Ramazan və Qurban bayramının son gecəsini ibadətlə keçirməyin hansı fəzilətəri var?
Əbu Umamə (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Rəsulullah ( ﷺ ) belə buyurmuşdur:
Kim savabını Allah'dan umaraq (və sırf Onun rizası üçün) 2 bayram (Ramazan və Qurban bayramları) gecəsini ibadətlə iqamə (ihya) edərsə, qəlblərin öldüyü gün, onun qəlbi ölməyəcəkdir.[1]
Not: İsnadı zəifdir.
----------------------------
İzahı:
Bu hədisin açıqlaması bəhsində İmam Əbul Həsən əs-Sindi əl-Hənəfi ( رحمه الله) belə deyir:
Hədisin zahirinə görə, 2 bayram gecəsinin tamamını ibadətlə keçirənlər, zikr edilən mükafata qovuşarlar. Bu 2 gecənin bütününü deyil, bir qismini təhəccüdlə yəni gecə ibadətilə keçirənlərin də bu mükafata qovuşmaları umulur.
Qəlblər, çox günah işləməklə ölürlər. Bayram gecələrini ihya edənlərin qəlbləri isə, ölməz."
Əli bin Əhməd əl-Bulaki ( رحمه الله) , Camiu's-Sağir şərhində, bu hədisin açıqlaması bəhsində belə deyir:
İmam Alqamə ( رحمه الله) : - Qəlblər öldüyü gün, onun qəlbi ölməyəcəkdir:- cümləsi, fərqli mənalarda izah edilmişdir.
Bəzilərinə görə, bundan məqsəd, bu gecələri ihya edənlərin qəlbləri, dünya sevgisində boğulmaz. Çünki qəlbləri dünya sevgisinə boğulanlar, ölü sayılırlar. Necə ki, Rəsulullah ( ﷺ ) :
"---لا تدخلوا على هؤلاء الموتى---"
Bu ölülərin yanına girməyin." buyurmuşdur. Ona ( ﷺ ) bunların kimlər olduğu soruşulduğunda:
"---الاغنياء---"
(Qəlbləri dünya sevgisinə boğulmuş) varlılar. buyurmuşdur.
Bəzilərinə görə, cümlədən məqsəd, bu 2 gecəni iqamə (ihya) edənlərin aqibətlərinin xeyir olacağıdır. Yəni imanla öləcəklərdir. Çünki:
"---او من كان ميتا فاحييناه---"
"---...ölü ikən diriltdiyimiz (hidayət etdiyimiz)...---"
ayətində, kafirə "ölü" deyilmişdir.
-------------------------
Hədisdəki mükafat, bu gecələrin çoxunu ibadətlə keçirmək surətilə hasil olur. Hətta Abdullah bin Abbas (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, o, belə demişdir:
Bu gecələrin işa və sabah namazlarını camaatla qılanlar da bu mükafatı qazanarlar.
Camiu's-Sağir haşiyəsində əl-Hafni ( رحمه الله) də belə deyir:
Hədis, bu gecələri ibadətlə ihya edənlərin, qiyamət günü qurtulacaq kəslərdən olacaqlarından kinayədir. Yəni qəlblərin həlak olacaqları qiyamət günü, bu gecələri ihya edənlərin qəlbləri həlak olmayacaqdır.
Hədis, bunların imanla öləcəklərindən də kinayə ola bilər."
Hədisdəki bayram gecələrindən məqsəd, Ramazan ayının son gününü bayrama bağlayan gecə və Ərəfə gününü Qurban bayramına bağlayan gecədir.
[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-siyam (Oruc kitabı): Ramazan və Qurban bayramının iki gecəsini iqamə (ihya) edən haqqındakı bab, hədis no: 1782
- Ərəfə gecəsinin fəziləti
- Ramazanın hansı gecələri daha fəzilətlidir?
- Ramazan və Qurban bayramı günlərində günortaya kimi qida qəbul edilməməsi Peyğəmbərimizin əməlinə ziddirmi?
- Kim inanaraq və sırf Allah razılığını diləyərək Ramazan orucu tutar və iqamə edərsə, onun keçmiş günahları bağışlanar- hədisinin anlamı nədir?
- Kim inanaraq və sırf Allah razılığını diləyərək Ramazan orucu tutar və iqamə edərsə, onun keçmiş günahları bağışlanar- hədisinin anlamı nədir?
- Təravih namazı neçə rükətdir? Dörd haqq məzhəbin (Hənəfi, Şafei, Maliki, Hənbəli) bu haqda görüşləri nədir?
- Qədr gecəsi Ramazan ayının hansı gününə təsadüf edir.?
- Yalan danışmaq orucu pozurmu?
- "Birinizin oruc tutduğu gün olduğu zaman, (qəti olaraq) çirkin söz söyləməsin. Və cəhalətin gərəklərindən bir şey işləməsin. Əgər bir kimsə, ona qarşı cahilcə davransa:"-Mən oruclu bir adamam desin. hədisinin izahı nədir?
- "Ramazan ayında şeytanların zəncirlərə vurulması"- hədisin anlamamı nədir?