Şəkur isminin şərhi

Az bir ibadətə qarşı, məhdud günlərdəki əməllər ilə, axirətdə, məhdud olmayan nemətlər verən (Zat)'dır.

~ Kim, bir yaxşılığa qarşı qat-qat qarşılıq verərsə, o şəxsə, "O yaxşılığa qarşı artıqlaması ilə qarşılıq verdi." mənasında “şakir”

deyildiyi kimi;

~ Bir yaxşılıq edəni tərifləyən kimsə üçün də, "Ona təşəkkür etdi." mənasında “şakir” deyilir.

• Qarşılıqdakı əlavəyə nəzər edildiyində, mütləq Şəkur, ancaq Allah (azzə və cəllə)'dir. Çünki, Onun, yaxşılığa verdiyi qarşılıqdakı əlavələrin, həddi-hüdudu yoxdur. Çünki, cənnət nemətlərinin sonu yoxdur. Allah (subhənəhu və taala), belə buyurur:

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ

"Onlara: 'Keçmiş günlərdə etdiyiniz əməllər qarşılığında, nuş-i canlıqla yeyin-için!'– deyiləcəkdir." (Haqqa/24)

"Səna/tərif" sözünün mənasına nəzər edərsənsə, hər səna/tərif edənin sənası, digərinin felinə mütəvəcihdir (yəni, ona yönəlmiş olduğunu görərsən). Ancaq, Rəbb (azzə və cəllə), qullarının əməllərini səna etdiyində, əslində, Öz felinə səna etmiş olmaqdadır. Çünki, qullarının əməllərini yaradan, Odur. Özünə bir şey verildiyində səna edən, "şəkur" deyə adlandırılırsa; verən və verənə səna edən, "Şəkur" olmağa daha layiq olar. Bu ayətlər, Allah Taala'nın, qullarını səna etməsinə misaldır:

...وَٱلذَّ‌ٰكِرِينَ ٱللَّهَ كَثِيرًا وَٱلذَّ‌ٰكِرَ‌ٰتِ...

"...Allahı çoxca zikr edən kişilərlə çoxca zikr edən qadınlar..." (Əhzab/35);

...نِعْمَ ٱلْعَبْدُ ۖ إِنَّهُۥٓ أَوَّابٌ

"...O, nə gözəl qul idi. Davamlı Allaha üz tutardı." (Sad/30)

Bu və bunun kimi ayətlərdə, (Allah, qullarını səna etməkdə olub), bunların hamısı, Allahdan bir hədiyyədir.

Tənbeh: Qulun, bir başqa qul haqqında şəkur olması, (belə) təsəvvür edilə bilər:

~ Bəzən, ona etdiyi yaxşılığı tərifləmək surətilə;

~ Bəzən də, ona etdiyinə qarşı daha gözəl bir qarşılıq verməsindən dolayı. Bu isə, tərifə layiq xislətlərdəndir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İnsanlara qarşı təşəkkür etməyən, Allaha da təşəkkür etməz." (Tirmizi, "Sünən", hədis no: 2082)

Ancaq qulun, Allah (azzə və cəllə)'yə qarşı şükrü, ancaq məcaz və təvəssü (məna genişlənməsi) növündəndir. Çünki qul, Allahı səna etdiyində, bu sənası, naqisdir. Çünki O, haqqı ilə səna edilə bilməz. Ona itaət etdiyində, bu itaət, Allah tərəfindən başqa bir nemətdir. Hətta şükr etməsi də, özü səbəbilə şükr edilən nemətin fövqündə, başqa bir nemətdir. Qulun, Allah (azzə və cəllə)'nin nemətlərinə qarşı şükrünün ən gözəli, (bu nemətləri), masiyyət/günah'da deyil; itaət yolunda istifadə etməsidir, ki, bu da, ayrıca, Allahın yardımı; və qulu, Rəbbinə şükr etmədə müyəssər qılması ilədir. O kəlamı (yəni, qulun, Rəbbinə qarşı şükr edən bir qul olması; və bunun) təsəvvür edilə bilməsi, çox incədir. Bunu, "İhya-u Ulumi'd-Din" kitabının "Şükr" babında zikr etdik. Ora müraciət edilsin. Çünki bu kitab, bunu yüklənə bilməz.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

-----------------------------------------

"Əgər Allaha gözəl bir borc verəcək olsanız, onu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah Şəkur'dur, Həlimdir. "(Təğabun Surəsi, 64/17)

  Əş-Şəkur: "Az əmələ çox qarşılıq verən; az ibadətə sonsuz ihsanlar edən və cuzi itaətə hədsiz mükafatlar verən" mənasına gəlməkdədir. Bu ad, Rəbbimizin comərdliyini ifadə edən bir addır.

   Əş-Şəkur ismi, شكر (ş-k-r) felindən törəmiş Mübaləğə-i ismi faildir. Mübaləğə-i ismi faillər, bir varlıqda bir xüsusiyyətin daha çox olduğunu və bir kimsənin bir şeyi daha çox etdiyini göstərən adlardır. شكر felinin ism-i faili isə "Şakir" şəklindədir. Şakir də əş-Şəkur kimi Allah-u Təalanın bir adıdır. Bu iki ad arasındakı məna fərqi budur: Şakir deyildiyində, birə on, bəlkə birə yüz qarşılıq verən mənası anlaşılır. Əş-Şəkur deyiləndə isə, birə yeddi yüz, birə yüz min, birə bir milyon və az əmələ sərhədsiz mükafat verən mənası anlaşılır.

  Həm Şakir adı həm də əş-Şəkur adı insanlar üçün də istifadə edilir. Bu mübarək adlar insana aid edilərəsə, məsələn, "Əhməd Şakirdir" deyilsə; bundan, Əhmədin şükür edən bir qul olduğu aydın olar. Əgər "Əhməd şəkurdur." deyilsə; bundan da Əhmədin daha çox şükür edən bir qul olduğu aydın olar.

Qula şamil olanda, "şükür edən və daha çox şükür edən" mənasına gələn bu adlar, Haqq Taalaya aid olanda, "az ibadətə çox qarşılıq verən, az əmələ sonsuz ehsanlar lütf edən" mənasına gəlməkdədir.

Bəli, Allah Taala, Şəkur'dur. Az əmələ, əbədi Cənnəti bəxş edər. Kiçicik bir itaətə, yüksək dərəcələri ikram edər. Xalisanə bir tövbə ilə qulun bütün günahlarını bağışlayar. Hətta bağışlamaqla də qalmayıb günahlarını savaba çevirər. Bəzən də, qulun ixlasla sədəqə olaraq verdiyi bir xurma dənəsinə qarşılıq, quluna Cənnətü-l Firdovsu hədiyyə edər.

Haqq Taalanın nə qədər əş-Şəkur olduğunu bəlkə bu müqayisədə bir qədər anlaya bilərik:

İndi sizdən bu sualımızın cavabını tapmağa kömək istəyirik: Görəsən Allaha qarşı etdiyimiz ibadətin və bu ibadətdəki zəhmətin, ticarət əhli yanındakı dünyəvi qarşılığı nədir? Yəni bunu hesablamağa çalışsaq: Allaha qarşı, bir gündə ya da bir ömürdə nə qədər ibadət edirik? Və bu ibadətin yükü və zəhməti nədir? Biz bu əməyi əgər dünyada satmağa çalışsaq, etdiyimiz işə qarşılıq dünya əhli nə qədər ödəniş verər?

   Məsələn: Yalnız namaz qılan bir adama baxaq ... Bir günlük namaz qulun təxminən bir saatını alır. Bədənə çox yüngül bir ibadətdir. Sadəcə öz çəkini qaldırısan. İndi gündə bir saatdan, bir ömürdə qıldığınız namazları toplayın və bədənə olan ağırlığını hesablayın. Və sonra ortaya çıxan bu əməyi ovucunuza alın və bu əməyi satmaq üçün dünya bazarına daxil olun və oradakı ticarət sahiblərinə deyin ki: "Mənim bu əməyimi qarşılıq nə qədər ödəniş verirsiniz?"

   Hər halda ala biləcəyiniz ödəniş, lağa qoyulmaqla bir təbəssümdən ibarət olacaq. Yəni ticarət mütəxəssisi, əməyinizi bir ödənişə layiq görməz. Və deyərlər ki: Budurmu əmək və əziyyət dediyin şey! Bu əməklə və səylə sən ancaq bizdən bir təbəssüm alarsan. Əgər bir az daha comərd davransaq, bəlkə bizdən bir də çay içərsən. Bax, sənin əməyim dediyin şeyin 10 qatını xərcləyənlər burada ancaq qarınlarını doyuruyorlar. Sən bu əməyinlə burada işə belə girə bilmərsən, qaldıkı maaş almaq ...

Bəli, həqiqət budur. Namaz kimi bütün ibadətlərimizi və Allaha qarşı etdiyimiz bütün qulluğumuzu toplasaq, verdiyimiz əməyin qarşılığı ilə dünya işlərində bizə, sadəcə dörd divarı olan bir ev belə verməzlər.

Lakin Haqq Taala, Şəkur'dur. O, az ibadətə çox mükafat verəndir. Dünya ölçüləriylə heç qiymətində olan əməllərimizə, Cənnəti və əbədi səadəti verir. Bu, onun comərtliyidir və lütfüdür. Yoxsa qulun haqq etdiyi, layiq olduğu bir qarşılıq deyildir.

   Bəzən bir hədis oxuyarsınız: Bu əməli edənə bu qədər mükafat verilir. Bu duanı oxuyana belə belə savab yazılır ...

   Bu hədisləri oxuyanda çaşar və "Yoxsa bu hədis uydurmadırmı?" deyərsiniz. Sizə bunu dedizdirən şey, o az əmələ verilən mükafatın böyüklüyüdür. Yəni deyirsiniz ki: "Bu qədər az bir işə, bu qədər böyük ödəniş olarmı heç? Bu qısacıq duanı bir dəfə oxumaq lazımdır, ya da bu qısa zikri 10 dəfə söyləyəcəyəm, qarşılığında Cənnətdə bu qədər böyük mükafat veriləcək? Bu qədər də ola bilməz yəni ... "

   Məhz bu sözlər, Allahın əş-Şəkur adından qəflətimiz səbəbiylədir. Əgər əş-Şəkur adının mənasını və Rəbbimizin comərtliyinin nəhayətsizliyini bilsəydik, hədislərdə bildirilən savabları heç qəribsəməzdik və bu savabları oxuduğumuzda: "Ya Rəbb, sən Şəkur'san və comərdlərin ən comərdisən. Belə kiçik əməllərə sonsuz ehsanlar verir və ikramlarınla qullarına yaxşılıqlar edirsən." deyər və Allaha qarşı olan sevgimizin artmasına bir yol tapardqı.

   Əş-Şəkur mübarək adından insanın payı budur: hər şeydən əvvəl insan, ibadətlərinə qarşı özünə veriləcək olan mükafatları Allahın əş-Şəkur adının bir təcəllisi bilməli və bu sayədə öyünmə və qürurdan qurtularaq təvazö sahibi olmalıdır.

 

Read 2.734 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR