Ruh ilə bədən arasındakı əlaqə necədir?
Ruh ilə bədən arasındakı əlaqə, səslə məna arasındakı əlaqəyə oxşar. Səs mənanın bədəni, məna səsin ruhudur. Bu ruh o bədənin nə sağındadır, nə solunda, nə içindədir, nə xaricində... Məna, həyatını davam etdirmək üçün səsə möhtac deyil. O, yaddaşda səssizcə dayanar, beyində gurultusuz meydana gəlir, ürəkdə sözsüz olar. Ancaq, görünmək və bilinmək istəsə, o zaman, səsə vəzifə düşər..
Məna səsdən əvvəl də vardı, səslə birlikdə göründü, səsdən sonra da varlığını davam etdirir. Ruh Allahın qanunu, bədən Onun məxluqu. Bu bədəni, o qanunla tənzim və idarə edir. Allahın məxluqata oxşamaqdan uzaq olduğundan qəflət etməmək şərtiylə, insan öz ruhunda, bir çox rəbbani həqiqətlərə işarələr tapa bilər. Bu işarələri həqiqətə tətbiq edərkən, çox diqqətli olmaq lazımdır. Xəritədəki bir nöqtə, bir şəhərə işarə edər, amma o nöqtə ilə şəhər arasında bir oxşarlıq qurmaq cahillikdir. Bir yazı, katibini göstərər, onun sənətinə dəlil olar; lakin, katibi yazıya oxşatmaq, yaxud yazının xüsusiyyətlərində yazıçının sifətlərini axtarmaq mənasızlıqdır. Məsələyə bu şüurla nəzər etdiyimizdə, ruhumuzda bəzi həqiqətlərə işarələr tapa bilərik:
Ruh, bədən ölkəsinin yeganə sultanıdır; birdir, şəriki yoxdur.
Ruh, bədənin heç bir orqanına oxşamaz.
Ruhun şəxsi, bədənin şəxsinə oxşamadığı kimi, sifətləri də bədənin sifətlərinə oxşamaz.
Ruhun bir məsələni təfəkkür etməsiylə, mədənin bir loxmanı yoğurması arasında oxşarlıq düşünülə bilməz.
Ruh doğulmaz, doğmaz, bədəndə məkan tutmaz. Bunlar həmişə bədənin, maddənin xüsusiyyətləridir.
Bir bədəndə iki ruh olsa, bədən fəsada gedər...
Bədənin əliylə nə alınırsa alınsın, şükr daim ruha edilməlidir.
Ruhun bədəndəki işi, Günəşin planetlərini çevirməsi kimidir.
Bir hüceyrəni idarə etməklə, bütün hüceyrələri idarə etmək arasında, ruh üçün bir fərq düşünülə bilməz; birincisi ona daha yüngül, ikincisi daha çətin deyil...
Bu böyük kainat sarayı, ruh üçün bir otaq kimi. Bədən isə qəfəs. Ruh qəfəsdən uçduğu kimi, saraydan da çıxar gedər, daha geniş aləmlərə qovuşmaq üçün.
- Ruh ilə bədən arasındakı əlaqə necədir?
- Ruh ilə bədən arasındakı əlaqə necədir?
- Ruh nədir, ruhun mahiyyəti aydın ola bilər? Ruh beyindən ibarətdir? Ruh ilə bədən arasındakı əlaqə necədir?
- Ruhlar gözə görunə bilərmi?
- Heyvanların ruhu var? Varsa, onların ruhunu kim alır?
- Ruh məxluqdur?
- Fitrət haqqında məlumat verə bilərsinizmi? "Fitrətə uyğun hərəkət etmək? (Rum surəsi, 30/30) nə deməkdir?
- ƏL-MUSAVVİR
- Ruhun irqi var?
- Allahın "kün" yəni "ol" əmrini necə anlamalıyıq?