"Sənə fəda olum." kimi sözlər söyləmək, caizdirmi?

 

6185- Ənəs b. Malik (radiyallahu anh)'dan belə rəvayət edilir:

Özü və əbu Talha, Nəbi (sallallahu aleyhi və səlləm) ilə bərabər (səfərdən) qayıdırlardı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birlikdə Safiyyə də vardı. Onu, Öz dəvəsinin arxasına mindirmişdi. Yolun bir yerində ikən, dəvə səndələdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə Safiyyə (radiyallahu anha) yerə yıxıldılar. Əbu Talha, özünü, dəvəsindən aşağı atarcasına, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəldi və:

"Ey Allahın peyğəmbəri! Allah, məni, Sənin yoluna fəda etsin! Sənə nəsə bir şey olmadı?" deyə soruşdu.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Xeyir. Ancaq sən, qadına diqqət et (yəni ona bax, onun halı necədir?" buyurdu.

Əbu Talha, öz libasını üzünə qoyaraq, Safiyyə (radiyallahu anha)'nın olduğu yerə getdi və libasını, onun üzərinə qoydu. Safiyyə (radiyallahu anha) ayağa qalxdı, sonra da, əbu Talha, onların əşyalarını dəvələri üzərində bağladı. Hər ikisi, (Peyğəmbər və Safiyyə), dəvəyə minib yola davam etdilər.

Nəhayət Mədinəni yüksəkdən gördükləri vaxt, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Aibunə, taibunə, abidunə li Rabbinə hamidunə:

Biz qayıdanlarıq. Tövbə edənlərik, ibadət edənlərik, Rəbbimizə həmd edənlərik." buyurdu və Mədinəyə girənə qədər, bu sözlərini təkrarladı.

-------------------------------

İzahı:

Bir adamın:

"Allah, məni, sənin üçün fəda etsin.' deməsi."

Yəni, belə bir söz, mübahdırmı, yoxsa məkruhdurmu?

Bu sözü söyləməyin caiz olduğuna dəlil təşkil edən bütün xəbərləri, əbu Bəkr ibn əbi Asim, "Adabu'l-Hukəma" adlı əsərinin baş tərəflərində zikr etmiş və bunun caiz olduğunu qəti bir dillə söyləyərək, bunları ifadə etmişdir:

"İnsanın, bunu:

• sultana;

• böyüyünə;

• elm sahiblərinə;

• dostlarından sevdiyi kimsələrə

söyləməsi, mümkündür və bunda, onun üçün hər hansı bir beis yoxdur. Hətta o şəxsə hörmət göstərmək, onun qəlbini özünə daha çox meyl etdirmək üçün edərsə, savab belə qazanar. Əgər bunu demək qadağan olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu sözü söyləyəni, bundan nəhy edər və ona bunun, özündən başqasına söylənməsinin caiz olmadığını öyrədərdi.

İbn əbi Asim də:

• ibn Ömərdən bu hədisi rəvayət etməkdədir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Fatiməyə:

"Atan sənə fəda olsun." deyə buyurmuşdur.

• ibn Məsuddan nəql etdiyi rəvayətə görə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm), səhabələrinə:

"Atam, anam sizə fəda olsun." demişdir.

• Ənəsin rəvayət etdiyi hədisə görə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunun bir bənzərini, ənsar üçün söyləmişdir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 78-ci kitab: "Ədəb", 104-cü bab: "Bir adamın: Allah, məni sənə fəda etsin deməsi" babı)

Read 16 times
In order to make a comment, please login or register