Şəriət yoxsa demokratiya (bəşəri qanunlar)?

 

Ustad Said Nursi (rahmətullahi aleyh), "İşaratu'l-İ'caz" adlı təfsirində (Bəqərə/21-22), belə deyir:

"İnsan, bütün hayvanlardan mümtaz ve müstesna olarak, acip ve latif bir mizac ile yaratılmıştır. İşte o mizac sebebiyle, insanda, intihab meyli, yani eşya arasında seçim ve tercih yapma meyli ve en ahsenini, en güzelini seçme ve beğenme meyli ve zinetli şeyleri tercih etme meyli gibi çeşitli meyiller ve arzular meydana gelmiştir. Ve insan, o mizacı yüzünden, fıtri olarak, insaniyyete layık bir maişetle ve kemalatla yaşamak ister ve şerefli bir hayatı sürdürmek arzu eder.

Evet, insan, en müntehab şeyleri ister; en güzel ve mükemmel şeylere meyleder; en zinetli şeyleri arzu eder; böylece, insaniyyetin şerefine layık mümtaz bir hayatla yaşamak ister.

Sonra, şu meyillerin iktizası üzerine, insan, yiyecek, giyecek ve mesken gibi ihtiyaclarını arzu ettiği en güzel şekilde ve en latif ve muhkem bir surette tahsil ve tedarik etmek için, çok değişik sanatlara ihtiyacı vardır. Halbuki, bir insan, tek başıyla, bu kadar sanatlara vukufiyyeti yoktur ve muktedir olamaz. Bundan dolayı, insan, teşrik-i mesai için, ebna-i cinsiyle imtizac etmek mecburiyyetindedir. Ta ki, müşareke ile bir-birilerine müavenet etsinler.

Sonra her sanat erbabı, semere-i sayiyle, arkadaşına mübadelede bulunsun. (Yani, her birisi, kendi sanatının mahsulünü diğeriyle değiştirsin; bir-birilerine yardımcı olsun. Mesela, terzi, diktiği elbiseyi, fırıncının yaptığı ekmeğiyle değiştirsin. Fiat olarak semere-i sayini, diğerine versin. Ve hakeza.)

Lakin, Sani-i Hakim, insandakı kuvve-i şeheviyye, kuvve-i gadabiyye ve kuvve-i akliyyeye, beşerin cüz-i ihtiyarisinin zenbereğiyle, terakkisini temin etmek için, fıtri bir had ve sınır koymamıştır. Heyvanların kuvaları tahdid edildiği gibi; insanların kuvaları tahdid edilmeyip, serbest bırakılmıştır. Ta ki, bu meydan-ı imtihanda, terakki veya tedenni ederek said veya şaki olsun.

İşte, bundan dolayı, aralarındakı muamelatta, zulüm ve tecavüz meydana gelmiş; insanlar, hukukullaha ve hukuku'l-ibada tecavüz ederek, harama dalmışlardır.

Sonra bu kuvaların -tahdid edilmediği için- tecavüzlerini, başkalarının hukukuna girmelerini engellemek için, cemaat-ı insaniyye, çalışmalarının semerelerini, mahsullerini, mübadele etmekte, tam bir adalete muhtaçtır.

Sonra her ferd-i insanın aklı, adaleti idrak etmekten aciz olduğundan, nev-i insanın tam bir adalet için, külli bir akla ihtiyacı vardır. Ta, o külli akıldan herkesin aklı istifade etsin; adaleti temin etsin. Böyle külli bir akıl da, ancak külli bir kanun şeklinde olur. Öyle külli bir kanun da, ancak Şeriat'tır."

----------------------------

İzah:

İnsan, bütün digər həyat sahiblərindən mümtaz (seçkin) və müstəsna olaraq, qeyr-i adi və lətif bir təbiət (fitrət) üzərə yaradılmışdır. Bax o təbiət səbəbilə, insanda:

~ əşya arasında seçim və tərcih meyli; və

~ ən gözəlini seçmə və bəyənmə meyli; və

~ zinətli şeyləri seçmə meyli

kimi fərqli meyillər və arzular meydana gəlmişdir. Və insan, o təbiəti səbəbilə, fitri olaraq, insanlığa layiq bir məişət və mükəmməlliklə yaşamaq istəyər və şərəfli bir həyatı davam etdirmək arzu edər.

İnsanın, -xüsusilə 3 şeydə, yəni, yemək, geymək və məskəndə-, bunları ən gözəl şəkildə təmin etmək üçün, ayrı-ayrı sənətlərdə mahir olması lazımdır. Bəs yaxşı, bir tək insan, ayrı-ayrı sənətlərdə necə mahir və mütəxəssis ola bilər? Bu mümkün olmadığı üçün, insanın, öz cinsindən olan digərlərilə (yəni digər insanlarla), iş bölgüsünə ehtiyacı vardır. Məsələn:

Bir insan, həm dəmirçi, həm bənna, həm dərzi, həm pinəçi ola bilməz. Bunun üçün, sənətkarların, öz sənət əsərlərini bir-birilərilə mübadilə etməsinə ehtiyacları vardır.

İnsan, təbiəti və fitrəti etibarı ilə mədəni olduğundan, öz cinsindən olanlarla (yəni digər insanlarla), iş bölgüsünə möhtacdır. Yəni insanın fitrəti, sonsuz ehtiyac üzərə yaradıldığı üçün, digər insanlarla iş bölgüsünə məcburdur. Ta ki, insanlar, iş bölgüsü etsinlər; şirkətlər qursunlar; bir-birilərinə köməkçi olsunlar. Və yenə, hər biri öz sənətini icra etsin; nəticədə əldə etdiyi sənəti, digərilə dəyişdirsin. Beləcə, insanlar, ehtiyaclarını qarşılaya bilsinlər. Yəni, biri bina; biri paltar; biri ayaqqabı tikər və s. Və yenə, biri paltar tikib pinəçiyə verər; pinəçi də o paltara müqabil, ona bir ayaqqabı verər. Beləcə, hər birisi, səyinin səmərəsini digərilə dəyişdirmək; öz sənət əsərini, emalatının nəticəsini bir-biriylə dəyişdirmək surətilə, öz ehtiyacını təmin edib, həyatını davam etdirmiş olar. Yoxsa, bir insanın, tək başına bütün ehtiyaclarını təmin etməsi, mümkün deyildir. Bax, "İnsan, təbiəti etibarı ilə mədəni yaradılmışdır." sözündən murad, budur.

Demək, ticarətin əsli, hər bir insan, öz səyinin səmərəsini digərilə dəyişdirib ehtiyacını təmin etməkdir. Kağız və ya dəmir pul, qızıl, gümüş, indiki zamanda bunlara malın qarşılığında dəyər verilməsi, yəni malın bunlarla dəyərləndirilməsi, əsl deyil; etibari dəyərlərdir. Bəşərin bu işə gücü çatmadığı üçün, dövlətlər, məcburiyyətdən dolayı, o dəyəri ortaya qoymuş; malları onlarla dəyərləndirmişlərdir. Daha əvvəllər, pul dəyəri deyə bir şey yox idi. Dövlətlərin qurulması ilə, insanlar, artıq məcbur qalmış; çarə tapa bilməmiş; dəmir və ya kağız pul üzərinə öz damğalarını, möhürlərini vurmuş; onları etibari dəyər olaraq qəbul edib ticarətdə, malın qarşılığında istifadə etmişlərdir. Beləcə, bu pullar, artıq bir qiymət daşıyan dəyərli bir mal kimi, bazarda malın dəyişimi qarşılığında istifadə edilmişdir. Əslində, qızıl da, gümüş də, belədir. Bunlar da, nə yeyilir, nə içilir, nə də geyinilir. Nəticədə, qızıl və gümüşə də bir möhür vurulmuş; bunlar, qiymətli bir əşya halına gətirilmiş; mübadilədə istifadə edilmişdir.

Bax, öz aralarında belə iş bölgüsünə möhtac olan insanlar, bir-birilərilə muamələ edərkən, bir ədalətə, bir ölçüyə möhtacdırlar. Çünki insanların şəhvət (mənfəəti cəlb) qüvvəsi, qəzəb (zərəri dəf) qüvvəsi və əqli qüvvələrinə bir hədd qoyulmadığından, bu qüvvələr, ya ifrat, ya da təfrit edə bilər. Həm bu 3 qüvvə sərbəst buraxıldığından, insanlar bir-birilərinə zülm və haqsızlıq edər; bir-birilərinin haqlarına riayət etməz; başqasının malını, haqqını alıb qəsd edərlər. Beləcə, qulların haqlarına qarşı böyük bir təcavüz meydana gələr. Məsələn:

~ Evlənən kişi və qadının, bir-birilərinə ehtiyacı vardır. Həm bu ehtiyac, fitridir. Lakin kişi qüvvətli yaradıldığından, zülm edə bilər; qadın da xilqətən zəif olduğundan, haqqını qoruya bilməz. Elə isə, bu evlilik münasibətlərində bir qanun, bir qayda olması lazım gəlir. Bir ədalət ölçüsü lazımdır ki, hər kəs həddini bilsin; digərinin hüququna təcavüz, zülm etməsin; hüququ nədirsə, ona riayət etsin.

~ Həm ticarət xüsusunda da bir ədalətə, bir qanuna, bir hüquqa ehtiyac vardır. Ta ki, insanlar, bu xüsusda bir-birinin haqqını tapdalamasın; bir-birini hilə ilə aldatmasın; haqsız qazanc əldə etməsin.

Həm cəza hüququ üçün də, bir ədalətə, bir qanuna ehtiyac vardır. Ta ki, insanların canı, malı, namusu, qorunsun; kimsə kimsəyə zülm etməsin; cinayət baş verməsin. Cana, mala, namusa əl uzadanlar, dərhal gərəkli olan cəzaları görsünlər.

Və beləcə, hər sahədə, bir ədalət qanunu, bir nizamnamə lazımdır.

Həm bu qanun və nizamnamə, külli bir qanun və nizamnamə olmalıdır ki, hər təbəqədəki insanlara kifayət etsin; bütün zaman və məkanlara dar gəlməsin; ümmətin bütün fərdlərinin hüquqlarını mühafizə etsin. Belə külli bir qanun və nizamnaməyə isə, bəşərin məhdud, cüzi ağlı kifayət etmir. İnsanlıq, belə külli bir qanun və nizamnamə çıxara bilməz. Çünki ən ağıllı bir adam belə, ancaq bu günü, dar bir zamanı və məkanı görə bilir. Bütün zamanları və o zamanlarda yaşayan insanların ehtiyacını görə; ona görə şamil və cami (cəm edən) bir qanun qoya bilmir. Onun üçün, bəşəri sistemlər, zamanla dəyişməyə məhkumdurlar. Çünki insanların düşüncəsi, əqli mühakiməsi, cüzi və məhdud olduğu üçün, külli düşünə bilmir. Onun məhsulu olan qanunlar da, bütün zamanlardakı insanların hər təbəqəsini idarə; məsələləri həll edəcək edəcək bir xüsusiyyətə malik deyildir.

O halda, külli qanun və nizamnamə qoya biləcək külli bir ağla ehtiyac vardır. Bax o külli ağıl da, ancaq şəriət'dir.

Külli ağıl odur ki, keçmiş və gələcəyi gördüyü kimi; keçmiş və gələcək əsrlərdə yaşayan və ya yaşayacaq hər təbəqədəki insanları və onların maddi-mənəvi, cismani və ruhani ehtiyaclarını da görəcəkdir. Həm yenə, fərdi də, cəmiyyəti də, kasıbı da, varlını da görəcəkdir. Həm bütün bu təbəqələr arasındakı balansı, müvazinəni quracaq; bəşəri bir-birilə barışdıracaqdır.

Read 8 times
In order to make a comment, please login or register