Ramazanda cənnət qapılarının açılması və cəhənnəm qapılarının bağlanması nə deməkdir?

2492- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Ramazan gəlincə, cənnətin qapıları açılar, cəhənnəm atəşinin qapıları bağlanılar. Şeytanlar da zəncirlərə vurular."

-------------------

2493- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Ramazan olduğunda, rəhmət qapıları açılar, cəhənnəm qapıları bağlanılar və şeytanlar, zəncirlərə vurular."

------------------

2494- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Ramazan girdiyində..." diyə (yuxarıdakı) hədisi eynilə rəvayət etmişdir.

(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac", Oruc kitabı: "Ramazan ayının fəziləti babı)

--------------------

Şərhi:

Oruc (siyam), lüğətdə: "imsaq", yəni özünü tutmaq, əngəlləmək) deməkdir.

Şəriətdə isə, bir məfhum olaraq, xüsusi bir nəfərin, şərtlərinə uyğun bir şəkildə, xüsusi bir vaxtda, xüsusi bir imsaqı (yəni özünü bəzi şeylərdən uzaq tutması) deməkdir.

------------------

• 2492 no-lu hədisdə: "Ramazan gəlincə, cənnət qapıları açılar...";

• 2493 no-lu hədisdə: "Ramazan olduğunda, rəhmət qapıları açılar..." ;

• 2494 no-lu hədisdə isə: "Ramazan girdiyində..."

buyurulmaqdadır.

Bu buyuruqlarda, Buxari və mühəqqiqlərin mənimsədiyi tərcih edilən səhih görüşün lehinə dəlil mövcuddur.

Bu görüşə görə, şəhr (ay) adını zikr etmədən, sadəcə Ramazan deməyin, kərahət bəhs mövzusu olmadan, caiz olduğudur.

Bu məsələdə isə, 3 görüş vardır:

• Bir qrupun dediyinə görə, heç bir şəkildə, yalnız başına Ramazan deyilə bilməz. Ancaq, "şəhr-u Ramazan: Ramazan ayı" deyilə bilər.

Bu, Maliki məzhəbinə mənsub fəqihlərin görüşüdür.

Onlara görə, "Ramazan", uca Allahın isimlərindəndir. Bundan dolayı, qeydsiz olaraq başqası haqqında bu isim, istifadə edilə bilməz.

• Məzhəb alimlərimizdən (Şafilərdən) bir çoxları ilə ibnu'l-Bakillani belə deyirlər:

"Əgər ortada bu ismin ay adı olduğunu göstərəcək bir qərinə mövcuddursa, kərahət yoxdur, əks təqdirdə, məkruhdur."

Bunlar belə deyirlər:

Məsələn:

'Ramazanı tutduq, Ramazanı qiyamla keçirtdik, Ramazan, ayların ən fəzilətlisidir', deyilə bilər.

Eyni şəkildə, Qədr gecəsinin Ramazanın sonlarında axtarılması, məndubdur və bənzəri sözlər söylənə bilər. Bütün bunları söyləməkdə kərahət yoxdur, ancaq:

'Ramazan gəldi, Ramazan girdi, Ramazan hazır oldu, Ramazanı sevirəm və s. sözləri söyləmək, məkruhdur."

• Üçüncü görüş isə, Buxari və mühəqqiq elm adamlarının görüşüdür. Bu görüşə görə, istər qərinəli, istər qərinəsiz olsun, mütləq olaraq Ramazan ismini istifadə etməkdə kərahət yoxdur. Bu məzhəb (yəni görüş), doğru olanıdır. Bundan əvvəlki 2 görüş isə, isabətli deyil. Çünki bir şeyin məkruh olması, ancaq şəriətin qadağan etməsi ilə sabit olur. Bu xüsusda isə, hər hansı bir qadağa, sabit deyildir.

Ayrıca, o görüş sahiblərinin, Ramazanın Allahın isimlərindən olduğunu söyləmələri də, doğru deyildir və bu xüsusda səhih heç bir rəvayət yoxdur. Hər nə qədər bu xüsusda olduqca zəif bir rəvayət gəlmişdirsə də, bu, belədir.

Şanı uca Allahın isimləri isə, təvkifi'dir (yəni Allahın isimləri, Onun vəhy etməsi, bildirməsi ilə bilinir). Səhih bir dəlil olmadan, bunun, Allahın ismi olduğu söylənə bilməz. Əgər bunun bir isim olması sabit olsa belə, məkruh olması gərəkməz. Çünki bu babda zikr edilən hədis, hər 2 görüşün də rədd edilməsi xüsusunda, açıq bir dəlildir.

Ayrıca, bu hədisin səhih rəvayətlər arasında Ramazan ayının "şəhr" ləfzini zikr etmədən, ay haqqında istifadə edilə biləcəyinə dair, bənzər bir çox hədis vardır. İman kitabı və başqa yerlərdə, bunların bir çoxuna da, daha əvvəl diqqət çəkdik. Ən doğrusunu Allah bilir...

----------------

"Cənnətin qapıları açılar..."

Qadı İyad (rahmətullahi aleyh) belə deyir:

"Bu buyuruğun zahiri üzərə və həqiqi mənası ilə olması, cənnət qapılarının açılmasının, cəhənnəm qapılarının bağladılmasının, şeytanların həbs edilib zəncirlərə vurulmasının:

• ayın girişinə və bu ayın hörmətinin təziminə əlamət olması,

şeytanların zəncirlərə vurulmasının:

• (şeytanların) möminlərə əziyyət vermək və onların əleyhində cürbəcür işlər görməkdən vaz keçmələri üçün olma

ehtimalı da vardır."

(Qadı İyad) davam edərək, belə deyir:

"Bununla məcazi mənanın qəsd edilməsi və:

• savabın, əfvin çoxluğuna;

• şeytanların, azdırmalarının və əziyyətlərinin zəncirlərə vurulmuş kimi, bir hala dönmələri üçün olduqca azaldığına;

• ayrıca, zəncirlərə vurulmalarının bəzi xüsuslar üçün olub bəziləri üçün olmadığına, bəzi insanlar haqqında bəhs mövzusu olub bir qisim insanlar haqqında bəhs mövzusu olmadığına

işarət olma ehtimalı da vardır. Bunu, ikinci rəvayətdə ki:

'Rəhmət qapıları açılar...' ifadəsi dəstəkləməkdədir. Bir başqa hədisdə isə, 'şeytanların azğınları zəncirlənər', buyurulmaqdadır.

Qadı İyad sözünə belə davam edir:

"Cənnət qapılarının açılmasının, uca Allahın qullarına nəsib etdiyi, ümumi olaraq, başqa aylarda mövcud olmayan fərqli ibadətlərdən ibarət olma ehtimalı da vardır:

• Oruc tutmaq,

• təravih qılmaq,

• xeyir işlər görmək,

• şəri əmrlərə zidd düşən bir çox xüsusdan dönmək kimi.

Bunlar isə, cənnətə girməyin səbəbləri və qapılarıdır.

Eyni şəkildə, cəhənnəm qapılarının bağlanılıb şeytanların zəncirlənmələri də, onların İlahi əmrlərə zidd hərəkətlərdən çəkinmələrindən də ibarət ola bilər.

Tasfid (zəncirə vurmaq) ilə digər rəvayətdəki "sulsiləti'ş-şəyatin": "şeytanlar zəncirlərə vurular" eyni mənadadır."

Qadı İyad'ın söylədikləri, bunlardır.

 

Read 6 times
In order to make a comment, please login or register