Ruzi nədir? Qisimləri hansılardır?

İslam alimləri, bütün canlıların ruzisini Allahın verdiyi xüsusunda, ittifaq etmişlərdir. Ancaq, qullara aid pis fellərin gerçəkləşməsinə, İlahi qüdrət və iradənin təsiri məsələsi, qulların faydası üçün olan şeyləri yaratmağın Allah üçün vacib olub-olmadığı mövzuları ilə bağlı olaraq, kəlam alimləri, ruzi mövzusunda, bəzi fərqli görüşlər ortaya qoymuş və özlərinə xas ruzi tərifləri vermişlərdir.

Təhanəvi, mövzu haqqında danışarkən, belə deyir:

Əşari'lərə görə, ruzi: "İstər mübah, istərsə də haram olsun, Allahın, bütün canlılar üçün sövq etdiyi; və onların da, özü ilə bəsləndikləri, ya da, başqa bir şəkildə özündən faydalandıqları hər şey"dir.

Bu tərif, onların bu tərifindən daha əvladır: "İstər bəslənmək surətilə olsun, istərsə də başqa bir şəkildə; istər mübah, istərsə də haram olsun; canlının, özündən faydalandığı hər şey"dir.

Çünki (yəni, biz Əşarilərin tərifinin daha əvla olması cəhətinə gəlincə), bu ikinci tərifdə, Allaha nisbət etmə mənası, əskikdir. Halbuki, ruzinin mənasında, buna etibar edilir. Bu səbəblə, onların istinad etdikləri tərif, birincisidir.

Nəticədə, hər 2 tərif, yeyilən, içilən, geyinilən və başqa hər şeyi əhatə etməkdədir.

Lakin, hər 2 tərifə, borc ilə etiraz edilə bilər. Çünki, örfdə, borcun, ruzi olaraq verildiyi deyilməz.

Belə deyildi: "Filan kimsənin, Allah tərəfindən borclarla ruziləndirildiyini söyləmək, mümkündür."

Bəziləri də, belə dedilər: "Ruzi, canlıların, sadəcə yemək və içmək kimi faydalandıqları şeylərdir."

Bu (tərif)'ə görə, həm geyilənlərin; həm də (ruzinin) Allah Taala'ya nisbətinin, tərifin xaricində qalması lazım gəlir.

Bir görüş də, belədir: "Ruzi, Allahın, canlıya göndərdiyi və onun da yediyi şeydir."

Buna görə, həm geyilənlər, həm də içilənlər, tərifin xaricində qalır. Ancaq, yemək ilə bəslənmə qəsd edilərsə, sadəcə geyilənlər tərifin xaricində qalar. Bununla bərabər, hər iki görüşə görə, insanın, başqasının ruzisini yeməsinin də imkansız olması lazım gəlir. Halbuki, bu ayət, bunun imkan (cəhət)'inə dəlalət etməkdədir:

...وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ

"...Onlara ruzi olaraq verdiklərimizdən infaq edərlər." (Bəqərə/3)

Buna, belə cavab verildi: "Ruzinin infaq edən üçün istifadə edilməsi, onlara görə, məcazdır. Çünki o şey, infaq edilmədən əvvəl, ruzi babından idi."

Bu etiraz, ilk 2 tərifə yönəldilə bilməz. Çünki, eyni ruzidən, bir kimsənin, onu başqasına infaq etmək surətilə; başqasının da, onu yemək surətilə faydalanması, mümkündür. Bu səbəblə, ruzinin infaq edən üçün istifadə edilməsi, onlara görə, həqiqətdir.

Bilməlisən ki, onların, tərifdə keçən "İstər mübah olsun, istərsə də haram" sözləri, tərifi tamamlayan ibarə deyildir. Bu səbəblə, son 2 tərifdə, zikr edilməmişdir. Əksinə, bu qeyd, sadəcə mötəziləyə verilən rəddə diqqət çəkmək üçündür. Necə ki, mötəzilə, haram olan şeyin, ruzi olmadığını söyləməkdədir. Dolayısı ilə, hər 2 tərifin özü, budur: Ruzi: "İstər halallıq və ya haramlıq vəsfilə vəsflənsin, istərsə də vəsflənməsin, Allah Taala'nın, canlı üçün sövq etdiyi; onun da, özündən faydalandığı şey"dir. Beləcə, "Buna görə, nə halal, nə də haram heyən heyvanın ruziləndirilməmiş olması lazım gəlir. Çünki, onun haqqında, halallıq və ya haramlıq, bəhs mövzusu deyildir." etirazı da düşər. Mən (Təhanəvi'nin) xatirimə gələnlər, bunlardan ibarətdir.

Mötəzilə'yə görə, ruzi, halal olandır. Onlar, ruzini, "Bəzən, sahib olanın (malikin), sahib olduqlarından (yəni, məmluklarından) yediyidir." şəklində tərif etdilər. "Sahib olduqlarından" qəsd edilən, şəri (şəriət cəhətindən) təsərrüfünə icazə verilməsi mənasında mülk qılınanlardır. Əks halda, tərifdə, Allaha nisbət edilmə mənası olmazdı ki, onlara görə də, ruzidə, bu, diqqətə alınmaqdadır. Bu halda, bir müsəlmanın sahib olduğu milk (yəni, mülk), şərab və ya donuzu, haram olmalarına baxmayaraq yeməsilə, bu tərifə etiraz edilə bilməz. Bunlar, əbu Hənifə'yə görə, o şəxsin mülküdür və dolayısı ilə, ruzinin tərifi, onlar haqqında doğrudur. Ancaq bunlar, yeyilə bilən olmaq cəhətindən, onun mülkü deyildir.

Mötəzilə, ruzini, bəzən də, "Özündən faydalanılmasına mane olunmayan şeylərdir." şəklində tərif etdilər, ki, bunlar da, ancaq, halal şeylər olur.

Birinci tərifə, heyvanların yediklərinin, ruzi olmayacağı şəklində etiraz edilə bilər. Çünki, onlar haqqında, halallıq və ya haramlıq, təsəvvür edilə bilməz. Halbuki, Allah Taala'nın bu sözü, onları da əhatə etməkdədir:

وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا...

"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin..." (Hud/6)

(Onların) hər 2 tərifinə, bu şəkildə də etiraz edilə bilər:

Buna görə, həyatı boyunca haram yeyən şəxsi, Allah ruziləndirməmişdir, ki, bu, icmaya müxalifdir.

"Məcmau's-Suluk"un "Əməllərin əslləri" fəslində, təvəkkül (məfhumunu) açıqlayarkən, müəllif, belə dedi:

Məşəyix (şeyxlər), ruzini, 4 qismə ayırmışlardır:

1. Məzmun (ödənməsi lazım gələn) ruzi: "İnsan üçün sövq edilən yemək, içmək və özünə kifayət edəcək miqdarda təmin edilən hər şey"dir.

Bunun, "məzmun ruzi" olaraq adlandırılmasının səbəbi, Allahın, qulları üçün buna kəfil olmasıdır:

وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِى كِتَـٰبٍ مُّبِينٍ

"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini, Allah verməsin. Allah, onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də, bilir. Bunların hamısı, açıq-aydın kitabdadır." (Hud/6)

2. Məqsum ruzi: "Əzəldə təqsim edilən (qisimlərə ayrılan) və lövh-i məhfuzda təscil (qeyd) edilən"dir.

3. Məmluk ruzi: "İnsanın, maliyyə qaynaqlarından, geyimlərdən və başqa maddi səbəblərdən aldığı"dır.

4. Məvud ruzi: "Allahın, saleh qullarına vəd etdiyi"dir:

...وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُۥ مَخْرَجًا • وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ...

"...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona, hesab etmədiyi (ummadığı) bir yerdən ruzi bəxş edər..." (Talaq/2-3)

Təvəkkül, məzmun ruzi xüsusunda olur. Digər ruzilərdə isə, təvəkkül, bəhs mövzusu deyildir. Buna iman edilməsi lazımdır ki, özü üçün kifayət edəcək miqdarın özünə çatması, qətidir! Dolayısı ilə, insanın, bu yöndən Allaha təvəkkül etməsi, zəruridir.

"Xülasətu's-Suluk"da isə, bu ifadələr yer almaqdadır:

"Həqiqət əhli, belə dedilər: Ruzi, qulun ehtiyac duyduğu yemək, içmək və geyinmək növündən olub özünə təqsim edilən (ayrılan)'dır. Bir hakim, belə dedi: Ruzi, ağanın, nökərinə, ona kifayət edəcək qədər verdiyi şeydir. O, verilməsə də, nə artar, nə də əskilər."

(Muhamməd Əli ət-Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum" adlı əsərdən nəql)

----------------------------

----------------------------

Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in mövzu haqqındakı bəyanları:

Müəllifimiz Nursi, bir risaləsində ("Ləmalar", 12-ci Ləma, s. 63-64), belə deyir:

وَكَاَيِّنْ مِنْ دَابَّةٍ لاَ تَحْمِلُ رِزْقَهَا اَللهُ يَرْزُقُهَا وَاِيَّاكُمْ • اِنَّ اللهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ

âyetlerinin sırrınca, rızık doğrudan doğruya Kadîr-i Zülcelâlin elindedir ve hazine-i rahmetinden çıkar. Herbir zîhayatın rızkı taahhüd-ü Rabbânîsi altında olduğundan, açlıktan ölmek olmamak lâzım gelir. Halbuki, zâhiren açlıktan ve rızıksızlıktan ölenler çok görünüyor. Şu hakikatin ve şu sırrın halli şudur ki:

Taahhüd-ü Rabbânî hakikattir; rızıksızlık yüzünden ölenler yoktur. Çünkü o Hakîm-i Zülcelâl, zîhayatın bedenine gönderdiği rızkın bir kısmını ihtiyat için şahm ve içyağı suretinde iddihar eder. Hattâ bedenin her hücresine gönderdiği rızkın bir kısmını, yine o hücrenin bir köşesinde iddihar eder; istikbalde, hariçten rızık gelmediği zaman sarf edilmek üzere bir ihtiyat zahîresi hükmünde bulundurur. İşte, bu iddihar edilmiş ihtiyat rızık bitmeden evvel ölüyorlar. Demek o ölmek rızıksızlıktan değildir. Belki sû-i ihtiyardan tevellüt eden bir âdet ve o sû-i ihtiyardan ve âdetin terkinden neş'et eden bir marazla ölüyorlar.

Evet, zîhayatın bedeninde şahm suretinde iddihar edilen rızk-ı fıtrî, hadd-i vasat olarak kırk gün mükemmelen devam eder. Hattâ bir marazın veya bir istiğrak-ı ruhanî neticesinde iki kırkı geçer. Hattâ bir adam, şedit bir inat yüzünden, Londra mahpushanesinde yetmiş gün, sıhhat ve selâmetle, hiçbir şey yemeden hayatı devam ettiğini on üç (şimdi otuz dokuz) sene evvel gazeteler yazmışlar.

Madem kırk günden yetmiş seksen güne kadar rızk-ı fıtrî devam ediyor. Ve madem Rezzak ismi, gayet geniş bir surette rû-yi zeminde cilvesi görünüyor. Ve madem hiç ümit edilmediği bir tarzda, memeden ve odundan rızıklar akıyor, başgösteriyor. Eğer pür-şer beşer sû-i ihtiyarıyla müdahale edip karışmazsa, herhalde rızk-ı fıtrî bitmeden evvel o zîhayatın imdadına o isim yetişiyor, açlıkla ölüme yol vermiyor. Öyleyse, açlıktan ölenler, eğer kırk günden evvel ölseler, kat'iyen rızıksızlıktan değildir. Belki, "terkü'l-âdât mine'l-mühlikât" sırrıyla, sû-i ihtiyardan gelen bir âdet ve terk-i âdetten neş'et eden bir illetten, bir marazdan ileri gelmiştir. Öyleyse, açlıktan ölmek olmaz, denilebilir."

Yəni:

وَكَأَيِّن مِّن دَآبَّةٍ لَّا تَحْمِلُ رِزْقَهَا ٱللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ • إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ

"Neçə-neçə canlılar vardır ki, ruzisini, öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi, Allah verir." (Ənkəbut/60) • Şübhəsiz ki, Allah, ruzi verəndir, qüvvət sahibidir, Mətindir." (Zariyat/58)

ayətləri gərəyincə, ruzi, bir-başa, cəlal sahibi Qədir'in əlindədir və Onun rəhmət xəzinəsindən çıxmaqdadır. Hər bir həyat sahininin ruzisi, Rəbbimizin öhdəsində olduğundan, aclıqdan ölmək, yoxdur. Halbuki, zahirən aclıqdan və ruzisizlikdən ölənlər, çox görülməkdədir. Bu həqiqətin və bu sirrin həlli, budur:

Rəbbimizin öhdəçiliyi, həqiqətdir; ruzisizlik səbəbilə ölən, yoxdur! Çünki:

O cəlal və hikmət sahibi olan Allah, həyat sahiblərinin bədəninə göndərdiyi ruzinin bir qismini, ehtiyat üçün, daxili yağ (piy) surətində iddixar etməkdə (depolamaqda)'dır. Hətta, bədənin hər hüceyrəsinə göndərdiyi ruzinin bir qismini, yenə, o hüceyrənin bir küncündə iddixar etməkdə (depolamaqda); gələcəkdə, xaricdən ruzi gəlmədiyi vaxt sərf edilmək üzərə bir ehtiyat azuqəsi hökmündə saxlamaqdadır.

Bax, bu depolanan ehtiyat ruzi bitmədən əvvəl, (bəziləri) ölməkdədir. Demək, belə ölüm, ruzisizlikdən deyildir. Əksinə, su-i ixtiyardan (iradəni yalnış istifadə etməkdən, yəni, çox yemək-içməkdən) doğan bir adət və o su-i ixtiyardan və adətin tərkindən doğan bir xəstəliklə ölməkdədirlər.

Bəli, həyat sahibinin bədənində piy surətində depolanan fitri ruzi, ortalama 40 gün mükəmməl olaraq davam etməkdədir. Hətta bir xəstəlik və ya ruhani istiğraq (1) nəticəsində, iki 40-ı (yəni, 80 günü) keçər. Hətta bir adam, şiddətli inadkarlıq səbəbilə, heç bir şey yemədən həyatı davam etdiyini, qəzetlər, 13 (indi 39) il əvvəl yazmışdı.

~ Madam ki, 40 gündən 70-80 günə qədər fitri ruzi davam etməkdədir. Və

~ Madam ki, Razzəq isminin, çox geniş bir surətdə, yer üzündə cilvəsi (3) görünməkdədir. Və

~ Madam ki, heç ümid edilmədiyi bir tərzdə, (anaların) sinələrindən və odundan ruzilər axmaqda, özünü görsətməkdədir.

Əgər şərli (günahkar) bəşər, su-i ixtiyarı ilə müdaxilə edib qarışmazsa, hər halda, fitri ruzi bitmədən əvvəl, o həyat sahibinin imdadına, o isim (Razzəq ismi) yetişməkdə; aclıqla ölümə yol verməməkdədir.

Elə isə, aclıqdan ölənlər, əgər 40 gündən əvvəl ölsələr, qətiyyən ruzisizlikdən deyildir. Əksinə, "Adətlərin tərki, həlak edən (səbəblərdən)'dir." hökmüncə, su-i ixtiyardan gələn bir adət və adətin tərkindən doğan bir xəstəlikdən iləri gəlmişdir. Elə isə, aclıqdan ölmək yoxdur, deyilə bilər.

(Bədiü'z-zaman Said Nursi, "Ləmalar", 12-ci Ləma, s. 63-64)

----------------------------

Haşiyələr:

1. İstiğraq: "Salikin (Allah yolunda gedən kimsənin), İlahi sevginin istilası altında, özü və maddi aləm haqqında, heç bir hiss, idrak və şüura sahib olmaması" mənasında tasavvuf terminidir.

---------------------------

Əlavələr:

İnsan vücuduna daxil olan qidaların bir qismi, qlikogen və yağ halında depolanmaqdadır. Bu depolar, aclıq hallarında istifadə edilməkdədir. Depolardakı qidalar, insanın, olduqca uzun müddət yaşamasını təmin edir. Doktor Dewey'in bu xüsusdakı araşdırmaları, olduqca diqqət çəkicidir. Belə ki:

4 yaşında 2 uşaq, dərman içdikləri üçün, yemək borularında və mədələrində, yanıqlar meydana gəlmiş və yemək yeyə bilməmişlərdir. Zəif olan birinci uşaq, vücudundakı ehtiyatları istifadə edərək, 75 gün yaşamış; daha qüvvətli olan ikinci uşaq isə, aclığa 90 gün tab gətirmişdir.

Uzun müddətli aclıqlarla əlaqəli bir araşdırma aparan Doktor Bertholet'in əldə etdiyi nəticələr də, diqqətə layiqdir. Buna görə:

Uzun müddət davam edən aclıq hallarında hasil olan kilo itirilməsi, xüsusilə, yağ və dalaq kimi həyati əhəmiyyəti az olan orqan və toxumalarda meydana gəlir. Bu araşdırmanın nəticələri, belədir:

Uzun müddət davam edən aclıqlarda, vücud tərəfindən:

~ yağın - 97 %-i;

~ dalağın - 63 %-i;

~ qaraciyərin - 56 %-i;

~ qanın - 17 %-i

istifadə edilməkdədir.

Halbuki, eyni araşdırmada, insan üçün həyati əhəmiyyətə sahib olan beyin və sinirlərdə, hər hansı bir itkinin olmadığı da təsbit edilmişdir. Bu da göstərir ki, aclıq vaxdında, vücud üçün həyati əhəmiyyətə sahib orqanlardan deyil; digərlərindən istifadə edilməkdədir. Belə bir aclıq halında, yağların, keton cisimlərinə çevrildiyi, aparılan son araşdırmalarda ortaya qoyulmuşdur.

Bu mövzuda aparılan araşdırmalar, heç bir şey yemədən, ortalama 80 gün qədər yaşanıla biləcəyini göstərmişdir. Yalnız, qidanın kəsilməsi, birdən-birə olmamalıdır. Əks təqdirdə, alışılmış olan adətin tərkində, vücud zəif düşər və bu, insanı, ölümə apara bilər. Bu xüsusu, ibn Xaldun, belə ifadə etməkdədir:

"Qıtlıq görülən yerlərdə çox yeməyə alışanlar, az yeməyə alışanlardan daha çox itki verirlər. Onları öldürən, qarşılaşdıqları qıtlıq deyil; daha əvvəl alışmış olduqları toxluqdur."

Dünyada aclıqdan öldüyü söylənilən insanların:

~ 20 %-i - Hindistanda;

~ 35 %-i - Afrikada

yaşayan, 1 yaşının altında olan uşaqlardır.

Başa düşülən budur ki, insan vücudunda və çevrəsində, hər an hazır gözləyən mikroblar, vücudun zəif olduğu vaxtlarda, dərhal bədənə hakim ola bilməkdədirlər. Xüsusilə uşaqlar, bu xüsusda daha zəif olduqlarından, daha çox ölümə də, onlar məruz qalmaqdadırlar. O halda, aclıqdan öldüyü söylənənlər, ruzinin bitməsindən deyil; ruzinin azalmasından meydana gələn xəstəliklərdən ölürlər.

--------------------

--------------------

Yenə müəllifimiz Ustad Nursi (rahiməhullah), bir risaləsində ("Şualar", 7-ci Şüa: "əl-Ayətu'l-Kubra" risaləsi, s. 147), belə deyir:

"Rızık, ikidir:

• Biri: yaşamak için hakikî ve fıtrî rızıktır ki, taahhüd-ü Rabbânî altındadır. Hattâ o kadar muntazamdır ki, bedende, yağ ve saire suretinde iddihar olunan fıtrî rızık, hiç olmazsa yirmi günden ziyade birşey yemeden yaşatır, hayatını idame eder. Demek yirmi otuz günden evvel ve bedende müddehar olan fıtrî rızık bitmeden zâhiren açlıktan vefat edenler rızıksızlıktan değil, belki sû-i itiyattan ve terk-i âdetten neş'et eden bir hastalıktan vefat ederler.

• İkinci kısım rızık: İtiyat, israf ve sû-i istimâlat ile tiryaki olup zaruret hükmüne geçen mecazî ve sun'î rızıktır. Bu kısım ise taahhüd-ü Rabbânî altında değil, belki ihsana tâbidir. Kâh verir, kâh vermez."

Yəni:

Ruzi, 2 qisimdir:

1. Yaşamaq üçün həqiqi və fitri ruzidir ki, Rəbbimizin öhdəçiliyindədir. Hətta o qədər intizamlıdır ki, bədəndə, yağ və s. surətində depolanan fitri ruzi, (insanı) heç olmazsa 20 gündən çox bir şey yemədən, yaşadar. Həyatını davam etdirər. Demək, 20-30 gündən əvvəl və bədəndə depolanan fitri ruzi bitmədən əvvəl zahirən aclıqdan vəfat edənlər, ruzisizlikdən deyil; əksinə, pis alışqanlıqdan və adətin (yəni, çox yemək adətinin) tərkindən doğan bir xəstəlikdən vəfat edərlər.

2. İkinci qisim ruzi: Alışqanlıq, israf və su-i istimallar ilə aludəçi olub zərurət hökmünə keçən məcazi və süni ruzidir. Bu qisim isə, Rəbbimizin öhdəçiliyində deyildir. Əksinə, ehsanına tabedir. İstəsə verər, istəməsə verməz.

 

 

 

 

Read 361 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR