Ramazanın hansı gecələri daha fəzilətlidir?

 

Aişə (radiyallahu anha)'dan rəvayət edildiyinə görə, o, belə demişdir:

Rəsulullah ( ﷺ ) Ramazanın son 10 günündə ibadətlər xüsusunda, başqa zaman göstərmədiyi ciddi bir səy göstərərdi.

--------------------

Hz.Aişədən (radiyallahu anha) rəvayət edildiyinə görə, o, belə demişdir:

Ramazanın son 10 günü girincə, Peyğəmbər ( ﷺ ) gecəsini ihya edər, izarını sıxar (ciddi bir səy göstərər) və ailə fərdlərini (ibadət üçün) oyandırardı.[1]

#İzahı:

İlk hədisi,Imam Muslim ( رحمه الله) , Imam Tirmizi ( رحمه الله) , İmam Əhməd ( رحمه الله) də rəvayət etmişlərdir.

İkinci hədisi, Imam Tirmizi ( رحمه الله) xaric Kütüb-ü Sittə (Buxari, Muslim, Əbu Davud, ibn Macə, Nəsai) sahibləri və Beyhaqi ( رحمه الله) də rəvayət etmişlərdir.

Hədislərin Qədr gecəsini axtarmaq üçün və ya daha çox ibadət etmək üçün Ramazanın son 10 günü ciddi bir şəkildə çalışdığını və başqa zaman göstərmədiyi səyi, bu 10 gündə göstərdiyinə dəlalət edirlər.

Əl-Mənhəl əsərinin müəllifi, ikinci hədisin açıqlaması bəhsində belə deyir:

Yəni Rəsulullah ( ﷺ ) Ramazanın son 10 günündə gecənin çoxunu ibadətlə keçirirdi. Çünki gecə namazı bəhsində rəvayət edilən bir hədisdə, Hz. Aişə anamız (radiyallahu anha):

O, heç bir gecəni sabaha qədər ibadətlə keçirməmişdir. demişdir.

İmam Nəvəvi ( رحمه الله) isə, bu haqda belə deyir:

Hz.Aişə (radiyallahu anha)'nın: "Peyğəmbər ( ﷺ ) gecəni ihya edərdi"

sözünün mənası- gecənin tamamını namaz və sair ibadətlə keçirirdi, deməkdir.

Dostlarımızın (Şafei uləmanın), gecənin tamamını ibadətlə keçirmənin məkruhluğuna dair sözlərinə gəlincə isə, bu sözün mənası:

İl boyunca belə etməkdir. Dostlarımız (Şafei alimlər), bir-iki gecə və ya 10 gecəni sabaha qədər ibadətlə keçirmənin məkruh olduğunu söyləməmişlərdir. Bunun üçündür ki, hər 2 bayram gecəsinin tamamını və başqa gecələri ibadətlə ihya etmənin müstəhəbliyi üzərində ittifaq etmişlərdir."

Mi'zər: Beldən aşağı geyilən paltara deyilir. Bunun digər bir adı da: İzar'dır.

Hədisdə Rəsulullahın ( ﷺ ) bu 10 gün girdiyi zaman, izarını sıxdığı bildirilir. Bu cümlə, ibadət xüsusunda sair zamanlardakı adətindən daha çox və ciddi çalışmasından kinayədir.

Və ya xanımlarından uzaq qalmasından kinayədir.

Xattabi ( رحمه الله) 'nin dediyi kimi, zikr edilən hər iki məna, bununla bərabər, cümlənin həqiqi mənası da qəsd edilmiş ola bilər.

Hədisin: "ailə fərdlərini oyandırardı." cümləsindən məqsəd, ailə fərdlərindən gecə ibadətinə qalxmağa gücü yetən ailə fərdlərini oyandırmaqdır. Muhamməd b. Nasr'ın Zeynəb bint-i Ümmü Sələmə (radiyallahu anha)'dan olan bir rəvayətində "güc yetirməsi" qeydi vardır.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): Ramazan ayının son on gününün fəziləti haqqındakı bab, hədis no: 1767-1768

Read 385 times
In order to make a comment, please login or register