Şəms surəsi 8-ci ayətin təfsiri-2

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا

"Ona günahları və təqvanı (Allahdan qorxmağı) ilham edənə!" (Şəms/8)

---------------------------

"Sonra da ona... ilham edənə ki..."

Ona bildirənə ki...deməkdir.

• İbn əbi Nəcih, Mücahiddən belə rəvayət etmişdir.

-----------------------

Ona, günahkarlıq və təqva yolunu bildirən, deməkdir.

• İbn Abbas da, belə açıqlamışdır.

--------------------

• Yenə Mücahiddən:

"...ona, itaət və masiyyəti (günahı) bildirən..."

deyə açıqlandığı nəql edilmişdir.

---------------------

• Muhamməd b. Ka'b'dan belə dediyi rəvayət edilir:

"Şanı uca olan Allah, qulu haqqında xeyir murad etdiyi təqdirdə, ona xeyir işləməyi ilham edər, o da, xeyir işləyər. Onun haqqında pislik murad etdiyi təqdirdə, ona şərri ilham edər, o da, şər işləyər.

---------------------------

• əl-Fərra deyir:

"Ona...ilham edən..."

Ona xeyir və şər yolunu bildirib tanıdan, deməkdir. Necə ki, uca Allah:

وَهَدَيْنَـٰهُ ٱلنَّجْدَيْنِ

"Onu iki yoxuşlu yola yönəltmədikmi." (Bələd/10) deyə buyurmuşdur.

----------------------------

• əd-Dahhaq'ın rəvayətinə görə, ibn Abbas belə demişdir:

"Təqva sahibi möminə- təqvasını; günahkar olan kimsəyə də günahkarlığını ilham etmişdir.

---------------------------

• Səiddən gələn rəvayətə görə, o, Qatadənin belə dediyini rəvayət etmişdir:

"O, hər bir nəfsə, özü üçün günah olanı da, təqvalı olanı da açıqlamışdır.

---------------------

Mənalar bir birinə yaxındır. Əbu Hureyrədən belə dediyi rəvayət edilmişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"(Sonra da) ona günahları və təqvanı (Allahdan qorxmağı) ilham edənə ki..."

buyuruğunu oxuduqdan sonra, belə buyurdu:

"Allahım, Sən mənim nəfsimə təqvasını ehsan buyur və onu tərtəmiz qıl. Sən onu tərtəmiz qılanların ən xeyirlisisən. Sən onun vəlisi və məvlasısan."

(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran" təfsiri, Şəms/8)

 

Read 4 times
In order to make a comment, please login or register