Rad surəsi 15-ci ayətin təfsiri
"Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də, səhər-axşam, istər-istəməz, Allaha səcdə edir." (Ra'd/15)
-------------------------
Təfsiri:
Bil ki, burda bəhs edilən "səcdə"nin mənası xüsusunda, 2 görüş vardır:
✓ Birinci görüş: Bu "səcdə"dən murad, "alnı yerə qoyma" mənasındakı səcdədir. Bu mənaya görə, ayətin, 2 izahı vardır:
a. Bu, hər nə qədər ümumi bir ifadə isə də, bundan murad, xüsusi varlıqlardır. Onlar da, möminlərdir. Çünki, bəzi möminlər, Allaha, asanlıqla və arzu ilə səcdə edərlər. Bəzi müsəlmanlar isə, bu, özlərinə ağır gəldiyi üçün, Allaha, kərhən (çətinlik çəkərək) səcdə edərlər. Onlar, özlərini, nəfsləri istəsə də, istəməsə də, bu ibadətləri yerinə yetirməyə məcbur edərlər.
b. Bu ifadə, ümumidir və bundan qəsd edilən məna da, ümumidir. Buna görə, ayətdə, bir müşkil bəhs mövzusudur. Çünki, göylərdə və yerdə olan hər şey, Allaha səcdə etməz. Əksinə, mələklər ilə cin və insanlardan mömin olanlar, Allaha səcdə edərlər. Kafirlər isə, səcdə etməzlər.
Buna, 2 şəkildə cavab verilə bilər:
1. "Göylərdə və yerdə olan məxluqlar, Allaha səcdə edərlər." Yəni, "Göylərdə və yerdə olan hər canlının, Allaha səcdə etməsi lazımdır." deməkdir.
Beləcə, bu, vacib olma və meydana gəlmə ilə ifadə edilmişdir.
2. Səcdədən murad, təzim və qulluğu etirafdır. Allahın da,
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ...
"Əgər sən onlardan: 'Göyləri və yeri kim yaratmışdır?'– deyə soruşsan, onlar hökmən: 'Allah!'– deyəcəklər." (Loğman/25) buyurduğu kimi; göylərdə və yerdə olan hər canlı, Allaha qulluğu etiraf edər.
-----------------------
✓ İkinci görüş: Səcdə, boyun əymək və baş qaldırmamaq mənasındadır. Bu mənaya görə, "Göylərdə və yerdə olan hər canlı, Allaha səcdə edir." deməkdir. Çünki, Onun qüdrət və məşiəti (iradəsi), hər kəs (hər şey) haqqında caridir.
Bu xüsusda, sözün özü, budur:
Allah dışında qalan hər şey, zatı gərəyi, mümkündür (yəni, imkan daxilindədir). Zatı gərəyi mümkün olan varlığın mahiyyəti, var olmağı və ya var olmamağı eyni dərəcədə qəbul edir. Belə olan hər varlığın, varlığının yoxluğuna; və ya yoxluğunun varlığına üstün gəlməsi, ancaq, bir Mucid (icad edən)'in və bir Müəssir (təsir edən)'in təsirilə olur. Beləcə, Haqq Taala'nın xaricində qalan hər şeyin varlığı, Onun var etməsilə; yoxluğu da, Onun yox etməsilə olmuş olur.
Bundan dolayı, Onun təsiri, var etmə və yox etmə xüsusunda, bütün mümkin varlıqlar haqqında caridir, ki, bax bu da, səcdə etməkdir, təvazö və boyun əyməkdir. Bunun bir bənzəri ifadə də, Haqq Taala'nın:
...لَّهُۥ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ كُلٌّ لَّهُۥ قَـٰنِتُونَ
"...Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey, Ona baş əyir." (Bəqərə/116);
və
...أَسْلَمَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًا وَكَرْهًا...
"...Göylərdə və yerdə olan hər bir məxluq, istər-istəməz, Ona təslim olmuşdur..." (Al-i İmran/83) ayətləridir.
------------------------
Haqq Taala'nın, "طَوْعًا وَكَرْهًا / istər-istəməz" ifadələrinə gəlincə, bununla, bu murad edilmişdir:
"Məsələn, həyat və varlılıq kimi bəzi hadisələrə, insanın yaradılışı təmayül edər, onu arzulayar. Ölüm, kasıbçılıq, korluq, hüzn, topal olma və hər cür pisliklərdən də, insanın yaradılışı nifrət edər, uzaqlaşar. Halbuki, bütün bunlar, Allahın qəzası, qədəri, təkvini və icadı ilə meydana gəlirlər. Heç kimin, bunlara qarşı gəlmək və bunları sovuşdurmaq gücü yoxdur."
--------------------------
Daha sonra, Haqq Taaala,
...وَظِلَـٰلُهُم بِٱلْغُدُوِّ وَٱلْءَاصَالِ...
"...və kölgələri də, sabah-axşam" buyurmuşdur.
Bu xüsusda, 2 görüş vardır:
• Birinci görüş: Müfəssirlər, belə demişlərdir:
"İstər mömin, istərsə də kafir olsun, hər şeyin kölgəsi, Allaha səcdə edir."
~ Mücahid, belə demişdir:
"Möminin kölgəsi, Allaha istəyərək; kafirin kölgəsi isə, istəməyərək səcdə edir."
~ Zəccac da, belə deyir:
"Təfsirdə varid olduğuna görə, kafir, Allahdan başqasına; kölgəsi isə, Allaha səcdə edir."
Bax bu cəhətdən,
~ ibnu'l-Ənbari də, bunu əlavə etməkdədir:
"Allah Taalanın, eynilə, dağlara anlayış verib, beləcə də, o dağların Allaha təsbih etməklə məşğul olmaları və Allahın da,
...فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلْجَبَلِ جَعَلَهُۥ دَكًّا...
"...Rəbbi dağa təcəlli etdiyində, onu parça-parça etdi..." (Əraf/143) buyurduğu kimi; təcəllisinin o dağda zuhur etməsi kimi, Allah Taalanın, dağlara, sayəsində səcdə edə biləcəkləri ağıl və anlayış verməsi və yaratması da, uzaq bir ehtimal deyildir (haşiyə).
----------------------
(Haşiyə:
Cansız nütfəyə ağıl, idrak, nitq qabiliyyəti verən Allah, dağ və bənzəri şeylərə də bunu verməyə qadirdir. Buna görə, bu görüş, ağıldan uzaq görülməməlidir.)
-----------------------
• İkinci görüş: Kölgələrin səcdə erməsindən murad, "onların, bir tərəfdən digər tərəfə meyl etmələri, günəşin alçalması ilə, uzanıb; yüksəlməsilə də, qısalmaları"dır. O halda, o kölgələr, uzanmalarında, qısalmalarında və bir tərəfdən digər bir tərəfə meyl etmələrində, Allaha boyun əymiş və təslim olmuş, deməkdir.
Burda, xüsusilə axşam və sabahdan bəhs edilmişdir. Çünki, kölgələr, ancaq, bu 2 vaxtda böyüyürlər.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
------------------------
Əlavələr:
Bu ayətdə, bu xüsuslar vurğulanmaqdadır:
• Birincisi: Allaha səcdə etməyən kafirlərin də kölgələri, Allaha səcdə etməkdədir. Bu vurğu ilə, kafirlərin, müşriklərin simvolik təmsilçiləri olan kölgələrinin bile Allaha səcdə etdiyinə işarət edilərək, onlar, düşünməyə dəvət edilmişlərdir.
• İkincisi: İnsanların iqamət etdiyi yer kürəsinin, günəş sistemi içərisindəki mövqeyi nəzərə ərz edilmiş, belə incə bir sənət xariqəsinin, mütləq, sonsuz elm, qüdrət və hikmət sahibi bir Yaradıcı'sının olmasının zəruriliyinə işarət edilərək, inkar edənlərin və müşriklərin ağıllarını istifadə etmələri istənilmişdir.
Çünki, yer üzündəki cisimlərin kölgəli olmalar üçün, çox incə bir sənət tablosu bəhs mövzusudur. Bu kölgələr, 150 milyon km uzaqda olan günəşin işıqlarının, müəyyən bir qanun çərçivəsində yer üzünə əks etməsilə meydana gəlir. İnsanlar, qiyam halından, yəni yuxarıdan, yer üzünə başını qoymaq surətilə səcdə etdikləri kimi; günəş işıqları da, qiyam halı olan göydən yer üzünə gəlib "üzünü sürtərək" səcdə etməkdədir. Bu işıqların yer üzü cisimlərinə əks etməsi əsnasında, onlarda meydana gələn kölgöləri də, yerə üz sürtmək surətilə səcdə etməkdədir. Əgər qarşılıqlı 2 günəş olsaydı, yaxud yer üzü su kimi şəffaf bir şəkildə yaradılsaydı, bu kölgələr meydana gəlməzdi və bu simvolik səcdələr, meydana gəlməzdi.
Allahın, günəş sistemini bu şəkildə yaratması, bir yandan, Allahın birliyini göstərdiyi kimi; bir yandan da, Onun, bütün varlıqların haqq Mə'budu olduğunu və bütün varlıqların Ona səcdə etdiyini bildirməkdədir.
"Heç bir şey yoxdur ki, Allahı həmd ilə təsbih etməsin." (İsra/44) ayətində də, bu həqiqətə işarət edilmişdir. (Haşiyə)
-----------------------
(Haşiyə:
İsra/44 təfsiri üçün bax:
https://suallarlaislam.com/.../isra-sur%C9%99si-44-cu-ay...)
------------------------
Bu xüsus, səcdə etməkdən imtina edənlər üçün, ciddi bir dərsdir. Çünki, bu kölgələrin, səcdə vəziyyətinə girmələri, Allahın, səcdə edilməyə layiq yeganə haqq Mə'bud olduğuna simvolik bir şəhadətdir. (ibn Aşur, "ət-Tahrir və't-Tənvit minə't-Təfsir")
