Saffat surəsi 6-7-8-9-10-cu ayələr
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ • وَحِفْظًا مِّن كُلِّ شَيْطَـٰنٍ مَّارِدٍ • لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ • دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ • إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ
İnnə zəyyənnə's-səməə'd-dunyə bi zinətini'l-kəvəkib. Və hifzan min kulli şeytanin mərid. Lə yəssəmməunə ilə'l-mələi'l-ə'lə və yuqzəfunə min kulli cənib. Duhuran və ləhum azəbun vəsib. İllə mən xatifə'l-xatfətə fə ətbəəhu şihəbun səqib.
Yəni:
"Biz, dünya səmasını, bir zinətlə, ulduzlarla bəzədik. Onu, hər bir üsyankar şeytandan qoruduq. Onlar, artıq, mələu'l-ə'lə (mələklər aləmi)'nə qulaq verib eşidə bilməzlər. Hər tərəfdən qovularaq atılarlar. Onlar üçün, ard-arda gələn (davamlı olan) bir əzab vardır. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu da, deşib keçən bir şihab izləyər." (Saffat/6-10)
--------------------------
Təfsiri:
• Birinci sual:
Bu şihablar, Allah Taala'nın, sayələrində göyü bəzədiyi ulduzlar cümləsindənmidir, deyilmidir? Ulduzlardan ola bilməzlər. Çünki bunlar, yox olur, sonlanır, itib batırlar. Bundan dolayı, əgər bu şihablar, həqiqətən ulduzlar olsaydılar, o vaxt, göyün ulduzlarının sayının, çoxca nöqsanlaşması lazım gələrdi. Belə bir şeyin olmadığıysa, qətiliklə məlumdur. Çünki göydəki ulduzların sayı, dəyişmədən, eyni halda qalmaqdadır. Həm bu şihabları, şeytanlar üçün bir güllə qılmaq, göyün bəzəyində də bir əskiltməyi meydana gətirəcək şeylərdəndir. Bu halda, bu 2 qayəni birləşdirmək, 2 zidd şeyi birləşdirmək kimidir.
İkinci ehtimalı, yəni, bu şihabların, fələkdəki ulduzlardan başqa bir cins varlıq olduqlarını söyləmək də, çətindir. Çünki, Haqq Taala, Mülk surəsində, "And olsun ki, Biz, dünya səmasını lampalar (ulduzlar)'la bəzədik və onları, şeytanlara atılan daşlama (vasitələri) qıldıq." buyurmuşdur.
Burdakı "onları" damiri (şəxs əvəzliyi), qəndil/lampa (məsabəsində) olan o ulduzlara racidir (rücu etməkdə, qayıtmaqdadır). Bundan dolayı, bu qəndillərin, şəxsən özlərinin bir güllə olması lazımdır.
Buna, belə cavab veririk:
Bu şihablar, deşib keçən, geriyə qalan ulduzlardan fərqlidir. Göy boşluğunda meydana gələn, yer alan hər işıqlandırıcı şey, yer üzündəkilər üçün, bir qəndildirlər. Lakin, o qəndillərdən bəziləri, uzun müddət pozulmaqdan və dəyişməkdən uzaq və bəri olaraq qalırlar. Bəziləri isə, belə olmazlar. Belə olmayanlar, Haqq Taala'nın, şeytanlar üçün bir "rəcm/daşlama vasitəsi" qıldığı, bu şihablardır. Belə olması halında, bu problem, ortadan qalxmış olur. Allah, ən gözəl biləndir.
• İkinci sual:
Şeytanlar, şihabların, özlərini yandıra biləcəyini və məqsədlərinə qətiliklə çata bilməyəcəklərini bildikləri halda, şeytanların ora (yəni, səmaya) getmələri, necə mümkün görülə bilər? Belə bir işin, ağıllı bir varlıqdan meydana gəlməsi, mümkünmüdür? Ən incə hilə və çarələri bilmək qabiliyyətləri olan şeytanlardan belə bir iş, necə meydana gələ bilər?
Cavab:
Göydə, bu halın təhəqqüq edəcəyi (reallaşacağı) bəlli bir yer yoxdur. Əgər belə müəyyən yerlər olsaydı, onlar, ora yaxınlaşmazlardı. Onlar, mələklərin olduğu yerə yaxınlaşmaqdan əngəllənmişlərdir. Mələklərin yerləri isə, fərqli-fərqlidir. Bəzən onlar, şihabların, özlərinə isabət edəcəyi yerlərdə olurdular. Bəzən də, başqa yerlərdə olur və mələklərlə qarşılaşmadıqları üçün, özlərinə, şihablar isabət etmirdi. Bundan dolayı, onlar, göyə çıxdıqlarında, bəzən həlak olub, bəzən də qurtulduqları üçün, dənizə girənin, qurtulacağını -zənn-i qaliblə- düşündüyü yerə qədər üzməsi kimi, bu şeytanlar da, qalib zənnlərilə, özlərinə şihabların isabət etməyəcəyi yerlərə qədər getmiş olmaları, mümkündür. Bu, əbu Əli əl-Cübbai (mötəzilə alimi)'nin, bu suala, təfsirində verdiyi cavabdır.
---------------------
• Dördüncü sual:
Şeytan, atəşdən yaradılmışdır. Necə ki, Haqq Taala, İblis'in, "Sən, Məni, atəşdən yaratdın." (Araf/12) dediyini bildirmişdir. Bundan ötürü, o, göylərə çıxa bilər. Belə olunca da, atəşin, atəş ilə yandırılacağı, necə düşünülə bilər?
Cavab:
Şeytanın, atəşdən yaradılmış olmasına baxmayaraq, atəşinin zəif olması səbəbilə, şihabların atəşləri onlara çatıb, onlardan daha qüvvətli olduğu üçün, daha qüvvətli olanın, zəifi məğlub etməsi, möhtəməldir. Məgər görmürsənmi ki, zəif işıqlı bir qəndil, güclü bir atəşin içinə düşdüyündə, sönür?! Burda da, belədir.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər-)
-----------------------
-----------------------
Əlavələr:
Mülk surəsi 5-ci ayətin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mulk-sur%C9%99si-5-ci-ay%C9%99t
