"Ramazan ayına yetişib bağışlana bilməyəni Allah uzaqlaşdırsın." hədisinin izahı
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
Cəbrail (əleyhissəlam) gəlib belə dua etdi:
• Ramazan ayına yetişib bağışlanmağı (bacara bilməyəni), Allah uzaqlaşdırsın!
• Ata-anasının və ya ikisindən birinin yaşlılığına yetişib cəhənnəmlik olanı, Allah uzaqlaşdırsın!
• Yanında adım zikr edildiyində Mənə salat və salam gətirməyəni, Allah uzaqlaşdırsın!
Mən də: 'amin' dedim." (Hədis burda bitdi.)
------------------
Ömər ən-Nəsəfi (rahmətullahi aleyh) belə deyir:
"Allah Rəsulu (sallallahu aleyhi və səlləm), rəhmət peyğəmbəri olduğu halda, necə olur ki, ümmətinə bəd dua edər?"
diyə soruşurlarsa, belə cavab verərik:
1. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur:
"(Mən) Allaha dua etdim:
Mən, bir bəşərəm. Bəzən qəzəblənə bilərəm. Qəzəb halımda bir müsəlmana bəd dua etdiyimdə, onu, onun üçün bir rəhmət qıl. Allah da duamı qəbul etdi."
buyurduğu üçün, müsəlmana etdiyi (zahirdəki) bəd duası, duaya çevrilmiş olur.
2. Şeyxim İsmayıl ən-Nuhi'dən, şeyxi imam Halvani'nin imam əbu Hənifə'dən nəql etdiyi bu rəvayəti eşitdim:
Ona (yuxarıdakı) eyni sual verdildiyində, belə cavab verdi:
"(O) bəd dua etməmişdir. Bunun bir bəd dua olduğunu hardan çıxardınız?"
Sual soruşanlar:
"(Hədisdə) Allah uzaqlaşdırsın." deyir çünki.
İmam əbu Hənifə:
"Bəs yaxşı, Allah uzaqlaşdırsın nə deməkdir?"
Sual soruşanlar:
"Allah rəhmətindən və s. uzaqlaşdırsın." deməkdir.
İmam əbu Hənifə:
"Buna dəliliniz nədir?"
Sual soruşanlar:
"Bəs yaxşı elə isə, (hədisin) mənası nədir?"
İmam əbu Hənifə belə cavab verdi:
"Doğrusunu Allah bilir, mənası budur ki:
Bütün bunları etməyənlər, əzabı haqq etmiş (qazanmış) olarlar. Bax bu əzabı Allah onlardan uzaqlaşdırsın."
Beləcə, bəd dua deyil, dua etmiş deməkdir. (Rəvayət burda bitdi).
Bu, imamlar imamı (əbu Hənifə)'nin diqqət çəkdiyi uca bir faydadır.
(Ömər ən-Nəsəfi, "Tilbətu'l-Tələbə", s. 22-23)
- Dünya atəşi ilə cəhənnəm atəşinin müqayisəsi.
- "Qiyamət günü 3 (zümrə) şəfaət edəcəkdir.
- Allah Rəsulu (sallallahu aleyhi və səlləm) duada əllərini necə tutardı.
- İslamda rəsm və heykəllərin hökmü
- Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçməyən nemətlər
- Cənnətdə bir çay olan Kövsər.
- Dünyaya rəğbət göstərməyən və az danışan bir adam
- Cəhənnəm atəşi insanın hansı üzvlərini yandırmaz.
- "Cənnətdə bir qamçının (azacıq) yeri (belə), dünyadan və dünyadakı hər şeydən xeyirlidir."
- Cəhənnəm atəşi insanın hansı üzvlərini yandırmaz.