Səcdədən ayağa qalxarkən əllərə söykənməmək
810. Muhamməd b. Abdu'l-Məlik b. əl-Ğazzəl ---> Abdu'r-Razzəq ---> Ma'mər ---> İsmayıl b. Umeyyə ---> Nafi
isnadı ilə, ibn Ömər (radiyallahu anh)'dan belə nəql edilir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), kişilərin, namazda ayağa qalxarkən əllərinə söykənməsini nəhy etmişdir."
Hədisi, əbu Davud ("Salət", 181), (hədis) haqqında sükut edərək rəvayət etmişdir. Raviləri, -Muhamməd b. Abdu'l-Məlik xaric- səhih hədis raviləridir. Buxari və Muslim, bu hədisi rəvayət etməmişlərdir. Muhamməd b. Abdu'l-Məlik, "Haşiyə"də ifadə edildiyi üzərə, siqadır.
Bu hədis, namazda səcdədən ayağa qalxarkən əllərlə yerə söykənməmək gərəkdiyinə, açıqca dəlalət etməkdədir. (Əzimabadi'nin) "Avnu'l-Mə'bud alə şərh-i Sünən-i əbi Davud"unda, belə deyilir:
"Bağavi'nin 'əl-Məsabih' adlı əsərinin şərhində, belə deyilir:
Namaz qılan şəxs, səcdədən ayağa qalxarkən, əllərini yerə qoyub onlara söykənməz. Bu rəvayət, Hənəfilər üçün hüccətdir. Xiraqi (əl-Hənbəli) də, bunu tərcih etmişdir. Bu görüş:
~ Ömər;
~ Əli;
~ ibn Məsud;
~ ibn Ömər; və
~ ibn Abbas (radiyallahu anhum)'dan
rəvayət edilmişdir.
~ imam Malik və rey əshabı da, bu görüşdədirlər.
~ Əhməd b. Hənbəl də, "hədislərin böyük qisminin, namaz qılan şəxsin istirahət oturuşunda oturmayacağını; və ayağa qalxarkən, əllərini yerə qoyaraq onlara söykənməyəcəyini" ifadə etdiyini bildirməkdədir.
Şafi isə, istirahət oturuşunda oturulacağı görüşündədir. Malik b. əl-Huveyris və əbu Humeyd də, bu görüşdədirlər. Əhməd b. Hənbəl'dən də belə bir rəvayət vardır."
Əzimabadi, davam edərək belə deyir:
"Bu alimlər, -ayağa qalxarkən əllərə söykənməyi-, Əyyub əs-Səxtiyani'nin, əbu Qilabə'dən rəvayət etdiyi hədislə hüccət gətirmişdirlər. Bu hədisdə,
'Malik b. əl-Huveyris, başını ikinci səcdədən qaldırdığında, oturdu; yerə söykənərək ayağa qalxdı.' deyilməkdədir.
Hədisi, Buxari, "Səhih"ində ("Azan", 143) rəvayət etmişdir." (Əzimabadi, "Avnu'l-Mə'bud alə şərh-i Sünən-i əbi Davud", l, 376)
Deyirəm:
Səid b. Mənsur'un:
~ zəif bir isnadla, əbu Hureyrə (radiyallahu anh)'dan; və
~ səhih bir isnadla ibn Məsud (radiyallahu anh)'dan:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, ayaqları ucuna (oturmadan) qalxdığı" şəklindəki rəvayətlərinin, yuxarıdakı (Buxari) hədisilə zidd düşməkdədir.
Biz, bu 2 hədisi, -daha əvvəlki babda- (haşiyə) "Fəthu'l-Bari"dən nəqlən zikr etmişdik.
---------------------
(Haşiyə:
Aşağıdakı linkdə, 808 no-lu hədis:
https://suallarlaislam.com/.../s%C9%99cd%C9%99d%C9%99n...)
----------------------
Əyyub əs-Səxtiyani'nin əbu Qilabə'dən nəql etdiyi rəvayət:
~ Yaşlılıq halına məxsus (bir mənaya) həml edilmişdir ki, bu halda, (bir-birinə zidd olan) bu xəbərlər, bir-birilə uzlaşa bilir.
~ Bir başqa məhmul (hədisin həml edildiyi məna) isə: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu feli, -caizliyini göstərmək üçün- 1 dəfə etdiyi mənasındadır.
Burda keçən ibn Ömər (810 no-lu) hədis isə, ayağa qalxarkən əllərə söykənməyin nəhyi xüsusunda, açıqdır.
"Avnu'l-Mə'bud"dakı ifadələr də, yuxarıdakı rəvayətlə ziddiyyət içindədir. Bu əsərdə, belə deyilir:
"Burda zikri keçən ibn Ömər hədisinə, 2 cəhətdən zəif olduğu şəklində etiraz edilmişdir:
~ Birincisi: ravisi Muhamməd b. Abdu'l-Məlik, məchuldur.
~ İkincisi: hədis, siqa olan ravilərin rəvayətinə müxalifdir. Çünki, bu hədisin isnadındakı Muhamməd b. Abdu'l-Məlik əl-Ğazzəl'in dostu olan Əhməd b. Hənbəl, Abdu'r-Razzəq rəvayətində ("əl-Musannəf", ll, 197) belə deməkdədir:
'Peyğəmbər (sallallahu aleyhi və səlləm), insanın, namazda əllərinə söykənərək oturmasını nəhy etdi."
Mühəddislərin və başqa alimlərin qaydası olaraq bilinən: siqa ravilərə müxalifət edən şəxsin hədisinin, şazz və mərdud (rədd edilən) olduğudur." (Əzimabadi, "Avnu'l-Mə'bud", l, 376)
--------------------------
Əzimabadi'nin xətası üzərinə bir tənbeh:
✓ "Muhamməd b. Abdu'l-Məlik'in məchul olduğu" şəklindəki birinci etirazın,
Əzimabadi kimi bir alimdən gəlmiş olması, heyrət vericidir. Bu görüş, Əzimabadi'nin, rical kitablarına az müraciət etdiyini göstərir. ibn Həcər (Asqalani), "Təhzibu't-Təhzib"ində, belə deyir:
Muhamməd b. Abdu'l-Məlik b. Zəncuyə əl-Bağdadi əbu Bəkr əl-Ğazzəl, Əhməd b. Hənbəl'in qonşusu olub,
~ Cəfər b. Muhamməd b. Həmzə b. Avn;
~ Zeyd b. əl-Habbab;
~ Yezid b. Harun;
~ Abdu'r-Razzəq;
~ Hüseyn b. Muhamməd;
və başqalarından hədis rəvayət etmişdir.
~ "Kütüb-ü Sittə"nin 4 "Sünən" imamı;
~ Abdullah b. Əhməd;
~ ibn əbi'd-Dünya;
~ Musa b. Harun;
~ əbu Yə'lə;
~ Buceyri;
~ Qasım əl-Mutarriz;
~ əs-Sərrac;
~ ibn Səid;
~ Bağavi;
~ ibn əbi Hatim;
~ İsmayıl əl-Məhamilyan'ın oğulları olan Qasım, Hüseyn və başqaları,
ondan hədis rəvayət etmişlərdir.
• Nəsai, onun siqa olduğunu söyləmişdir.
• ibn əbi Hatim: "Atam, ondan hədis eşitmişdir. O, saduqdur." deməkdədir.
• ibn Hibban, bunları, "əs-Siqat"ında mücməl olaraq zikr edir. (ibn Həcər Asqalani, "Təhzibu't-Təhzib", lX, 315-316)
"Sünən" imamlarının və hədisdə əsər vermiş olan alimlərin əksəriyyətinin özündən rəvayət etdiyi belə bir şəxs, məchul ola bilərmi?! Əsla! Tam əksinə, o, siqa və bilinən bir ravidir.
Hər halda, Əzimabadi, Muhamməd b. Abdu'l-Məlik b. əbi Mahzura ilə, bu şəxsi qarışdırmış olsa gərəkdir. Çünki, onun (yəni, Muhamməd b. Abdu'l-Məlik b. əbi Mahzura) haqqında, ibnu'l-Qattan: "O, məchuldur. Haris'dən başqa özündən hədis rəvayət edən bir kəs olduğunu bilmirik." deməkdədir. Lakin ibn Hibban, "əs-Siqat"ında (bu) Abdu'l-Məlik'i (belə) zikr etdiyi üçün, cəhalət ortadan qalxmışdır.
Əzimabadi, yuxarıda zikr edilən ifadəsindən bir neçə sətir sonra: "ibn Həcər, 'ət-Təqrib'də, Muhamməd b. Abdu'l-Məlik b. Mərvan əl-Vasiti haqqında: 'O, saduqdur. Hədisi, mutabaat və şahidlərlə səhih görülən həsən səviyyəsinə çıxan ravilərdəndir." deyir deyə bildirməkdədir.
Bu ifadə, Əzimabadi'nin, Muhamməd b. Abdu'l-Məlik əl-Ğazzəl ilə Muhamməd b. Abdu'l-Məlik b. Mərvan əl-Vasiti'ni bir-birinə qarışdırdığını göstərməkdədir. Bu da, açıq bir xətadır. Çünki, əl-Ğazzəl deyilincə, ibn Zəncuyə əl-Bağdadi bilinir. Kunyəsi, əbu Bəkr əl-Vasiti; əsl adı isə, əbu Cəfər əd-Dəqiqi'dir.
ibn Həcər, "ət-Təqrib"də (s. 189): "Muhamməd b. Abdu'l-Məlik b. Zəncuyə əl-Bağdadi, əbu Bəkr əl-Ğazzəl olub, siqadır." deməkdədir.
ibn Həcər, Əzimabadi'nin nəql etdiyi kimi; onun haqqında, saduq ləfzini istifadə etməməkdədir.
Bütün bunlarla bərabər, Əzimabadi'nin "Muhamməd b. Abdu'l-Məlik, məchuldur." şəklindəki ifadəsi də, əsla doğru deyildir. Çünki, Vasiti də, bilinən bir ravidir və özündən, bir çox adam hədis rəvayət etmişdir.
~ ibn əbi Hatim, onun siqa olduğunu söyləmişdir.
~ ibn Uqdə'nin nəqlinə görə, Muhamməd b. Abdullah əl-Hadrami, onun siqa olduğunu söyləmişdir.
~ Daraqutni də, onun siqa olduğunu söyləməkdədir.
~ ibn Hibban, onu, "əs-Siqat"ında zikr etmişdir.
~ Məsləmə b. Qasım, onun siqa olduğunu demişdir.
~ ibn əbi Hatim: "Atamla bərabər, Vasit'də, ondan hədis yazdım. Atam, onun siqa olub-olmadığını araşdırdı və saduq olduğunu söylədi." demişdir.
~ əbu Davud, onun, möhkəm ağıllı olmadığını söyləməkdədir. (ibn Həcər, "Təhzibu't-Təhzib", lX, 317 -müxtəsər bir şəkildə-)
✓ Əzimabadi'nin, Muhamməd b. Abdu'l-Məlik əl-Ğazzəl'in rəvayətinin siqa olan ravilərin rəvayətlərinə müxalif olduğu yolundakı ikinci etirazına cavabımız isə, belədir:
Bir ravinin rəvayəti, -hafiz ibn Həcər'in "Nuxbə"də (s. 37) açıqca bildirdiyi üzərə- siqa olan ravilərin rəvayətlərinə açıqca zidd olduğunda bu rəvayəti qəbul etmək, digər rəvayətləri rədd etməyi gərəkdirdiyində, şazz və mərdud olur. Halbuki, burda, belə bir hal yoxdur. Çünki, əbu Davud, bu hədisi, 4 şeyxindən rəvayət etmişdir. (əbu Davud, "Salət", 181)
~ ibn Rafi, "Bir kimsənin, əlinə söykənərək namaz qılması nəhy edilmişdir." deyir.
~ ibn Şəbbuyə isə: "Bir kimsənin namazda əlinə söykənməsi, nəhy edilmişdir." deməkdədir.
əbu Davud, bu hədisi, "Səcdədən ayağa qalxmaq babı"nda zikr etməkdədir.
Muhamməd əl-Ğazzəl'in ləfzi (yəni, əllərə söykənərək qalxmağın nəhy edilməsi), ibn Rafi və ibn Şəbbuyə'nin sözlərilə (zahirən) zidd düşməkdədir. Çünki, onların rəvayəti, mütləqdir (yəni, əllərə söykənərək namaz qılmağın nəhy edilməsindən məqsəd: istirahət cəlsəsində oturarkən və ya təşəhhüddə oturarkən əlləri yerə qoyaraq namaz qılmaq və s. kimi hallara da şamil edilə bilər.) Bu rəvayətdə isə, əl-Ğazzəl, onların zikr etmədiyi bir qeydi əlavə etməkdə və: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), insanın namazda ayağa qalxarkən əllərinə söykənməsini nəhy etdi." deməkdədir. (əbu Davud, "Salət", 181)
Bu ifadənin, şazzlıqla heç bir münasibəti yoxdur. Çünki, şazz: "siqa olan bir ravinin, siqa olan ravilərə müxalif olaraq nəql etdiyi rəvayət"dir. Yoxsa, siqa olan ravilərin, başqasının rəvayət etmədiyi bir hədisi rəvayət etməsi deyildir. Bu xüsus, "Tədribu'r-Ravi"də (s. 81), açıqca bildirilməkdədir.
Əhməd b. Hənbəl isə, "İnsanın, namazda əllərinə söykənərək oturması, nəhy edilmişdir." deməkdədir. Bu, ibn Abdu'l-Məlik'in sözünə, zahirən müxalifdir. Ancaq əslində, bu 2 rəvayət arasında, hər hansı bir ziddiyyət yoxdur. Çünki, (onun zikr etdiyi bu) oturma ilə: "tək rükətlərdən qalxarkən istirahət cəlsəsi/oturuşu" qəsd edilmiş də ola bilər. Bu halda, hədisin mənası: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), insanın ayağa qalxarkən əllərilə yerə söykənməsini nəhy etdi." şəklindədir. əl-Ğazzəl, yerə söykənməyin nəhyinin, ayağa qalxma əsnasında olduğundan bəhs etməkdədir. Əhməd b. Hənbəl isə, ayağa qalxarkən oturmağın və oturmaq əsnasında əllər üzərinə yerə söykənməyin nəhyindən bəhs etməkdədir. Beləcə, 2 rəvayət arasında, əsasən hər hansı bir ziddiyyət qalmamaqda və hədis də, illətdən qurtulmaqdadır.
Üstəlik, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və səhabələrin tətbiqatlarından və tabiun'un sözlərindən, əl-Ğazzəl'in rəvayətini dəstəkləyən çox sayda səhih şahid (hədislər) mövcuddur. Səhabə və tabiun, namazda ayağa qalxarkən yerə söykənməyi məkruh görmüşlərdir. Biz, bunları, daha əvvəl zikr etmişdik. Hədisin şazz olduğu qəbul edilsə belə, başqa şahidlərlə dəstəkləndiyi üçün, rədd edilməsi əsla doğru deyildir!
----------------------------
----------------------------
811. Abdu'l-Cabbar b. Vail'in nəqlinə görə:
Atası, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazını zikr etmiş və (belə) demişdir:
"O (sallallahu aleyhi və səlləm)'in, səcdəyə getdiyi vaxt, əllərindən əvvəl, dizləri yerə enərdi."
Həmmam dedi:
Və Şəqiq, bizə, Asim b. Kuleyb (və) onun atası (Kuleyb) vasitəsilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bu hədisin bir bənzərini nəql etdi:
(ibn Cuhadə ilə Şəqiq)'in ikisindən birinin hədisində -böyük bir ehtimalla- Muhamməd b. Cuhadə'nin hədisində (bu söz var idi:
"Səcdədən ayağa) qalxarkən, dizlərinin üzərində və ayağının (beldən dizə qədər olan qisminin) üzərinə söykənərək qalxardı."
Hədisi, haqqında bir söz danışmadan, əbu Davud rəvayət etmişdir. Ravilərinin hamısı, siqadır. (haşiyə)
Vail'in oğlu Abdu'l-Cabbar, atasından hədis eşitməmişdir. Lakin bu inqita (qopuqluq), -daha əvvəl dəfələrlə keçdiyi üzərə- bizə görə, hədisin sihhətinə zərər verməz.
---------------------------
(Haşiyə:
əbu Davud, bu hədisi, "Sünən"ində, 2 yerdə zikr etməkdədir. Onlardan:
1. Namaz kitabı, 115-116-cı bablar: "İftitəh babı", hədis no: 736;
2. Namaz kitabı, 136-137-ci bablar: "(Peyğəmbər sallallahu aleyhi və səlləm), (namazda), əllərindən əvvəl dizlərini, necə (yerə) qoyardı?" babı, hədis no: 839.
Hədis, mürsəldir.)
-----------------------------
Hədisdəki "Səcdədən ayağa qalxarkən, dizlərinin üzərində və ayağının (beldən dizə qədər olan qisminin) üzərinə söykənərək qalxardı." ifadəsinin mənası, "ayağa qalxmaq üçün, əlini, ayağına qoyaraq qalxardı." deməkdir.
Hafiz əz-Zeyn əl-İraqi, belə deyir:
əbu Davud'un bu rəvayəti, daha əvvəlki nəqllərinə uyğundur. Bəhsi keçən rəvayət, onun hər hansı bir söz danışmadan, Vail (radiyallahu anh)'dan nəql etdiyi bu rəvayətdir:
"Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, səcdəyə getdiyində, əllərindən əvvəl dizlərini (yerə) qoyarkən; (səcdədən ayağa) qalxarkən də, dizlərindən əvvəl əllərini qaldırarkən gördüm." (əbu Davud, hədis no: 838)
Dizlərindən əvvəl əllərini qaldırınca, -2 əlindən başqa söykənəcəyi bir şey qalmadığına görə- 2 ayağına söykənərək ayağa qalxması, tək seçim olaraq ortaya çıxır. (Əzimabadi, "Avnu'l-Mə'bud" l, 31)
Hafiz ibn Həcər Asqalani'nin, yerə söykənərək ayağa qalxmağı tərcih etdiyini bildirmək üçün, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, başını səcdədən qaldırdığında, əllərini yerdən qaldırmadan əvvəl, onlara söykənərək ayağa qalxdı." yolunda ibn Ömər'dən nəql etdiyi rəvayət ("Fəthu'l-Bari", ll, 250), bizim (Hənəfi) məzhəbinə görə, bir üzrdən dolayı belə etdiyi mənasına həml edilmişdir.
Malik b. əl-Huveyris'in hədisilə Buxari hədisi ("Azan", 143) də, eyni şəkildə, bir üzrdən dolayıdır. Bu rəvayətdə, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), ikinci səcdədən başını qaldırdığında, oturar; yerə söykənər; sonra ayağa qalxardı." deyilməkdədir.
Ya da bu tətbiqat, bir üzrdən dolayı deyil; belə etməyin caizliyini açıqlamaq mənasına həml edilmişdir. "əl-Bahr"da (l, 340), belə deyilir:
"Bizim məzhəbimizə görə, -bir çox məşhur kitabdan da başa düşüldüyü üzərə- bir üzrü olmayan kimsə üçün müstəhəb olan, yeri söykənməyi tərk etməsidir."
"əl-Bahr" müəllifi, daha sonra belə deyir:
"Bu, alimlərin ümumunun görüşüdür. Ən uyğun olanı, bunun (yəni, əllərə söykənmədən qalxmağın) sünnət olması və bunu tərk etməməyin -daha əvvəl keçən nəhy səbəbilə- tənzihən məkruh olduğudur. Tənzihən məkruhluğun isə, caizliklə zidd düşmədiyi, hər kəsin məlumudur."
2 hədis, ayağa qalxarkən əlləri üzərə söykənməmək gərəkdiyini, açıqca ifadə etməkdədir.
(Təhanəvi, "İ'lau's-Sünən")
