Ramazan və Qurban bayramı günlərində günortaya kimi qida qəbul edilməməsi Peyğəmbərimizin əməlinə ziddirmi?

Ənəs b. Malik (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, o, belə demişdir:

Rəsulullah ( ﷺ ) bir neçə xurma yemədikcə, Ramazan bayramı günü (bayram namazına) çıxmazdı.

----------------------

Bureydə (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, o, belə demişdir:

Rəsulullah ( ﷺ ) Ramazan bayramı günü (bir şey) yemədikcə (bayram namazına) çıxmazdı və Qurban bayramı günü, bayram namazından dönmədikcə (bir şey) yeməzdi.[1]

---------------------------

İzahı:

İlk hədisi, İmam Buxari ( رحمه الله) və Tirmizi ( رحمه الله) də rəvayət etmişlərdir.

İkinci hədisi, Tirmizi ( رحمه الله) , İmam Əhməd (رضي الله عنه) , İbni Hibban ( رحمه الله) , Daraqutni ( رحمه الله) , Hakim ( رحمه الله) və Beyhaqi ( رحمه الله) də rəvayət etmişlərdir.

Tirmizi ( رحمه الله) bu hədisləri rəvayət etdikdən sonra belə deyir:

Elm əhlindən bir camaat Ramazan bayramı namazına çıxmadan əvvəl bir şey yeməyi və varsa, xurma yeməyimüstəhəb #saymışlardır.

Qurban bayramı günü də, namazdan dönmədikcə, bir şey yeməməyi müstəhəb saymışlardır."

Tuhfətu'l-Əhvəzi müəllifi- Mübarəkpuri isə, belə deyir:

Ramazan bayramı sabahı, bayram namazından öncə xurma ilə iftar etmək müstəhəbdir. Tapa bilməyənlər, bal kimi başqa şirniyyat yeməlidirlər. Heç bir çey tapa bilməyənlər, su içməlidirlər.

Qurban bayramı günü isə, qurban ətindən yemək üçün, bayram namazından dönənə qədər, bir şey yeməmək müstəhəbdir.

İmam Əhməd (رضي الله عنه) isə, müstəhəblik hökmünü, qurban kəsəcəklərə təhsis etmişdir (xas qılmışdır).

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): "Ramazan bayramı günü (bayram namazına) çıxmadan əvvəl bir şey yemək haqqındakı bab", hədis no: 1754, 1755, 1756

Read 60 times
In order to make a comment, please login or register