Səlahiyyətli şəxs və ya işəgötürən cümə namazı üçün icazə vermədiyində məmur və işçinin vəziyyəti haqqında məlumat verərsiniz?


Cümə namazı ağıl yetkin olan sağlam kişilərə fərzdir. Bu səbəblə Cümə namazını bilərək qılmayanlar haram işləmiş olarlar. Səlahiyyətli şəxs, məmurların cümə namazına getmələrinə icazə verməzsə, əvvəlcə həmin şəxsi, məqbul bir yolla tutduğu mənfi davranışdan daşındırmağa çalışmaq lazımdır. İmkan olmadığı təqdirdə məmur ya öz nəqlini başqa yerə etdirəcək, yaxud da maddi vəziyyəti uyğun olduğu təqdirdə istefa edəcək. Vəziyyəti uyğun olmazsa vəzifəsinə davam edib cümə namazına getmədən günorta namazını qılar, günah də həmin şəxsə aid olar, işçinin və müəllimin də vəziyyəti belədir.


İbn Kasım Şəbramilisi belə deyirlər: Cümə namazına icazə verməyən bir işəgötürənin yanında bir işçinin işləyə bilməsi üçün, möhtac olması lazımdır. Möhtac olmadığı təqdirdə cümə namazını qılmayaraq yanında işləməsi haramdır. (Şəbramilisi: c. 2, s. 134). Hənəfi alimlərindən əl-İmam Abu Hafs kimi zatlar; işəgötürənin icazəsi olmadan işçinin cümə namazına getməsi caiz deyil, demişlər isə də işçi və məmurun cümə namazına getmələrinə mane olmaq böyük bir günahdır. (əl-Fətava l Hindiyyə: c. l, s. 144) Ağıl yetkin hər müsəlmana normal vaxt namazlarını qılmaq da fərzdir. Buna görə əgər işəgötürən namaz qılmanıza icazə verməz və siz də orada işləməyə məcbur deyilsinizsə işi buraxarsınız. Əgər mecbursanız namazınızı zamanında qılmağa çalışarsınız.


İş üçün də olsa namazın qəzaya buraxılması doğru deyil. Qiyam yəni namaz qılarkən ayaqda dayanmaq namazın fərzlərindən biri olduğıu üçün bir bəhanə yoxkən dayanan bir avtomobil içində namaz qılmaq caiz deyil. Bu səbəblə işəgötürənin xəbəri yoxkən namaz qılmaq caiz olmaqla birlikdə, avtomobilin içində olmaz. Bu işə girmədən əvvəl fərz namazları qılmanıza icazə verilməyəcəyi qəti isə və siz də belə bir işə girməyə zərurət dərəcəsində məcbur deyilsinizsə işə girməyin. Ancaq qəti bir vəziyyət yoxsa bir dəfə sınamaq da fayda vardır. Sınadıqdan sonra namazları qılmanıza icazə verilməsə istefa edərsiniz.


Bir işçi və ya məmur, işəgötürənin xəbəri olmadan və icazə də almadan namazını qıla bilər. Çünki Allah haqqı, hər haqqdan daha üstündür. Buna görə, hər zaman dəstəmazlı olmaq və yalnız fərzlərini da olsa, namazları qəzaya buraxmadan qılmaq lazımdır. Bir müsəlman, həyatını ibadət zamanlarına görə nizamlamalıdır.

Read 5.908 times
In order to make a comment, please login or register