Şəms surəsi 8-ci ayətin təfsiri

 

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا

"Ona (nəfsə), günahları və Allahdan qorxmağı ilham edənə and olsun ki..." (Şəms/8)

----------------------------------

Təfsiri:

Ayət, mücməl olaraq, bu 2 şəkildə təfsir edilə bilər:

1. Nəfsə, fücur (yəni günahının) və təqvasının ilham edilməsi, ona:

• bunların bildirilməsi;

• bunların düşündürülməsi;

• birinin gözəl, digərinin çirkin olduğunun bildirilməsi; və nəfsə:

• bunlardan istədiyini seçməsi imkanının verilməsi

deməkdir. Bu məna ilə, ayət, eynilə:

وَهَدَيْنَـٰهُ ٱلنَّجْدَيْنِ

"Onu iki yoxuşlu yola yönəltmədikmi?" (Bələd/10)

ayət kimi olmuş olur. Bu, Mötəzilə məzhəbinə uyğun olan bir təvil və təfsirdir. Çünki onlar, belə deyirlər:

"Bunun belə olmasının dəlili, Haqq Taala, bu ayətin ardından:

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا • وَقَدْ خَابَ مَن دَسَّىٰهَا

"Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə, ziyana uğramışdır." (Şəms/9-10)

buyurmasıdır.

Bu izah, həm ibn Abbas (radiyallahu anh), həm də bir qrup iləri gələn müfəssirlərdən nəql edilmişdir.

-----------------------------------

2. Bu,

"Allah Taala:

• mömin və müttəqi olana təqvanı;

• kafirə də fücuru (günahı, pisliyi) ilham etmişdir."

deməkdir.

• Səid b. Cubeyr:

"O nəfsi, fücuru və təqvası ilə baş başa buraxan..."

mənasını vermişdir.

• İbn Zeyd:

"O nəfsdə, onu təqvaya müvəffəq qılması ilə, bu məhrumiyyəti meydana gətirdi."

deyə izah etmişdir.

Zəccac və Vahidi də, bunu tərcih etmişlərdir.

-------------------------------

İlham nədir:

Vahidi belə deyir:

"Öyrətmək, anlatmaq və açıqlamaq başqa şeydir; ilham isə, daha başqa bir şeydir. Çünki ilham, Allah Taalanın, qulunun qəlbinə bir şeyi salması, qoyması deməkdir. Allah Taala, qulunun qəlbinə (və ya ağlına) bir şey saldığında isə, onu, ondan ayrılmaz hala gətirir. Çünki ilhamın əsas mənası, ərəblərin, -biri bir şeyi bir dəfə udduğunda- istifadə etdikləri:

'Ləhimə'ş-şəy'u, iltəhəməhu'

şəklindəki sözlərinə dayanır.

Yenə ərəbcədə:

'O şey, onu uddu.' mənasında:

'əlhəmətəhu zəlikə'ş-şəy'u' ifadəsi istifadə edilir.

Bax bu 'ilham' kəliməsinin, əsas mənası, budur.

Ancaq daha sonra bu ifadə, eynilə bir 'uddurmaq' kimi olduğu üçün, Allah Taalanın, qulunun qəlbinə saldığı şeyləri ifadə etmək üçün istifadə edilmişdir. O halda, bu deməkdir ki, bu əsas mənaya ən uyğun təfsir, ibn Zeyd'inkidir. Çünki bu görüş, Allah Taalanın, möminə təqvasını; kafirə də günahını yaratdığı xüsusunda, açıq bir izahdır. Mötəzilənin, Haqq Taalanın bu ayətdən sonra:

'Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.' (Şəms/9)

ayətini buna dəlil gətirməsinə gəlincə, bu, zəifdir.

Çünki, Səid b. Cubeyr, Ata, İkrimə, Muqatil və Kəlbi'dən rəvayət edildiyinə görə, məna:

"Allah Taalanın tərtəmiz qılıb islah etdiyi nəfslər, mütləq qurtulmuş və xoşbəxt olmuşlardır."

şəklində olur ki, bunlar, Allah Taalanın, Özünə itaətə müvəffəq qıldığı nəfslərdir." deməkdir.

Vahidi'nin izahı burda sonlanır. Bu, gözəl və tam bir izahdır.

---------------------------

Mən (Razi) isə, deyirəm ki:

Bir az əvvəl, bu 3 ayətin, Haqq Taalanın,

-ülvi (uca), süfli (alçaq, aşağı), bəsit və mürəkkəb varlıqların,-

idarə edicisi olduğuna dəlalət etmək üçün zikr edildiyini söyləmişdik.

Burda geriyə, maddə aləmində yer alan varlıqlardan hər şeyin, -bu diqqət çəkməyin gərəyi olaraq-, Haqq Taalanın yaratması və tədbiri ilə olduğunu bildirmək qalır.

Bundan da, qəlblərdə (və ya ağıllarda), bütün bunların, Allahın qəza və qədərilə olub-olmadığı xüsusu yenidən ortaya çıxır.

"Bunlar" dediyimiz şeylər, canlıların ixtiyari felləridir. Bundan dolayı, Haqq Taala:

"Sonra da ona, həm günahını, həm də təqvasını ilham edən..."

buyurmaq surətilə, bu şeylərin də, Allahdan, Allah ilə və Allahın qəza və qədərilə olduğuna diqqət çəkmişdir.

Bu halda isə, Allah Taala xaricində qalan şeylərin, Onun qəza və qədərilə meydana gəldikləri; Onun icad və təsərrüfünün altında olduqları sabit olur.

Digər yandan, Haqq Taalanın:

"O nəfsə, həm günahını, həm təqvasını ilham edən..."

ifadəsindən, bu İlahi yardımın qəsd edildiyinə dair, əqli dəlil, dəfələrlə bəhs etdiyimiz bu xüsusdur:

İxtiyari fellər, ixtiyar və iradənin mövcudluğuna dayanır. Bundan dolayı, bu fellərin meydana gəlməsi:

• Əgər bir fail (fel sahibi) olmadan olursa, bu deməkdir ki, muhdəs (sonradan olan) varlıq, faildən müstağni olmuşdur, failə ehtiyac duymaz.

• Yox əgər:

"Bu ixtiyari fellər, bir faildən meydana gəlmişdir. Bu fail də, quldur."

deyilərsə, o vaxt, təsəlsül (haşiyə) lazımdır.

(Haşiyə:

Təsəlsül: zəncirləmə, deməkdir. Yəni, iddia ilə dəlilin, bir birinə bağlı olması ilə, ixtilafın zəncirləmə davam etməsidir.

İmamın burda qəsd etdiyi, fellərin yaradıcısı olaraq qul nəzərə alınarsa, bunun, ta ki, ilk insana qədər davam etməsi lazımdır. Yəni birindən meydana gələn bir fel, başqa birinin təsirilə meydana gəlmiş, ona da başqa biri səbəb olmuş və hakəza (beləcə) ilk insana qədər bunun davam edib getməsi lazımdır.)

• Yox əgər:

"Bu fellər, Allahdan meydana gəlmişdir."

deyilərsə, bax çatmaq istədiyimiz nəticə budur və doğrudur.

Həm sonra insan, özünə bir nəzər salsın. Çünki çox dəfə heç xəbəri yox ikən, o şey heç ağlında yox ikən, birdən qəlbinə onun şəkli, planı, surəti doğur. Qəlbə doğan bu şəkldən dolayı, qəlbdə o şeyə bir meyil meydana gəlir. Üzvlərin (orqanların) hərəkətləri və bu şeyin fel olaraq meydana gəlməsi də, qəlbdəki bu meylə dayanır. Bax bu Haqq Taalanın:

"...ilham edən..."

ayətindən qəsd edilən mənanın, Mötəzilənin iləri sürdüyü deyil, bizim iləri sürdüyümüz şey olduğunu, qətiyyətlə ifadə edər.

(Fəxrəddin ər-Razi, "Təfsiru'l-Kəbir", Şəms/8 təfsiri)

Read 15 times
In order to make a comment, please login or register