelerinden nur alır;
• öyle bir iman hidâyet etmiş ki, dünya ve âhiret âlemlerinin hasra gelmez envârından ve hediyelerinden tenevvür edip müstefid eder.
Güya rahmet tarafından bu kâinat hadsiz antika ve acip ve kıymetli şeylerle tezyin edilmiş bir saraydır. Ve bütün o saraydaki hadsiz sandıkları ve menzilleri açacak anahtarlar insanın ellerine verilmiş ve bütün onlardan istifade ettirecek olan ihtiyaçlar, hissiyatlar insanın fıtratına verilmiş.
İşte böyle dünyayı ve âhireti ve her şeyi kaplamış bir rahmet..."
Yəni:
(Kainatda müşahidə edilən) İkinci həqiqət: Rahməniyyət həqiqətidir.
Yəni, gözümüzlə görürük: Biri var ki, bizim üçün,
• yer üzünü, rəhmətin minlərlə hədiyyələrilə doldurmuş...(yer üzünü) bir ziyafətgah qılmış və yer üzünü, rahməniyyət'inin yüz minlərlə ayrı-ayrı ləzzətli təamları içində düzülmüş bir süfrə qılmış; və
• yerin içini, rahimiyyət və hakimiyyətin minlərlə qiymətli ehsanlarını cəm edən bir məhzən (depo) qılmış; və
• yeri, illik dövründə, bir ticarət gəmisi hökmündə, hər il, qeybdən insan və heyvana lazım olan şeylərin yüz min növlərindən ən gözəllərini içinə alaraq yüklənmiş bir növ gəmi və ya qatar; və hər baharı isə, ərzaq və paltarımızı daşıyan bir vaqon hökmündə olaraq, bizlərə göndərər. Bizi, rəhimanə (rəhmətini göstərəcək bir şəkildə) bəslətdirər; və
• bütün o hədiyyələrdən, o nemətlərdən istifadəmiz üçün, bizə də, yüzlərlə, minlərlə iştahlar, ehtiyaclar, hislər vermişdir.
Bəli, Al-i İmran/173'ə dair olan "Dördüncü Şua"da izah və isbat edildiyi kimi; bizə
• elə bir mədə vermişdir ki, hədsiz təamlardan ləzzət alar; və
• elə bir həyat ehsan etmişdir ki, hislərilə -bir nemət süfrəsi kimi- böyük cismani aləmdə, hədsiz nemətlərdən istifadə edər; və
• elə bir insaniyyət bizə lütf etmişdir ki, ağıl və qəlb kimi çox "alət"lərilə, həm maddi, həm mənəvi aləmin nəhayətsiz "hədiyyə"lərindən zövq alar; və
• elə bir İslamiyyət bizə bildirmişdir ki, qeyb və şəhadət aləmlərinin nəhayətsiz xəzinələrindən nur alar; və
• elə bir iman hidayət etmişdir ki, dünya və axirət aləmlərinin saya gəlməz nurlarından və hədiyyələrindən nurlanıb istifadə edər.
Sanki, bu kainat, rəhmət tərəfindən, hədsiz əntiqə və qeyr-i aid və qiymətli şeylərlə zinətlənmiş bir saraydır və bütün o saraydakı saysız-hesabsız sandıqları və mənzilləri açacaq açarlar, insanın əllərinə verilmiş və bütün onlardan istifadə etdirəcək olan ehtiyaclar, hissiyyatlar, insanın fitrətinə verilmişdir.
Bax beləcə dünyanı, axirəti və hər şeyi əhatə etmiş bir rəhmət... ("Şüalar", 7-ci Şüa: "əl-Ayətu'l-Kubra" risaləsi, s. 143)
------------------------
III. "Rahmən" və "Rahim" isimləri arasındakı fərq və Müəllifimizin bəyanı:
Müəllifimiz Said Nursi (rahmətullahi aleyh), bir risaləsində ("Ləmalar", 14-cü Ləma'nın 2-ci Məqamı, 1-ci Sirr, s. 97), "ər-Rahmən" ismini şərh edərkən, belə deyir:
"Küre-i arz simasında nebatat ve hayvanatın tedbir ve terbiye ve idaresindeki teşabüh, tenasüp, intizam, insicam, lütuf ve merhametten tezahür eden sikke-i kübra-i rahmaniyettir ki “Bismillahirrahman” ona bakıyor."
~ Tədbir: lüğət kitablarında, "bir işə tərtib/sıra qoymaq, qanun qoymaq" və s. kimi mənalara gəlir.
~ Tərbiyə isə, belə tərif edilmişdir:
ابلاغ الشيء إلى كماله شيئا فشيئا
Yəni, "Bir şeyi, yavaş-yavaş, tədrici olaraq, o şeyin kamal mərtəbəsinə çatdırmaqdır."
Allah Taala, bu aləmi, bütün parçası ilə tərbiyə etmişdir. Məsələn, quşa uçmağı; balığa üzməyi öyrətmişdir. İpək böcəyinə ipək toxumağı; arıya bal düzəltməyi öyrətmişdir...
Bunlar kimi, hər bir məxluqa vəzifəsini öyrətmiş, o işi görə bilməsi üçün onu tərbiyə etmiş və həyat şərtlərini ona ilham etmişdir. Bütün bunlar, Allahın Rəbb isminin bir təcəllisidir.
Xülasə:
Zərrələrdən ulduzlara; ərşdən fərşə (yerə) qədər bütün aləmləri mütədaxil (iç-içə) dairələr kimi yaradıb onları tərbiyə edən, bəsləyən Rabbu'l-Aləmin'dir.
Ustad Nursi, "rububiyyət" haqqında, belə bir izah gətirməkdədir:
"Bil ki! Muhakkak Allah (celle celeluhu), herşey için bir nokta-i kemal tayin etmiştir."
Yəni:
Bil ki! Şübhəsiz ki, Haqq Taala, hər şey üçün bir kamal nöqtə təyin etmişdir.
Məsələn, bir beton ilanının boyu 10 metrə qədər çata bildiyi halda, bir kərtənkələnin boyu 15-20 santimetrdən çox uzana bilməməkdədir. Demək, beton üçün kamal nöqtə 10 metr ikən; kərtənkələ üçün kamal nöqtə 15-20 sm'dir.
Bir insanın boyu ən çox 2 metrdən bir az çox olduğu halda, bir milçəyin boyu, 0.6-0.7 santi metr qədərdir. Demək, insan üçün kamal nöqtə 2 metr ikən, milçək üçün kamal nöqtə 0.6-0.7 santimetrdir.
Bunlar kimi, Allah Taala, hər bir varlıq üçün bir kamal nöqtə təyin etmişdir. Bu kamal nöqtə, o varlığın alacağı son şəkil və böyüklük olaraq çatacağı ən son hüduddur.
"Ve o noktayı elde etmek için de, o şeye bir meyil, bir iştiyak vermiştir. Sanki her şey, manevi bir emir almış gibi, o nokta-i kemale doğru muntazaman hareket edip, ona müteveccihen yürümektedir."
Yəni:
Və o şeyə də, kamal nöqtəsinə doğru hərəkət etməsi üçün bir meyil vermişdir. Sanki o şey, mənəvi bir əmr almış kimi, özü üçün təyin edilən kamal nöqtəyə doğru sürətlə hərəkət edib əmri yerinə yetirir.
Məsələn, hər doğan varlıq, dərhal böyüməyə başlayır və özü üçün təyin edilən o nöqtəyə çatmaq üçün çalışır. Hətta bir ağacın budaqlarını kəssəniz, dərhal fərqli bir yerindən yenisi çıxır və o da böyüməyə başlayır. Yəni hər şey, böyümə üzərə proqramlanmış, hər bir varlığa bir kamal nöqtə təyin edilmiş və o nöqtəyə doğru hərəkət etməsi üçün ona bir meyil verilmişdir.
"Halbuki, esna-i hareketinde, kendisine meded verecek çok şeylere muhtac ve ona engel olup zarar verecek çok şeyleri de def etmeye, manileri bertaraf etmeye ihtiyacı vardır. İşte, esna-i hareketlerinde onlara yardım eden ve manilerini def eden, şübhesiz Cenab-ı Halk'ın terbiyesidir."
Yəni:
Halbuki, o şey, kamal nöqtəsinə doğru hərəkət edərkən, səfər əsnasında və hərəkətində, özünə kömək edəcək və mədəd verəcək çox şeylərə möhtac olduğu kimi; onun, səfər və hərəkətinə mane olan çox əngəllərinin ortadan qaldırılmasına da ehtiyacı vardır.
Yəni, biri müsbət, digəri mənfi olan 2 şey onu gözləməkdədir.
Məsələn, bir ağacın kökü kamal nöqtəsinə doğru hərəkət edərkən, qarşısına bir qaya çıxsa, kök, o qayanı parçalamaqda və hərəkətinə davam etməkdədir. O sərt qayanı ipək kimi yumşaq köklərə boyun əydirən, Allahdır. O sərt qaya, Haqq Taalanın əmrilə parçanlanır. Yenə ağacın budaqlarındakı yarpaqlar, çiçəklər və meyvələr, yayın şiddətli istisinə qarşı təravətlərini qoruyurlar. Günəş onları yandıra və quruda bilməz. Hərarəti ağaca boyun əydirən, Allahdır. Bunlar kimi, bir varlıq, kamal nöqtəsinə doğru hərəkət edərkən bir maneə ilə qarşılaşsa, o maneəni dəf edən, Allah Taala'dır.
Bununla bərabər, o şeyin möhtac olduğu bütün ehtiyacları qarşılayan da, Allahın tərbiyəsi və idarəsidir ki, buna, "rububiyyət həqiqəti" deyirik.
~ "İdarə" isə, lüğət kitablarında belə tərif edilmişdir: "sarığı başa dolamaq", "təkəri döndərmək", "birindən, bir şey buraxmasını, qoymasını tələb etmək", "bir şeyi, yuvarlayaraq dönə bilən qılmaq", "bir işdə istədiyi təsərrüfə sahib olmaq, istədiyi kimi istifadə etmək", "fikir və ya işi nəzarətdə saxlamaq" və s. kimi mənalara gəlir.
Müəllifimiz, bu tədbir, tərbiyə və idarədəki 6 şeyə diqqət çəkir. Bunlar:
1. Təşabüh;
2. Tənasüb;
3. İntizam;
4. İnsicam;
5. Lütf; və
6. Mərhəmət.
1. Tədbir, tərbiyə və idarədəki təşabüh:
Təşabüh, "bir-birinə bənzəmək" deməkdir. Tədbir, tərbiyə və idarədəki təşabühün mənası, budur:
Məsələn,
~ Bir bal arısı, necə tərbiyə edilmişdirsə, necə tədbir və tərbiyə edilirsə, bütün bal arıları, eyni şəkildə tərbiyə edilmiş, eyni şəkildə tədbir və idarə edilməkdədirlər. Bundan da başa düşülür ki, tək bir bal arısını Kim tərbiyə etmişdirsə, bütün bal arılarını da, O tərbiyə etmişdir. Yenə, tək bir bal arısını Kim tədbir və idarə edirsə, bütün bal arılarını da, O tədbir və idarə edir. Yenə,
~ Tək bir alma ağacını Kim tərbiyə etmişdirsə, bütün alma ağaclarını da, O tərbiyə etmişdir. Yenə, o ağacı Kim tədbir və idarə edirsə, digər ağacları da, O tədbir və idarə edir.
Aralarındakı təşabüh, tövhidi isbat etməkdədir.
Müəllifimiz, bir risaləsində ("Ləmalar", 16-cı Ləma, "Bilinməyən 5 şeyə dair bir sual", s. 114), belə deyir:
"Cenâb-ı Hakkın, rahm-ı mâderdeki çocukların sima-yı maddî ve mânevîlerinde iki cilvesi var:
Birisi: Vahdetini ve ehadiyetini ve samediyetini gösterir ki, o çocuk âzâ-yı esasîde ve cihazat-ı insaniyenin envâında sair insanlarla muvafık ve mutabık olduğu cihetle, Hâlık ve Sâniinin vahdetine şehadet ediyor. O cenîn bu lisanla bağırıyor ki: "Bana bu sima ve âzâyı veren kim ise, bütün esasat-ı âzâda bana benzeyen bütün insanların Sânii dahi, Odur. Ve hem bütün zîhayatın sânii Odur..."
Yəni:
Haqq Taala'nın, ana rəhmindəki uşaqların maddi və mənəvi simalarında, 2 cilvəsi vardır:
Biri: Vəhdətini (sifətlərində birliyini), əhədiyyətini (Zatında birliyini) və samədiyyətini (hər şeyin Ona möhtac olduğunu) göstərir ki, o uşaq, əsas əzalarında və insan orqanlarının növlərində, sair insanlarla müvafiq və uyğun olduğu cəhətlə, Xaliq və Sani (sənətkar olan Allah)'ın vəhdətinə şəhadət edir. Rəhmdəki o uşaq, bu dillə (sanki) belə bağırmaqdadır:
"Mənə, bu sima və əzanı verən Kimdirsə, bütün əsas əzalarda mənə bənzəyən bütün insanların Sani'si də, Odur. Və həm, bütün həyat sahiblərinin Sani'si, Odur."
Yenə Müəllif, bir risaləsində ("Məktubat", 20-ci Məktub, 2-ci Məqam, 9-cu Kəlimə, s. 234), belə deyir:
"Nasıl ki eşyada, meselâ hayvânattaki ehemmiyetli âzânın, esasat ve netâic itibarıyla birbirlerine benzeyişleri ve tevafukları ve birtek sikke-i vahdet izhar etmeleri, nasıl kat'î olarak delâlet ediyor ki, umum hayvânâtın Sânii birdir, Vâhiddir, Ehaddir. Öyle de, o hayvânâtın ayrı ayrı teşahhusları ve simalarındaki başka başka hikmetli taayyün ve temeyyüzleri delâlet eder ki, onların Sâni-i Vâhidi, Fâil-i Muhtardır ve iradelidir; istediğini yapar, istemediğini yapmaz, kast ve irade ile işler."
Yəni:
Necə ki, əşyada, məsələn, heyvanlardakı əhəmiyyətli əzanın, əsaslar və nəticələr etibarı ilə bir-birilərinə bənzəmələri və müvafiq olmaları və bir tək tövhid sikkəsi izhar etmələri, ümum heyvanların Sani'sinin bir, vahid və əhəd olmasına dəlalət edirsə; elə də, o heyvanların, ayrı-ayrı təşəxxüs (müəyyən bir şəxsiyyətə sahib qılınma)'ları və simalarındakı başqa-başqa hikmətli təyinlər və təməyyüz (bir-birindən fərqli qılınma)'lar dəlalət edir ki, onların Sani və Vahidləri, öz istək və iradəsi ilə iş görməkdədir və iradəlidir; istədiyini edər, istəmədiyini etməz, qəsd və iradə ilə işləyər.
Bunu, bir misalla ağla yaxınlaşdıra bilərik:
Bir maşın firmasının, bütün növlərində embleminin eyni olması, bunların bir tək firmaya məxsus olduğunu göstərməsi kimi; əsas orqanlarda, bütün insanların, qismən də digər həyat sahiblərinin bənzəyiş göstərməsi, bunların, bir tək əldən çıxdığını göstərməklə, tövhidə dəlalət etməkdədirlər.
2. Tədbir, tərbiyə və idarədəki tənasüb:
"Tənasüb", "bir-birilə bağlı olmaq, münasibət içində olmaq, bir-birinə yaraşmaq" mənasına gəlir. Tədbir, tərbiyə və idarədəki tənasübə, bu misalla baxa bilərik:
Yer üzü, bir kitab hökmündədir. Hər bir növ, bu kitabın bir sətiridir. Bir növün fərdləri isə, bu sətirin kəlimələridir. Bir növün nə qədər fərdi varsa, o qədər kəliməsi vardır.
"Yer üzü kitabı"nda, yüz minlərlə sətir və hər sətirin hədsiz kəliməsi vardır. Bu sətirlər və kəlimələr, bir-biri içində yazılmışdır. Ancaq, bu qarışıqlıq içində, tam bir tənasüb vardır. Sanki hər bir sətir və kəlimə, bir mənanı tamamlamaq üçün, digər sətir və kəlimə ilə münasibət içindədir. Bu münasibət və tənasübü pozan, heç bir sətir və kəlimə yoxdur.
Məsələn, bir meşəyə baxdığımızda, hədsiz sətir və kəlimə görürük. Belə bir çoxluq və qarışıqlıq içində, məna və münasibəti pozan, tək bir fərd belə yoxdur. Hər birinin tədbiri, tərbiyəsi və idarəsi, bir-birini tamamlayacaq şəkildə edilmişdir. Bu da, onlarda işləyən əlin vəhdətini göstərir, birliyini isbat edir. Çünki, tənasüb, ancaq, tək bir əldən çıxa bilər.
Müəllif, "tənasüb" haqqında, bir risaləsində ("Şüalar", 4-cü Şüa, s. 67), belə deyir:
"...güzelliğin en mühim bir esası olan tenasübü veren..."
Yenə bir risaləsində ("Muhakəmat", 1-ci Məqalə: "Unsuru'l-Həqiqət", 7-ci Müqəddimə, s. 29), bənzər mənada belə deyir:
...müvazenet ve tenasübten naşi olan/qaynaqlanan hüsn/gözəllik..."
Yəni, bütün gözəlliklər, tənasübdən qaynaqlanır.
İndi bir az düşünək:
Əşyalar və ya əşyanı meydana gətirən cüzlər/parçalar arasında bu tənasüb olmasaydı, əşyadan bu gözəlliklər meydana çıxardımı? Əlbəttə ki, xeyr. Elə isə, tənasüb, tövhidin dəlillərindən biridir. Bunun təbiəti isnadı isə, axmaqca bir hökmdür. Çünki, bu tənasübü quran təbiət olsaydı, təbiətin, elm, iradə, qüdrət, görmək, eşitmək və s. kimi sifətləri olması lazım gələrdi. Bunu isə, heç bir ağıl sahibi isbat edə bilməz. Əşyada görünən tənasübdən doğan gözəllik isə, inkarı mümkün olmayan həqiqətdir.
Yenə Müəllif, bir risaləsində ("Sözlər", "Ləməat", s. 705), belə deyir:
"Tenasüpse, tesanüdün esasıdır..."
Yəni:
Bir-birinə istinad etmək, söykənməkdə əsas şərt, bir-birilə tənasüb/münasibət içində olmaqdır. Bu, insanların ictimai və şəxsi həyatlarında da müşahidə edilməkdədir. Bir-birilə münasibət içində olanlar, yaxşı bir istinad sərgiləməkdə və aralarında qüvvətli bir birlik meydana gətirməkdədirlər.
3. Tədbir, tərbiyə və idarədəki intizam:
"İntizam", lüğət kitablarında, belə izah edilməkdədir:
a. İşlərin yerli-yerində olması; ahəng içində olmaq;
b. Bir biri içinə qoymaq/yerləşdirmək.
Müəllif, "intizam" haqqında, hər 2 mənanı da, Öz əsərlərində istifadə etmişdir. Məsələn:
~"Sözlər" adlı əsərinin 10-cu Sözü olan "Haşr" risaləsi 3-cü Həqiqət'də (s. 63), belə bəyan etməkdədir:
"...herşeyin san'atında nihayet derecede intizam bulunması gösterir ki, nihayetsiz bir hikmetle iş görülüyor. Evet, güzel bir çiçeğin dakik programını küçücük bir tohumunda derc etmek, büyük bir ağacın sahife-i a'mâlini, tarihçe-i hayatını, fihriste-i cihâzâtını küçücük bir çekirdekte mânevî kader kalemiyle yazmak, nihayetsiz bir hikmet kalemi işlediğini gösterir..."
Yəni:
...hər şeyin sənətində, sonsuz dərəcədə intizam mövcud olması göstərir ki, sonsuz bir hikmət ilə iş görülür. Bəli,
~ gözəl bir çiçəyin incə bir proqramını, kiçik bir toxumunda dərc etmək/yerləşdirmək;
~ böyük bir ağacın əməl səhifəsini, həyat tarixçəsini, hissələrinin fihristəsini/özətini, kiçik bir çəyirdəkdə mənəvi qədər qələmilə yazmaq,
sonsuz bir hikmət qələmi işlədiyini göstərir...
Diqqət edilsə, Müəllif, burda, "intizam"ın ikinci mənasını istifadə etmişdir.
4. Tədbir, tərbiyə və idarədəki insicam:
"İnsicam"ın lüğət mənası, "suyun axması" deməkdir.
Bəlağat alimlərinə görə, "insicam", "sözün, bağlardan uzaq olmasından dolayı, suyun, meyilli bir yerdən ahənglə axması" deməkdir. Sözün quruluşunun asanlığı və sözlərin şirinliyindən dolayı, demək olar ki, yox kimi incə-incə axmasıdır.
Yenə lüğət kitablarında, "insicam", yuxarıdakı mənaya bir bənzər şəkildə, belə ifadə edilməkdədir:
"İnsicam": "fikirlər arasında tənaquzun (yəni, bəyan edilən söz və fikirlərin bir-birinə zidd) olmaması" deməkdir. Yəni, 2 şeydən biri, digərini nəqz etməməkdədir. Bir şeyin nəqzi isə, o şeyin rəf/qaldırılmasından ibarətdir.
Müəllif, "Risale-i Nur" külliyyatında, insicama, həm Quran ayətləri, həm də kainat üzərindən misallar zikr etmişdir. Biz, burda, Müəllifin, sadəcə kainatda görünən "insicam/ahəng"ə verdiyi misalları zikr edəcəyik. Belə ki, Müəllif, "Sözlər" adlı əsərinin 33-cü Sözünün 17-ci Pəncərə'sində (s. 646), Casiyə surəsi 3-cü ayətin təfsirində, deyir:
"Zeminin yüzünü yaz zamanında temâşâ edip görüyoruz ki: İcad-ı eşyada müşevveşiyeti iktiza eden ve intizamsızlığa sebep olan nihayetsiz sehâvet ve bir cûd-u mutlak, gayet derecede bir insicam ve intizam içinde görünüyor. İşte, zemin yüzünü tezyin eden bütün nebâtâtı gör..."
Yəni:
Yer üzünü, yayda tamaşa edib görürük ki: Əşyanın icadında müşəvvəşiyyəti/qarışıqlığı gərəkdirən və intizamsızlığa səbəb olan sonsuz səxavət və mütləq bir comərdlik, iləri dərəcədə bir insicam və intizam içində görünür. Bax, yer üzünü zinətləndirən bütün nəbatatı/bitkiləri gör...
Yay fəslində, bu qədər bolluq içərisində, bir çox qarışıqlığın olması gözlənildiyi halda, hər bitki, xüsusiyyətlərindən, şəklindən, çoxalma nisbətinə qədər, hər şeyi ilə bir insicam və intizam içərisində olurlar. Bu ahəng, tövhidin dəlillərindəndir.
Yenə Müəllifimiz, bir risaləsində ("Sözlər", 25-ci Söz: "Mu'cizat-ı Quraniyyə/Quran möcüzələri" risaləsi, 1-ci Şölə, 1-ci Şüa, 5-ci Nöqtə, s. 379), belə deyir:
...لَوْ كَانَ فِيهِمَۤا اٰلِهَةٌ اِلاَّ اللهُ لَفَسَدَتَا hükmünce, şu bütün kâinatta gündüz gibi görünen bu intizam-ı ekmeli, bu insicam-ı ecmeli, kör olup görmüyorlar. Halbuki bir köyde iki müdür, bir şehirde iki vali, bir memlekette iki padişah bulunsa, intizam zir ü zeber olur ve insicam herc ü merce düşer. Halbuki, sinek kanadından, tâ semâvât kandillerine kadar, o derece ince bir intizam gözetilmiş ki, sinek kanadı kadar şirke yer bırakılmamış..."
Yəni:
"Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi, fəsada uğrayardı..." (Ənbiya/22) ayətinin hökmü gərəyincə, bütün kainatda, gündüz kimi görünən bu mükəmməl intizam, bu gözəl insicamı, (səbəbpərəstlər, bütpərəstlər), kor olub görmürlər. Halbuki, bir kənddə, 2 müdir; bir şəhərdə, 2 vali; bir diyarda, 2 padşah olsa, intizam, zir-ü zəbər və insicam, hərc-mərc olar. Halbuki, milçək qanadından, ta göy qəndillərinə qədər, o dərəcə incə bir intizam güdülmüşdür ki, milçək qanadı qədər şirkə yer buraxmamışdır.
5. Tədbir, tərbiyə və idarədəki lütf:
Lütf, nədir?
Lüğətdə, "nəzakətli və mərhəmətli davranmaq" mənasında bir məsdər olan "lütf", "yaxşılıq etmək, mərhəmət və yardım göstərmək" mənasında isim olaraq istifadə edilir. Eyni kökdən meydana gələn "lətafət" isə, "hislərlə idrak edilə bilməyəcək şəkildə, incə və şəffaf, kiçik və həcmsiz olmaq" mənasına gəlir. ("Lisanu'l-Arab", l-t-f maddəsi)
İmam əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Hüsna" adlı əsərində, "əl-Lətif" isminin şərhində, belə deyir:
"Feldə yumşaqlıq ilə idrakda incəlik birləşdiyində, lütfün mənası tamamlanmış olur."
Daha sonra imam, lütf fellərinə, aşağıdakı misalları verir:
~ ana rəhmindəki uşağın, 3 qaranlıq içərisində yaradılması;
~ orda mühafizə edilməsi;
~ anadan ayrılıb ağızdan bəslənincəyə qədər göbək bağı vasitəsilə bəslənilməsi;
~ Doğulduqdan sonra, gecə qaranlığında belə, hər hansi bir təhsil və müşahidə olmadan, balaya, anasının sinəsinə yapışaraq onu əmməsinin ilham edilməsi...
Daha sonra, imam, belə deyir:
"...Uşağın dişlərinin yaradılışı, ilk dünyaya gəldiyi vaxtlarda deyil, dişlərə ehtiyac duyacağı vaxta qədər ertələnir. Çünki, südlə qidalanarkən, dişə ehtiyac yoxdur. Yeməkləri üyütməsi lazım gələcəyi vaxtlarda isə, dişləri çıxmağa başlayır. Sonra, dişlərinin, əzib üyütməyə yarayan geniş dişlər, qırmağa yarayan azı dişlər və kəsməyə yarayan iti dişlər olmaq üzərə bir-birindən ayrılması..."
~ Cücənin yumurtadan çıxar-çıxmaz, o əsnada, yerdəki dənələri yeməsinin özünə ilham edilməsi və s.
Bütün fellərdə, yumşaqlıq, mülayimlik mövcuddur. Lütfün mənası da, budur.
Varlıqların tədbir, tərbiyə və idarələrində görünən bu lütf felləri, Allahdan başqasına məxsusdursa, Allahdan başqası, bütün bu incəlikləri bilirmi? Daha yumşaq olan bu felləri, daha şiddətlisindən ayıra bilirmi? Ayırmağa qüdrəti çatırmı və s.
6. Tədbir, tərbiyə və idarədəki mərhəmət:
Müəllif, bunu, bir risaləsində, ("Sözlər", 10-cu Söz: "Haşr" risaləsi, 2-ci Həqiqət, s. 61), belə izah edir:
"Hem, gerek nebatî ve gerek hayvanî ve gerek insanî bütün validelerin o rahîm şefkatleriyle (haşiyə) ve süt gibi o lâtif gıda ile o âciz ve zayıf yavruların terbiyesi, ne kadar geniş bir rahmetin cilvesi işlediği bedaheten anlaşılır."
(Haşiye:
Evet, aç bir arslan, zayıf bir yavrusunu kendi nefsine tercih ederek, elde ettiği bir eti yemeyip yavrusuna vermesi; hem korkak tavuk, yavrusunu himaye için ite, arslana saldırması; hem incir ağacı, kendi çamur yiyerek, yavrusu olan meyvelerine halis süt vermesi...)
Yəni:
Həm gərək nəbati (bitkilərdən olan), gərək heyvani (heyvanlardan olan) və gərəksə də insani (insanlardan olan) bütün anaların o rəhmətli şəfqətlərilə (haşiyə); və süd kimi o lətif qida ilə, o aciz və zəif balaların tərbiyəsi, nə qədər geniş bir rəhmətin cilvəsi işlədiyi, açıq bir şəkildə başa düşülür.
Haşiyə:
Bəli,
1. Ac bir şirin, zəif bir balasını, öz nəfsinə tərcih edərək, əldə etdiyi bir əti yeməyib balasına verməsi; həm
2. Qorxaq toyuğun, balasını himayə üçün, itə, şirə hücum etməsi; həm
3. Əncir ağacının, özü palçıq yeyərək, balası olan meyvələrinə, xalis süd verməsi...
İndi isə, Müəllifin yuxarıdakı bəyanına qayıdaq:
Məxluqatın tədbir, tərbiyə və idarəsində, bir təşabüh, tənasüb, intizam, insicam, lütf və mərhəmət görünməkdədir.
Bu tədbir, tərbiyə və idarədə görünən təşabüh, tənasüb, intizam, insicam, lütf və mərhəmətdə, Allahın rahməniyyət/rahmən olmasının ən böyük sikkəsi təzahür etməkdə, görünməkdədir.
Buna görə, "Bismilləhi'r-Rahmən" demək, bu mənaya gəlir:
"Ey Rəbbim! Bu əşyada gördüyümüz tədbir, tərbiyə və idarə, Sənə aiddir. Bunlarda görünən təşabüh, tənasüb, intizam, insicam, lütf və mərhəmətə, Səndən başqası, fail ola bilməz."
Bütün bu rəhmət fellərinin Allahdan başqasına nisbəti mümkün olmadığına görə, biz soruşuruq:
"Elə isə, Allah üçün hər hansı bir zərurət vardırmı?"
Qətiyyətlə deyə bilərik ki, xeyr.
Elə isə, bütün bu fellər, Onun, nə qədər mərhəmətli olduğunu göstərməkdədir.
---------------------------
Bundan sonra, Müəllif, "ər-Rahim" ismini, belə şərh etməkdədir:
"...insanın mahiyet-i câmiasının simasındaki letaif-i re’fet ve dekaik-ı şefkat ve şuâat-ı merhamet-i İlahiyeden tezahür eden sikke-i ulyâ-i rahîmiyettir ki Bismillahirrahmanirrahîm’deki 'er-Rahîm', ona bakıyor..."
Mətnin izahı:
İlk əvvəl, insanın mahiyyətinin cami/cəm edən olması üzərində, bir az dayanaq. Müəllif, bir risaləsində ("Sözlər", 22-ci Söz, Birinci Məqam, 2-ci Bürhan, 5-ci Haşiyə, s. 276), belə deyir:
"... mahiyet-i insaniye, şu kâinatın bir misal-i musağğarı olduğundan, âdeta âlemde ne varsa insanda nümunesi vardır..."
Yəni:
İnsanın mahiyyəti, bu kainatın kiçildilmiş bir nümunəsi olduğundan, aləmdə nə varsa, sanki, insanda nümunəsi vardır.
Allah Taala, insanın mahiyyətinə bir genişlik vermiş və onu, kiçik bir aləm surətində yaratmışdır. Kainatı kiçiltsək, insan; insanı böyütsək, kainat olar. Kainat, sanki böyük bir insan; insan isə, sanki kiçik bir kainat kimidir. Bu kainatda nə varsa, kiçik bir nümunəsi, insanda vardır. Məsələn:
~ Yer üzünün 3/4-ü, sudur. İnsan vücudunun da 3/4-ü, sudur.
~ Torpaqda, dəmir və s. kimi elementlər var. Bizim bədənimizdə də bu elementlərin hamısı mövcuddur.
~ Yer üzündə, dağlar, torpaq var. Buna müqabil, bizdə sümüklər vardır.
~ Yer üzündə çaylar vardır. Buna qarşılıq, bizdə damarlar vardır.
~ Yer üzündə meşələr var. İnsanda saç və qıllar vardır.
~ Aləmdə şeytan var, bizdə nəfs.
~ Aləmdə mələk var, insanda ilhamlar.
~ Aləmdə lövh-i məhfuz var, bizdə yaddaş qüvvəti.
~ Aləmdə ərş var, bizdə qəlb.
~ Aləmdə kürsi var, bizdə ağıl.
~ Aləmdə misal aləmi var, bizdə xəyal qüvvəti.
Bunlar və daha bir çox bənzərliklər isbat edir ki, insan, bu kainatın kiçik bir misalıdır.
Müəllif, insanın cəm edici mahiyyətində, 3 şeyə diqqət çəkir:
1. Rə'fət/çox şiddətli mərhəmətindəki incəliklər;
2. Şəfqətindəki incəliklər;
3. İlahi mərhəmətin şüaları
İnsanın cəm edici mahiyyətində, bu üçü vardır. Yaradılışında, tərbiyəsində, əza və cihazlarla təchiz edilməsində, ona verilən hisslərdə, məxluqatın ona boyun əydirilməsində və fitrətinin hər zərrəsində, Allahın rə'fətinin lütfləri, şəfqətinin incəlikləri və mərhəmətinin şüaları/parıltıları vardır. Müəllif ustad Nursi, "Məsnəvi-i Nuriyyyə" əsərində (s. 160), belə deyir:
"İ’lem Eyyühel-Aziz! İnsan:
• Hikmet ile yapılmış bir masnudur. Ve Sâniin gayet hakîm olduğuna, yaptığı vuzuh-u delalet ile sanki mücessem bir hikmet-i nakkaşedir.
• Tecessüd etmiş bir ilm-i muhtardır;
• İncimad etmiş bir kudret-i basîre olduğu gibi;
• Öyle bir fiilin mahsülüdür ki, istidadı irade ettiği şeyi kendisine veriyor.
• Öyle bir in'am ve ihsanın kesifidir ki, bütün hacatına vâkıftır.
• Öyle bir kaderin tersim ettiği bir surettir ki, bünyesine lâzım ve münasib şeyleri bilir."
İzahı:
"İnsan, hikmet ile yapılmış bir masnudur."
Hikmət, bir mənadır; "fayda, qayə" deməkdir. Əbəsin, yəni gərəksizliyin, yersizliyin ziddidir.
İnsana bu göz ilə baxıldığında, saçından dırnağına qədər, hər şeyi ilə, hikməti göstərir. Saça ehtiyacımız vardır və biz, ondan fayda görürük. Alnımızın saçsız olması da, hikmətdir; qaşlarımızın varlığı da hikmətdir. Kirpiklərimizdə də, hikməti daha açıq seyr edirik. Onlar qara olmasalar, az bir işıqdan narahat olar və ətrafımızı belə görə bilmərik.
Qoxular aləmilə münasibətimizi quran burnumuz, yenə İlahi hikməti göstərir. Alt çənəmizin hərəkətli, üst hissəsinin sabit olması da, hikmətdir; dişlərimizin həm özləri, həm də düzülüş sıraları və yerləri hikmətlidir. Qulağımız hikmətlə yaradılmışdır, bizi səslər aləminə qovuşdurur.
İnsan üzündə gördüyümüz bu hikmətləri, vücudumuzdakı bütün orqanların vəzifələri və faydaları üçün də düşündüyümüzdə, insan vücudunda, hikmətsiz bir tək hücrə, bir tək orqan, bir tək damar olmadığını görərik. Sanki "hikmət", cisim geyinmiş "insan" olmuşdur. İnsan, hikməti, bu qədər açıq olaraq göstərməkdədir.
"Tecessüd etmiş bir ilm-i muhtardır."
Yəni insan, hər şeyi bilən və iradə edən Allahın, elm sifətini, o qədər açıq göstərir ki, sanki elm, cəsəd geyinmiş və insan olmuşdur.
Bu elmdən sonra, iradə meydana çıxır, o şeyin yaradılması ixtiyar edilir və qüdrətin icra edilməsilə də, o şey yaradılır.
İxtiyar kəliməsi də, təsadüfü rədd edir. Yəni gözümüz təsadüfən göz olmuş, təsadüfən bu şəkli almış, təsadüfən üzümüzdə özünə yer etmiş, təsadüfən 2 ədəd olmuş, təsadüfən göz qapaqları ilə qoruma altına alınmış... deyildir. Bunların hər biri, ixtiyar və iradəni göstərməkdədirlər.
"İncimad etmiş bir kudret-i basire..."
ifadəsi, eyni həqiqətin, qüdrət üçün də bəhs mövzusu olduğunu nəzərə verməkdədir. İncimad: "donmaq, qatılaşmaq" deməkdir. Ətrafımızda bunun ən bariz nümunəsi, buzlardır. Buxar bir az qatılaşınca su; daha da qatılaşıb donunca da, buz olur. Buz, buxarın incimad etmiş şəklidir.
İnsana qüdrət sifəti yönündən baxdığımızda, insanın bir yönü ilə sırf qüdrət olduğunu, qüdrətin sanki görünür bir hal aldığını və insan olaraq özünü göstərdiyini anlayırıq.
Həkimlərin bildirdiyinə görə, insan bədənində, 100 trilyon hüceyrə və hər hüceyrədə də, yenə 100 trilyona qədər atom vardır. Yəni bir insanda, 100 trilyon x 100 trilyon atom vardır. Bu atomların hər biri, bir qüdrət xəzinəsidir və parçalandıqlarında ortaya böyük bir güc çıxmaqdadır. Bu qədər çox atoma bu nəzərlə baxdığımızda, sanki böyük bir enerji incimad etmiş, yəni donmuş və insan olmuşdur.
"Basire" kəliməsi isə, bu güc və qüvvətin kor bir qüvvət olmadığını, öz başına, sahibsiz bir güc olmadığını, insanı görən və o qüvvətləri yaradan bir Şəxsin əmrində olduğunu xatırlatmaq üçün istifadə edilmişdir.
Ustad Nursi (rahiməhullah), insanın nə qədər mükəmməl bir əsər olduğunu, beləcə nəzərə verildikdən sonra, onun çox əhəmiyyətli bir yönünə diqqət çəkir:
"Öyle bir fiilin mahsulüdür ki, istidadı irade ettiği şeyi kendisine veriyor."
İnsanda elə bir istedad vardır ki, hər mövzuda insanın önünü açır və
"Çalışarsansa, bu nəticəni əldə edə bilərsən." mesajını verir.
Dünyadakı sənət sahələrini saymaqla bitirə bilmirik və bunların hamısının icraçısı da, insandır. Demək ki, insan, mühəndis də ola bilir, həkim də, fizik də ola bilir, kimyaçı da. Ədəbiyyatçı da ola bilir, sənətkar da.
Bu məşru sənət sahələri yanında, yenə sayıla bilməyəcək qədər də haram, pis işlər vardır. İnsan, bunların da hər birinə girə bilir. Oğru da olur, saxtakar da, qatil də.
Müsbət və mənfi bu qədər işləri görməyə açıq olan bu qədər geniş bir istedad, insandan başqa heç bir varlıqda yoxdur.
Məsələn, mələklərin ən böyüklərindən biri, Cəbraildir. Ancaq o böyük mələk istəyərsə, Əzrail ola bilmir, Mikail də, İsrafil də.
Heyvanlar aləmində də, bənzər bir tabloya şahid oluruq:
Bir arı, istəsə də, ipək hörə bilmir; ipək böcəyi də, bal verə bilmir.
Yəni hər varlıq, nə üçün yaradılmışdırsa, o işi görməkdədir. Sadəcə insana, qismən də, cinlərə, imtahan olmalarının gərəyi olaraq, bir azadlıq tanınmışdır. İstəyərlərsə iman da edə bilirlər, diləyərlərsə küfür yoluna da girə bilirlər.
Tarix boyunca gəlib-keçmiş bütün insanları və qiyamətə qədər gələcək bütün insanları xəyalən göz önünə gətirək. Hər biri, tək başına ayrı bir aləm olduğunu, hər birinin xarakter, sənət, əxlaq, elm, saleh əməl, təqva yönündən çox fərqlilik göstərdiyini görərik. Bu fərqliliklər, cənnətdəki ayrı-ayrı ehsan mərtəbələrini və cəhənnəmdəki fərqli əzab dərəcələrini nəticə verəcəklər.
Peyğəmbərlər, salehlər, səhabələr, alimlər də insanlardan çıxmışlardır. Nəmrudlar, fironlar, əbu Cəhillər də.
"Öyle bir in'am ve ihsanın kesifidir ki, bütün hacatına vakıftır."
İn'am: "Nemətin verilməsi"nə deyilir.
İnsan, bütünü ilə, "hikmətlə toxunulduğu" kimi, maddi və mənəvi bütün alət və cihazları da, ona İlahi bir ehsandır, in'amdır. Sanki Allahın ehsanları, kəsifləşib, qatılaşıb insan olmuşdur.
Burda diqqət çəkilən əhəmiyyətli bir nöqtə də, insanın öz ehtiyaclarını bilməsi, onları təmin etmək üçün plan qurması, o plan üzərə səy göstərməsidir. Bu xüsusiyyət, başqa varlıqlarda yoxdur. Heyvanlar, öz ehtiyaclarını, düşünərək, planlayaraq deyil, İlahi ilhamla görməkdədirlər. Necə ki, Allah Taala, Nəhl surəsi 68 və 69-cu ayətlərdə belə buyurmaqdadır:
وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ • ثُمَّ كُلِى مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسْلُكِى سُبُلَ رَبِّكِ ذُلُلًا...
Rəbbin bal arısına belə vəhy etdi:
“Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get..."
Bir heyvan, bu nöqtədə insandan o qədər geridir ki, ehtiyaclarını bilməsi bir yana, öz varlığı haqqında belə, çox az şeyə şüuru vardır. O da nəfəs alır, ancaq havaya ehtiyacı olduğunu bilməz. O havanın, ciyərlərinə getdiyindən də xəbərsizdir, çünki ciyərinin nə olduğunu bilməz. Gecə olunca, gözlərini örtüb yatar. Ancaq gecə və gündüzə olan ehtiyacını da bilməz. Eyni şəkildə, dünyaya, günəşə, havaya, suya, mövsümlərə möhtac olduğunu da bilməz.
İnsanın, öz iradəsi xaricində cərəyan edən bu hadisələrə möhtac olduğunu bilməsi, onun üçün böyük bir şükür qapısını açmaqdadır.
"Bunların hamısına möhtacam və yenə bunların heç birini görəcək gücə sahib deyiləm." deyə düşünən insan, bütün bu icraatları görən və bütün varlıqları insana xidmət etdirən Rəbbinə, külli mənada şükür etməyə başlayır.
"Öyle bir kaderin tersim ettiği bir surettir ki, bünyesine lazım ve münasib şeyleri bilir."
Tərsim: "rəsm etmək" deməkdir.
Bir binanın maketi necə qurulmuşdursa, bina da ona görə tikilir. Bir ev haqqında:
"Otaqların sayları, şəkilləri, eni, uzunluğu niyə belədir?" deyə soruşsaq, "Planı belə cızılmışdır." cavabını alarıq.
Bədən, ruhun evi olduğuna görə, bədənimizi də bu mənada dəyərləndirə bilərik.
Sual: "Əlimiz niyə bu şəkildədir?"
Cavab: "Qədərdə elə planlanmış, elə rəsm edilmişdir, onun üçün."
Sual: "Üzümüzdə niyə 2 göz var və şəkilləri niyə belədir?"
Cavab: "Qədərdə elə tərsim edildiyi üçün."
İnsanın bütün vücudu kimi, hər bir orqanı da, İlahi qədərdə necə planlanmışdırsa, İlahi qüdrətlə elə yaradılır.
Nəticə olaraq:
İnsanın bu qədər hikmət, elm, iradə, qüdrət və s. vəsflərə sahib olması, onun haqqında Allahın rəhmətindən başqa bir şeydirmi?!
Bütün bunları, özünün əldə etməsi mümkün ola bilərmi? Və ya şüursuz təbiət və səbəblərin ona bir ehsanı ola bilərmi? Bütün bunlar, imkan daxilindədirmi?! Əsla!
Yenə Müəllifimiz, "Məsnəvi-i Nuriyyə" adlı əsərində, "Rəşhalar" risaləsində (s. 27-28), belə deyir:
"...şu ziynetli masnuatın (sənət əsərlərinin) cemâli, hüsn-ü sanat (sənətdəki gözəlliyi) ve ziyneti izhar eder."
- Əgər kainatdakı varlıqlara "yaradılmış olmaları" cəhətilə baxsaq, Allahın "əl-Xaliq" (Yaradan) ismini görüb, varlıqlara "məxluq" olmaları cəhətilə baxmış olarıq.
- Əgər kainatdakı varlıqlara "sənət əsəri olmaları" cəhətilə baxarsaq, Allahın "əs-Sani" ismini görüb varlıqlara "məsnu" (sənətlə yaradılmış) olmaları cəhətilə baxmış olarıq.
Bu məqamda, varlıqlara məsnu olmaları cəhətilə baxacağıq. Bəli, hər bir varlıq, nərgizdən bülbülə, bülbüldən tovuz quşuna, tək-tək düzülmüş qarğıdalıdan dənizlərin diblərindəki balıqlara qədər hər şey, sənətlə yaradılmış bir əsərdir.
Birinci qaydamız budur:
Sənətlə yaradılmış bu əsərlərin gözəlliyi, sənətdəki gözəlliyi və zinəti izhar etməkdədir. Yəni, bu əsərlərin gözəlliyi, onlardakı sənətin və zinətin gözəlliyindən gəlməkdədir. Onlar (yəni bu sənət əsərləri), belə bir sənət gözəlliyinə və zinətinə ayna olmaqla, sənət əsəri olmuşlardır. Sənət əsəri olmaqla da, sənətin gözəlliyi və zinətinə şəhadət etməkdədirlər.
Bəs yaxşı, elə isə, sənətdəki gözəllik və zinət nəyə şahidlik edir?
Ustad Nursi (rahmətullahi aleyh), sənətdəki gözəllik və zinətin nəyə şahidlik etdiyini belə izah edir:
"Sanat ve suretin güzelliği, Sâni’de (sənətkar olan Allahda) güzelleştirmek ve ziynetlendirmek isteği mevcut olduğuna delalet eder."
Sənətin və zinətin gözəlliyi, Sənətkarında, gözəlləşdirmək istəyinin və zinətləndirmək arzusunun mövcud olduğuna dəlalət edir. Çünki Sənətkarında gözəlləşdirmək istəyi olmasaydı, onu bu şəkildə gözəl yaratmazdı. Zinətləndirmək arzusu olmasaydı, onu bu qədər bəzəməzdi. Madam ki, sənətlə yaratmış və zinətlə bəzəmiş, o halda Onun, gözəlləşdirmək və zinətləndirmək arzusu vardır.
Bəs yaxşı, elə isə, Sani'dəki bu gözəlləşdirmək və zinətləndirmək istəyi nəyə şəhadət edir?
Əziz Ustad, bunun nəyə şəhadət etdiyini belə izah etməkdədir:
"Güzelleştirmek ve ziynetlendirmek sıfatları, Sâni’in sanatına olan muhabbetine delalet eder."
Gözəlləşdirmək və zinətləndirmək arzusu, Sənətkarın, sənətinə olan məhəbbətinə dəlalət edir. Demək, sənətini sevir ki, əsərini gözəlləşdirmək istəyir. Əgər sənətini sevməsəydi, əsərini gözəlləşdirmək və bəzəmək istəməz, adi bir şey kimi yaradardı. Madam ki, belə etməmiş, onu ən incə sənətlə yaradıb ən gözəl zinətlə bəzəmiş, o halda, demək ki, sənətinə qarşı bir məhəbbəti var.
O halda, belə deyə bilərikmi:
Madam ki, sənətinə qarşı məhəbbəti var, o halda, ən çox sevdiyini ən sənətli yaradacaq, sənətinə ən çox onu ayna qılacaqdır?
Bəli, belə deyə bilərik. Bundan da, ən böyük sənət əsəri kim olduğunu başa düşmüş olarıq.
Bu ən sənətli yaradılmış varlığı, Ustad Nursi belə bəyan edir:
"Bu muhabbet ise, masnuatın (sənətlə yaradılmış əsərlərin) en ekmeli (mükəmməli) insan olduğuna delildir. Çünkü o muhabbetin mazhar (zahir olduğu yer, ayna) ve medarı (ətrafında döndüyü yer), insandır."
Allahın -Zatına layiq bir şəkildə- sənətinə olan məhəbbəti, məsnuatın ən mükəmməlinin insan olduğuna dəlildir. Çünki yuxarıda demişdik ki, madam ki, sənətinə qarşı məhəbbəti var, elə isə, ən çox sevdiyini, ən sənətli yaradacaq.
Bizlər bilirik ki, Allahın ən sevgili məxluqu, insandır. Onu, yerin xəlifəsi qılmış; mələklərdən belə üstün yaratmışdır.
Mətnin davamında, Ustad Nursi, insanların vəsflərini sayacaq və bu vəsflər səbəbilə, insanın, Allahın xas muxatabı olduğunu bəyan edəcəkdir.
İnsan, Allahın xas məxluqudursa -ki, elədir- o halda ən mükəmməl sənət də, insandadır. Çünki Sənətkar, ən çox sevdiyini ən sənətli şəkildə yaradar.
"İnsan dahi, masnuatın (sənət əsərlərinin) en cami (cəm edici) ve en garibi olduğundan, şecere-i hilkate (yaradılış ağacına, yəni kainata) bir semere-i şuuriyedir (şüur sahibi bir meyvədir)."
Ustad Said Nursi (rahmətullahi aleyh), bu cümlədə, insanı 3 sifətlə vəsf edir:
1. Məsnuatın ən camisi olması;
2. Məsnuatın ən qəribi (qeyr-i adisi) olması;
3. Yaradılış ağacının (kainatın) şüur sahibi meyvəsi olması.
Tək-tək, bu 3 vəsf üzərində bir az dayanaq. Belə ki:
1. İnsanın, məsnuatın ən camisi olması:
İnsan, sahib olduğu orqan və hislər cəhətilə, məsnuatın ən zənginidir. Ağıldan təsəvvürə, təsəvvürdən xəyala qədər, insan, minlərlə hisslərlə təchiz edilmişdir ki, bu, digər məxluqlarda yoxdur. Bu da, insana verilən qiymətin işarətidir.
Həm insana, həm də digər canlılara verilən orqan və hislərə gəlincə, burda da üstünlük, yenə insandadır. Məsələn:
~ Hər varlığın, gözü vardır, ancaq heç biri, kainatı bir insan kimi seyr edə bilməz. Onların əksəriyyəti, aləmi, ağ-qara görüb, rənglərin fərqinə belə varmaz.
~ Yenə hər varlığın, dili vardır, ancaq heç biri, insan kimi, dadları hiss edə bilməz. Bəziləri sadəcə ot yeyər, bəziləri də sadəcə ət.
~ Yenə hər varlığın qulağı vardır, ancaq heç biri, insan kimi bütün səsləri fərq edə bilməz. Bülbülün səsilə qarğanın səsi, onlara eyni gəlməkdədir. İnsan isə, kainatdakı hər səsi fərq edə bilməkdədir.
Bunlar kimi, saymaqla bitməyəcək qədər çox hissləri, orqanları vardır ki, insan, bütün bunlara ən maksimal səviyyədə sahib olmuş, bununla da, ən cami (cəm edici) varlıq ünvanına sahib qılınmışdır. Sanki, insan, kainata kiçildilmiş bir misaldır. Yəni kainatı kiçiltsək, insan olar; insanı böyütsək, kainat.
2. Məsnuatın ən qəribi olması:
Mətndəki "qərib" kəliməsi, "qürbətdə olan" və "sahibsiz" mənasında deyil, "heyrət verici", "qeyr-i adi" mənasındadır.
İnsan, üzərinə təfəkkür edənləri ən çox heyrətə gətirən ən qərib məxluqdur. Elm adamları, insanın, hələ maddi/fiziki quruluşunu belə tam öyrənə bilməmişlərdir. Bir də bunlara, minlərlə hissləri də əlavə edin. Bax insan, belə qeyr-i adi və heyrət verici bir varlıqdır.
3. Yaradılış ağacının (kainatın) şüur sahibi meyvəsi olması.
Kainatı, bir ağaca bənzətsək:
• Ünsürlər (elementlər) - bu ağacın budaqları;
• Bitkilər - yarpaqları;
• Heyvanlar isə - çiçəkləridir.
• Bu ağacın meyvəsi isə - insandır.
İnsana ağıl və idrak verilmiş və bununla da, "kainat ağacı"nın ən qiymətli cüzü (parçası) qılınmışdır. Hətta "kainat ağacı", "insan meyvəsi" üçün yaradılmışdır deyə bilərik.
Bura qədər, insanın 3 vəsfini öyrəndik və haqlarında bir az danışdıq.
Ustad (rahiməhullah), belə davam edir:
"İnsan, bir semere (meyvə) gibi olduğu cihetle, kâinatın eczası (cüzləri, parçaları) arasında en cami (cəm edici) ve baid (uzaq) bir cüzdür (parçadır)."
İnsanın ən cami (cəm edici) olduğu haqqında yuxarıda danışdıq. Burda isə, insanın, "en baid cüz" olması haqqında danışaq:
"Baid" kəliməsinin lüğəvi mənası "ən uzaq" deməkdir. İndi, sualımız budur:
"İnsanın, kainatın cüzləri arasında ən baid/uzaq cüz olması, nə deməkdir? İnsan, nəyə uzaqdır; və bu uzaqlıq, ona necə bir şərəf qazandırmışdır?"
Burdakı uzaqlığı, Allah ilə qul arasında düşünmək, mümkün deyildir. Çünki Allah (isim və sifətlərilə), hər şeyə, hər şeydən daha yaxındır. Bu uzaqlığı, insan ilə digər varlıqlar arasında düşünmək də mümkün deyildir. Çünki insan, onlarla iç-içə yaşayır və aralarında heç bir uzaqlıq əsəri görünmür. Elə isə, bu uzaqlıq nədir?"
Bu uzaqlıq, məkan uzaqlığı olmayıb, zaman uzaqlığıdır. Yəni, insanın, daha sonra yaradılmasıdır. İnsanın yaradılışı, digər varlıqların yaradılışına qiyasla, daha sonradır. Bu sonralıq da, insana böyük bir şərəf qazandırmışdır. Belə ki:
Necə ki, bir ağac yaradılarkən, ilk əvvəl kökü, sonra gövdəsi, sonra budaqları, sonra çiçəkləri və sonra yarpaqları yaradılır. Meyvə isə, daha sonra icad edilir. Bununla da başa düşülür ki, ağacın yaradılış məqsədi, meyvədir; ağac, meyvəsi üçün icad edilmişdir. Ağacdakı bütün tədbirlər, meyvəyə görə tənzim edilmiş və ağac, budaqlarına asılacaq meyvələr üçün xəlq edilmişdir. Demək ki, bu ağacın ən qiymətli cüzü/parçası, meyvəsidir.
Eynilə bunun kimi, kainat da, bir ağac şəklində yaradılmışdır. Ünsürlər/elementlər - bu ağacın budaqları olmuş; bitkilər - yarpaqları; heyvanlar isə - çiçəkləri.
Demək, kainat, insan üçün xəlq edilmiş, onun üçün hazırlanmış, ona bir ev olması üçün tənzim edilmişdir. Bundan da başa düşülür ki, bu qonaq yeri olan kainatın ən qiymətli qonağı, insandır.
Mətndəki "baid" kəliməsinin altında yatan məna, bax budur. Bu kəlimə ilə, insanın ən son yaradıldığına diqqət çəkilmiş; bununla da, qiymət və şərəfi isbat edilmişdir.
"İnsan, zîşuur (şüurlu) ve cami (cəm edici) olduğu cihetle, nazarı âmm (ümumi), şuuru külli olur."
İnsanı digər varlıqlardan ayıran ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, şüur sahibi olmasıdır.
Şüur: hislər vasitəsilə idrak etməkdir. Yəni, məsələnin künhünü, mahiyyətini başa düşməkdir. İnsan, bu sifətə, külli mənada sahibdir. Heyvanlarda isə, belə bir külliyyət yoxdur.
İnsanın, bundan başqa, bir də camiyyəti vardır. O, sahib olduğu cihaz və hislər cəhətilə, məsnuatın ən camisidir. Ağıldan təsəvvürə, təsəvvürdən xəyal və sairə qədər, insan, minlərlə hisslə təchiz edilmişdir.
İnsan, belə şüur və camiyyətə (cəm ediciliyə) sahib olmaqla, nəzəri ümumi; və şüuru külli bir varlıq olmuşdur.
Nəzər kəliməsi, burda, "düşünmək" və "mülahizə etmək" mənasındadır. Bu, insanı digər canlılardan ayıran bir sifətdir. İnsan, düşünən, təfəkkür edən, mütaliə edən, məsələləri təhlil edə bilən bir varlıqdır. İnsanın düşünməsi və mülahizəsi, kainatı əhatə edəcək dərəcədə genişdir.
Bundan başqa, insanın şüuru da küllidir. Yəni, bütün hislərilə idrak edər; ona verilən hər bir hiss, idrakına vəsilə olar. Bu sayədə, hər şeyin mənasına nüfuz edə, künhünü kəşf edə, mahiyyətini başa düşə bilər.
Sözün özü: İnsana verilən hislərlə idrak qabiliyyəti və insanın yaradılışındakı camiyyəti, insanı heyvanlardan ayırmış; insanı düşünən, idrakı külli bir varlıq halına gətirmişdir.
Bəs yaxşı, elə isə, insanın düşünüb mülahizə edə bilməsi və idrakının külli olması, insana nə qazandırmışdır?
Ustad, bunların nə qazandırdığını belə bəyan edir:
"Nazarı âmm (ümumi) olduğundan, şecere-i hilkati (yaradılış ağacını) tamamıyla görür; şuuru da külli olduğundan, Sâni’in (sənətkar olan Allahı ) makasıdını (məqsədlərini) bilir. Öyleyse, insan, Sâni’in muhatab-ı hâssıdır (sənətkar olan Allahın xas muxatabıdır)."
İnsan, düşünmə və mülahizə etmə qabiliyyəti sayəsində, "yaradılış ağacı"nı, yəni kainatı, tamamilə görüb müşahidə edər.
- Bir heyvan'ın, günəşdən, aydan, ulduzlardan, bu aləmdəki digər əşyadan və dünyanın başqa bir yerindən xəbəri vardırmı? Heyvanın əlaqəli olduğu bütün şeylər, içində gəzdiyi yer ilədir. Ancaq insan, deyil yalnız dünyanı; ulduzları, planetləri və qalaktikaları bilə bilir. Arşı, kürsini bilir; cənnət və cəhənnəmi bilir. Bununla da, Allahın qüsursuz qüdrətini, tərbiyə ediciliyini və digər vəsflərini kainatda tamaşa edir.
Bundan başqa, insanın şüuru külli olduğundan, yəni hislər vasitəsilə idrak edə bildiyindən, hər şeyin mənasına, künhünə, mahiyyətinə nüfuz edə bilir. Ağlı olub düşünə bildiyindən, Allahın məqsədlərini bilir. Bu kainatı nə üçün yaratdığını, əşyanı nə üçün icad etdiyini, özünün niyə var olduğunu və digər bütün İlahi məqsədləri bilir. Bütün bunlardan dolayı da, Allahın xas muxatabı olur.
Bax bu sirdən dolayıdır ki, Allah, hikmətli kitabında:
"Ey insanlar!", "Ey iman edənlər!" deyə buyurur;
"Ey günəş!", "Ey ulduzlar!" deyə buyurmur. İnsanı Özünə muxatab qılıb insanla danışır.
