Səfəri sayıla bilmək üçün neçə km yol gedilməlidir?

1970. Abdu'r-Rahmən b. əbu Bəkr (radiyallahu anh)'ın, atasından nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Məstlər (xoflar) üzərinə məsh etmə vaxtı:

~ musəfir (səfəri) üçün - 3 gün, 3 gecə;

~ muqim (iqamət edən) üçün isə - 1 gün və 1 gecədir."

Xəbəri, ibn Hibban, "Səhih"ində (lV, 157) nəql etmişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 87)

Tahavi, "Maani'l-Asar"ında (l, 150), belə deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in "məst üzərinə məsh etmə müddəti, səfəri üçün, 3 gün, 3 gecə; muqim olan kimsə üçün isə, 1 gün, 1 gecə" olduğunu bildirən xəbərlər, mütəvatirdir.

--------------------------

--------------------------

1971. Şureyh b. Hani'dən belə rəvayət edilir:

Aişə (radiyallahu anha)'nın yanına, məst üzərinə məsh etməyi(n hökmünü) soruşmaq üçün getdim. Mənə: 'əbu Talib'in oğlu Əli'nin yanına get və Ondan soruş.' dedi. Gedib Əli'dən soruşduğumuzda, O, belə dedi: 'Allah rəsulu (sallallahu aleyhi və səlləm), bunu:

~ səfəri üçün, 3 gün, 3 gecə;

~ muqim üçün isə, 1 gün və 1 gecə

olaraq qıldı (təyin etdi).' dedi." (Muslim, "Təharə", 85)

Deyirəm:

Yuxarıdakı hədisdən nə şəkildə hökm çıxarıldığı, "əl-Hidayə"də, belə bildirilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu xəbərdə, ruxsatı (bir üzrdən dolayı ikinci dərəcəli məşru qılınan şeyi, yəni 3 gün-3 gecə məstlər üzərinə məsh etmək ruxsatını), o cinsin (yəni, səfərilər cinsinin) hamısına şamil etmişdir. Bunun zəruri nəticəsi (yəni, 3 gün məsh edə bilmək), təqdirin də (hər səfəri üçün) ümumi olmasıdır.

Bu ifadə, "Fəthu'l-Qadir"də, belə açıqlanır:

Hədisdə, "yolçu" mənasına gələn "əl-musəfir" kəliməsi, "əlif-lam"lı olaraq zikr edilməkdədir. Dolayısı ilə, kəlimə, səfəri/yolçu cinsinin hamısını əhatə edir. Çünki bunlar, bilinən müəyyən kimsələr deyildirlər. (Yəni bu "əl-musəfir" kəliməsi, cins ismidir. Bundan dolayı, bu səfəri, neçə günlük səfərdə olan biridir, bilinmir.)

İfadə, hər səfərinin (yəni, istər 1 günlük, istər 2 günlük, istərsə də 3 günlük yol gedən kimsə olsun), 3 gün və 3 gecə məstinə məsh etməsini gərəkdirir.

(Bizə görə), yolçuluq/səfərilik müddəti, 3 gün və 3 gecədən daha az olduğu təqdirdə, hər yolçunun (1 gün və ya 2 gün səfərdə olan kimsənin), öz məstini (3 gün, 3 gecə) məsh etməsi, təsəvvür edilə bilməz. Yolçuluq müddəti bundan daha az olduğu (yəni, 1 gün -1 gecə və ya 2 gün-2 gecə olduğu) təqdirdə, bəzi yolçular (yəni, 1 gün - 1 gecə və ya 2 gün - 2 gecə səfərdə olanlar), bu ruxsatdan istifadə edə bilməzlər. Müddəti artırmaq isə, icma ilə mümkün deyildir. Bu halda (3 günlük məsh edə bilmək üçün), 3 günlük (səfər) müddətinin, səfəriliyin ən az müddəti olduğunu isbat etməyə ehtiyac vardır. Xəbər, buna dəlalət etməkdədir. Bu müddət, yolçu cinsi üçün, 3 gün müddətlə, məstini məsh etmə müddətidir. Çünki, "əl-musəfir" kəliməsinin başındakı "əlif-lam", -yolçular, müəyyən şəxslər olmadıqları üçün- bütün yolçular cinsini əhatə edir. Bunun zəruri nəticəsi, (məsti 3 gün müddətlə məsh etmək) ruxsatının, bütün (yolçu) cinsinə yayğın olmasıdır. Bundan məqsəd, hər yolçu üçün 3 günlük bir müddətin təqdir edilməsi ümumiliyi yönündən, hər yolçunun 3 gün müddətlə məstini məsh edə bilməsidir. Qısacası, hər yolçu, məstini, 3 gün müdddətlə məsh edə bilər. Şəri yolçuluq, bu müddətdən daha az olarsa, -hər yolçu bu ruxsatdan istifadə edə bildiyi halda- bəzi yolçular, məstlərini, 3 gün müddətlə məsh edə bilməzlər. Çünki, (bu halda), ruxsat, o yolçu cəhətindən, qəti olaraq yox olmuş olar.

Nəticə olaraq, bəhsi keçən ruxsat, ancaq, şəriətdə səfərin nə olduğu qəti olaraq bilindiyi təqdirdə sabit olur ki, bu da, bizim bildirdiyimiz ölçüdür (yəni, 3 gün-3 gecə səfərdə olmaq). Çünki, səfəriliyin ən az müddətinin bundan daha az olduğunu, heç kim söyləməmişdir. (ibnu'l-Hümam, "Fəthu'l-Qadir", ll, 3, 4)

ibnu'l-Hümam'ın sözünün özü, budur:

Hədis:

~ 3 gün və 3 gecəlik bir məsafəni qət etmək istəyən kimsənin, şəri cəhətdən, qəti olaraq səfəri olduğunu; və

~ 3 gün, 3 gecə müddətlə məstinə məsh vermə ruxsatına sahib olduğunu

ifadə etməkdədir. Əks təqdirdə, "3" kəliməsinin zikr edilməsinin, hər hansı bir mənası olmazdı.

1 və ya 2 günlük bir məsafəni qət etmək üzərə yola çıxan kimsənin, Şari'nin nəzərində səfəri ola biləcəyi; və 3 gün-3 gecə müddətlə məstini məsh edə bilməsi ruxsatına sahib ola biləcəyi məsələsi isə, şübhəlidir. Hədisdə, ümumi (yəni, 3 gün-3 gecəlik məst) ruxsatının, belə kimsələri də (yəni, 1 və ya 2 gün səfəri olanları da) əhatə etdiyinə; və bunların da, şəri cəhətdən səfəri olduqlarına dəlalət edən bir xüsus yoxdur. Bəhsi keçən kimsələr cəhətindən, ruxsat, qəti olaraq mövcud deyildir. Belə bir ruxsat, ancaq qətilik ifadə edən bir dəlillə sabit ola bilər. Eyni şəkildə, belə kimsələrin səfəri olmaları da, qəti olaraq bəhs mövzusu deyildir. Dolayısı ilə, onların bu ruxsatdan faydalanan bir səfəri halına gəlmələri də, ancaq qətilik ifadə edən bir dəlillə sabit ola bilər. Bu da, ancaq, bizim müəyyənləşdirdiyimiz halda bəhs mövzusudur. Çünki, Şari, səfəri üçün 3 gün ifadəsini istifadə etmişdir. 3 günlük məsafə getmək istəyən kimsə, qəti olaraq səfəridir. Bundan dolayı, heç bir müctəhid, (səfərilik müddətinin ən azı üçün), bundan daha uzun bir müddətdən bəhs etməmişdir. Nəticə olaraq, insan, müəyyənləşdirilən bu müddətdən daha az bir məsafə getmək istədiyi təqdirdə, şübhə səbəbilə, səfəri ola bilməz.

Şeyximiz, xülasə olaraq belə dedi: Hədisdən bu şəkildə hökm çıxarmaq, "əl-Hidayə"də zikr edilən şəkildən daha əvladır.

Deyirəm:

Hədisdə bəhsi edilən "səfəri": "adətdən olan istirahətlərlə birlikdə, orta yerişlə mərhələləri (istirahət yerlərini) adətə (örfə) uyğun olaraq qət edən kimsə"dir. Şübhəsiz, belə bir səfəri, 3 günlük bir məsafəni qət etməyə niyyət etdiyi təqdirdə, 15 vaxt namaz müddətincə səfəri olur və səfəriliyi, əsla bu müddətdən daha az bir müddətdə sonlanmaz. Dolayısı ilə, mühəqqiq ibnu'l-Hümam'ın "Fəthu'l-Qadir"də nəql etdiyi bu qövl, əslə xələl gətirməz:

"Lakin, belə deyilə bilər: Hədisin vurğulamaq istədiyi şey, budur: Bir yolçu, yolçuluğu 3 gün və daha çox zamanı əhatə etdiyi təqdirdə, -3 gün müddət ilə- məstini məsh edər. Dolayısı ilə, bu ehtimala qapı açmaq, mümkün deyildir. Çünki alimlər, belə bir nümunə ilə bu ehtimalın məqbul olduğunu bildirmişlərdir. Yolçu:

~ birinci günü erkəndən yola çıxar və zaval vaxtına qədər gedərək, o gün gedəcəyi mərhələyə (istirahət yerinə) çatar və orda istirahət etmək üçün qonaqlayar və gecələyərsə;

~ ertəsi günü, yenə erkəndən yola çıxıb zaval vaxtına qədər gedib orda qonaqlayarsa;

~ ondan sonrakı gün də, yenə erkəndən yola çıxıb zaval vaxtına qədər gedib çatacağı yerə çatarsa,

bax, bəhsini etdiyimiz bu ehtimal gerçəkləşmiş olar."

Səraxsi, "Səhih olanı, bu kimsənin, niyyət etdiyi təqdirdə, yolçu halına gəldiyidir." demişdir. Ancaq, bu halda, hədis, zikr edilən ehtimalın xaricində açıqlanmış olur. Çünki, üçüncü günün əsr vaxtında günün qalan qismi, şəri cəhətdən, (günün) baş tərəfinə qatılaraq, yolçu, məstini məsh edə bilməz. Səbəbinə gəlincə, üçüncü günü səfər ruxsatı sabit olmadığı kimi; insan, həqiqi mənada səfəri də sayılmaz. Burdan ortaya çıxan nəticə, insanın səfəri 3 gün davam etdiyi təqdirdə, 3 gün müddət ilə məstlərini məsh edə bilməsidir. Əks təqdirdə, bəzi yolçuların 3 gün müddətlə məstlərini məsh edə bilmədikləri şəklindəki ehtimalın eynisilə qarşılaşar və bu ehtimal da, bizi, imam əbu Yusuf'un, "Şəri səfərilik, 2 gün ilə 3-cü günün böyük bir qismidir." şəklindəki görüşünə aparar. (ibnu'l-Hümam, "Fəthu'l-Qadir", ll, 4 -müxtəsər bir şəkildə-)

Biz isə, belə deyirik:

Bəhsini etdiyimiz səfərilik, 3 günlük məsafəni, məsələn yola erkən çıxaraq və sürətli gedərək, heç də adət olmayan bir şəkildə qət etdiyi təqdirdə, 3 gün müddətlə məstini məsh edə bilməz. Bu halda, əslə, bir nöqsanlıq gəlməz. Əgər bir kimsə, kəramət göstərərək, bütün yer üzünü bir anda qət etsə və 1 gündən daha az bir müddətdə öz diyarına qayıtsa, 3 gün və 3 gecə müddətlə ayağını məsh etməmiş olsa, bu hal, bəhsi keçən səfərilik müddətində bir əskikliyə yol açarmı? Bizim cavabımız, "Əsla aça bilməz." şəklindədir.

Eyni şəkildə, bu zikr edilənlərdən heç biri, bizə qarşı dəlil də ola bilməz. Çünki, burdakı yolçu, 3 günlük məsafəni normal bir şəkildə qət etsə, 3 gün və 3 gecə müddətlə qəti olaraq məstini məsh edər. Onun məstini məsh etməməsi, bəhsi keçən məsafəni fövqə'l-adi bir şəkildə qət etməsindən dolayıdır. Əgər bu məsafəni normal bir şəkildə qət etsəydi, 3 gün və 3 gecə müddətlə, məstini məsh edəcək idi.

Onun üçün, biz deyirik ki: Belə bir yolçu, imam əbu Hənifə və imam Muhamməd'ə görə, əsla namazını qısaldaraq qıla bilməz. Sadəcə imam əbu Yusuf'un görüşünə görə qısaldaraq qıla bilər. Onların zikr etdikləri və Səraxsi'nin də səhih olaraq bildirdiyi qövl -zikr etdiklərindən bunu qəsd etdikləri təqdirdə- imam əbu Hənifə və imam Muhamməd'ə görə deyil; imam əbu Yusuf'a görədir. Allah Taala, ən doğru biləndir...

Bəhsi keçən cüziyyat (təfsilat), sadəcə alimlərin onun füru fiqhdə iləri sürdükləri görüşlərdən çıxardıqları və başa düşdükləri şeydir. Dolayısı ilə, səfərilik müddəti xüsusunda, imam əbu Hənifə'dən məşhur və mütəvatir olaraq nəql edilən görüş, (bunlara qiyasən) çıxarılmış bir nəticəyə söykənilərək rədd edilə bilməz.

------------------

------------------

1972. Sə'd b. Ubeyd ət-Tai'nin nəqlinə görə Əli b. Rəbia əl-Valibi -əl-Valibə, Əsəd b. Xuzeymə oğullarına aid bir batn/yerin adıdır- belə demişdir:

Abdullah b. Ömər (radiyallahu anh)'dan, "Bir kimsə, hansı məsafədən etibarən namazını qısaldar?" deyə soruşdum.

- Məndən: "əs-Suveydə'ni tanıyırsanmı?" deyə soruşdu.

- Ona: "Xeyr. Lakin, adını eşitdim." dedim.

- Mənə: "O, məşəqqətsiz olmamaq qeydilə, 3 gecə(lik bir məsafə)'dir. Ora (doğru yola) çıxdığımızda, namazları qısaldarıq."

Hədisi, imam Muhamməd b. əl-Həsən, "əl-Asar" adlı əsərində (s. 34, 35) nəql etmişdir. "Asaru's-Sünən"də (ll, 62), isnadının səhih olduğu bildirilməkdədir.

Deyirəm:

Bu xəbərin raviləri, siqa olub, Buxari və Muslim'in ravilərindəndir.

Bu xəbər, səfər məsafəsi haqqında, açıq bir dəlildir. ibn Ömər (radiyallahu anh), əs-Suveydə deyilən yerin, 3 gecəlik bir səfər məsafəsi olduğunu bildirməkdə və: "Bura (doğru yola) çıxdığımızda, namazı qısaldarıq." ifadəsini istifadə etməkdədir. Xəbər, siyaqı ilə, səfər məsafəsini, 3 günlük bir yol şəklində müəyyənləşdirməkdədir. Bu, Ondan nəql edilən ən açıq və qəti ifadədir. ibn Ömər'dən, bunun xaricində başqa rəvayətlər də vardır. İndi, bunları zikr edib, ardınca da bir-birilərilə aralarını cəm edək/birləşdirək. (Belə ki):

Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, bu mövzu ilə bağlı olaraq, belə deyir:

"Abdu'r-Razzəq'in, Cureyc vasitəsilə Nafi'dən nəqlinə görə, ibn Ömər, Xeybər'dəki malından xəbər tutmağa getdiyində, namazı qısaldardı. Bu məsafə, namazı qısaltmağa başladığı, ən yaxın məsafə idi. Mədinə ilə Xeybər arası, 96 mil'dir." ("Fəthu'l-Bari", ll, 467; Abdu'r-Razzəq, "əl-Musannəf", ll, 523)

Yenə, "Fəthu'l-Bari"də, bunun, Nafi'nin görüşü olduğu da bildirilməkdədir. Bu görüş, ibn Ömər'in açıqca ifadə etdiyi (3 gecəlik məsafə) görüşü ilə zidd düşməkdədir. ibn Həcər, belə davam edir:

Vəki'nin, bir başqa yolla nəqlinə görə, ibn Ömər, belə deyirdi:

"Mədinə'dən əs-Suveydə'yə çıxan kimsə, namazını qısaldar. Mədinə ilə əs-Suveydə arasında, 72 millik bir məsafə vardır."

Bu, "İkisi arasında 72 millik məsafə mövcuddur." cümləsi xaric, mətndə nəql etdiyimiz xəbərin, eynisidir. Bəhsi keçən ifadənin, ibn Ömər və ya bir başqasının sözü olma ehtimalı vardır. Ayrıca, bu ifadənin, milin, ən yüksək miqdarlarından birinin əsas alınması üzərinə verilmiş bir açıqlama olma ehtimalı da vardır. Çünki, mil ilə bağlı miqdarlar, həqiqətən bir-birindən fərqlidir. Necə ki, hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, bəhsi keçən miqdarları, uzun-uzun açıqlamaqdadır.

Beləcə, bu xəbərlərlə, fəqihlərimizin 3 günlük məsafəni təyin etməkdə iləri sürdükləri qayda arasında ixtilaf olduğu görünüşü ortadan qalxmaqdadır. Üstəlik, məzhəbimizin görüşü, fərsəx və milə etibar edilməyəcəyi; əsl etibar ediləcək olan şeyin, orta yerişlə 3 günlük bir yeriş məsafəsi olduğu şəklindədir. İmam əbu Hənifə'dən, 3 mərhələ şəklində bir ölçü də rəvayət edilmişdir. 3 mərhələ ölçüsü, birinci görüşə müxalifdir. Çünki, yolçuların adəti, "Fəthu'l-Qadir"də (ll, 4) bildirildiyi üzərə, bir gündə, bir qonaqlama nöqtəsi (mərhələ) qət etmək şəklindədir. Buna görə, xəbərin bu ləfzlə yer alması ilə bizim görüşümüz arasında, hər hansı bir ziddiyyət yoxdur. "Neylu'l-Əvtar"da (ll, 82), "əl-Bahr" adlı əsərdən nəql edildiyinə görə, imam əbu Hənifə'yə görə namazı qısaltmağa başlama məsafəsi, 24 fərsəxdir. Verilən bu məsafə, xəbərdəndən də göründüyü kimi, 72 milə uyğun gəlməkdədir. (Haşiyə)

------------------------

(Haşiyə:

"Qamus-u Osmani"də, 1 fərsəx = 3 mil kimi qeyd edilmişdir.)

--------------------------

Hafiz ibn Həcər, belə davam edir:

Abdu'r-Razzəq'in,

imam Malik ---> ibn Şihab ---> Salim

isnadı ilə nəqlinə görə:

Atası, Rim'ə səfər etmiş və namazı qısaltmışdır. (Abdu'r-Razzəq, "əl-Musannəf", ll, 525)

Abdu'r-Razzəq, belə deyir:

"Rim, Mədinə'yə, 30 mil məsafədir."

Eyni əsərdə, bunun, bir çox ehtimala açıq, xüsusi bir hadisə olduğu ifadə edilməkdədir. Ehtimallardan birinə görə, Rim, ibn Ömər'in yola çıxdığı yöndən, Mədinəyə 30 mildən daha uzaq və ya o civarda mövcud idi. Ancaq yol, çətin keçilən bir yol olub, 3 gündən daha az bir müddətdə bu məsafəni qət etmək, məşəqqətli idi.

Şeyximiz, belə dedi:

Hər bir halda, bəhsi keçən məsafə 3 günlük bir uzaqlıqdadırsa, hər hansı bir problem yoxdur. Əgər bundan daha çoxdursa, bu, xüsusi bir hal olub, səfərin ən az məsafəsinə dəlalət etməz. Əgər 3 günlük məsafədən daha azdırsa, ibn Ömər'in əzminin daha uzaq bir məsafəyə səfər etmək olduğu, ancaq qarşısına çıxan bir əngəldən dolayı, bundan döndüyü ehtimalı ola bilər. Bəziləri, "İhya"da, ondan bu şəkildə bir xəbər nəql etmişlərdir.

ibn Həcər, belə davam edir:

ibn əbi Şeybə'nin,

Vəki ---> Misar ---> Muharib

isnadı ilə nəqlinə görə:

ibn Ömər (radiyallahu anh): "Günün 1 saatını yol gedəcəmsə, namazı qısaldaram." demişdir. (ibn əbi Şeybə, "əl-Musannəf", ll, 202)

Sevri'nin, Cəbələ b. Suheym'dən nəqlinə görə, ibn Ömər, belə demişdir:

"1 millik bir məsafəyə yola çıxdığım təqdirdə, namazı qısaldaram."

Bu 2 xəbərin isnadı, səhihdir. ("Fəthu'l-Bari", ll, 467)

Bunlara, bu şəkildə cavab vermək, mümkündür:

ibn Ömər'in vurğulamaq istədiyi, səfər əhkamının başlanğıc nöqtəsinin, insanın öz diyarından çıxdığı an olduğu; və namazı qısaltmağın, səfər məsafəsini qət etməyə söykənmədiyi; əksinə, səfərə başlamaqla qısaltmağın gərəkli olduğudur. Ağlı başında olan kimsələrin başa düşəcəyi üzərə, hər 2 rəvayətin zahirindən ortaya çıxan nəticə, budur. ibn Ömər, səfərə başlamağı, bir rəvayətdə, "lə yusəfiru = səfərə çıxaram"; bir digərində isə, "ləv xaractu = əgər yola çıxaramsa" kəliməsilə ifadə etməkdədir.

ibn Həcər, belə davam edir:

ibnu'l-Munzir'in, Yezid b. əbi Hubeyb vasitəsilə Ata b. əbi Rabab'dan nəqlinə görə,

ibn Ömər və ibn Abbas, 4 bərid (1 bərid = 22179 m) və bundan artıq bir məsafəyə səfərə çıxdıqlarında, namazlarını 2 rükət qılar, oruclarını isə tutmazlardı.

əs-Sərrac'ın, Amr b. Dinar'dan nəqlinə görə, ibn Ömər də, buna bənzər etmişdir. (ibn Həcər, "Fəthu'l-Bari", ll, 466)

Deyirəm:

Bununla, mətndə yer verdiyimiz rəvayət arasında, hər hansı bir ziddiyyət yoxdur. Bu xəbərdə, səfər məsafəsinin 4 bərid olaraq müəyyənləşdirilməsi, ibn Ömər'in deyil; Ata'nın ifadəsidir. Bundan, ibn Ömər'in də səfər məsafəsini bərid və mil ilə təyin etmə qənaətində olduğu nəticəsi çıxarıla bilməz. Əksinə, O, namazı, çıxdığı məsafənin 3 günlük bir məsafə olması səbəbilə qısaltmışdır. Bu məsafənin 4 bərid olması isə, bir təsadüf əsəridir.

ibn Həcər, belə davam edir:

İmam Şafi'nin,

İmam Malik ---> ibn Şihab ---> Salim

isnadı ilə nəqlinə görə:

ibn Ömər, Zatunusub deyilən yerə doğru yola çıxmış və namazı qısaltmışdır.

İmam Malik, "Zatunusub ilə Mədinə arasında, 4 bəridlik bir məsafə vardır." demişdir.

Bu xəbəri, Abdu'r-Razzəq, imam Malik'dən nəql etmiş və "Mədinə ilə Zatunusub arasında, 18 millik bir məsafə vardır." demişdir. (ibn Həcər, "Fəthu'l-Bari", ll, 466)

Deyirəm:

2 xəbər bir-birilə zidd düşdüyündə, dəlil olma gücünü itirər. Hər halda, imam Şafi'nin imam Malik'dən nəql etdiyi, Abdu'r-Razzəq'in söylədiyindən daha əvla olsa gərəkdir. Möhtəməldir ki, yanılmış və 48 deyəcəyinə, 18 demişdir.

Buna veriləcək cavab, Ata'dan səfər məsafəsini 4 bərid olaraq təyin etdiyi şəklində nəql edilən xəbərə verilən cavabın eynisi olacaqdır. Hər nə qədər, bu qayda/kriteriya, məzhəbin əslinə tərs düşürsə də, -iləridə gələcəyi üzərə- alimlərimizdən böyüklərin fətvalarına uyğun düşməkdədir.

ibn Həcər, imam Malik'dən,

ibn Şihab ---> Salim ---> atası (ibn Ömər)

isnadı ilə daha bir nəqlə yer verir. Bu xəbərə görə:

"Salimin atası (ibn Ömər), 1 tam günlük məsafəyə yola çıxdığında, namazı qısaldardı." (ibn Həcər, "Fəthu'l-Bari", ll, 466)

Bizim buna cavabımız, belədir:

Bəhsi keçən ifadə, atasının namazı qısaltma xüsusunda, Salimin görüşüdür. Bununla, bizim ibn Ömər'dən mətndə zikr etdiyimiz görüş arasında, hər hansı bir ziddiyyət yoxdur. Onun, səfər məsafəsinin 3 günlük bir məsafə, yəni, zəif yük dəvəsi yerişilə orta bir yerişlə 3 günlük bir məsafə olduğu; oğlunun isə, sürətli bir dəvə ilə hərəkətli bir yolçunun yerişilə 1 günlük bir məsafə olduğu qənaətini daşımış olmaları, mümkündür.

Hafiz ibn Həcərə təəccüb edirəm! Necə olur ki, bu sözləri, son dərəcə zidd olaraq rəvayət edir və Hənəfilərə qarşı dəlil olaraq gətirə bilir?! Çünki, Hənəfilər, ən qısa yolçuluq məsafəsinin 3 günlük məsafə olduğunu, ibn Ömər'in nəql etdiyi: "Bir qadın, yanında özü ilə evlənməsi əbədiyyən haram olan bir məhrəmi olmadıqca, 3 günlük bir məsafəyə səfər çıxa bilməz." (Buxari, "Təqsiru'l-Salət", 4; Muslim, "Hacc", 413) mərfu hədisilə istidlal etməkdədirlər. ibn Həcər, Hənəfilərin bu görüşü haqqında, "Hənəfilərə görə etibar, səhabənin rəvayət etdiyinə deyil; öz rəvayət etdiklərinə (yəni, öz görüşlərinə) görədir." deyə bilməkdədir. Halbuki, ibn Ömər'dən bu məsələnin təyini xüsusunda, bir çox fərqli rəvayət vardır...

----------------------

----------------------

1973. ibn Ömər (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Bir qadın, yanında məhrəmi olmadıqca, 3 günlük (məsafəyə) səfərə çıxa bilməz."

Buxari rəvayət etmişdir (2/54; Muslim, "Həcc"/74; 417)

Muslim'in, əd-Dahhak b. Osman vasitəsilə, Nafi'dən nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "3 gecəlik bir məsafə" ifadəsini istifadə etmişdir. (ibn Həcər, "Fəthu'l-Bari", ll, 468)

--------------------------

--------------------------

1974. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir qadının, yanında məhrəmi olmadan 3 (gün, gecə) səfərə çıxması, halal deyildir." buyurmuşdur.

Hədisi, Muslim (Həcc, 422) rəvayət etmişdir. "Nəylu'l-Əvtar"da (l, 470), bu hədisin, Əhməd b. Hənbəl ilə Muslim tərəfindən "3 günlük məsafə" şəklində rəvayət edildiyi bildirilmişdir.

--------------------------

--------------------------

1975. əbu Səid əl-Xudri (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allaha və axirət gününə iman edən bir qadının, yanında atası və ya oğlu, ya da əri və ya qardaşı, ya da bir məhrəmi olmadıqca, 3 gün və daha çox səfər etməsi, halal deyildir."

Xəbəri, Muslim ("Həcc", 423) rəvayət etmişdir. Şəvkani, "Nəylu'l-Əvtar"da (l, 170), bu xəbərin, -Buxari və Nəsai xaric- "Kütübü Sittə" mühəddisləri tərəfindən nəql edildiyini bildirmişdir.

(1973 no-lu) ibn Ömər hədisi, səfər müddətini, açıqca bildirməkdədir. Çünki hədis, 3 gündən daha az bir məsafəyə səfərə çıxmış olan bir qadını, iqamət halında qəbul etmişdir. Səbəbinə gəlincə, 3 günlük məsafəyə səfərin qadağan edilməsi, məfhumu (bir ləfzin, sözdə zikri keçməyən və ifadə edilməyən bir şeyin hökmünə dəlalət etməsi) etibarı ilə, bundan daha az olan bir məsafənin nəhy/qadağan edilmədiyini göstərir. Nəticə olaraq, qadının belə bir məsafəyə səfərə çıxması, -yanında məhrəmin olması şərt olmaması səbəbilə-, öz diyarında bir evdən digər bir evə çıxması kimidir. Dolayısı ilə, qadın, bu cəhətdən, iqamət halındakı kimi olur. 3 günlük bir məsafəyə səfərə çıxan qadın isə, dini cəhətdən səfəridir. Çünki, əhkam (dinin hökmləri) cəhətindən, iqamət halında olan qadınlardan fərqlidir. Muslim'in rəvayətindəki "3 gecəlik bir məsafə" ("Həcc", 414) şəklindəki hədis ilə, hafiz ibn Həcər'in "Fəthu'l-Bari"də iləri sürdüyü iddia, rədd edilir. O, belə deyirdi:

"Qadının tək başına səfərə çıxma qadağası, zamanla bağlıdır. Qadın, 1 gün boyunca, -məsələn- 1 saatlıq bir məsafə qət etsə, nəhy bəhs mövzusu olur. Halbuki, səfəri, belə deyildir. Çünki, o, məsələn 2 gündə, yarım günlük bir məsafə qət etsə, namazı qısaltmaz. Dolayısı ilə, ikisi, bir-birindən ayrıdır."

Bizə görə, bunların ikisi, bir-birindən ayrı deyildirlər. Çünki, qadının tək başına səfərə çıxmasına gətirilən qadağa, -onun iddia etdiyi kimi- zamanla deyil; -səfəri olan kişidə olduğu üzərə-, məsafə ilə bağlıdır. Çünki xəbər, bir başqa yoldan, "3 günlük bir məsafə" şəklində nəql edilmişdir.

Hafiz ibn Həcərə təəccüb edirəm! Necə olur ki, bir səhifə sonda, bu xəbəri zikr etdiyi halda, bundan qafil ola bilir?!

(1974 no-lu) əbu Hureyrə hədisi ilə (1975 no-lu) əbu Səid hədisləri, zikr etdiyimiz cəhətdən, səfər müddətini, açıqca ifadə etməkdədir. Beləcə, hafiz ibn Həcər və ibnu't-Türkməni'nin irərli sürdükləri iddialar, rədd edilir.

~ ibn Həcər, belə deyirdi:

"Hədis, namazı qısaltmaq məsafəsini bəyan etmək üçün sövq edilmiş deyildir. Əksinə, qadının, tək başına səfərə çıxmasını nəhy etmək üçün varid olmuşdur."

~ ibnu't-Türkməni də: "Bu hədisin, dəlilə əsas olması, mübahisəyə açıqdır." demişdir.

Biz isə, belə deyirik:

Bir nass'dan hökm çıxarmaq, sadəcə onun ibarəsini əsas almaqla olmaz. Əksinə, bunun xaricində, nassın dəlaləti, işarəti və iqtizası (gərəyi) əsas alınaraq da hökm çıxarıla bilər. Çünki, açıqca görüləcəyi üzərə, qadağa, səfərə çıxmış qadınla qeydlidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), səfəri, 3 və bundan daha çox günlə təqyid edincə, bu ifadə, məfhumu ilə, bundan daha az müddətin səfər olmadığını ifadə etməkdədir. Bununla, dini cəhətdən məqbul olan səfər müddəti müəyyənləşdirilməkdədir ki, axtarılan da, budur.

Burda, belə bir etiraza yer yoxdur:

Səfər mövzusundakı təqdirlər, bir-birindən fərqlidir. (Məsələn):

~ Buxari'nin, əbu Hureyrə (radiyallahu anh)'dan nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allaha və axirət gününə iman edən bir qadının, yanında məhrəmi olmadıqca, 1 gün və 1 gecəlik (məsafəyə) səfərə çıxması, halal deyildir." (Buxari, 7/193)

Xəbəri, Muslim də, "Səhih"ində ("Həcc", 421) rəvayət etmişdir.

~ Buxari və Muslim'in, Abdu'l-Məlik b. Umeyr'dən nəqllərinə görə, Ziyad'ın azad etdiyi nökər Qazəa, belə demişdir:

əbu Səid əl-Xudri'dən eşitdim. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən nəqlən, 4 (hökm)'dən danışdı. Bunlar, mənim xoşuma gəldi və razı saldı. əbu Səid, belə dedi:

"Bir qadın, yanında əri və ya məhrəmi olmadıqca, 2 günlük səfər edə bilməz." (Buxari, "Savm", 67; Muslim, "Həcc", 415, 416)

Hədisi, ibn Həcər, "Fəthu'l-Bari"də (lll, 57) rəvayət etmişdir.

Biz isə, belə deyirik:

əbu Hureyrə hədisi, bu mövzuda, isnad və mətn cəhətindən mudtarib (problemli)'dir. (Belə ki):

✓ İsnaddakı problemdən başlayacaq olsaq:

Xəbərin isnadında, ibn əbi Zi'b və Leys b. Sə'd, bu xəbəri, Səid əl-Məqburi ---> atası isnadı ilə, əbu Hureyrə'dən rəvayət etmişlərdir.

Eyni xəbəri, Yəhya b. əbi Kəsir, Suheyl; imam Malik isə, əl-Məqburi vasitəsilə, əbu Hureyrə'dən nəql etmişlərdir.

Buxari, ibn əbi Zi'b rəvayətini tərcih edərkən; Daraqutni, Səid vasitəsilə əbu Hureyrə rəvayətini tərcih etmişdir ki, bu isnadda, -ravilərin böyük bir qisminin, əl-Muvatta'dan nəql etdikləri üzərə- Səid'in atası mövcud deyildir.

Eyni xəbəri, ibn Xuzeymə, Xalid əl-Vasiti və Hammad b. Sələmə'dən nəql edərkən; əbu Davud, ibn Hibban, Hakim, Cərir'dən rəvayət etmişlərdir.

Bütün bu şəxslər, xəbəri, Suheyl b. əbi Salih ---> Səid isnadı ilə, əbu Hureyrə'dən nəql etmişlərdir. Bişr b. əl-Mufaddal isə, Suheyl ---> atası ---> əbu Hureyrə isnadı ilə rəvayət etmişdir. Bişr, Səid əl-Məqburi yerinə, əbu Salih'in adını qoymuşdur. Ayrıca o, hədisin ləfzində də, fərqli bir rəvayət nəql etmiş və: "3 günlük səfər edə bilməz." şəklində nəql etmişdir. Bu xəbəri, Muslim rəvayət etmişdir. Cərir isə, rəvayətində, "gün" yerinə, "bərid" kəliməsini istifadə etmişdir. Xəbəri, əbu Davud da nəql etmişdir.

Hədisdəki mətn cəhətindən problem, bundan ibarətdir.

Eyni şeylər, hafiz ibn Həcər'in "Fəthu'l-Bari"sində (ll, 469) yer alan ifadələrindən də başa düşülməkdədir.

İşarət etdiyimiz ixtilafı, hafiz ibn Həcər'in etdiyi kimi bəzi təkəllüflü rəvayət yollarını səhih qılmadıqca, bir-birilə uzlaşdırmaq, mümkün deyildir. ibn Həcər, belə deyir:

"Lakin məhfuz olanı, xəbərin, əbu Salih vasitəsilə əbu Səid'dən nəql edilmiş olduğudur."

Bunun, uzaq bir ehtimal olduğu, açıqdır. Çünki, Muslim, 'Səhih'ində, Suheyl ---> əbu Salih ---> əbu Hureyrə isnadına yer vermişdir. Necə olur ki, bunun əksi məhfuz olur?! Bu halda, ya bir tərcih ediləcəkdir, ya da bütün bu rəvayətlərin hamısı atılacaqdır.

✓ əbu Səid (radiyallahu anh) hədisi, mətn cəhətindən də problemlidir.

Abdu'l-Məlik b. Uməri'nin, Qazəa vasitəsilə əbu Səid'dən nəql etdiyi rəvayət, daha əvvəl keçdiyi üzərə: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), qadının 2 günlük məsafəyə səfərə çıxmasını nəhy etdi." şəklindədir. O, bu ləfzdə, təfərrüd etmiş/tək qalmışdır. Özünün, Qazəa'dan nəqlində, ona mutabaat edən kimsə olduğunu, bilmirik. Digər tərəfdən, Muslim'də yer alan bir rəvayətdə, 2 siqa ravi: Səhm b. Mincab və Qatadə, ona müxalifət etmiş və xəbəri, Qazəa vasitəsilə əbu Səid'dən: "Bir qadın, 3 gün səfər edə bilməz." şəklində rəvayət etmişdir. Qatadə'nin rəvayəti, "Məhrəmi olmadıqca, 3 gündən daha çox məsafəyə, səfər edə bilməz." şəklindədir. Bu, tərcihə daha layiqdir. Çünki, Abdu'l-Məlik b. Umeyr, hər nə qədər "Kütübü Sittə" ravilərindən olub siqa isə də,

• Əhməd b. Hənbəl, onun haqqında, belə demişdir:

"Abdu'l-Məlik b. Umeyr, az rəvayət etməsinə baxmayaraq, mudtaribu'l-hədis/hədisi problemli bir ravidir. Onun, 500 hədisi olduğu görüşündə deyiləm. Bunların bir çoxunda, xəta etmişdir."

• İshaq b. Mansur isə, belə deyir:

"Əhməd b. Hənbəl, onu, son dərəcə zəif bir ravi olaraq qəbul etmişdir."

• Salih b. Əhməd'in, atasından nəqlinə görə, Abdu'l-Məlik haqqında, hədis hafizləri ixtilaf etməkdədirlər.

• ibn Mansur'un nəqlinə görə, ibn Main, onun üçün, "İxtilat etmiş/qarışdırmışdır." demişdir.

Eyni ifadələri, "Təhzibu't-Təhzib"də (Vl, 365) görmək, mümkündür. Xüsusilə, Səhm b. Mincab ilə Qatadə'nin rəvayətlərindəki ləfz, əbu Salih'in, əbu Səid'dən mərfu olaraq nəql etdiyi bu ləfzlə təyid edildikdən sonra, bu, tərcihə daha layiqdir:

"Allaha və axirət gününə iman edən bir qadının, yanında atası və ya oğlu və ya əri və ya qardaşı ya da bir məhrəmi olmadıqca, 3 gün və daha çox səfər etməsi, halal deyildir." (Muslim, "Həcc", 423)

Bu xəbəri, mətndə zikr etdiyimiz üzərə, Muslim nəql etmişdir. Dolayısı ilə, "3 gün" ifadəsi, belə bir təyid ilə gücləndikdən sonra, Abdu'l-Məlik'in rəvayətindəki ləfzə, etibar edilməz. Eyni şəkildə, bizim məzhəbimizdə (Hənəfi məzhəbində) tərcih edilən, mətndə zikr etdiyimiz əbu Hureyrə hədisində keçən ləfzdir: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir qadının, yanında məhrəmi olmadan 3 (gün, gecə) səfərə çıxması, halal deyildir." buyurmuşdur. Çünki, xəbərin mətnində və isnadında problem meydana gəldiyində və onun tərcihə dəyər bir səviyyəyə yüksəldilməsinə ehtiyac duyulduğunda, ravilərin ləfzində və isnadında ixtilaf etmədikləri ibn Ömər hədisinə uyğun düşən ləfz, səhih və hər cür illətdən uzaq olan bu hədisə müxalif olana görə, daha tərcihə layiq olur.

Qısacası, dəlil olmağa əlverişli olan, ibn Ömər hədisidir. Əbu Hureyrə və əbu Səid hədisləri içində dəlil olması mümkün olanı, rəvayət yolları və ləfzlərilə ibn Ömər hədisinə müxalif olan deyil, uyğun olan ləfzdir. Çünki, əbu Hureyrə hədisindəki problem, daha ağırdır.

"2 gün" şəklindəki əbu Səid hədisinin rəvayətində isə, Abdu'l-Məlik, tək qalmışdır və onun haqqında, kəlam edilmişdir. Ayrıca o, bu xüsusda siqa olan ravilərə müxalifət etmişdir. Bil!

Burda, belə deyilə bilməz:

"Rəvayətləri bir-birilərilə uzlaşdırmaq mümkün olmadığı təqdirdə, tərcihə ehtiyac duyulur. Halbuki, burda, ixtilafları, 'Sualı soruşanların hallarına görə fərqli yerlərdə verilmiş cavablardır.' mənasına həml edərək, uzlaşdırmaq, mümkündür."

Belə deyilə bilməz! Çünki biz, belə deyirik:

Bu, ancaq, ixtilaf, 2 və daha çox hədisdə olduğu təqdirdə mümkündür. Buna müqabil olaraq, ixtilaf, bir ravinin rəvayətilə bir tək hədisdə olduğu təqdirdə, mümkün deyildir. Çünki, bir səhabənin yanında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, fərqli ləfzlərlə ifadə etdiyi bir elm/hədis mövcud olması və sonra onun bir dəfəsində, bir ləfzlə; başqa bir səfər də, digər ləfzlə məhdud qalması, uzaq bir ehtimaldır. Əgər bu mümkün olarsa, dünyada problemli heç bir hədis qalmaz. Digər tərəfdən, soruşmaq lazımdır:

Qadının məhrəmsiz olaraq səfərə çıxmasının nəhy edildiyi məsafənin dini cəhətdən müəyyənləşdirilməsi gərəkli olduğu halda, bu ixtilafı, sual soruşanların hallarına görə fərqli yerlərdə ifadə edilmiş olmasına bağlamaq, necə mümkün ola bilər?! O halda, belə bir məhdudiyyət olmadan, bəhsi keçən qadağadan çəkinmək imkansız olduğu üçün, bu məsafəni müəyyənləşdirmək, şərtdir!

Burda, bizə qarşı, belə bir sual ünvanlana bilər:

Mütləq rəvayət, hər cür səfəri əhatə etməkdədir. Bəhsini etdiyimiz rəvayət, ibn Abbas tərəfindən belə nəql edilmişdir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bir qadın, yanında məhrəmi olmadıqca, səfərə çıxa bilməz." buyurmuşdur.

Bunun üzərinə, bir nəfər ayağa qalxaraq: "Ey Allahın rəsulu! Mənim zövcəm, həcc etmək üçün yola çıxdı. Mən isə, filan döyüş üçün yazıldım." dedi.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Get və zövcənlə bərabər həcc et!" buyurdu. (Buxari, "Cihad və Siyər", 140; Muslim, "Həcc", 424)

"Nəylu'l-Əvtar" ilə bərabər "əl-Muntəqa"da (lV, 170) ifadə edildiyi üzərə, bu hədis, Buxari və Muslim tərəfindən nəql edilmişdir. Dolayısı ilə, bu xəbərin götürülməsi və qadına, yanında məhrəmi olmadıqca, hər hansı bir müddətlə təqyid etmədən mütləq olaraq səfərə çıxma qadağası gətirilməsi, uyğun olur. Ya da, belə deyilir: Mütləq rəvayət, ən az məhdudiyyət gətirən rəvayətlə məhduddur. Bu da, əgər səhihdirsə, 3 mildən bəhs edən rəvayətdir. Bu xəbəri, Taberani ("əl-Mu'cəmu'l-Kəbir", ll, 121), ibn Abbas'dan bu şəkildə nəql edir:

"Bir qadın, yanında əri və ya məhrəmi olmadıqca, 3 millik bir məsafəyə səfərə çıxa bilməz."

Əks təqdirdə, "bərid" rəvayəti əsas götürülür. Bunu, ibn Həcər'dən, -daha əvvəl nəql etdiyimiz üzərə- əbu Davud, əbu Hureyrə vasitəsilə rəvayət etmişdir.

Bizim, buna cavabımız belədir:

Yuxarıdakı (dəyərləndirmələrin) hamısında məşəqqətin olduğu, açıqdır. Qadına, hər cür səfərə çıxma qadağası gətirməkdəki məşəqqət, son dərəcə açıqdır. 3 millik məsafə qadağası da, belədir. Çünki qadağan olan məsafəni 3 millə məhdudlaşdırmaq, mütləq olaraq buraxmaqdan daha ağırdır. Çünki bunda, bütün ümmətə məşəqqət vardır. Halbuki, məşəqqət, dinimizdə nass ilə ortadan qaldırılmışdır.

Digər tərəfdən, 3 millik məsafəyə çıxmağa, örf və adətə görə, səfər deyilə bilməz. Çünki, böyük bir diyarda, 2 məhəllə arasındakı uzaqlıq 3 mil qədər ola bildiyi kimi; bundan daha çox da ola bilər. Bir məhəllədən digər məhəlləyə gedənə səfəri deyilə bilməyəcəyi isə, çox açıqdır. Bax, nümunə olaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in şəhəri Mədinə. Mədinənin ətrafında, Bəni Qureyza, Nadir, Quba, Avali evləri mövcud idi. Heç bir xəbərdə, müsəlman qadınların Mədinədən bu yerlərə və ya bu yerlərdən Mədinəyə məhrəmsiz olaraq gəlmələri halında bir təhlükə olduğu, sabit deyildir.

Buxari'nin "Səhih"ində, Əsma (radiyallahu anha)'nın, Zubeyr (radiyallahu anh)'ın atlarına, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in özünə ayırıb verdiyi ərazidən (dəvəyə yedirtmək üçün xurma) toxumu daşıdığı və bu yerin, onun evinə 1 fərsəxin 2/3-i qədər uzaqlıqda olduğu xəbər yer almaqdadır. (Buxari, "Nikah", 107) Şübhəsiz ki, toxumun bir yerdən toplanması, asan bir iş deyildir. Elə başa düşülür ki, bura, Mədinə'yə, 1 fərsəx uzaqlıqda idi. Zənn edirəm, "3 mil" ifadəsi, yalnışlıqla "3 gecə" yerinə yazılmışdır.

Aişə (radiyallahu anha), əbu Səid əl-Xudri'nin, "Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir qadının yanında məhrəmi olmadıqca, səfərə çıxa bilməz." buyurdu deyərək fətva verdiyini eşidincə, "Hər qadının, məhrəmi yoxdur." demişdir.

Bu xəbəri, Tahavi, "Maani'l-Asar"ında (l, 358) səhih bir isnadla rəvayət etmişdir. Aişə (radiyallahu anha), əbu Səid qadının səfərə çıxmasının mütləq olaraq qadağan olduğunu ifadə edincə, ona etiraz etmişdir. Aişə (radiyallahu anha)'nın, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hədisinə söylədiyinin həqiqi biliyinə sahib olmadıqca, etiraz etməsi düşünülə bilməz. Elə başa düşülür ki, Aişə (radiyallahu anha), onun, mütləq fətvasına etiraz etmişdir. Bu halda, mütləq qadağa gətirmədə məşəqqət və çətinlik olduğu üçün, buna görə, bəhsi keçən qadağa, müəyyən bir müddətlə qeydlidir.

"Bərid"dən bəhs edən rəvayət isə, dəlil olaraq götürülə bilməz. Çünki "bərid" kəliməsinin mənasında, bilinməzlik və qapalılıq vardır. "əl-Qamus"da, belə deyilir:

"Bərid, 2 fərsəxdir və ya 12 mildir, ya da 2 mənzil arasıdır." (Firuzabadi, "əl-Qamus", l, 172)

2 mənzil arasının nə qədər olduğu isə, son dərəcə ixtilaflıdır.

Digər tərəfdən, bu mütləqliyi, ancaq, qəti olana həml etmək, mümkündür. Çünki, üsulda, "Yəqinlik, möhtəməl ilə deyil; özü kimi yəqin ilə zail olur." şəklində, bir qayda vardır. Bəhsi keçən qadağadan əvvəl, bir qadın üçün səfərə çıxmaq, mütləq olaraq sərbəst idi. Çünki əsl olan, bir şeyin mübah olmasıdır. Səbəbinə gəlincə, hər hansı bir şeyin qadağanlığı, onun, bundan əvvəl, mübah olmasını gərəkdirir.

Bir digər dəlil isə, uca Allah'ın bu ifadəsidir:

~ قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُجْرِمِينَ

"De: 'Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur." (Nəml/69);

~ وَلَقَدْ كَرَّمْنَا بَنِىٓ ءَادَمَ وَحَمَلْنَـٰهُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ...

"Biz, Adəm oğullarını, hörmətli etdik, onları, quruda və dənizdə, minik üstündə daşıdıq." (İsra/70);

~ ...فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ ٱللَّهِ...

"...yer üzünə dağılıb Allahın lütfünü axtarın..." (Cümə/10)

Yuxarıdakı ayələrdə, xitab, kişilərə və qadınlaradır. Heç kim, bunların, qadınlara deyil; sadəcə kişilərə məxsus olduğunu söyləməmişdir. Dolayısı ilə, bu mütləq, ancaq yəqin olan bir şey ilə təqyid edilə bilər. Bu da, bizim dediyimiz şəkildə olur. Çünki, Tahavi, belə deyir:

"Bir qadının, (gecəsilə bərabər) 3 günlük bir məsafəyə məhrəmsiz olaraq səfərə çıxmasının haramlığı xüsusunda Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən nəql edilən xəbərlərin hamısında, "3 günlük müddət" cəhətində, ittifaq vardır. Bu müddətdən daha azı xüsusunda isə, ixtilaf edilmişdir. Biz, bu məsələ üzərində düşününcə, bu nəticəyə çatdıq:

3 gündən daha az müddətdən bəhs edən hədis:

~ ya 3 günlük müddətdən əvvəl ifadə edilmişdir; və ya

~ daha sonra gəlmişdir.

• Əgər daha əvvəldirsə, daha sonra söylənən 3 günlük müddət, onu nəsx etmiş olur. Əks təqdirdə, 3 günün zikr edilməsində, hər hansı bir məna qalmır.

• Əgər 3 gündən daha az müddətdən bəhs edən hədis, daha sonra varid olmuşdursa, bunun, 3 günlük müddəti nəsx etdiyi söylənə bilməz. Əksinə, bu, əlavə bir haramlıq da ifadə edər. Bəhsi keçən haramlıq (yəni, 1 və ya 2 günlük səfərin haramlığı), 3 günlük müddət və bundan də yuxarı haramlığın yanında, bundan daha az müddətin də haramlığı demək olur. Bütün hallarda, 3 gündən bəhs edən hədisə görə əməl etmək, vacib olur. Buna müxalif olan rəvayətə gəlincə, 3 gündən bəhs edən rəvayətdən əvvəl deyil; daha sonra varid olduğu təqdirdə, ona görə əmək etmək gərəkli olur.

Nəticə olaraq, hər 2 halda, 3 günlük müddətdən bəhs edən hədisə görə əməl etmək, bir hala görə vacib olan; ancaq digər hala görə vacib olmayan rəvayətdən daha əvla olur." (Tahavi, "Şərh-u Maani'l-Asar", l, 358 -müxtəsər bir şəkildə-)

Tərcih cəhətindən görüşümüz, bundan ibarətdir. Hərçənd biz, əbu Hureyrə və əbu Səid rəvayətlərində yer alan ifadələrin hamısını səhih qəbul edib, bunları cəm etmək yolunu izlədik. Halbuki, bu rəvayətlər, hədisin mudtarib olması nəticəsini doğuran fərqli miqdarları ehtiva etməkdədir. Biz, Buxari və Muslim'in, bunların hamısını səhih qəbul etməsi səbəbilə, hər hansı birini rədd etməyə cəsarət edə bilmədik. Bunları, şeyximizin ifadə etdiyi şəkildə cəm edə bilərik. (Belə ki):

3 gündən daha az müddət ilə səfərə çıxma qadağası, dini cəhətdən məqbul olan bir səfər səbəbilə deyil; əksinə, bir fitnə qorxusu səbəbilə söylənilmişdir. 3 günlük məsafəyə səfərə çıxmaq isə, belə deyildir. Çünki, belə bir qadağa, istər fitnə qorxusu ilə olsun; istərsə də olmasın, dini cəhətdən məqbul olan bir səfər səbəbilə gətirilmişdir. Bəhsi keçən qadağanın, hər hansı bir səbəblə olması, mümkün deyildir. Əks təqdirdə, uca Allahın, qadına, məhrəmsiz olaraq çıxma qadağası gətirdiyi səfəri təyin etmək, mümkün olmazdı. Bu da, bildirdiyimiz səbəblərdən ötürü, mümkün deyildir. Dini səfər, 3 günlük müddətlə təyin edilmiş olmasaydı, bunu təyin edən bir başqa nassın gəlməsi və orda, 4 və ya 5 gün kimi 3 gündən daha uzun bir məsafəyə səfərə çıxılma qadağasından bəhs edilməsi lazım gəlirdi. Belə bir nass da gəlmədiyinə görə, bu, qadın üçün, yanında məhrəmi olmadan qadağanın bəhs mövzusu olduğu dini səfərin, 3 günlük məsafə olduğuna dəlil olur. Bundan daha az bir müddətə gəlincə, belə bir qadağa, bəzi üzrlərdən dolayı gətirilmişdir. Bil! (İfadədəki bəsit dəyişikliklərlə bərabər, "əl-İhya"da bəzilərinin açıqlamalarından)

Burda, belə deyilə bilməz:

Biz, "Belə bir nass gəlmədiyinə görə" ifadəsini qəbul etmirik. Çünki biz, belə deyirik: Bəhsini etdiyimiz qadağanın, 3 deyil; ondan da çox bir məsafəyə bağlı olduğunu göstərən bir nass varid olmuşdur. Bunları, bu şəkildə zikr etmək, mümkündür:

~ əbu Bəkr b. əbi Şeybə'nin,

Abdullah b. Numeyr və əbu Sələmə ---> Ubeydullah ---> Nafi ---> ibn Ömər (radiyallahu anh)

isnadı ilə nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Bir qadın, yanında məhrəmi olmadıqca, 3 gündən daha uzaq bir məsafəyə səfərə çıxa bilməz." (Muslim, "Həcc", 413)

Bunun, Qatadə ---> Qazəa isnadı ilə, əbu Səid əl-Xudri (radiyallahu anh)'dan şahidi də vardır. Buna görə,

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Bir qadın, yanında məhrəmi olmadıqca, 3 gecədən daha çox məsafəyə səfər edə bilməz." (Muslim, "Həcc", 418)

~ əbu Səid'dən gələn başqa bir rəvayətə görə isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Bir qadın, yanında məhrəmi olmadıqca, 3 (gün)'dən daha çoxuna səfər edə bilməz." (Muslim, "Həcc", 418)

Bu son 2 rəvayəti, Muslim nəql etmişdir.

Deyirəm:

ibn əbi Şeybə, əbu Usamə, Abdullah b. Numeyr ---> Ubeydullah isnadı ilə, ibn Ömər hədisində yer alan "3 (gün)'dən daha çox" (Muslim, "Həcc", 413) rəvayətində, təfərrüd etmişdir. Məhfuz olanı isə, Yəhya əl-Qattan'ın, Ubeydullah'dan nəql etdiyi rəvayətdir. Abdullah b. Numeyr, atası Numeyr ---> Ubeydullah isnadı ilə, bu hədisi, "Bir qadın, bərabərində məhrəmi olmadıqca, 3 (günlük bir məsafəyə) səfərə çıxa bilməz." (Muslim, "Həcc", 413) şəklində nəql edərək, ona mutabaat etmişdir. Bu 2 xəbəri, Muslim rəvayət etmişdir. ibnu'l-Mübarək, Buxari'də yer alan rəvayətində, onlara mutabaat etmişdir. Ubeydullah'ın ---> Nafi ---> ibn Ömər isnadı ilə nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), yuxarıdakı ifadəni istifadə etmişdir. Əbu Usamə, Buxari'dəki rəvayətdə, eyni zamanda, Kütübü Sittə mühəddislərinə müvafiq olmuş və belə demişdir:

İshaq b. İbrahim əl-Hanzali (bu şəxs, ibn Rahuyə'dir) belə deyir:

əbu Usamə'dən, Ubeydullah ---> Nafi ---> ibn Ömər isnadı ilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Bir qadın, yanında məhrəmi olmadıqca, 3 günlük bir məsafəyə səfərə çıxa bilməz." şəklində bir rəvayət nəql etdimi?" deyə soruşdum.

İshaq'ın "Müsnəd"ində bu xəbərin sonunda, "əbu Usamə, bu rəvayəti qəbul etdi və bəli dedi." ifadəsi yer almaqdadır. "Fəthu'l-Bari"də (ll, 468) də, belə qeyd edilmişdir.

Nəticə olaraq, geriyə, ibn əbi Şeybə'nin, yuxarıdakı ləfzlə, rəvayətində təfərrüd etdiyi qalmaqdadır. Çünki, onun şeyxi, əbu Usamə və Abdullah b. Numeyr, Yəhya əl-Qattan və ibnu'l-Mübarək'in, onlardan bir başqasının rəvayətinə müvafiq olmuşdur. Muslim'də, Zuheyr b. Harb və Muhamməd b. Musənna; Buxari və Tahavi'də, Müsəddəd; əbu Davud'da, Əhməd b. Hənbəl, bunlardan bəziləridir. Bəhsi keçən bu mühəddislərin hamısı, hədisi, "sələsətə = 3", "sələsətə əyyəm = 3 gün" və ya "sələsə = 3" kəlimələrilə nəql etmişlərdir. Bunlardan heç biri, "fəvqa sələsin = 3'dən çox" şəklində bir ləfz istifadə etməmişlərdir. O halda, bu rəvayətlər, ya tərcih; və ya cəm ediləcəklərdir. Tərcih isə, ancaq, ibn əbi Şeybə'nin rəvayətində tək qaldığı hədisdə deyil; camaatın istifadə etdiyi ləfzlə məqbul olur. Xüsusilə də, Dahhak, Nafi vasitəsilə, ibn Ömər'dən, bu hədisi, mərfu olaraq nəql etmişdir:

"Allaha və axirət gününə iman edən bir qadının, yanında məhrəmi olmadıqca, 3 gecəlik bir məsafəyə səfərə çıxması, halal deyildir." (Muslim, "Həcc", 414)

Yuxarıdakı rəvayətləri, bu şəkildə cəm etmək, mümkündür:

ibn əbi Şeybə'nin nəqlində keçən ləfz, "lə tusəfiru'l-məratu sələsən əv fəvqahu = bir qadın, 3 və daha çox (məsafəyə) səfərə çıxa bilməz" şəklində, müxtəsərdir. Onun rəvayətində keçən ifadə, "sələs = 3" şəklindədir. Bunu, Muslim'in,

A'məş ---> əbu Salih ---> əbu Səid (radiyallahu anh)

isnadı ilə nəql etdiyi bu rəvayət təyid etməkdə/dəstəkləməkdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allaha və axirət gününə iman edən bir qadının yanında, atası olmadıqca, 3 gün və daha çox davam edəcək bir səfərə çıxması, halal deyildir." (Muslim, "Həcc", 423)

Bu rəvayətin, təfsir edici bir xüsusiyyəti vardır. Dolayısı ilə, ibn əbi Şeybə'nin rəvayəti, bu mənaya həml edilir. Səbəbinə gəlincə, təfsir edən ləfz, özündən daha az miqdardan bəhs edən ləfzə, hakimdir. Qatadə rəvayətindəki əbu Səid'in, "3 gün və ya 3 gündən daha çox" şəklindəki ifadəsi haqqında veriləcək hökm də, budur. "Sələs = 3" ləfzi, başqa rəvayətlərdə də yer almaqdadır. Görüşümüzü dəstəkləmək üçün, bunları tək-tək sayaq:

1. Amr b. Şuayb'ın, atası vasitəsilə Abdullah b. Amr'dan nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), yuxarıda zikr edildiyi kimi buyurmuşdur. Yəni, Yəhya əl-Qattan'ın, Ubeydullah ---> Nafi ---> ibn Ömər isnadı ilə nəql etdiyi "Bir qadın, yanında məhrəmi olmadıqca, 3 günlük bir məsafəyə səfərə çıxa bilməz." hədisi kimi bir rəvayət nəql etmişdir. Bu xəbəri, Tahavi, səhih bir isnadla (l, 357) rəvayət etmişdir.

2. Bir digər rəvayət, Daraqutni ("Sünən", ll, 223) tərəfindən,

Cabir əl-Cufi ---> əbu Mə'şər ---> Salim b. əbi Ca'd ---> əbu Usamə

isnadı ilə, mərfu olaraq belə nəql edilmişdir:

"Bir qadın, yanında əri olmadıqca, 3 günlük bir məsafəyə səfərə çıxa və həcc edə bilməz."

"Nasbu'r-Rayə"də (l, 470) də, belədir. Xəbərin isnadı, həsəndir.

3. ibn Cərir (radiyallahu anh)'ın nəqlinə görə, Ömər (radiyallahu anh): "3 gecəlik bir məsafədə, namaz qısaldılar." demişdir. "Kənzu'l-Ummal"da (lV, 239) da belədir. Bu xəbərin isnadından xəbərdar ola bilmədim. Xəbəri, yuxarıdakı xəbərləri dəstəkləməsi üçün zikr etdim. İbrahim b. Abdullah, belə deyir:

Suveyd b. Ğafələ əl-Cufi'dən eşitdim. O, belə deyirdi: "3 günlük bir məsafəyə səfərə çıxdığında, namazı qısalt."

Xəbəri, Muhamməd b. əl-Həsən, "əl-Hucəc" adlı əsərində rəvayət etmişdir. İsnadı, səhihdir. "Asaru's-Sünən"də (ll, 64) də, belədir.

Bəziləri, Suveyd b. Ğafələ'ni, səhabə arasında saymaqdadır. Onun, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər, namaz qıldığı deyilmişdir. Lakin bu, səhih deyildir. Suveyd, "ət-Təhzib" "ət-Təqrib"dən başa düşüləcəyi üzərə, tabiun alimlərinin böyüklərindəndir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sağlığında, müsəlman idi. Onun kimi birinin sözü, eynilə səhabə sözü kimi, bizim görüşümüzə görə, hüccətdir.

Bu hədis və xəbərlər, şəri səfər məsafəsinin, 3 gecəlik bir məsafə olaraq təyini xüsusunda, mütəvatirdir. Beləcə, Tahavi'nin, daha əvvəl də bildirdiyimiz üzərə:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən nəql edilən xəbərlər, səfər məsafəsi üçün, 3 günlük bir müddəti, ittifaqla bildirməkdədirlər." şəklindəki sözünün doğruluğu, ortaya çıxmış olmaqdadır.

Bil, tələsmə və şükr edənlərdən ol! Sən də, şiddətli bir yorğunluq və böyük məşəqqətlə çatdığımız bu nəticəni, hər hansı şey (problem) olmadan, götür. Bunun üçün, Allah (azzə və cəllə)'yə həmd olsun. Allahım! Başda da, axırda da, həmd, Sənədir. Bunu söyləyən, ancaq, Sənin rizasını istəməkdədir.

"əl-Hidayə"də, bu mövzu ilə bağlı olaraq, belə deyilməkdədir:

İmam əbu Hənifə'dən nəql edilən bir görüşə görə, səfər məsafəsini, "mərhələ" ilə təqdir etmək, birinciyə yaxındır. Fərsəxə isə, etibar edilməz. Məzhəb içində səhih olan görüş, budur. Mühəqqiq ibnu'l-Hümam, belə deyir:

Mərğinani'nin, "Səhih olan görüş, budur." şəklindəki ifadəsi, bu görüşdən çəkinmək üçündür: Səfər məsafəsi, mərhələlərlə təqdir edilir. Bəziləri, bunun 21 mərhələ olduğunu söyləyərkən; bəziləri, 18; bəziləri isə, 15 demişlərdir. Hər kəs, öz zənninə görə, 3 günlük bir yeriş məsafəsi təqdir etmişdir. Ancaq səhih olanı, bu məsafənin, mərhələlərlə təqdir edilməyəcəyidir. Səbəbinə gəlincə, gedilən yol, 3 gün zərfində 15 mildən daha az bir məsafə qət etməyə imkan verəcək dərəcədə çətin olarsa, səfərinin, nassa görə, namazını qısaltması lazımdır. Bu kriteriyalardan hər hansı birinə görə isə, qısalda bilməz. Dolayısı ilə, mərhələ təqdiri, nass ilə zidd düşür. Bundan dolayı, 3 günlük bir məsafə xaricindəki kriteriyalara, etibar edilməz. (ibnu'l-Hümam, "Fəthu'l-Qadir", lll, 4)

"əl-Kifayə"də, belə deyilir:

"Mərğinani'nin, "Mərhələ təqdiri, birinciyə yaxındır." ifadəsinə gəlincə, bundan məqsəd, səfər məsafəsini, 3 mərhələ ilə təqdir etmək, 3 gün ilə təqdir etməyə yaxın (bir kriteriya)'dır, deməkdir. Çünki, yerişdə adət edilən, hər gün, 1 mərhələ (dayanma yeri) qət etməkdir. Xüsusilə də, ilin əksər günlərində gedilən yol, bu qədərdir. əl-Məbsut'da da, belə qeyd edilmişdir."

"əl-Kifayə" müəllifi, belə davam edir:

Alimlərin ümumu, bu məsafəni, fərsəxlə də təqdir etmişlərdir. Bundan sonra, öz aralarında ixtilafa düşmüş; bəziləri, bunun, 11 fərsəx olduğunu söyləyərkən (daha əvvəl "Nəylu'l-Əvtar"dan, imam əbu Hənifə'nin, bəhsi keçən məsafəni, 24 fərsəx olaraq müəyyənləşdirdiyini nəql etmişdik.); bəziləri, 18; bəziləri isə, 15 fərsəx demişlərdir. Fətva, 18 fərsəx üzərinədir. Çünki bu, verilən ölçülərin ortasıdır. "əl-Muhit" adlı əsərdə (V, 20) də, belədir. "əl-Bahr" adlı əsərdə, "əl-Muctəba"dan belə bir cümlə nəql edilir: Xarəzm alimlərinin əksəriyyətinin fətvası, səfər məsafəsinin, 15 fərsəx olduğu yolundadır. (Cəlaləddin b. Şəmsəddin Xarəzmi əl-Kurlani əl-Xarəzmi əl-Hənəfi, "əl-Kifayə fi şərhi'l-Hidayə")

Deyirəm:

Bu, Buxari'nin, tə'liq olaraq nəql etdiyinə ən yaxın olan görüşdür. Bu xəbərdə, belə deyilirdi:

"ibn Ömər və ibn Abbas (radiyallahu anhuma), 4 bəridlik bir məsafəyə səfərə çıxılması halında, -ki, bu, 16 fərsəx edir- namazlarını qısaldar və oruc tutmazlardı." (Buxari, "Təqsiru'l-Salət", 4)

Ayni, "Umdətu'l-Qari"də (lll, 538), əbu Ömər'in bu ifadəsinə yer verir:

"Bu, siqa ravilər və muttəsil isnadla ibn Abbas'dan sabit olan məşhur bir rəvayətdir. Bu xəbər, ondan, bir çox rəvayət yolu ilə nəql edilmişdir."

Deyirəm:

Bu görüş, ibn Abbas'dan mərfu olaraq, bu şəkildə nəql edilmişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm): 'Ey Məkkə əhli! Məkkə'dən Usfan'a qədər 4 bəridlik bir məsafədən daha qısa səfərlərdə, namazları qısaltmayın." buyurmuşdur. (Taberani, "əl-Mu'cəmu'l-Kəbir", Xl, 96)

Bu xəbəri, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində, ibn Mücahid vasitəsilə, atası və Ata'dan nəql etmişdir. Heysəmi, "Mən, onu tanımıram. Xəbərin qalan raviləri, siqadırlar." demişdir. (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 205)

Deyirəm:

Bu xəbəri, Daraqutni'nin də ("Sünən", l, 148),

İsmayıl b. Ayyəş ---> Abdu'l-Vəhhab b. Mücahid ---> atası ---> Ata b. əbi Rabah ---> ibn Abbas

isnadı ilə mərfu olaraq nəql etmişdir.

~ Abdu'l-Vəhhab haqqında, hafiz ibn Həcər, "ət-Təqrib"də (s. 134), "Abdu'l-Vəhhab, mətrukdur. Sevri, onu, yalançılıqla ittiham etmişdir. Özü, 7-ci təbəqədəndir." demişdir.

~ İsmayıl b. Ayyəş'in Hicazlılardan nəql etdiyi rəvayət, -daha əvvəl dəfələrlə keçdiyi üzərə- mühəddislərin ümumu tərəfindən, zəif qəbul edilmişdir.

Nəticə olaraq, bu mərfu rəvayət, zəifdir. Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 427), onun zəif olduğunu demişdir. Bu xəbərin, ibn Məsud'un sözü olaraq səhih bir şəkildə nəql edildiyini, biz də qəbul etməkdəyik. "Təlxisu'l-Habir"də (l, 129), belə deyilir:

İmam Şafi'nin,

Süfyan ---> Amr ---> Ata

isnadı ilə nəqlinə görə, ibn Abbas'dan: "Ərəfata qədər gedən bir kimsə, namazı qısaldarmı?" deyə soruşuldu. O: "Xeyr! Lakin, Usfan, Ciddə və Taif'ə səfər edəcək kimsələr qısalda bilərlər." dedi.

Bu xəbərin isnadı, səhihdir.

İmam Malik'in "əl-Muvatta"sında, bəlağ siğası ilə nəqlinə görə:

"Abdullah b. Abbas, Məkkə ilə Taif; Məkkə ilə Usfan; və Məkkə ilə Ciddə arası qədər bir məsafəyə səfər etdiyində, namazını qısaldardı."

Yəhya'nın ifadəsinə görə, imam Malik: "Bu məsafə, 4 bəridlik bir məsafədir." demişdir. ("əl-Muvatta", "Qasru's-Salət", 15)

Deyirəm:

Verilən bu (dəyərlərin) hamısına, bunların, orta yerişlə 3 günlük bir məsafəyə yaxın olduğu şəklindəki cavabımız, daha əvvəl keçmişdi.

Nəticə olaraq, bu xəbərlər səbəbilə, ibn Ömər'dən bir qadının məhrəmsiz olaraq 3 günlük məsafəyə səfərə çıxmaq qadağası gətirən mərfu hədis rədd edilə bilməyəcəyi kimi; onun, "Mədinə'dən əs-Suveydə'yə qədər ediləcək bir səfər səbəbilə namaz qısaldılar. Bu, orta hesabla, 3 gecəlik bir məsafədir." şəklindəki sözü də, rədd edilə bilməz. Verilən bu (dəyər), namazın qısa qılınmağa başlanacağı məsafənin təyinidir. Eyni şəkildə, Buxari'nin, ibn Ömər və ibn Abbas'dan; başqalarının, ibn Abbas'dan nəql etdikləri rəvayətdə bəhsi edilən bu (dəyər, rəqəm), təxmini olub, bunlar arasında, hər hansı bir ziddiyyət yoxdur. Lakin, 3 günlük bir məsafəni, sıravi sadə insanlar təyin edib, tam olaraq məhdudlaşdıra bilməyəcəkləri; əksinə, hər kəs, fərqli bir təxminə gedəcəkləri üçün, alimlər, bunu, "fərsəx" ilə ifadə etmişlərdir. Fətva, -daha əvvəl keçdiyi üzərə- 15 fərsəx şəklindədir. Bu da, 4 bərid və ya bu qədər məsafədir. Bəhsi keçən təyin, ibn Abbas və başqalarından nəql edilmişdir. Bu ölçü, zəif olmaqla bərabər, mərfu olaraq da varid olmuşdur. İmam Malik, bu ölçünü tərcih etmiş; məzhəbimizin mutəaxxir alimləri, xalqa asanlıq olsun deyə, bu yöndə fətva vermişlərdir. Çünki, 4 bərid, təxmini olaraq 3 günlük bir məsafə qədərdir. Fəqihlərin bu felləri, "Sular babı"nda etdiklərilə, eynidir. Çünki, orda da, ölçüsü 10×10 arşın olan bir hovuzdakı suyu, çox su olaraq dəyərləndirmişlərdir. Bil!

Abdu'r-Razzəq'in, səhih bir isnadla ibn Abbas'dan nəql etdiyi bu rəvayətə baxaq:

~ "1 tam günlük məsafəyə getmədikcə, namazları qısaltmayın. 1 gündən daha az bir məsafədə, namazları qısaltmayın." ("əl-Musannəf", ll, 524)

ibn əbi Şeybə'nin, səhih olan başqa bir yoldan nəqlinə görə, yenə ibn Abbas:

~ "1 gün və gecəlik məsafədə, namaz qısaldılar." demişdir. ("əl-Musannəf", ll, 200)

Bu 2 xəbər ilə, bundan əvvəlki rəvayətləri, "4 bəridlik bir məsafəni, 1 gün və 1 gecədə qət etmək mümkündür." şəklində cəm etmək, mümkündür. Necə ki, hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 467), eyni şeyləri söyləməkdədir.

Ayni, "Umdətu'l-Qari"də (lll, 539), belə deyir:

"əl-Hidayə'də zikr edilən görüş, Osman, ibn Məsud və Suveyd b. Ğafələ'nin görüşüdür. 'ət-Təmhid'də, belə deyilir: Huzeyfə b. əl-Yəman, əbu Qilabə, Şərik b. Abdullah, ibn Cubeyr, ibn Sirin, Şa'bi, İbrahim ən-Nəxai, Sevri, əl-Həsən b. Hayy da, bu yöndə görüş bildirmişlərdir."

"Muxtasaru'l-Muzəni"də, imam Şafi'nin bu ictihadına yer verilir:

Bir kişi, haşimi mili ilə, 46 mil məsafəyə çıxdığında, namazı qısalda bilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir neçə millik məsafəyə səfərə çıxdığında, namazı qısaltmışdır. ibn Abbas da, "Ciddə, Taif və Usfana qədər səfərə çıxdığımda, namazı qısaldaram." demişdir.

Şafi, belə deyir:

Bu yerlərdən Məkkə'yə ən yaxın olan məsafə, haşimi mili ilə 46 mildir.

Şafi, belə yekunlaşdırır:

Mənə gəlincə, mən, özüm üçün, ehtiyat gərəyi, 3 günlük məsafədən daha az müddət üçün, namazı qısaltmıram. (Muzəni, "əl-Muxtasar", l, 121)

Şafi, "əl-Umm" adlı əsərində (l, 162), belə deyir:

"Bizə, 2 gündən daha az bir məsafədə namazın qısaldılacağına dair bir xəbər çatmamışdır. Ancaq bizim, özlərindən hədis əzbərlədiyimiz alimlərin ümumu, bundan daha az məsafədə namazın qısaldılmayacağı xüsusunda ixtilaf etməmişlərdir. Mənə görə, bir kimsə, orta yerişlə 2 gecəlik bir məsafəyə səfərə çıxdığında, namazı qısalda bilər. Bu, 46 haşimi mili deməkdir. Bundan daha az məsafəyə səfərə çıxdığında isə, namazı qısalda bilməz. Mənə gəlincə, mən, ehtiyat üçün, 3 günlük məsafədən daha qısa bir məsafədə, namazı qısaltmıram."

Bu açıqlamalar, Hənəfilərin, səfərilik xüsusundakı görüşlərinin güclü olduğuna; və ehtiyatın, onların qənaəti yönündə olduğuna bir dəlildir. Allah, ən doğru biləndir.

(Təhanəvi, "İ'lau's-Sünən")

---------------------------

---------------------------

Əlavələr:

1 günlük yeriş, 6 saat qəbul edilməkdədir. Piyada yerişi ilə, orta hesabla, 1 saatda 5 km yol gedildiyi nəzərə alınsa, bu halda, 3 günlük məsafə:

~ zaman olaraq, 6×3=18 saat;

~ uzunluq olaraq da:

• 1 gündə 5×6=30;

• 3 gündə 30×3=90 km olur.

Bu hal, quru yollarda belədir.

Dəniz səfərində isə, mötədil əsən bir küləklə, 3 gündə qət edilən yol, 90 mil olaraq hesablanmışdır.

Bu müddətdən daha az olan səfərlər, səfər hökmünə girməz. Hər nə qədər, bu gün, səfər vasitələri dəyişmişdirsə də, əsl olan, bu ölçülərə riayət etməkdir. Çünki, nəqliyyat vasitələrinin şəkil və sürətləri, davamlı fərqlilik ərz etməkdədir. Hər fərqlilik üçün, bir üsul qoyula bilməz. Bunlar, keçici hallardır. Onun üçün, əsl olan, təbii səfər vasitələrinə etibar etməkdir.

 

 

 

 

 

 

 

Read 21 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR