Rum surəsi 52-53-cü ayətlərin təfsirini verə bilərsinizmi?

"---فَإِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ---"

"---Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.---"

"---وَمَآ أَنتَ بِهَـٰدِ ٱلْعُمْىِ عَن ضَلَـٰلَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَـٰتِنَا فَهُم مُّسْلِمُونَ---"

"---Sən korları da düşdükləri zəlalətdən çıxarıb düz yola sala bilməzsən. Sən haqqı yalnız və yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən.---"

---------------------

Təfsiri:

Yəni ey Muhamməd, artıq dəlillər bütünü ilə açıqlığa qovuşmuşdur. Lakin onlar küfürdə təqlidə alışdıqlarından dolayı, ağılları ölmüş, bəsirətləri korlaşmışdır.  Sənin onlara eşitdirə bilmənə və hidayətə çatdırmağına imkanın yoxdur.

Bu ifadələr, Qədəriyyə'nin qənaətlərini rədd etməkdədir.

"Sən ancaq ayətlərimizə iman edib təslim olanlara eşitdirə bilərsən."

Yəni sən, uca Allah'ın bu öyüd-nəsihətlərini, ancaq tövhidin dəlillərinə qulaq verən və özləri üçün hidayəti xəlq etmiş olduğum iman edənlərə eşitdirə bilərsən.

Bu xüsus, daha öncədən Nəml surəsinin 81-ci ayətinin təfsirində keçməkdədir.

(İmam Qurtubi, "əl-Camiu li Ahkami'l-Quran", Rum/52-53 təfsiri)

Read 22 times
In order to make a comment, please login or register