Şəms surəsi 3-cü ayətin təfsiri
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
Və'n-nəhəri izə cəlləhə.
"And olsun onu açıqlığa çıxardan gündüzə!" (Şəms/3)
--------------------------------
Təfsiri:
"Təcliyə", "ortaya qoymaq, açmaq" deməkdir. "Cəlləhə" kəliməsindəki "hə, yəni, o" damirinin (şəxs əvəzliyinin) nəyə rücu etdiyi (döndüyü) xüsusunda, bu 2 izah verilə bilər:
1. Zəccac'a görə, bu damir, "günəş"ə racidir.
Bu, belədir. Çünki, gündüz, günəşin aydınlığından ibarətdir. Bundan dolayı, bu deməkdir ki, gündüz, nə qədər parlaq olarsa, günəş də o nisbətdə parlaq olar. Çünki, əsərin qüvvət və kamalı, müəssirin qüvvətinə dəlalət edir. Beləcə də, sanki, "gündüz, günəşi ortaya qoymuş və açıqlamış" kimi olur. Bu mənaya görə, bu ifadə, Haqq Taala'nın,
...لَا يُجَلِّيهَا لِوَقْتِهَآ إِلَّا هُوَ ۚ ...
Lə yucəllihə livəqtihə illə huvə.
"...Onun vaxtını, Ondan başqası açıqlaya bilməz (yəni, onu ortaya qoya bilməz)..." (Əraf/187) ayəti kimi olmuş olur. (haşiyə)
----------------------
(Haşiyə:
Dəyərli oxuyucu! Bir kimsə, "Mənim danışığım, mənim elmimi üzə çıxardır." dediyində, danışığın, elmdən qaynaqlandığı necə düşünülürsə; elə də, əgər ayətdə, o damirindən məqsəd günəşdirsə; və məna da "And olsun günəşi açığlığa çıxardan gündüzə!"dirsə, bu da, belə düşünülməlidir!
----------------------
2. Əksər alimlərin görüşünə görə, bu damir ("onu" şəxs əvəzliyi):
~ ya qaranlığa;
~ ya dünyaya;
~ ya da yerə
racidir. Cumhur (əksəriyyət), belə deməkdədir.
(Yəni, məna belə olacaqdır:
~ And olsun dünyanı və ya yeri açıqlığa çıxardan gündüzə!
~ And olsun hər tərəfi bürüyən gecənin qaranlığından, öz işığı ilə gözləri görən hala gətirən gündüzə!)
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
--------------------
Əlavələr:
3-cü ayətdəki "təcliyyə", "təcəlli etdirmək, parlaqlıq və açıqlıq vermək, yəni yaxşıca açıb ortaya çıxarmaq"dır.
Günəş işığının üfüqün üstündə ortaya çıxıb yayılma vaxtı demək olan gündüzün günəşi açıb ortaya çıxarma zamanı isə, havada sis və bulud kimi bir qapanmışlıq əsəri olmayan "açıq gündüz zamanı" deməkdir. Bu da ---> günəş işığının tam bir yayılma halı ilə, digər bir halına and içməkdir.
Gündüz, günəş işığının dünyaya əks etməsinin bir nəticəsi olduğu halda; bunun, günəşi açdığının söylənməsi, yəni, günəşin əsəri olan işığın, günəşə təsir edən bir şey kimi göstərilərək, "gündüz, günəşi açdığı vaxt" deyilməsi və günəşin işığından və aydan sonra bir də buna and içilməsi, əlbəttə, diqqətə dəyərdir.
Bunda, günəşin, bizim daxilimizdə və xaricimizdə təcəlli etməsinin bir əngəl olmama şərtinə bağlı olduğuna; və əsərin lazımı da, o əsəri meydana gətirən Şəxsi göstərmədə təsirli olduğuna; və bu dəlalətin açıq və gizli olması, əsərin açıq və gizliliyi ilə uyğun olduğuna bir diqqət çəkmədir.
Yəni, gördüyümüz gündüz, günəş işığının ---> işıq da, günəşin varlığını göstərir. Günəşin görülməsi, işığının görülməsi vasitəsilədir. İşığın bizdə bir izlənimi olan günəş, nə qədər əngəlsiz və açıq olarsa, işıq da, o nisbətdə aydınlıq; işıq, nə qədər əngəlsiz və açıq olarsa, günəş də o nisbətdə açıq olar. Gündüz hava buludlu olunca, günəş, doğrudan doğruya görülməz, dolayısı ilə əqlən bilinər.
