Rum surəsi 28-ci ayətin təfsiri
ضَرَبَ لَكُم مَّثَلًا مِّنْ أَنفُسِكُمْ ۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَـٰنُكُم مِّن شُرَكَآءَ فِى مَا رَزَقْنَـٰكُمْ فَأَنتُمْ فِيهِ سَوَآءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَـٰتِ لِقَوْمٍ يَعْقِلُونَ
"O, sizə, özünüzdən bir məsəl çəkdi:
Sizə verdiyimiz mallarda (nemətlərdə), sahib olduğunuz kölələr içərisində, sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı?
Biz, ayələri düşünüb daşınan insanlar üçün, belə müfəssəl izah edirik." (Rum/28)
------------------------
Təfsiri:
Bu misalın mənası, budur:
Bir kimsənin, nökəri, necə, malında ona şərik edilmədiyi; ağalara verilən hissə və etibar onlara verilməyəcəyinə görə; Allahın qulları və məxluqları, necə ola bilər ki, Allahın şəriki olurlar? Və necə olur ki, onların, özlərinə ibadət edilməyi gərəkdirəcək, Allahın ucalığına bərabər bir ucalıqları ola bilər?
Ayət ilə bağlı bir neçə məsələ vardır:
✓ Birinci məsələ:
Bənzədilən ilə bənzəyən arasında bir bənzərliyin olması lazımdır. Əgər bu ikisi arasında bir bənzərlik deyil; bir ziddlik olarsa, bu hal, (vəziyyətə görə), bəzən o təşbihi təkid edər (yəni, qüvvətləndirər); bəzən də zəiflədər. Burdakı bənzərlik yönü, məlumdur. Ziddlik də mövcud olub, bu da, təşbihi qüvvətləndirməkdədir. Bu, belə bir neçə yöndən izah edilə bilər:
1. Allah Taala, "özünüzdən" buyurmuşdur. Bu, "Allah, siz, əhəmiyyətsiz, nöqsan və aciz olmanıza baxmayaraq, özünüzdən bir misal gətirmiş; və uca, mükəmməl olmasına və o böyük qüdrətinə baxmayaraq, Özünü sizə qiyas etmişdir." deməkdir.
2. Allah Taala, "əliniz altındakı nökərlər" buyurmuşdur. Bu, "Nökərlər üzərində, sizin mülkiyyətiniz vardır və bu, arizi (keçici) bir haldır. Çünki, bu mülkiyyət, başqasına keçə bilər və ya sonlana bilər. Bu mülkiyyətin başqasına keçməsi, satış yolu ilə olur. Sonlanması isə, nökərin azad edilməsilə olur. Halbuki, Allahın mülkü olanların, Allahın mülkiyyətinin xaricinə çıxmaları, qətiliklə mümkün deyildir. Dolayısı ilə, hər xüsusda sizin kimi olmalarına; hətta insan olma cəhətindən bu anda sizin kimi olmalarına; öldürmək və kəsmək surətilə canlarında və insanlıqları xüsusunda təsərrüf etmək, ibadətdən və ehtiyaclarını qarşılamaqlarından uzaq tutmaq kimi, üzərlərində haqlarınız olmamasına baxmayaraq, nökərləriniz belə, sizin şərikləriniz ola bilməyəcəyinə görə, necə olur ki, hər cəhətdən Onun mülkü olan bəzi məxluqlar, Allahın şərikləri sayılırlar?" deməkdir.
3. Haqq Taala, "Sizə verdiyimiz mallarda" buyurmuşdur. Bu,
"Sizin olan şeylər, əslində sizin olmayıb, Allahındır, Allahdandır və Onun verdiyi ruzilərdəndir. Allahdan olan şey, həqiqətdə Onundur. Dolayısı ilə, sadəcə (ismən) zahirən, sizin olduğu deyilən şeylərdə, şərik qəbul etmədiyinizə görə; necə olur ki, həqiqətdə Allaha aid olan şeylərdə, Allahın şəriki ola bilir?" deməkdir.
4. Allah Taala, "فَأَنتُمْ فِيهِ سَوَآءٌ / fəəntum fihi səvəun / Bunda onlarla bərabər olmasını..." buyurmuşdur. Yəni:
"Siz və nökərləriniz, malik olduğunuz hər hansı bir şeydə, heç bərabər olarmı? Xeyr, olmaz. Elə isə, Allahın da, malik olduğu şeylərin heç birində şəriki olmaz. Lakin hər şey, Allahındır. Sizin ilah olduğunu iddia etdikləriniz isə, qətiliklə, bir şeyə, xardal dənəsi qədər ən kiçik bir şeyə belə sahib deyillərdir. Bundan dolayı, onlar, nə uca olduqlarından dolayı; nə də sizə çatdırmış olduqları bir mənfəət olması ilə, ibadətə layiq deyildirlər." deməkdir.
Sizin, "Onlar, şəfaət edəcəklər." deməyinizə gəlincə, bu da, bəhs mövzusu deyildir. Çünki, sizə görə də, azad insanlara duyulan hörmət, nökərlərə duyulmaz. Həqiqətdə və (insanlıq) vəsfində sizə bərabər olmalarına baxmayaraq; nökərlərin belə, sizin nəzdinizdə bir hörməti olmadığına görə; Maliki ilə arasında heç bir surətdə bərabərlik olmayan məmlukların (yəni, sahib olunan şeylərin) halı, necə olar?!
-------------------------
✓ İkinci məsələ:
Allah Taala, bununla, başqasına ibadət etməyin heç bir məqul/əqli tərəfi olmadığını bəyan etmişdir. Çünki, başqa heç bir varlıq, Allaha şərik/ortaq olmağa əlverişli olmadıqlarına görə; onların nə həqiqi mülkləri (hakimiyyətləri) və nə də mülkləri (malları) vardır. Onların əzəmətləri yoxdur ki, onlara əzəmətlərindən dolayı ibadət olunsun; mülkləri olmadığı üçün, özlərindən mənfəət də gözlənməz. Dolayısı ilə, mənfəət üçün də, onlara ibadət edilməz. Qüvvət və qüdrətləri də yoxdur. Çünki onlar, özləri də qul, nökərdirlər. Sahib olunmuş bir varlıq olan nökər isə, bir şeyə qadir ola bilməz. O halda, misliniz olan birindən çəkindiyiniz kimi; onlardan çəkinməyin. Elə isə, necə olur ki, bir-birinizdən çox, onlardan çəkinir və bu çəkinmə səbəbilə, onlara ibadət edirsiniz?
---------------------------------
Daha sonra, Allah Taala, "Biz, ayələri düşünüb daşınan insanlar üçün, belə müfəssəl izah edirik." buyurmuşdur. Bu:
"Biz, ayələrimizi, inanan ağıllı kimsələr üçün, dəlillər, qəti bürhanlar, məsəllər və qənaət verici sözlərlə açıqlayırıq. Yəni, bu iş, bundan sonra, ancaq ağlı olmayanlar üçün gizli qalar." deməkdir.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
-----------------------
-----------------------
Əlavələr:
Quranın, bəzi mövzular üçün, insanların yaxın ətraflarındakı hadisələrdən təmsil gətirmə üslubunun bir nümunəsini əks etdirən 28-ci ayədə, Allaha şərik qoşmaq, yəni, Onu ilah qəbul etməklə bərabər; başqa bəzi varlıqları da ilahlıqda Ona şərik olaraq görməyin, çürüklüyünü; bununla bərabər, eyni zamanda, ziddiyətli bir hal olduğunu ortaya qoymaqdadır.
Bu nümunə, xülasə olaraq, "Necə olur ki, nökəri ağasına bərabər saymırsınız; ancaq məxluqu Xaliqinə bərabər görürsünüz?!" mənasında bir tənqid mənası daşıyır.
"Sizə, özünüzdən bir misal çəkir..." ifadəsini:
~ "Yaxın ətrafınızdan və asan təhlil edə biləcəyiniz bir nümunə verir." şəklində başa düşmək mümkün olduğu kimi; bunun,
"Unutmayın ki, siz, yaradılmış, aciz varlıqlarsınız. Buna baxmayaraq, Allah, yaxşı bir mühakimə etmənizə fürsət vermək üzərə, sizi belə, bu müqayisədə əsas almışdır." kimi bir məna daşıdığı və insanları, Allaha qarşı ədəbə dəvət etməyi məqsəd güddüyü düşünülə bilər.
Ayətin, "Əliniz altında olan nökərləriniz" şəklində tərcümə etdiyimiz qismini açıqlayarkən, ilk əvvəl, Quranın nazil olduğu dövrdə, yayğın və yerləşmiş bir tətbiqatı olan nökərliyin xatırlanması lazımdır. Bəşəri münasibətlər içində, "sahiblik" məfhumunun ən üst dərəcədə istifadəsinə imkan verən, ağalıq-nökərlik məsələsidir. Lakin bunda da, birincisi, digərinin varlıq səbəbi, yaradıcısı olmaq bir yana, -İslami qaydalara görə- onun üzərində ölüm-dirim haqqına sahib deyildir; hətta bir çox mövzuda, bir-birinə bərabər tutulmuşlardır. Ontoloji cəhətdən də, aralarında bir fərq yoxdur. Qaldı ki,
"Sizə verdiyimiz nemətlərdə" ifadəsinin ehtiva etdiyi mənaya diqqət edilərsə, sizə aid olan şeylər, həqiqətdə, sizin deyil; Allahın sizə vermiş olduqlarıdır. Ona aid olanlar isə, həqiqi mənada da Onundur. Belə olduğu halda, ağalar nökərlərinin özlərilə bərabər haqlara sahib olmasına razı olurlarmı və digər azad ortaqları ilə olan münasibətlərində olduğu kimi, onlardan da çəkinirlərmi?
Məsələn, karın bölüşdürülməsində, şəriklərinin haqsızlıq etməsindən çəkindikləri kimi; nökərinin də belə bir haqq qəsbində ola biləcəyindən də çəkinirlərmi? Əsla! Çünki onlarla bir bölüşdürmə içinə girməyə belə razı olmazlar! Bu xüsusları göz önünə aldıqdan sonra, cavablanması lazım gələn sual, budur:
Bəs yaxşı, kainatdakı bütün varlıqların yeganə Yaradıcısı, həqiqi Sahibi və Maliki olan Allah Taalaya, Onun bu yaratdıqlarından bəzilərini şərik/ortaq saymaq, bir ziddiyyət deyildirmi?
