Səbəb nədir? Səbəblər nə üçün var?

Səbəb nədir?

"Səbəb", lüğətdə, "ip" mənasına gəlir. Örfdə isə, "bir məqsədə çatmağa vəsilə olan hər şey"ə deyilir.

Seyid Şərif Cürcani isə, səbəbi belə tərif edir:

"Səbəb, lüğətdə, özü ilə bir məqsədə çatılan şeyin adıdır. Şəriətdə isə, 'bir hökmə, ona hər hansı bir təsiri olmadan çatmağı təmin edən yol' deməkdir. Sadəcə varlığı ilə nəticənin var olduğu səbəb, tam səbəbdir. Tam olmayan səbəb isə, nəticənin özünə bağlı olduğu, ancaq, sadəcə onun varlığı ilə var olmadığı şeydir."

---------------------------

---------------------------

Səbəblər, nə üçün var?

Ustad Bədiü'z-zaman Said Nursi (rahiməhullah)'ın bəyanları:

Ustad Nursi, "Sözlər" adlı əsərinin 22-ci Söz'ündə (s. 287), belə deyir:

"Ey esbab-perest gafil!"

Səbəbpərəst demək, hadisələri, səbəblərə nisbət edən deməkdir. Hadisələri səbəblərə isnad edən isə, qafildir. Qafil olması, hadisələrin üzərində, Allahın izini görə bilməməsi və hadisələrə, qəflət nəzərilə baxmasından dolayıdır.

-------------------------

"Esbab, bir perdedir. Çünkü izzet ve azamet öyle ister."

Yəni:

Səbəblər, bir pərdə (kimi)'dirlər. Çünki, (Allahın) izzət və əzəməti elə istəyir.

 

(Not:

Aşağıda izahı gələcəkdir.)

 

"Üzərində fəaliyyət görsənən səbəblər, bu fəaliyyətə pərdə qılınıblarsa, işi görən, səbəblər olmurmu?"

Bu, möhtəməl bir sual olduğu üçün, Müəllif, belə davam edir:

-------------------------

"Fakat iş gören, kudret-i Samedaniyedir. Çünkü tevhid ve celal öyle ister ve istiklali iktiza eder."

Yəni:

Lakin iş görən, Saməd olan Allahın qüdrətidir. Çünki, tövhid və cəlal elə istəyir və istiqlalı gərəkdirir.

---------------------------

(Not:

İlk əvvəl, isim və təcəllinin nə demək olduğu üçün bax:

https://suallarlaislam.com/.../t%C9%99c%C9%99lli-n%C9%99dir

Allahın "əs-Saməd" ismi: "Bütün ehtiyaclar xüsusunda, Özünə ehtiyac duyulan və rəğbət edilən şeylər xüsusunda da qəsd edilən" deməkdir. Bu ismin kainatdakı təcəllisinə, belə misallar verə bilərik:

Məsələn:

~ Meyvəni, ağac yarada bilməz. Çünki ağacın özü, çox şeylərə möhtacdır. Hər şeydən əvvəl mövsümə möhtacdır; mövsüm gəlmədən meyvəsini verə bilməz. Mövsümün gəlməsi üçün də, dünyanı günəş ətrafında döndürəcək bir qüdrətə möhtacdır. O halda, meyvəni yaradan, ağac deyil, mövsümü gətirən Zat'dır. Demək, bu fəaliyyət, əs-Saməd ismi/ünvanına sahib bir Zat'ın varlığına, Onun qüdrətinə dəlildir. Yenə,

~ Ağac, yağışa da möhtacdır. Yağış üçün, günəşin dənizi buxarlaşdırması; küləyin də o buludları daşıyıb ağacın köməyinə gəlməsi lazımdır. O halda, meyvəni yaradan, ağac deyil; günəşi, dənizi və küləyi Öz əmrində çalışdıran qüdrətin sahibidir.

Qısacası, bir meyvənin meydana gəlməsi üçün, bütün bir kainatın birlikdə çalışması lazımdır. Meyvəni yaradan, ağac deyil, kainatı sövq və idarə edən "Saməd olan Allahın qüdrəti"dir.)

----------------------------

Yəni: Nə üçün, iş görən, yalnız Allahın qüdrətidir? Nə üçün Allah, başqalarına iş görmə, yəni, təsir sahibi olma imkanı verməmişdir? Müəllif buna belə cavab verir ki, çünki, tövhid və cəlal, elə istəyir və tövhid və cəlal, istiqlalı gərəkdirir.

Tövhid və cəlalın, səbəblərə imkan verməməsi:

• Tövhidin səbəblərə imkan verməməsi üzərində dayanaq.

"Tövhid": "Allahın birliyi" deməkdir.

Qisimləri isə, aşağıdakılardır:

1. Zatında birliyi;

2. Sifətlərində birliyi;

3. İsimlərində birliyi;

4. Fellərində birliyi;

5. Hökmlərində birliyi.

Bu birlik isə, 2 şəkildə başa düşülür:

1. Bölünə bilməmək cəhətindən birlik;

2. Belə bir Zat, sifət, isim, fel və hökmlərə sahib başqa bir varlığın olmaması cəhətindən birlik. Bunu, belə açıqlaya bilərik:

Hər cəhətdən bir-birinə bərabər 2 ilah mövcud olduğunu fərz edək. Yaratmaq və hökm etməkdə müstəqil hərəkət etmələri, ilahlığın gərəyi olduğundan, bu 2 ilahın hər zaman ittifaq edib razılaşmaları, muhaldır/imkansızdır. Tam bir qüdrət və hökm sahibi olan hər bir ilahın, öz arzusuna müxalifət edilməsinə riza göstərməsi də, muhaldır. Bu halda, hər cəhətdən bir-birinə bərabər 2 ilahın mövcud olduğunu fərz etdiyimizdə, aralarında ixtilaf; və arzularında da ziddiyyət olacağı, qətidir. Belə bir ixtilaf nəticəsində, məsələn, ilahların biri bir şeyin olmasını; digəri də olmamasını istəsə, əqlən bu 3 ehtimaldan biri olacağı şübhəsizdir:

a. Ya iki ilahın da dediyi olacaqdır; və ya

b. Hər ikisinin də dediyi olmayacaqdır; yaxud

c. İlâhlardan birinin istədiyi olarkən, digərinki olmayacaqdır.

Bu ehtimallardan hər biri də, əqlən muhal/imkansızdır. Belə ki:

a. Hər ikisinin də istədiyi olsa, bir anda bir şeyin həm olması, həm də olmaması, yəni varlıq və yoxluq kimi 2 ziddin bir araya gəlməsi halı ortaya çıxır ki, bu, məntiqi cəhətdən imkansızdır.

b. Hər 2 ilahın da istədiklərinin olmaması, bir anda bir şeyin həm varlıqdan, həm də yoxluqdan məhrum qalması, yəni, zidlərin ortadan qalxması deməkdir ki, bu da əqlən və məntiqi cəhətdən imkansızdır. Bununla bərabər, istəkləri yerinə gəlməyən ilahların acizliyə düşmələri də bəhs mövzusudur. Aciz olan varlıqlar isə, ilah ola bilməzlər, bir şey yarada bilməzlər.

c. İlahlardan birinin arzusu gerçəkləşlər, digərinki reallaşmazsa, arzusu yerinə gəlməyən ilah, aciz olar, aciz olan isə, ilah ola bilməz. Bununla bərabər, uluhiyyət sifətlərində bərabər olduqlarını zikr etdiyimiz 2 ilahdan birinin aciz olduğu sabit olunca, aciz olana bərabər olan digərinin də aciz olacağı sabit olar. Beləcə, hər 2 ilahın da aciz olması lazım gələcək. Aciz olan varlıqlar da, ilah ola bilməzlər.

Bu şəkildə, bütün ehtimalların batil olduğu ortaya çıxınca, 2 ilah fərziyyəsinin batil olduğu da özü-özlüyündən sabit olur. O halda, ilah, təkdir. O da, varlığı əzəli, əbədi, Zatının gərəyi, mütləq kamillik, qüdrət və əzəmət sahibi olan Haqq Taala'dır. Bu həqiqəti, Haqq Taala, Öz əzəmətli Kitabında belə bəyan etməkdədir:

قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًا

"De: 'Əgər müşriklərin söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına çatmaq üçün yol axtarardılar." (İsra/42);

مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَـٰهٍ ۚ إِذًا لَّذَهَبَ كُلُّ إِلَـٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ

"Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır." (Mu'minun/91);

لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَـٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ

"Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!" (Ənbiya/22)

Kainat və ondakı nizam, Allahdan başqa ilah olmadığına dəlildir!

Demək ki, başqalarına həqiqi mənada iş görmə imkanı vermək və ya başqalarının təsir sahibi olması, tövhidə müxalifdir.

• Cəlalın səbəblərə imkan verməməsinə gəlincə:

Allahın cəlalı, ən mükəmməl mənada, bütün kainatı və onun idarəsini, Öz əlində tutması ilə görünə bilər. Əgər bir zərrə belə bu təsərrüfdən ayrılsa, bu, Onun cəlalına kölgə salar. Bu isə, kamil bir Varlıq haqqında təsəvvür edilə bilməz.

 

Səbəblərdə təsirə Allahın imkan vermədiyi bilindikdən sonra, ağla, möhtəməl belə bir sual gəlir:

"Elə isə, səbəblərin funksiyası, nədir? Gördükləri işlər, nələrdən ibarətdir?"

Müəllifimiz, bunun haqqqında, belə deyir:

---------------------------

"Sultan-ı Ezelî’nin memurları, saltanat-ı rububiyetin icraatçıları değillerdir. Belki o saltanatın dellâllarıdırlar ve o rububiyetin temaşager nâzırlarıdırlar. Ve o memurlar, o vasıtalar; kudretin izzetini, rububiyetin haşmetini izhar içindir. Tâ umûr-u hasise ile kudretin mübaşereti görünmesin."

Yəni:

Əzəli sultan olan Allahın məmurları, "rububiyyət səltənəti"nin icraatçıları deyillərdir. Əksinə, o səltənətin dəllaları və o rububiyyətin tamaşaçı nazirləridirlər. Və o məmur və vasitələr, qüdrətin izzətini, rububiyyətin ehtişamını izhar etmək üçündürlər. Ta, xəsis işlər ilə qüdrətin təması görünməsin.

 

"Əzəli sultan olan Allahın məmurları, rububiyyət səltənətinin icraatçıları deyillərdir."

 

(Not:

Mətnin izahına keçmədən əvvəl, "Rububiyyət"in nə olduğu üçün bax:

https://suallarlaislam.com/.../r%C9%99bb-v%C9%99-rububiyy...

Müəllifin "rububiyyət səltənəti" ifadəsi isə, bir təşbihdir. Yəni, Allahın rububiyyəti, yəni tərbiyə ediciliyi, kainatda, sanki səltənət qurmuşdur. Yəni, Onun tərbiyəsi xaricində qalan bir şey, yoxdur.)

 

Allahın, məmurları vardır. Məsələn:

~ Ağac, Allahın bir məmurudur. Vəzifəsi, "rəhmətin əli" hökmündə olan budaqları ilə, "rəhmət meyvələri"ni bizlərə uzatmaqdır. Meyvəni yaradan, ağac deyildir. Ağacın bu feldə, heç bir təsiri yoxdur. Yenə,

~ Atəş, Allahın bir məmurudur. Allah, atəşlə yandırar. Atəşin özü, yandırmaz. Həqiqətdə, yandıran, Allahdır. Atəşin, bu yandırma fəaliyyətində, heç bir müdaxiləsi yoxdur. Əgər Allah istəsəydi, atəşsiz də yandırardı. (Yandıranın od olduğunu iddia edənlərin, müşahidədən başqa əllərində dəlil yoxdur. Bunu iddia edənlər, odun, hər hansı bir şeyə təmasından başqa bir şey görmürlər. Elə isə, bu yanma felində başqa bir səbəbin olmadığını, nə bilirlər?) Yenə,

~ Valideyn, Allahın bir məmurudur. Uşağını yaradan, özü deyil; özü vasitəsilə yaradan, Allahdır. Uşaq kimi nəticənin hasil olmasını, heç bir valideyn, öz üzərinə götürmür. Elə isə, yaradılış, "valideyn səbəbi"nə, necə nisbət edilə bilər?!

"Məmur" məsabəsində olan bütün səbəblər, bu misallara qiyas edilsin!

 

"Əksinə, o səltənətin dəllaları və o rububiyyətin tamaşaçı nazirləridirlər."

• Səbəblərin, "Rububiyyət səltənətinin dəllalları" olması:

Ağac, səbəb; meyvə isə, nəticədir. Meyvənin yaradılışında, ağacın heç bir təsir və müdaxiləsi yoxdur. Ağac, Allahın bir dəllalı hökmündədir. Vəzifəsi isə, qüdrətin icadı olan meyvəni, əli hökmündə olan budağı ilə bizlərə uzatmaqdır.

Bax, ağacın meyvəni bizə uzatması, "rububiyyətin icraatını elan"dır.

Ağac, sanki, hal dililə bizə belə deyir:

"Mənə baxın, sözümü dinləyin! Məni, bir çəyirdəkdən Kim çıxarmışdırsa; budaqlarımdakı meyvələri də, mənə, O asmışdır. Quru bir budaqdan bu ləziz meyvəni çıxarmaq, ancaq və ancaq, qüdrəti sonsuz bir Zatın işi ola bilər. Mən isə, bu meyvənin sahibi və yaradanı deyiləm. Vəzifəm, sadəcə məmurluq və dəllallıqdır."

• Səbəblərin, "Rububiyyətin tamaşaçı nazirləri" olması:

Məsələn,

~ İsrafil (əleyhissəlam)'ın vəzifəsi, Allahın həyat vermə fəaliyyətinə nəzarətdir. Həyat verməkdə, heç bir müdaxiləsi, ən kiçik bir təsiri belə yoxdur. Vəzifəsi, bu fəaliyyəti seyr və şahidlikdir.

~ Cəbrail (əleyhissəlam)'ın vəzifəsi, biliklərin varlıqlara nəql edilməsinə nəzarətdir. Vəhy, ilham və digər bilikləri nəql edən isə, yalnız Allahdır. Cəbrail'in bu işdə, hər hansı bir təsiri yoxdur.

~ Mikail (əleyhissəlam)'ın vəzifəsi, təbiət hadisələrinə nəzarətdir. Mikail'in icadda, heç bir müdaxiləsi, yaratmada ən kiçik bir təsiri yoxdur. Vəzifəsi isə, seyrdir, izləməkdir və şahidlik etməkdir. Yəni, Allahın bəsləməsini, varlıqları ruzi ilə tərbiyə etməsini və rububiyyətin digər təcəllilərini seyr etmək, buna şahidlik etməkdir. Yenə,

~ Əzrail (əleyhissəlam), ruhları alması ilə vəzifələndirilmişdir. Ruhu həqiqətdə alan və qulunu öldürən, yalnız Allahdır. Əzrail, öldürmə fəaliyyətinin sadəcə bir seyirçisi və bu öldürmə fəaliyyətinin bir müşahidəçisidir. Ölümdə, Əzrail'in heç bir təsir və müdaxiləsi yoxdur. 

Mələklərin varlığının əqli isbatı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99r%C9%9...

 

"...o məmur və vasitələr, qüdrətin izzətini, rububiyyətin ehtişamını izhar etmək üçündürlər. Ta, xəsis işlər ilə qüdrətin təması görünməsin." məsələsi, aşağıda gələcəkdir.

---------------------------

"Acz-âlûd, fakr-pîşe olan insanî bir sultan gibi acz ve ihtiyaç için memurları şerik-i saltanat etmiş değildir."

Yəni:

(Allah), acizlik (ilə qarışıq), möhtaclıq (içində) olan insani sultan(lar) kimi, acizlik və möhtaclığından dolayı, məmurları, səltənətinə şərik etmiş deyildir.

--------------------------

"Demek esbab vaz’edilmiş, tâ aklın nazar-ı zahirîsine karşı kudretin izzeti muhafaza edilsin."

Yəni:

Demək ki, səbəblər, ağlın zahiri nəzərinə qarşı qüdrətin izzəti mühafizə edilsin deyə qoyulmuşlardır.

------------------------

"Zira âyinenin iki vechi gibi her şeyin bir 'mülk' ciheti var ki âyinenin mülevven yüzüne benzer. Muhtelif renklere ve hâlâta medar olabilir. Biri 'melekût'tur ki âyinenin parlak yüzüne benzer."

Yəni:

Çünki, güzgünün 2 cəhəti kimi; hər şeyin də:

~ bir "mülk" cəhəti vardır ki, güzgünün rəngli üzünə (yəni, arxa tərəfinə) bənzəyir. (Bu üz), müxtəlif rənglərə və hallara mədar (yəni, müxtəlif rənglər və halların ətrafında dövr etdiyi yer) ola bilər;

~ digəri isə, mələkut'dur ki, (bu üz), güzgünün parlaq üzünə bənzəyir. (haşiyə)

(Haşiyə:

Mələkut üçün bax:

https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kut-al%C9...)

--------------------------

"Mülk ve zahir vechinde, kudret-i Samedaniyenin izzetine ve kemaline münafî hâlât vardır. Esbab, o hâlâta hem merci hem medar olmak için vaz’edilmişler."

Yəni:

Mülk və zahir cəhətində, Saməd olan Allahın qüdrətinin izzətinə və kamalına zidd hallar vardır. Səbəblər, o hallara həm mərci (rücu edilən, qayıdılan yer), həm mədar (ətrafında dövr edilən yer) olmaq üçün qoyulmuşlardır.

Dünyada az bir izzəti və əzəməti olanlar, izzətlərini mühafizə üçün, səbəblərlə iş görməkdə və vasitələri, özlərinə pərdə qılmaqdadırlar. Məsələn:

~ Bir polis rəisi, yol üzərində gözləyib, qırmızıda keçənlərə cəza yazmaz. O işi, digərlərinə gördürər. Küçədə cəza yazmağı, məqamının izzəti qəbul etməz.

~ Bir general, tabora girib taboru təmizləməz. Bu işini, əskərə gördürər. Generallıq məqamının izzət və əzəməti, taboru şəxsən təmizləməsinə izn verməz.

~ Bir sultan, öz diyarının küçələrini süpürməz. Bu işi, xidmətçilərinə gördürər. Səltənətin izzət və əzəməti, belə bir işə icazə verməz və s.

Eynilə, Allahın, təmizləyicilik fəaliyyəti haqqında bir düşünək. Bütün kainatda, bir təmizləyicilik fəaliyyəti mövcuddur. İnsandan, ta bütün böyük qalaktikalara qədər kirlənən şeylər, təmizlənməkdədir. Məsələn, dənizlərin üzərinin ölmüş balıq və digər canlılardan təmizlənməsi kimi...Səbəblər (yəni, mikro orqanizmlər və s.) olmasa, bu təmizləyicilik fəaliyyətini, zahiri ağlın nəzərində, Allaha nisbət etmək, uyğun düşmür. Bu, Allahın izzətinə və rububiyyətinin ehtişamına, (zahirən) zidd bir haldır. Həqiqətdə, həqiqi Mütəsərrif (təsərrüf edən), yenə Odur. Çünki, -yuxarıda dediyimiz kimi- başqalarına həqiqi mənada iş görmə imkanı vermək və başqalarının təsir sahibi olmasına qarışmamaq, tövhid və cəlala müxalifdir.

Demək ki, səbəblərin bir hikməti: belə xəbis işlərlə Allahın bir başa təmasının görünməməsi üçün qoyulmasıdır.

--------------------------------

"Fakat melekûtiyet ve hakikat canibinde her şey şeffaftır, güzeldir. Kudretin bizzat mübaşeretine münasiptir, izzetine münafî değildir. Onun için esbab sırf zahirîdir, melekûtiyette ve hakikatte tesir-i hakikileri yoktur."

Yəni:

Lakin mələkutiyyət və həqiqət cəhətində isə, hər şey, şəffafdır, gözəldir. Qüdrətin bir başa təmasına münasibdir; izzətinə də zidd deyildir. Bunun üçündür ki, səbəblər, sırf zahiridir. Mələkutiyyət və həqiqətdə, həqiqi təsirləri yoxdur.

Təmizləyicilik fəaliyyətinin iç üzünə nəzər etdiyimizdə, həqiqətdə, bunun nə qədər gözəl olduğu, asanlıqla bilinir.

------------------------

"Hem esbab-ı zahiriyenin diğer bir hikmeti şudur ki haksız şekvaları ve bâtıl itirazları Âdil-i Mutlak’a tevcih etmemek için o şekvalara, o itirazlara hedef olacak esbab vaz’edilmiştir. Çünkü kusur onlardan çıkıyor, onların kabiliyetsizliğinden ileri geliyor."

Yəni:

Həm zahiri səbəblərin bir digər hikməti budur: Haqsız şikayətlər və batil etirazlar, mütləq ədalət sahibi olan Allaha ünvanlanmasın deyə, o şikayət və etirazlara hədəf olacaq səbəblər qoyulmuşdur. Çünki, qüsur, onlardan çıxmaqda, onların qabiliyyətsizliklərindən iləri gəlməkdədir.

Bəli, əksər qafillərin nəzərləri, hadisələrdəki hüsnü, gözəlliyi və onlardakı hikməti idrak etmir; hər şeyin gözəl tərəfini görmür. Onun üçün, haqsız olaraq, Haqq Taala haqqında şikayətlənir, cahilanə etirazlar edirlər. Məsələn, ölüm, zahirən çirkindir, dəhşətlidir. Qafil insanlar, ölüm pərdəsi arxasındakı gözəllikləri, hüsnləri görə bilmədikləri üçün, Haqq Taala, bu haqsız şikayətlərə məruz qalmamaq üçün, araya, xəstəliklər, müsibətlər qoymuşdur. Ta ki, şikayətlər, onlara yönəlmiş olsun. Məsələn, bir nəfər vəfat etdiyində, "Nə oldu?" deyə soruşulduğunda, "Xəstələnmişdi." və ya "Filan xəstəlikdən əziyyət çəkirdi." kimi şeylər deyilir. Demək ki, səbəblər, ölümdəki zahiri çirkinliklər, bir başa Allaha getməsin deyə, vasitə olaraq qoyulmuşlardır.

-----------------------

-----------------------

Bununla bərabər, Müəllifimiz Nursi (rahiməhullah), "Şüalar" adlı əsərinin 11-ci Şüa'sı olan "Meyvə risaləsi"ndə (11-ci Məsələ, s. 223), belə deyir:

İşte, nasıl ki melekler ve umur-u hayriyede ve vücudiyede istihdam edilen zâhirî sebepler, güzellikleri görünmeyen ve bilinmeyen şeylerde kudret-i Rabbâniyeyi kusurdan, zulümden muhafaza edip takdis ve tesbih-i İlâhîde birer vesiledirler.

Aynen öyle de, cinnî ve insî şeytanlar ve muzır maddelerin umur-u şerriyede ve ademiyede istimalleri dahi, yine kudret-i Sübhâniyeyi gadirden ve haksız itirazlardan ve şekvâlara hedef olmaktan kurtarmakla takdis ve tesbihat-ı Rabbâniyeye ve kâinattaki bütün kusurattan müberrâ ve münezzehiyetine hizmet ediyorlar. Çünkü, bütün kusurlar ademden ve kàbiliyetsizlikten ve tahripten ve vazife yapmamaktan—ki birer ademdirler—ve vücudu olmayan ademî fiillerden geliyor. Bu şeytanî ve şerli perdeler o kusurata merci olup itiraz ve şekvâları bi'l-istihkak kendilerine alarak Cenâb-ı Hakkın takdisine vesile oluyorlar.

Yəni:

Bax, necə ki, mələklər; və xeyir və vücudi (var olmaqla bağlı) işlərdə xidmət etdirilən zahiri səbəblər, gözəllikləri görülməyən və bilinməyən şeylərdə, Rabbani qüdrəti, qüsurdan, zülmdən mühafizə edib təqdis və təsbihdə, bir vəsilədirlər.

Eynilə, cinni və insi şeytanlar və zərərli maddələrin şərr və adəmi (yoxluğa aid) işlərdə istifadə edilmələri də, yenə, sübhani qüdrəti, zülmdən, haqsız etirazlardan və şikayətlərə hədəf olmaqdan qurtarmaq ilə, (Onun), təqdisinə, Rabbani təsbihatına və kainatdakı bütün qüsurlardan bəri və münəzzəh olduğuna xidmət edirlər. Çünki, bütün qüsurlar, adəm (yoxluq)'dan və qabiliyyətsizlikdən və təxribdən və vəzifəni yerinə yetirməməkdən -ki, bunların hər biri, bir adəm/yoxluq'durlar- və vücudu/varlığı olmayan adəmi (yoxluğa aid) fellərdən gəlirlər. Bu şeytani və şərli pərdələr, o qüsurlara mərci/rücu edilən yer(lər) olub, etiraz və şikayətləri, haqq ilə üzərinə alaraq, Cənabu'l-Haqq'ın təqdisinə vəsilə olurlar.

 

 

 

Read 62 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR