Səhabələrin məzhəbi vardımı?
İmam əl-Buxarinin şeyxi, həmçinin iləlu'l-hədis elminin sultanı İmam əl-Mədini (v.h.161-234) deyir:
"Allah rəsulunun (salləllahu aleyhi və səlləm) səhabələri arasında üç səhabədən başqa onların məzhəbi ilə gedilən, onların verdiyi fətvalarla fətva verilən və yolu izlənilən digər səhabələr olmayıb. Bunlar:
-Abdullah ibn Məsud,
-Zeyd ibn Sabit və
-Abdullah ibn Abbasdır.
Abdullah ibn Məsudun əshabı, hansılar ki, onun verdiyi fətva ilə fətva verirdilər və onun oxuduğu kimi Quran oxuyurdular, bunlar - Alqamə ibn Qeys, əl-Əsvad ibn Yezid, Məsruk, Abida əs-Salmani, əl-Həris ibn Qeys və Amr ibn Şurahbil.
Abdullah ibn Məsudun əshabından olan bu altı nəfərin əshabı isə, hansılar ki, onların sözləri ilə danışardılar və fətvaları ilə fətva verərdilər, bunlar - İbrahim ən-Nəxai və Amir (ibn Şərahil əş-Şabi) -əl Həris ibn Qeys- istisna olmaqla digərlərindən öyrənərdilər.
Həmçinin Kufədə onların fətvaları ilə fətva verən və onların məzhəbinə tabe olan kəslərdən ən elmliləri - əl-A'maş və Əbu İshaq (əs-Sabi'i) idi. Sonra isə Sufyan əs-Sevri onların məzhəbinə tabe idi və onların fətvaları ilə fətva verərdi. Sufyandan sonra - Yəhya ibn Sa'id əl-Qattan idi. O, Sufyanın və Abdullah (ibn Məsud)-un məzhəbi ilə gedərdi.
ibn Abbasın əshabı isə, hansılar ki, onun məzhəbinə tabe idilər və onun yolu ilə gedirdilər, bunlar - 'Ata, Tavus, Mucahid, Cabir ibn Zeyd, 'İkrimə, Sa'id ibn Cubeyr idi. Bunların arasında, ən elmlisi ibn Cubeyr idi və o, İbn Abbasa daha dəqiq isabət edirdi. Və onlardan daha elmlisi isə Amr ibn Dinar idi. O, İbn Abbası və onun əshabını sevərdi.
ibn Cureyc və Sufyan ibn Ueynə isə, ibn Məsudun və onun əshabını və onların üsulunu sevərdilər.
Zeyd ibn Sabitin əshabı isə, hansılar ki, ondan elm öyrənmişdilər və onun fətvaları ilə fətva verirdilər, bəziləri onunla qarşılaşmışdır, bəziləri isə yox, bunların sayı on ikidir: Sa'id ibn əl-Museyib, 'Urva ibn əz-Zubeyr, Qəbisa ibn Zuayb, Xaricə ibn Zeyd, Suleyman ibn Yasar, Aban ibn Osman, 'Ubeydullah ibn Abdullah, əl-Qasım ibn Muhəmməd, Səlim ibn Abdullah, Əbubəkr ibn Abdurrahmən, Əbu Sələmə ibn Abdurrahmən, Əbu Talha ibn Abdullah ibn 'Auf, Nafi ibn Cubeyr ibn Mutim.
Sonra Mədinədə onlar(ın məzhəbi) barədə İbn Şihab, Yəhya ibn Sa'id, Əbu əz-Zinəd və Bukeyr ibn Abdullah ibn əl-Aşac-dan daha elmlisi olmayıb.
Sonra Mədinədə onlar barədə, onların məzhəbi barədə Malik ibn Ənəsdən daha elmlisi olmayıb.
Malikdən sonra Abdurrahmən ibn Mehdi onların məzhəbi ilə getmişdir və onların yolunu izləmişdir.
əl-Mədini "əl-İləl, səh. 43"
- İbn Məsud Fələq Və Nas Surələrini İnkar Edibmi?
- Hənəfi məzhəbi və hədis
- Murciə
- Evlənmək vacibdirmi?-2
- Ömər Əlinin qızı yoxsa əbu Bəkrin qızı ümmü Gülsüm ilə evlənib?
- Şiə Məzhəbinin Təkamülü.
- Peyğəmbər, Əli Məndən sonra bütün möminlərin vəlisidir deyibmi?
- Əbu Hənifə və hənəfi fiqhinin üstünlüklərinə dair görüşlər nəql edə bilərsinizmi?
- Ömər və təyəmmüm
- Namazda əlləri göbək altında bağlamağın dəlilləri-2