Səlim qəlb nə deməkdir? (1)
يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ • إِلَّا مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍ سَلِيمٍ
"O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq səlim bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!” (Şuəra/88-89)
-------------------------------------
Təfsiri:
"Səlim qəlb"in nə olduğu xüsusunda, görüş ayrılıqları vardır:
• "Şəkk və şirkdən uzaq qəlb" deyə açıqlanmışdır. Günahlara gəlincə, heç kim, günahlardan özünü qurtara bilməz.
Bu açıqlamanı, Qatadə, ibn Zeyd və müfəssirlərdən bir çoxları vermişlərdir.
• Səid b. əl-Müsəyyəb belə deyir:
"Səlim qəlb, sağlam qəlb deməkdir, ki, o da, möminin qəlbidir. Çünki kafir ilə münafiqin qəlbi, xəstədir. Necə ki, uca olan Allah, Bəqərə surəsi 10-cu ayətdə belə buyurmaqdadır:
فِى قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ ٱللَّهُ مَرَضًا...
"Onların qəlblərində, xəstəlik vardır və Allah da, onların xəstəliyini artırmışdır..."
• əbu Osman əs-Səyyari deyir:
"Belə bir qəlb, bidətlərdən uzaq və sünnəti hüzur ilə qəbul edən bir qəlbdir."
• əl-Həsən belə deyir:
"Səlim qəlb, mal və övlad afətlərindən özünü qurtarmış qəlbdir."
• Cüneyd deyir:
"Səlim, lüğətdə: '(zəhərli bir heyvan tərəfindən) sancılmış' deməkdir. O halda, bu sözün mənası: 'uca Allahın qorxusundan dolayı sanki sancılmış kimi olan qəlb' deməkdir."
• əd-Dahhak belə deyir:
"Səlim qəlb, xalis qəlb deməkdir."
• Mən (Qurtubi) isə, deyirəm ki:
Bu açıqlama (xalis qəlb mənası), ümumi olaraq bütün sözləri bir arada ifadə edə bilməktədir və gözəl bir açıqlamadır. Yəni pislənməsi lazım gələn bütün pis vəsflərdən uzaq; buna müqabil olaraq isə, gözəl vəsflərlə bəzənmiş qəlb deməkdir. Doğrunu ən gözəl bilən, Allahdır.
• Urvədən belə dediyi rəvayət edilmişdir:
"Oğullarım, lənət oxuyanlar olmayın. Çünki İbrahim heç bir şeyə lənət oxumadı. Uca Allah:
إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍ سَلِيمٍ
"Bir zaman o, öz Rəbbinin yanına səlim bir qəlblə gəlmişdi." (Saffat/84) buyurmaqdadır.
• Muhamməd b. Sirin belə deyir:
"Səlim bir qəlb:
~ Allahın, haqq olduğunu;
~ Qiyamətin, mütləq qopacağını;
~ uca Allahın, qəbirdəkiləri mütləq dirildəcəyini
bilməsi deməkdir."
• Muslimin "Səhih"ində yer alan bir rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Cənnətə, qəlbləri eynilə quşların qəlblərini xatırladan bəzi kimsələr girəcəkdir."
Doğrusunu ən gözəl bilən Allahdır. Hərhalda bununla, bunu qəsd etməkdədir:
"Bu qəlblər, hər cür günahdan uzaq, hər cür qüsurdan təmizlənmiş olmaq cəhətindən, quşların qəlblərini xatırladır. Bu qəlblər, dünya işləri nədir bilməzlər."
• Ənəs b. Malikdən də belə dediyi rəvayət edilmişdir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Cənnət əhlinin çoxu, əbləhlərdir."
Bu, səhih bir hədisdir. Bundan məqsəd isə:
"Allaha üsyndan heç xəbərdar olmayan kimsələrdir."
~ Əl-Əzhəri deyir:
"Burda "əbləh" sözündən məqsəd: təbiəti etibarı ilə xeyirli olan və şərdən qafil, şərri bilməyən kimsə deməkdir."
~ Əl-Qutəbi isə, belə deyir:
"Əbləh kimsələr, ümumilikdə qəlblərində pis niyyətin, pis düşüncənin heç olmadığı; və insanlara hər zaman hüsn-ü zənn bəsləyən kimsələrdir."
(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)
---------------------------
Əlavələr:
Səlim qəlb, nə deməkdir? (2)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99lim-q%C9%99lb-n%C9%99...
