Sələf alimləri əbu Hənifəni pisləmişlərdirmi?

12-ci xəbər:

Xatib əl-Bağdadi:

Bizə ---> Muhamməd b. Əhməd b. Rizq ---> əbu Bəkr Əhməd b. Cəfər b. Muhamməd b. Səlm əl-Huttəli ---> əbu'l-Abbas Əhməd b. Əli b. Muslim əl-Əbbar, 288/901-ci il Cəmaziyə'l-Axir ayında imla etdirdi və dedi ki:

"Əbu Hənifə'ni rədd edənlərin adları bunlardır:

1. Əyyub əs-Səxtiyani;

2. Cərir b. Hazim;

3. Həmmam b. Yəhya;

4. Hammad b. Sələmə;

5. Hammad b. Zeyd;

6. Əbu Avanə;

7. Əbdu'l-Varis;

8. Qadı Səvvar əl-Ənbəri;

9. Yezid b. Zəri;

10. Əli b. Asim;

11. Malik b. Ənəs;

12. Cəfər b. Muhamməd;

13. Ömər b. Qays;

14. Əbu Əbdurrahman əl-Muqri;

15. Səid b. Əbdu'l-Əziz;

16. Əvzai;

17. Abdullah b. Mübarək;

18. Əbu İshaq əl-Fəzari;

19. Yusuf b. Əsbat;

20. Muhamməd b. Cabir;

21. Süfyan əs-Sevri;

22. Süfyan b. Uyeynə;

23. Hammad b. əbi Süleyman;

24. İbn əbi Leyla;

25. Hafs b. Ğiyas;

26. Əbu Bəkr b. Əyyaş;

27. Şərik b. Abdullah;

28. Vəki ibnu'l-Cərrah;

29. Raqabə b. Misqalə;

30. Əl-Fədl b. Musa;

31. İsa b. Yunus;

32. Haccac b. Ərtat;

33. Malik b. Miğvəl;

34. Qasim b. Həbib;

34. İbn Şübrümə."

Kəvsəri:

Əgər əbu Hənifəyə müxalifət etməkdən məqsəd, dəlilə qarşı dəlilin zidd düşməsidirsə, elm əhli, hər vaxt və məkanda, bu mövzuda genişlik içindədirlər. Çünki Allahın dini, müctəhidlərdən birinin ictihadı üzərə sabit deyildir. Hər bir fəqihin sözü, alına da, tərk edilə də bilər. Ancaq Mədinədə olan təmiz qəbr sahibi (sallallahu aleyhi və səlləm) müstəsna.

Amma Xatibin, əl-Əbbar təriqi ilə sövq etdiyi kimi, sələfdən böyüklərin dili üzərinə atılan iftira və böhtanlar qəsd olunursa, bundan dünyada və axirətdə sadəcə əslsiz böhtanlar atanlar əziyyət çəkərlər.

Xatibin bu rəvayəti sövq etməsinin səbəbi, nəqlçi ravilərin yanındakı məhfuz rəvayətləri (güvənilən ravilər tərəfindən rəvayət edilən və alimlər tərəfindən bilinib qəbul edilən rəvayətlər) açıqlamaqdırsa, hər şeydən əvvəl, özü üçün şərt qoşduğu qaydalara nə qədər diqqət göstərdiyinə baxmaq lazımdır. İbn Rizq'in ibn Səlm'dən, onun da əl-Əbbardan olan sənədləmi, rəvayət məfhuz olur?!

İbn Rizqin adı, əbu'l-Həsən b. Razquyə'dir. Xatib əl-Bağdadi, bu şəxs ancaq qocaldıqdan və gözlərini itirdikdən sonra onunla görüşmüşdür. Gözləri kor olan birindən, sadəcə Quran və hədisdən əzbər bildikləri rəvayət oluna bilər. Bundan başqa bir şey rəvayət edilməz. Bununla bərabər, yaddaşına aldıqları şeylərdə də xəta ehtimalı ola bilər.

Tarix kitabları ilə uzun və geniş hadisələrin bildirildiyi rəvayətlərə gəlincə, gözləri kor olmayan alimlər, əzbərlərində olan bu rəvayətləri, sənədləri ilə qüvvətləndirmək məcburiyyətində qalmışlardır. Çünki bu qədər uzun hadisələri və rəvayətləri əzbərdə tutmaq çətindir. Üstəlik bir də qüvvətini itirmiş, yaxşıca yaşlanmış, gözlərini itirmiş və görmə nemətindən məhrum olmuşdursa?!

Bu şəkildə gözləri kor olan bir kimsədən çoxca rəvayət etmək, ancaq nəfsindəki bir ehtiyacdan dolayı, rəvayətdə yumşaq davranan bir kimsədən meydana çıxar. Şeyxlərinin kor olması kimi, həva və həvəsləri gözlərini örtmüş kimsələrdən də meydana çıxar. Bax bu Xatib, kitabını, bu şəkildə bir korun rəvayətlərilə doldurmuşdur!

Şeyxi ibn Səlm haqqında söylənə biləcək ən az şey budur:

"O, bəsirəti kor olmuş bir təəssübkeşdir."

Əl-Əbbar isə, qələmi satılmış, müftəri (iftira atan) bir Haşəvi'dir (haşiyə)

(Haşiyə:

Haşəviyyə: Dini mövzularda ağıl yürütməyən, nasların zahirinə bağlı qalmaq surətilə təşbih və təcsimə qədər varan anlayışı mənimsəyənlərə verilən addır. Bu məfhumu ilk istifadə edən, Hasan əl-Basri və Ömər b. Əbdü'l-Əziz'dir. İkisi də, məsələlərdə dərinləməsinə nüfuz etmək bacarığına sahib olmayan kimsələri qəsd etmişlərdir.

Haşəviyyə'nin ümumi olaraq nasları ilk oxuyuşda ağla gələ biləcək mənaları ilə ələ aldıqları, misal üçün, Allaha nisbət edilən əl, üz kimi ifadələri zahiri mənaları ilə qəbul etdikləri və bunun nəticəsində antropomorfist bir tanrı anlayışı mənimsədikləri görülür. Bu səbəblə, bənzər baxış tərzləri olan Müşəbbihə və Mücəssimə kimi məzhəb mənsubları, Haşəviyyə qrupu içində mütaliə edilir.)

İbn Abdi'l-Bərr, "Camiu'l-Bəyani'l-İlm"də belə deyir:

"Əbu Hənifə'dən rəvayət edənlər, onu tərifləyənlər və onun siqa olduğunu söyləyənlər, onun haqqında mənfi danışanlardan daha çoxdurlar. Onun haqqında mənfi danışanlar, əhl-i hədisdəndirlər. Onu ən çox ayıbladıqları şeylər:

• reyə dalmaq;

• qiyas; və

• irca'dır.

Söylənilən şeylərdən biri, belə idi:

İnsanlardan bir adam haqqında ikiyə ayrılmaları, o adamın məşhur olaraq göstərilməsinə dəlil sayıldı. Əli b. əbi Talib'i görmürsünüzmü?! Onun haqqında 2 firqə həlak olmuşdur:

• İfratla sevən; və

• İfratla buğz edən.

Hədisdə gəldiyi kimi:

"Əli b. əbi Talib haqqında 2 firqə həlak olmuşdur:

• İfrat sevən; və

• İfrat buğz edən." (bax: Əhməd, "Müsnəd", 1376; əbu Ya'la, "Müsnəd", 534; Bəzzar: 758; ibn əbi Asim, "əs-Sünnə", 1004; Hakim, "Müstədrək", lll, 123)

Bax bu, dində və fəzilətdə nəhayətə varmış məşhur insanların sifətidir. Ən doğrusunu Allah bilir..."

Qiyas ilə əlaqəli məsələlərin çoxu, əhl-i hədisin idraklarının üzərindədir. İbn Abdi'l-Bərr'in kəlamı harda, Xatibin etdiyi harda?!

Əgər həqiqətən Xatib bu mövzuda məhfuz rəvayətləri zikr etməyi murad etsəydi, o vaxt, əl-Uqayli'nin dostu və ondan rəvayət edən ibnu'd-Daxil adı ilə məruf olan hafiz əbu Yaqub b. Əhməd əs-Saydalani əl-Məkki'nin zikr etdiklərini rəvayət edərdi.

İbnu'd-Daxil, 998-ci ildə vəfat etmişdir. Əbu Hənifə'nin mənqibələri haqqında bir kitab təlif etmişdir. İbn Abdi'l-Bərr, "əl-İntiqa"da, şeyxi: əl-Hakəm ibnu'l-Munzir'in ibnu'd-Daxil'dən rəvayətinə görə, ibnu'd-Daxil, əbu Hənifəyə hücum edən əl-Uqayliyə rəddiyyə yazmışdır. İbnu'd-Daxil, bu rəddiyyəsində elm əhli alimlərin əbu Hənifənin mənqibələri haqqındakı sözlərini, sənədlərilə bərabər rəvayət etmişdir.

İbnu'd-Daxil, bu kitabın təlifini yükləndi. Əl-Uqayli'nin "əl-Duafa"da, əbu Hənifə haqqında yazdıqlarının məsuliyyətini yüklənməkdən çəkinməsi və əl-Uqayliyə tabe olmaması, elmdə səs gətirən, təriflənəcək bir haldır. O, ibnu'd-Daxil ki, əl-Uqaylinin "əd-Duafa" kitabının tək ravisidir.

İbnu'd-Daxil, əbu Hənifənin mənqibələrini təxric etdiyi yerlərdə, zənn altında deyildir. Əbu Hənifənin məzhəbindən də deyildir ki, onun tərəfini tutsun. İbnu'd-Daxil, bu kitabında əbu Hənifəni tərif edən alimlərin adlarını, bu şəkildə zikr edir:

1. Əbu Cəfər Muhamməd əl-Baqir (əleyhissəlam);

2. Hammad b. əbi Süleyman;

3. Misar b. Qidam;

4. Əyyub əs-Səxtiyani;

5. Əl-A'məş;

6. Şu'bə;

7. Sevri;

8. İbn Uyeynə;

9. Əl-Muğirə b. Miqsəm;

10. Əl-Həsən b. Salih b. Hayy;

11. Səid b. əbi Arubə;

12. Hammad b. Zeyd;

13. Qadı Şərik;

14. İbn Şübrümə;

15. Yəhya b. Səid əl-Qattan;

16. Abdullah b. Mübarək;

17. Qasim b. Ma'n;

18. Həcər b. Abdu'l-Cəbbar;

19. Zubeyr b. Muaviyə;

20. İbn Cureyc;

21. Abdur'r-Rəzzaq;

22. əş-Şafi;

23. Vəki b. Cərrah;

24. Xalid əl-Vasiti;

25. Əl-Fadl b. Musa əs-Sinani;

26. İsa b. Yunus;

27. Züfər b. əl-Huzeyl;

28. Osman əl-Bətti;

29. Cərir b. Əbdü'l-Həmid;

30. Əbu Muqatil Hafs b. Səlm;

31. Qadı əbu Yusuf;

32. Səlm b. Salih əl-Bəlxi;

33. Yəhya b. Adəm;

34. Yezid b. Harun;

35. İbn əbi Rizmə;

36. Səid b. Salim;

37. Əl-Qaddah;

38. Şəddad b. Hakim;

39. Haricə b. Musab;

40. Hələb əl-Əyyub

41. Əbu Abdurrahman əl-Muqri;

42. Muhamməd ibnu's-Saib;

43. Həsən b. Ammarə;

44. Əbu Nuaym əl-Fadl b. Dükeyn;

45. Hakəm b. Hişam;

46. Yezid b. Zəri';

47. Abdullah b. Davud əl-Hureybi;

48. Muhamməd b. Fudayl;

49. Zəkəriyyə b. əbi Zaidə;

50. Yəhya b. Zəkəriyyə b. əbi Zaidə;

51. Zaidə b. Qudamə;

52. Yəhya b. Main;

53. Malik b. Miğvəl;

54. Əbu Bəkr b. Əyyaş;

55. Əbu Xalid əl-Əhmər;

56. Qiys ibnu'r-Rəbi;

57. Əbu Asim ən-Nəbil;

58. Ubeydullah b. Musa;

59. Muhamməd b. Cabir;

60. Əl-Əsmai;

61. Şəqiq əl-Bəlxi;

62. Əli b. Asim;

63. Yəhya b. Nasr

Bütün bu alimlər, əbu Hənifəni müxtəlif ləfzlərlə mədh etmişlərdir. İbn Abdi'l-Bərr "əl-İntiqa"da, əbu Hənifəni mədh edən ləzfləri sövq etdikdən sonra belə deyir:

"Bütün bu rəvayətləri, əbu Yaqub Yusuf b. Əhməd b. Yusuf əl-Məkki -bu, əl-Uqaylidən rəvayət edən ibnu'd-Daxil'dir- əbu Hənifənin xəbərlərini və fəzilətlərini cəm etdiyi kitabında zikr etdi. Bizə bunu Hakəm b. Munzir, ibnu'd-Daxil'dən rəvayət etdi."

Nə ibn Abdi'l-Bərr, nə əl-Hakəm ibnu'l-Munzir və nə də ibnu'd-Daxil əs-Saydalani, vəsilələrdən bir vəsilə, nə də əbu Hənifənin mənqibələri haqqında məhfuz olmayan xəbərləri rəvayət edənlərdən deyillərdir.

Bu şəxslərin əmanətləri və hafizə qüvvətləri, bilinən şeylərdir. Əbu Hənifənin məzhəbindən də deyillərdir ki, onun tərəfini tutsunlar. İbnu'd-Daxil, Xatib əl-Bağdadi'nin şeyxi, əl-Uteyqi'nin də şeyxidir.

Maliki məzhəbindən olan ibn Abdi'l-Bərr'in etdiyi ilə Şafi məzhəbindən olan Xatib əl-Bağdadi'nin etdiyinin ibrət alınacaq yönü burasıdır:

Birincisi "əl-İntiqa" kitabında, siqa və əmin kimsə olan ibnu'd-Daxil'in, əbu Hənifənin mənqibələri haqqında sövq etdiyi rəvayətləri dərinləməsinə incələmişdir.

İkincisi "Tarix-u Bağdad" kitabında, töhmətli biri olan əl-Əbbar'ın, əbu Hənifə haqqındakı qaralamalarının bütününü əskiksiz bir şəkildə zikr etmişdir.

Bax bu şəkildə ikisinin arasındakı din və əmanət fərqi bilinmiş oldu. Bu Əndəlüslü (İspaniyalı) ibn Abdi'l-Bərr, xəbərləri qaynaqlarından ən saf bir şəkildə sövq edir. Bu şərqli isə (Xatib əl-Bağdadi), bütün gücü ilə təmiz su qaynağını bulandırmaq üçün hər şeydən faydalanır.

(Zahid əl-Kəvsəri, "Tə'nibu'l-Xatib", s. 105-109)

Read 11 times
In order to make a comment, please login or register