'Səhabələrim, ulduzlar kimidir. Hansına tabe olsanız, hidayət taparsınız.' hədisinin sənədi haqqında məlumat verərsinizmi?

'Səhabələrim, ulduzlar kimidir. Hansına tabe olsanız, hidayət taparsınız.'

Bu hədis, bir çox zəif yoldan rəvayət edilmişdir. Bəhs mövzusu rəvayət yollarından heç biri, səhih deyildir. Hədisin taxrici və haqqında deyilənlər üçün, bax: "Haşiyət-u Fəthi Babi'l-İnayə", l, 13-14.

• İbnu'l-Mulaqqin, "əl-Bədru'l-Munir"də (lX, 585 və davamı); və

• İbn Həcər, "əl-Təlhisu'l-Xabir"də (lV, 350-351), bu hədisin rəvayət yollarını zikr etmiş və zəif tərəflərini bir-bir sıralamışdır.

• Əl-Beyhaqi, "əl-İtiqad və'l-Hidayə"də (s. 437 və davamı), bu rəvayətin mənasının, əbu Musa əl-Əşari (radiyallahu anh) tərəfindən rəvayət edilən:

"Ulduzlar, səmanın əmin-amanlığıdır, ulduzlar getdiyi (yəni qiyamət qopub söndükləri) zaman, göy əhlinə vəd edilən şey gələr.

Mən, əshabım üçün, əmin-amanlığam. Mən gedincə, əshabıma vəd olunan şey gələr.

Əshabım da, ümmətimin əmin-amanlığıdır. Onlar gedincə də, ümmətimə vəd olunan gələr." (Muslim, "Fədailu's-Sahabə", 207)

hədisi tərəfindən, qismən də olsa, təyid edildiyini (dəstəkləndiyini, qüvvətləndiyini) bildirmişdir.

İbn Həcər, onun bu təsbitini qismən dəstəkləyir və belə deyir:

"Əl-Beyhaqi, doğru söyləmişdir. Bu hədis, xüsusi olaraq, Səhabənin ulduzlara bənzədilməsinin doğru olduğunu göstərməkdədir. Ancaq əbu Musa (radiyallahu anh) hədisi, Səhabələrə tabe olmaq xüsusunda, açıq bir təyid ehtiva etməkdədir."

İbn Həcərin, "əl-Əmali'l-Mutlaqa"dakı (s. 60-61) görüşü, daha açıqdır. Orda:

"Səhabələrimin ümmətim içindəki misalı, ulduzlar kimidir. Hansına tabe olsanız, hidayət taparsınız."

hədisini zikr etdikdən sonra, belə deyir:

"Bu hədisi, Daraqutni, 'Kitabu'l-Fədail'da, Abdullah b. Kamilin, Abdullah b. Ravh'dan rəvayəti olaraq nəql etmişdir..."

İbn Abdi'l-Bərr də bu rəvayəti, Daraqutni'nin sənədilə taxric etmiş və:

"Bu rəvayət, dəlil olaraq istifadə edilə bilməz. Çünki (sənədindəki) əl-Haris b. Ğusayn, məchul bir ravidir."

demişdir. (bax: ibn Abdi'l-Bərr, "Camiu'l-Bəyani'l-İlm və Fadlih", ll, 925)

"Mən isə deyirəm ki:

İbn Hibban, bu şəxsi, "əs-Siqat"da, zikr etmiş ("əs-Siqat", Vlll, 181) və Hüseyn b. Əli əl-Cu'fi, ondan rəvayətlər nəql etmişdir.

Bu halda, bu şəxsdən (biri Hüseyn b. Əli əl-Cu'fi, digəri də ibn Abdi'l-Bərr'in zikr etdiyi sənəddə yer alan Səllam b. Süleyman olmaq üzərə) 2 nəfər rəvayət etməkdədir. Dolayısı ilə, belə bir ravi haqqında, "məchuldur" deyilməz.

(Əl-Haris b. Ğusayn'dan rəvayət edənlər, sadəcə ibn Həcərin zikr etdiyi 2 nəfər deyildir. Daraqutni, "əl-Mu'təlif və'l-Muxtəlif"də (lV, 1778), bu şəxsdən, Səllam b. Süleyman, Yəhya b. Ya'la əl-Əsləmi və daha başqalarının rəvayət etdiyini söyləyir. Bu halda, bu şəxsdən, adları tasrih edilmiş (açıqlanmış) olaraq rəvayət edənlərin sayı, ən az 3 olmaqdadır...)

"Bəli, bu rəvayəti ondan nəql edən Səllam b. Hüseyn haqqında,

• əbu Xatim: "Qüvvətli deyildir.";

• ibn Adiyy və Uqayli: "Munkəru'l-hədisdir." demişlərdir. Ancaq:

• Nəsai "əl-Kuna"da (bax: Mizzi, "Təhzibu'l-Kəməl", Xll, 287), bəzi şeyxlərindən, onun siqa olduğunu söylədiklərini nəql etmişdir."

İbn Həcər bu əsərində belə deyərkən, "Muvafaqatu'l-Xubri'l-Xabər"də (l, 146), əl-Haris b. Ğusayn haqqındakı cəhalət iddiasına əhəmiyyət verməyib bu rəvayətin əsas zəifliyinin, Səllam b. Süleyman olduğunu söyləməsi, təəccüb vericidir. Oysa, ibn Adiyy, onun bütün hədislərinin gözəl/həsən olduğunu, ancaq özünə mütabaat edən (tabe olan) kimsə mövcud olmadığını söyləmişdir. (bax: "əl-Kamil", lV, 328).

Oysa, əl-Haris b. Ğusayn'dan rəvayətdə, özünə ən azı 2 nəfərin mütabaat etdiyini, yuxarıda gördük.

Digər tərəfdən, ət-Tibi, "əl-Kaşif ən Haqaiqi's-Sünən"də (ll, 674-675), əs-Sağani'nin, bu rəvayətin həsən olduğunu söylədiyini nəql edir.

Burda icmal olaraq zikr etdiyimiz xüsuslar, bir bütün olaraq göz önünə alındığında, bu rəvayətin, ən azından "həsən li-ğayrihi" mərtəbəsində olduğunu söyləmək, -Allahu alim- yalnış olmaz.

Read 6 times
In order to make a comment, please login or register