Şəhid nə deməkdir?

Şəhid nə deməkdir və bu ismin ona verilmə səbəbi haqqında:

Şəhidə bu adın verilmə səbəbi haqqında,

• ən-Nadr b. Şumeyl bunları demişdir:

1. "Çünki onlar, diridirlər. Onların ruhları, Darus's-Səlama (cənnətə) şahid olmuş və orda hazır olmuşdur. Başqalarının ruhları isə, Daru's-Səlama, qiyamət günündə şahid olacaqdır."

• İbnu'l-Ənbari belə deyir:

2. "Uca Allah və mələkləri -salat və salam olsun o mələklərə- onun cənnətlik olduğuna şəhadət edərlər.

3. Ruhunun çıxması ilə birlikdə, uca Allahın özü üçün hazırlamış olduğu savab və lütf və ehsanlara şahid olmasından ötürü, ona "şəhid" deyildiyi söyləndiyi kimi,

4. Rəhmət mələkləri, ona şahid olub, onun ruhunu alarlar deyə açıqlanmışdır.

5. Zahiri hala görə, onun imanlı olduğuna və son anının da xeyirli olduğuna şahid olunduğundan ötürü, şəhid deyildiyi kimi,

6. Qiyamət günündə, onun üzərində bir şahid olacaqdır -ki, o, onun qanıdır-.

Bundan dolayı, ona bu isim verilmişdir deyə də açıqlanmışdır.

7. Ayrıca o, rəsulların risalətlərini, qövmlərinə təbliğ etdiyinə dair qiyamət günündə ümmətlərə şahidlik edəcəklərdən biridir deyə də izah verilmişdir. Bu görüşə görə, bu özəlliyində, başqaları da onlara şərik olar.

(Nəvəvi, "əl-Minhac fi Şərh-i Sahih-i Muslim b. Haccac", Cihad kitabı: "Uca Allah yolunda şəhadətin fəziləti" babı)

------------------------

Şəhid 3 cürdür:

• Birincisi: Döyüş səbəblərindən bir səbəblə döyüşərkən öldürülən kimsədir. Belə bir kimsə üçün, axirət savabı etibarı ilə də, dünya hökmləri etibarı ilə də, hökmü bəhs mövzusudur. Dünyadakı hökmü, yuyulmaması və cənazə namazının qılınmamasıdır.

• İkincisi: Axirətdəki savabı etibarı ilə şəhid olmaqla birlikdə, dünya əhkamı etibarı ilə belə olmayandır. Bu da:

• qarnındakı xəstəlikdən dolayı ölən;

• taundan ölən;

• dağıntı altında qalaraq ölən;

• malı uğrunda döyüşərkən öldürülən; və

bunların xaricində səhih hədislərdə özünə şəhid adı verilən digər kimsələr, bu cür şəhiddirlər.

• Üçüncüsü: Kafirlərlə döyüşərkən öldürüldüyü təqdirdə, özünə şəhid adının verilməyəcəyini bildirən rəvayətlərin varid olduğu:

qənimət malından oğurlayan kimsələrdir.

Bu kimi şəxslər üçün dünyada şəhidlərin hökmü bəhs mövzusudur. Yuyulmaz, cənazə namazı qılınmaz, ancaq bunların axirətdə kamil şəhid savabları da olmaz. Ən doğrusunu Allah bilir...

(Nəvəvi, "əl-Minhac fi Şərh-i Sahih-i Muslim b. Haccac", İman kitabı: "Başqasının malını haqsızca almağa qəsd edənin, qəsd etdiyi kimsənin haqqı çərçivəsində qanının hədər olduğuna, öldürülərsə, cəhənnəmdə olacağına və malı uğrunda öldürülənin şəhid olduğuna dəlil babı"

Read 3 times
In order to make a comment, please login or register