Ramazan'da Mədəni Vuran 7 Xəta
Uzun saatlar sürən aclıq və susuzluq müddətinin ardından səhv bəslənmə vərdişləri mədə sağlamlığını tam mənasıyla vurur.
İftar və sahurda adamın özünü bir az da mükafatlandırması adına həddindən artıq ifrata qaçması, qeyri-sağlam bəslənməsi və mütəxəssislərin xəbərdarlıqlarına qulaq asmaması geri dönüşü olmayan sağlamlıq problemlərini özü ilə birlikdə gətirər. Maddələr mübadiləsinin iş tempinin fərqli olduğu bu vaxt diqqətli olmaq və bəzi kiçik detalları keşməmək son dərəcədə əhəmiyyətli.
Məsələn orucu buz kimi bir su ilə açmaq, iftar süfrələrinin olmazsa olmazı şorbanı qaynar qaynar içmək, loxmaları kifayət qədər çeynəmədən udmaq, yeməkdə daha çox su içmək kimi sadə davranışlar mədə sağlamlığına mənfi təsir edir. İftar sonrası hərəkətsizlik və sahur etməmək da o səhv davranışlar arasındadır. Acıbadem Etiler Tibb Mərkəzi Bəslənmə və Diyet Mütəxəssisi Melis Torluoğlu, Ramazan dövründə mədə sağlamlığını vuran 7 xətanı sıralayır.
1.Orucu buz kimi bir suyla açmaq
Havalar həddindən artıq isti və müddət xeyli uzun olsada, amma sərinləmə və maye ehtiyacınıza baxmayaraq bütün gün boş qalan mədənizi orucunuzu açarkən buz kimi bir suyla doldurmaq mədəni vurur. Mədədə zədə, qaz, qabarıqlıq və turşuluq kimi problemlərə səbəb ola bilir. Bütün gün istirahətə alınan həzm sistemini otaq istiliyindəki mayelərlə açmaq və sonrasında da çox soyuq olmamasına diqqət etmək çox əhəmiyyətli.
2.Şorbanı və çayı qaynar içmək
İftar öynəsinin vazgeçilməzi şübhəsiz şorbadır. Mədənin rahatlamasına köməkçi olur. Amma diqqət! Şorbanı qabınıza tam orucunuzu açacaqkən qoymayın. Bir neçə dəqiqə əvvəlindən qoyub ilinməsinə fürsət verin. Əks halda fayda yerinə zərər verir. Eyni şəkildə iftar süfrələrinin bir digər ləzzəti çayı da qaynar içməmək çox əhəmiyyətli. Çox istiykən içilən çay, qırtlaq xərçənginə belə yol aça bilir.
3.İftarda çox su
Edilən ən böyük səhvlərdən biri də iftar əsnasında çox su istehlak etməkdir. Yeməklə birlikdə istehlak edilən su, həzm prossesinə maneə törədir. Bu səbəblə suyu yemək əsnasında, orucu açacaq qədər qəbul etmək yetərlidir. İftar sonrasından sahur sonuna qədər gündəlik 2 litr su ehtiyacınızı tək səfərdə olmamaq şərti ilə müəyyən aralıqda istehlak etməniz ən doğru olanı. Anidən çox miqdarda qəbul edilən su böyrəkləri çox yorduğu kimi zəhərlənməyə də səbəb ola bilir.
4.Bu üçlüyə diqqət
Çox ədviyyat və duz istifadəsi, rəfinə(incə,saflaşdırılmış) şəkər ehtiva edən həddindən artıq şirin qidaların istehlakı və yağ dərəcəsi yüksək qızartmalar həzm sistemində ziyan meydana gətirə bilir. Susamanın qarşısını almaq, daha uzun müddət tox qalmaq və yavaşlayan maddələr mübadiləsinin əlverişsizliyilə kilo almamaq üçün bu üçlükdən mümkün olduğunca uzaq dayanmaqda fayda var.
5.Yeterince çeynəməmək
Həzm ağızda başlayır. Ağızdakı mexaniki həzm və fermentlərlə birlikdə yoğurulan qidalar yemək borusundan mədəyə göndərilir. Sürətli bir şəkildə istehlak edilən qidalar ağızdakı həzm kanalından keçə bilmədiyi üçün mədə bu tip qidaların həzminə çətinlik çəkir. Eyni zamanda sürətli bir şəkildə yenilən yeməklə birlikdə udulan hava, qaz və şişginlik probleminə səbəb ola bilir. Acıbadem Etiler Tibb Mərkəzi Bəslənmə və Diyet Mütəxəssisi Melis Torluoğlu "Mədə sağlamlığı baxımından istehlak edəcəyiniz qidanı yaxşı çeynəmək, ən az yediyiniz qida qədər əhəmiyyətlidir" deyir.
6.Sahuru buraxmaq
Ramazanda ən kritik öynə olaraq qarşımıza çıxan sahurun qətiyyən buraxılmaması lazımdır. Maddələr mübadiləsinin aclıq müddətini qısaltmaq və beləcə yavaşlama eyrisini azaltmaq üçün sahura qalxılması şərtdir. Xüsusilə uzun aclıq və susuzluq müddətlərinə həddindən artıq yay istisi da əlavə olunduğunda sahura qalxılmadan tutulacaq oruc sağlamlığa zərər verə bilir. Ancaq sahurda həzmi çətin ağır qidalardan qaçınılması, gün boyu tox qalmağı təmin edəcək zülal (protein) ehtiyatlarının çox olduğu bir nahar edilməsi lazımdır.(yumurta, süd, pendir, dana əti, düyü və quru paxla. )
7. İftar sonrası hərəkətsizlik
Hərəkətsizlik gündəlik yaşantıda da sağlamlığı vuran ən əhəmiyyətli səhvlərdən biri. Hələ ki iftar süfrəsinin ardından hərəkətsizlik son dərəcə bədənə zərər verə bilir. Yüngül bir iftar yeməyindən 1-1,5 saat sonra 30 dəqiqəlik bir gəzmə, həzm sisteminin daha məhsuldar işini təmin edir. Bu vaxt yavaşlayan bağırsaq hərəkətlərinin də sürətlənməsinə dəstək olur.
- Ramazanda Necə Qidalanaq?
- Canlılardakı ibrətamiz xüsusiyyətlər.
- Elektrik cərəyanı əmələ gətirən hüceyrələr.
- Yarpaqlardakı mikroskopik fabrik.
- Az yemə və içmənin faydaları nədir? Yemək yemədə ölçü nə olmalıdır?
- Elim va Oruc
- Ruh nədir, ruhun mahiyyəti aydın ola bilər? Ruh beyindən ibarətdir? Ruh ilə bədən arasındakı əlaqə necədir?
- Bitkidən böcəklərə mülayim qarşılama.
- Sonsuzluğu anlamaq olar?
- Orucluq haqqında ən çox soruşulan suallara cavablar.