"Ramazan ayında şeytanların zəncirlərə vurulması"- hədisin anlamamı nədir?

Əbu Hureyrə (رضي الله عنه) dan rəvayət edildiyinə görə, Allah Rəsulu ( ﷺ ) belə buyurmuşdur:

Ramazan ayının ilk gecəsi olduğunda, şeytanlar və cinlərin üsyankarları, zəncirlərə vurulur. Cəhənnəmin qapıları bağlanılır, heç bir qapısı açılmaz.

Cənnətin qapıları açılır və heç bir qapısı bağlanmaz və bir nida edici:

Ey xeyirə istəkli kimsə! (xeyir işləməyə) yönəl.
Ey şərrə istəkli kimsə! Özünü tut. Allah tərəfindən atəşdən azad edilənlər olur.deyə səslənir.

Bu (səsləniş və azad edilmə işi) Ramazanın hər gecəsində olur.[1]
---------------------

Tirmizi ( رحمه الله) , Nəsai ( رحمه الله) , Hakim ( رحمه الله) və ibn Xuzeymə ( رحمه الله) də bunu rəvayət etmişdirlər. Buxari ( رحمه الله) də, hədisin:

Ramazan gəldiyi zaman Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanılır və şeytanlar zəncirə vurulur: -qismini rəvayət etmişdir.

Tuhfə əsərinin müəllifi, bu hədisin açıqlaması bəhsində belə deyir:

Mərədə: 'Marid'in cəm halıdır. Marid: Şər işləməyə özünü həsr etmiş kimsəyə deyilir. Cinlərin maridləri, şeytanların bir növüdür.

Şeytanların zəncirlərə vurulmasındakı hikmət, oruclulara vəsvəsə etməmələridir. Bunun bir əlaməti, Ramazandan öncə günahlara dalmış olanların çoxunun, Ramazan orucunu tutmağa başlar-başlamaz, pis vərdişlərini tərk etmələri və Allaha dönmələridir.

Bəzilərində görülən, pislik və üsyana davam etmələrinə gəlincə isə, bunun səbəbi:

Şeytanların təsirinin, bunların içində yaxşıca kökləşmiş olmasıdır.

Bəzi alimlərə görə, şeytanlar zümrəsinin başçısı olan İblis, zəncirə vurulmaz. Çünki Adəm (əleyhissəlam)'a səcdə etməkdən imtina etdiyi zaman, İlahi lənətə məruz qaldığından, Allahdan qiyamətə qədər möhlət istəmiş, Allah Taala da, bu istəyi qəbul etmişdir. Ramazanda baş verən günahlar, Onun vəsvəsə və aldatması ilə meydana gəlir.

Hədisdəki 'bağlanma': azdırmaq və ya aldatmaq xüsusundakı şeytanların zəyif düşürülmələrindən kinayə də ola bilər.

Hafiz İbn Həcər əl-Əsqalani ( رحمه الله)
nin - Bari'də dediyinə görə: Qadı İyad ( رحمه الله) belə deyir:

Şeytanların zəncirlərə vurulmasının həqiqi mənasına görə olması, ehtimal ki, mümkündür.

Şeytanların zəncirlərə vurulması:

Onları möminlərə əziyyət etməkdən uzaq tutmaq və Ramazan ayının girişini və uca qiymətini mələklərə bildirməkdir.

İkinci ehtimal:

İlahi mükafatın çoxluğuna və şeytanların zəncirlərə vurulmuşcasına möminləri günaha bulaştırmalarının azlığına işarətdir. Muslim'in rəvayətindəki:

"Rəhmət qapıları açılar." əlavəsi, bu ikinci ehtimalı, qüvvətləndirir." demişdir.

Daha sonra isə, belə deyir:

Ehtimal ki, Cənnət qapılarının açılması, Allah Taala'nın qulları üçün açdığı ibadətlərdən ibarətdir. Çünki ibadətlər, Cənnətə girmə səbəbləridir.

Cəhənnəm qapılarının bağlanılması da, sahiblərini Cəhənnəmə sövq edən günahlara qarşı, soyuq davranmaqdan ibarətdir.

Şeytanların zəncirlərə vurulması isə: Onların, insanların şəhvətlərini süsləməkdən və aldatmaqdan aciz buraxılmalarıdır.

Əl-Hafiz ( رحمه الله) in dediyinə görə, Qurtubi ( رحمه الله) hədisin mənasını, zahirinə həml edilməsini (yüklənilməsini) seçdikdən sonra, belə deyir:

"Əgər soruşulsa ki, şeytanlar zəncirlərə vurulmuş olsaydı, Ramazanda günahların və pisliklərin işlənməməsi gərəkərdi. Halbuki görürük ki, çox günah işlənir?!

Buna belə cavab verərik:

Şeytanlar, şərtləri qorunan və ədəbinə riayət edilən oruc ibadətini haqqıyla ifa edən möminlərə qarşı bağlanmış olur. Orucun şərtlərinə və ədəbinə riayət etməyən oruclulara qarşı bağlı deyildir.

Yaxud da deyirik ki, şeytanlardan bir qismi bağlanır.

Necə ki, Tirmizi ( رحمه الله) və Nəsai ( رحمه الله) nin rəvayəti də buna işarət vardır. Çünki bu rəvayətlərdə: "Marid (=asi, üsyankar) şeytanlar..." qeydi vardır.

Belə də deyə bilərik:

Şeytanların bağlanmasından məqsəd, Ramazanda pisliklərin azaldılmasıdır. Bu vəziyyəti çox vaxt müşahidə edirik. Çünki həqiqətən Ramazanda pisliklər, digər aylara nisbətən çox azalır.

Şeytanların hamısının bağlanmış olması, heç bir günahın baş verməməsini gərəktirməz. Çünki pis ruhlu kimsələr, çirkin adətlər və insanlardan olan şeytanlar da möminləri günahlara sövq edərlər."

-----------------

Hədisdə "bir nida edici..." buyurulmuşdur.

Tuhfə əsərinin müəllifinə görə:

"Nida edicinin bir mələk olması, ehtimal edilir.

Və ya məqsəd, xeyrə yönəlməsini Allahın iradə etdiyi kimsələrin qəlblərinə, bu hiss və duyğunun girməsidir."

------------------

Hədisin "Ey şərrə istəkli olan kimsə, özünü tut." səslənişindən məqsəd:

"Günah işləmək istəyənin, nəfsini günah işləməkdən uzaq tutması və tövbə edib Allaha dönməsidir."

Əl-Mirkat'da bildirildiyi kimi,

• günah işləyənlərin Ramazanda tövbə etmələri;
• ibadətə qarşı tənbəl davrananların Ramazanda ibadətə sarılmaları;
• saleh insanların Ramazanda ibadətlərini çoxaltmaları,

hədisdəki nida edicilərin təsiri və Allahın rəhmət baxışı ilə ola bilər.

Buna görədir ki, kiçiklər də daxil, müsəlmanların əksəriyyətinin oruc tutduqlarını görərsən. Hətta namaz qılmayanların çoxunun Ramazanda oruca başladıqları görülür. Halbuki, oruc, namazdan daha çətindir. İbadətə qarşı tənbəlləşməyi gərəktirən vücud zəyifliyinə və artıq yuxuya yol açar. Bununla bərabər məscidlərin Ramazanda camaatla ihya edildikləri (ibadətlə keçirilməsi) görülür.

Hədis, Allah Taala'nın Ramazan ayında Cəhənnəmə layiq (vəya qazanmış) qulların bir qismini, Cəhənnəmdən azad etdiyinə dəlalət edir. Azad edilənlərin çoxluğu, başqa rəvayətlərdən anlaşılır.

Hədisin son cümləsindəki: 'bu' kəliməsi, hədisdəki səslənişə işarət edə bilər. Bu təqdirdə cümlənin mənası belə olur:

"Nida edici Ramazanın hər gecəsində, hədisdə bildirilən şəkildə səslənir."

Zikr edilən kəlimə, azad edilməyə də işarət edə bilər. Bu təqdirdə cümlənin mənası:

"Ramazanın hər gecəsində Allah, çox sayda qullarını Cəhənnəm atəşindən azad edər." olur.

Zikr edilən "bu" kəliməsinin anılan 2 şeyə də işarət etməsi mümkündür. Buna görə, Ramazanın hər gecəsində səslənilir və azad edilənlər olur.

İmam Əbul Həsən əs-Sindi-əl Hənəfi ( رحمه الله) , son ehtimala görə izah gətirmiş, İmam Suyuti ( رحمه الله) ikinci ehtimalı seçmiş, Tiybi isə, ilk 2 ehtimala görə izah gətirmişdir.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam: Orucun fəziləti haqqında gələn hədislər babı, hədis no: 1642)

Read 7 times
In order to make a comment, please login or register