Riya şirkdirmi?
4203- Səhabələrdən olan əbu Sa'd b. əbi Fadalə əl-Ənsari (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
Allah öncə gələnləri və sonra gələnləri (yəni bütün insanları və cinləri) qiyamət günü, baş verməsində heç bir şübhə olmayan (hesab) günü üçün topladığı zaman, bir səslənici:
"Kim Allah (rizası) üçün işlədiyi bir ibadətə (Allahdan başqa bir kimsənin rizasını) ortaq etdi isə, savabını Allahdan başqasının (yəni ortaq qoşduğu kimsənin) yanından tələb etsin.
Çünki Allah, şəriklərin şərikliklərindən ən mustağni olanıdır (yəni heç bir ortaqlığa ehtiyacı yoxdur), deyə səslənəcəkdir."
----------------------
4204- əbu Səid əl-Xudri (radiyallahu anh)'dan belə rəvayət edilir:
Biz (səhabələr bir gün) Məsih Dəccalı(n fitnəsi haqqında öz aramızda) müzakirə edərkən, Allah rəsulu (sallallahu aleyhi və səlləm) yanımıza gəldi və:
'Məncə sizin üçün Məsih Dəccal'dan daha qorxunc olan şeyi sizə xəbər verim mi?' buyurdu.
Əbu Səid deyir ki, biz də:
"Buyur (xəbər ver)." dedik. Bunun üzərinə:
"(Sizin üçün daha qorxunc şey) gizli şirk(dir) ki:
Adamın namaza durub, onu görən bir başqa adamın (özünə) baxmasından dolayı, namazını gözəlləşdirməsidir." buyurdu.
Not: Heysəmi, Məcmau'z-Zəvaid'də belə deyir:
"Bunun sənədi həsəndir. Ravilərdən Kəsir b. Zeyd və Rubayh b. Abdirrahman haqqında ixtilaf vardır."
---------------------------
4205- Şəddad b. Əvs (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Ümmətim haqqında ən çox qorxduğum şey, Allaha ortaq qoşma (günahını işləmələri)'dir.
Bilmiş olun ki:
Şübhəsiz onlar günəşə, aya və ya bütə ibadət edəcəklər deyəcək deyiləm və lakin bəzi ibadətləri Allahdan başqası üçün işləyəcəklər və gizli bir şəhvət arzulayacaqlar."
Not: Heysəmi, Məcmau'z-Zəvaid belə deyir:
Bunun sənədində Amir b. Abdillah var. Mən, onun haqqında danışan kimsə görmədim. Sənədin qalan raviləri siqadır (güvəniləndirlər).
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Riya və sum'a (yəni ibadət və xeyir işini insanlar görsünlər, eşitsinlər deyə açıqdan işləməyin günahlığına dair) bab"
----------------------
İzahı:
4203 no-lu əbu Sa'd b. Əbi Fadalə (radiyallahu anh) hədisini, Tirmizi, Əhməd, ibn-i Hibban və Beyhaqi də rəvayət etmişlərdir.
------------------
4204 no-lu əbu Səid hədisində, namazı göstəriş üçün gözəl qılmağın- gizli şirk olduğu bildirilir.
Çünki namaz Allah rizası üçün gözəl, yəni üsul və ədəbinə riayət edilərək qılınmalıdır. Başqası baxır deyə gözəl qılmaq isə, o baxan adamı, bir cəhətdən Allaha ortaq etmək deməkdir. Digər ibadətlər və hər cür xeyirli işlər də belədir.
-------------------
4205 no-lu Şəddad b. Əvs (radiyallahu anh) hədisində keçən "gizli şəhvət" ifadəsilə qəsd edilən məna haqqında imam Cəlaləddin əs-Suyuti (rahmətullahi aleyh) icmal olaraq belə deyir:
Əhməd'in "Müsnəd"ində, Nəvadiru'l-Usul'da və əl-Mustədrək'də olan bəzi rəvayətlərdə, bu hədisdə keçən "gizli şəhvət"i açıqlayıcı bu ifadələr var:
"Gizli şəhvət nədir?" diyə soruşuldu. Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:
'Qul, oruclu olaraq sabahlayar. Sonra şəhvətlərindən biri ona təqdim edilər. Özü də o şəhvətə tabe olar və orucunu tərk edər (yəni pozar).'
Hədis üsulu olaraq, bir hədisdə keçən ifadənin açıqlaması Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən buyurulduğunda, başqa bir izah yoluna gedilə bilməz.
Bu hədisdə, Allah rəsulunun möminlər üçün ən çox narahat olduğu şeyin, onların küfrə girmələri, bütpərəst olmaları deyil, riyakarlıq etmək surətilə gizli şirk günahını işləməkləri olduğu bildirilir.