"Şəfaət edin. Əcr alacaqsınız." hədisini izah edərsinizmi?

 

6027- Peyğəmbər (sallallahu aleyhi və səlləm), oturmaqda ikən, bir adam gəlib diləndi və yaxud bir ehtiyacının qarşılanmasını istədi. Allah rəsulu üzünü bizə tərəf çevirərək:

"Şəfaət edin. Əcr alacaqsınız. Allah da, peyğəmbərinin dili ilə dilədiyi hökmü verib yerinə gətirsin." buyurdu.

-----------------------

Hədisdən çıxan nəticələr:

1. Hədisdə felən yaxud hər bir yolla səbəb təşkil etmək surətilə, xeyir işləməyə təşviq vardır.

2. Zəif birinin çətinliyinin ortadan qaldırılması ya da ona kömək edilməsi üçün böyük kimsənin nəzdində şəfaət etmək, təşviq edilməkdədir. Çünki hər kəs, məqam və rütbəcə başda olan kimsələrin yaxınına düşməyə bilər və ya onun yanına getməyə imkanı olmaya bilər yaxud gərəkdiyi kimi halını bilməsi üçün ona nə istədiyini açıqlamaqda çətinlik çəkə bilər. Yoxsa Peyğəmbər (sallallahu aleyhi və səlləm), kimsədən ayrı və uzaq durmazdı.

3. Qadı İyad deyir:

Haqlarında şəfaət etməyin müstəhəb olduğu şeylər arasında -hədlər xaricində- müstəsna heç bir şey yoxdur. Hədlərin xaricində olan şeylər üçün şəfaət, caizdir. Xüsusilə də, bilməyərək bir xəta işləyən yaxud da halı digər insanlara gizli və iffət sahibi kimsələrdən isə, bu, belədir.

4. Qadı İyad, yenə belə deyir:

Fəsadları üzərə israr edib batillərində məşhur olan kimsələr haqqında isə -bu etdiklərindən dönmələri üçün- onlar haqqında şəfaət edilməz.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 78-ci bölmə: "Ədəb", 36-cı bab: "Möminlərin bir birilərilə yardımlaşmaları" babı)

Read 3 times
In order to make a comment, please login or register