Səhı̇hı̇ müslı̇mdən seçı̇lmı̇ş bəzı̇ hədı̇slər və ı̇mam nəvəvı̇nı̇n şafeı̇ məzhəbı̇ üzərə bu hədı̇slərə etdı̇yı̇ şərhı̇
باب فَضْلِ شَهْرِ رَمَضَانَ
إِذا جَاءَ رَمَضَانُ فُتِّحَتْ أَبْوَابُ الجنَّةِ وغُلِّقَتْ أَبْوَابُ النَّارِ وصُفِّدَتِ الشياطِينُ
Hədisin tərcüməsi:
1) Əbu Hureyrədən rəvayət edilən bir hədisdə Peyğəmbərimiz belə buyurur:
“ Ramazan gəldiyində cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənər.” Müslim, 1079
Bu hədisdə “Ramazan ayı” yerinə məkruh olmadan “Ramazan” deməyin caiz olmasına dəlil vardır. Bu İmam Buxarinin və digər mühəqqiq alimlərin görüşüdür. Səhih və muxtar olan da budur.
Bu məsələ haqqında 3 görüş vardır.
1- Bir qism alimlər deyiblər ki, heç bir halda tək başına “Ramazan” demək olmaz, “Şəhri Ramazan”(Ramazan ayı) deyilməlidir. Bu İmam Malikin əshabının görüşüdür. Bunlar iddia edirlər ki, “Ramazan” Allahın adıdır və hər hansı bir qeyd düşmədən başqası üçün işlədilməz.
2- Bir çox alimlərimiz və İmam Baqilləni deyib ki, orda aya işarət edəcək hər hansı bir əlamət varsa deyilə bilər məkruh deyildir, yoxsa məkruhdur. Məsələn: “Ramazan orucunu tutduq”, “Ramazan ən məşhur aydır”, “Ramazanın son günlərində Qədr gecəsinin tələbi məndubdur” kimi. Bunda məkruhluq yoxdur. Ancaq, “Ramazan gəldi”, “Ramazan girdi”, “Ramazanı sevirəm” kimi cümlələr isə məkruhdur.
3- İmam Buxariyə görə və digər muhəqqi alimlərə görə isə, qeydsiz-şərtsiz “Ramazan” demək məkruh deyildir. Doğru olan da budur.
İlk İki görüş fasiddir. Çünki, məkruhluq şəriətin gətirdiyi bir nəhy (qadağa) ilə sabit olar. Bunun haqqında isə hər hansı bir nəhy sabit olmamışdır.
Onların “Ramazan Allahın adlarından bir addır” sözünə gəlincə, bu doğru deyildir. Bunun haqqında zəif rəvayətlər gəlmiş olsa da, səhih bir şey gəlməmişdir. Allahın adları isə “Tövqifi”dir (Allahın ya da Rəsulullahın bildirməsiylə bilərik)
Ancaq səhih bir dəlil lazımdır. Vələv ki, bu haqda səhih bir şey rəvayət olunsun yenə də məkruh olardı mənasına gəlməz.
Yuxarıdakı hədisdə bu iki görüşün yanlış olmasına dəlil var.
“Cənnət qapılarının açılması, cəhənnəm qapılarının bağlanması və şeytanların zəncirə vurulması”na gəlincə, Qazi İyad bunun haqqında belə demişdir:
“Zahiri və həqiqi mənasında olma ehtimalı vardır. Cənnət qapılarının açılması, cəhənnəm qapılarının bağlanması və şeytanların zəncirə vurulması Ramazan ayının girməsinə işarət və onun hörmətinə bir təzimdir. Şeytanın zəncirlənməsi isə, möminlərə əziyyət və onlara vəsvəsə verməkdən mən edilmə mənasına gəlir.
Bu hədisdən murad edilən məcazi məna da ola bilər. O zaman bu hədis çoxlu savaba, çoxca əfv edilməyə və şeytanlar sanki zəncirə vurulmuş kimi olduqları üçün, onların aldatmalarının və əziyyət vermələrinin az olmasına işarət edər. Demək onların zəncirlənməsi müəyyən şeylər və müəyyən şəxslər üçün olur. Çünki bu sözü dəstəkləyən “Rəhmət qapıları açılar”, “Şeytanların ən azqınları zəncirə vurular” ləfizləriylə gələn hədis rəvayətləri var.”
Yenə Qazi İyad belə demişdir: “Cənnətin qapılarının açılması Allahın qullarına başqa aylarda görülməyən oruc, gecə namazı, xeyirli işlər görmək və Allaha qarşı gələcək şeylərdən uzaq durmaq kimi itaət qapılarını açması mənasına gəlmə ehtimalı vardır. Bütün bunlar cənnətə girmək üçün səbəblər və onun qapılarıdır. Eyni şəkildə cəhənnəm qapılarının bağlanması və şeytanların zəncirə vurulması Allaha qarşı gələcək olan şeylərdən uzaq durmaq mənasında olma ehtimalı var. (Minhac, c. 7, s.166-167)
