Saffat surəsi 147-ci ayətin təfsiri

وَأَرْسَلْنَـٰهُ إِلَىٰ مِا۟ئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ

"Onu, 100.000 nəfərə və ya bundan daha çoxuna (peyğəmbər olaraq) göndərdik."

---------------------

Təfsiri:

Ayətdəki, "əv yəzidun = və ya bundan daha çoxuna" ifadəsinin zahiri, bu xüsusda, bir şəkkin mövcud olduğunu gərəkdirməkdə olub, belə bir şeyin Allah haqqında düşünülməsi, imkansızdır!

Bu ifadənin bənzərləri də,

• عُذْرًا أَوْ نُذْرًا

Uzran əv nuzran.

"Üzr diləmək (imkanı vermək) və ya qorxutmaq üçün çatdıranlara!" (Mursəlat/6);

• ...لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ

Ləalləhu yətəzəkkəru əv yəxşə.

"...Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha/44);

• ...لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا

Ləalləhum yəttəqunə əv yuhdisu ləhum zikran.

"...bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar." (Taha/113);

• ...وَمَآ أَمْرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمْحِ ٱلْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ

Və əmru's-səati illə kələmhi'l-bəsari əv huvə əqrab.

"...O Saatın gəlməsi, bir göz qırpımı kimidir və ya daha tezdir." (Nəhl/77);

• فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ

Fəkənə qabə qavsəyni əv ədnə.

"O, iki yay uzunluğunda və ya ondan da yaxın məsafədə idi." (Nəcm/9)

ayələrində yer almaqdadır.

Alimlər, bu xüsusa, bir çox şəkildə cavab vermiş olub, bunlardan ən doğrusu, tək bir izahdır. Bu da, ayətin təqdiri mənasının:

~ "Biri, onları gördüyündə: 'Bunlar, 100.000 nəfərdir və ya 100.000'dən daha çoxdurlar.' dedi..." mənasında olmaq üzərə;

və ya

~ "Bunlar, sizin təqdirinizə görə, daha çoxdurlar." şəklində olmasıdır.

Bax bu ifadəyə bənzər bu cür ifadələrin hamısına veriləcək cavab, budur.

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

--------------------------

--------------------------

İmam Qurtubi əl-Əşari, "əl-Cami li Əhkami'l-Quran" təfsirində, deyir:

"əv yəzidun = və ya bundan daha çoxuna" buyruğundakı "və ya" ləfzinin mənaları və təvillərilə bağlı açıqlamalar, daha əvvəl Bəqərə surəsinin 74-cü ayətində, uca Allahın:

"əv əşəddu qasvə = və ya daşdan da qatı" kəliməsi açıqlanarkən, keçmişdi.

فَلَمَّا اشْتَدّ أَمْرُ الْحَرْبِ فِينَا • تَأَمّلنَا رِياَحاً أَوْ رِزَاماً

"Aramızda hərb şiddətlənincə,

Riyahı və Rizamı axtardı gözlərimiz."

Burda: "...və Rizamı..." mənasındadır. Bax uca Allahın:

...وَمَآ أَمْرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمْحِ ٱلْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ...

...Və mə əmru's-saati illə kələmhi'l-bəsari əv huvə əqrab...

"Saat (qiyamət) hadisəsi, ancaq bir göz qırpımı kimidir. Yaxud daha da yaxındır." (Nəhl/77) buyruğu kimidir.

• əl-Mübərrəd, dedi:

Bunun mənası, budur:

"Biz, Onu, elə bir topluluğa göndərdik ki, sizləri, onları görəcək olsaydınız, 'Bunlar, 100.000 və ya daha çoxdur.' deyərdiniz. Burda, qullara, bilib-tanıdıqları bir üslubla xitab edilmişdir."

• Belə də açıqlanmışdır:

Bu, eynilə buna bənzəyir: Mənim yanıma, Zeyd, ya da Amr gəldi. Halbuki sən, bu ikisindən kimin gəldiyini bilirsən; ancaq, kimin gəldiyini muxatab (özünə xitab edilən) başa düşməsin deyə, mübhəm bir ifadə istifadə edirsən.

Read 30 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR