Səcdəyə gedərkən birinci əllər yoxsa dizlər yerə qoyulmalıdır?

779. Vail b. Hucr (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namaz qılarkən gördüm. Səcdəyə gedərkən, ilk əvvəl, dizlərini; sonra isə, əllərini qoyurdu. Qalxarkən də, ilk əvvəl, 2 əlini; sonra dizlərini qaldırırdı."

Hədisi, Tirmizi rəvayət etmiş və belə demişdir:

Həsən b. Əli əl-Hulvani, rəvayət etdiyi hədisdə:

"Yezid b. Harun, 'Şərik Asim b. Kuleyb'dən, sadəcə bu hədisi rəvayət etmişdir.' şəklində bir əlavə etmişdir."

Tirmizi: "Bu hədis, ğarib-həsən'dir. Hədisi, Şərik'dən, başqa birinin də rəvayət etdiyini bilmirik. Elm əhlinin əksəriyyəti, bu şəkildə əməl etməkdədirlər. Onlara görə, namaz qılan kimsə, səcdəyə gedərkən, yerə, ilk əvvəl, dizlərini; sonra isə, əllərini qoyar. Yerdən qalxarkən də, bu səfər, dizlərindən əvvəl, əllərini qaldırar. Həmmam, Asim'dən, bu hədisi mürsəl olaraq rəvayət etməkdədir. Hədisin isnadında, Vail b. Hucr'dan söz etməz." demişdir.

ibn Həcər Asqalani:

"Təlxisu'l-Habir"də, hədisi, ibn Xuzeymə, ibn Hibban və ibnu's-Səkən, 'Səhih'lərində rəvayət etmişlərdir." deməkdədir. (haşiyə)

-----------------------------

(Haşiyə:

Bu hədis zəif olub, Tirmizi ("Salət", 84) rəvayət etmişdir. Mübarəkpuri, (Tirmizi şərhi olan "Tuhfətu'l-Əhvəzi"də, Tirmizi'nin, "Bu hədis, ğarib-həsəndir" şəklindəki sözünü ələ alaraq, belə deyir:

Bu hədisin həsən olması, mübahisəlidir. Çünki, hədisin rəvayətində, Şərik, tək qalmışdır. ibn Abdullah ən-Nəxai əl-Kufi adındakı bu şəxs, saduq olub çox xəta edər. Kufədə qazılıq məqamına gəldiyi vaxtdan etibarən, yaddaşı dəyişmişdir (yəni, zəifləmişdir).

Daraqutni, 'Sünən'ində bu hədisi rəvayət etdikdən sonra: 'Yezid, Şərik'dən nəql etdiyi bu rəvayətdə, tək qalmışdır. Bu hədisi, Asim b. Kuleyb'dən, Şərik'dən başqa rəvayət edən olmamışdır. Şərik, tək başına qaldığı rəvayətlərdə, qüvvətli deyildir.' deməkdədir.

Munziri:

"Təlxisu's-Sünən"ində, belə deyir:

"əbu Bəkr Beyhaqi: 'Bu hədis, Şərik'in, rəvayətində tək qaldığı hədislərdən sayılır.' demişdir. Həmmam isə, bu hədisə, mürsəl olaraq mutabaat etmişdir. Buxari və mütəqaddimun hədis hafizlərindən başqaları, bunu zikr edərlər. Burda bəhsi keçən Şərik, ibn Abdullah ən-Nəxai adındakı Qadı Şərik olub, haqqında bəzi tənqidlər vardır. Muslim, bu rəvayəti, mutabaat edərək rəvayət etmişdir.' deyir."

Hafiz Hazimi, "Kitabu'l-İtibar"ında, bu hədisi,

Şərik ---> Asim b. Kuleyb ---> atası Kuleyb ---> Vail

isnadı ilə zikr etdikdən sonra, belə deyir:

Hədisi, Həmmam b. Yəhya,

Muhamməd b. Cuhadə ---> Abdu'l-Cabbar b. Vail ---> Vail

vasitəsilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edir.

Həmmam isə, belə deyir:

Şəqiq, yəni əbu'l-Leys ---> Asim b. Kuleyb ---> atası Kuleyb

vasitəsilə, mürsəl olaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət etmişdir. Səhih olan rəvayət, budur.

Qənaətimizcə, Həmmam b. Yəhya ---> Muhamməd b. Cuhadə isnadı, munqati (qopuq)'dur. Çünki, Abdu'l-Cabbar, atasından hədis eşitməmişdir. Həmmam'ın Şəqiq vasitəsilə nəql etdiyi rəvayət də, zəifdir. Çünki, əbu'l-Leys Şəqiq, məchuldur. "ət-Təqrib"də, "Asim b. Kuleyb'dən rəvayət edən əbu'l-Leys Şəqiq, məchuldur." deyilməkdədir. "əl-Mizan"da isə, "Şəqiq ---> Asim b. Kuleyb ---> Həmmam isnadı, bilinməməkdədir." deyilməkdədir.)

------------------------------

Bu hədisin, səcdəyə gedərkən, əllərdən əvvəl dizlərin yerə qoyulacağını; səcdədən qalxarkən də, dizlərdən əvvəl əllərin yerdən qaldırılacağına dəlaləti, açıqdır. Şəvkani, "Nəylu'l-Əvtar"da (ll, 146), belə deyir:

"Cumhur, bu görüş üzərədir.

~ Qadı əbu'tTayyib, fəqihlərin ümumunun bu görüşdə olduqlarını nəql etməkdədir.

~ ibnu'l-Munzir isə, Ömər (radiyallahu anh), İbrahim ən-Nəxai, Muslim b. Yəsər, Süfyan əs-Sevri, Əhməd b. Hənbəl, İshaq və rey əshabından bu görüşü nəql edir və özünün də, eyni qənaətdə olduğunu bildirir."

Eyni əsərdə, bu ifadələr də yer almaqdadır:

"Yə'muri, belə deyir: Belə isnadların səhih olduğunu söyləmək, Tirmizi'nin şə'nindəndir (xüsusiyyətlərindəndir). O, Asim b. Kuleyb'in atası Kuleyb vasitəsilə Vail'dən nəql etdiyi, 'Nəbi (sallallahu aleyhi və səlləm)'in qıldığı namaza baxdım. O, təşəhhüd üçün oturduğunda...' (Tirmizi, "Saləh", 102) hədisinin də səhih olduğunu söyləmişdir. Buna rəğmən, onun, bu hədisi səhih görməməsi, işarət etmiş olduğu ğarabət səbəbilədir. O da, Yezid b. Harun'un, Şərik'dən nəql etdiyi rəvayətdə tək başına qalmasıdır. Hədis, Yezid'in, üstün bir ravi və yaddaşının güclü olmaması səbəbilə, səhihlik dərəcəsindən aşağıya düşməz. Şərik'in, Asim'dən nəql etdiyi rəvayətdə təfərrüd etməsinə (tək başına qalmasına) gəlincə; hədisin həsən olmasının səbəbi, budur. Çünki, Şərik'in hədisi, tək başına qaldığı rəvayətlərdə, səhih deyildir."

Deyirəm:

əbu Davud'da, Həmmam və Şəqiq, (hədisi eyni şeyxdən rəvayət edərək), Şərik'ə mutabaat etmişlərdir. Həmmam'ın,

Muhamməd b. Cuhadə ---> Abdu'l-Cabbar b. Vail ---> atası Vail'dən

nəql etdiyi rəvayət, -Abdu'l-Cabbar'ın, atasından hədis eşitməməsi səbəbilə- munqati (qopuq) və Şəqiq'in rəvayəti isə mürsəl olsa da, bu inqita və mürsəllik, bizə görə hədisin dəlil olaraq istifadəsinə zərər verməz. Şərik, hər nə qədər rəvayətində mükəmməl (mahir) ravilərdən deyilsə də; həsən hədis ravilərindəndir. Üsuldan bəhs edərkən, dəfələrlə təkrar etdiyimiz üzərə, hədisi, mərfu olaraq rəvayəti qəbul edilər. Bunu, Ənəs'in, Hakim ən-Nisaburi'də, mərfu olaraq nəql etmiş olduğu rəvayət dəstəkləməkdədir. Hədisdə, illət yoxdur. Ayrıca, bu hədisin, səhabələrdən nəql edilən rəvayətlərdən, bir çox şahidi vardır. Bunlardan biri, mətndə zikr edilən hədisdir. Bu rəvayətə görə, Ömər (radiyallahu anh), səcdəyə gedərkən, yerə, əllərindən əvvəl dizlərini qoyardı. İbnu'l-Qayyim, "Zadu'l-Məad"ında (l, 58), bu mövzu haqqında danışarkən, belə deyir:

"Ömər (radiyallahu anh)'dan məhfuz olan (qorunub saxlanan, yəni gəlib çatan), Onun, səcdəyə gedərkən, dizlərini əllərindən əvvəl yerə qoyduğudur. Bunu, Abdu'r-Razzəq, ibnu'l-Munzir və başqaları rəvayət etmişlərdir."

Tahavi'nin, səhih bir isnadla nəqlinə görə, İbrahim ən-Nəxai:

"Abdullah b. Məsud (radiyallahu anh)'ın, səcdəyə gedərkən, dizlərini, əllərindən əvvəl yerə qoyduğu bilinməkdədir." dedikdən sonra, belə davam edir:

"ibn Mərzuq'un, Vehb vasitəsilə Şu'bə'dən nəqlinə görə, Muğirə, 'İbrahimdən, səcdəyə gedərkən, dizlərindən əvvəl əllərini yerə qoyan kimsə haqqında soruşdum.' Mənə: 'Bunu, axmaq və ya məcnundan başqa kimsə edərmi?' deyə cavab verdi." demişdir ("Şərh-u Məani'l-Asar", l, 256).

Deyirəm:

Yuxarıdakı hədisin raviləri, siqadır. Vail hədisi, bu mövzuda rəvayət edilən əbu Hureyrə (radiyallahu anh) hədisinə nəzərən, tərcihə daha layiqdir. Əbu Hureyrə (radiyallahu anh)'ın rəvayətinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Səcdəyə gedərkən, dəvənin çökməsi kimi çökməyin. Yerə, dizlərdən əvvəl əllərinizi qoyun." buyurmuşdur.

Bu hədisi, "Kütüb-ü Sittə" imamlarından 3-ü

~ əbu Davud, "Saləh", 136;

~ Nəsai, "Saləh", 50;

~ Tirmizi, "Saləh", 85

rəvayət etmişlərdir. (ibn Həcər, "Büluğu'l-Məram", l, 53)

Hafiz ibnu'l-Qayyim, deyir:

Buxari, Tirmizi və Daraqutni, yuxarıda keçən əbu Hureyrə (radiyallahu anh) hədisinin, illətli olduğunu söyləmişlərdir.

~ Buxari, "Muhamməd b. Abdullah b. Həsən'ə, mutabaat edəcək bir kimsə yoxdur." dedikdən sonra, "Onun, əbu'z-Zinad'dan bu hədisi eşidib-eşitmədiyini bilmirəm." deyə əlavə etmişdir.

~ Tirmizi isə, hədisin ğarib olduğunu söyləyərək, "Bu hədisin, əbu'-Zinad'dan başqa bir yoldan gəldiyini bilmirik." demişdir.

~ Daraqutni isə, "Dəravərdi, Muhamməd b. Abdullah b. əl-Həsən əl-Ələvi vasitəsilə, əbu'z-Zinad'dan rəvayətində tək qalmışdır." demişdir.

Nəsai'nin ("Tətbiq", 38),

Quteybə ---> Abdullah b. Nafi ---> Muhamməd b. Abdullah b. əl-Həsən əl-Ələvi ---> əbu'z-Zinad ---> əl-Ə'rac

isnadı ilə, əbu Hureyrə (radiyallahu anh)'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Sizlər, namaz qılarkən, dəvənin yerə diz üstü çökdüyü kimi çökürsünüz." buyurmuşdur.

Nəsai'nin rəvayətində, bundan əlavə bir şey yoxdur.

Bununla bərabər, bu hədisin baş tərəfi, son qisminə müxalifdir. Çünki, dəvə,

~ Diz üstü çökdüyündə, ilk əvvəl, (əlləri məsabəsindəki) qabaq ayaqlarını yerə qoyar və arxa ayaqları, dik qalar.

~ Yerdən qalxarkən də, ilk əvvəl, arxa ayaqları üzərinə qalxar; qabaq ayaqları isə, yerdə qalar.

Bax, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu nəhy etməkdə və əksini əmr etməkdədir. "Yerə, dizlərdən əvvəl əlləri qoyun." ifadəsi, bununla (dəvənin çökdüyü kimi çökməyə) zidd düşməkdədir.

Bu problemi, bəzilərinin, "Dəvənin diz qapaqları, qabaq ayaqlarıdır." şəklindəki açıqlamaları, ortadan qaldırmamaqdadır. Çünki, onların dediyi kimi olsa, (bu səfər də) Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Dəvənin diz çökdüyü kimi çöksün." buyurardı. Çünki, dəvə çökərkən, yerə ilk təmas edən, qabaq ayaqlarıdır.

"Tirmizi haşiyə"sində, bu haqda belə deyilməkdədir:

Açıqdır ki, bu hədisin baş tərəfi, son qisminə müxalifdir. Çünki, bir kimsə, dizlərindən əvvəl əllərini yerə qoyduğunda, dəvə kimi çökmüş olar. Bu ziddiyyətin ortadan qaldırılması məqsədilə, "İnsanın diz qapaqları, ayaqlarında; 4 ayaqlı heyvanların diz qapaqları isə, qabaq ayaqlarında olur." şəklində verilən açıqlamanı, "əl-Qamus" müəllifi, "Sifru's-Səadə" adlı əsərində:

"Bu, bir vəhm və xəta olub, lüğət alimlərinin görüşlərinə müxalifdir." deməkdədir. (Firuzabadi, "Sifru's-Səadə", l, 37)

Şəvkani, "Nəylu'l-Əvtar"da (ll, 1489, belə deyir:

Xattabi, Vail b. Hucr hədisinin, əbu Hureyrə (radiyallahu anh) hədisindən daha sağlam olduğunu bildirmişdir. İbnu'l-Qayyim isə, əbu Hureyrə (radiyallahu anh) hədisinin, mətn cəhətindən mudtarib (problemli) olduğunu ifadə etmişdir.

~ Bəziləri, hədisi, "Əllərini, dizlərindən əvvəl yerə qoysun." şəklində rəvayət edərkən;

~ Bəziləri də, tam əksini nəql etmişlər;

~ Bəziləri isə, "Əllərini, dizləri üzərinə qoysun." şəklində rəvayət etmişlərdir.

~ Bəziləri də, bu cümləni, tamamilə çıxarmışlardır.

Hədisin sabit olması təqdirində, elm əhlindən bir qrup, bunun nəsx edildiyini iddia etmişlərdir. İbnu'l-Munzir, "Məzhəbimizdən bəzi alimlər, 2 əlin, yerə, dizlərdən əvvəl qoyulması hökmünün mənsux (nəsx edilmiş, hökmü qaldırılmış) olduğunu iddia etmişlərdir." deməkdədir.

Hafiz ibn Həcər, "Büluğu'l-Məram"da, əbu Hureyrə (radiyallahu anh) hədisinin, Vail b. Hucr rəvayətindən (779 no-lu rəvayətdən) daha güclü olduğunu bildirməkdədir.

Vail b. Hucr (radiyallahu anh):

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namaz qılarkən, 2 əlindən əvvəl, dizlərini yerə qoyarkən gördüm." demişdir.

Bu hədisi, "Kütüb-ü Sittə" imamlarından 4-ü

1. əbu Davud ("Saləh", 136);

2. ibn Macə ("Saləh", 19);

3. Nəsai ("Tətbiq", 38)

(4. Tirmizi, "Saləh", 84)

rəvayət etmişlərdir.

Birinci hədisin, ibn Ömər (radiyallahu anh)'dan şahidi mövcud olub, ibn Xuzeymə, səhih olduğunu bildirmişdir. Buxari isə, məvquf olaraq isnadını hazf etmək surətilə, təliq olaraq ("Azan", 128) zikr etmişdir. (ibn Həcər, "Büluğu'l-Məram", l, 53)

Buxari'nin ləfzi, belədir:

"Nafi'nin nəqlinə görə, ibn Ömər (radiyallahu anh), səcdəyə gedərkən, dizlərindən əvvəl, əllərini yerə qoyardı."

"Fəthu'l-Bari"də, belə deyilir:

Hədisi, ibn Xuzeymə, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 254) və başqaları,

Əbdü'l-Əziz əd-Dəravərdi ---> Ubeydullah b. Ömər ---> Nafi

isnadı ilə, mərfu olaraq rəvayət etmişlərdir. Bu rəvayətin sonunda, ravi belə deməkdədir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə edərdi."

Beyhaqi isə, belə deyir:

"Əbdü'l-Əziz əd-Dəravərdi'nin rəvayəti, belədir. Mən, bunun mərfu olduğu iddiasının, bir yanılğı olduğu qənaətindəyəm."

Beyhaqi, davam edərək, "Səhih olan, bizim xəbər verdiyimiz şəkildir." deyir; sonra da, Əyyub'un, Nafi vasitəsilə ibn Ömər (radiyallahu anh)'dan nəql etdiyi rəvayətə yer verir. Buna görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Səcdəyə gedərkən, yerə (ilk əvvəl) əllərinizi qoyun. Səcdədən qalxarkən də, onları qaldırın." (Beyhaqi, "Sünən", ll, 201) buyurmuşdur.

Davamında isə, (ibn Həcər), belə deyir:

Bundan dolayı, Nəvəvi, sünnət cəhətindən, bu 2 görüşü bir-birinə tərcih etmək, mümkün deyildir, deməkdədir.

Burda zikri keçən ibn Ömər (radiyallahu anh) rəvayətinin mərfu olduğu iddiasında, Dəravərdi, tək başına qalmışdır. Bu şəxs, hər nə qədər Muslim'in ravilərindən biri isə də, haqqında tənqidlər vardır. (Belə ki):

~ əbu Hatim, "Dəravərdi'nin rəvayəti, dəlil olaraq istifadə edilə bilməz." deyərkən;

~ əbu Zur'a, "Əzbəri, pisdir." demişdir.

~ Əhməd b. Hənbəl isə, "Dəravərdi, əzbərindən rəvayət etdiyində xəta edər və nəql etdiyi rəvayət, mötəbər sayılmaz. Ancaq, kitabından rəvayət etdiyində də, bu, qəbul edilər. Hədisi, əzbərindən rəvayət etdiyində, olmayan şeylər söyləyər." deməkdədir.

"əl-Mizan"da (ll, 138, 139) belə deyilməkdədir.

~ "ət-Təqrib"də, onun, saduq olduğu və başqalarının kitablarından rəvayət etdiyində, xəta etdiyi bildirilməkdədir.

~ Nəsai isə, onun, Ubeydullah əl-Amri'dən nəql etdiyi rəvayətin münkər olduğunu bildirməkdədir. (ibn Həcər, "Təqribu't-Təhzib", s. 129)

Deyirəm:

Daha əvvəl də keçdiyi üzərə, onun, Ubeydullah əl-Amri'dən rəvayət etdiyi hədisdə, Dəravərdi, mərfu olduğunu söyləyərək, tək başına qalmışdır. Dolayısı ilə, hədis, bu mövzuda dəlil olaraq istifadə edilə bilməz. Hədis hafizlərindən səhih olaraq rəvayət edilən, bu hədisin məvquf olduğudur. Buxari, hədisi, məvquf olaraq zikr etmiş; Beyhaqində, mərfu olduğunu iddia etməyin, -yuxarıda görüldüyü üzərə- bir yanılğı olduğunu söyləmişdir.

Vail hədisinin şahidləri, -az əvvəl açıqladığımız üzərə- əbu Hureyrə (radiyallahu anh) hədisindən daha çoxdur. Ən doğrusunu, Allah bilir. Onun elmi, daha tam və daha sağlamdır.

-------------------------

780. Hakim ən-Nisaburi'nin, "əl-Müstədrək"ində (l, 266), Asim əl-Əhvəl'dən nəqlinə görə, Ənəs (radiyallahu anh), belə demişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, təkbir gətirərəkən gördüm. 2 baş barmağını, qulaq hizasına qədər qaldırdı. Sonra rukuya getdi. Bütün məfsəlləri, hərəkətsiz qalanadək, rukuda qaldı. Sonra təkbir gətirərək səcdəyə getdi. Yerə, əllərindən əvvəl, dizlərini qoydu."

Hakim, bu hədisin isnadının, Buxari və Muslim'in şərtlərinə görə səhih olduğunu; hər hansı bir illətinin olduğunu bilmədiyini; Buxari və Muslim'in rəvayət etmədiklərini bildirmişdir. Zəhəbi də, bunu doğrulamışdır.

Hakim ən-Nisaburi, ayrıca, Vail b. Hucr (radiyallahu anh)'ın:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), səcdəyə gedərkən, əllərindən əvvəl, dizlərini yerə qoyardı. Səcdədən qalxdığında, dizlərindən əvvəl, əllərini yerdən qaldırardı." dediyini nəql etmişdir.

Hakim, Muslim'in, Şərik və Asim b. Kuleyb'i dəlil olaraq zikr etdiyini ifadə etmişdir. Zəhəbi isə, hədisin, Muslim'in şərtinə görə səhih olduğunu bildirmişdir. (haşiyə)

---------------------------

(Haşiyə:

Bu hədisi,

~ Daraqutni, "Sünən", l, 345;

~ Beyhaqi, "Sünən", ll, 99

da rəvayət etmişlərdir.

Ələ b. İsmayıl əl-Attar, bu hədisin rəvayətində tək qalmış olub məchuldur.)

--------------------------------

781. Muhamməd b. Mə'mər'in,

Haccac b. Minhəl ---> Həmmam ---> Muhamməd b. Cuhadə

isnadı ilə Abdu'l-Cabbar b. Vail'dən nəqlinə görə, atası Vail (radiyallahu anh), belə demişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), səcdəyə gedərkən, əllərini yerə qoymadan əvvəl, dizlərini qoyardı. Səcdə etdiyində, alnını, yerdə, 2 əlinin arasına qoyar. Qoltuqlarını, vücudundan ayırardı."

Haccac'ın nəqlinə görə, Həmmam,

Şəqiq ---> Asim b. Kuleyb ---> atası Kuleyb

vasitəsilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, bu rəvayətin bənzərini nəql etmişdir. əbu Davud ("Saləh", 136), bunu rəvayət edib, haqqında hər hansı bir söz danışmamışdır. Raviləri Şəqiq, əbu Leys xaric, siqadır. İbnu'l-Qattan: "Burda zikri keçən Şəqiq, zəif olub, Həmmam'dan nəql etdiyi bu rəvayətdən başqa tanınmamaqdadır." deyir. Bu (dəyərləndirmələr), "Təhzib"də (lV, 364) yer almaqdadır. Abdu'l-Cabbar isə, atasından hədis eşitməmişdir.

------------------------------

782. Alqamə və əl-Əsvəd, belə rəvayət edirlər:

"Ömər (radiyallahu anh)'ın qılmış olduğu namazın şəklini əzbərlədik. O, rukudan sonra, eynilə, bir dəvənin yerə çökməsi kimi; dizləri üzərə yerə çökərdi. Əllərindən əvvəl, dizlərini yerə qoyardı."

Hədisi, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 256) rəvayət etmişdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", l, 117)

------------------------------

783. əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Dostum Peyğəmbər (sallallahu aleyhi və səlləm), mənə, 3 şey tövsiyyə etdi; 3 şeyi də qadağan etdi.

~ Səcdə edərkən, xoruzun yem toplaması kimi, tələsik səcdə etməyi;

~ Dirsəklərini, it kimi yerə yaymağı; və

~ Tülkünün sağa-sola baxması kimi; namazda, sağa-sola baxmağı qadağan etdi."

Əhməd b. Hənbəl'in (ll, 265) isnadı, həsəndir. (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 173)

ibn Ömər (radiyallahu anh) hədisi, daha əvvəl keçmişdi. Orda, "Qollarını, vəhşi heyvanların yaydığı kimi yerə yayma." şəklində bir ifadə vardır. "Kütüb-ü Sittə" inamlarından üçünün, əbu Hureyrə (radiyallahu anh)'dan mərfu olaraq rəvayətlərinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Səcdəyə gedərkən, dəvənin yerə çökdüyü kimi çökməyin." buyurmuşdur. Hafiz ibn Həcər, "Büluğu'l-Məram"da (l, 53), bu rəvayəti təqviyə etmiş (gücləndirmiş)'dir. Bu mövzuda, biz, kifayət qədər açıqlama verdik.

Şeyx ibnu'l-Qayyim, "Zadu'l-Məad"da (l, 57), belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazda, heyvanlara bənzəməyi qadağan etməkdədir."

Bizim zikr etdiyimiz hədislər, ibnu'l-Qayyim'in söylədiyini dəstəkləməkdədir. Çox açıqdır ki, dəvənin diz çökməsinə bənzəmək, ancaq, əllərin dizlərdən əvvəl yerə qoyulması halında mümkündür. Zatən dəvənin yerə necə çökdüyünü izləyən, bunu, dərhal başa düşər.

(Təhanəvi, "İ'lau's-Sünən")

--------------------------------------

Əlavələr:

https://www.ehlitevhid.com/forums/index.php?showtopic=270&fbclid=IwY2xja...

 

 

 

 

 

 

Read 106 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR