Raqib isminin şərhi
44. Raqib isminin şərhi:
Alim və Hafiz olan (Zat)'dır.
Bir şeyə,
~ ondan qafil olmadan riayət edən;
~ nəzərində saxlayan;
~ daimi və lazimi bir şəkildə diqqətlə mülahizə edən
şəxsi, o şeyin özündən qorunduğu şəxs tanıdığı təqdirdə, o şeyə yönələ bilməyəcək hala gəlmişdirsə, o şəxs, "raqib" deyə təsmiyyə edilir (adlandırılır).
Sanki, Raqib ismi, elm (bilmək) və hifzə (qorumağa) racidir. Ancaq, Raqib isminin elm və hifz ilə açıqlanması, hifz və kontrolun davamına və özündən qorunan şeyə izafətlə olur. Bu hifz və kontrol altındakı şey, özünə çatmağa çalışandan qorunmuş olur.
Tənbeh: Qulun, bu muraqabə (kontrol etmə) vəsfi, -əgər qul, bu muraqabəsini, Rəbbinə və qəlbinə edərsə-, tərifə layiq olar. Bu isə, insanın, Allah Taala'nın:
~ hər bir halında, onu kontrol və müşahidə etdiyini; və ya
~ nəfsinin və şeytanın özünə düşmən olduğunu; və
~ nəfs və şeytanın da, özünü qəflət və müxalifətə daşımaq üçün fürsət axtardığını
bilməsilə olur.
(Bunları bilib) hər ikisindən (yəni, nəfs və şeytandan) həzər etməsi; onların hardan özünə gəldiklərini, təlbislərini (bilməsi); hətta onların hər ikisinə mənfəz və yollarını bağlaması, qulun muraqabəsidir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------------------------------
Əlavələr:
"Qullarının hər şeylərini kontrol edən, müşahidəsi altında tutan."
"Hər şey, elmi, nəzəri altında olan."
"Şübhəsiz Allah, sizin üzərinizdə Rəqibdir." (Nisa, 1)
Bu ilahi isim, Alim, Basar və Şəhid adlarıyla yaxından əlaqədardır. Hər şeyi görən, bilən və hər hadisənin şahidi olan Allah, əlbəttə bütün varlıqları və xüsusilə insanları daimi kontrol altında saxlayar.
Bu adı düşünən bir qul, öz nəfsini daim müşahidə edər, nəzarət edər. Onu başıboş buraxmamağa, günah və üsyan sahəsinə soxmamağa çalışar. Özünü, Allah Rəsulunun (s.ə.s.) ifadəsiylə, bir çoban olaraq bilər və güddüklərindən məsul olduğunu idrak edərək, nəfsini, ailə fərdlərini və məsuliyyət sahəsinə girən hər kəsi və hər şeyi kontrol altında tutmağa çalışar. Hislərini, haramdan və şübhəli şeylərdən qoruyar. Gözünü harama istiqamətləndirməz, qulağına hər şeyin girməsinə icazə verməz. Ağlını lazımsız və zərərli şeylərlə yormaz. Qəlbini də kontrol altında tutar; imanına zərər verəcək, etiqadına təsir edəcək düşüncə və meyllərdən həssaslıqla çəkinər. Sevgi və qorxusunun yalnız Allah üçün olmasına maksimum diqqət yetirər.
