Səhabələrə yetişmək niyə mümkün deyildir?

Səhabələrə yetişmək, niyə mümkün deyildir?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"(Ey möminlər!) Mənim səhabələrimə söyməyin. Çünki (onların şərəf və fəziləti, çox yüksəkdir) nəfsim əlində olan Allaha and olsun ki, sizdən biri Uhud (dağı) qədər qızıl sədəqə versə, bu (böyük sədəqənin savabı), səhabələrimdən birinin 2 ovuc (xurma) sədəqə(sinin savabı)'na çata bilməz. Hətta bunun yarısına belə."

Not: İsnadı, səhihdir.

-----------------------------

İzahı:

Hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xitab etdiyi şəxslərin kimlər olduğu xüsusunda, fərqli izahlar vardır. 

İmam Sindi (əl-Hənəfi), hədisin şərhində, bu görüşləri belə sıralayır:

Bəzi alimlərə görə:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in burdakı muxatabları, bəzi səhabələrdir. Çünki rəvayət edildiyinə görə, Xalid b. Vəlid, Abdu'r-Rahmən b. Avf'ı səbb etmişdi (söymüşdü). Allah, hər ikisindən razı olsun. Bu məsələ üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu hədisi buyurdu.

Bu izah şəklinə görə, mətndəki "Mənim əshabım"dan murad: muxatab tutulan səhabələrdən əvvəl İslama girən səhabələrdir.

*************************

Bəzi alimlərə görə:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xitabı, səhabə olmayan müsəlmanlara aiddir. Buna görə, gələcəkdəki müsəlmanlar, Allah rəsulunun sağlığında hazır fərz edilərək xitab edilmiş olur.

******************************

Bəziləri də:

Xitab, Peyğəmbər dövründə yaşayan və səhabəlik şərəfinə qovuşmamış olan avam təbəqəsinə aiddir. Nassın dəlaləti ilə, gələcəkdəki müsəlmanlar da, xitabın hökmünə tabe olurlar, demişlərdir.

********************************

Nəvəvi, "əl-Minhac"da (Muslim şərhində), "Kitabu'l-Fədail" (Səhabələrin fəzilətlərinə dair kitab)'ın 54-cü babında, fərqli sənədlərlə rəvayət edilən bu hədisin izahı münasibətilə belə deyir:

"...Səhabələr dövründə meydana gələn kədər verici hadisələrə adı qarışmış olan səhabələr daxil, onlardan hər hansı birinin əleyhində olub onu səbb etmək (söymək), çirkin haramlardandır. Hadisələrə qatılan hər bir səhabə, müctəhid idi.

Qadı İyad deyir:

Hər hansı bir səhabəni səbb etmək, böyük günahlardandır. Cumhurun və Şafi məzhəbinin görüşünə görə, bunu edənlər, təzir cəzası ilə cəzalandırılar. Lakin öldürülməz. Bəzi Maliki alimlərinə görə isə, qətl edilər."

Nəvəvi, daha sonra, səhabələrin verdikləri sədəqənin savabının çox üstün olduğunun səbəbini isə, belə izah edir:

"Səhabələr, çətinlik, zərurət, sıxıntı və imkansızlıqlar içində nəfəqə vermişdilər. Başqalarının sədəqə verməsi isə, belə bir mühitdə deyildir.

Digər tərəfdən, səhabələrin verdiyi sədəqələr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə kömək etmək və Onun dəstəklənməsi və himayəsi uğrunda verilmişdi. Allah rəsulunun vəfatından sonra belə bir fürsət, kimsənin əlinə keçə bilməz. Səhabələrin malla etdikləri ibadət belə olduğu kimi, onların cihad və s. ibadətləri də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bərabərliyində və eyni şərtlər altında cərəyan etmişdi.

Bununla bərabər, şəfqət, sevgi, hörmət, təvazö, təqva, yardımlaşma və bənzəri məziyyətlər sahəsində, heç kimin çata bilməyəcəyi uca mərtəbələrə qovuşmuşdular. Hələ qısa belə olsa,  Allah rəsulunun söhbətilə şərflənməyə, heç bir əməl bərabər ola bilməz."

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə, "Bədr əhlinin fəziləti babı", hədis no: 161)

------------------------------------------------

Ustad Bədiü'z-zaman Said Nursi'nin izahı:

• Fazilet-i a'mâl (əməllərin fəziləti); ve 
• Sevab-ı ef'âl (əməllərin savabı); ve 
• Fazilet-i uhreviye (axirətə aid fəzilət) cihetinde 

sahâbelere yetişilmez. 

Çünkü:

1. Nasıl bir asker bazı şerâit (şərtlər) dahilinde, mühim ve mahuf (qorxulan, təhlükəli) bir mevkide, bir saat nöbette bir sene ibadet kadar bir fazilet kazanabilir; ve bir dakikada bir kurşunu yemekle, en ekall (az) kırk günde ancak kazanılacak velâyet derecesi gibi bir makama çıkıyor. 

Öyle de, Sahâbelerin:

• tesis-i İslâmiyette (İslamım təsisində); ve 

• neşr-i ahkâm-ı Kur'âniyede (Quranın hökmlərini nəşr etmədə, yaymaqdakı) hizmetleri; ve

• İslâmiyet için bütün dünyaya ilân-ı harp (müharibə elan) etmeleri,

o kadar yüksektir ki, bir dakikasına, başkaları bir senede yetişemez. 

Hattâ, denilebilir ki, bütün dakikaları, o hizmet-i kudsiyede (müqəddəs xidmətdə), o şehid olan neferin (sıravi bir əsgərin) dakikası gibidir. Bütün saatleri, müthiş bir makamda bir saat nöbet tutan fedakâr bir neferin nöbeti gibidir ki, amel az, ücreti çok, kıymeti yüksektir.

Evet, Sahâbeler, madem İslâmiyetin tesisinde ve envâr-ı Kur'âniyenin neşrinde (Quran nurlarının nəşrində, yayılmasında), saff-ı evvel (ilk səfi) teşkil ediyorlar. "Es-sebebü ke'l-fâil" / Səbəb olan, etmiş kimidir." sırrınca, bütün ümmetin hasenâtından (həsənatlarından) onlara hisse çıkar. Ümmetin

---اَللّٰهُمَّ صَلِّ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ وَعَلٰۤى اٰلِهِ وَاَصْحَابِهِ---"

"Allahım, Seyyidimiz Muhammədə və ailəsinə və əshabına salat/rəhmət et."

demesiyle, Sahâbelerin, bütün ümmetinin hasenâtından (həsənatından) hissedarlıklarını gösteriyor.

2. Hem, nasıl ki, bir ağacın kökündeki küçük bir meziyet, ağacın dallarında (budaqlarında) büyük bir suret alır, büyük bir daldan (budaqdan) daha büyüktür. 

3. Hem nasıl ki, mebdede (kökdə, başlanğıcda) küçük bir irtifa (yüksəlmə), gittikçe bir yekûn teşkil eder. 

4. Hem nasıl ki, nokta-i merkeziyeye (mərkəzi nöqtəyə) yakın bir iğne ucu kadar bir ziyadelik, daire-i muhitada (geniş dairədə) bazan bir metre kadar ziyadeye mukabil geliyor.

Aynen şu dört misal gibi, Sahâbeler:

1. İslâmiyetin şecere-i nuraniyesinin (nurani ağacının) köklerinden, esaslarından oldukları;

2. Hem bina-yı İslâmiyetin hutut-u nuraniyesinin mebdeinde (nurani xətlərinin başlanğıcında);

3. Hem cemaat-i İslâmiyenin (İslam camaatlarının) imamlarından ve adedlerinin evvellerinde;

4. Hem şems-i nübüvvet (Nübüvvət günəşinin, yəni Peyğəmbərimizin) ve sirâc-ı hakikatin (həqiqət lampasının, yəni Peyğəmbərimizin) merkezine yakın olduklarından, 

az amelleri çoktur, küçük hizmetleri büyüktür. Onlara yetişmek için, hakikî Sahâbe olmak lâzım geliyor.

﴾ اَللّٰهُمَّ صَلِّ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ الَّذِى قَالَ: ﴿ اَصْحَابىِ كَالنُّجُومِ بِأَيِّهِمْ اِقْتَدَيْتُمْ اِهْتَدَيْتُمْوَ ﴿ خَيْرُ الْقُرُونِ قَرْنِى ﴾ وَعَلٰۤى اٰلِهِ وَصَحْبِهِ وَسَلِّمْ

"Allahım! Əshabım, ulduzlar kimidir. Hansına tabe olsanız, doğru yolu taparsınız.";

və 

"Əsrlərin ən xeyirlisi, Mənim əsrimdir."

buyuran Peyğəmbərimizə, əhlinə və əshabına, salat və salam et.

(Said Nursi, Sözlər, 27-ci Söz'ün zeyli: "Səhabələr haqqındadır", s. 479-480)

------------------------

Yəni:

Əməllərin fəziləti, savabı və axirətə aid fəzilət yönündən, səhabələrə yetişmək mümkün deyildir. Çünki:

1. Necə ki, bir əsgər, bəzi şərtlər altında, mühim və təhlükəli bir mövqedə, bir saat növbətçilik etməklə, 1 il ibadət etmiş qədər fəzilət qazana bilər; və 1 güllə yeməklə, ən az 40 gündə ancaq əldə edilə biləcək vəlilik dərəcəsinə çıxar. 

Eynilə bunun kimi, səhabələrin:

• İslam əsaslarının yerləşdirilməsindəki və Quran hökmlərinin təbliğindəki xidmətləri; və 

• İslam üçün bütün dünyaya müharibə elan etmələri, 

o qədər yüksək (qiymətdə)dir ki, 1 dəqiqəsinə, başqaları 1 ildə çata bilməz. Hətta deyilə bilər ki, onların həyatlarının hər bir dəqiqəsi, müqəddəs bir xidmətdə şəhid olan əsgərin şəhadət dəqiqəsi kimidir. Onların hər saatları, həyati əhəmiyyət daşıyan bir mövqedə 1 saat növbətdə duran fədakar bir əsgərin növbəti kimidir ki, əməl az, qarşılığı çox, qiyməti yüksəkdir.

Bəli, madam ki, səhabələr, İslam əsaslarının yerləşdirilməsində və Quran nurlarının yayılmasında ilk səfi təşkil edirlər. "Səbəb olan, etmiş kimidir." hökmü gərəyincə, Müsəlmanların işlədiyi bütün savablarda, Səhabələrin bunlardan hissələri vardır. Ümmətin, 

"Allahım, Seyyidimiz Muhammədə, ailəsinə və səhabələrinə salat/rəhmət et." 

deməsi, səhabələrin, bütün Müsəlmanların savablarından hissə aldıqlarını göstərir.

-----------------------------------------------

2. Həm necə ki:

Bir ağacın kökündəki kiçik bir məziyyət, budaqlarda böyük nəticələr verir; (ki, bu kiçik məziyyət), böyük budaqdan daha böyükdür...

(Ustad Nursi'nin verdiyi təşbihin mənası, budur:

Məsələn, necə ki, beyindəki kiçik bir nöqtə, kiçik bir sahə, bədənin bütünündə necə böyük vəzifələr görür; dırnaq qədər olan bu ət parçası, yəni yaddaş, insanın bütün ömründə işlədiyi əməlləri, bütün təfsilatı ilə özündə yazırsa; eyni şəkildə, ağacın beyni məsabəsində olan kökdə də, kiçik bir genetik məziyyət, xüsusiyyət, ağacın böyük gövdəsində, böyük işlərə mərci və qaynaq olur. Ağacın ən böyük budağı, kökdə kiçik bir damarla ayaqda durur. O damar zədələnsə, ağacın o budağı quruyur.

Ustad Nursi (rahmətullahi aleyh), səhabələri də, eynilə ağacın köklərinə bənzətməkdədir.

İslamı bir ağac kimi düşünəcək olsaq, bu ağacın kökü, səhabələrdir. Səhabələrin əməlləri, ağacın kökündəki incə damarlara bənzədilir. Bu damarlar, zahirən kiçik və az kimi görünsələr də, həqiqətdə və keyfiyyətdə, ağacın gövdəsindən daha böyük, daha təsirli bir mövqedədirlər. Bu səbəblə, səhabənin az əməli, kökün incə damarı kimi, böyük bir gövdəyə, budağa, yəni ümmətin çoxlu əməllərinə müqabil gəlir.)

-------------------------------------

3. Həm necə ki:

Başlanğıcdakı kiçik bir yüksəliş, getdikcə böyük bir yekun təşkil edir...

(Təşbihin mənası, budur:

Yəni, necə ki, suya bir daş atıldığında, daşın çıxardığı ilk xalqa, kəmiyyət cəhətindən çox kiçik görsənir; ancaq böyüyərək gedən zəncirləmə xalqalar, bu ilk xalqanın keyfiyyətilə meydana gəlirlər, mərkəzdəki kiçik bir qüvvət, azacıq bir toxunuş, böyüyərək genişləyən xalqaların özü, əsası olursa; eynilə bunun kimi, əshab, mərkəzdəki kiçik xalqadır; böyüyərək genişləyən İslam aləmi isə, bu kiçik xalqanın itələyən gücü ilə böyüyən böyük xalqalardır.)

------------------------------------

4. Həm necə ki:

Mərkəzə yaxın iynə ucu qədər bir artıqlıq, geniş dairədə bəzən bir metrə qədər artıqlığa müqabil ola bilir. (Yazının sonunda yer alan şəklə bax.)

Eynilə bu 4 misal kimi, səhabələr:

1. İslamın nurani ağacının köklərindən, əsaslarından olduqları; həm

2. İslam binasının nurlu təməlində yer aldıqları; həm

3. İslam camaatlarının imamlarından, müsəlmanların ilklərindən olduqları; həm

4. Peyğəmbərlik günəşinin, həqiqət işığının mərkəzinə (yəni Peyğəmbərə) daha yaxın olduqları 

üçün, onların az əməlləri belə çoxdur; kiçik xidmətləri belə böyükdür. Onlara çata bilmək üçün, həqiqətən də səhabə olmaq lazım gəlir.

"Allahım! Əshabım, ulduzlar kimidir. Hansına tabe olsanız, doğru yolu taparsınız.";

və 

"Əsrlərin ən xeyirlisi, Mənim əsrimdir."

buyuran Peyğəmbərimizə, əhlinə və əshabına, salat və salam et.

Read 21 times
In order to make a comment, please login or register