Səbr ziyadır və Oruc səbrin yarısıdır.

Əbu Malik əl-Əşari (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

• Təmizlənmək, imanın yarısıdır;
• "Əlhəmdulilləh" sözü, əməl tərəzisini doldurar;
• "Subhənallahi və'l-həmdu lilləhi" sözü, göylə yerin arasını doldurar;
• Namaz, nurdur;
• Sədəqə, azuqədir;
• Səbr, ziyadır;
• Quran, sənin lehində və ya əleyhində dəlildir;
• İnsanlar sabahlayınca, onlardan kimiləri canlarının qurtuluşu üçün, kimiləri də, canlarının həlak olması üçün çalışırlar.

---------------------

"Səbr, ziyadır."

Ziya da, nur və bürhan kimi, bir işıq növüdür. Bu işıq növündə, istilik və yandırıcılıq vardır. Günəş işığı, isti və yandırıcı olduğu üçün, ziya növündəndir. Ay işığı isə, hərarətsiz olan, nur növündəndir. Quran'da Allah Taala belə buyurur:

"هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءً وَٱلْقَمَرَ نُورًا..." 

"Günəşi ziya və ayı nur edən Allah'dır." (Yunus/5)

Musa (əleyhissəlam)'a endirilən Tövrat'da, ağır hökmlər və tətbiq edilməsi çətin əmrlər mövcud olduğu üçün, bu kitab, Allah Taala tərəfindən "ziya" ismi ilə zikr edilmişdir. 

Quran-i Kərim'də isə, içində belə hökmlər və əmrlər olmadığı üçün, onun hökm və əmrlərində asanlıq əsas alındığı üçün, o, "nur" ismi ilə anılmışdır.

    Bunlara dair ayətlər belədir:

"وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ وَهَـٰرُونَ ٱلْفُرْقَانَ وَضِيَآءً وَذِكْرًا لِّلْمُتَّقِينَ"

   1. "Biz, Musa və Haruna, təqva sahibləri üçün bir ziya və öyüd-nəsihət olan Furqan'ı (Tövratı) verdik." (Ənbiya/48)

-----------------

يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ ٱلْكِتَـٰبِ وَيَعْفُوا۟ عَن كَثِيرٍ ۚ قَدْ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٌ وَكِتَـٰبٌ مُّبِينٌ

    2. "Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi." (Maidə/15)

--------------------

ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِىَّ ٱلْأُمِّىَّ ٱلَّذِى يَجِدُونَهُۥ مَكْتُوبًا عِندَهُمْ فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ يَأْمُرُهُم بِٱلْمَعْرُوفِ وَيَنْهَىٰهُمْ عَنِ ٱلْمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَـٰتِ وَيُحَرِّمُ عَلَيْهِمُ ٱلْخَبَـٰٓئِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَٱلْأَغْلَـٰلَ ٱلَّتِى كَانَتْ عَلَيْهِمْ ۚ فَٱلَّذِينَ ءَامَنُوا۟ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُوا۟ ٱلنُّورَ ٱلَّذِىٓ أُنزِلَ مَعَهُۥٓ ۙ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
 
   3. "O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. 

O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə, haram edər. 

Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. 

Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə, nicat tapanlardır”. (Əraf/157)

---------------------

Səbr də:

• nəfsə ağır gəldiyi;
• nəfsin sərbəst olmaq istəyinə tərs düşdüyü; 
• onunla mübarizə aparmaq və onu cilovlayıb sıxmaq 

mənasında olduğu üçün, "ziya" ismi ilə zikr edilmişdir.

Çünki səbr, kəlimə mənası ilə, "həps etmək" deməkdir. Şər'i mənada isə:

"Nəfsi, haramlara qarşı tutmaq və ona sıxıntı vermək" deməkdir. Ancaq bunun sonunda, sıxıntı işığa çevrilir və rahatlıq təmin edilir.

Əmr edilən və təriflənən səbr:

• Allah Taala'ya ibadət etmək;
• Onun qadağalarından çəkinmək; və
• Təqdir edilmiş olan müsibətlərə qarşı dayanmaq 

şəklində olan səbrdir. Çünki bu səbr, nəfsə daha çox ağır gəlir. 

Səbrin ən üstün şəkli isə, oruc tutmaqdır. Çünki oruc tutmaqda, səbrin (yuxarıdakı) 3 növü də mövcuddur. 

1. Orucda, ilk olaraq Allah Taala'ya ibadət üçün səbr vardır.

2. Sonra haramlara (və ya nəfsin istəklərinə) qarşı səbr vardır. Çünki qul, oruc tutarkən, həm haramları, həm də nəfsin ən iləridə gələn istəklərini tərk etmək məcburiyyətində qalır. Bundan dolayı, bir qüdsi hədisdə belə buyurulmuşdur:

"Qulun bütün əməlləri özü üçündür. Lakin orucu Mənim üçündür. Və orucunun savabını Mən verərəm. Çünki qulum, oruc tutarkən, şəhvətini, yeməyini və suyunu, Mənim üçün tərk edər."

3. Orucda, müsibətə qarşı da səbr vardır. Çünki oruc tutmaq surətilə çəkilən açlıq və susuzluq da bir müsibətdir.

Orucun bu mahiyyətindın dolayı, Allah rəsulu (sallallahu aleyhi və səlləm), oruc ayına "səbr ayı" adını vermişdir. O, bir hədisdə də:

"Oruc, səbrin yarısıdır." buyurmuşdur. 

Orucun səbrin yarısı olması da, eynilə təmizləmənin imanın yarısı olması kimidir. Bu səbəblə, onun üzərinə verilən açıqlama, bunun üçün də keçərlidir. 

Bu da bilinməlidir ki, oruc tutmaqdakı sıxıntı, hər zaman və hər kəs üçün eyni dərəcədə deyildir. Bu səbəblə, oruc tutmaq bəzən səbrin ən üst dərəcəsinə çıxar; bəzən də daha aşağı dərəcələrdə qalar. 

Bu fərqi, fərqli mövsümlərdə oruc tutmaqda və çalışıb-çalışmayanların oruc tutmasında da görmək mümkündür.

(İbn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm", 23-cü Hədis: "İslamın öndə gələn xislətləri haqqındadır.", 2. Cild, s. 17-21)

Read 3 times
In order to make a comment, please login or register