Səfərə çıxan oruc tutmaya bilərmi?


Səfərə çıxan şəxs o gün orucunu poza bilər mi?


Səfər halında olan kimsənin iftar etməsi, yəni oruc tutmaması mübahdır. Ancaq oruca niyyət edib sabahladıqdan sonra səfərə çıxacaq olsa, o təqdirdə o günün orucunu tutması lazımdır. Bu, oruc yeməsini mübah edən bir səbəb sayılmaz. Ancaq ikinci və növbəti günlər yolculuğu davam edərsə, o təqdirdə oruc tutmaya bilər.


Bu mövzuda füqəha belə demişdir: Oruclu olaraq sabahlayan kimsə o gün səfərə çıxsa belə, bu orucu yeməsini mübah edən bir üzr sayılmaz. Əgər orucunu pozacaq olarsa, ona sadəcə qəzası gərəkir. [(Əl-Mühit, Səraxsi, Fətâvâ-yi Hindiyyə.) Bax. Cəlal İldırım, Qaynaqlarıyla İslam Fiqhi, II / 233-234.]


Ramazanda ən az üç günlük (on səkkiz saatlıq) bir yerə gedəcək olan kimsə, gecədən oruca niyyət etməyə bilər. Bundan dolayı o gün yola çıxınca oruclu olmamış olar. Lakin bir kimsə oruc tutduqdan sonra, gündüz səfərə çıxsa, bu səfər o ilk gün üçün bir üzr sayılmaz, orucuna davam etməsi lazımdır. Ancaq o gün yola çıxar da, ondan sonra orucunu açarsa, ona kəffarə gərəkməz, yenə sadəcə qəza gərəkir. (bax. Ömər Nəsuhi Bilmən, Böyük İslam Elmihalı)


Hənəfiî və Hanbəlîlərə görə yolçu, gecədən niyyətləndiyi orucunu da poza bilər. Dəlil, İbn Abbas (r.anha) dan rəvayət edilən bu hədisdir:


"Hz. Peyğəmbər Ramazan'da Məkkənin fəthinə çıxdı. Kədid'ə çatana qədər oruc tutdu. Orada özü də orucunu pozdu, insanlar da oruclarını pozdular."(Həmdi Döndürən, Dəlilləriylə İslam Elmihalı)


Səfəri olan adam, getdiyi yerdə on beş gündən az qalsa oruc tutmaya bilərmi?


Səfərə çıxan insanlar oruclarını tutmaya bilər; evlərindən çıxdıqdan sonra səfəri sayılırlar. Ancaq səfərə çıxan insanların oruclu olması daha fəzilətlidir. Şəxs vəziyyətinə görə istərsə tutar istərsə tutmaz.


Getdiyi yerdə on beş gündən az qalmağa niyyət edərsə oruclarını tutmaya bilər. Ancaq on beş gündən çox qalmağa niyyət edilərsə və ya on beş gündən çox qalmaları lazım olduğu öyrənilərsə, getdikləri yerdə oruc tutmaları fərzdir.

Read 10.047 times
In order to make a comment, please login or register