Şərt nədir?
Şərt, elə bir iş (şey)'dir ki, hökmün varlığı, ona bağlıdır. Onun mövcud olmaması, hökmün də mövcud olmamasını gərəkdirir. Lakin, şərtin mövcud olması, hökmün də mövcud olmasını gərəkdirməz. Şərt ilə səbəb arasındakı fərq də, bax budur. Məsələn:
~ Dəstəmazın mövcud olması, namazın vacibliyini gərəkdirməz;
~ İki şahidin mövcud olması, nikah əqdinin edilməsini də gərəkdirməz.
Lakin,
~ dəstəmazsız namaz səhih olmayacağı kimi;
~ iki şahid olmadan nikah əqdi də, mötəbər olmaz.
Halbuki, səbəb mövcud olar və ortada bir mane olmazsa, hökmün mövcud olması lazımdır. Məsələn:
~ Vaxt girincə, namaz vacib olur;
~ Ramazan hilalı görününcə, oruc tutmaq lazımdır;
~ Bir şey sərxoşluq verirsə, bu haramdır.
~ Oğurluq edən kimsəyə, hədd vacib olur və s...
Ümumi olaraq şərt, səbəb və ya müsəbbəb (nəticə)'ni tamamlayır. Bu etibarla, şərt, 2 qismə ayrılır:
1. Səbəbi tamamlayan şərt;
2. Müsəbbəbi tamamlayan şərt.
• Birincisi (yəni səbəbi tamamlayan şərt), səbəbiyyət mənasını qüvvətləndirən şərtdir.
~ Nisab tamam olduqdan sonra, zəkatın vacib olması üçün, 1 ilin keçməsi, buna misal ola bilər. Əslində, zikatın vacibliyinin səbəbi, nisabdır. Çünki nisab, varlılığın əlamətidir. Ancaq, nisabla varlılıq, nisab üzərindən 1 ilin keçməsilə tamamlanmış olur. Yenə,
~ Oğurluğun cəzanı gərəkdirməsi üçün, malın, münasib şəkildə mühafizə altına alınmış olması, şərtdir. Çünki, oğurluğun tam olması, malın layiqilə qorunacaq bir yerdə olmasını gərəkdirir.
• İkincisi (nəticəni tamamlayan şərt)'ə gəlincə, bu, müsəbbəbin, rükn və mahiyyətini qüvvətləndirən şərtdir. Məsələn:
~ Qisasda cani ilə cinayətə mövzu olan şəxs arasında bərabərliyin mövcud olması, belə bir şərtdir. Qisasın əsası, cəza ilə günah arasındakı bərabərliyə söykənir. Bu da, azadlıq və orqanların səlim olması kimi, cani ilə cinayətə məruz qalan kimsə arasındakı bərabərliklə gerçəkləşmiş olur.
~ Namazda övrət yerlərini örtmək də, belədir. Mömin, Dəyyan (olan Allah)'ın heybətini, haqqı ilə şüur etdiyi üçün, örtünər.
~ Dəstəmaz almaq; və
~ Qibləyə dönmək
kimi digər şərtlər də, namazın həqiqətini tamamlamaqdadır.
Müsəbbəbi tamamlayan bu cür şərtlərlə, müsəbbəbin rüknü arasında bir fərq vardır. (Belə ki):
"Rükn": "müsəbbəbin xaricində olmayan; və onun həqiqətini meydana gətirən şey"dir. Məsələn:
• Namazın rüknü:
~ qiyam;
~ qiraət;
~ ruku; və
~ səcdədir.
• Namazın şərti isə:
~ dəstəmaz almaq; və
~ bənzəri kimi (namazın) xaricində olan şeylərdir.
• Bu şərtlər mövcud olmadan da, namaz qılına bilər. Lakin, mötəbər olmaz.
• Rüknü mövcud olmazsa, müsəbbənin vücudu gerçəkləşməz. (Məsələn):
Nikah üçün şahidlər də, belədir. Şahidsiz evlənmək əqdi edilərsə, mahiyyəti gerçəkləşər; lakin şahidləri olmadığı üçün, şər'i bir dəyər daşımaz.
Şərtlər, mövzusu cəhətindən də 2 qismə ayrılır:
1. Mövzusu təklifi hökm olan şərtlər;
2. Vaz'i hökmlərdən ibarət olan şərtlər.
• Birincisi üçün, bu misalları verə bilərik:
~ Namaza nisbətlə təmizlik, Şari tərəfindən əmr edilən bir təklifin gerçəkləşməsi üçün şərt qılınmışdır.
~ Zina günahında hədd cəzasının vacibliyi üçün şərt qılınan ihsən (azad və evlənmiş olmaq), yəni, muhsən olmaq da, belədir. Bu, hakimin yerinə yetirməsini istədiyi təklifin gerçəkləşməsi üçün, şərtdir.
~ Zəkatın ədası üçün nisab miqdarına çatan mal üzərindən 1 il keçməsi şərti də, belədir.
• İkinci qisim şərtlər isə, vaz'i hökmləri gerçəkləşdirmək üçündür.
~ Alış-verişdə malı təslim etmə qüdrəti, belədir. Əqdin mülkiyyətə səbəb olması üçün, bu, şərtdir.
~ Muris (miras qoyan) öldükdən sonra, varisin sağlığı da, mirasçı ola bilmək üçün şərtdir.
~ Satışın qətiləşməsi üçün iləri sürülən muxayyərlik şərtinin müddəti kimi vazi hökmlərə köməkçi olan digər şərtlər də, eyni cinsəndəndir.
Vaz'i hökmlərlə bağlı şərtlər də, 2 qismə ayrılır:
a. Şər'i şərtlər. Bunlar, səbəb və ya müsəbbəbin gerçəkləşməsi üçün, Şari tərəfindən qoyulmuşdur.
b. Cə'li (süni) şərtlər. Bunlar, əqd edənlər üçün mübah qılınmış olub, əqdlərdəki hökmlərin gerçəkləşməsini təmin edir. Evlənmə əqdi edilərkən, mehrin əvvəl verilməsini şərt qoşmaq, belədir.
Əqid (əqd edən) tərəflər üçün mübah olan və onların iləri sürə biləcəyi bu cə'li şərtlər də, 2 qisimdir:
a. Əqdin varlığı ilə bağlı olub, səbəbi tamamlayan şərtlər. Məsələn:
Bir şəxs, öhdəsinə götürdüyü şeyi ödəməkdən aciz qaldığı zaman, eyni şeyi ödəməyi, (bunu), başqa bir şəxsin öz üzərinə almasını, şərt qoşa bilər. Bu, əqdi bir şərtə bağlamaqdır ki, biz, ona, "kəfalət əqdi" deyirik.
b. Müsəbbəbi tamamlayan şərtlər olub, bunlar, əqdin təmin etdiyi imkanları artırır. Məsələn:
Müştəri, aldığı malın pulunu ödəmək mövzusunda ayrıca bir də kəfil göstərə bilər; və ya satıcı, sattığı mal başqasına aid çıxarsa, pulunu geri qaytarmaq üçün, bir kəfil verə bilər.
Bu 2 şərt, əqdin nəticəsi, yəni, müsəbbəblə bağlıdır.
Şari tərəfindən mübah qılınan bu cür cə'li şərtlərin ibahə dərəcəsi və sərhədləri üzərində, fəqihlər ixtilaf etmişlərdir. Bəziləri, bu ibahənin sərhəddini genişləndirmiş; bəziləri də daraltmışlardır. Bu haqda geniş məlumat əldə etmək istəyənlər, "əl-Mulkiyyətu və Nazariyyətu'l-Aqd" adlı əsərimizin, "əqdlərin təliqi" və "əqdin şərtə iqtiranı (yəni, yanaşı gəlməsi)" bablarına müraciət edə bilərlər.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
