Ramazan orucundan bir və ya iki gün öncə oruc tutmaq caizmi?

Əbu Hureyrədən (رضي الله عنه) rəvayət edildiyinə görə, Allah Rəsulu ( ﷺ ) belə buyurmuşdur:

Ramazan (ayı) orucunu bir vəya iki gün (oruc tutmaq) ilə qarşılamayın. Ancaq oruc tutma adəti olan adam, o orucu tutar (tutsun). [1]

İzahı:

İmam Əhməd (رضي الله عنه) və Kütüb-ü sittə sahibləri [ Buxari, Muslim, Tirmizi, Əbu Davud, Nəsai, İbn Macə ] də bu hədisi rəvayət etmişdirlər.

İmam Tirmizi ( رحمه الله) bu haqda belə deyir:

Bu hədis, həsən-səhihdir. Elm əhlinin tətbiqatı da bu yöndədir.

Alimlər, Ramazan ayı girmədən əvvəl, Ramazan ayını qarşılamaq niyyəti ilə, müsəlmanların oruc tutmağa tələsməklərini, məkruh saymışlar.

Əgər bir kimsə, oruc tutmağı adət etmiş olub, o gün də onun adətinə rast gələrsə, alimlər, onun oruc tutmağında bir beis görməmişlərdir."

Hakim ( رحمه الله) , Beyhaqi ( رحمه الله) , İbn Hibban ( رحمه الله) , İbn Xuzeymə ( رحمه الله) və Darakutni ( رحمه الله) də bu hədisi rəvayət etmişlərdir.

----------------

Not: Həsən-Səhih hədis nə deməkdir? Bu ifadənin istifadə edilməsinin səbəbi budur:

Bu hədisin 2 sənədi olur. Biri-həsən, digəri isə, səhih. Belə olan hədis, səhih hədisdən daha qüvvətlidir. Çünkü səhih bir isnadı olduğu kimi, onu qüvvətləndirən həsən bir isnadı da olur.

Müctəhid kimsə, o isnadın səhih və ya həsən olduğu xüsusunda tərəddüd ettiyi üçün, bu təbiri istifadə etmiş olur. Bu təqdirdə, tərəddüdü ifadə edən kəlimə, cümlədən atılmış olur. Çünki təbir belə olmalı idi:

"Bu, həsən və ya səhih bir hədisdir." Təbir, əgər bu mənada istifadə edilmişdirsə, belə olan hədis, səhih hədis qədər qüvvətli sayılmaz.

------------------------

Əl-Mənhəl əsərinin müəllifi isə, Şaban ayının sonunda Ramazan ayını qarşılamaq üzərə oruc tutmağın qadağan edilməsinin hikməti haqqında belə deyir:

Bunun hikməti budur:Ramazan orucuna güclü və rahat olaraq başlamaq üçün, istirahət etmək lazımdır. Oruc isə, bu istirahəti əngəlləyir.

Bəzilərinə görə isə, bunun hikməti:Fərz olan Ramazan orucunun, nafilə oruca qarışmasıdır. Çünki xalq, o kimsənin oruc tutması səbəbi ilə hilalın göründüyünü zənn edərək, oruc tutabilərlər."

Oruc tutmağı adət edən kimsələrin, adətləri yönü ilə, o gün oruc tutmalarının caiz görülməsinin hikməti: Adətinə riayət etməsinə imkan verməkdir. Çünki ibadətin ən fəzilətlisi, az da olsa, davamlı edilənidir. Digər tərəfdən, alışdığı bir şeyi tərk etməsi, insana çətin gəlir."

Bu hədis, cumhurun dəlilidir. Cumhura görə, oruc tutmağı adət edən kimsələr xaric, Ramazandan öncəki bir və ya iki günə təsadüf edən günlərdə oruc tutmaq, məkruhdur.

Bu görüş: Hz.Ömər (رضي الله عنه) ,Hz.Əli (رضي الله عنه) , Ammar bin Yasir (رضي الله عنه) , Huzeyfə (رضي الله عنه) Abdullah bin Məsud (رضي الله عنه) kimi səhabələrdən və Səid b. əl-Museyyeb ( رحمه الله) , Şabi ( رحمه الله) , Nəxai ( رحمه الله) , Həsən əl-Basri ( رحمه الله) və İbn Sirin ( رحمه الله) gibi tabiunlardan da rəvayət edilmişdir.

Hədis, Ramazandan bir-iki gün öncə oruc tutmağı qadağan etməklə kifayətlənmişdir. Çünki Ramazanı qarşılamaq üçün, əksəriyyət etibarı ilə, Ramazandan bir iki gün öncə oruc tutmaq, istənilə bilər. Bu istəyin ortadan qaldırılması, ön görülmüşdür.

Adəti o günə rastlayan kimsə isə, bu qadağadan istisna tutulmuşdur.

Qəza və kəffarət orucları, alimlərə görə, adət orucu hökmünə tabe tutulmuşdur.

[1]. İbn Macə ( رحمه الله): Sünən tərcümə və şərhi, Kitabu'-Siyam: Adət etdiyi oruca rastlayandan başqasının Ramazandan (bir-iki gün) öncə oruc tutmasının qadağan olması haqqında gələn hədislər babı, hədis no: 1650

Read 7 times
In order to make a comment, please login or register