Şəvval orucu haqqında məlumat verərsinizmi?

1715- Səvbən (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim Ramazan (orucunu tutar və) bayramdan sonra 6 gün oruc tutarsa, onun tutmuş olduğu oruc, ilin bütününün orucu olmuş olar. 

Kim yaxşılıq edərsə, ona o yaxşılığın 10 misli vardır."

Not: Məcmə'uz-Zəvaid'də belə deyilmişdir:

Bu hədisi, ibni Hibban 'Səhih'ində rəvayət etmişdir. 

İmam Sindi (əl-Hənəfi):

"Heysəmi, Məcməu'z-Zəvaid'də, bu hədisin səhih olduğunu söyləmək istəmiş və belə demişdir:

Bu hədisi dəstəkləyən şahid vardır."

--------------------

1716- Əbu Əyyub əl-Ənsari (radiyallahu anh)'dan rəvayət ediliyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim Ramazan orucunu tutar, sonra bunun arxasında Şəvval'dan 6 gün oruc tutarsa, onun tutmuş olduğu oruc, il boyunca tutulan oruc kimidir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): "Şəvval ayından 6 gün oruc tutmaq haqqında gələn hədislər babı", hədis no: 1715-1716)

-------------------------

İzahı:

Səvbən (radiyallahu anh)'ın hədisini, ibni Hibban da 'Səhih'ində rəvayət etmişdir. Darimi də bunun bənzərini rəvayət edir. 

Əl-Mənhəl müəllifinin bəyanına görə, bu hədisin bənzəri- əbu Hureyrə, Cabir, Bəra b. Azib, ibni Abbas və Aişə'dən də rəvayət edilmişdir (Allah hamısından razı olsun).

Əbu Əyyub (radiyallahu anh)'ın hədisini- Əhməd, Muslim, Tirmizi, əbu Davud, Beyhaqi və Darimi də rəvayət etmişlərdir. 

Əbu Əyyub (radiyallahu anh)'ın hədisinə görə, Ramazan orucundan sonra Şəvval ayından 6 gün oruc tutan kimsə, bütün il oruc tutmuş kimi savab qazanar. Çünki Ramazan ayı orucu, 10 qat artmaqla 10 aylıq oruca qarşılıq gələr. 

(Yəni 30 gün Ramazan orucu 10 qat artmaqla 300 gün, yəni 10 aya qarşılıq gələr.)

Şəvval'ın 6 günlük orucu da 60 günlük oruca bərabər olar.

Səvbən (radiyallahu anh)'ın hədisinin zahirinə görə, Ramazan'dan sonrakı 6 günlük orucun Şəvval ayı içərisində olması şərt deyildir. 

Bu hədisdə xatırlanan ayət, hər yaxşılığın 10 qatı veriləcəyini hökmə bağlamışdır.

"مَنْ جَٓاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ اَمْثَالِهَاۚ "

"---Kim yaxşılıq edərsə, ona o yaxşılığın 10 misli verilər." (Ənam/160)

Ramazan orucundan ayrı olaraq Şəvval'ın xaricində belə 6 gün oruc tutularsa, bu ayətin hökmü gərəyincə, onun orucu, bütün ilin orucuna qarşılıq gələr. 

Lakin hədisdəki: "...bayramdan sonra..." təbiri, Şəvval ayını xatırladır. Əbu Əyyub (radiyallahu anh)'ın hədisində də Şəvval qeydi mövcuddur.

O halda, bir an əvvəl, illik orucun savabını əldə etmək üçün Ramazanı izləyən Şəvval ayında bu 6 günlük oruc tutulmalıdır.

Əl-Mənhəl müəllifi, əbu Əyyub (radiyallahu anh) hədisini açıqlayarkən icmal olaraq belə deyir:

"Hədisin mənası budur: 

Hər il Ramazan orucuna və Şəvval'ın 6 günlük orucuna davam edən kimsə, ömür boyunca oruc tutmuş kimi olur. Və bir il Ramazan orucunu və Şəvval'ın 6 günlük orucunu tutan bir kimsə, o il boyunca oruc tutmuş kimidir."

Bu hədis, Şəvval'ın 6 günlük orucunun müstəhəbliyinə dəlalət edir. 

Şafii, Əhməd, Davud və bir camaat da belə hökn etmişlərdir. 

Şəvval orucunun məşru olmasındakı hikmət budur:

"Bu oruc, fərz namazlara bağlı sünnətlərə bənzəyir. Sünnət namazlar, fərz olan namazlardakı bəzi nöqsanlıqları təmir ettiyi kimi, Şəvval orucu da, Ramazan orucundakı bəzi qüsurları təmir edər."

Şafilərə görə, bayramın ikinci günü və ara verilmədən tutulması, daha savabdır. Əgər ara verilərək və ya Şəvval'ın digər hissələrində tutularsa, yenə sünnət hasil olar. 

Əhmədə görə isə, fəzilət yönündən, ara verilərək və ya verilmədən tutulması, fərq etməz.

Əbu Hənifə, Malik və əbu Yusuf- Şəvval'ın 6 günlük orucunu, məkruh saymışlardır. Ta ki, xalq, bunun vacibliyinə inanmasın. 

Malik, Muvatta'sında belə deyir:

"Elm və fiqh əhlindən, Şəvval'ın 6 günlük orucunu tutan kimsə görmədim. Sələftən də kimsənin tutduğuna dair, hər hansı bir məlumata rast gəlmədim. 

Elm əhli, cahillərin Ramazan'dan olmayan orucu, Ramazana əlavə edərək bidət çıxaracaqlarından qorxaraq, bu orucu məkruh saymışlardır."

Lakin Hənəfi və Maliki məzhəbinə məxsus fəqihlər, Şəvval'ın bu orucunu, ara verərək tutmağı məndub saymışlar və ara vermədən tutulmağının isə, məkruh olmadığı görüşünü ixtiyar etmişlərdir.

Ancaq Hənəfilərdən imam Əbu Yusuf, bunda müxalif qalmışdır. Bu fəqihlər, əbu Hənifə və Malik'in yuxarıdakı kərahət sözlərini, Şəvval orucuna, bayramın ikinci günü başlayıb ara vermədən tutmaq halına görə izah etmişlərdir.

Bu halda, əgər bayramın ikinci günündən sonra və ara verərək tutularsa:

• kərahət yoxdur;

Və ya bu hədislər bu 2 imama:

• çatmamış;

• yaxud da çatmış, amma onlara görə hədis, sabit görülməmişdir.

Read 25 times
In order to make a comment, please login or register